Məhkəmə qərarları › İş №2(103)-262/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-262/2023

17.02.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-262/2023 17.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Mənzil – Tikinti Kooperativinə qarşı sənədlərin və mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın etibarsız hesab edilməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X6 cavabdeh İddiaçı qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi barədə tələblərinə dair mülki iş üzrə (açar sözlər: qeydiyyatın etibarsız hesab edilməsi, mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), X19 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndələri Vəkil1 və X8, müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi Vəkil4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı sənədlərin və mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının etibarsız hesab edilməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X6 cavabdeh İddiaçı qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi barədə tələblərinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, e-2(001)- 751/2022 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq İŞİN HALLARİ

1. X16 Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 14 saylı binanın mənzil 23-cü mənzilini (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzil) "xxxx" MTKdan əldə etmiş və mənzilin üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 14 iyun 2018-ci il tarixdə qeydiyyata alınaraq RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir.

2. Mülkiyyət hüququnun qeydə alınması üçün əsas olmuş "xxxx" MTK üzvlərinin ümumi iclasının protokolundan 11 may 2018-ci il tarixli çıxarışa əsasən X16 MTK-ya ərizə ilə müraciət edərək, onun kooperativliyinə üzv qəbul edilməsini xahiş etmiş, onun üzv qəbul edilməsi və MTK-nın Ə.Naxçıvani küçəsi, ev 14 kooperativ yaşayış binasında 1-ci giriş, 7-ci mərtəbə, sahəsi 122,9 kv.m, ümumi sahəsi 215,11 kv,m olan 5 otaqlı, 23 saylı mənzil verilməsi qərara alınmışdır.

3. "xxxx" MTK tərəfindən verilən 11 may 2018-ci il tarixli maliyyə arayışına əsasən ünvan 2 ünvanda yerləşən kooperativ yaşayış binasında 1-ci giriş, 7-ci mərtəbə, ümumi sahəsi 215,11 kv.m, yaşayış sahəsi 122,9 kv.m, olan 5 otaqlı, 23 saylı mənzilin dəyəri MTK-ya X16 tərəfindən tam ödənilmişdir və borc yoxdur.

4. "xxxx" MTK tərəfindən verilən 11 may 2018-ci il tarixli 2 №-li formada arayışda X6 Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 14 saylı evin, 23 nömrəli mənzilində yaşaması və sonuncunun mənzilin sahibi olması qeyd olunmuşdur.

5. Binəqədi rayonu, Binəqədi Bələdiyyəsi tərəfindən verilən yerli (bələdiyyə) vergilərin və ödənişlərin qəbulu üçün xx.xx.2014-cü ilə, 2013-cü ilin mart ayında aid olan qəbzlərə əsasən İddiaçı tərəfindən Ə.ünvan 3 ünvanı üçün 40 manat əmlak vergisi ödəmişdir.

6. "xxxx" ASC-nin Binəqədi filialı tərəfindən verilən 18 avqust 2016-cı il tarixli xəzinə mədaxil orderinə əsasən İddiaçı tərəfindən ünvan 5 ünvanı üçün 133,10 manat məbləğində əmlak vergisi ödənilmişdir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(001)- 478/2021 saylı qətnaməsinə əsasən X6 X10, X5 qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası təmin olunmuş, X17, X11 və onların övladları İddiaçı Fazil qızı, X12 Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 14, m23 (yeni qaydalarla: ünvan 7 ünvanda yerləşən X6 mülkiyyətində olan mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq X13 təhvil verilməsi qət edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin 08 fevral 2022-ci il tarixli, 2(103)-984/2022 saylı qətnaməsinə əsasən apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-478/2021 saylı qətnaməsinin cavabdeh X9 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 21 iyun 2022-ci il tarixli, 2(102)-3307/2022 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 08 fevral 2022-ci il tarixli, 2(103)-984/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçivani küçəsi, ev 14, giriş 1-də yerləşən 23 nömrəli mənzilin X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına əsas olmuş "xxxx" Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi iclasının 11 may 2018-ci il tarixli protokolunun mübahisəli mənzilə aid hissəsinin etibarsız hesab edilməsi barədə, sonradan iddia tələbinin həcmini artıraraq cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi iclasının, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçivani küçəsi, ev 14, giriş 1-də yerləşən 23 nömrəli mənzilin X13 verilməsi barədə 11 may 2018-ci il tarixli protokolunun, forma 2 arayışının, həmin mənzil üzərində sonuncunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının etibarsız hesab edilməsi və məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 100 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 14, giriş 1, mənzil 23 (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 19, M7, mənzil 3) "xxxx" Mənzil tikinti kooperativi tərfindən 2002-ci ilin ortalarında kooperativə üzv qəbul edilməklə ona verilmişdir. Ümumi sahəsi 215.11 kvadrat metr olan həmin mənzilə görə 47,324 manat məbləğində pul vəsaitini ödəməli olduğu halda, 5000 manat borcu qalmaqla, həmin pul vəsaitinin 42324 manatını ödədikdən sonra Mənzil Tikinti Kooperativi üzvlərinin ümumi iclasının protokolundan çıxarışı və qəbzi də ona təqdim etmişdir. Sonradan tərəfindən xeyli məbləğdə pul vəsaiti sərf edilməklə mənzildə təmir işləri aparılaraq, təqribən 2003-cü ilin ortalarında oğlu X17, onun arvadı X11, övladları İddiaçı Fazil qızı və X12 ilə birlikdə həmin mənzilə köçmüşlər və orada yaşayırlar. Hal-hazıradək, yəni 19 il ərzində fasiləsiz olaraq həmin mənzildə ailəsi ilə bir yerdə yaşayır və bütün kommunal xərcləri ödəyir, hal-hazıradək nə MTK tərəfindən, nə də ki, başqa bir şəxs tərəfindən mənzillə bağlı onlara heç bir irad bildirilməmişdir. Lakin 2020ci ilin əvvəllərində həmin mənzili rəsmiləşdirmək qərarına gəldikdə, MTK üzvlərinin ümumi iclasının protokolundan çıxarışın və qəbzlərin itirildiyini aşkar etdikdə oğlu Bakı şəhəri Baş Polis İdarəsinə müraciət etmişdir. Mənzilin sənədləri tapılmadığına görə dublikatının alınması üçün "xxxx" MTK-ya müraciət etsə də, cavabdeh mübahisəli mənzilə dair heç bir sənədin onda olmadığını bildirmişdir. Bununla da cavabdeh onların sənədlərinin itirildiyindən xəbər tutduqdan sonra mübahisəli mənzili ikinci dəfə satıb qanunsuz yolla qazanc əldə etmək qərarına gəlmişdir. Sonradan məlum olmuşdur ki, "xxxx" MTK tərəfindən onlara məxsus olan və qanuni əsaslarla yaşadıqları mənzil üzərində hüquqların qeydiyyatı üçün X16 adlı şəxsə saxta sənədlər, yəni eyni gündə 11 may 2018-ci il tarixli kooperativ üzvlərinin ümumi iclasının protokolundan çıxarış, maliyyə arayışı, və forma 2 arayış verilmişdir. Həmin saxta sənədlərə əsasən mübahisəli mənzil üzərində X6 mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınaraq bu barədə ona 14 iyun 2018-ci il tarixdə **********20-05301-093043 reyestr nömrəli çıxarış verilmişdir. Sənədlərin saxtalaşdırıldığını, həmin mənzil üzərində artıq onun hüququnu təsdiq edən kooperativ üzvlərinin ümumi iclasının protokolu və həmin mənzildə onun ailə üzvlərinin yaşadığı sübut edir. Bundan başqa "xxxx" MTK-nın H.M.Vahabova verdiyi 11 may 2018- ci il tarixli kooperativ üzvlərinin ümumi iclasının protokolundan çıxarışdan, maliyyə arayışından görünür ki, kooperativ üzvlərinin ümumi iclasının keçirilməsi, mənzilin dəyərinin ödənilməsi, həm də Habil Vahabovun guya ki, başqalarına məxsus mənzilə köçüb yaşaması eyni günə təsadüf edir. Bu da öz növbəsində həmin sənədlərin və hərkətlərin eyni gündə aparılmasının mümkün olmadığını, yəni saxtalaşdırıldığını sübut edir. Bundan başqa "xxxx" MTK tərəfindən mübahisəli mənzilin 19 il əvvəl onlara verildiyi və həmin illər ərzində ailəsinin orada yaşaması kooperativin sədri tərəfindən vəzifəsindən sui-istifadə edilməklə və sadəcə tamah məqsədi ilə nəzərə alınmamışdır. Beləliklə, "xxxx" MTK-nın rəhbərliyi qulluq mövqeyindən istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə mənzili aldatma və etibardan sui-istifadə yolu ilə Habil Vahabova satmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində İddiaçı hüquqları pozulduğuna görə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, Azərbaycan Respublikasında 2009-cu il oktyabrın 1-dən qüvvəyə minmiş Mənzil Məcəlləsindən əvvəl qüvvədə olmuş Azərbaycan SSR-in 1982-ci il 8 iyul tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, İddiaçı MTK dan verilmiş protokoldan çıxarışa əsasən 23 dekabr 2002-ci il tarixdə mübahisəli mənzilə köçən zaman 1982-ci ilin məcəlləsi hələ də qüvvədə idi. Beləliklə, qüvvədən düşmüş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 10-cu maddəsinin 2 və 4-cü abzaslarına əsasən vətəndaşlara dövlət və ictimai mənzil fondu evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində yaşayış sahələri müddətsiz istifadə üçün verilir. Qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz.

12. Cavabdeh "xxxx" MTK tərəfindən İddiaçı iddiasına etiraz ünvanlanaraq, bildirilmişdir ki, X16 uzun müddətdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 14, mənzil 23 (Yeni qaydalarla: ünvan 8 ünvanında yerləşən mənzilin pulunu ödəmiş və 14 iyun 2018-ci il tarixdən həmin mənzilin mülkiyyətçisidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakn Dövlət Reyestri Xidmətinin No1311837 saylı çıxarışından görünür ki, sözügedən mənzil X13 tam pay hüququ ilə məxsusdur və sonuncunun xüsusi mülkiyyətindədir. İddiaçı X16 cavabdehlər X14 va X5 qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-478/2021 saylı, 11 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-984/2022 saylı, 08 fevral 2022-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. İşə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzillə bağlı cavabdehlərin hər hansı sübutları mövcud deyildir. Bundan əlavə, İddiaçı hazırki iddia tələbini qaldırmağa dair heç bir subyektiv hüququ yoxdur. Nə İddiaçı, nə də onun ailə üzvləri hazırki mənzilə dair MTK ilə müqavilə bağlamayıblar, mənzilə görə MTK-ya heç bir ödəniş etməyiblər. Onların mənzilə dair heç bir hüquq müəyyənedici sənədləri yoxdur. Baxılan iş üzrə iddiaçı belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmak üçün ilk növbədə mübahisəli mənzilə və ya onun bir hissəsinə mülkiyyət hüququnu təsdiq edən sübutlar təqdim etməli idi ki, iddiaçı tərəfindən belə bir sübut təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2063/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı X8 cavabdeh Azarbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin İ saylı Bakı Ərazi İdarəsinə qarşı X16 üçüncü şəxs qismində işə cəlb olunmaqla "ünvan 9 ünvanında yerləşən mənzilin mülkiyyət hüququnu təsdiq edən, ******* saylı çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmamışdır. Göründüyü kimi, hazırki iş üzrə iddiaçı və onun ailə üzvləri dəfələrlə ünvan 10 ünvanında yerləşən mənzillə bağlı məhkəmələrə müraciət etsələr də, iddia tələbi iddiaçının subyektiv hüququnun olması səbəbindən rədd edilmişdir.

13. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilən X16 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 14, mənzil 23 (Yeni qaydalarla: ünvan 11 ünvanında yerləşən mənzildən cavabdeh İddiaçı çıxarılması və cavabdeh tərəfindən həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Müstəqil tələb irəli sürən üçüncü şəxs iddiasını onunla əsaslandırılmışdır ki, o, uzun müddətdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 14, mənzil 23 (Yeni qaydalarla: ünvan 12 ünvanında yerləşən mənzilin pulunu ödəyib almışdır və 14 iyun 2018-ci il tarixdən həmin mənzilin mülkiyyətçisidir. Azərbaycan Respublikası Əmlak Məcələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin №1311837 saylı çıxarışından görünür ki, sözügedən mənzil ona tam pay hüququ ilə məxsusdur və onun xüsusi mülkiyyətindədir. Ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 14, mənzil 23 (Yeni qaydalarla: ünvan 8 ünvanında yerləşən mənzildə başqa şəxslər, yəni cavabdeh İddiaçı və ailəsi qanunsuz olaraq istifadə etmişdir. Həmin şəxslərlə onun arasında heç bir müqavilə bağlanmamışdır, onun razılığı olmadan onun mənzilində qanunsuz olaraq yaşayırlar. Sonradan həmin şəxslərin mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmayaraq qətnamə dəyişdirilmədən qüvvədə saxlanmışdır. Hal-hazırda cavabdeh İddiaçı mənzildən çıxarılması zərurəti yaranmışdır. Belə ki, cavabdeh İddiaçı onun ailə üzvü deyil. qohumu deyil, onunla arasında heç bir hüquq münasibəti yaranmamış, heç bir müqavilə bağlanmamışdır. Cavabdehin bu mənzildə yaşaması və ya istifadə etməsi onun iradəsinə və mənafeyinə ziddir. Cavabdehin heç bir hüququ olmadan ona məxsus evdə yaşaması və ya istifadə etməsi, mənzilə sahiblik etməsi onun mülkiyyətçi kimi mənafelərini pozur, o, öz mənzilindən istifadə edə, ona sahiblik edə bilmir. Mülkiyyətçi olaraq onun hüquq və mənafeləri təmin edilməli və cavabdeh mənzilindən çıxarılmalıdır. İddiaçı onun mənzilinə dair kommunal xidmətlərlə müqavilə imzalaması da qanunsuzdur. Qeyd edir ki, onun mülkiyyətçi hüquqlarının qəsdən pozulması Azərbaycan Respublikası Konstitusiyasına və qüvvədə olan digər qanunvericilik aktlarına əsasən yolverilməzdir.

15. İddiaçının nümayəndəsi Vəkil1 müstəqil tələb irəli sürən üçüncü şəxs X6 cavabeh İddiaçı qarşı mənzildən çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi barədə iddiasına etiraz təqdim etmişdir. Etiraz iddia ərizəsində göstərilən xüsusatlarla əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının həmin mənzil üzərində hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 179.1-ci maddəsinən dəyişiklik edilənə qədər yaranmışdır. Belə ki, 23 dekabr 2003-cü il tarixli 566-İİQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 3, maddə 123) ilə Məcəllənin 179.1-ci maddəsi yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi: 179.1. Daşınmaz əmlakın mülkiyyətçisi olmayan, lakin on il ərzində ona öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik edən fiziki və ya hüquqi şəxs bu əmlaka mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 28 yanvar 2002ci il tarixli qəraında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin daşınmaz əmlaka mülkiyyət hüququnu əldə etmə müddətini müəyyənləşdirən 179-cu maddəsinin hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərinə tətbiq olunmalıdır. Hesab edir ki, İddiaçı ailəsi ilə birlikdə 2002-ci ildən sonra mübahisəli mənzilə on il ərzində öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik etdiyinə görə hazırki mübahisəyə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179.1 -cu maddəsi tətbiq edilməlidir, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası rədd olunmalıdır.

16. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, e-2(001)- 751/2022 nömrəli qətnaməsinə əsasən İddiaçı "xxxx" MTK-ya qarşı iddiası rədd, X6 İddiaçı qarşı iddiası təmin olunaraq sonuncunun X6 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 14, mənzil 23 (yeni qaydalarla: ünvan 13 ünvanında yerləşən mənzildən çıxarılması və onun tərəfindən boşaldılaraq X13 təhvil verilməsi qət edilmişdir.

17. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı subyektiv hüququnun olduğunu iki dəlillə əsaslandırır. Birincisi, iddiaçı mübahisəli mənzilə dair MTK-ya pul ödədiyini, bunun məntiqi davamı olaraq ona müvafiq order, maliyyə arayışı və.s sənədlər təqdim edildiyini və nəticədə MTK-nın həmin mənzili onun sahiblik və istifadəsinə verdiyini bildirir. Lakin işin müəyyən edilən hallarından görünür ki, həmin istinad olunan sənədlər nə iddiaçıda, nə cavabdehdə mövcuddur. Eyni zamanda itirilmə ilə bağlı Polis orqanına müraciət edilməsi isə həmin sənədləri əvəz etmir. İddiaçı müvafiq sənədləri təqdim etməmiş və həmin sənədləri itirdiyinə istinad etməklə MTK ilə onun arasında hüquqi münasibətlərin yaranmış olması faktını təsdiq etməyə çalışmışdır. İddiaçının bu cəhdi uğursuzdur və istinad olunan hallar həmin faktı təsdiq edə bilməz. İkincisi, iddiaçı təqribən 20 il müddətində mübahisəli mənzildən fasiləsiz və etirazsız istifadə etdiyini bildirir və Mülki Məcəllənin qüvvədən düşmüş 179.1-ci maddəsinə əsasən mülkiyyət hüququnu əldə etdiyinə istinad edərək, hazırki tələbi irəli sürməkdə haqlı olduğunu iddia edir. Lakin həmin əldə etmə müddəti o daşınmaz əmlaklara aiddir ki, onların mülkiyyətçisi olmasın. İşin halları ilə müəyyən edilir ki, iddiaçının 2001-2002-ci ildən həmin daşınmaz əmlaka sahiblik etməsi tədqiq edilmiş sübutlarla (şahid ifadələri, kommunal ödənişlərlə bağlı qəbzlər) təsdiq olunsa da, lakin mübahisələndirilən mənzil və onun tərkib hissəsi olan yaşayış sahəsi MTK-ya məxsus olmuş, sonradan pay haqqını ödəmiş üçüncü şəxsə (ikinci iddiaçıya) verilmişdir. Məhkəmə iddiaçının bu dəlilini də əsassız hesab etmiş və iddiaçının mənzilə dair sənədlərin etibarsız hesab edilməsi barədə iddia irəli sürmək üçün subyektiv hüququnun olmadığı qənaətinə gəlmişdir. Məhkəmə üçüncü şəxs X6 cavabdeh İddiaçı qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbini isə əsaslı hesab etmiş və qənaətini onunla əsaslandırmışdır ki, əmlak iddiaçının mülkiyyətindədir, lakin cavabdeh iddiaçının etirazına baxmayaraq əmlaka faktiki sahiblik etməyə davam edir və cavabdehlərin sahibliyi qanunsuzdur, belə ki, tərəflər arasında mənzildən istifadə ilə bağlı və ya mənzilə dair hüquqlarını təsdiq edın hər hansı müqavilə işin faktiki halları ilə müəyyən edilmir, odur ki, mülkiyyətçi həm öz əmlakını tələb etməkdə, həm də mülkiyyət hüquqlarından sərbəst şəkildə və öz mülahizəsinə uyğun istifadə etməsinə törədilən maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlıdır.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2, 152.5 və 157.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

19. Qətnamə ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli e-2(001)-751/2022 saylı qətnaməsinin tam ləğv edilərək, "xxxx" MTK-ya qarşı iddiasının təmin olunması, X6 iddiasının rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Naxçıvani küçəsi, 19, M7, mənzil 3 "xxxx" MTK tərəfindən 2002-ci ilin ortalarında kooperativə üzv qəbul edilməklə ona verilmişdir. Həmin mənzilə görə 47324 manat məbləğində pul vəsaitini ödəməli olduğu halda, 5000 manat borcu qarajla əvəzləşdirməklə 42324 manat ödədikdən sonra Mənzil Tikinti Kooperativi üzvlərinin ümumi iclasının protokolundan çıxarışı və ödəniş qəbzini ona təqdim etmişdir. Sonradan onun tərəfindən xeyli məbləğdə pul vəsaiti sərf edilməklə mənzildə təmir işləri aparılaraq, təqribən 2003-cü ilin ortalarında oğlu X17, onun arvadı X11, övladlarıı İddiaçı Fazil qızı və X12 ilə birlikdə həmin mənzilə köçərək orada yaşayırlar. Hal-hazıradək, yəni 20 il ərzində fasiləsiz olaraq həmin mənzildə ailəsi ilə bir yerdə yaşayır və bütün kommunal xərcləri ödəyir, hal-hazıradək nə MTK tərəfindən, nə də ki, başqa bir şəxs tərəfindən mənzillə bağlı onlara heç bir irad bildirilməmişdir. Lakin 2020ci ilin əvvəllərində həmin mənzili rəsmiləşdirmək qərarına gəldikdə, MTK üzvlərinin ümumi iclasının protokolundan çıxarışın və qəbzlərin itirildiyini aşkar etdikdə oğlu Bakı şəhəri Baş Polis İdarəsinə müraciət etmişdir. Mənzilin sənədləri tapılmadığına görə onların dublikatının alınması üçün "xxxx" MTK-nf müraciət etdikdə, cavabdeh mübahisəli mənzilə dair heç bir sənədin onda olmadığını bildirmişdir. Bununla da cavabdeh bizim sənədlərin itirildiyindən xəbər tutduqdan sonra mübahisəli mənzili ikinci dəfə satıb qanunsuz yolla qazanc əldə etmək qərarına gəlmişdir. Çünki, bizə məxsus olan və qanuni əsaslarla ailəm ilə 20 il ərzində yaşadığımız və istifadə etdiyimiz mənzilə dair "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən hüquqların qeydiyyatı üçün X13 uydurma sənədlər, yəni eyni gündə 11 may 2018-ci il tarixli kooperativ üzvlərinin ümumi iclasının protokolundan çıxarış, maliyyə arayışı, və Forma- 2 arayışı verilmişdir. Həmin uydurma sənədlərə əsasən mübahisəli mənzil üzərində X6 mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı BakıƏrazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınaraq bu barədə ona 14 iyun 2018-ci il tarixdə **********20- 05301-093043 reyestr nömrəli çıxarış verilmişdir. Halbuki, H.M.Vahabov heç vaxt həmin mənzildə olmamış, ona baxış keçirməmiş, həmin mənzilin texniki pasportunu Məhkəməyə təqdim etməmiş, mənzilin yerləşdiyi yerin harada olduğunu belə bilmir. Mənzilin dəyəri cavabdeh tərəfindən ödənilmədiyinə görə, "xxxx" Mənzil Tikinti Kooperativinə və yaxud Banka ödənilməsini təsdiq edən kassa mədaxil orderi Məhkəməyə təqdim edilməmişdir. Bundan başqa "xxxx" Mənzil Tikinti X1 verdiyi 11 may 2018-ci il tarixli kooperativ üzvlərinin ümumi iclasının protokolundan çıxarışdan, maliyyə arayışından, F-2 arayışından görünür ki, kooperativ üzvlərinin ümumi iclasının keçirilməsi, mənzilin dəyərinin ödənilməsi, həm də Habil Vahabovun guya ki, başqalarına məxsus mənzilə köçüb yaşaması eyni günə təsadüf edir. Bu da öz növbəsində həmin sənədlərin və hərkətlərin eyni gündə aparılmasının mümkün olmadığını, yəni uydurma olduğunu sübut edir. Həmçinin məhkəmə icasında şahid qismində ifadə vermiş şəxslər "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən heç vaxt kooperativ üzvlərinin ümumi iclaslarının xüsusilə də X2 üzv qəbul edilmədiyini və mübahisəli mənzilin ona verilmədiyini, hətta bu barədə iclasın keçirilmədiyini və hətta iclas barədə heç bir məlumatın verilməildiyini bildirmişlər. Məhkəmə baxışı iclasında dindirilmiş digər şahid Hüseynov Hüseynin ifadəsi ümumiyyətlə məhkəmənin qətnaməsində göstərilmədiyinə görə prosessual qanunun tələbləri hakim tərəfindən kobud surətdə pozulmuşdur. Bundan başqa "xxxx" MTK tərəfindən mübahisəli mənzilin 20 il əvvəl İddiaçı verildiyi və həmin illər ərzində ailənin orada yaşaması kooperativin sədri tərəfindən vəzifəsindən sui-istifadə edilməklə və sadəcə tamah məqsədi ilə nəzərə alınmamışdır. Halbuki, mənzildə yaşadıqları 20 il ərzində cavabdeh MTK tərəfindən bütün ödənişlər qəbul edilmiş, nə kooperativ, nə də Habil Vahabov tərfindən mənzillə bağlı heç bir irad bildirilməmişdir. Beləliklə, "xxxx" Mənzil Tikinti Kooperativinin rəhbərliyi qulluq mövqeyindən istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə tamah məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 14, giriş 1-də yerləşən 23 nömrəli mənzili Habil Vahabovun adına rəsmiləşdirmişdir. Hətta mənzilə dair heç bir sənədim olmasa idi belə, mənim həmin mənzil üzərində hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 179.1-ci maddəsinən dəyişiklik edilənə qədər yaranmışdır. Belə ki, 23 dekabr 2003-cü il tarixli 566-İİQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 3, maddə 123) ilə Məcəllənin 179.1ci maddəsi yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasına əsasən daşınmaz əmlakın mülkiyyətçisi olmayan, lakin on il ərzində ona öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik edən fiziki və ya hüquqi şəxs bu əmlaka mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 28 yanvar 2002-ci il tarixli qəraında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin daşınmaz əmlaka mülkiyyət hüququnu əldə etmə müddətini müəyyənləşdirən 179-cu maddəsinin hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərinə tətbiq olunmalıdır. Hesab edir ki, o, ailəsi ilə birlikdə 2002-ci ildən sonra mübahisəli mənzilə on il ərzində öz əmlakımız kimi vicdanla, açıq və fasiləsiz sahiblik etdiyinə görə hazırki mübahisəyə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179.1 -cu maddəsi tətbiq edilməli idi. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə zidd olraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə özünün cəlb etdiyi, qarşılıqlı iddia vermək hüququna malik olmayan H.Vahabovun qarşılıqlı iddia ərizəsini icraata qəbul etmişdir və ona baxaraq təmin etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 57.2-ci maddəsinə əsasən müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar. Beləliklə, məhkəmə məlum olmayan səbəblərdən qanunvericiliyin tələblərinə və sübutlara məhəl qoymadan ədalətsiz və əsassız qətnam qəbul etməklə onları çox acınacaqlı bir vəziyyətə düçar etmişdir. Binəqədi Rayon Məhkəməsi məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslərin, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən heç vaxt kooperativ üzvlərinin ümumi iclaslarının keçirilmədiyi, X2 üzv qəbul edilmədiyini və mübahisəli mənzilin ona verilmədiyini, iclas barədə heç bir elan və məlumatın verilməildiyini bildirmələrinə baxmayaraq, həmin faktları məhkəmə araşdırmadan iddiaçının mövqeyindən çıxış edərək qərəzli qətnamə çıxarmışdır. Məhkəmə H.M.Vahabovun heç vaxt mübahisəli mənzildə olmaması, ona baxış keçirməməsi həmin mənzilin texniki pasportunu məhkəməyə təqdim etməməsi, mənzilin yerləşdiyi yerin harada olduğunu belə bilməməsi və mənzilin dəyərinin ödənilməsini təsdiq edən kassa mədaxil orderinin məhkəməyə təqdim etməməsi səbəblərini araşdırmadan, yalnız kooperativin tərtib etdiyi uydurma maliyyə arayışını əsas götürmüşdür.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi tərəfindən apellysiya şikayətinə etiraz təqdim olunmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, X3 Fazil Hüseyn oğluna və X5 qarşı sözügedən mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(001)-478/2021 saylı qətnaməsinə əsasən iddia təmin edilmişdir. Cavabdeh X17 tərəfindən verilmiş apellyasiya şikayəti təmiqn olunmamış və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 fevral 2022-ci il tarixli, 2(103)-984/2022 saylı qətnaməsinə əsasən həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2022-ci il tarixli, 2(102)- 3307/2022 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022ci il tarixli, 2(103)-984/2022 saylı, qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzillə bağlı cavabdehlərin hər hansı sübutları mövcud deyildir. Göründüyü kimi, həmin iş üzrə əqdin etibarlılığı yoxlanıldığı halda, əlavə olaraq yenidən iddia qaldırmaq yolverilməzdir. Belə ki, “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli, № 02/2022 saylı Qərardadı ilə müəyyən edilmişdir ki, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Beləliklə, mülki prosessual qanunvericiliyin qeyd edilən tələbləri baxımından belə qənaət hasil olur ki, əqdə əsaslanan iddialara baxıldığı halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsi tələblərinin irəli sürülməsi və onlara baxılması yolverilməzdir. İddiaçı apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan, obyektiv araşdırma aparılaraq qəbul edildiyindən dəyişdirilmədən saxlanılmalıdır.

22. Apellyasiya şikayətinə qarşı işdə iştirak edən digər şəxslər tərəfindən etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. İddiaçının nümayəndəsi Vəkil1 apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli e-2(001)- 751/2022 saylı qətnaməsinin tam ləğv edilərək, "xxxx" MTK-ya qarşı iddiasının təmin olunması, X6 iddiasının rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

24. İddiaçının nümayəndəsi X18 apelyasiya şikayətini müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, İddiaçı onun həyat yoldaşıdır. Həmin evin təmiri onun tərəfindən həyata keçirilmişdir və 21 ildir ki onlar həmin mənzildə yaşayırlar. Əgər "xxxx" MTK-ya mənzilə görə pul ödənilməsə və müqavilə olmasa idi, heç kəs onların mənzili təmir etməsinə və 20 ildən artıq müddətdə orada yaşamasına imkan verməzdi. 20 il ərzində MTK tərəfindən heç yerə müraciət olunmaması da bunu təsdiq edir ki, onların arasında müqavilə olmuşdur. Uzun müddətdir ki, bütün kommunal xidmətlərə dair müqavilələr onlarla bağlanılmış və həmin müqavilələr məhkəməyə təqdim olunmuşdur. MTK-nın evi adına sənədləşdirdiyi şəxs bir dəfə də olsun gəlib həmin evə baxış keçirməmişdir.

25. Müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi Vəkil4 apelyasiya şikayətinə etiraz etdiyini bildirərək şikayətin təmin olunmadan, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

26. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə; Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

28. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır; Maddə 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 55.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər; Maddə 57.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Maddə 57.2. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

32. Apellyasiya şikayətinin prosessual pozuntuya yol verilməsi ilə bağlı dəlil kimi ona istinad edilmişdir ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə zidd olaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə özünün cəlb etdiyi, qarşılıqlı iddia vermək hüququna malik olmayan H.Vahabovun qarşılıqlı iddia ərizəsini icraata qəbul etmişdir və ona baxaraq təmin etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 57.2-ci maddəsinə əsasən müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar.

33. Bu dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin hər hansı bir norması işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb olunmuş şəxsin müstəqil tələb irəli sürməsinə qadağa qoymur. Məcəllənin 57.2-ci maddəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin qarşılıqlı iddia vermək hüququnun olmamasının qeyd edilməsi onun məhz həmin statusda (müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşılıqlı iddia vermək imkanını istisna edir.

34. Ümumiyyətlə, həm iddianın, həm də apelyasiya şikayətinin əsasını təşkil edən hallar ondan ibarətdir ki, mübahisə predmeti olan mənzil cavabdeh tərəfindən 2002-ci ilin ortalarında kooperativə üzv qəbul edilməklə ona verilmiş, 47324 manat məbləğində pul vəsaitini ödəməli olduğu halda, 5000 manat borcu qarajla əvəzləşdirməklə 42,324 manat ödədikdən sonra Mənzil Tikinti Kooperativi üzvlərinin ümumi iclasının protokolundan çıxarışı və ödəniş qəbzi ona təqdim olunmuş, təqribən 2003-cü ilin ortalarından ailə üzvləri ilə birlikdə həmin mənzilə köçərək orada yaşamışlar.

35. Lakin qeyd olunan xüsusatları təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Həmin hallarda bağlı iddiaçı birinci instansiya məhkəməsində tədqiq olunmuş şahid ifadələrinə istinad etmiş, həmçinin, apelyasiya şikayətində qeyd olunan xüsusatların araşdırılması üçün digər şahid ifadəsinin zəruri olduğunu bildirmişdir. Lakin iddiaçının istinad etdiyi hallar daşınmaz əmlak üzərində hüquqların yaranması üçün əsas yaratdığından məhkəmə kollegiyası hesab edir ki, bü xüsusatların, şahid ifadələrinin iddiaçının həmin mənzil üzərində hər hansı hüququnun yaranması üçün sübut kimi qəbul olunması Mülki Prosessual Məcəllənin 81-ci maddəsi (Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.) ilə ziddiyyət təşkil edir.

36. Apellyasiya şikayətinin digər dəlilləri (iddiaçının ailə üzvləri ilə birlikdə 20 il ərzində fasiləsiz olaraq həmin mənzildə yaşaması, bütün kommunal xərcləri ödəməsi, halhazıradək nə cavabdeh MTK tərəfindən, nə də ki, başqa bir şəxs tərəfindən mənzillə bağlı onlara heç bir irad bildirilməməsi) ilə bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, bu xüsusatlar da iddiaçının mənzil üzərində hər hansı hüququnun yaranması üçün əsas ola bilməz.

37. Apellyatorun daşınmaz əmlak üzərində hüququn yaranmasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin qüvvədən düşmüş 179-cu maddəsi ilə əsaslandırmasını da məhkəmə əsaslı hesab etmir. Belə ki, bu norma qüvvədən düşməklə yanaşı qüvvədə olduğu müddət ərzində də həmin normanın tətbiqi üçün zəruri olan dispozisiya şərtləri mövcud olmamışdır.

38. İddiaçının daşınmaz əmlak üzərində hər hansı hüququ yaranmadığından məhkəmə kollegiyası bu qənaətə gəlir ki, onun hazırkı iddianı irəli sürmək üçün subyektiv hüququ mövcud deyil və buna görə də apelyasiya şikayətinin digər dəilləri kimi istinad edilən hallar – MTK tərəfindən hüquqların qeydiyyatı üçün H.M.Vahabova eyni gündə 11 may 2018-ci il tarixli kooperativ üzvlərinin ümumi iclasının protokolundan çıxarış, maliyyə arayışı, və Forma- 2 arayışı verilməsi, həmin sənədlərə əsasən mübahisəli mənzil üzərində sonuncunun mülkiyyət hüququnun qeydə alınması, kassa mədaxil orderinin təqdim olunmaması və digər xüsusatlar qətnamənin ləğvi üçün əsas ola bilməz.

39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası ilə bağlı gəldiyi qənaəti də əsaslı hesab edir. Belə ki, hazırkı situasiyada Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtləri mövcuddur, yəni, iddiaçı əşyanın mülkiyyətçisidir və əşya cavabdehin qanunsuz sahibliyindədir. Buna görə də mülkiyyətçi öz əmlakını tələb etməkdə haqlıdır.

40. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

41. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, e-2(001)- 751/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, e-2(001)- 751/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR Fərrux Qasimov

Fuad Abdıyev

Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar