Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2649/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı MTK-nın nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı mənzilin boşaldılması, kirayə haqqı və yeni mənzil verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli 2(005)-561/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MTK Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 62,29 kv.m-dən ibarət mənzilin boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməsi və həmin mənzilin İddiaçı MTK tərəfindən sökülməsi, İddiaçı MTK tərəfindən həmin mənzilin əvəzinə yeni tikiləcək binada 80,48 kv.m ölçüdə təmirli mənzilin 2 il müddətinə Cavabdeh təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı MTKya təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı MTK tərəfindən Cavabdeh hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, həmin məhkəmənin 07 yanvar 2022-ci il tarixli 2(005)-561/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı MTK ilə aralarında razılıq əldə olunmuş və 28.02.2022-ci il tarixdə 2 mənzillə bağlı aralarında notariat qaydasında alqı-satqı müqaviləsi bağlanmış, bu səbəbdən işə baxılmasına zərurət qalmadığından apellyasiya şikayətindən imtina etdiyini, gələcəkdə həmin tələblə bağlı məhkəməyə müraciət etməyəcəklərini bildirmiş və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı MTK-nın nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, Cavabdeh ilə aralarında razılıq əldə olunaraq 28 fevral 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır, buna görə də apellyasiya icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası ərizəni nəzərdən keçirib, iş materiallarını tədqiq edərək hesab edir ki, cavabdehin apellyasiya şikayətindən imtinası qəbul edilməli, iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369-cu maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayətindən imtina etməsi qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, qəbul olunmalı və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli 2(005)- 561/2022 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətindən imtinası qəbul edilsin və Cavabdeh münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2649/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2649/2022
15.03.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver