Məhkəmə qərarları › İş №2(103)-2612/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2612/2025

27.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2612/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, 2(008)-119/2025 saylı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 yanvar 2025-ci il tarixli qətnamədən Cavabdeh Əndəhəd oğlunun verdiyi apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçın Cavabdeh Əndəhəd oğluna qarşı irəli sürdüyü “torpaq sahəsinin boşaldılması və sair tələbi barədə” iddiasına dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdir. Həmin qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayəti Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) xx.xx.2025-ci il tarixli qərardadla həmin apellyasiya şikayəti üzrə apellyasiya icraatını mümkün hesab edilməsini və şikayət üzrə apellyasiya baxışı iclasını təyin etmişdir. İş apellyasiya baxışına qəbul edildikdən sonra müəyyən edilmişdir ki, iş üzrə üçüncü şəxs olan X2 da həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iş üzrə üçüncü şəxs Seyhun Ələkbərov tərəfindən də apellyasiya şikayəti verildiyindən, Rayon Məhkəməsinə isə həmin apellyasiya şikayətinin qəbulu məsələsinə hələ ki baxmadığından, Məhkəmənin hazırkı iş üzrə qəbul etdiyi “işin icraata qəbul edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardad ləğv edilməli və iş apellyasiya baxışından çıxarılaraq Rayon Məhkəməsinə göndərilməlidir. Çünki Azərbaycan Respublikası MPM-in 364.1-ci maddəsinin mənasına görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. MPM-in 384.0.6-cı maddəsinin mənasına görə isə, apellyasiya şikayəti icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan MPM-in 263-264, 364 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş “işin icraata qəbul edilməsi barədə” 10 aprel 2025-ci il tarixli qərardad ləğv edilsin və mülki iş apellyasiya baxışından çıxarılaraq, iş üzrə üçüncü şəxs olan X2 tərəfindən verilmiş apellyasiya şikayətinin qəbulu məsələsinin müzakirə edilməsi üçün iş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar