Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2620/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-442/2022 saylı, 17 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: .İddiaçı Dövlət Əmək Müfəttişliyi Xidmətini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdeh "xxxx" MMC-yə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-442/2022 saylı, 17 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, "xxxx" MMC-nin İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə 01.06.2021-ci il tarixli, 12 saylı əmrinin ləğv olunması, İddiaçı məcburi işburaxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək ştat cədvəlinə uyğun əmək haqqını ödənilməklə, o, əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 127 (bir yüz iyirmi yeddi) manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən alınaraq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəməyə 28 mart 2022-ci il tarixdə daxil olmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli məktubu ilə, iş üzrə cavabdeh "xxxx" MMC tərəfindən Nəsimi Rayon Məhkəməsinin 2(006)-442/2022 saylı, 17 yanvar 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti ilə əlaqədar Bakı Apellyasiya Məhkməsənin icraatında olan hazırki mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsinə göstəriş verilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə görə apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh "xxxx" MMC tərəfinən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-442/2022 saylı, 17 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılaraq mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-442/2022 saylı, 17 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılaraq mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2620/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2620/2022
06.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver