Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2645/2025 28.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, Ərizəçi “hüquqi faktın müəyyən edilməsi”nə tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5014/2024 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadından maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsi (Maraqlı şəxs) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı Ərizəçi “hüquqi faktın müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1978-ci il tarixdə doğulmağı faktının müəyyən olunması və 401 nömrəli xx.xx.1968-ci il tarixli doğum haqqında akt qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5014/2024 saylı iş üzrə 30 avqust 2024cü il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. Bakı şəhəri Maraqlı şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 30 avqust 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti və həmin şikayətin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 30 avqust 2024-cü il tarixli qətnaməsindən şikayət verilməsi üçün müddətin bərpa edilməsini və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizədə Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, qətnamənin rəsmi qaydada 06 noyabr 2024-cü il tarixində alınmasını əsas götürərək hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin buraxılmasının səbəbi üzrlü hesab edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 26 dekabr 2024-cü il tarixli qərardadına əsasən maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 30 avqust 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti təmin edilərək, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 30 avqust 2024-cü il tarixli qətnaməsindən maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Ərizəçi nümayəndəsi Vəkil iş üzrə 26 dekabr 2024-cü il tarixli qərardadından şikayətlə məhkəməyə müraciət edərək, həmin qərardadın qismən - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 2(011)-5014/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti təmin edilərək, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməsi hissəsində ləğv edilməsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 30 avqust 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə maraqlı şəxs tərəfindən verilmiş ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi Nümayəndə 06 fevral 2025-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 30 avqust 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin iş üzrə 30 avqust 2024-cü il tarixli qətnaməsinin apellyasiya qaydasındа ləğv edilməsinə və ərizənin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 2(011)-5014/2024-039 saylı,xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizəçinin şikayət təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 26 dekabr 2024-cü il tarixli qərardadı qismən ləğv edilmiş, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsininiş üzrə 30 avqust 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 30 avqust 2024-cü il tarixli qətnaməsindən maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 2(011)-5014/2024-040 saylı,xx.xx.2025-ci il tarixli qərardadı ilə maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Apelyasiya şikayəti, etiraz, məhkəmənin mövqeyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsi şikayət vermiş və şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 60, 125, 129; Mülki Prosessual Məcəlləsinin 1, 8, 9, 14, 15, 76, 77, 88; 385.1.2, 385.1.4-ci maddələrə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2(011)- 5014/2024 saylı qərardadı qanunsuz və əsassız olduğundan ləğv edilməli, apellyasiya şikayətinin verilməsi müddəti bərpa edilməlidir. İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edərkən müddətin üzrsüz səbəbdən buraxıldığını qeyd etsə də, nəzərdən qaçırmışdır ki, ərizəçinin nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixli qərardaddan şikayət vermə müddətini ötürmüşdür və bununla bağlı heç vəsatət də təqdim etməmişdir. qanuni qüvvəsini almış məhkəmə qərardadından şikayətə baxmaqla birinci instansiya məhkəməsi prosessual pozuntuya yol vermişdir. Qarşı tərəfdən fərqli olaraq tərəflərindən prosessual qanunvericiliyin tələblərinə riayət edilərək müddət bərpasına dair vəsatət verilmiş və məhkəmə aktından şikayət verilmə müddətinin ötürülməsinin üzrlü hesab edilməsi xahiş edilmişdir. Daxili İşlər Nazirliyi tərəfindən Ədliyyə Nazirliyinə edilmiş müraciət əsasında aparılmış araşdırma nəticəsində qanun pozuntularına yol verildiyi aşkar edilmiş, bu səbəbdən apellyasiya şikayəti gec verilmişdir. Bununla belə məhkəmə özü də müddəti bərpa etməklə vəsatətlə razılaşmışdır. Hazırda şikayətlərin e-məhkəmə vasitəsilə elektron qaydada verilməsi və prosessual qanunvericiliyə dolğun riayət edilməsi, habelə texniki səhvlərə yol verilməsi ilə bağlı hallar vardır. Ona görə də məhkəməyə yazılı müraciət edərək müddət ötürülməsini üzrlü saymasını xahiş etmişlər. Mövcud praktikada bu xüsusatlar məhkəmələr tərəfindən nəzərə alınır. Birinci instansiya məhkəməsi əsassız qərar qəbul etmiş, öz qərarını əsaslandırmamışdır. Məhkəmənin işin hallarına formal yanaşması Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn hüquq və azadlıqların məhkəmə təminatı hüququnun pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə görə, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə və 129-cu maddəsinin İİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Hazırkı işdə birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə zidd olaraq məhkəməyə müraciət etmək hüquqlarını məhdudlaşdırmaqla, onları məhkəmənin hərəkətlərindən narazı qaldığımız halda yuxarı məhkəmə instansiyasına müraciət etmək, bununla da onun apellyasiya instansiyası məhkəməsində öz hüquqlarımızı müdafiə etmək hüququndan məhrum etmişdir. Belə hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarında da münasibət bildirilmişdir. Məsələn, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 02.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəməyə müraciət hüququnun həyata keçirilməsinin qanunvericiliklə müəyyən olunmuş prosessual tələblərlə şərtləndirilməsi qəbuledilən olsa da, həmin normalar şəxsi məhkəməyə müraciət etmək hüququndan məhrum edəcək dərəcədə hədsiz formallıqdan uzaq olmalıdır. “Məhkəmə müdafiəsi hüququnun realizəsi qaydalarını müəyyən edən Mülki Prosesual Məcəllənin 10-1.1 və 10-1.2-ci maddələrinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.” “Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə “elektron məhkəmə” informasiya sisteminin tətbiqinin təmin edilməsi, fiziki və hüquqi şəxslərin “elektron məhkəmə” informasiya sistemindən istifadəsinin təşviq edilməsi üçün tədbirlərin görülməsi müəyyən olunmuşdur. Nəzərə alınmalıdır ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi vətəndaşların məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, icraatın effektivliyinin yüksəldilməsi məqsədini daşıyır ki, bu da yeni, elektron müraciət vasitələrinin şəxslərin məhkəməyə müraciətinə maneə yaratmaq, məhkəmə əlçatanlığını çətinləşdirmək vasitəsi kimi nəzərdən keçirilməsini istisna edir.” Beləliklə, şikayətinin verilməsi üçün müddətin bərpasından imtinanı nəzərdə tutan hərəkətlər şəxsin məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsinə əngəl yaradır. Məhkəmə əvvəlcə müddətin ötürülməsini üzrlü hesab etmiş, sonradan qəbul etdiyi qərarı təkzib etməklə özü-özlüyündə ziddiyətli nəticəyə gəlmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5014/2024 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Konstitusiyasının İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipini müəyyən 24 maddəsinin İİİ hissəsinə əsasən: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2.Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-ci maddəsinə əsasən: Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd edilənlərdən əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəalarına əsasən diqqətə çatdırılmalıdır: 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. 10-1.9. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə icraatının aparılması zamanı işdə iştirak edən şəxslərin adlarının, onların poçt ünvanlarının, istifadələrində olan elektron poçt ünvanlarının, mobil telefon nömrələrinin “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməsi işə baxan məhkəmə tərəfindən təmin edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən: Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 60, 80; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 46-50, 128-146, 357, 360-366, 385, 387-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir, qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən edir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5014/2024 saylı iş üzrə 26 dekabr 2024-cü il tarixli qərardadına əsasən maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 30 avqust 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti təmin edilərək, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 30 avqust 2024-cü il tarixli qətnaməsindən maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər apellyasiya şikayətini imzalayan şəxsin ad, soyad, ata adı qeyd edilməmiş, həmin şəxsin vəzifə səlahiyyətlərini təsdiq edən zəruri sənədlər apellyasiya şikayətinə əlavə edilmədiyindən, həmçinin apellyasiya şikayəti qanunvericiliklə nəzərdə tutulmuş qaydada (elektron kabinet vasitəsilə) məhkəməyə təqdim edilmədiyindən geri qaytarılmışdır. Maraqlı şəxs tərəfindən qərardadda qeyd edilən nöqsanlar aradan qaldırılmaqla yenidən xx.xx.2025ci il tarixində şikayət təqdim edilmiş, bu dəfə isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 19 fevral 2025-ci il tarixli qərardadı ilə prosessual müddət ötürülməklə və prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizə təqdim edilməməsi səbəbi ilə şikayət geri qaytarılmışdır. Eyni tarixli digər qərardadla isə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsininiş üzrə 30 avqust 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 30 avqust 2024-cü il tarixli qətnaməsindən maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Hazırda isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsi xx.xx.2025-ci il tarixində 19 fevral 2025-ci il tarixli qərardaddan apellyasiya şikayəti verərək, müddətin bərpa edilməsini və mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, Daxili İşlər Nazirliyi tərəfindən Ədliyyə Nazirliyinə edilmiş müraciət əsasında aparılmış araşdırma nəticəsində qanun pozuntularına yol verildiyi aşkar edilmiş, bu səbəbdən apellyasiya şikayəti gec verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət verilməsi səbəbləri maraqlı şəxs tərəfindən deyil, onun baş idarəsi tərəfindən yeni halların aşkarlanması olmuşdur ki, məhkəmə müdafiəsi və müraciət hüquqlarının konstitusion üstünlüyü nəzərə alınaraq, apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsi barədə ərizə təmin edilməlidir. Belə ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallarla deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və bu hüquqlardan (dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan hal kimi qanunun aliliyinin təmin edilməsinə xidmət etməlidir. Diqqətə çatdırılmalıdır ki, müddətin ötürülməsi əsasları müvafiq qeydiyyat idarəsinin yuxarı orqanı tərəfindən araşdırma nəticəsində əmələ gəlmiş və şikayətin də yuxarı orqan tərəfindən imzalandığı, müddətin üzrlü səbəbdən ötürülməsi meyarlarının məhz baş idarə tərəfindən verildiyi nəzərə alınaraq prosessual nizamsızlığa son qoyulmalıdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsinin (Maraqlı şəxs) şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5014/2024 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. Ərizəçi tərəfindən 2(011)-5014/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadından verilmiş şikayət rədd edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5014/2024 saylı iş üzrə 30 avqust 2024-cü il tarixli saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Maraqlı şəxs ərizəsi təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5014/2024 saylı işi üzrə 30 avqust 2024-cü il tarixli, qətnaməsindən maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilsin. Bakı şəhəri Maraqlı şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5014/2024 saylı iş üzrə 30 avqust 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin mümkünlüyünün müəyyən edilməsi və mahiyyəti üzrə baxılması üçün sonrakı prosessual hərəkətlər təmin edilsin.
Məhkəmə qərarları › İş №2(103)-2645/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2645/2025
28.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver