Məhkəmə qərarları › İş №2(103)-2596/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2596/2024

24.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2596/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X5 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinin qanunsuz sahiblik və istifadədən alınaraq iddiaçıya qaytarılması və iddiaçı tərəfindən hasarın çəkilməsi və giriş qapısının qoyulması zamanı maneçilik törədilməsinin qadağan edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X6 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi X10 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 və maraqlarına toxunan şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə 24 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Ümumi sahəsi 0.14 ha olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 957 a saylı bağ sahəsi xx.xx.2019-cu il tarixdən İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin AN seriyalı, 416293 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 957 a saylı bağ sahəsinin hüquqi sahibi İddiaçıdır. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 957 a saylı bağ sahəsi xx.xx.2011-ci il tarixdə X8 mülkiyyətindədir. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.19 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatli torpaq sahəsi və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.24 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Cavabdeh2 adına qeydiyyata alınmış və hal-hazırda mülkiyyətindədir

a. Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər X5 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən özbaşına tutulmuş Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 957 a saylı 0.14 ha torpaq sahəsinin cavabdehlərin qanunsuz sahiblik və istifadəsindən alınaraq iddiaçına qaytarılması və həmin torpaq sahəsinin cavabdehlərin torpaq sahəsindən ayrılması üçün iddiaçı tərəfindən hasarın çəkilməsi və giriş qapısının qoyulması zamanı maneçilik törədilməsinin qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, X9 Azərbaycan Respublikasının qanunlarına tamamilə zidd olaraq, heç bir qanuni əsas olmadan onun qanuni mülkiyyətində olan bağ sahəsini zəbt edərək üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirməkdədir. Qeyd olunan torpaq sahəsi xx.xx.2019-cu il tarixində onun adına qeydə alınmışdır.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-115/2023 saylı, 03 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim N.Cəfərli) iddia təmin edilmişdir.

5. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 146.1, 146.2, 152, 157.4, 170.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a. Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh2 və maraqlı şəxs X7 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişlər.

7. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən 957A bağ sahəsi üzərində əvvəlki mülkiyyətçilərin həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının olub-olmadığını (mülkiyyət hüquqlarını bağışlama hüququ, vərəsəlik hüququ, alqı-satqı hüququ, ipoteka hüququ, girov hüququ əsasında və ya qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında mülkiyyət hüquqlarının qeydiyyata alınması hüququ əsasında və digər halları) müəyyən etməsi üçün Azərbaycan Respublikası MPM-nin 76-cı, 78-ci, 79-cu, 80-cı və 81-ci maddələri ilə səlahiyyətli olduğu halda və mübahisəli torpaq sahəsinin Cavabdeh2 tərəfindən zəbt etmə faktını müəyyən etməmişdir. Sözügedən bağ sahəsi üzərində adı çəkilən şəxslərin mülkiyyət hüquqları və həmin hüquqların mövcudluğunu təsdiq edən hüquq müəyyənedici sənədin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış çıxarışın və torpaq sahəsinin planı və ölçüsü mübahisəli torpaq sahəsinin həmin şəxslərə məxsus olduğu halda, cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 mübahisəli torpaq sahəsinin məxsusluğu iddia ərizəsinə əlavə edilmiş sənədlərlə və mütəxəssis rəyi ilə əhatə edilmədiyindən, hazırki iddia ərizəsi üzrə iddiaya cavab verməli olmayan şəxsə, bu halda cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 qarşı yox, iddia tələbinə cavabdeh qismində cəlb edilməli olan əsl cavabdehlərlə əvəz edilməklə yekun məhkəmə aktı qəbul edilməsi ilə nəticələnməli idi. Vərəsəlik hüququmun təminatını təmini üçün Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 0.14 ha ölçülü 957A saylı bağ sahəsində X2 mərhum valideyni X4 ümumi birgə mülkiyyətdən miras hissəni (paylımülkiyyət hüququ institutu) qanun üzrə vərəsəlik hüququ əsasında rəsmiləşdirmək üçün İddiaçı adına olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylıBakıƏrazi İdarəsində qeydiyyata alınmış **********44 reyestr nömrəli xx.xx.2019-cu il tarixli çıxarış ½ hissədə etibarsızlığımüəyyən edilməsi ilə bağlıBakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Hesab edir ki, mövcud bağ sahəsi üzərində vərəsəlik hüququ əsasında mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi zamanı İddiaçı məxsus daşınmaz əmlakın rəqəmli kadastr xəritəsindəki torpaq sahəsinin döngə nöqtələrinin koordinatları texniki səhv nəticəsində üst-üstə düşmüşdür ki, İddiaçı eyni reyestr nömrəli çıxarış və eyni reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsü verilməsinə səbəb olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək onun rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədiklərinə və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5 Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

Apellyasiya baxışının hədləri

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

13. Hazırkı apellyasiya şikayətində qətnamə Cavabdeh2 və maraqlı şəxs Sədaqət Ələsgərova tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.

15. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********69 nömrəli, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli, 22 may 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X13nin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X13 ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 957 a saylı, 0,14 ha ölçülü bağ sahəsinin sxematik planına uyğun olaraq künc koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Lakin İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən torpaq sahəsininin xx.xx.2019-cu il tarixdə verilmiş, Hüquqlarin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı qeydiyyat nömrəli çıxarışın əlavəsi olan plan-ölçü sənədinin (və çıxarışın elektron bazada yerləşmə mövqeyinin) koordinatlarına əsasən 957 a saylı, 0,14 ha ölçülü bağ sahəsinin naturada yerini müəyyən etmək mümkündür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş, Hüquqlarin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı qeydiyyat nömrəsi ilə İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 957 a saylı 0.14 ha torpaq sahəsində tikili yoxdur. Mübahisələndirilən torpaq sahəsi bir hasarın içərisidə (bir həyətyanı sahə kimi) istifadə edilir, sxemdə qeyd edilən çıxarışlara əsasən naturada sərhədləri nişanlanmamışdır. Mübahisələndirilən ölçülmüş torpaq sahəsi bir hasarın içərisidə (bir həyətyanı sahə kimi) istifadə edilir.

16. Qeyd edilmiş mütəxəssis rətinə əlavə edilmiş sexmdən müəyyən edilir ki, 1, 2 və 3 nömrələri ilə qeyd edilmiş torpaq sahələri bir hasarın içərisində yerləşir. 1 nömrə ilə qeyd edilmiş torpaq sahəsinin ölçüsü 0.19 ha olmaqla reystr nömrəsi **********41 reystr tarixi xx.xx.2011 olmaqla Cavabdeh2, 2 nömrə ilə qeyd edilmiş torpaq sahəsinin ölçüsü 0.24 ha olmaqla reystr nömrəsi **********46, reystr tarixi xx.xx.2011 olmaqla Cavabdeh2, 3 nömrə ilə qeyd edilmiş torpaq sahəsi isə X1 adına xx.xx.2011-ci il tarixindən qeydiyyat alınmış ərazisi 0.14 ha ola olan torpaq sahasi **********44 reystr nömrəli çıxarış xx.xx.2019-cu il tarixli ********** nömrəli bağışlama müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixindən X3 adına keçmişdir. Qeyd edilən sixmdən müəyyən edilir ki, 3 nömrəli torpaq 1 və 2 nömrəli torpaq sahəsinin orta hissəsində yerləşir.

17. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6065 nömrəli ekpert rəyinə əsasən Bakı və Bakı ətrafı bağ sahələrinə dair Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində heç bir məlumatın olmaması və bağ sahələrinin ilkin sənədlərinin müarciətə əlavə edilməməsi səbəbindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 957 a saylı, 0,14 ha ölçülü bağ sahəsinin sxematik planına uyğun olaraq künc koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Lakin İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən torpaq sahəsininin xx.xx.2019-cu il tarixdə verilmiş, Hüquqlarin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı qeydiyyat nömrəli çıxarışın əlavəsi olan plan-ölçü sənədinin (və çıxarışın elektron bazada yerləşmə mövqeyinin) koordinatlarına əsasən 957 a saylı, 0,14 ha ölçülü bağ sahəsinin naturada yerini müəyyən etmək mümkündür.Mütəxəssis rəyinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 957 a saylı 0.14 ha torpaq sahəsində tikili yoxdur, mütəxəssis rəyinə əsasən mübahisələndirilən torpaq sahəsi bir hasarın içərisində istifadə edilir, sxemdə qeyd edilən çıxarışlara əsasən naturada sərhədləri nişanlanmışdır. Mütəxəssis rəyinə əsasən Mübahisələndirilən ölçülmüş torpaq sahəsi bir hasarın içərisində istifadə edilir.

18. Ekspert və mütəxəssis rəyindən məlum olur ki, iddiaçıya məxsus ümumi sahəsi 0.12 ha olan Bakı şəhəri Sabunçu Rayonu Nardaran qəsəbəsi 957a saylı torpaq sahəsi Cavabdeh2 məxsus olan ümumi sahəsi 0.19 ha və 0.24 ha olan Bakı şəhəri Sabunçu Rayonu Nardaran qəsəbəsində yerləşən 956, 954 və 954A torpaq sahələri daxilində vahid hasara alınmışdır. İddiaçıya məxsus torpaq sahəsi mütəxəssis rəyində göstərilmiş sxemə uyğun olaraq 956 və 954, 954a torpaq sahələrinin orta hissəsində yerləşir.

19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

20. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, iş materiallarında olan hüquq müəyyənedici sənədlər və ekspert rəyi ilə mübahisəli sahənin iddiaçının mülkiyyətində olduğu müəyyən edilir. Buna görə həmin sahənin cavabdehin qanunsuz sahibliyindən geri qaytarılmasına dair iddiaçının tələbi əsaslıdır. İş materiallarında iddiaçının mübahisəli bağ sahəsinə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquqlarını şübhə altına alan hər hansı sübut, o cümlədən, məhkəmə aktı və ya normativ akt mövcud deyil.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh2 və maraqlarına toxunan şəxs X2 apellyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 03 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar