Məhkəmə qərarları › İş №2(103)-2613/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2613/2020

18.03.2020 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2613/2020 18.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X3 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, Maraqlı şəxs Ramazangı̇l (Hacıyev) Turab Məzahı̇r oğlunun vəkili X5 iştirakı ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(011)-10711/2018 saylı qətnaməsindən maraqlı şəxs Ramazangı̇l (Hacıyev) Turab Məzahı̇r oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə müraciət edərək, maraqlı şəxs vergi ödəyicisi Ramazangı̇l (Hacıyev) Turab Məzahı̇r oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixə dövlət büdcəsinə vergi ödəyicisi olan “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 67529,76 manat məbləğində o cümlədən, hissə üzrə 67529,76 vergi borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2014-cü il tarixli **********153000 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(011)-10711/2018 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir. Maraqlı şəxs Ramazangı̇l (Hacıyev) Turab Məzahı̇r oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizənin mətnin də göründüyü kimi ərizəçi yalnız borcun mövcudluğu göstərsə də, borcun yaranma səbəbləri və müddəti haqqında heç bir məlumat verməmişdir. Məhkəmə tərəfindən işə baxılarkən və qətnamə qəbul edərkən də ərizəçinin tələb etdiyin həmin borcun qanuniliyi yoxlanılmamış, ərizəçinin bu borcu tələb edə bilməsi hüququ araşdırılmamışdır. Halbuki, ərizəçinin “xxxxxxxx” MMC-nin borcu üzrə tələb etdiyi 67.529,76 manat vergi borcunun 65203,78 manat hissəsi ərizəçinin mülki iddiasına uyğun olaraq Yasamal rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(004)-26/2015 saylı hökmü ilə X2 tutulması hökm edilmiş, iddiasının qalan hissəsi rədd edilmişdir. Bundan başqa, adı çəkilən hökmlə “xxxxxxxx” MMC-nin rəhbəri-direktoru qismində X6 tanınmışdır. Məhkəmə ərizəçidən borcu sübut edən sənədləri almadığından isə ərizəçinin bu vergi borcunun tələb etmə müddətini buraxdığını nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs Ramazangı̇l (Hacıyev) Turab Məzahı̇r oğlunun vəkili X7 apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından “Hüquqi şəxs haqqında məlumat”dan görünür ki, “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) rəhbəri Ramazangı̇l (Hacıyev) Turab Məzahı̇r oğludur. İş materiallarından “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2018-ci il tarixə cəmi 67529,76 manat vergi borcu vardır. Həmin borc məhkəmə hökmü ilə təmin edilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli **********0 saylı bildirişdən müəyyən olunur ki, vergi ödəyicisi “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin vergilər üzrə 65743,43 manat, maliyyə sanksiyaları üzrə 1826,33 manat, hesablanmış faizlər üzrə 27910,05 manat olmaqla, dövlət büdcəsinə olan 95479,81 manat vergi borcunu rəhbər Ramazangı̇l (Hacıyev) Turab Məzahı̇r oğluna 5 gün ərzində ödəməli olduğu Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 tərəfindən bildirilmişdir. İş materiallarından Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 007685 saylı adın, ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Ramazangı̇l (Hacıyev) Turab Məzahı̇r oğlunun soyadı dəyişdirilərək Ramazangı̇l olmuşdur. Azərbaycan Respulikası Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, vergi öhdəliyi yerinə yetirilmədikdə, fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət oluna bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Buna görə də, qətnamə ləğv olunmalı, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 1(004)-26/2015 saylı hökmü ilə “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) direktoru olmaqla fəaliyyətinə rəhbərlik etmiş X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 213.2.2-ci maddələri ilə təqsirli bilinərək, AR CM-nin 66.3, 66.4, 66.5, 69.3-cü maddələrinə əsasən 3 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, iş üzrə mülki iddia qismən təmin edilmişdir. Həmin hökmdən görünür ki, ekspert rəyinə əsasən “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə ödənilməli olan vergi borcu 65203,78 manat, mənfəət vergisi 2009-cu il üzrə 693,15 manat, ƏDV 2009-cu ilin aprel ayı üzrə 37440,47 manat, ƏDV 2010-cu ilin may ayı üzrə 27070,16 manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, ərizəçi tərəfindən təqdim olunmuş şəxsi hesab vərəqəsi və digər sübutlar əsasında müəyyən olunur ki, “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəmə hökmü ilə təmin edilmiş 67529,76 manat borca görə “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) direktoru olmaqla fəaliyyətinə rəhbərlik etmiş X6 məhkum edilmiş və həmin vergi borcunun ondan tutulması ilə bağlı mülki iddia təmin edilmişdir. Belə olan halda, kollegiya hesab edir ki, “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olmaqla fəaliyyətinə rəhbərlik etmiş X6 məhkəmə hökmü ilə məhkum olunmaqla, vergi borcu mülki iddia ilə ondan tutulması təmin olunduğundan, maraqlı şəxsə qarşı hazırkı ərizə təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Maraqlı şəxs Ramazangı̇l (Hacıyev) Turab Məzahı̇r oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(011)-10711/2018 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən hakim imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar