Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2637/2025 13.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh AR Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: “əmək mübahisələri üzrə iddia müddətinin tətbiqi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, cavabdeh AR Dövlət Neft Şirkətinin Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh AR Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və məcburi işburaxma dövrü üçün kompensasiya ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1129/2025 saylı 11 fevral 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2012-ci il tarixdən AR Dövlət Neft Şirkətinin Cavabdehndə müxtəlif vəzifələrdə işləmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə AR Dövlət Neft Şirkətinin Cavabdeh xx.xx.2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xitam verilmiş, 4.860,48 manat məbləğində son haqq-hesab işəgötürən tərəfindən iddiaçıya ödənilmiş, əmək kitabçası təqdim edilmişdir. Tərəflər arasında yaranmış əmək mübahisəsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir.
Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh AR Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli əmrin qanunsuz hesab edilməklə ləğv edilməsi və məcburi işburaxma üçün həmin tarixdən cari tarixədək olan dövr üzrə hesablanmış əmək haqqı həcmində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir. Lakin əmək müqaviləsinə xitam verilərkən işçiyə təqdim edilməli olan sənədlərdən əmək kitabçası xaricində digər sənədlər ona təqdim edilməmişdir. Həmçinin əmək müqaviləsinə xitam verilməsinə əsas olan qanunvericilik normasının tətbiqindən əvvəl Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş təminat normativləri gözlənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.1-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müxtəlif müddətlərdə rəsmi xəbərdar edilməlidir. Belə olduqda işəgötürən tərəfindən ona azı doqquz təqvim həftəsi əvvəlcədən xəbərdarlıq məktubu göndərilməli olsa da, bu qaydaya riayət edilməmişdir. Bundan əlavə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsi ilə müəyyən edilən razılaşma qaydaları da pozulmuşdur. Belə ki, qanunvericiliyin bəhs olunan normasına əsasən Bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Cavabdeh tərəfindən yuxanda götərilən normaların pozulması faktı ilə bağlı tərəfindən Azərbaycan Respublikası ƏƏSMN yanında X2 Xidmətinə müraciət olunmuş, aparılmış araşdırmalar nəticəsində göstərilən pozuntular öz təsdiqini tapsa da, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün təşkilatın müvafiq vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb edilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi qeyri-mümkün olmuşdur. Belə olduğu təqdirdə məhkəməyə müraciət etmək qərarına gəldi. Lakin mübahisə predmeti olan əmrin və digər sənədlərin təqdim edilməsi üçün cavabdeh təşkilata xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etsə də, ərizəsi təmin olunmayaraq həmin sənədlər ona göndərilməmiş və yekun əmri mübahisələndirmək hüququna bürokratik əngəllər yaradılmışdır. Hazırkı mübahisənin məhkəməyəqədər həlli üçün zəruri olan mediasiya prosesində ilkin sessiya zamanı cavabdehin səlahiyyətli nümayəndəsi sessiyada iştirak etməmiş və bu barədə arayış tərəfindən alınaraq məhkəməyə təqdim edilir.
3. Cavabdeh AR Dövlət Neft Şirkətinin Cavabdeh nümayəndəsi Nümayəndə məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı tərəfindən 2(005)-1129/2025 saylı mülki iş üzrə təqdim edilmiş iddia cavabdeh tam hissədə rədd edilir. Qeyd edir ki, hazırki iş üzrə iddiaçının əmək müqaviləsi işəgötürən tərəfindən əmək qanunvericiliyinə uyğun ləğv edilmişdir. Müqavilə ləğv edilərkən, iddiaçının iddia ərizəsində verilmədiyi bildirilən sənədlər də rəsmi qaydada təqdim edilmişdir. İddiaçı müəssisədə həmkarlar ittifaqının üzvü olduğu üçün müvafiq əsasla əmək müqaviləsi ləğv edilərkən Cavabdeh Həmkarlar İttifaqı Komitəsinin də razılığı alınmışdır. İddiaçının qeyd etdiyi faktiki halları da nəzərə alaraq bildirir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinin ləğv edilməsini bilirdi (əmək kitabçasının ona təqdim edildiyini qeyd edir). Habelə iş materiallarına əlavə edilmiş materiallardan da görünür ki, iddiaçı X2 Xidmətinə xx.xx.2023-cü il tarixdə müraciət etmiş və Müfəttişlik də xx.xx.2023-cü ildə müraciətini cavablandırmışdır. X2 Xidməti vətəndaşa obyektiv araşdırma aparmadığı səbəbindən yanlış (Həmkarlar İttifaqı Komitəsinin razılığının alınmadığını bildirmişdir) məlumat vermişdir. Buna baxmayaraq bu məlumatı alan iddiaçı (baxmayaraq ki, yanlış məlumat almışdır), məhkəməyə müraciət edə bilərdi.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1129/2025 saylı, 11 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, işəgötürən tərəfindən xx.xx.2021ci il tarixli əmri verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin pozulmadığı müəyyən edilmişdir. Bu səbəbdən də əmrin ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Məlum olduğu kimi, işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilərkən həmkarlar ittifaqının üzvü olan işçinin müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Belə ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həmkarkar ittifaqı komitəsinin razılığı alınmışdır.
6. Bundan başqa, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməmişdən əvvəl iddiaçı Azərbaycan Respublikasının Əmək Məcəllənin 77-ci maddəsinin 1-ci hissəsində göstərilmiş qaydada xəbərdarlıq edilmiş, həmin maddənin 3-cü hissəsində göstərilmiş qaydada iddiaçıya işdənçıxma müavinəti verilmişdir.Belə ki, iş materiallarında olan X2 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, işçilərin sayı və ştatlarının ixtisar edilməsi ilə bağlı xəbərdarlıq məktubunun sürətli poçt vasitəsi ilə iddiaçıya xx.xx.2021-ci il tarixində çatdırıldığı məlum olmuşdur. Habelə, xx.xx.2021-ci il tarixli akt və ərizənin surətindən görünür ki, iddiaçı orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinəti almaqla, əmək müqaviləsinin ləğv edilməsini xahiş etmiş, müvafiq olaraq ona həmin müavinət ödənilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixindən cavabdehin onu işdən azad edilməsi ilə bağlı əmrindən məlumatlı olsa da, məhkəməyə əmrin ləğv edilməsi və məcburi işburaxma dövrü üçün kompensasiya ödənilməsi tələbi ilə yalnız xx.xx.2024-cü il tarixdə, qanunvericiliklə müəyyən edilmiş 1 aylıq iddia müddətini buraxmaqla müraciət etmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək 70, 77 və 80-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 375.1, 375.2 və 377.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1129/2025 saylı, 11 fevral 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tələb üzrə iddia müddətinin ötürülməsi barədə nəticəyə gələrkən əmək qanunvericiliyinin imperativ tələblərini nəzərə almamışdır. Belə ki, tərəfindən qaldırılmış iddianın predmetini təşkil edən müvafiq əmr (əmək müqaviləsinə xitam verilməsi haqqında əmr) ona təqdim edilməmiş, bu faktı iş materiallarına əlavə olunan, cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizə (məktubun göndərilməsi və çatdırılmasına dair sübutlar da iş materiallarında mövcuddur) də təsdiq edir. Məhkəmə iclasında mübahisələndirilən əmrin ona rəsmi qaydada təqdim olunması yalnız cavabdehin nümayəndəsinin şifahi məlumatına əsasən müəyyən edilmiş, nəticədə hüquqlarının pozulması məhkəmənin özü tərəfindən də davam etdirilmişdir. Cavabdeh təşkilatın məhkəməyə təqdim etdiyi, guya tərəfindən iş yerinin rəhbərliyinə xx.xx.2021-ci il tarixdə ünvanlanmış ərizədə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi tələb edilmiş, həmçinin eyni tarixli aktda guya ona əmək fəaliyyətimi davam etdirməyi təklif olunsa da, o, əmək müqaviləmə xitam verilməsində təkid etmişdir. Bildirir ki, təqdim olunan hər iki sənəddə onun adından qeyd edilmiş imzalar ona məxsus olmamışdır. Bununla bağlı məhkəmədə şifahi vəsatət qaldıraraq imzaların həqiqiliyinin yoxlanılması tələb edilsə də, məhkəmə buna məhəl qoymamışdır. Bununla da birinci instansiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmaqla bağlı qanunvericiliklə təsbit olunan vəzifəsini yerinə yetirməmiş, yekunda prosessual hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə üzrə mühüm əhəmiyyət daşıyan, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən AR Əmək Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq “xəbərdaretmə müddətləri”nin gözlənilməsi və həmin Məcəllənin 80-ci maddəsinə müvafiq olaraq “razılaşdırma qaydaları”nın pozulub-pozulmamasına dair bütün faktiki halları aydınlaşdırmamış, bu xüsusatların aydınlaşdırılması istiqamətində isə zəruri prosessual hərəkətləri (Əmək Müfəttişliyindən inzibati xəta haqqında icraat materiallarının tələb edilməsi və s.) həyata keçirməmişdir. Bundan əlavə, məhkəmə cavabdehin onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən AR Əmək Məcəlləsinin 77.1-ci maddəsində nəzərdə tutulan “xəbərdaretmə müddətləri”ni gözləməsi barədə yekun nəticəyə gələrkən sadəcə Əmək Müfəttişliyinin məktubunda göstərilən və cavabdehin xeyrinə olan qeydlərə istinad etməklə kifayətlənmiş, lakin həmin Məcəllənin 80-ci maddəsində nəzərdə tutulan “razılaşdırma qaydaları”nın pozulub-pozulmaması barədə nəticəyə gələrkən Əmək Müfəttişliyinin sözügedən məktubunda göstərilən və cavabdehin ziyanına olan qeydləri nəzərə almamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən cavabdeh AR Dövlət Neft Şirkətinin Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
17. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin
18.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 19.70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. 20.71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 21.77.1-77.3-cü maddələrinin tələblərinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 22.77-ci maddəsinin 4-cü hissəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. 23.83-ci maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 24.296.1-ci maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 25.296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 26.296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 27.300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001ci il tarixli Qərarına görə, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 29.21.5-ci maddəsinə əsasən mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. 30.21.6-cı maddəsinə əsasən tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. 31.21.7-ci maddəsinə əsasən bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə mediasiya prosesinə bu Qanunun 32.1.4-cü maddəsinə əsasən, həmin təklif 10 gün ərzində hər hansı formada rədd edildikdə isə mediasiya prosesinə bu Qanunun 32.1.3-cü maddəsinə əsasən avtomatik xitam verilir. 32.21.8-ci maddəsinə əsasən tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir. Həmin mediatorun (mediasiya təşkilatının) bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildirişi tərəflərə təqdim etməsindən sonra tərəflər və ya onlardan biri mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, yaxud “mediasiya prosesinin tətbiqi barədə müqavilə”ni imzalamağa razı olmadıqda, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin ikinci cümləsində qeyd edilən bildiriş tərəflərə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. 33.24.7-ci maddəsinə əsasən bu Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər. Mediasiya prosesinin keçirilməsinin konkret müddəti ümumi müddət nəzərə alınmaqla “mediasiya prosesinin tətbiqi barədə müqavilə” ilə müəyyən olunur. 34.28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. 35.32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. 36.35-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
37.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 38.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 39.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
40.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 41.İş materiallarından müəyyən edilir ki, iddiaçı xx.xx.2012-ci il tarixdən AR Dövlət Neft Şirkətinin Cavabdehndə müxtəlif vəzifələrdə işləmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə AR Dövlət Neft Şirkətinin Cavabdeh xx.xx.2021ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xitam verilmiş, 4.860,48 manat məbləğində son haqq-hesab işəgötürən tərəfindən iddiaçıya ödənilmiş, əmək kitabçası təqdim edilmişdir. Tərəflər arasında yaranmış əmək mübahisəsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir. 42.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd etməyi zəruri sayır ki, iddiaçı məhkəməyə müraciət edərkən əmək mübahisələri üzrə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. 43.Qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. 44.İddia müddətinin tətbiqi məhkəmə müdafiəsi hüququnun qanuni formada məhdudlaşdırılmasına, yəni hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəblərdən biridir. Belə ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. 45.İş materiallarından da görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xx.xx.2021-ci il tarixində xitam verilmişdir. Həmçinin həmin tarixdə iddiaçıya son haqq-hesab ödənilmiş, əmək kitabçası təqdim edilmişdir. İş materiallarından müəyyən edilir ki, İddiaçı əmək münasibətlərinə xx.xx.2021-ci il tarixində xitam verildiyi barədə məlumatlı olmuş, o, bu barədə həmçinin xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə müraciət etmişdir.
46. Beləliklə iş üzrə araşdırılmış hallardan müəyyən edildiyi kimi hazırki mübahisə üzrə iddia müddətinin axımı xx.xx.2021-ci tarixdən başlanmışdır. İddiaçı hüquqlarının pozulduğunu bildiyi bu tarixdən 1 aydan artıq müddət keçdikdən sonra xx.xx.2024-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklifini digər tərəfə ünvanlamışdır. Göndərilmiş təklifə cavab verilmədiyi üçün iddiaçı xx.xx.2024-cü il tarixində mediasiya təşkilatına müraciət etmiş, mediasiya sessiyasının keçirilməsi mümkün olmadığından təşkilat tərəfindən müvafiq məzmunlu arayış xx.xx.2024-cü il tarixində tərtib edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir.
47. İddiaçı, cavabdehin iddia müddəti tətbiq edilməsi barədə ərizəsinə apellyasiya şikayətində münasibət bildirərək, iddia müddətinin üzrlü səbəblərdən ötürülməsini əsaslandırmaq üçün dəlillər gətirmişdir. İddiaçı, qaldırılmış iddianın predmetini təşkil edən müvafiq əmrin (əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin) ona təqdim edilmədiyinə, bu faktın cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizə ilə təsdiq edildiyinə istinad etmişdir.
48. Qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə müvafiq olaraq, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
49. Göründüyü kimi iddiaçının, iddia müddətinin axımının başlandığı gündən mediasiya təşkilatına müraciət etdiyi tarixədək olan dövrdə mövcud olduğuna istinad etdiyi hallar, iddiaçının iradəsindən asılı olmayan, onun dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan hal olaraq qiymətləndirilə bilməz. 50.Odur ki, iddiaçı məhkəməyə müraciət edərkən əmək mübahisələri üzrə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. 51.Belə olan halda məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası məhkəmənin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Ona görə də apelyasiya şikayətində qeyd edilən formal etirazlar, eləcə də işin faktiki halları ilə bağlı dəlillər həmin qətnamənin dəyişdirilməsi və ləğv edilməsi üçün əsas ola bilməz. 52.Beləliklə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 53.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 54.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1129/2025 saylı, 11 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev