Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2627/2025 23.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1227/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında daşınmaz əmlakın dövlət reyestrində onun adına xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi və **********47 reyestr nömrəsi ilə qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 204 nömrəli BTK nəzdində 120B saylı bağ sahəsinin (Yeni qaydalarla: AZ 1044, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 8-ci Mərdəkan küçəsi, giriş 12) Cavabdeh qanunsuz sahibliyindən geri alınması və həmin bağ sahəsinin Cavabdeh tərəfindən qısa müdddət ərzində boşaldaraq və sözügedən bağ sahəsi üzərində onun mülkiyyət hüququnun həyata keçirilməsinə dair cavabdeh tərəfindən yaradılan qanunsuz maneələr aradan qaldırılaraq tam şəkildə naturada ona təhvil verilməsi, onun mülkiyyətində olan sözügedən torpaq sahəsinin uzun illər cavabdeh tərəfindən qanunsuz zəbt edilməsinə və onun mülkiyyət hüququndan məhrum edilməsinə görə cavabdeh tərəfindən ona vurulmuş zərərə görə 9.900 manatın ona ödənilməsi və tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra Cavabdeh vəkili Vəkil İbrahim oğlu vəsatətlə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, bildirmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan 2(003)-1227/2025 nömrəli mülki işdə torpağa əsas olan hüquqların və torpağa plan sxeminin ləğv edilməsi ilə bağlı X5 tərəfindən Bakı İnzibati Məhkəməsinə iddia verilmişdir. Ona görə də Bakı İnzibati Məhkəməsinin icraatında olan işə mahiyyəti üzrə baxılıb qurtarana kimi iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1227/2025 saylı, xx.xx.2025-ci il saylı qərardadı ilə ərizə təmin edilmiş, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması və torpaq sahəsinin boşaldılması” tələbinə dair 2(003)-1227/2025 saylı mülki iş üzrə icraat Bakı İnzibati Məhkəməsinin icraatında olan 2- 1(112)-7522/2025 saylı işə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır. Həmin qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsi xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin vəsatəti qanunsuz və əsassızdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında onun adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 204 nömrəli BTK nəzdində 120B saylı bağ sahəsinin xx.xx.2022-ci il tarixli plan ölçüsünün və onun əsasında aparılmış xx.xx.2024-cü il tarixli, ********** saylı qeydiyyatın ləğv edilməsi barədə cavabdehin iddiası formal və əsassızdır, məhkəmə mübahisəsinin süni şəkildə uzadılması məqsədi daşıyır. Belə ki, sözügedən bağ sahəsinə dair onun adına çıxarış və plan-ölçünün verilməsinə əsas olmuş məhkəmə qərarı qəbul edilərkən Cavabdeh da iş üzrə üçüncü şəxs qismində işə cəlb edilsə də, sonradan sözügedən bağ sahəsinə dair onun adına heç bir hüquqmüəyyənedici sənəd olmadığından və iş üzrə məhkəməyə cəlb edilməsi üçün subyektiv hüququnun olmaması səbəbindən onun üçüncü şəxs qismində məhkəmədə iştirakına xitam verilmiş və həmin mübahisə üzrə onun iddiası təmin edilmişdir. Bu barədə məhkəmə qərarı qanuni qüvvəyə minmiş və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən icra edilərək onun adına sözügedən bağ sahəsinə dair reyestrdən çıxarış və plan-ölçü verilmişdir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında bağ sahəsinə dair onun adına verilmiş reyestrdən çıxarışın və plan-ölçünün ləğv edilməsi həm hüquqi, həm də faktiki baxımdan mümkün deyildir və cavabdeh qeyd olunan məzmunda Bakı İnzibati Məhkəməsinə təqdim etdiyi iddia ərizəsinin uğurlu olma ehtimalı yoxdur, yalnız məhkəmə mübahisəsinin lüzumsuz yerə uzadılmasına və məhkəmənin iş yükünün əsassız olaraq artırılmasına, onun mülkiyyətində olan bağ sahəsini qanunsuz istifadəsində saxlanılması müddətinin uzadılmasına xidmət edir. Lakin birinci instansiya məhkəməsi tərəfindən iş materialları düzgün və ətraflı şəkildə araşdırılmamış, məhkəmə qanunsuz olaraq cavabdehin qeyd etdiyi və heç bir fakta və dəlilə əsaslanmayan formal məsələlərə istinad etməklə kifayətlənmiş, mübahisənin ədalətli və düzgün araşdırılmasında maraqlı olmamış, mülki prosessual qanunvericilikdə qeyd olunan hüququn ümumi prinsiplərini kobud şəkildə pozmuş, mübahisənin düzgün həlli üçün zəruri olan əlavə sübutların əldə edilməsi üçün heç bir tədbir görməmiş, iş üçün həlledici olan hallar sübuta yetirilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və nəticədə qeyd olunan maddi və prosessual qanunvericiliyin normaları kobud şəkildə pozulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1227/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, cavabdeh tərəfindən Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-7522/2025 saylı iş üzrə sərəncam, iddiaçı tərəfindən isə məhkəmə qərarı “Elektron Məhkəmə” informasiya sisteminə əlavə edilmiş, lakin işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1227/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; 254.1.4-cü maddəsinin tələbinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırmalıdır; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 25 mart 2004-cü il tarixli qərarında göstərilir ki, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Eyni zamanda, Plenum hesab etmişdir ki, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinin “Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə, işə baxmaq mümkün olmazsa” müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı onun mülkyiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 204 nömrəli BTK nəzdində 120B saylı bağ sahəsinin (Yeni qaydalarla: AZ 1044, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 8-ci Mərdəkan küçəsi, giriş 12) Cavabdeh qanunsuz sahibliyindən geri alınmasını, həmin bağ sahəsinin cavabdeh tərəfindən boşaldaraq ona təhvil verilməsini, habelə vurulmuş zərərin əvəzi olaraq cavabdehdən kompensasiyanın tutulmasını tələb edir. Həmin torpaq sahəsi hazırda cavabdehin istifadəsindədir. Eyni zamanda, vaxtı ilə fəaliyyət göstərən Bağlar Təsərrüfatı İdarəsinin xx.xx.1990-cı il tarixli, 26 saylı orderi ilə həmin bağ sahəsi X5 adlı şəxsə ayrılmışdır. Bu şəxs də hazırda cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq, həmin torpaq sahəsinin xx.xx.2022-ci il tarixli plan-ölçüsünün və onun əsasında aparılmış qeydiyyatın ləğv edilməsini tələb edir. Bu iddia uğurlu olduğu halda, iddiaçının Cavabdeh qarşı hazırki iddia ilə müraciət etmək üçün subyektiv hüququ aradan qalxmış olur. Bu da öz növbəsində Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-7522/2025 saylı iş üzrə iddia tələbinə baxılıb müvafiq məhkəmə aktı çıxarılanadək, hazırki iş üzrə icraatın dayandırılmasını şərtləndirir. Lakin məhkəmə kollegiyasının hazırki mövqeyi X3 iddiası üzrə Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul ediləcək, məhkəmə aktından asılı olaraq, habelə hər hansı zərurətlə əlaqədar (məsələn, Bakı İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(112)- 1627/2022 saylı iş üzrə X3, habelə Cavabdeh iştirak etməsinə dair sübutlar təqdim edildikdə) iş üzrə icraatın təzələnməsini istisna etmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1227/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2627/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2627/2025
23.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver