Məhkəmə qərarları › İş №2(103)-2598/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2598/2020

04.06.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2598/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər X16 və X3 ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X8 və X17, Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X12 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi X11 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3310/2019 saylı, 30oktyabr 2019cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-yə qarşı (Əmək və X12 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 1 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi 3cü şəxs qismində cəlb edilməklə) “istifadə edilməyən məzuniyyət günlərinə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 il ərzində əsas məzuniyyətə görə ödənilməmiş 8495,37 manat pul kompensasiyasının cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3310/2019 saylı, xx xxxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 7.702,41 manat məbləğində pulun cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx”QSC-dən tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Apelyasiya şikayəti və onun dəlilləri: Cavabdeh apelyasiya şikayəti verərək, qeyd etmişdir ki, iddiaçı onunla əmək müqaviləsi bağlanan zaman üçüncü qrup əlil olması faktını gizlətmişdir. O, əlil olmasını təsdiqləyən sənədləri yalnız xx xxxxxxx 2018-ci il tarixdə təqdim etmişdir ki, həmin vaxtdan da onun əmək müqaviləsinə əlil olması ilə əlaqədar 42 təqvim günü müddətində əmək məzuniyyəti verildiyi barədə müvafiq dəyişiklik edilmişdir. Eyni zamanda, məhkəmə tərəfinən müəyyən edilən kompensasiya məbləği real kompensasiya məbləğindən artıqdır. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehdehin nümayəndələri Y.Məmmədov və E.Qurbanov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclaında üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X12 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi E.Əliyev apelyasiya şikayəti ilə razılaşmayaraq apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Azərbaycan Sosial Sovet Respublikası Sosial Müdafiəsi Nazirliyinin X4 tərəfindən verilmiş ВТЭ-1 seriyalı 023341 saylı, xx.xx.1992-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı müddətsiz üçüncü dərəcəli əlillik təyin olunmuşdur. Əlilliyi müddətsizdir. Məhdud fəaliyyət qabiliyyəti ilə öz vəzifəsi üzrə işləyə bilər. İT seriyalı, ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1996cı il tarixdən atıcı vəzifəsi üzrə “xxxxxxxx” Bakı Nəqliyyat Avia Şirkətində (indiki “xxxxxxxxxxxxxxxxxxxxxx” QSC) işləməyə başlamışdır. Əmək kitabçasının birinci vərəqində pensiyanın təyin edilməsi barədə möhürlə təsdiq edilmiş qeyd aşkar edilmişdir. “xxxx” ASC tərəfindən “Azərbaycan Respublikası Hava Yolları” dövlət şirkətinə ünvanlanmış xx.xx.2007-ci il tarixli, 04 saylı məktubun surətindən görünür ki, İddiaçı 1985-ci il tarixdə istehsalatda xəsarət almış, Əzizbəyov rayonu T.S.E.K. tərəfindən ona 3cü dərəcəli əlil olmaqla əmək qabiliyyətinin 50% itirilməsi haqqında rəy verilmiş, 1992-ci ildən ona ömürlük əlillik təyin edilmişdir. İddiaçı tutduğu vəzifədə işləmə qabiliyyətinin olub-olmaması barədə məlumat verilməsi xahiş edilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxx”QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı “Zabrat” X19 Təhlükəsizlik Xidməti Pirallahı Helikopter meydançasında X1 aviadaşımalara xidmətin təşkili və nəzarət üzrə agent vəzifəsinə qəbul edilmişdir. Bu əmək müqaviləsi bağlanan gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə müddətsiz bağlanmışdır və işçi xx.xx.2008-ci il tarixdən işə başlayır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən işçiyə hər ay 390 manat əmək haqqı ödənilir. Xəzər rayon ƏSMM tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 187520 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı əmək zədəsi səbəbindən 3-cü qrup əlildir. İddiaçı imzası ilə təsdiq edilmiş xx.xx.2018-ci il tarixli izahatdan görünür ki, İddiaçı əskərlikdən sonra xx.xx.1984-cü ildən əmək fəaliyyətinə başlamışdır. 1985-ci ildə iyunun 4-də əmək xəsarəti almış, 1992-ci ildə ona ömürlük 3-cü qrup əlillik təyin edilmişdir. 1996-cı ilin iyulun 17-dən AZAL avia şirkətinə işə qəbul olunduqda onun əmək kitabçasının birinci vərəqində əlillik təyin olunması barədə möhür vurulmuşdur. İşə keşikçi vəzifəsinə qəbul olunmuş, daha sonra agent vəzifəsinə keçirilmiş və idarə tərəfindən keçirilən rotasiya tədbiri ilə əlaqədar“Zabrat” hava limanında fəaliyyətini davam etdirir. 2 ay öncə xəbər tutmuşdur ki, əlil olan işçilərə 42 gün məzuniyyət verilir, lakin ona 21 gündən hesablanır. O, ərizə ilə idarəyə müraciət etdikdə ona bildirmişlər ki, onlara sənəd təqdim edilməmişdir, ona görə də keçən illərin kompensasiyasını ödəməyəcəklər. İddiaçı isə bildirmişdir ki, əmək kitabçasında əlilliklə bağlı möhür mövcuddur və onlar bununla əlaqədar sənəd tələb etməli idilər. Həmçinin təxminən 2004-2006-cı illərdə əlilliyi ilə əlaqədar əvvəlki iş yerindən məktub göndərilmişdir. İdarə tərəfindən inspektor cəlb edilmiş, əmək kitabçasıaraşdırılmış və məlum olmuşdur ki, həqiqətən də əmək kitabçasında əlilliklə əlaqədar möhür mövcuddur. İddiaçı tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxx”QSC-yə ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizədə qeyd olunmuşdur ki, İddiaçı 1992-ci ildən üçüncü qrup əlildir, bu haqda onun əmək kitabçasında məlumat var. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 119cu maddəsinə əsasən ona 42 təqvim günü məzuniyyət düşür, lakin bu illər ərzində ona 21 təqvim günü yazılmışdır. 119-cu maddəni əsas tutaraq verilməyən məzuniyyət günlərinin kompensasiyasının ödənilməsinə göstəriş verilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və X12 Nazirliyinə ünvanlanmış xx.xx.2018-ci il tarixli, xxxxxxx180001 saylı müraciət vərəqəsindən görünür ki, İddiaçı X15 X5 Baş İdarəsində baxış və nəzarət üzrə agent vəzifəsində çalışır. Ona 1992-ci ildən 3-cü qrup müddətsiz əlillik dərəcəsi verilmişdir. Məzuniyyət hüququ 42 təqvim günü olduğu halda o, həmişə 21 gün məzuniyyətə çıxmışdır. Buna görə də işinin araşdırılmasını xahiş etmişdir. Əmək və X12 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 1 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxx”QSC-yə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı 1985-ci il tarixdən istehsalatda bədbəxt hadisə nəticəsində xəsarət almışdır. Xəzər (keçmiş Əzizbəyov) rayonu TSEK tərəfindən ona 3-cü dərəcəli əlil olmaqla əmək qabilyyyətinin 50 % itirməsi haqqında rəy verilmiş, 1992-ci il tarixdən isə ömürlük əlillik təyin edilmişdir.İddiaçı xx.xx.1996-cı il tarixində X2 Mühafizə Xidmətinə atıcı vəzifəsinə işə qəbul olunarkən kadrlar şöbəsinə əmək kitabçasını təqdim etmişdir. Əmək kitabçasının birinci səhifəsində möhürlə ona pensiya təyin olunduğu barədə qeydiyyat vardır. Onun hüquqi savadı olmadığından əlillik haqqında olan sənədini istəmədiklərinə görə təqdim etməmiş, 2018ci ilin sentyabr ayında əlil olan işçilərə əmək məzuniyyətinin 42 təqvim günü verilməsi barədə məlumatı olmuşdur. Bununla əlaqədar İddiaçı idarəyə müraciət etmiş, lakin idarədən ona keçmiş illərin əmək məzuniyyəti ilə bağlı kompensasiyasını ödəməyəcəklərini bildirmişdirlər. Eyni zamanda İddiaçı keçmiş iş yeri olan “xxxx” X18 xx.xx.2007-ci il tarixli 04 saylı sorğu xarakterli məktubla (məktubda onun əlil olması barədə qeyd edilmişdir) onun sağlam olub-olmaması barədə məlumat verməyinizi xahiş etmişlər. Həmin sabiq rəisi Mansurov Altay, sabiq hüquqşünası Hüseynov Ağaşükur və hal-hazırda kadrlar üzrə inspektor vəzifəsində çalışan Məmmədova Leyla İddiaçı çağırıb əlil olmasını soruşduqda, əmək kitabçasının birinci səhifəsində pensiya təyin olunması üzrə möhür vurulduğunu bildirmişdir. Onlar əmək kitabçasında bunu görmüşlər və heç bir sənəd tələb etməmişlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 119-cu maddəsinin 2-ci bəndinə əsasən Əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlillərə əmək məzuniyyəti azı 42 təqvim günü verilir. İddiaçı əmək kitabçasını təqdim edən zaman (bir neçə dəfə əmək kitabçasında qeydiyyat aparılmışdır) ona fikir verilməmiş, işçidən lazım olan müvafiq sənədi istəməmişlər. Yuxarıda göstərilənlərlə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci hissəsinə əsasən, İddiaçı istifadə edilməmiş əmək məzuniyyətinə görə 1996-cı il tarixdən etibarən müəyyən olunmuş qaydada və məbləğdə kompensasiyanın ödənilməsi təmin edilsin. Azərbaycan Respublikası Əmək və X12 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 1 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********3 saylı cavab məktubunda qeyd olunmuşdur ki, “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC xx.xx.2017-ci il tarixli, 11/6698 saylı məktubla İddiaçı xx xxxx 1996-cı il tarixdə X2 Mühafizə Xidmətinə atıcı vəzifəsinə işə qəbul edildiyi, xx xxxxxxx 1996-cı il tarixdə həmin xidmətdə keşikçi vəzifəsinə keçirildiyini, xx xxxx 2002-ci il tarixdə “Zabrat” X19 təhlükəsizliyinə baxışın təşkili komandasında agent vəzifəsinə keçirildiyini və hal- hazıra kimi həmin vəzifədə işlədiyini, xx xxxx 1996-cı il tarixdə Tibbi X9 tərəfindən verilən 3-cü qrup əlillik barədə arayışı xx xxxxxxx 2018-ci il tarixində Personalla iş üzrə Baş İdarəyə təqdim etdiyini bildirmişdir. Qanunvericiliyin tələblərinə əsasən İddiaçı məzuniyyət hüququnun həll olunması üçün bir daha xx.xx.2018-ci il tarixli, **********1 nömrəli məktub göndərilmişdir. Lakin müəssisənin təqdim etdiyi digər xx.xx.2018-ci il tarixli, 11/7117 və xx.xx.2019-cu il tarixli, 11/37 saylı məktubda əlilliklə bağlı məzuniyyət günlərinin “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-in rəhbərliyinə yazdığı ərizəyə əsasən xx xxxxxxx 2018-ci il tarixdən veriləcəyi bildirilmişdir. Araşdırmanın ətraflı aparılması üçün İddiaçı 1 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə dəvət edilmiş, o, öz izahatında xx.xx.1996-cı il tarixində X2 Mühafizə Xidmətinə atıcı vəzifəsinə işə qəbul olunarkən kadrlar şöbəsinə əmək kitabçasını təqdim etdiyini, əmək kitabçasının birinci səhifəsində möhürlə pensiya təyin olunduğu barədə qeydiyyat olduğunu, hüquqi savadı olmadığından əlillik haqqında olan sənədi istəmədiklərinə görə təqdim etmədiyini, 2018-ci ilin sentyabr ayında əlil olan işçilərə əmək məzuniyyəti 42 təqvim günü verilməsi barədə məlumatının olduğunu, bununla əlaqədar idarəyə müraciət etdiyini, lakin idarədən ona keçmiş illərin əmək məzuniyyəti ilə bağlı kompensasiyanın ödənməyəcəyini bildirmişdir. Odur ki, yaranmış mülki mübahisənin həlli üçün məhkəməyə müraciət etmək məqsədəuyğundur. Aviasiya Təhlükəsizlik Baş İdarəsi və Azaloylun şəxsi heyətlə iş üzrə şöbəsinin rəisi Vidadi Mikayılov, Aviasiya Təhlükəsizlik Baş İdarəsi vəAzaloylun şəxsi heyətlə iş üzrə şöbənin kadrlar üzrə mütəxəssisləri Leyla Məmmədova və Mehriban Abdullayevanın imzaları ilə təsdiq etdikləri xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, Aviasiya Təhlükəsizlik Baş İdarəsi Aviasiya təhlükəsizliyinə baxışın təşkili İdarəsi «Zabrat» X19 təhlükəsizliyinə baxışın təşkili Komandasının aviasiya təhlükəsizliyinə baxış və nəzarət üzrə agenti İddiaçı xx xxxx 1996-cı il tarixdən Aviasiya Təhlükəsizlik Baş İdarəsində işləməsinə baxmayaraq, xx xxxx 1992-ci il tarixdə ona aid olan Tibbi X9 tərəfindən verilmiş 3-cü qrup əlillik barədə arayışı Kadrlar İdarəsinə xx xxxxxxx 2018-ci il tarixdə təqdim etmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC tərəfindən Azərbaycan Respublikası Əmək və X12 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 1 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, İddiaçı xx xxxx 1996-cı il tarixdə X6, Mühafizə Xidmətinə atıcı vəzifəsinə qəbul edilmiş, xx xxxxxxx 1996cı il tarixdə həmin xidmətdə keşikçi vəzifəsinə keçirilmiş, xx xxxx 2002-ci il tarixdə «Zabrat» X19 Təhlükəsizlik Xidmətinə agent vəzifəsinə, xx xxxx 2016-cı il tarixdə «Zabrat» X19 təhlükəsizliyinə baxışın təşkili komandasında agent vəzifəsinə keçirilmiş və hal-hazıra kimi həmin vəzifədə işləyir. xx xxxx 1992-ci il tarixdə Tibbi X9 tərəfindən verilən 3-cü qrup əlillik barədə arayış, cari ilin 12 oktyabr tarixində Personalla iş üzrə Baş İdarəyə təqdim edilmişdir. «xxxxxxxxxxxxxxxxxxxxxxx» QSC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 936 saylı arayışdan görünür ki, «xxxxxxxxxxxxxxxxxxxxxxx» QSC Aviasiya Təhlükəsizlik Baş İdarəsinin işçisi İddiaçı son bir illik əmək haqqı 6565,96 manat və orta aylıq əmək haqqı 547,16 manat kimi hesablanmışdır. Əmək və X12 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 1 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 140-cı maddəsinin 1-ci hissəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçiin verilməsindən asılı olmayaraq məzuniyyət verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Belə ki, xx.xx.1996-cı il tarixdən 2019-cu ilədək “xxxxxxxxxxxxxxxxxxxxxxx”QSCnin Aviasiya Təhlükəsizlik Baş İdarəsinin işçisi İddiaçı istifadə etmədiyi məzuniyyət günlərinin sayı 472 gündür və həmin istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 140-cı maddəsinin 4-cü hissəsinə əsasən işçinin orta aylıq əmək haqqından hesablanmalıdır. “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin təqdim etdiyi xx.xx.2019-cu il tarixli 936 nömrəli arayışda “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin Aviasiya Təhlükəsizlik Baş İdarəsinin işçisi İddiaçı orta aylıq əmək haqqı 547,16 (beş yüz manat qırx yeddi manat 16 qəpik) qeyd edildiyi üçün, 472 gün istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya 8495,37 (səkkiz min dörd yüz doxsan beş manat 37 qəpik) təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxx» QSCdə işləyərkən 42 günlük əmək məzuniyyətinin istifadə etmədiyi 21 məzuniyyət günü üçün xx.xx.1996-cı ildən etibarən 2019-cu ilədək ödənilməli olan kompensasiya məbləği 8495,37 manat təşkil edir. Mülki işdə olan xx.xx.2019-cu il tarixli, 351/m saylı əmrdən çıxarışdan görünür ki, «xxxxxxxxxxxxxxxxxxxxxxx» QSC Aviasiya Təhlükəsizlik Baş İdarəsi Zabrat» X19 təhlükəsizliyinə baxışın təşkili Komandasının aviasiya təhlükəsizliyinə baxış və nəzarət üzrə agentinə 11.7.17/2018 iş ilinə görə 16 təqvim günü və 11.xx.xx/2019 iş ilinə görə 42 təqvim günü, cəmi 58 təqvim günü əmək məzuniyyətinin xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək verilməsi, xx.xx.2019-cu il tarixdə işə başlamalı olduğu əmr edilmişdir. «xxxxxxxxxxxxxxxxxxxxxxx» QSC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 1241 saylı arayışdan görünür ki, «xxxxxxxxxxxxxxxxxxxxxxx» QSC Aviasiya Təhlükəsizlik Baş İdarəsi Zabrat» X19 təhlükəsizliyinə baxışın təşkili Komandasının aviasiya təhlükəsizliyinə baxış və nəzarət üzrə agenti İddiaçı 21 təqvim günü əmək məzuniyyəti orta aylıq əmək haqqına əsasən 2017/2018-ci iş ilinə görə 407.40 manat və 2018/2019cu iş ilinə görə isə 385.56 manat təşkil edir. Mülki işdə olan xx.xx.2019-cu il tarixli, 394/m saylı əmrdən çıxarışdan görünür ki, «xxxxxxxxxxxxxxxxxxxxxxx» QSC Aviasiya Təhlükəsizlik Baş İdarəsi Zabrat» X19 təhlükəsizliyinə baxışın təşkili Komandasının aviasiya təhlükəsizliyinə baxış və nəzarət üzrə agentinə 11.7.17/2018 iş ilinə görə 27 təqvim günü əmək məzuniyyətinin xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək verilməsi, xx.xx.2018-ci il tarixdə işə başlamalı olduğu əmr edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını, apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, işə apellyasiya qaydasında baxılarkən məhkəmənin təşəbbüsü ilə tərəflər barışıqla bağlı razılığa gəlmiş, iddiaçı barışıq sazişini imzalasa da, cavabdeh tərəf barışıq sazişini imzalamaqdan imtina etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinin “x” bəndinin tələblərinə görə işçinin hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək kimi əmək hüququ vardır. Həmin Məcəllənin 16.2-ci maddəsinə görə qadınlara, əlillərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir. Məcəllənin 119.2-ci maddəsinə əsasən əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlillərə və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir. Əmək Məcəlləsinin 135-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarından və tərəflərin izahatlarından göründüyü kimi İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-də işə qəbul olduğu vaxtdan, yəni 1996-cı iş ilindən başlayaraq ona İİİ qrup əlil olması ilə əlaqədar verilməli olan 42 məzuniyyət günün 21 günündən istifadə etməmişdir. Bu hal işin mübahisələndirilməyən hallarına aiddir. Belə ki, cavabdeh tərəf iddiaçıya fizioloji keyfiyyətləri ilə əlaqədar əlavə olaraq 21 günü verməməsini iddiaçının bu barədə təşkilata müraciət etməməsi, əlilliyinə dair müvafiq sənədləri təqdim etməməsi ilə əsaslandıraraq 2017-2018-ci iş ilinə qədər istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanı ödəməkdən imtina etdiyini bildirmişdir. Məhkəmə cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin bu dəlillini qəbul etməyərək qeyd edir ki, işin araşdırılması zamanı iddiaçı tərəfindən məhkəməyə təqdimedilmiş əmək kitabçasının birinci səhifəsində pensiyanın təyin edilməsi barədə möhürlə təsdiq edilmiş qeydin mövcudluğu aşkar edilmişdir. Pensiyanın təyin edilməsi İddiaçı xx.xx.1992-ci il tarixindən İİİ qrup əlilliyinin verilməsi ilə əlaqədardır. Əmək kitabçasının doldurulmasına, saxlanmasına və orada qeyd edilən məlumatlara əsasən haqq-hesabın həyata keçirilməsinə məsuliyyət daşıyan işəgötürənin kitabça onlara təqdim edilən zaman həmin qeydi görmədiyinə, iddiaçının onlara əlilliklə bağlı müvafiq sənədləri vermədiyinə istinad etməsini məhkəmə əsassız hesab edir. Belə ki, əmək kitabçasında müvafiq məlumatlara əsasən iş vaxtının, verilməli olan məzuniyyət günlərinin və s. uçotunun aparılması, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq işəgötürənin birbaşa vəzifəsidir. İşəgötürənin işçiləri tərəfindən məzuniyyətin verilməsi üçün nəzərə alınmalı olan meyarların düzgün və dürüst uçotunun aparılmaması işçinin konstitusion hüququ olan istirahət hüququnun pozulmasına səbəb ola bilməz. Rayon məhkəməsi 1996-cı ildən etibarən hal-hazıradək iddiaçı tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-də işləyərkən istifadə edilməmiş 42 günlük əmək məzuniyyətinin 21 məzuniyyət günü üçün kompensasiya məbləğinin nə qədər təşkil etdiyini müəyyən etmək məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli rəyinə əsasən İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxx» QSC-də işləyərkən 42 günlük əmək məzuniyyətinin istifadə etmədiyi 21məzuniyyət günü üçün xx.xx.1996-cı ildən etibarən 2019-cu ilədək ödənilməli olan kompensasiya məbləğinin 8495,37 manat təşkil etdiyi müəyyən edilir. Eyni zamanda rayon məhkəməsi «xxxxxxxxxxxxxxxxxxxxxxx» QSC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 1241 saylı arayışa əsasən «xxxxxxxxxxxxxxxxxxxxxxx» QSC Aviasiya Təhlükəsizlik Baş İdarəsi Zabrat» X19 təhlükəsizliyinə baxışın təşkili Komandasının aviasiya təhlükəsizliyinə baxış və nəzarət üzrə agenti İddiaçı 21 təqvim günü əmək məzuniyyəti kompensasiyasının orta aylıq əmək haqqına əsasən 2017/2018-ci iş ilinə görə 407.40 manat və 2018/2019-cu iş ilinə görə isə 385.56 manat məbləğində olduğunu nəzərə alaraq 1996-2016/2017 iş illəri üçün iddiaçıya verilməmiş 21 gün əmək məzuniyyətinin kompensasiyasını (8495,37-(407.40+385.56)) 7.702,41 manat məbləğində müəyyən etməkdə haqlı olmuşdur. Beləliklə, Kollegiya birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan məhkəmə iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onların verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabadehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSCtərəfindən verilmiş apelyasiya şikayətitəmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3310/2019 saylı, xx xxxxxxx 2019cu il tarixli qətnaməsionun apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar