Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2622/2022 12.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7190/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka müqaviləsinin ləğv edilməsi və avtonəqliyyat vasitəsinin ipotekadan çıxarılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, LPO "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə xüsusi mülkiyyət hüququ ilə 31.07.2015-ci il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi və ona məxsus olan “Mitsubishi Pajero” markalı, ağ rəngli, 2000-ci il buraxılışlı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin ipotekadan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, LPO "xxxx" ASC ilə arasında 31.07.2015-ci il tarixli, 2074 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən ona 24 ay müddətinə, illik faiz dərəcəsi 22% olmaqla 4.000 USD (dörd min) ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, onunla həmin tarixdə ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan “Mitsubishi Pajero” markalı, ağ rəngli, 2000-ci il buraxılışlı, 90BM533 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi bank qarşında ipoteka ilə yüklü edilmişdir. İddiaçı LPO "xxxx" ASC ona qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan 31.07.2015-ci il tarixli, 2075 saylı kredit müqaviləsi üzrə 2.646,93 ABŞ dolları əsas, 1.537,56 ABŞ dolları cərimə, müddət sonuna hesablanan 1.020,30 ABŞ dolları və Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan 397,01 ABŞ dolları faiz borcunun, 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, ondann 31.07.2015-ci il tarixli, 2074 saylı kredit müqaviləsi üzrə 1.590,61 ABŞ dolları əsas, 924,01 ABŞ dolları cərimə, müddət sonuna hesablanan 522,75 ABŞ dolları və Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014cü il tarixli qərarına əsasən hesablanan 236,06 ABŞ dolları faiz borcunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, tutmanın ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan, “Mitsubishi Pajero” markalı, ağ rəngli, 2000-ci il buraxılışlı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yönəldilərək açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borcun ondan tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4290/2020 saylı, 01.10.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi 29 yanvar 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4290/2020 saylı, 01.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)2944/2021 saylı, 25 may 2021-ci il tarixli qərarı ilə iddiaçı LPO "xxxx" ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-981/2020 nömrəli iş üzrə 29 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bildirir ki, 12 iyul 2021-ci il tarixdə LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan, “Mitsubishi Pajero” markalı, ağ rəngli, 2000-ci il buraxılışlı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ipotekadan çıxarılmasını xahiş etmişdir. Lakin Əmanətlərin Sığortalanması Fondu onun əmlakının ipotekadan çıxarılmasından imtina etmişdir. Həmin zaman Əmanətlərin Sığortalanması Fondu ona məhkəməyə müraciət etməyini bildirmişdir. Halbuki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4290/2020 saylı, 01.10.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə Əmanətlərin Sığortalanması Fondunun ona qarşı iddiası rədd edilmişdir. Lakin buna baxmayaraq xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan, “Mitsubishi Pajero” markalı, ağ rəngli, 2000-ci il buraxılışlı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsininin ipotekadan çıxarmamışdır. Cavabdeh "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna 15 iyul 2021-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan, “Mitsubishi Pajero” markalı, ağ rəngli, 2000-ci il buraxılışlı, **- BM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsininin ipotekadan çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu isə bu müddət ərzində məktubunu cavablandırmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7190/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, iddiaçı Ləğv prosesində olan "xxxx" ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış 31.07.2015-ci il tarixli 2074 saylı kredit müqaviləsi üzrə və "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 31 iyul 2015-ci il tarixli 2074 saylı ipoteka müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi, İddiaçı məxsus olan “Mitsubishi Pajero” markalı, ağ rəngli, 2000-ci il buraxılışlı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin 31 iyul 2015-ci il tarixli 2074 saylı kredit müqaviləsinin təminatı kimi ipoteka yüklülüyündən azad edilməsi. Həmin qətnamədən narazı qalan cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə görə kredit müqaviləsinin şərtləri on il ərzində qüvvədə olduğuna görə kredit müqaviləsi üzrə borclu olan İddiaçı Banka olan borc tələb oluna bilər. Lakin, LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı iddia tələbi üzrə Yasamal Rayon Məhkəməsinin 2(004)-4290/2020 saylı, 01.10.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia tələbi iddia müddətinin tətbiq olunması əsası ilə rədd edilsin. Belə ki, qətnamə üzrə əsas öhdəliyə və təminat öhdəliyinə xitam verilməsi barədə heç bir məlumat qeyd edilməmiş və cavabdeh tərəfindən iddia müddətinin tətbiq olunmasına dair ərizə təqdim olunduğuna görə Yasamal Rayon Məhkəməsi iddia müddətini tətbiq edərək iddia tələbini rədd etmişdir. Bu isə o deməkdir ki, iddiaçı Bank ilə İddiaçı arasında bağlanmış 31.07.2015-ci il tarixli, 2074 saylı kredit müqaviləsi üzrə borc tələbi məhkəmə qaydasında tələb oluna bilməz. Amma borcun məhkəmə qaydasında tələb oluna bilinməməsi öhdəliyə xitam verilməsi üçün əsas deyil. İddiaçıla Bank arasında bağlanmış 31.07.2015-ci il tarixli, 2074 saylı kredit müqaviləsi üzrə borc tələbi məhkəmə qaydasında tələb oluna bilməsə də, faktiki olaraq borc öhdəliyi mövcud olduğuna görə ipoteka müqaviləsi üzrə öhdəliklərə də xitam verilə bilməz. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7190/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 7190/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərdiklərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7190/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda cavabdeh LPO "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən 31 iyul 2015-ci il tarixli 2074 saylı kredit müqaviləsi üzrə iddia müddəti ötürülməsinə görə, LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair” iddiası təmin edilməmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Belə olan halda "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 31 iyul 2015-ci il tarixli 2074 saylı kredit müqaviləsi və ipoteka müqaviləsi üzrə öhdəliklərə xitam verilməli, İddiaçı mülkiyyətində olan “Mitsubishi Pajero” markalı, ağ rəngli, 2000ci il buraxılışlı, **-BM-*** avtomobil ipoteka yüklülüyündən azad edilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 311, 385, 390, 527-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qət88naməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2944/2021 saylı, 25.05.2021-ci il tarixli qərarından görünür ki, iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4290/2020 saylı, 01.10.2020-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 29 yanvar 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-4290/2020 saylı, 01.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25.05.2021-ci il tarixli Qərarı ilə LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-981/2021 saylı, 29 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.(İ.vər. 5 - 10) İş materiallarında olan, "xxxx" MMC-dən 12.07.2021-ci il tarixli, SF-11640 saylı Çıxarışdakı “Borcalan aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı LPO "xxxx" ASC-yə 31.07.2015-ci il tarixli kredit müqaviləsinə əsasən kredit hesabı üzrə kreditin qalıq məbləği üzrə 2.646,93 AZN, faiz məbləği üzrə 0,00 AZN məbləğində borcu vardır.(İ.vər. 13) Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 311.1-ci maddəsinə əsasən əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə bilər. Həmin Məcəllənin 311.3-cü maddəsinə əsasən kreditoru təmin edərkən mülkiyyətçi daşınmaz əmlakın dövlət reyestrinə və ya daşınar əmlakın digər rəsmi reyestrinə müvafiq qeydlərin yazılması üçün zəruri olan sənədləri və ipotekaya xitam verilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüququ şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələrdə bağlaya bilərlər. Həmin Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4290/2020 saylı, 01.10.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qanunla müəyyən olunan iddia müddəti ötürüldüyü üçün iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair” iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə Bakı Apelyasiya Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, Bakı Apelyasiya Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25.05.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən iş materiallarında olan sübutlara, qanuni quvvəsini almış qeyd olunan məhkəmə qətnaməsinə əsaslanaraq iddiaçı LPO "xxxx" ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış 31.07.2015-ci il tarixli 2074 saylı kredit müqaviləsi və ipoteka müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi və İddiaçı məxsus olan “Mitsubishi Pajero” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin 31 iyul 2015-ci il tarixli 2074 saylı kredit müqaviləsinin təminatı kimi ipoteka yüklülüyündən azad edilməsi ilə bağlı iddia tələbinin təmin edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinə girmişlər. Cavabdeh tərəf kredit müqaviləsi üzrə iddiaçının banka borclu olmasına baxmayaraq kredit məbləğinin qaytarılması üçün mülki prosessual qanunvericiliyə uyğun olaraq vaxtında müvafiq hərəkətləri yerinə yetirmədiyindən iddia müddətini ötürmüşdür. Lakin cavabdeh müvafiq məlumatı "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalara uyğun olaraq "xxxx" MMC-yə verməmiş, halbuki banklar, o cümlədən lisenziyası ləğv edilən və ləğvetmə prosesində olan banklar tərəfindən fiziki və hüquqi şəxs olan borcalanların istənilən valyutada hər bir krediti, həmçinin, fiziki şəxs olan borcalanların kredit kartları üzrə istənilən valyutada hər bir krediti, kredit müqaviləsi üzrə öhdəliyin olmaması haqqında Büroya məlumat verməlidir. Beləliklə bank "xxxx" MMC-yə müvafiq məlumatı verməməklə Mülki Məcəllənin 385.2 və 425.2-ci maddələrində təsbit edilən, icra ilə bağlı olmayan və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətləri zamanı və belə münasibətlərdən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsinə əməl etməmiş, məlumat təchizatçısı olan LPO "xxxx" ASC "xxxx" MMC-yə iddiaçının borcunun olmaması barədə məlumatı verməməklə iddiaçının hüquqlarını pozmuşdur. Məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə apelyasiya şikayətində qeyd etmişdir ki, İddiaçıla Bank arasında bağlanmış 31.07.2015-ci il tarixli, 2074 saylı kredit müqaviləsi üzrə borc tələbi məhkəmə qaydasında tələb oluna bilməsə də, faktiki olaraq borc öhdəliyi mövcud olduğuna görə ipoteka müqaviləsi üzrə öhdəliklərə də xitam verilə bilməz. Lakin, məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin həmin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, ipoteka (girov) kreditorun tələbinin borclu tərəfindən yerinə yetirilməsini təminat altına almaq məqsədi ilə əşya üzərində kreditora tanınan bir əşya haqqıdır. Borclu tərəfindən öhdəliyin pozulduğu halda, kreditor ipoteka qoyulan həmin əşyanı satdırmaqla əldə olunan vəsait hesabına pozulmuş əmlak mənafeyini bərpa etmək imkanına malik olur. Yəni ipoteka bir tələbin yerinə yetirilməsini tələb edən məhdud əşya hüququ olduğundan müstəqil deyil, əlavə bir haqdır (MM-nin 269.5-ci maddəsi). İpoteka tələbinin əmələ gəlmə səbəbi, məqsədi və təyinatı şəxsi tələb hüququnun yerinə yetirilməsinin təmin edilməsi ilə bağlı olduğundan, ipoteka tələbinin yaranması üçün ilk öncə şəxsi tələb hüququ olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddətinin keçdiyi təsbit edilmişdir. Məhkəmə kоllegiyası qeyd edir ki, əlavə öhdəlik kimi ipoteka müstəqil deyil, əsas öhdəlikdən asılıdır və əsas öhdəlik üzrə pozulmuş hüquqların məhkəmə qaydasında bərpası imkanı məhkəmə tərəfindən Mülki Məcəllənin 375.2-ci maddəsi tətbiq edilərək aradan qalxırsa, bu halda əsas öhdəliyin təminatı olan ipoteka üzrə də, pozulmuş hüquqların məhkəmə qaydasında müdafiə imkanı itirilmiş olur. İşin yuxarıda qeyd edilmiş hallarından müəyyən olunur ki, ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddiası iddia müddəti ötürülməsi əsası ilə təmin edilməmiş və iddianın rədd edilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Yəni, hazırki iş üzrə cavabdeh kredit müqaviləsi və ipoteka müqaviləsi üzrə tələb hüququnu itirmişdir. Belə olan halda ipoteka müqaviləsi üzrə yüklülüyün qalması iddiaçının hüquqlarının pozulmasına şərait yaratmış olar. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyatorun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 554.3-cü maddəsinə istinad etməsi ədalət mühakiməsinin prinsiplərinə uyğun hesab edilə bilməz. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə apelyasiya şikayətində göstərdiyi digər dəlilləridə əsassızdır və apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etmir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bütün bu hallara qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7190/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: Cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7190/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2622/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2622/2022
12.04.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver