Məhkəmə qərarları › İş №2(103)-2641/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2641/2024

21.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2641/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Fərəcullayeva Aysel Elşən qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış evinə istifadə hüququnun itirilməsi və yaşayış evindən çıxarılma tələbinə dair” ilkin, Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun saxlanılması tələbinə dair” qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-633/2024 nömrəli 06 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərfindən xx.xx.2023-cü il tarixli, reyestr nömrəsi **********02-10301, qeydiyyat nömrəsi ********** olan çıxarış və Texniki Pasport əsasında mülkiyyətinə verilmiş ünvan 1 ünvanındakı ümümi sahəsi 53.60 kv.m. olan fərdi yaşayış evinə cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməklə məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 ilə birlikdə onların yetkinlik yaşına çatanadək qeydiyyatda olduqları ünvan 2 ünvanında yerləşən evdən istifadə hüquqlarının saxlanmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06 fevral 2024-cü il tarixli 2(004)-633/2024 nömrəli qətnaməsi ilə (hakim Kərim Xudayev) ilkin iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53.60 kv.m. olan fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın rədd edilməsi, ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi qət edilmişdir. Cavabdeh ərizə ünvanlayaraq apellyasiya şikayətindən imtina etdiyini və imtinanın hüquqi nəticələrinin ona aydın olduğunu göstərmişdir, apellyasiya şikayətinin geri qaytarılması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya iş materiallarını araşdıraraq hesab edir cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən imtina barədə ərizə qəbul edilməli və cavabdehə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. MPM-nin 369.1-ci maddəsinə görə, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. MPM-nin 369.2-ci maddəsinə görə, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. MPM-nin 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Qeyd olunanlara əsasən Kollegiya belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 263-264, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-633/2024 nömrəli 06 fevral 2024-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilsin və cavabdehə münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar