Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2637/2019 12.03.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsilə, İmanov Azad Nizam oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi ilə, Ərizəçi (maraqlı şəxs: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın dövlət reyestri xidmətinin Bakı şəhər ərazi idarəsi) hüquqi faktın müəyyən edilməsi tələbinə dair 2(103)-2637/2019 saylı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qərardadından maraqlarına toxunulan şəxs X2 tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qərardadı ilə maraqlarına toxunulan şəxs X1 apellyasiya şikayətindən imtinası qəbul edilmiş, iş üzrə maraqlarına toxunulan şəxs X1 apellyasiya şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilmişdir. Maraqlarına toxunulan şəxs X2şikayət verərək, qərardadın ləğv edilməsini və apellyasiya icraatının təzələnməsi və şikayətə mahiyyəti üzrə baxılmasına dair qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər (maddə 402). Göründüyü kimi prosessual qanunvericilikdə mülki iş üzrə icraata xitam verilməsi barədə qərardaddan şikayət verilməsi qaydası müəyyən edilsə də, tərəfin apellyasiya şikayətindən imtina etməsi nəticəsində apellyasiya icraatına xitam verilməsi barədə qərardadlardan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda hazırkı şikayət maraqlı şəxsin özünün iştirakı ilə keçirilmiş məhkəmə iclasında qərardadın qəbulundan 6 ay müddət keçdikdən sonra verilmiş, şikayətə onu imzalamış vəkilin tərəfin adından həmin şikayəti imzalamaq səlahiyyətinin olduğunu təsdiq edən etibarnamə əlavə edilməmişdir. Maraqlı şəxsin apellyasiya baxışı zamanı şikayətdən imtina etmədiyi ilə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, həqiqətən də xx xxxx 2019-cu il tarixli məhkəmə iclasında Qubat Bağırov apellyasiya şikayətindən imtina etdiyi barədə məhkəməyə ərizə təqdim etmiş, lakin texniki səhv nəticəsində həmin ərizə işə tikilməmiş, əlavə sənəd kimi işə qoşulmuşdur. Hazırkı şikayətə baxılması zamanı texniki yanlışlıq aradan qaldırılaraq Qubat Bağırovun apellyasiya şikayətindən imtina barədə ərizəsi mülki işə tikilmişdir (88-ci vərəq). Nəzərə alınmalıdır ki, apellyasiya icraatına xitam verilməsi barədə xx xxxx 2019-cu il tarixli məhkəmə iclasında Qubat Bağırov öz vəkili işə birlikdə iştirak etmiş, apellyasiya icraatına xitam verilməsinə etiraz etməmiş və ötən altı aydan artıq müddət ərzində məhkəməyə heç bir etiraz və ya şikayət verməmişdir. Hazırkı şikayətin də dəlillərindən görünür ki, Qubat Bağırovla ərizəçi arasında narazılıq ərizəçinin apellyasiya şikayətindən imtinanın əvəzində Qubat Bağırova verdiyi vədi yerinə yetirməməsi nəticəsində yaranmışdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 402-ci maddəsini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ : Ərizəçi (maraqlı şəxs: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın dövlət reyestri xidmətinin Bakı şəhər ərazi idarəsi) hüquqi faktın müəyyən edilməsi tələbinə dair 2(103)-2637/2019 saylı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qərardadından maraqlarına toxunulan şəxs X2tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Abiddin Hüseynov Hakimlər imzalar: Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2637/2019
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2637/2019
12.03.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver