Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2628/2023 15.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, AR DƏDKR publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh4 (“Capitals Auction" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “hərracın nəticələrinin etibarsız hesab edilməsi” hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil3, Cavabdeh1 və onun nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, AR DƏDKR publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh4 qarşı (“Capitals Auction" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-182/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı ünvan 1 ünvanında yerləşən, sahəsi 817.6 kv.m olan qeyri-yaşayış binasının 1/3 hissəsinin "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, 56 nömrəli hərracın yekunları barədə protokolunun və eyni tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi, həmin sənədlər əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX yanında DƏDKR publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh4 adına verilmiş çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 817.6 kv.m olan qeyri-yaşayış binasının 1/3 hissəsində onun 1/2 payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia ərizəsində qeyd etmişdir ki, həmin sahə bir neçə il icarədə olmuş, icarəyə verilməsi ilə cavabdeh məşğul olmuşdur. İcarə müqavilələri bağlandığı zaman əmlakın icarəyə verilməsinə dair notariat kontorunda rəsmi qaydada razılıq vermişdir. 2021-ci ilin noyabr ayında vəkil sorğusu əsasında cavabdehlə birgə nikah dövründə əldə olunmuş qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi barədə məlumat əldə etmişdir. Sorğuya verilən cavab məktubu natamam olduğundan daha ətraflı məlumat almaq üçün DƏDKR publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə yeni sorğu göndərilmiş və DƏDKR publik hüquqi şəxsinin xx.xx.2021-ci il tarixli cavab məktubundan ona məlum olmuşdur ki, sözügedən qeyri-yaşayış sahəsi 56 nömrəli hərrac təşkilatının yekunu barədə xx.xx.2020-ci il tarixli protokoluna və eyni tarixli müqaviləyə, habelə Nərimanov Rayon Məhkəməsinin 2(005)-1123/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən digər fiziki şəxsin adına qeydiyyata alınmışdır. Bundan sonra Nərimanov Rayon Məhkəməsinin qətnaməsi tələb olunmuş və müəyyən olunmuşdur ki, cavabdeh İmanova Nigar guya hansısa bir şəxsdən aldığı borcu qaytarmaq üçün yenidən Cavabdeh4 adlı şəxsdən 400 000 manat məbləğində borc almışdır və onu qaytara bilmədiyi üçün borcun ödənilməsi birgə mülkiyyətlərində olan əmlaka yönəldilmişdir. Beləliklə cavabdeh İmanova Nigar onun xəbəri və razılığı olmadan öz “şəxsi maliyyə problemini” birgə mülkiyyətdə olan əmlak hesabına həll etmişdir. İxtisaslaşdırılmış hərrac təşkilatı əmlakın alğı-satqı müqaviləsini təsdiq edərkən əmlakın paylı mülkiyyət olmasını, əmlakın bir hissəsinin satışa çıxarılması və digər mülkiyyətçinin əmlakın özgəninkiləşdirilməsinə razılığın verilməsi zəruriliyini nəzərə almamışdır. Digər cavabdeh DƏDKR publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi birgə nikahda əldə edilmiş əmlakı başqa şəxsin adına dövlət qeydiyyatına alarkən qeyri-yaşayış sahəsi üzərində olan əmlak hüququnu nəzərə almamışdır. Cavabdehlərin hərəkətləri nəticəsində onun mülkiyyət hüquqları pozulmuşdur. Nərimanov rayon icra məmuru tərəfindən məhkəmə qətnaməsi icra edildiyi zaman eyni qanun pozuntularına yol verilmişdir. ünvan 1 ünvanında yerləşən, sahəsi 272,54 kv.m olan qeyri-yaşayış binasının 1/3 hissəsi cavabdeh Nigar İmanova ilə birgə nikah dövründə əldə etdikləri əmlak olmaqla hər ikisinin həmin əmlak üzərində mülkiyyət hüquqları vardır. Cavabdeh Nigar İmanova kimlərəsə “külli miqdarda borclu olduğundan, sonradan həmin borcun ödənilməsi üçün yenidən borc alıb” və borcun birgə əmlaka yönəldilməsindən xəbəri və razılığı olmamışdır. Hesab edir ki, cavabdeh Nigar İmanovanın hər hansı “borcu” olmamışdır. Əmlakın icarəsində kifayət qədər gəlirləri var idi. Sadəcə əmlakı bu yolla satıb (yəni onun yazılı razılığı tələb olunmadan) əldə olunan pul vəsaitini tam şəkildə, onun payını nəzərə almadan özgəninkiləşdirsin.
2. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh X21 ilə xx.xx.2012-ci il tarixdə nikah bağlamış, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdə nikaha xitam verilmişdir. ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binası xx.xx.2017-ci ildə cavabdeh X13 atası mərhum Murad Məmmədov tərəfindən onun vəsaiti hesabına hədiyyə şəklində əvəzsiz olaraq ailəsinin adına – həyat yoldaşı X4 1/3 hissə, qızı İmanova (boşanmadan sonra Məmmədova) Nigar Murad qızına 1/3 hissə və qızı X9 1/3 hissə olmaqla alınmış və hər birinin adına 1/3 hissə olmaqla mülkiyyət hüququ qeydə alınmışdır. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)- 1123/2020) saylı icra vərəqəsi və Cavabdeh2 xx.xx.2020-ci il tarixli, 9185-68998/20-15-7 saylı sifariş məktubunun icrası əsasında ixtisaslaşmış hərrac təşkilatı olan "xxxx" MMC tərəfindən xüsusi mülkiyyət hüququ ilə X16 məxsus olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının 1/3 hissəsinə dair xx.xx.2020-ci il tarixdə hərrac keçirilmiş və başa çatdırılmışdır. Hərrac keçirilərkən mövcud qanunvericilik normaları və iddiaçının subyektiv hüququ pozulmadığından “hərrac keçirilərkən onun razılığının alınmaması” və “qeydiyyat orqanı tərəfindən daşınmaz əmlakın başqa şəxsin adına dövlət qeydiyyatına alınarkən onun əmlak hüquqlarının pozulması” ilə bağlı iddia tələbində iddiaçının istinad etdiyi formal mülahizələr əsassızdır. Cavabdeh2 və "xxxx" MMC tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 61.2-ci maddəsinin tələblərinə riayət olunmuş, hərracı udmuş Ə.Cavabdeh4lə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.1-ci maddəsinə uyğun müqavilə bağlanılmışdır. İddiaçının iddia tələbində qeyd etdiyi ixtisaslaşdırılmış hərrac təşkilatı tərəfindən əmlakın alğı-satqı müqaviləsini təsdiq edərkən, əmlakın paylı mülkiyyət olmasını, əmlakın bir hissəsinin satışa çıxarılması və digər mülkiyyətçinin əmlakın özgəninkiləşdirilməsinə razılığın verilməsi zəruriliyinin nəzərə alınmaması” barədə formal dəlili də qanuna uyğun deyildir. Qanunvericilikdə məhkəmə qərarının icra edilməsi ilə əlaqədar borclunun mülkiyyətində olan əmlakla bağlı keçirilən hərracda müqavilə bağlanarkən digər şəxslərin razılığın alınması nəzərdə tutulmamışdır. Hərrac İddiaçı ilə Cavabdeh1 birgə nikah müddətində keçirilmişdir. Hərracın keçirilməsinə əsas verən məhkəmə qətnaməsi üzrə yaranmış borc da nikah müddətində olmuş, hərrac da nikah müddətində keçirilmiş, hərracın keçirilməsindən təxminən 17 ay sonra tərəflərin nikahına xitam verilmişdir.
3. Bundan başqa Cavabdeh1 məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixli, 56 nömrəli yekun protokolunun və eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia irəli sürmüşdür. İddiaçı iddia ərizəsini xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etmişdir. İddiaçının hazırkı iddia tələbi üzrə məhkəməyə müraciət hüququ üçün 1 illik iddia müddəti keçmişdir.
4. "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, 56 nömrəli yekun protokol və alğı-satqı müqaviləsi xx.xx.2020-ci il tarixdə imzalanmış, lakin protokol və müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə 2 il sonra (qanunvericilikdə nəzərdə tutulmuş 1 il müddəti ötürməklə) müraciət edilmişdir.
5. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-182/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmiş və qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225, 337.4. 337.5; Ailə Məcəlləsinin 32.1, 32.2, 33.3, 33.4; “İcra haqqında” Qanunun 45.8; Mülki Prosessual Məcəllənin 217.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, müvafiq iddia tələbi irəli sürülərkən ilk növbədə müəyyən edilməli olan hallardan biri, həmin əmlakın ər-arvadın birgə nikah dövründə əldə olunubolunmamasının, yəni daşınmaz əşyaya birgə hüququn mövcudluğunun araşdırılmasıdır. Cavabdeh mübahisələndirilən daşınmaz əşyanın tərəflərin birgə nikah dövründə əldə etdikləri gəlirlər hesabına deyil, atası tərəfindən, hədiyyə kimi onun vəsaiti hesabına alındığını iddia edərək, bunları təsdiq edən sübut kimi şahid ifadələrini və digər dəlilləri əsas gətirir. ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/3 hissəsinin paylı mülkiyyət hüququ üzrə tərəflərin nikahda olduqları dövrdə əvəzli əqd əsasında əldə edildiyi işin mübahisələndirilməyən halıdır. Mövcud vəziyyətdə həmin əmlakın birgə əmlak hesab edilmədiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Nərimanov Rayon Məhkəməsinin cavabdeh X10 400000 manat məbləğində borcun tutulmasını müəyyən edən xx.xx.2020-ci il tarixli qətnaməsində də cavabdeh verdiyi izahatlarında bildirmişdir ki, Cavabdeh4 xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 54 saylı Notariat Kontorunda bağlanmış kredit müqaviləsinə əsasən ona 400000 manat məbləğində borc pul vermişdir. Həmin borc məbləğini başqa şəxsə borcu olduğu üçün götürməyə məcbur olmuşdur. Belə ki, onun X14 pul borcu var idi. Buna görə də, Cavabdeh4 borc götürdüyü 400000 manat pulu X14 verərək, ona olan borcunu qaytarmışdır. Hazırda Cavabdeh4 olan 400000 manat məbləğində borc pulu qaytarmağa maddi imkanı yoxdur. Cavabdehin etirazında istinad etdiyi diqqətəlayiq məqamlardan biri də odur ki, Bakı şəhəri 9 saylı notariat ofisində xx.xx.2017-ci il tarixində bağlanmış daşınmaz əşyanın alğı-satqı müqavilələrinin surətindən görünür ki, “satıcı” X19 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini eyni tarixdə, eyni ailənin üzvlərinə, hər birinə 1/3 hissə olmaqla cavabdeh X21, onun anası X15 və bacısı X1 və əmlak onların adına paylı mülkiyyət hüququ ilə rəsmiləşdirilmişdir. Bir əmlakın eyni vaxtda bir ailənin üzvləri tərəfindən paylı mülkiyyət hüququ ilə satın alınması və adlarına qeydiyyata alınması isə mövcud vəziyyətdə həmin əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmasını müəyyən mənada şübhə altına alır. Bundan başqa iş materiallarından göründüyü kimi, İddiaçı cavabdeh X16 qarşı birgə nikah dövründə əldə olunmuş 8142 manat dəyərində markalı pianinonun, Freywille brendinin 683 manat qızıl üzüyün, 1530 manat dəyərində qızıl qolbağın, 1119 manat dəyərində kulonun, 235 manat dəyərində sepin, 1750 manat dəyərində qızıl sırğanın, 1500 manat dəyərində qızıl saat və “yoloçka” qızıl qolbağının 1/2 hissəsi miqdarında, cəmi 7479,5 manat və ona məxsus X23 brendinin 2000 manat dəyərində olan brilyant qaşlı kişi nişan üzüyünün özü və ya dəyəri, ümumilikdə 9479,5 manat dəyərində əmlakın və ya onun dəyərinin cavabdeh X10 alınaraq onun xeyrinə verilməsi barədə iddia qaldırmış, müvafiq iddia Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə rədd edildikdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, onlar evləndikdən sonra ona məxsus mənzilə köçmüş və orada yaşamışlar. 2018-ci ildə münasibətləri pisləşdiyindən iddiaçı əşyalarını götürüb onun mənzilindən çıxmışdır. Bu halı iddiaçı məhkəməyə ünvanladığı yazılı mülahizələrində təsdiq etmişdir. Cavabdeh göstərilən halın iddiaçının dörd yüz min manatdan çox dəyərində əmlakı almaq imkanına malik olmaması barədə dəlillərini təsdiq edən hallardan biri olduğuna istinad etmişdir. Qeyd olunmalıdır ki, daşınmaz əşyanın birgə nikah dövründə əvəzli qaydada əldə olunmasına əsaslanaraq qarşı tərəfin dəlillərinə qiymət vermədən onun hər bir halda birgə əmlak kimi qəbul edilməsi mülki dövriyyə iştirakçılarının subyektiv hüquqlarının və qanuni maraqlarının pozulması ilə nəticələnə bilər. Həmçinin mövcud vəziyyət əmlakın ər-arvadın birgə mülkiyyəti hesab edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş şərtlərin eyni zamanda mövcudluğu tələbini əhəmiyyətsiz etmiş olar. Bu cür yanaşma həm də normativ hüquqi aktların hüquqa və haqqədalətə əsaslanmasına dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Müvafiq hüquq ərarvadın ümumi gəlirləri hesabına əldə edilmiş ümumi birgə əmlakın mülkiyyətçilərinə məxsusdur. Yəni birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən bütün əsasların mövcud olduğu, tərəflərin ümumi birgə əmlakı olduğu halda müvafiq iddia tələbi uğurlu hesab oluna bilər. Beləliklə, cavabdehin dəlillərinə, şahid ifadələrinə, əmlakın bir ailə üzvləri tərəfindən eyni gündə paylı mülkiyyət hüququ ilə əldə edilməsinə, əmlakın cavabdeh tərəfindən uzun müddət icarəyə verilməsinə və tərəflərin izahatına əsasən gəliri təkbaşına əldə etməsinə, eləcə də işin digər diqqətəlayiq hallarına (nikah bağlandıqdan sonra cavabdehin mənzilində yaşamaları və s.) istinadən iddiaçının mübahisələndirdiyi əmlak ər-arvadın ümumi gəlirləri hesabına əldə edilmədiyindən həmin əmlak barəsində bağlanmış əqdin etibarsız hesab edilməsi tələbi, eyni zamanda hərracın nəticələrinin etibarsız hesab olunması və əmlak üzərində payının müəyyən edilməsi tələbləri təmin edilə bilməz. Belə ki, hazırkı iddianın predmeti kimi çıxış edən daşınmaz əşya iddiaçı ilə birgə nikah dövründə alınsa da, ailənin birgə gəlirləri hesabına əldə olunmamışdır, bu hal isə həmin daşınmaz əşyanın ər-arvadın ümumi birgə mülkiyyəti hesab olunmasını istisna edir. Bu isə öz növbəsində iş üzrə müəyyən edilmiş faktiki halların iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilə bilən normaların dispozisiya şərtləri ilə uyğun gəlmədiyi qənaətinə gəlməyə əsas verir. Hazırkı iş üzrə şahid ifadələri işin hallarına, tərəflərin qarşılıqlı münasibətinə uyğun gəldiyindən mötəbər sübut kimi qəbul olunur. Hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə təmin edilmədiyindən iddia müddətinin tətbiqi məsələsinin araşdırılması zərurəti aradan qalxmışdır.
6. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, 370 nömrəli məktubuna əsasən Bakı Şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Nağıyev küçəsi, 7-ci dalan, 2A saylı torpaq sahəsi 1 saylı “ASAN Xidmət” mərkəzinin notariat kontorunun 4ə-1383 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli bağışlanma müqaviləsinə və torpağın bölgüsü sxeminə əsasən X13 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Həmçinin ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasının 1/3 hissəsi (272.54 kv.m) 9 saylı notariat kontorunun 4ə-244 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən X13 adına qeydiyyata alınmış, lakin xx.xx.2020-ci il tarixli, 56 nömrəli hərrac yekunu barədə protokoldan çıxarış və eyni tarixli müqavilə əsasında digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir. xx.xx.2012-ci il tarixindən xx.xx.2021-ci il tarixədək Bakı şəhəri üzrə X13 adına qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir; - ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının X16 məxsus 1/3 hissəsi “Hərrac Təşkilatının hərrac yekunları barədə 56 nömrəli, xx.xx.2020-ci il tarixli protokolu”na və eyni tarixli müqaviləyə, habelə Nərimanov Rayon Məhkəməsinin 2(005)-1123/2020 saylı, xx.xx.2020-cı il tarixli icra vərəqəsinə əsasən Cavabdeh4 adına qeydiyyata alınmışdır. Sözügedən protokolda və müqavilədə əmlakın (obyektin) alış qiymətinin 412986 manat olması qeyd edilmişdir. Barəsində soruşulan qeyri-yaşayış binasını əldə edən alıcının Cavabdeh4 olduğu həmin sənədlərdə göstərilmişdir; - Nərimanov Rayon Məhkəməsinin 2(005)-245/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən məlum olur ki, İddiaçı ilə X21 arasında xx.xx.2012-ci il tarixdə bağlanmış nikahın pozulması qət edilmişdir; - Nərimanov Rayon Məhkəməsinin 2(005)-1123/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən məlum olur ki, cavabdeh X10 400000 manat məbləğində borcun Cavabdeh4 xeyrinə tutulması qət edilmişdir; - AR ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən məlum olur ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 1/3 hissədə X15, 1/3 hissədə X21 və 1/3 hissədə X5 adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır; - İddiaçı 1 saylı Bakı “ASAN xidmət” mərkəzində verdiyi xx.xx.2017-ci il tarixli ərizəsinin surətindən məlum olur ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasından paylı mülkiyyət hüququ üzrə arvadı X16 məxsus olan 1/3 hissənin icarəyə verilməsinə heç bir etirazı olmamışdır; - İddiaçı 3 saylı Bakı “ASAN xidmət” mərkəzində verdiyi xx.xx.2018-ci il tarixli ərizəsindən məlum olur ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasından paylı mülkiyyət hüququ üzrə arvadı X16 məxsus olan 1/3 hissənin icarəyə verilməsinə heç bir etirazı olmamışdır; - “X12” MMC-nin (yeni adı "xxxx" MMC) xx.xx.2020-ci il tarixli, 56 saylı “Hərracın yekunları barədə” protokolunun surətindən məlum olur ki, X16 məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/3 hissəsi Nərimanov Rayon Məhkəməsinin 2(005)-1123/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi və Cavabdeh2 xx.xx.2020-ci il tarixli sifariş məktubuna əsasən açıq hərracda tələbkar Nəbiyev Əbil oğlu tərəfindən 412986 manat məbləğində əldə edilmişdir; - Bakı şəhəri 9 saylı notariat ofisinin xx.xx.2017-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən məlum olur ki, “satıcı” X19 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/3 hissəsini “alıcı” X4 556650 manata satmışdır; - Bakı şəhəri 9 saylı notariat ofisinin xx.xx.2017-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən məlum olur ki, “satıcı” X19 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/3 hissəsini “alıcı” X9 556650 manat satmışdır; - Bakı şəhəri 9 saylı notariat ofisinin xx.xx.2017-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən məlum olur ki, “satıcı” X19 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/3 hissəsini “alıcı” X16 556700 manata satmışdır; - Nərimanov Rayon Məhkəməsinin 2(005)-1504/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən məlum olur ki, İddiaçı cavabdeh X16 qarşı birgə nikah dövründə əldə olunmuş 8142 manat dəyərində Yamaha JU 109-Silent PE/SG2.L markalı pianinonun, Freywille brendinin 683 manat qızıl üzüyünün, 1530 manat dəyərində qızıl qolbağın, 1119 manat dəyərində kulonun, 235 manat dəyərində sepin, 1750 manat dəyərində qızıl sırğanın, 1500 manat dəyərində qızıl saat və “yoloçka” qızıl qolbağının 1/2 hissəsi miqdarında, cəmi 7479,5 manat və ona məxsus X23 brendinin 2000 manat dəyərində olan brilyant qaşlı kişi nişan üzüyünün özü və ya dəyəri, ümumilikdə 9479,5 manat dəyərində əmlakın və ya onun dəyərinin cavabdeh X10 alınaraq ona verilməsi barədə iddia tələbi rədd edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5973/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən məlum olur ki, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi və Nərimanov Rayon Məhkəməsinin 2(005)-1504/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (İ cild, iş səh. 9, 10, 13, 17, 11, 23, 24, 74, 75, 81, 84, 87, 155, 160).
7. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X20 bildirmişdir ki, Nigar xanımın atasını uzun müddətdir ki, tanıyırdı. Eyni zamanda Nigar xanım onun qızı ilə rəfiqə olmuşdur. Murad müəllim ona müraciət edərək, Nigar xanıma əmlak almaq istədiyini və onu almaq üçün pulunun çatmadığını bildirmişdi və ondan borc pul istəmişdi. Murad müəllim dəyəri hardasa bir milyondan çox olan əmlakı qızlarının və arvadının adına almışdı. Nigar xanımın evləndiyi oğlanın imkanı çox da yaxşı deyildi və bunu onları tanıyan hər kəs bilirdi. Murad müəllimi 2000-ci ildən tanıyır, uzun müddət münasibətləri olmuşdur. Murad müəllim ondan borc pulu 2017-ci ilin yanvar ayının sonu və ya fevral ayının əvvəlləri götürmüşdür. Murad müəllim pulu istədiyi vaxtdan bir ay sonra manat şəklində ona borc vermişdir. O borcu imkan olan kimi verəcəyini bildirmişdir. Ona güvəndiyi üçün borcun qaytarılmasına görə hər hansı vaxt qoymamış və pulu şifahi şəkildə vermişdir. Özü audit fəaliyyəti ilə məşğuldur, həm də digər sahibkarlıq fəaliyyətini həyata keçirir. Arpa əkini mövsümü dövründə biznes fəaliyyəti ilə əlaqədar pul lazım olduğundan Nigar xanımdan pulunu istəmiş, artıq həmin dövrdə atası vəfat etmişdi. Həmin borc ona 2019-cu il tarixində Nigar xanım tərəfindən qaytarılmışdır. Pulu necə qaytardığını dəqiq deyə bilməsə də, kimdənsə borc alaraq qaytardığını eşitmişdir;
8. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X17 bildirmişdir ki, cavabdehin dayısı oğludur. Nigar xanımın və Elşad müəllimin gəliri çox az idi və Murad müəllim həmişə Nigargilə maddi yardım göstərirdi. Həmin əmlakı Murad müəllim almışdır. Əmlak səhv etmirsə Hüseynzadə küçəsində yerləşirdi. Sadəcə borc alındığını bilir, lakin borcun məbləği barədə məlumatı yoxdur. Murad müəllimin əmlakları və gəliri barədə də dəqiq məlumatı yoxdur. Onu deyə bilər ki, sahibkar kimi fəaliyyət göstərirdi, kolbasa məmulatlarının istehsalı ilə məşğul idi, imkanları yaxşı idi, bir neçə əmlakları var idi. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
9. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-182/2023 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225, 337; Ailə Məcəlləsinin 32; “İcra Haqqında” Qanunun 45.8; Mülki Prosessual Məcəllənin 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh iddia edir ki, guya, mübahisəli əmlak onun atasının X6 aldığı “borc” hesabına əldə edilmiş və sonradan X21 həmin “borcu” qaytarmaq üçün Cavabdeh4 xx.xx.2019-cu il tarixdə 400000 manat məbləğində borc pul almışdır. Mübahisənin qanuna müvafiq və ədalətli həlli tələb edirdi ki, məhkəmə cavabdehin istinad etdiyi hər iki “borc” alınması üzrə ətraflı araşdırma aparsın və alınması iddia edilən birinci “borcun” həqiqətən alınıbalınmaması, həm də qeyd edilən “borcun” məhz cavabdehin adına alınacaq əmlakın alınması üçün sərf edildiyini işin müəyyən edilmiş həqiqi hallarına uyğun qiymətləndirsin. Məhkəmə cavabdehin istinad etdiyi birinci “borc” müqaviləsinə qiymət verərkən nəzərə almamışdır ki, alınan əmlakın ümumi dəyəri ******* manat təşkil etmiş, həmin məbləğin yalnız 400000 manat hissəsi borc alınmışdır. Belə çıxır ki, cavabdehin digər qohumları – bacısı və anası həmin əmlakı öz vəsaitləri hesabına almış, yalnız X13 adına alınmış hissəsinin pulu atasının “borc” aldığı vəsait hesabına əldə edilmişdir. Məhkəmə, əmlakın digər hissələrinin də eyni vaxtda bir ailənin üzvləri tərəfindən paylı mülkiyyət hüququ ilə satın alınması faktını əmlakın “ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmasını müəyyən mənada şübhə altına alan” fakt kimi qiymətləndirsə də, məhz hansı səbəbdən həmin borcun məhz cavabdehin adına alınan hissəsi üçün ödənildiyinin iddia edilməsinə şübhə ilə yanaşmamışdır. Bununla bağlı şahid qismində ifadəsi alınmış X20 da əvvəlcədən qurulmuş ssenariyə uyğun olaraq belə ifadə vermişdir ki: “Murad müəllim ona müraciət edərək, Nigar xanıma əmlak almaq istədiyini və onu almaq üçün pulunun çatmadığını bildirmişdi və ondan borc pul istəmişdi.” Yəni, şahidin ifadəsindən belə çıxır ki, guya, mərhum Murad Məmmədov ümumi dəyəri ******* manat olan əmlakın yalnız Nigar İmanovaya aid olan hissəsini borc hesabına almaq istəmişdir və bunu həmin şəxsə (şahid Miriyevə) xüsusi olaraq bildirmişdir. Cavabdehin qanunsuz hərəkətlərinə haqq qazandırmaq məqsədi daşıyan belə “dəqiqləşdirilmiş” ifadə əslində şahidin əvvəlcədən öyrədilmiş ifadə verdiyini açıq-aşkar təsdiq edir. Hazırkı işdə mübahisəli daşınmaz əmlak ər-arvadın hər birinin mülkiyyəti hesab edilən əmlak deyildir və birgə mülkiyyətin qanuni rejimi prezumpsiyası tətbiq edilir. Bu çərçivədən kənara çıxılması üçün cavabdeh (həmçinin iddianı rədd edən məhkəmə) elə konkret dəlillərə, sübutlara və buna uyğun qanunvericilik normalarına istinad etməli idi ki, belə kənarlaşmanın qanuni olmasına şübhə yaranmasın. Digər tərəfdən, cavabdehin özünün də etiraf etdiyi kimi, 2018-ci ildən iddiaçı ilə münasibətləri pozulmuşdu. Belə olan halda, 2019-cu ildə cavabdehin özünü süni surətdə borclandırması da nikahın pozulmasından əvvəl gələcək əmlak bölgüsündə iddiaçını ona məxsus paydan məhrum etmək cəhdindən başqa bir şey olmamışdır. Hazırkı işdə mübahisəli əmlakın yalnız cavabdehə aid ola biləcəyi sübut olunmamışdır, bu barədə şikayətin sonrakı bölməsində geniş şərh verilir. Göründüyü kimi, məhkəmənin həmin əmlakın birgə mülkiyyət olmadığına dair dəlillərinin əsassız olduğu və bununla da tətbiq edilən maddi hüquq normasının səhv təfsir edildiyi aşkardır. Hazırkı işdə cavabdehin adına qeydə alınmış əmlakın bütövlükdə hamısının hərracda icra sənədi üzrə “tələbkar” şəxsə satılmasına (hərracın nəticələrinə görə ona verilməsinə) dair alğısatqı müqaviləsi istinad edilən normanın imperativ tələblərinin pozulması ilə həyata keçirilmişdir və belə əqdin etibarsızlığı birbaşa təsbit edilmişdir. Hətta apellyasiya şikayətinin yuxarıda istinad edilən dəlillərinin nəzərə alınıb-alınmamasından asılı olmayaraq, həmin alğı-satqı, nikahda olan cavabdehin əmlakının satılması ilə bağlı olduğundan əmlakın yalnız yarısına tələb yönəldilə və satıla bilərdi. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, iddiaçı ilə cavabdehin nikahı yalnız xx.xx.2022-ci il tarixli qətnamə ilə pozulmuş, lakin əmlakın hərracdan satılması bundan təqribən 14 ay əvvəl, yəni, xx.xx.2020-ciil tarixdə baş tutmuşdur. Əmlakın hərracda satışa çıxarılması və satılması zamanı cavabdehin hazırda istinad etdiyi “dəlillər”, yəni əmlakın atasının aldığı borc hesabına alınması və s. icra məmuruna məlum ola bilməzdi və ya məlum olsaydı belə, həmin münasibətlərə qiymət vermək onun səlahiyyətinə aid deyildi. Belə ki, icra hərəkətləri həyata keçirilən zaman hüquqi həqiqət ondan ibarət idi ki, (1) əmlakın əldə edilməsi həmin vaxt icra sənədinə görə “borclu” qismində çıxış edən cavabdehin birgə nikah dövründə əldə edilmişdir; (2) “borclu” həmin vaxt iddiaçı ilə rəsmi nikahda olmuşdur; (3) birgə əmlakdakı öz payı barədə iddiaçının hər hansı iradə ifadəsi olmamışdır. Belə olan halda həm Mülki Məcəllənin 225.6-cı maddəsinin, həm də “İcra haqqında” Qanunun 45.8-ci maddəsinin tələbləri pozulmuşdur. İcra məmuru borclunun adına olan əmlakın ümumi mülkiyyətdə olub-olmamasını müəyyən etmək vəzifəsi də daşıyır, belə ki, “borclunun əmlakı” dedikdə yalnız borcluya məxsus əmlak nəzərdə tutulur ki, hazırkı işdə cavabdehin adına olan əmlakın hamısı ona məxsus olmamışdır. Rəsmi nikah mövcud olduğu halda icra məmuru əmlakın kimin vəsaiti hesabına əldə edilməsini müəyyən etmək səlahiyyəti yoxdur. Hazırkı işdə mübahisələndirilən alğı-satqı subyekt tərkibi və bağlanan əqdə dair iddiaçının iradə ifadəsini bildirmədiyi səbəbindən etibarlı olmamışdır. Qətnamədən də göründüyü kimi, Cavabdeh1 atasını uzun müddət tanıyan və qızı onunla (Cavabdeh1 ilə) rəfiqə olan şahid X20 bildirmişdir ki, guya, Murad müəllim ona müraciət edərək, Nigar xanıma əmlak almaq istədiyini və onu almaq üçün pulunun çatmadığını bildirmişdi və ondan borc pul istəmiş, o da 400000 manatı Cavabdeh1 mərhum atası Murada vermişdir. Halbuki, sübutlara, guya məcmu halında qiymət verən məhkəmə nəzərə almalı idi ki, X11 ifadələrinə tənqidi yanaşılması üçün kifayət qədər əsas var idi. Belə ki, hazırkı işdə R.A.Miriyev cavabdehin ailəsi ilə uzun müddət yaxın münasibətlərdə olduğunu ona külli miqdar pul vəsaitlərinin heç bir rəsmi sənəd (müqavilə, qəbz, öhdəlik) tərtib edilmədən verilməsinə inandırıcı faktor kimi istinad etsə də, məhkəmə nəzərə almalı idi ki, onun belə ifadə verməsinin əsl məqsədi cavabdehə qarşı qaldırılmış iddiadan müdafiə edilməsi cəhdindən başqa bir şey deyildir. Bununla bağlı qeyd edilməlidir ki, mərhum Murad Məmmədovun kifayət qədər böyük maddi imkana malik olması və uzun müddət nəhəng biznes subyektinin "xxxx" MMC kolbasa məmulatlarının istehsalı ilə məşğul şirkətin sahibi (təsisçisi) olmaqla gəlirlərinin kifayət qədər böyük olması işin mübahisələndirilməyən hallarına aiddir və onun R.A.Miriyevdən, yəni, maddi vəziyyəti və gəlirləri ondan dəfələrlə aşağı olan şəxsdən qeyrimüəyyən müddətə külli miqdar pulu borc alması və R.A.Miriyevin də heç bir sənəd tələb etmədən bu qədər pulu ona verməsi kənar müşahidəçini inandıracaq qədər tutarlı sübut hesab edilə bilməz. Bundan əlavə, xüsusilə qeyd etmək lazımdır ki, Miriyev Rəsət iddiaçını təhdid edərək, hər şeydən imtina etməyi və bu barədə sənədə imza etməyi ondan tələb etmişdir. Onun iddiaçını görüşə çağırması ilə bağlı səs yazısı da mövcuddur. X2 ifadələrinə də tənqidi yanaşılması üçün kifayət qədər əsas var. Belə ki, o, Nigar İmanovanın dayısı oğludur. Onun ifadəsi isə bundan ibarətdir ki: “Elşad müəllimin gəliri çox az idi və Murad müəllim həmişə Nigargilə maddi yardım göstərirdi. Həmin əmlakı Murad müəllim almışdır. Əmlak səhv etmirsə Hüseynzadə küçəsində yerləşirdi. Sadəcə borc alındığını bilir, lakin borcun məbləği barədə məlumatı yoxdur. Murad müəllimin əmlakları və gəliri barədə də dəqiq məlumatı yoxdur. Onu deyə bilər ki, sahibkar kimi fəaliyyət göstərirdi, kolbasa məmulatlarının istehsalı ilə məşğul idi, imkanları yaxşı idi, bir neçə əmlakları var idi.” Göründüyü kimi, bu şahidin də ifadələrində ziddiyyət var. Belə ki, bir tərəfdən Murad müəllimin kifayət qədər böyük maddi imkanının olmasını o da təsdiqləyir, digər tərəfdən isə onun “borc aldığı barədə məlumatının” olduğunu bildirir. Halbuki, külli miqdar pul vəsaitlərinin borc kimi verilməsini təsdiq edən hər hansı borc müqaviləsi və ya digər əqd (qəbz və s.) mövcud deyil. Bundan əlavə, qeyd edilməlidir ki, məhkəmənin “şahid ifadəsinə” istinad edərək, iddiaçının guya, maddi vəziyyətinin aşağı olması və bu səbəbdən də əmlakın yalnız cavabdehin atasının aldığı borc hesabına əldə edilə bilməsi nəticəsinə gəlməyi düzgün hesab edilə bilməz. Belə ki, iddiaçının da ailəsi maddi cəhətdən kifayət qədər imkanlıdır, mülkiyyətində külli miqdar dəyəri olan bir neçə daşınmaz əmlakın olması da bunu təsdiq edir. Həmçinin qeyd edilməlidir ki, “əmlakın bir ailə üzvləri tərəfindən eyni gündə paylı mülkiyyət hüququ ilə əldə edilməsi” də həmin əmlakın 1/3 hissəsinin birgə nikah dövründə əldə edilmiş pul vəsaitləri hesabına əldə edilməsini istisna edən fakt kimi çıxış edə bilməz. Göründüyü kimi, məhkəmənin bu dəlili də tamamilə əsassız olmaqla, iddianın rədd edilməsinə əsas verən fakt kimi qiymətləndirilə bilməz. Həmçinin nəzərə almaq lazımdır ki, şahid X11 əvvəlcədən qurulmuş ssenariyə uyğun olaraq ifadə verməsi, ondan alınan borcun məhz Nigar İmanova üçün alınacaq əmlaka sərf ediləcəyi barədə “dəqiq” məlumat verməsi, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymətləndirilməmişdir. Belə ki, əmlakın digər hissələri də eyni tarixdə alınmışdı və alınması iddia edilən “borcun” konkret kimin əmlakının alınmasına ödənilməsi müəyyən edilə bilməzdi, çünki digər hissələri cavabdehin anasının və bacısının adına alınmışdı. Göründüyü kimi, iddianın rədd edilməsinə əsas kimi istinad edilən “sübutların” heç biri konkret sənədə istinad etməyən, sübut edilməsi üçün göstərilən faktla məntiqi bağlılığı olmayan söz yığımından başqa bir şey olmamışdır. Halbuki, iddiaçının istinad etdiyi sübutlar həqiqiliyi şübhə doğura bilməyən konkret rəsmi sənədlərdən, səs yazılarından ibarət olmaqla, iddianın tamamilə əsaslı olduğunu təsdiq edir. Nikah bağlanandan sonra iddiaçının müəyyən müddət cavabdehin mənzilində yaşaması faktı da iddiaçının birgə nikah dövründə öz vəsaiti hesabına daşınmaz əmlak ala bilməsi imkanını istisna etməsi də tamamilə əsassız olmuşdur. Belə ki, birincisi, iddiaçının anasının, özünün və ailə üzvlərinin adına Bakı şəhərinin müxtəlif yerlərində daşınmaz əmlakları vardır və bu fakt müvafiq çıxarışlarla təsdiq edilir; ikincisi, mübahisə predmeti olan daşınmaz əmlakın alınmasından əvvəl və sonra iddiaçının kifayət qədər gəlirləri olmuşdur və bu fakt da aşağıda sadalanan müvafiq rəsmi sənədlərlə təsdiq edilir: - “Obyektin qeydiyyatı ərizəsinin qəbul olunması haqqında” xx.xx.2016-cı il tarixli Bildirişdən də göründüyü kimi, "xxxx" adlı obyektin dövlət qeydiyyatına alınmasına dair ərizə ilə də məhz iddiaçı müraciət etmişdir; - “Vergi ödəyicisinin Eyniləşdirmə nömrəsi” ilə təsdiq edilir ki, iddiaçı hələ 2016-cı ildən fərdi sahibkar kimi qeydiyyata alınmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, xx.xx.2016-cı il tarixdə notariat qaydada təsdiqlənmiş icarə müqaviləsi ilə ünvan 6 ünvanda yerləşən 2 mağazanı 5 il müddətinə icarəyə götürmüş; - "xxxx" QSC-də əmanət kimi 137914 (90000+ 39 090+ 8824) pul vəsaitləri olmuşdur. Həmin faktlar da müvafiq rəsmi sənədlərlə təsdiq edilir. Lakin məhkəmə yalnız cavabdehin yaxın adamlarının ziddiyyətli ifadələrindən başqa heç nə ilə təsdiq olunmayan halları, həmçinin iddiaçının bir müddət cavabdehə məxsus mənzildə yaşamasını elə tərzdə təqdim etməyə çalışmışdır ki, guya, iddiaçı maddi cəhətdən bütövlükdə cavabdehin atasından asılı olmuşdur və özünün də heç bir gəliri olmamışdır. Halbuki, məhkəmə belə nəticəyə gəlmək üçün, yəni ər-arvadın nikah dövründə əldə edilən əmlakın qanuni rejimi prezumpsiyasından çıxmaq üçün elə tutarlı və mötəbər sübutların mövcudluğuna istinad etməli idi ki, qanunvericinin müəyyən etdiyi imperativ qaydadan kənarlaşmanın qaçılmaz olduğu bütün şübhələrdən azad olsun. Hazırkı işdə cavabdeh belə sübutlar təqdim edə bilməmişdir. Məhkəmə həmçinin nəzərə almamışdır ki, hazırkı işdə cavabdeh Nigar İmanovanın nümayəndəsi və vəkili olan Vəkil2, Cavabdeh4 Nigar İmanovaya qarşı borcun alınması iddiası üzrə borcverən Cavabdeh4 nümayəndəsi və vəkili olmuşdur. Qeyd edilən halın özü də “borc müqaviləsi”, həmin borcun məhkəmə qaydasında alınması və tələbin birgə mülkiyyətdə olan hissəsinə yönəldilməsi, əvvəlcədən düşünülmüş ssenari əsasında həyata keçirilmişdir.
10. İddiaçının nümayəndəsi apellyasiya icraatı zamanı ərizə təqdim etmiş və ərizədə məhkəmənin nəzərinə çatdırmışdır ki, iddia tələbinin birinci hissəsi yəni, hərracın yekunları barədə protokolun və eyni tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi tələbi cavabdehlər Cavabdeh2nə və Cavabdeh4 qarşı yönəlmişdir. Belə ki, hazırda iddiaçı olaraq, tərəflərindən üçüncü şəxs "xxxx" MMC-nin hərracın keçirilməsi ilə əlaqədar hər hansı bir qüsurunun olması və yaxud hərracın keçirilməsində yol verilmiş nöqsanları mübahisələndirilmir. İddia tələbləri onunla əsaslandırılır ki, ümumiyyətlə hazırkı vəziyyətdə hərracın keçirilməsinin Cavabdeh2 tərəfindən sifariş olunması qanunsuzdur. “İcra haqqında” Qanunun 45.8-ci maddəsinin tələblərindən də göründüyü kimi borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikası mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Yəni, hərracın yekunlarından asılı olmayaraq Cavabdeh2 tərəfindən hərracın bu cür sifariş edilməsi tam qanunsuz idi. Çünki sözügedən qeyri-yaşayış sahəsi ümumi mülkiyyətdədir. Yəni hərracın kim tərəfindən keçirilməsi hazırkı iş üzrə əhəmiyyət kəsb etmir. Hərracın nəticələrinin etibarsız hesab edilməsi həmin əmlaka ümumiyyətlə tələb yönəldilməsinin qanunsuz olmasından irəli gələn hüquqi nəticə kimi çıxış edir. Məhkəmə tərəfindən hərracın təşkilatçısının "xxxx" MMC olması müəyyən edildikdən sonra məhkəmənin özü tərəfindən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddia tələbinin protokol və alğı-satqı əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDKR publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh4 adına verilmiş çıxarışın ləğv edilməsi hissəsi isə DƏDKR publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh4 qarşı yönəlmişdir ki, burada da iddia tələbinin birinci hissəsinin təmin ediləcəyi təqdirdə, əmlaka icra məmuru tərəfindən qanunsuz tələb yönəldilməsinin nəticəsi olaraq etibarsız protokol və alğı-satqı əsasında verilmiş çıxarışın ləğvindən söhbət gedir. İddia tələbinin üçüncü, yəni ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 817.6 kv.m olan qeyri-yaşayış binasının 1/3 hissəsində onun 1/2 payının müəyyən edilməsi hissəsi cavabdeh X16 yönəlmişdir ki, burada da birgə nikah dövründə və birgə təsərrüfat aparılması nəticəsində əldə edilmiş qeyri-yaşayış sahəsinin 1/3 hissəsində iddiaçının 1/2 payının müəyyən edilməsi məhkəmədən xahiş edilir. Qeyd edilən səbəblərdən iddia tələblərinin yönəldiyi şəxslər baxımından hazırkı iddia üzrə hər hansı nöqsana yol verilməmişdir.
11. Cavabdeh1 nümayəndəsi Vəkil2 xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” İnformasiya sisemində yaradılmış elektron kabineti vasitəsilə apellyasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, apellyasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə prosesi, ədalət mühakiməsinin əsas prinsiplərindən biri olan çəkişmə prinsipinə riayət edilmədən keçirilmişdir. Halbuki xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixi əhatə edən dövrdə keçirilmiş 9 məhkəmə iclaslarında (həm məhkəmənin hazırlıq iclaslarında, həm də məhkəmə baxış iclaslarında) iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili iştirak etmiş, bütün məhkəmə iclasları iddiaçının nümayəndəsi olan vəkilin iştirakı ilə keçirilmişdir. Səlahiyyətli nümayəndə, vəkil keçirilmiş bütün məhkəmə iclaslarında prossesual hüquq və imkanlardan istifadə etmişdir. Hətta bəzi sübutların iddiaçının nümayəndəsinin tələbi ilə məhkəmənin sorğusu əsasında alınması təmin edilmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş iddiaçının xəstəliyi, müalicə, müayinə olunması, həkim çağırışı ilə bağlı sənədlər birinci instansiya məhkəməsinə təqdim edilməmiş, eləcə də iddiaçının şəxsən məhkəmə iclasında iştirak etmək istəməsi barədə vəsatət verilməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin çəkişmə prinsipinə riayət etməməsi ilə bağlı apellyasiya şikayətində qeyd olunanların heç bir əsası yoxdur. Apellyasiya şikayətində iddiaçı özünün cavabdehin atası mərhum Murad Məmmədovla birgə fəaliyyət göstərdiyini qeyd etmişdir. Nəzərinizə çatdırıram ki, qeyd olunan tərəflər arasında heç bir birgə fəaliyyət müqaviləsi mövcud olmamış və yoxdur. Odur ki, birgə fəaliyyətlə bağlı şikayətdəki qeyd olunanlar formal mülahizədən başqa bir şey deyildir. Bundan başqa apellyasiya şikayətinə birinci instansiya məhkəməsinə təqdim edilməsi mümkün olan digər sənədlər əlavə edilmiş, lakin həmin sənədlər heç bir səbəb olmadan birinci instansiya məhkəməsinə təqdim edilməmiş, təqdim edilməməsinin qeyrimümkünlüyü isə əsaslandırılmamışdır. Halbuki, apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyrimümkün olduğunu əsaslandırsın. Apellyasiya şikayətinə əlavə edilmiş icarə müqaviləsindən görünür ki, xx.xx.2016-cı il tarixdə bağlanılmış müqavilə üzrə iddiaçı 44 kv.metr sahəsi olan obyekti icarəyə götürmüş və aylıq 350 manat icarə haqqı ödəməsini öhdəsinə götürmüşdür. Məhkəmənin diqqətinə çatdırırıq ki, həmin icarə müqaviləsindən cəmi 10 ay sonra yəni xx.xx.2017-ci il tarixdə 3/1 hissəsi 556 700 manat olan obyektin Cavabdeh1 adına alğı-satqısı barədə müqavilə bağlanılmışdır. Göründüyü kimi iddiaçı tərəf apellyasiya şikayətində 350 manata icarə götürdüyü 44 kv.metr sahəsi olan obyektdən 10 ay ərzində 556 700 manat qazana biləcəyini iddia edir ki, bu da həqiqəti əks etdirmir. Bu faktın həqiqiliyini iddiaçının həmin dövrdə icarə obyekti ilə bağlı dövlət büdcəsinə ödədiyi vergi və məcburi dövlət ödəmələri ilə də müəyyən etmək olar. Apellyasiya şikayətinə əlavə edilmiş "xxxx" QSC-yə verilmiş ərizələrdən görünür ki, xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə iki əmanət hesabının açılması ilə bağlı iddiaçı müraciət etmişdir. Məhkəmənin diqqətinə çatdırırıq ki, iddiaçı hazırkı iddia tələbi ilə bağlı məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. İddiaçı məhkəməyə müraciət etdikdən 3-4 ay sonra bankda əmanət hesabı açması barədə müraciət hazırlaması özünün guya 2017-ci ildə də maddi imkanının olmasını sübut etməyə cəhdindən başqa bir şey deyildir. Halbuki iddia tələbi üzrə mübahisə edilən obyekt barədə alğı-satqı müqaviləsi xx.xx.2017-ci il tarixdə bağlanılmışdır. Apellyasiya şikayətinə əlavə edilmiş xx.xx.2022-xx.xx.2023-cü il dövrünü əhatə edən Hesabdan çıxarış iddia tələbinin məhkəmədə olduğu müddətdən sonrakı dövrü əhatə edir və iddia tələbi ilə heç bir əlaqəsi yoxdur. Apellyasiya şikayətinə əlavə edilmiş xx.xx.2015-xx.xx.2023-cü il dövrünü əhatə edən Hesabdan çıxarış da müəyyən olunan məbləğin cüzi bir hissəsi mübahisə predmeti olan əmlakın alğısatqısından əvvəlki dövrə aiddir. Bundan başqa İddiaçı ilə Cavabdeh1 birgə nikah müddətində xx.xx.2019-cu il tarixdə notarial qaydada Cavabdeh4 400 000 manat borc pul alınmış, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1123/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında xx.xx.2020-ci il tarixdə hərrac keçirilmişdir. Belə ki, alınmış borc da, hərracın keçirilməsinə əsas verən məhkəmə qətnaməsi də, hərrac da nikah müddətində keçirilmişdir. Hərracın keçirilməsindən təxminən 17 ay sonra tərəflərin nikahına xitam verilmişdir. Həmçinin daşınmaz əmlak birgə nikah müddətində alınsa da iddiaçı ilə cavabdehin birgə gəlirləri hesabına alınmamışdır. Belə ki, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binası cavabdeh X13 atası mərhum Murad Məmmədov tərəfindən ailəsinin adına həyat yoldaşı X4 1/3 hissə, qızı İmanova (boşanmadan sonra Məmmədova) Nigar Murad qızına 1/3 hissə və qızı X9 1/3 hissə olmaqla satıcı X8 alınmış və hər birinin adına 1/3 hissə olmaqla mülkiyyət hüququ qeydə alınmışdır.
12. Cavabdeh1 nümayəndəsi Vəkil2 xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə təqdim edərək bildirmişdir ki, hazırkı iş üzrə eyni tərəflər arasında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında “birgə nikah dövründə əldə edilmiş pul vəsaitlərinin bərabər paylarla bölünməsi və iddiaçının payının müəyyən edilməsi barədə” mülki iş vardır. Həmin iddia tələbi üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16/(005)-83/2023 saylı 17 mart 2023-cü il tarixli Qərardadı ilə müvəqqəti təminat tədbiri barədə Cavabdeh1 ərizəsi təmin edilmiş İddiaçı məxsus hazırkı iş üzrə apellyasiya şikayətinə əlavə etdiyi bank hesablarının üzərinə həbs qoyulmuş, müəyyən hərəkətlər etmək cavabdehə qadağan edilmişdir. Cavabdeh İddiaçı qeyd olunan qərardaddan apellyasiya şikayəti üzrə 16(103)-183/2023 saylı iş Bakı Apellyasiya Məhkəməsinin (X29 sədrliyi ilə) icraatındadır. Qeyd olunan apellyasiya şikayətində İddiaçı qeyd etmişdir ki, onun adına olan bank hesablarındakı pul vəsaiti ona aid deyil, bacısına və digər qohumlarına məxsusdur. Bununla bağlı hətta qohumlarının digər banklardakı hesablarının bank çıxarışlarını da apellyasiya şikayətinə əlavə etmişdir. Göründüyü kimi İddiaçı hazırkı iş üzrə apellyasiya şikayətinə əlavə etdiyi bank hesablarındakı pul vəsaitlərinin ona məxsus olduğunu, eyni tərəflər arasında digər mülki iş üzrə apellyasiya şikayətində isə eyni bank hesablarındakı eyni pul vəsaitlərinin ona deyil, qohumlarına məxsus olduğunu təsdiq etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı barışıqla bağlı hər hansı müzakirənin aparılmadığını, 2015-ci ildə sahibkarlıq fəaliyyətinə başladığını, icarə müqaviləsinə imza atmasının və icarə məbləğini bilməsinin əmlakın alınmasında birbaşa rolunun olmasını sübut etdiyini, əməliyyat olunması ilə əlaqədar birinci instansiya məhkəməsində iclaslarda iştirak edə bilmədiyini bildirmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil3 apellyasiya şikayətinə uyğun izahat verərək, əmlakın 2017-ci ildə ümumi birgə vəsait hesabına əldə edildiyini, 2018-ci ildə iddiaçının qayınatası vəfat etdikdən sonra münasibətlərin pozulmağa başladığını, 4 il ərzində boşanma olmamasının məqsədinin mübahisəli əmlakı hər hansı yolla ümumi birgə mülkiyyətdə bölünməsindən azad etmək olduğunu, həmin əmlak iddiaçının, bacanağının və digərlərinin birgə əmlak alaraq icarəyə verilməsinə razılaşdıqlarını, (suallara cavab olaraq) iddia üzrə əsas tələblərinin hərracın yekunları barədə protokolun və onun əsasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi olduğunu və tələbin digər hissəsinin ondan irəli gəldiyini bildirmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 mübahisənin barışıq yolu ilə həll edilməsinə razı olmadığını, alğı-satqı müqaviləsində özünün iştirak etdiyini, iddiaçının bundan xəbəri olmadığını, əmlakı icarəyə verəndə xəbəri olduğunu bildirmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Vəkil2, apellyasiya şikayətinə dair verdiyi etiraza uyğun izahat verərək, iddiaçının əmlakın alınmasından xəbəri olmadığını, bir müddət sonra əmlakın icarəyə verilməsi ilə bağlı razılıq lazım olduğundan onda xəbəri olduğunu, hərracın keçirilməsi və əmlakın özgəninkiləşdirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilmədiyini bildirmiş, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
17. Məlumalandırılmaları üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən, iş üzrə digər cavabdehlər Cavabdeh2, DƏDKR publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələrinin, Cavabdeh4 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Capitals Auction" MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
19. İddiaçının apellyasiya şikayətinin dəlilləri özü-özlüyündə ziddiyyət təşkil edərək şikayətin (iddianın) təmin edilməsini maddi və prosessual hüquq normaları baxımından da istisna edir. Belə ki, suallardan ibarət olan və iddianın əsasını təşkil edən mötəbər sübutlara istinad edilməyən şikayətdə bir tərəfdən qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş, habelə ondan əvvəl alınan borcun həqiqətən alınıb-alınmaması, borcun məhz cavabdehin adına alınacaq əmlakın alınması üçün sərf edildiyini işin müəyyən edilmiş həqiqi hallarına uyğun qiymətləndirməməsi, habelə külli miqdar pul vəsaitlərinin borc kimi verilməsini təsdiq edən hər hansı borc müqaviləsinin və ya digər əqdin (qəbz və s.) mövcud olmamasına, digər tərəfdən isə mərhum Murad Məmmədovun (cavabdehin atasının) kifayət qədər böyük maddi imkana malik olması və uzun müddət nəhəng biznes subyektinin "xxxx" MMC kolbasa məmulatlarının istehsalı ilə məşğul şirkətin sahibi (təsisçisi) olmaqla gəlirlərinin kifayət qədər böyük olmasının işin mübahisələndirilməyən hallarına aid olmasına istinad edilmiş, Mülki Məcəllənin 225.6-cı maddəsinin, həm də “İcra haqqında” Qanunun 45.8-ci maddəsinin tələblərinin pozularaq icra məmurunun borclunun adına olan əmlakın ümumi mülkiyyətdə olub-olmamasını müəyyən etmək vəzifəsi də daşıdığını, şahid ifadələrinin sübut qismində mümkünsüzlüyü qeyd edilmişdir. Bundan əlavə, şikayətdə nikahın pozulmasının rəsmi tarixinə gah da faktiki nikah münasibətlərinin pozulması tarixinə istinad edilərək, iddiaçının anasının, özünün və ailə üzvlərinin adına Bakı şəhərinin müxtəlif yerlərində daşınmaz əmlaklara və kifayət qədər vəsaitə malik olması, habelə Cavabdeh4 Nigar İmanovaya qarşı borcun alınması iddiası üzrə borcverən Cavabdeh4 nümayəndəsi və vəkili olmasının hazırda cavabdehin təmsil etməsinin işin mahiyyətinə aidiyyəti və hüquqi əhəmiyyəti baxımından izahı verilməmişdir.
20. İşin prosessual hüquqi əhəmiyyəti baxımından diqqətə çatdırılmalıdır ki, daşınmaz əmlakın birgə nikah dövründə əldə edilmiş ümumi əmlak kimi hüquqlarının tanınması barədə tələb, bu barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı (nikah kontraktı və sair sübut) olmadığı halda, birbaşa qeyri-yaşayış sahəsinin satılması mübahisələndirilərək, onun 1/3 hissəsində iddiaçının 1/2 payının müəyyən edilməsi barədə iddia irəli sürülmüşdür. Kollegiya hesab edir ki, hər hansı razılaşma (nikah kontraktı və s.) olmadığı, mübahisə olduğu və bu hüquqların mövcudluğuna dair təkzibedilməz sübutlar olmadığı halda ilkin olaraq şəxsin hüquqlarının tanınmasına dair tələblər olmalıdır ki, ondan irəli gələn (subyektiv) hüquqların müzakirəsi mümkün olsun. Belə ki, məhkəmənin tələbdən kənar müzakirələr aparması yalnız müstəsna hallarda mümkündür ki, hazırkı münasibətlərə müvafiq qanunla müəyyən edilmiş belə vəziyyət yalnız nikahın pozulması zamanı nəzərdə tutulmuşdur. İşin mübahisə edilməyən hallarından isə nikahın pozulduğu və ondan sonra da iddiaçının əmlak tələblərinin olduğu zaman hazırkı mübahisə predmeti olan əmlaka aid hüquqlarının tanınması tələblərinin olmadığı müəyyən edilir. İddiaçının özünün dediyinə əsaslanaraq onun mübahisə edilən əmlakın alınmasında və icarəyə verilməsində iştirakının olması, yəni əmlakdan xəbəri olduğu və digər əmlakları mübahisələndirdiyi halda hazırkı iş üzrə əmlak hüquqlarının müdafiəsini tələb etməməsi aydın deyildir. Mülki Məcəllənin tələblərinə görə: 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.
21. Bundan əlavə qeyd edilməlidir ki, cavabdeh tərəfindən təqdim edilən sübutlara dair şübhələrin mümkün olduğu halında belə iddiaçının mötəbər sübutlar təqdim etməməsi məhkəmənin özünün sübutlar axtarmaq vəzifəsini müəyyən etmir və mövcud sübutlar əsasında işə baxılmasını müəyyən edir. Ümumiyyətlə, icra şöbəsinin cavabdeh kimi qoyulması və hərracın keçirilməsində onun cavabdehliyi, habelə hərraca məsul olan təşkilatın cavabdeh kimi qeyd edilməməsi tələbin hər bir cavabdehə yönələn prosessual əsaslarını belə müəyyən etmir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının tələblərinə əsasən: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
23. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31-37-ci maddələrinin tələblərinə əsasən: 31.1. Ərarvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak daxildir. 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). 35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.2. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. 36.5. Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. 36.6. Yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir. 36.8. Ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsinin tələblərinə əsasən: 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. 225.5. Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
25. Beləliklə, daşınmaz əşyaya birgə hüququn mövcudluğu, daşınmaz əşyanın tərəflərin birgə nikah dövründə əldə etdikləri (və ya iddiaçının) gəlirləri hesabına əldə edilməsi, habelə iddiaçının belə hüququnun sair (maddi və prosessual) əsasları müəyyən edilmir. Qeyd ediləndən əlavə diqqətə çatdırılmalıdır ki, hazırkı iddianın əsas hissəsi protokolun və müqavilənin etibarsızlığı olmuşdur ki, bunun əsası da iddiaçı tərəfindən mübahisələndirilməyən Nərimanov Rayon Məhkəməsinin cavabdeh X10 400000 manat məbləğində borcun tutulmasını müəyyən edən xx.xx.2020-ci il tarixli qətnaməsi olmuşdur. Diqqətə çatdırılmalıdır ki, həracın keçirilməsi məhz həmin borcun tutulmasını və dövlətin adından qəbul edilən (mütləq icra məcburiliyi qanunla müəyyən edilən) məhkəmə aktının icrasının təmin edilməsinə yönəlmişdir.
26. İddiaçı tərəfindən birgə nikah dövründə əldə edilməsini ərz etdiyi əmlaka hüquqlarının mövcud olması üçün (və ya bu hüquqlarının mövcud olduğu təqdirdə belə) birgə nikah dövründə cavabdehə verilmiş borca dair vəzifələr müəyyən edilmiş olur. Belə olan halda, borcun mövcudluğu qanuni qüvvəyə minmiş qərarla təsdiq edildiyindən və cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, bu borc üzrə iddiaçının cavabdehlə birgə borclu olaraq ondan irəli gələn öhdəliklərin daşıyıcısı olması əsası ilə qeyd edilmiş əmlakın ona aid olması ehtimal etdiyi hissədə mülki hüquqi məsuliyyət daşımalıdır. Lakin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş borc üzrə iddiaçı öhdəliklərin daşıyıcısı olaraq birgə borclu kimi müəyyən edilmədiyindən, ondan irəli gələrək qərarın icrası zamanı da icra məmurunun ona məlumat verməsi vəzifəsi olmamışdır.
27. İddiaçının mövqeyinə görə Mülki Məcəllənin 225.6-cı maddəsinin, həm də “İcra haqqında” Qanunun 45.8-ci maddəsinin tələblərinin pozulması müstəvisində icra məmurunun borclunun adına olan əmlakın ümumi mülkiyyətdə olub-olmamasını müəyyən etmək vəzifəsi (əmlakın paylı mülkiyyət kimi dövlət reyestrində qeydiyyatı olmaması səbəbindən) olmamışdır. Belə ki, Mülki Məcəllənin 225.6-cı maddəsinin tələblərinə əsasən: Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. “İcra haqqında” Qanunun 45.8-ci maddəsinin tələblərinə əsasən: Borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Mülki Məcəllənin tələblərinə görə: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
28. İddaçının nümayəndəsinin mövqeyinə görə hərrac təşkilatından (ona qarşı) tələbləri olmamış və tələbin birinci hissəsi icra məmurunun iddiaçını cəlb etməməsindən ibarət olmuşdur. Bu mənada diqqətə çatdırılmalıdır ki, iddiaçı müvafiq prosedurlara riayət etməklə icra məmurunun hərəkətlərini və ya onun qərarlarını mübahisələndirməmişdir. Belə tələblərin və müvafiq prosedur daxilində qanuni qüvvəsini almış məhkəmə qərarının olmaması səlahiyyətləri çərçivəsində hazırkı proses daxilində icra məmurunun hərəkətlərinin (qərarlarını) müzakirəsini (mülki prosessual əsaslar baxımından) yolverilməz edir.
29. Göründüyü kimi, iddiaçının daşınmaz əmlaka birgə hüququ (Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payı) müəyyən edilməmişdir. Hətta müəyyən edilmiş olsaydı belə, Mülki Məcəllənin 225.5-ci maddəsinin tələblərinə əsasən ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına (nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmadığı təqdirdə) yönəldilə bilər. İcra haqqında qanunda isə icra məmurunun borclu olmayan ərin (arvadın) məlumatlandırılması və ya onların ümumi mülkiyyətdə olan payının müəyyən edilməsi səlahiyyətləri (vəzifələri) təsbit edilməmişdir.
30. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1, 53.2, 61, 62; Mülki Məcəllənin 139, 139-1, 140, 144, 146, 148, 414-416, 560; Mülki Prosessual Məcəllənin 14.2, 15, 76.1, 77.1, 80-82, 119, 217.4, 372, 385- 390cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə araşdıran məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən birinci instansiya məhkəməsinin araşdırma predmeti olan hallara dair dəlil əks edilməmiş və münasibətləri tənzimləyən mülki qanunvericiliyin tələblərinə müvafiq təkzibedici sübutlar araşdırmaya təqdim edilməmişdir. Məhkəmə qərarlarının icrası məcburiliyi və sui-istifadənin yolverilməzliyi üzrə qanunvericiliyin göstərişləri iddiaçının ilk növbədə hərrac üzrə öz ehtimal edilən hüquqlarına müvafiq cavabdehlərdən kim tərəfindən vəzifələrinin vicdanla yerinə yetirilməməsini və bununla da onun hansı hüquqlarının pozulmasını sübut etməsi zəruridir ki, iddiaçı tərəf ümumiyyətlə öz ehtimal etdiyi hansı hüquqlarının müdafiəsi üçün hər bir cavabdehə yönələn tələbin nədən ibarət olmasını və mahiyyəti üzrə hərracın keçirilməsində onlara münasibətdə qanunvericilik tələblərinə müvafiq pozuntunun baş verdiyini sübut etmədiyindən, habelə mülkiyyətin ümumilik baxımından da hüquqlarını təsbit edən mötəbər sübutlar təqdim etmədiyindən kollegiya hesab edir ki, apellyasiya şikayəti (iddia) əsassızdır və hüquqlardan suiistifadəyə xidmət edir. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onu ödəyənə aid edilməlidir.
31. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-182/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.