Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2613/2025 06.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Musayeva Cəmilə Ceyhun qızı (sədrlik edən və məruzəçi), X9 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Cavabdeh2, cavabdehlərin vəkili və nümayəndəsi Vəkil3, X1 vəkili və nümayəndəsi Vəkil4, X1 nümayəndəsi X8 iştirakları ilə, iddiaçılar İddiaçı və X4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X13 4 saylı Abşeron Ərazi İdarəsi olmaqla) “qanunsuz inşa edilmiş hasarın sökülməsi və istifadəsində olan torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-250/2025 nömrəli 31 yanvar 2025-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və X6 cavabdelər Cavabdeh2 və Cavabdeh1 qarşı məhkəməyə müraciət edərək, **********5-10301 reyestr nömrəli xx.xx.2021 tarixli çıxarışa əsasən mülkiyyətlərində olan Bilgəh qəsəbəsi, Musa Nağıyev kücəsi 8 ünvanında yerləşən fərdi yaşayış evinin istifadəsində olan torpaq sahəsində özbaşına inşa edilmiş hasarın cavabdehlərin hesabına sökülməsi və həmin torpaq sahəsinin boşaldılaraq onlara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-250/2025 nömrəli, 31 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2613/2025 saylı 4 aprel 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək baxılması üçün 6 may 2025-ci il tarixə təyin edilmişdir. Bununla belə, işə apellyasiya qaydasında baxılarkən Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-250/2025 nömrəli, 31 yanvar 2025-ci il tarixli qətnaməsindən X2 tərəfindən elekton kabinet vasitəsilə 13 mart 2025-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Lakin birinci instansiya məhkəməsi həmin apellyasiya şikayətinə münasibət bildirməməklə bərabər mülki iş materialına əlavə də etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2, cavabdehlərin vəkili və nümayəndəsi Vəkil3, X1 vəkili və nümayəndəsi Vəkil4 və X1 nümayəndəsi X12 mülki işin birinci instansiya məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış işdə iştirak edən digər şəxslər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası hazırki məsələyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, X2 tərəfindən verilmiş apelyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğun olub-olmamasının yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2613/2025 saylı 4 aprel 2025-ci il tarixli qərardadı ləğv edilməklə mülki iş apellyasiya baxışından çıxarılmalı və qeyd edilən məsələnin həll edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 2(008)- 250/2025 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 4 aprel 2025-ci il tarixli 2(103)-2613/2025 saylı qərardadı ləğv edilməklə, mülki iş apellyasiya baxışından çıxarılsın və X2 tərəfindən verilmiş şikayətə münasibət bildirilməsi məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(103)-2613/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2613/2025
06.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver