Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2634/2022 01.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma tələbi”nə dair və müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb olunmaqla “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-104/2022 saylı, 10.01.2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma tələbi”nə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış AN-İ №0770073 saylı, 29.03.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 99C, mənzil 48-ə ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, Cavabdeh2 və onun həyat yoldaşı Cavabdeh1 həmin mənzildən məcburi qaydada çıxarılması, mənzilin boşaldılması və 20 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq İddiaçı xeyrinə tutulması baradə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05.02.2020-ci il tarixində "Best Kommerse” MMC ilə iddiaçı arasında notarial qaydada təsdiqlənmiş AN-İ №0837356 saylı alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küç., 533-cü məhəllə, ev 99 C (yeni qaydalarla: ünvan 1 ünvanındakı 5 saylı mənzil onun tərəfindən satın alınmış və həmin tarixdən etibarən qeyd olunan mənzilin mülkiyyət hüquqları iddiaçıya məxsusdur. Bununla bağlı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş Çıxarışa əsasən (qeyd.tarixi: 06.02.2020; qeyd.nömrəsi:**********) həmin mənzil üzərində iddiaçının mülkiyyət hüquqları tanınmışdır. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının qeyd olunan mənzilində digər ailə üzvləri ilə qanunsuz olaraq məskunlaşmış və bununla da onun həmin mənzillə bağlı mülkiyyət hüquqlarından tam olaraq istifadə etməsinə əngəl törədir. Cavabdehlərin bu mənzillə bağlı heç bir hüquqları, hətta istifadə hüququ belə yoxdur. Cavabdehlərə dəfələrlə mənzili boşaltmaq barədə xahiş və tələb edilsə də, onlar həmin tələblərə əməl etməmişdir. Sonuncu dəfə 16.04.2021-ci il tarixində iddiaçı tərəfindən cavadehlərə rəsmi yazılı bildiriş göndərilmiş və mənzili tərk etməyəcəkləri təqdirdə məhkəməyə müraciət olunacağını bildirilmişdir. Bundan əlavə notariat formada təsdiq edilmiş 29.03.2019-cu il tarixli alqı-satqı müqaviləsinin 2-ci bəndindən görünür ki, mənzil Cavabdeh2 "xxxx" MMC-nin bütün binaya aid olan ümumi Çıxarışı əsasında satılmışdır. Əgər bütün binaya aid olan ümumi çıxarış əsasında alqı-satqı keçirilibsə, müqavilədə necə olub ki, mənzilin nömrəsi 48 kimi qeyd edilib? Notariat işində "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış və sonradan "geri qaytarılmış” alqı-satqı müqaviləsinin daha bir nüsxəsi mövcuddur. Həmin müqavilədə mənzilin nömrəsi MMC tərəfindən 48 kimi göstərildiyi üçün notarius da 48 saylı mənzilin satıldığını qeyd etmiş və bunun əsasında da növbəti addım kimi Cavabdeh2 DƏDRX tərəfindən 48 saylı mənzilə dair çıxarış verilmişdir. Hətta 29.03.2019-cu il tarixli notarial təsdiqli həmin müqavilədən görünür ki, ödəniş notariusun depozit hesabı üzrə keçməmiş, müqavilədə ödənişin 01.07.2011-ci il tarixli maliyyə arayışına görə tam ödənildiyi qeyd edilmişdir və həmin maliyyə arayışının da əsli notariat işinə əlavə edilmişdir. Əslində isə binaya olan ümumi çıxarış əsasında notariat kontorunda müqavilə bağlanıla bilməz. MMC həmin mənzilə dair öz adına ayrıca mülkiyyət çıxarışı almalı, daha sonra alqı-satqı etməli idi. Necə ki, sonradan İddiaçı ilə qeyd olunan tip əməliyyat həyata keçirmişdir. Eyni zamanda DƏDRX də sadalanan halları araşdırmalı və müvafiq qeydiyyat işlərini aparmaqdan imtina etməli olduğu halda, bunu etməmiş və 48 saylı mənzilə dair çıxarış vermişdir.
3. Eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış AN-İ №0770073 saylı, 29.03.2019-cu il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 99C, mənzil 48-ə ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC (bundan sonra MMC) ilə Cavabdeh2 arasında 01.07.2011ci ildə mənzilin alqı-satqısına dair sadə yazılı müqavilə bağlanmış və Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 99C, mənzil 48 ona təhvil verilmişdir. Həmin vaxt binaya mülkiyyət çıxarışı olmadığından mənzilin nömrəsi MMC tərəfindən formal olaraq nömrələnmişdir. Elə sonradan həmin nömrə notariat formada təsdiq edilən alqı-satqı müqaviləsində də heç bir əsas olmadan qeyd edilmiş və elə bu formada da DƏDRX tərəfindən səhvən çıxarış verilmişdir. Daha sonra cavabdehlər həmin mənzilə dair 20 dekabr 2013-cü ildə notarial təsdiqli ərizə verməklə X1 xeyrinə mənzildən imtina etmişlər və bu zaman MMC-yə onlarda olan müqavilənin və maliyyə arayışının original nüsxəsini təqdim etmişlər, həmin sənədlər hazırda da MMC-də saxlanılır. Lakin bütün bunları bilə-bilə onlar 2019-cu ildə hansısa yolla əldə etdikləri həmin müqavilənin başqa bir nüsxəsi və maliyyə arayışı ilə MMC-nin nümayəndəsinə yaxınlaşmış və həqiqəti ondan gizlədərək, əslində isə onu aldadaraq notariat formalı alqısatqı müqaviləsini bağlamağı təşkil etməyi xahiş etmişlər və bu sənədlər əsasında notariat təsdiqli yeni bir müqavilə bağlanmışdır. Nəticədə isə mənzilə dair DƏDRX-dən çıxarış almışlar. Bu fakt mübahisəsizdir ki, cavabdehlər həmin mənzilin artıq onların olmamasını bilirdi. Çünki yuxarıda da qeyd olunduğu kimi, imtina barədə ərizələrini özləri imzalamış, notariat formada təsdiqlətmiş və digər işləri həyata keçirmişlər. Eyni zamanda qeyd olunmuşdur ki, 48 və 5 saylı mənzillər eyni mənzillərdir. Bunu həmçinin tərəflərin adlarına verilmiş mənzillərə dair texniki pasportlardakı plan və göstəricilərin üst-üstə düşməsi, dövlət reyestr xidmətindən məhkəmə sorğusuna əsasən göndərilən sənədlər də sübut edir. Həmçinin notariat formada təsdiq edilmiş 29.03.2019-cu il tarixli alqı-satqı müqaviləsinin 2-ci bəndindən görünür ki, mənzil Cavabdeh2 "xxxx" MMCnin bütün binaya aid olan ümumi Çıxarışı əsasında "xxxx"dır. Bu isə ona görə olmuşdur ki, cavadehlər MMC ilə aralarında bağlamış olduqları köhnə (əslində isə qüvvədə olmayan) müqaviləni notariusa təqdim etmişlər, notarius da həmin müqavilədə qeyd edilən 48 sayını yeni müqavilədə əks etdirmişdir. Bundan başqa 29.03.2019-cu il tarixli notarial təsdiqli həmin müqavilədən görünür ki, ödəniş notariusun depozit hesabı üzrə keçməmişdir. Belə ki, müqavilədə mənzilin dəyərinin 01.07.2011-ci il tarixli maliyyə arayışına görə tam ödənildiyi qeyd edilmişdir. Qanunvericiliyin tələblərinə görə isə bütün binaya verilmiş ümumi çıxarış əsasında və notariat kontorunda bu formalı müqavilə bağlanılması düzgün deyil. Hesab edir ki, DƏDRX də bunu araşdırmalı və müvafiq qeydiyyat işlərini aparmaqdan imtina etməli idi, amma onlar da səhvə yol verərək eyni mənzilə dair bir vətəndaşa 48 sayı altında, digərinə isə 5 sayı altında Çıxarış təqdim etmişdir. Qeyd edilən müqavilə bağlanandan bir müddət sonra isə MMC tərəfindən imtina ərizələri əsas götürülərək və DƏDRX tərəfindən ayrıca verilmiş Çıxarış əsasında İddiaçıla notariat formalı alqı-satqı həyata keçirilmişdir. Bu müqavilə isə X1 də İddiaçı xeyrinə imtina barədə ərizəsi əsasında bağlanmış və mənzilə dair ödəniş qanunvericiliyin tələblərinə uyğun olaraq notariusun depozit hesabına keçirilməklə edilmişdir. Bütün bunlar göstərir ki, cavabdehlər tərəfindən aldatma faktı mövcuddur və onlarla bağlanmış notariat formalı müqavilə aldatma nəticəsində bağlanmış və eyni zamanda da qanunun tələbləri pozulmaqla rəsmiləşdirilmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-104/2022 saylı, 10.01.2022ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi, müstəqil tələbin təmin edilməsi, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış AN-İ №0770073 saylı, 29.03.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 99C, mənzil 48-ə dair ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi, cavabdehlər Cavabdeh2 və onun həyat yoldaşı Cavabdeh1 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (sədrlik edən: Orxan Məmmədli).
6. Həmin qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 eyni əsaslı apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilərək iddianın və müstəqil tələbin rədd edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti və dəlilləri:
7. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində əqdin etibarsızlığına dair maddi hüquq normalarına istinad etsə də, mübahisə predmeti olan əqdin hansı şərtlərin pozulması ilə bağlandığını sübut edə bilməmişdir. İddiaçı iddia ərizəsində mübahisəli mənzilin "xxxx" MMC-nin bütün binaya aid olan ümumi Çıxarış əsasında satılmasını əqdin etibarsızlığının əsası kimi göstərməyə cəhd edir. Halbuki həmin müqavilənin elə 1-ci bəndindən görünür ki, satıcı "xxxx" MMC mübahisəli mənzili Cavabdeh2 mülkiyyətinə verir, qalan hissə mülkiyyətçinin öz mülkiyyətində qalır. Müqavilədən görünür ki, satıcı yalnız mübahisəli mənzili cavabdehin mülkiyyətinə vermiş, daşınmaz əmlakın, yəni binanın digər qalan hissəsi isə mülkiyyətçinin mülkiyyətində qalmışdır. Hazırda mövcud praktikadan da tikinti şirkətinin əvvəlcə ümumi binaya Çıxarış əldə etdiyi, daha sonra mənzillər alıcılara satıldıqdan sonra hər bir mənzil mülkiyyətçisinin ayrı-ayrılıqda mənzilə dair Çıxarış əldə etməsi məlumdur. İddiaçının əqdin etibarsız hesab edilməsinə yönəlmiş cəhdlərindən biri də mənzilin dəyərinin əvvəlcədən ödənilməsi ilə bağlıdır. Qeyd edilməlidir ki, mülki qanunvericiliyə görə tərəflər sərbəst şəkildə müqavilə bağlaya, o cümlədən müqavilənin məzmununu müəyyənləşdirə bilərlər, yəni müqavilə tərəfləri arasında razılıq olduğu təqdirdə mənzilin dəyərinin əvvəlcədən və ya müqavilə bağlanan zaman ödənilməsi heç bir önəm kəsb etmir. Məhkəmə qətnaməsində dəfələrlə iddiaçı tərəfindən mübahisəli mənzilin dəyərinin notariusun depozit hesabına ödənilməsini qeyd etmişdir. Halbuki, mənzilin dəyərinin depozit hesabına köçürmə yolu ilə və ya əvvəlcədən ödənilməsi hazırki iş üzrə heç bir əhəmiyyət kəsb etmir. Qeyd edilməlidir ki, mübahisəli mənzilin dəyərinin tam olaraq cavabdeh tərəfindən ödənildiyi işin mübahisəsiz halıdır. Belə ki, iddiaçı və müstəqil tələb irəli sürən 3- cü şəxs tərəfindən mənzilin dəyərinin cavabdeh tərəfindən ödənilməsi halı əvvəl mübahisələndirilməmiş və hazırkı halda da mübahisələndirilmir. Hətta fərz etsək ki, sözügedən mənzillər faktiki olaraq eyni mənzillərdir, bu zaman eyni mənzilin dəyərinin həddindən artıq aşağı düşməsi məhkəmədə sual yaratmalı idi. Belə ki, mübahisəli mənzilə dair bağlanmış müqavilələrdən görünür ki, 2011-ci il tarixdə mənzil cavabdehə 249.600 manata satılmış, 2021-ci il tarixdə iddiaçıya isə təxminən 3 dəfə aşağı qiymətə - 98.938 manata satılmışdır. Lakin bu məsələni məhkəməaraşdırma predmetinə belə çevirməmişdir. Bir halda ki, iddiaçı mübahisəli mənzilə dair cavabdehlə "xxxx" MMC arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş edir, 09 iyul 2021-ci il tarixdə, yəni hazırkı mübahisəyə dair məhkəmə çəkişməsinin birinci instansiya məhkəməsində aparıldığı dövrdə mənzilə texniki pasportu necə və hansı yolla əldə etməsi sual altındadır. Belə ki, iddiaçının hazırkı mülki iş üzrə iddia ərizəsi 05.05.2021-ci il tarixdə tərtib edilmiş, 19.05.2021-ci il tarixdə məhkəmənin hazırlıq iclası keçirilmişdir, yəni 2021-ci ilin may ayından etibarən iş məhkəmənin icraatında olarkən iddiaçı mübahisəli mənzilə dair Texniki Pasport əldə etmişdir. İddiaçı tərəfindən mübahisəli mənzilə dair bağlanmış əqdin etibarsızlığı tələbi irəli sürülsə də, əqdin etibarsızlığına dair hər hansı hal sübut edilmədiyi halda, məhkəmə, bütün bunları sübut olunmuş hal kimi qəbul etmiş və nəticədə iddia tələbini qismən təmin etmişdir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Tərəflərin izahatları:
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə3 mənzilin İddiaçı məxsus olmasını bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
10. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
12. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:
13. Belə ki, iş materiallarında olan İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış AN-İ seriyalı, ******* saylı, 05.02.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən gürünür ki, satıcı "xxxx" MMC tam mülkiyyət üzrə ona məxsus ünvan 5 (yeni qaydalarla: İsmayılbəy Qutqaşınlı küçəsi, 169, M13, mənzil 5) ünvanındakı 5 saylı mənzili 98.938 manata alıcı İddiaçı satmış, o isə həmin mənzili 98.938 manata almışdır. Alqı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən alıcı İddiaçı bu müqavilənin 4-cü bəndində qeyd olunan məbləği, yəni 98.938 manat məbləğində pulu satıcıya notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir.
14. İş materiallarında olan AN-İ seriyalı, ******* saylı, 05.02.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ƏMDK yanında DƏDRX tərəfindən verilmiş **********14-05301-093037 reyestr nömərli, 06.02.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən müəyyən olunur ki, ünvan 2 ünvanındakı 5 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı tam mülkiyyətinə verilmişdir.
15. İş materiallarında olan 16.04.2021-ci il tarixli bildirişin surətindən müəyyən olunur ki, ünvan 2 ünvanındakı 5 saylı mənzilin mülkiyyətçisi qismində İddiaçı cavabdehlərlə mübahisənin məhkəmədən kənar həlli məqsədi ilə sözügedən mənzildən 3 gün ərzində onların çıxmalarını və mənzilin boşaldılmasını xahiş və tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir.
16. İş materiallarında olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş notarial təsdiqli 20.12.2013-cü il tarixli eyni məzmunlu imtina ərizələrindən müəyyən olunur ki, cavabdehlər Bakı şəhəri, Yasamal rayonu, İsməyılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllədə inşa edilmiş 16 mərtəbəli binanın 13-cü mərtəbəsində yerləşən 48 saylı mənzilin X1 adına keçirilməsinə etiraz etmirlər, razıdırlar və gələcəkdə həmin şəxsə və "xxxx" MMCyə qarşı heç bir iddia və tələbləri olmayacaqdır.
17. İş materiallarında olan Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış AN-İ seriyalı, ******* saylı, 29.03.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən gürünür ki, satıcı "xxxx" MMC tam mülkiyyət üzrə özünə məxsus ünvan 3 ünvanında yerləşən “A” tikilisinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 150.4 kv/m olan 48 saylı mənzili alıcı Cavabdeh2 mülkiyyətinə vermişdir. Alqı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən alıcı Cavabdeh2 bu müqavilənin 4-cü bəndində nəzərdə tutulmuş məbləği 01.07.2011-ci il tarixli maliyyə arayışı əsasında satıcıya əvvəlcədən ödəmişdir.
18. İş materiallarında olan AN-İ seriyalı, ******* saylı, 29.03.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ƏMDK yanında DƏDRX tərəfindən verilmiş **********14-05301-093001 reyestr nömrəli, 04.04.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 4 ünvanındakı 48 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 tam mülkiyyətinə verilmişdir.
19. İş materiallarında olan ƏMDK yanında DƏDRX tərəfindən verilmiş **********14- 05301-093037 reyestr nömrəli, 03.09.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən müəyyən olunur ki, ünvan 5 ünvanında yerləşən, 150.4 kv/m ümumi sahəsi olan mənzil 5 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, İsməyılbəy Qutqaşınlı küçəsi, 169, M13, mənzil 5) xüsusi mülkiyyət hüququ üzrə "xxxx" MMC-nin tam mülkiyyətinə verilmişdir.
20. İş materiallarında olan 14.06.2021-ci il tarixli, **********38 saylı DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavab məktubundan müəyyən olunur ki, ünvan 3 saylı bina "xxxx" MMC-nin adına 03.09.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir, 12 saylı DNK-nın 4Ə-281 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən isə həmin binanın 5 saylı mənzili İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir.
21. İş materiallarında olan 01.07.2021-ci il tarixli, **********19 saylı DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavab məktubundan müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən 48 saylı mənzil 04.04.2019-cu il tarixdə Cavabdeh2 adına ilkin qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.
22. İş materiallarında olan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********14- 05301-093037 reyestr nömrəli, 03.09.2019-cu il tarixdə tərtib olunmuş, hüquq subyekti "xxxx" MMC olan ünvan 4, mənzil 5 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 169, M13, mənzil 5)-ə məxsus texniki pasportun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, qeyd olunan ümumi sahəsi 150.4 kv/m olan 3 otaqlı mənzil həmin ünvanda yerləşən 16 mərtəbəli binanın 13-cü mərtəbəsində yerləşir.
23. İş materiallarında olan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********14- 05301-093001 reyestr nömrəli, 04.04.2019-cu il tarixdə tərtib olunmuş, hüquq subyekti Cavabdeh2 olan ünvan 4, mənxil 48-ə məxsus texniki pasportun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, qeyd olunan ümumi sahəsi 150.4 kv/m olan 3 otaqlı mənzil həmin ünvanda yerləşən 16 mərtəbəli binanın 13-cü mərtəbəsində yerləşir.
24. İş materiallarında olan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********14- 05301-093037 reyestr nömrəli, 09.07.2021-ci il tarixdə tərtib olunmuş, hüquq subyekti İddiaçı olan ünvan 4, mənzil 5 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 169, M13, mənzil 5)-ə məxsus texniki pasportun surətindən müəyyən olunur ki, qeyd olunan ümumi sahəsi 150.4 kv/m olan 3 otaqlı mənzil həmin ünvanda yerləşən 16 mərtəbəli binanın 13-cü mərtəbəsində yerləşir.
25. İş materiallarında olan 13.01.2020-ci il tarixli ərizədən görünür ki, X2 Bakı şəhəri, Yasamal rayonu, İsməyılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllədə inşa olunmuş 16 mərtəbəli, bir bloklu binanın 13-cü mərtəbəsində ümumi sahəsi 162.88 kv/m olan 3 otaqlı 48 nömrəli mənzilə dair "xxxx" MMC ilə bağlanmış 01.07.2011-ci il tarixli müqaviləyə xitam edilməsini xahiş etmiş və bu tarixdən həmin müqaviləyə aid olan hüquq və öhdəliklərdən imtina etmiş, həmin mənzilin İddiaçı adına keçməsinə etiraz etməmişdir.
26. İş materiallarında olan 04.02.2020-ci il tarixli qəbzdən müəyyən olunur ki, İddiaçı 98.938 manat məbləğində pulu 04.02.2020-ci il tarixli, 262 nömrəli alqısatqı məktubuna əsasən “Gunay Bank” vasitəsi ilə 12 saylı notariusun depozit hesabına köçürmüşdür. Hüquqi dəyərləndirmə:
27. Kollegiya iş materiallarının araşdırılması nəticəsində qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış AN-İ №0770073 saylı, 29.03.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 99C, mənzil 48-ə ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Cavabdeh2 və onun həyat yoldaşı Cavabdeh1 həmin mənzildən məcburi qaydada çıxarılmasını, mənzilin boşaldılmasını tələb etmiş, həmçinin, müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC qeyd olunana cavabdehlərə qarşı müstəqil tələb irəli sürərək Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış AN-İ №0770073 saylı, 29.03.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 99C, mənzil 48-ə ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli dövlət reyestrindən Çıxarışın ləğv edilməsini xahiş etmişdirlər.
28. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllədə inşa edilmiş 16 mərtəbəli binanın 13-cü mərtəbəsində yerləşən 48 və 5 saylı mənzillər texniki pasport göstəricilərinin və ümumi sahələrinin çertyoj və planlarına əsasən eyni mənzillər hesab edilməlidirlər. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə verilmiş sorğuya cavab məktublarından görünür ki, eyni mənzilə dair ƏMDK yanında DƏDRX tərəfindən iki müxtəlif Çıxarış tərtib edilmişdir.
29. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, ƏMDK yanında DƏDRX tərəfindən ünvan 4 ünvanındakı 48 saylı mənzilə dair **********14- 05301-093001 reyestr nömərli, 04.04.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış tərtib olunarkən qanunvericiliyin tələbləri pozulmuşdur.
30. Kollegiya həmçinin qeyd edir ki, "xxxx" MMC-nin tam mülkiyyət huququ əsasında mülkiyyətçisi olduğu Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllədə inşa edilmiş 16 mərtəbəli binanın 13-cü mərtəbəsindəki 48 saylı mənzil 2011-ci il tarixdə MMC tərəfindən Cavabdeh2 əvəzi ödənilməklə satılmışdır. 20.12.2013-cü il tarixli eyni məzmunlu notarial qaydada təsdiq olunmuş imtina ərizələri ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzilin X1 adına keçirilməsinə etiraz etməmiş, bununla da könüllü olaraq mənzilə dair mülkiyyət və istifadə hüququdan imtina etmişdirlər. Daha sonra X2 13.01.2020-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə həmin mənzilə dair "xxxx" MMC ilə bağlanmış 01.07.2011-ci il tarixli müqaviləyə xitam verilməsini xahiş etmiş və bu tarixdən həmin müqaviləyə aid olan hüquq və öhdəliklərdən imtina etmişdir. Eyni zamanda bu mənzilin İddiaçı adına keçməsinə etiraz etməmişdir. İş materiallarındakı Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış AN-İ seriyalı, ******* saylı, 29.03.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən alıcı Cavabdeh2 bu müqavilənin 4-cü bəndində nəzərdə tutulmuş məbləği 01.07.2011-ci il tarixli maliyyə arayışı əsasında satıcıya əvvəlcədən ödədiyi göstərilmişdir. Halbuki Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış AN-İ seriyalı, ******* saylı, 29.03.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanmasına əsas olaraq göstərilmiş 01.07.2011-ci il tarixli maliyyə arayışı 20.12.2013-cu il tarixli ərizlərlə cavabdehlər tərəfindən X1 xeyrinə imtina olunmuş və öz növbəsində X2 13.01.2020-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə sözügedən maliyyə arayışına xitam verilməsini xahiş etmiş və mənzilin İddiaçı adına qeydiyyata anılmasına etiraz etmədiyini bildirmişdir. Eyni zamanda iş materiallarında olan 04.02.2020-ci il tarixli qəbzə əsasən müəyyən etmək mümkündür ki, İddiaçı 98.938 manat məbləğində pulu “Gunay Bank” vasitəsi ilə 12 saylı notariusun depozit hesabına köçürmüş və bunun əsasında onunla "xxxx" MMC arasında AN-İ seriyalı, ******* saylı, 05.02.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsi üzrə ƏMDK yanında DƏDRX tərəfindən **********14-05301-093037 reyestr nömərli, 06.02.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla ünvan 2 ünvanındakı 5 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı tam mülkiyyətinə verilmişdir.
31. Kollegiya iddia tələbinin cavabdehlərin həmin mənzildən məcburi qaydada çıxarılması və mənzilin boşaldılması hissəsinə münasibətdə də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Cavabdeh2 sözügedən mənzilə dair heç bir mülkiyyət hüququ olmadığından, yəni onunla "xxxx" MMC arasında bağlanmış AN-İ seriyalı, ******* saylı, 29.03.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən və qeyd olunan əqdin əsasında verilmiş **********14-05301-093001 reyestr nömərli, 04.04.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ləğv edildiyindən, iddia tələbinin həmin hissədə də təmin edilməsi, cavabdehlər Cavabdeh2 və onun həyat yoldaşı Cavabdeh1 mübahisəli mənzildən (cavabdehlərə verilmiş Çıxarış üzrə mənzil 48-dən, iddiaçıya verilmiş Çıxarış üzrə isə ünvan 4, mənzil 5-dən (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 169, M13, mənzil 5) məcburi qaydada çıxarılması və mənzilin boşaldılmasına dair məhkəmənin gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
32. Cavabdehlər apellyasiya şikayətlərində tikinti şirkətlərinin ümumi bina üçün aldıqları çıxarış əsasında oradakı hansısa mənzili alıcıya satması və alıcının da sonradan ayrıca çıxarış almasına dair praktikanın mövcudluğu bildirilmişlər.
33. Kollegiya apellyasiya şikayətinin bu dəlili ilə razılaşmır və bununla bağlı mövqeyini onunla əsaslandırır ki, alqı-satqının predmeti hansı daşınmaz əmlakdırsa qanunun tələblərinə görə məhz həmin əmlakın müvafiq Çıxarışı notariat orqanına təqdim edilməlidir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin tələblərinə görə qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləsdirilməsi və girov qoyulması haqqında əqdlər özgəninkiləsdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər... təqdim olunduqdan sonra təsdiq edilir.
34. Yəni əgər binadakı hər hansı bir mənzil satılacaqsa bu mənzilə dair hüquqi şəxsin adına mütləq şəkildə mülkiyyət hüququnu təsdiq edən sənəd - Çıxarış alınmalı, daha sonra alqı-satqı əməliyyatı həyata keçirilməlidir. Necə ki, tikinti şirkəti ilə İddiaçı arasında bu formada alqı-satqı həyata keçirilmişdir. Satıcı tikinti şirkəti tərəfindən 13-cü mərtəbədəki 3 otaqlı 150.4 kv.m mənzilə dair Çıxarış alınmış, bu zaman DƏDRX tərəfindən həmin mənzilə 5 nömrəsi təhkim edilmiş, daha sonra həmin mənzil İddiaçı satılmış və bu barədə İddiaçı adına mülkiyyət hüquqlarını təsdiq edən Çıxarış verilmişdir. Cavabdehlərə verilmiş Çıxarışda mənzilin nömrəsinin 48 nömrə ilə göstərilməsi isə onlarla bağlanmış notariat təqdiqli alqısatqı müqaviləsində notarius tərəfindən satılan mənzilin 48 saylı olmasının qeyd edilməsi faktı əsasında baş tutub. Hansı ki, bu cür qeyd tam əsassız olmuşdur. Çünki 48 saylı mənzilə dair Çıxarış olmadan elə bir mənzilin olmasını iddia etmək mümkün deyildir. Bütün bunlar ona görə baş verib ki, notarius müqaviləni təsdiq edərkən tikinti şirkəti ilə cavabdehlər arasında bağlanmış 2011-ci il tarixli müqaviləyə və onun şərtlərinə istinad etmişdir. Hansı ki, o müqavilə artıq ləğv edilmişdir və cavabdehlərin də 2013-cü ildə həmin mənzildən imtina barədə ərizələri mövcud olmuşdur, bu müqaviləyə istinad etmək istəsə də belə, edə bilməzdi. Bu formada müqavilə təsdiq edilməsi qanunvericiliyin tələb etdiyi normalara ziddir.
35. Cavabdehlər apellyasiya şikayətlərində həmçinin qeyd etmişlər ki, alqı-satqı zamanı mənzilin dəyərinin əvvəlcədən və ya müqavilə bağlanan zaman ödənilməsi heç bir önəm kəsb etmir.
36. Kollegiya apellyasiya şikayətinin bu dəlilinə münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 160-1-ci bəndin istinad edilməsini zəruri sayır. Həmin Təlimata görə, daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş pul məbləğindən (beş min beş yüz manatdan) artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir. Bundan başqa “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsində qeyd edilmişdir ki, daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qevdə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi və qaytarılması notariusun bankda acdığı depozit hesabı vasitəsilə həvata keçirilir. Daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəvvən edilmiş pul məbləğindən artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir. Notarius belə müqavilələri pul məbləğinin bankda açılmış depozit hesabına ödənilməsi barədə qəbz təqdim edildikdən sonra təsdiq edir.
37. Göründüyü kimi bu, imperativ bir normadır və ona mütləq şəkildə əməl edilməlidir. Cavabdehlərlə 2019-cu ildə bağlanmış notariat təsdiqli müqavilədə 2011-ci ildə ödənişin edilməsinin qeyd edilməsi faktı isə həmin müqavilənin görünüş xətrinə bağlanmasını göstərir.
38. Cavabdehlərin apellyasiya şikayətlərində həmçinin qeyd edilmişdir ki, iddiaçı tərəfindən alınmış mənzilin dəyərinin müqavilədə guya 3 dəfə aşağı qeyd edilməsi məhkəmə tərəfindən araşdırılmamışdır.
39. Məhkəmə prosesi zamanı iddiaçının nümayəndəsi və vəkili bu məsələyə münasibət bildirərək qeyd etdi ki, mənzilin dəyərinin bir qismi əvvəlcədən nağd şəkildə satıcıya ödənilmişdir. Hesab edir ki, bu hal qanunvericiliyə zidd deyil və yalnız müqavilə tərəfləri bunu mübahisələndirə bilər.
40. Kollegiya bununla bağlı qeyd edir ki, bu məsələ məhkəmə tərəfindən o zaman araşdırma predmeti ola bilərdi ki, bununla bağlı cavabdehlər tərəfindən qarşılıqlı iddia olsun və bunun araşdırılması tələb edilsin. Hazırki halda isə məhkəmə araşdırması zamanı cavabdehlər nə belə bir qarşılıqlı iddia və nə də bununla bağlı hər hansı bir vəsatət vermişlər. Alqı-satqının tərəfləri olan şəxslər ("xxxx" MMC və İddiaçı) arasında isə bununla bağlı mübahisə olmadığından, birinci instansiya məhkəməsi məsələni haqlı olaraq müqavilə azadlığı prinsipi çərçivəsində qiymətləndirmişdir.
41. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
43. Apellyatorların apellyasiya şikayətlərində istinad etdiyi digər bir məsələ isə 09.07.2021-ci il tarixdə, yəni hazırkı mübahisəyə dair məhkəmə çəkişməsinin aparıldığı dövrdə iddiaçının mənzilə texniki pasportu necə və hansı yolla əldə etməsinin müəmmalı olması ilə bağlı olmuşdur.
44. Kollegiya cavabdehlərin apellyasiya şikayətlərinin bu dəlilinə münasibətdə qeyd edir ki, işə məhkəmədə baxılması zamanı mənzillə bağlı texniki pasportun alınmasına qanunvericilikdə heç bir qadağa mövcud deyil. Bundan başqa, həmin mənzilə dair satıcı "xxxx" MMC-nin adına texniki pasport iş materiallarında mövcuddur. Lakin sonradan məhz iddiaçının adına verilmiş texniki pasport iddiaçı tərəfindən müvafiq olaraq DƏDRX-ə müraciət edilərək yeni texniki pasport alınmışdır. İş materiallarından görünür ki, yeni və köhnə texniki pasportda heç bir göstərici dəyişilməmiş, sadəcə hüquq subyektinin adında dəyişiklik edilmişdir.
45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
46. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
47. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
48. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
49. Həmin Məcəllənin 339.3-cu maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
50. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
51. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, mübahisələndirilən əqd təsdiq edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmədiyindən, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin mənzildən imtina etdiyi halda, Cavabdeh2 həmin müqaviləni bağlamağa səlahiyyəti olmadığı halda 29 mart 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi rəsmiləşdirildiyindən, həmçinin rəsmiləşdirmə zamanı bu qətnamənin əsaslandırma hissəsində qeyd edilən pozuntulara yol verildiyindən, qeyd edilən müqavilənin etibarsız hesab edilməsi, həmin əqd əsasında verilmiş **********14- 05301-093001 reyestr nömrəli, 04.04.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi, cavabdehlər Cavabdeh2 və onun həyat yoldaşı Cavabdeh1 həmin mənzildən məcburi qaydada çıxarılması və mənzilin boşaldılmasına dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur.
52. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Odur ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirlmədən saxlanılmalıdır.
53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
54. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
55. Həmin Məcəllənin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Nəticə:
56. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehlərin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
57. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-104/2022 saylı, 10.01.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev