Məhkəmə qərarları › İş №2(103)-2643/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2643/2024

08.04.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2643/2024 08.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, iddiaçı X2 cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa və s.” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-403/2023 saylı mülki işi üzrə xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-403/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilmişdir. Cavabdeh MMC iş üzrə qətnamədən apellyasiya şikayəti vermiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə (Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsinə uyğun forma və məzmunda tərtib edilmədiyindən) şikayət geri qaytarılmışdır. Cavabdeh MMC Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə xx.xx.2023-cü il tarixli qəradadından şikayət vermiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmış və Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11.07.23-cü il tarixli qərardadı ilə, cavabdeh "Monella” MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 31.05.23-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh MMC tərəfindən 06 mart 2023-cü il tarixli qətnamədən yenidən apellyasiya şikayəti verilmiş və şikayətə iddia müddətinin tətbiq edilməsinə dair ərizə əlavə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin verilmə müddəti ötürüldüyündən və ötürülmüş müddətin bərpasına dair ərizə təqdim edilmədiyindən apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh MMC yenidən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli qətnamədən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair qəraradad qəbul edilməsini məhkəmədən xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli (xx.xx.2023-cü il tarixli) qərardaddan şikayətlə məhkəməyə müraciət etmiş, Binəqədi Rayon Məhkəməsinin iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Daha sonra cavabdeh xx.xx.2023cü il tarixli qərardaddan şikayət, xx.xx.2023-cü il tarixli qərardadından şikayətin verilməsi üçün prosessual müddət bərpa edilməsi barədə ərizə və şikayətlə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh MMCnin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından verilmiş şikayətinin təmin edilməməsi, Cavabdeh MMC-nin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından şikayətin verilməsi üçün prosessual müddət bərpa edilməməsi və xx.xx.2023-cü il tarixli qərardadından verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Cavabdeh "xxxx" MMC şikayət verərək Bakı şəhəri Binəqədi rayon Məkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının tamamilə ləğv еdilməsi və apellyasiya şikayətinin baxılması üçün apellyasiya instansiyasına məhkəməsinə göndərilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1080/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh "xxxx" MMC-nin şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi və xx.xx.2023-cü il tarixli qərardadından şikayətin verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizəyə və xx.xx.2023-cü il tarixli qərardaddan verilmiş şikayətə yenidən baxılması üçün mülki işin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, qərardadı ilə şikayət təmin edilməmiş, iş üzrə 18.10.23-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılmış, şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə əsasən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə görə: Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Məcəllənin 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 361-364, 385-398-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, formal mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Belə ki, yəqin xx.xx.2023-cü il tarixli qərardaddan şikayət verməsi nəzərdə tutulmuş şikayətdə (tələbdə) şikayət verilən qərardadın tarixi xx.xx.2023cü il tarix göstərilmişdir. Kollegiya hesab edir ki, əslində bu qərarın qəbul edilməsinə şərait yaradan prosessual vəziyyət dəyişmiş və bu yolun başlanğıcı olan qətnamədən şikayət vermə hüququ (Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması üzrlü hesab edilərək müddət bərpa edilmişdir) təmin edilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 395- 403-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh "xxxx" MMC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-403/2023 saylı mülki işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar