Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2650/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı mülki iş üzrə (açar sözlər: istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh, eyni zamanda yetkinlik yaşına çatmayan X3 qanuni nümayəndəsi Cavabdeh1, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “istifadə hüququna xitam verilməklə mənzildən çıxarılma tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)- 615/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri Xətai rayonu Nəsrəddin Tusi küçəsi 18 saylı evin 35 saylı mənzili (yeni qaydalarla: AZ 1129, Bakı şəhəri Xətai rayonu Tusi küçəsi 190, M9, m1) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 28 fevral 2024-cü il tarixdə qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən verilmiş çıxarışdan müəyyən olunur ki, ünvan 5nə dair Cavabdeh6 mülkiyyət hüquqları xx.xx.2025-ci il tarixdə qeydə alınmışdır. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 6 saylı MKİS-i tərəfindən verilmiş 29 noyabr 2024-cü il tarixli, 314 saylı arayışdan görünür ki, Cavabdeh1 Əhiyəddin qızı Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 18, 35 saylı mənzildə 26 iyun 1990-cı ildən, oğlu Cavabdeh6 2000-ci ildən, oğlu Cavabdeh3 2004-cü ildən, oğlu X6 2010-cu ildən daimi qeydiyyatdadırlar. Bakı şəhəri üzrə Təhsil İdarəsi 287 saylı “Zəkalar liseyi” tərəfindən X4 verilmiş 260 nömrəli, 28 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, o, həqiqətən 2016-cı il tarixində 287 №-li Zəkalar liseyinin İ sinfinə daxil olmuş və hazırda təhsilini həmin liseyin İX sinfində davam etdirir. Bakı şəhəri 36 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 08 yanvar 2013-cü il tarixli vəsiyyətnamədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 18, 35 saylı mənzildə yaşayan İddiaçı həmin vəsiyyətnamə ilə harada yerləşdiyindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən gündən ona məxsus olan bütün əmlakını Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 18, 35 saylı mənzildə yaşayan qızı Cavabdeh1 vəsiyyət etmişdir (Bakı şəhəri 36 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş). İradə Hacıyeva, Gülənlər Quliyeva, Ehtiram Quliyev, Miryusif Quliyev, Şəlalə Şirəliyeva və Hacıqulu Nuriyev tərəfindən tərtib edilmiş 29 noyabr 2024-cü il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh1 qonşuları öz imzaları ilə təsdiq etmişlər ki, həqiqətən Cavabdeh1 uzun müddətdir ki, tanıyırlar, o, 1989-cu ildən indiyədək ünvan 2 ünvanında yaşamış və həmin mənzildən istifadə etmişdir və hazırda isə övladları ilə birlikdə həmin mənzildə yaşayırlar. Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 27 avqust 2024-cü il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanında İddiaçı, Cavabdeh1, Cavabdeh3, Cavabdeh6, X6, X7, Cavabdeh4, X2, Cavabdeh5 qeydiyyatdadır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “istifadə hüququna xitam verilməklə mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 18 saylı mənzilin 35 saylı mənzil (yeni qaydalarla: AZ1129, Bakı şəhəri, Xətai rayonu, Tusi küçəsi, 190, M9,m11) xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Həmin mənzil xx.xx.2024-cü il tarixdə iddiaçıya vərəsəlik yolu ilə keçmişdir. Azərbaycan Respublikası İN yanında ƏMDX DƏDK və reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ********** saylı xx.xx.2024-cü il tarixli nömrəli çıxarışa əsasən tam payda iddiaçının mülkiyyətindədir. Cavabdehlər iddiaçının övladları və nəvələridir. Cavabdeh4 ailə qurduqdan sonra sözügedən mənzili tərk edərək ərinə məxsus evə gəlin köçmüşdür. Lakin pasport qeydiyyatından çıxmamışdır. Sonradan övladları xx.xx.2003-cü il tarixli Cavabdeh2 və xx.xx.1998-ci il tarixli Cavabdeh5 Bəhərm oğlu qanunverciliyə uyğun olaraq analarının qeydiyyatı üzrə iddiaçının evinə qeydiyyata düşmüşlər. Belə ki, heç vaxt iddiaçının evində yaşamamışlar, onlara aid heç bir əşya da həmin evdə yoxdur. Qeydiyyatları formal xarakter daşıyır. Bundan başqa iddiaçının digər övladı olan Cavabdeh1 da ailə həyatı qurarkən gəlin köçərək evi tərk edib getmişdir. Sadəcə onlara məxsus ev sənədsiz olduğundan mübahisəli mənzildə qeydiyyatdan çıxmamışlar. xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh6, xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh3 və xx.xx.2010-cu il təvəllüdlü X6 da iddiaçının mənzilinə qeydiyyata düşmüşlər. Lakin sonradan Cavabdeh1 ailəsi ilə birgə Bakı şəhəri, Biləcəri qəsəbəsində kirayədə yaşamağa başlamışdır. İddiaçının oğlu və yoldaşı rəhmətə getdikdən sonra qızına kömək məqsədi ilə İddiaçı onlara onunla müvəqqəti yaşamağı təklif etmişdir. Bir müddət Cavabdeh1 ailəsi ilə birlikdə iddiaçının mənzilində yaşamışdır. Yoldaşının ölümündən sonra mənzillərini kirayə verərək iddiaçının evində yaşamağa davam etmişdir. Lakin buna baxmayaraq Cavabdeh1 və övladları iddiaçıya qarşı təhqirlər edir, aralarında tez-tez münaqişələr olur. Onun dinc həyatını cəhənnəmə çevirmişlər. Belə ki, Cavabdeh1 övladları iddiaçının nəvələri olsalar da onlar özlərindən yaşca böyük olan nənələrinə qarşı hörmətsizlik edir, üzərinə qışqıraraq onu təhqir edirlər. 2024-cü ilin may ayından bucürə özbaşına hərəkətləri ucbatından iddiaçı öz mənzilindən çıxıb getmişdir. Göründüyü kimi cavabdehlər iddiaçıya məxsus mənzildən uzun illərdir özbaşına istifadə etdiklərindən o öz mülkiyyətindən sərbəst istifadə etmək imkanından məhrum olmuşdur. İddiaçı dəfələrlə Cavabdeh1 mənzildən çıxmağı, kirayə verdiyi evlərdən birində yaşamağı ona bildirsə də, heç bir nəticəsi olmamış, o evi tərk etməmişdir. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı hesab edir ki, cavabdehlərin həmin mənzilə yaşayış istifadə hüququ itirilmiş hesab edilməli və mənzildən çıxarılmalıdırlar. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 18 saylı mənzilin 35 saylı mənzilinə (yeni qaydalarla: AZ1129, Bakı şəhəri, Xətai rayonu, Tusi küçəsi, 190, M9,m11) yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi, həmçinin Cavabdeh6, X6 və Cavabdeh1 yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh3 ilə birlikdə həmin mənzilə yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 hər biri ayrıayrılıqda iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında bildirmişdir ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsinin səbəbi öz evində ona hörmət olunmaması, təhqir edilməsidir. Bu məsələ ilə bağlı iddiaçı polisə müraciət etməmişdir. İddiaçı may ayının 2-dən kəndə köçmüşdür. Mənzildə yaşayanlar iddiaçının öz qızı və nəvələridir. İddiaçı pensiyaçıdır, 400 manat pensiya alır. Floranın özünün evi olmuşdur, əri maşın alverinə görə evi satmış və kirayə çıxmışlar. İddiaçının oğlu və yoldaşı rəhmətə getmişdir. 2010-cu ildə yoldaşı rəhmətə getdikdən sonra iddiaçı qızı Floraya onunla yaşamağını təklif etmişdir. Cavabdeh1 onun pulunu mənimsəyir, 19.000 manat və 8.000 manat pulunu almış, geri ödəməmişdir. Floranın əri iddiaçının evini banka girov qoyub, kredit götürmüş, taksi şirkəti yaratmışdır. Onların Masazırda 2 evi var. İddiaçı ilə yaşadıqdan sonra kommunal xərclərini Flora ödəmişdir Məhkəmə iclasında Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 hər biri ayrıayrılıqda iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi eyni zamanda etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı həmin evdə 1989-cu ildən ailə üzvü kimi yaşamış və 1990cı ildən pasport qeydiyyatına alınmışdır. Həmin gündən hazırkı günədək orada yaşayır. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Xərai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüffat Birliyinin 6 saylı MKİS-nin verdiyi arayışdan göründüyü kimi, qeydiyyatda iddiaçı həmin mənzildə 1990-cı ildən, övladları isə 2009-və 2012-ci illərdə qeydiyyatda olmaqla, orada yaşamışlar. İddiaçının həmin mənzildə 1989-cu ildən mübahisəli mənzildə yaşamaları qonşuların aktı ilədə təsdiq edilir. Həmçinin iddiaçı qeyd etmişdir ki, həmin mənzilin təmir edilməsində yaxından iştirak etmiş və mənzildə olan əşyalar isə hamısı ona məxsusdur. Hazırda həmin evdə 35 ildir ki, yaşayır. Həmin ünvanda məişət tullantılarının daşınması üçün və kommunal xidmətlərlə bağlı ödənişlər iddiaçı tərəfindən həyata keçirilmişdir. Ailənin bir üzvü kimi həmin mənzildən istifadə etmişdir. Övladları həmin ərazidə yerləşən poliknikada qeydiyyatdadır, həmin ərazidə yerləşən məktəbə getmişlər. İddiaçı eyni zamanda bildirir ki, anasının evdən qovulması və ona qarşı təhqir və digər hərəkətlərin edilməsi yalandır. Bunu təsdiq edəcək heç bir sübut iddia ərizəsinə əlavə edilməmişdir. Anası həmin evdə qalmamış və həmişə rayonda olmuşdur. Hazırda onun belə bir iddia ilə məhkəməyə müraciət etməsi də onun fikri deyildir. Çünki anası hazırda xəstəlikdən əziyyət çəkir, bu iddianın da qaldırılması digər şəxslərin işidir. Belə ki, anası ilə münasibətləri həmişə yaxşı olmuş, evdə olarkən onun qulluğunda iddiaçı dayanmış və ona baxmışdır. Hətta notarial qaydada vəsiyyətnamə verərək, mənzili ona bağışlamışdır. Ona görə də anasının birdən ona qarşı aqressiyasını başa düşə bilmir və yan təsirlərin olduğunu düşünür. Cavabdeh1 həmçinin izahatında qeyd etmişdir ki, 1999-cu ildə ailə həyatı qurmuşdur. Yoldaşı əvvəl maşın ustası olmuş, sonradan bizneslə məşğul olmuşdur. Onların ayrıca evləri olmuş, yoldaşı işə görə evi satmış və kirayə yaşamışlar. Anasının yanına köçəndə cavabdehin böyük oğlunun 8 yaşı olmuşdur. Cavabdeh bildirmişdir ki, onlar 3 bacı, 1 qardaş olmuşlar. Qardaşı narkomaniyadan əziyyət çəkmiş, sonradan rəhmətə getmişdir. Qardaşının müalicəsi ilə bağlı xərcləri onun yoldaşı qarşılamış, hər zaman cavabdehin ailəsinə dəstək olmuşdur. 2010-cu ildə atası rəhmətə getmiş, ondan 1 il qabaq balaca bacısı evdə olmuş, bacısını qonşu evə görə qaçırmışdır. Cavabdehin anası İddiaçı həmin qızını danışdırmamışdır. Cavabdehin yoldaşı Ayna Sultanovada yeləşən evlərini kirayə vermiş, cavabdeh ailəsi ilə birlikdə qayınanasıgildə yaşamışlar. Cavabdehin atası rəhmətə gedəndən sonra iddiaçı ona birlikdə yaşamaqlarını bildirmişdir. Həmin vaxt onun yoldaşı əslində buna razı olmamış, lakin iddiaçının təkidlərinə görə 2010-cu ildən cavabdeh və ailəsi mübahisə predmeti olan mənzilə köçmüşdür. İddiaçı 2012-ci ilədək uşaq bağçasında işləmiş, sonralar səhhətində problemlər yaranmış, ürəyini anju etmişlər, əməliyyatlar olunmuş, onda 2012-ci ildən 4-cü dərəcə xərçəng xəstəliyi yaranmışdır, kimya terapiya qəbul etmişdir. Bunlar olan zaman Cavabdeh1 iddiaçının yanında olmuş, ona qulluq etmişdir, bacılarının heç biri gəlməmişdir. İddiaçının bu günədək sağlam yaşamasına səbəb ona yaxşı qulluq edilməsi, müalicəsinin vaxtında edilməsi ilə əlaqəlidir. İddiaçı hər zaman yayda Goranboy rayonuna gedib gəlmişdir. Goranboyda cavabdehin atasından qalan evi var. Cavabdeh onu 2016-cı ildən təmir etmiş, 24.000 manata yaxın pul xərcləmişdir. 2020-ci ildə cavabdehin yoldaşı rəhmətə getmiş, ona qədər yaxşı yaşamışlar. İddiaçı 2023-cü ilin dekabr ayının 24-dən Bakıya gəlmişdir. İddiaçı 11 iyunda cavabdehə yazmış və onu məhkəməyə verəcəyini bildirmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-615/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 18, 35 saylı mənzil (Yeni qaydalarla: AZ 1129, ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi, iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələblərinin “cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 18 saylı mənzilin 35 saylı mənzilinə (yeni qaydalarla: AZ1129, Bakı şəhəri, Xətai rayonu, Tusi küçəsi, 190, M9, m11) yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi” hissəsini araşdıraraq hesab edir ki, Cavabdeh4 mübahisəli mənzilə istifadə hüququ formal xarakter daşıdığından, o, artıq uzun müddətdir ki, başqa yaşayış sahəsində yaşadığından, Cavabdeh2, Cavabdeh5 mübahisəli mənzildə heç vaxt yaşamadığından, həmin şəxslərin mübahisəli mənzilə istifadə hüququnun qalması mülkiyyətçi olan iddiaçının mülkiyyət hüquqlarını sərbəst surətdə həyata keçirməsinə mane olduğundan, iddiaçı cavabdehlərə görə mənzilə dair sərəncam vermək hüququnu sərbəst şəkildə həyata keçirə bilmədiyindən, iddia təmin olunmalı və cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 18 saylı mənzilin 35 saylı mənzildə yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməlidir. Məhkəmə iddia tələblərinin “Cavabdeh6, X6 və Cavabdeh1 yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh3 ilə birlikdə həmin mənzilə yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılmaları” hissəsində araşdıraraq belə qənaətə gəlmişdir ki, tərəflərin məhkəmə iclasında verdiyi izahatlarla və iş materialları ilə təsdiq olunan hal iddiaçının övladı Cavabdeh1 övladları ilə birlikdə 2010-cu ildən (iddiaçının ərinin vəfatından sonra) mübahisəli mənzildə yaşaması və mənzilə dair xərcləri (kommunal və sair) çəkməsindən ibarətdir. İddiaçı hazırda həmin cavabdehlərlə şəxsi münasibətlərinin yaxşı olmaması səbəbindən onların istifadə hüququna xitam verilməklə, mənzildən çıxarılmaları tələbi ilə məhkəmə müraciət etmişdir. Hal-hazırda İddiaçı Cavabdeh1 və onun övladlarının mübahisəli mənzildən istifadə hüququnun itirilməsini tələb etsə də, cavabdehin başqa yaşayış yerinin olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eyni zamanda kompensasiya təklif etməmişdir. İstinad edilmiş maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər mübahisəli yaşayış sahəsinə istifadə hüququna malik olan şəxs olduğu üçün onların istifadə hüquqlarına yalnız kompensasiya ödənilməklə xitam verilə bilər. Bununla bağlı olaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1, 228.2-ci maddələrinə, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53, 60, 123-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-615/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 18 saylımənzilin 35 saylı mənzilinə (yeni qaydalarla: AZ1129, Bakışəhəri, Xətai rayonu, Tusi küçəsi, 190, M9,m11) yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi, həmçinin Cavabdeh6, X6 və Cavabdeh1 yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh3 ilə birlikdə həmin mənzilə yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, hüquqlarını müdafiə etdiyi şəxs cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “istifadə hüququna xitam verilməklə mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 18 saylı mənzilin 35 saylı mənzil (yeni qaydalarla: AZ1129, Bakı şəhəri, Xətairayonu, Tusi küçəsi, 190, M9,m11) xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Həmin mənzil xx.xx.2024-cü il tarixdə iddiaçıya vərəsəlik yolu ilə keçmişdir. Azərbaycan Respublikası İN yanında ƏMDX DƏDK və reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ********** saylı xx.xx.2024-cü il tarixli nömrəli çıxarışa əsasən tam payda iddiaçının mülkiyyətindədir. Cavabdehlər iddiaçının övladları və nəvələridir. Cavabdeh4 ailə qurduqdan sonra sözügedən mənzili tərk edərək ərinə məxsus evə gəlin köçmüşdür. Lakin pasport qeydiyyatından çıxmamışdır. Sonradan övladları xx.xx.2003-cü il tarixli Cavabdeh2 və xx.xx.1998-ci il tarixli Cavabdeh5 Bəhərm oğlu qanunverciliyə uyğun olaraq analarının qeydiyyatı üzrə iddiaçının evinə qeydiyyata düşmüşlər. Belə ki, heç vaxt iddiaçının evində yaşamamışlar, onlara aid heç bir əşya da həmin evdə yoxdur. Qeydiyyatları formal xarakter daşıyır. Bundan başqa iddiaçının digər övladı olan Cavabdeh1 da ailə həyatı qurarkən gəlin köçərək evi tərk edib getmişdir. Sadəcə onlara məxsus ev sənədsiz olduğundan mübahisəli mənzildə qeydiyyatdan çıxmamışlar. xx.xx.2000-i il təvəllüdlü Cavabdeh6, xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh3 və xx.xx.2010cu il təvəllüdlü X6 da iddiaçının mənzilinə qeydiyyata düşmüşlər. Lakin sonradan Cavabdeh1 ailəsi ilə birgə Bakı şəhəri, Biləcəri qəsəbəsində kirayədə yaşamağa başlamışdır. İddiaçının oğlu və yoldaşı rəhmətə getdikdən sonra qızına kömək məqsədi ilə İddiaçı onlara onunla müvəqqəti yaşamağı təklif etmişdir. Bir müddət Cavabdeh1 ailəsi ilə birlikdə iddiaçının mənzilində yaşamışdır. Yoldaşının ölümündən sonra mənzillərini kirayə verərək iddiaçının evində yaşamağa davam etmişdir. Lakin buna baxmayaraq Cavabdeh1 və övladları iddiaçıya qarşı təhqirlər edir, aralarında tez-tez münaqişələr olur. Onun dinc həyatını cəhənnəmə çevirmişlər. Belə ki, Cavabdeh1 övladları iddiaçının nəvələri olsalar da onlar özlərindən yaşca böyük olan nənələrinə qarşı hörmətsizlik edir, üzərinə qışqıraraq onu təhqir edirlər. 2024-cü ilin may ayından bucürə özbaşına hərəkətləri ucbatından iddiaçı öz mənzilindən çıxıb getmişdir. Göründüyü kimi cavabdehlər iddiaçıya məxsus mənzildən uzun illərdir özbaşına istifadə etdiklərindən o öz mülkiyyətindən sərbəst istifadə etmək imkanından məhrum olmuşdur. İddiaçı dəfələrlə Cavabdeh1 mənzildən çıxmağı, kirayə verdiyi evlərdən birində yaşamağı ona bildirsə də, heç bir nəticəsi olmamış, o evi tərk etməmişdir. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı hesab edir ki, cavabdehlərin həmin mənzilə yaşayış-istifadə hüququ itirilmiş hesab edilməli və mənzildən çıxarılmalıdırlar. Lakin məhkəmə iddia tələbinin “Cavabdeh6, X6 və Cavabdeh1 yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh3 ilə birlikdə həmin mənzilə yaşayış istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılmaları” hissəsində araşdıraraq belə qənaətə gəlmişdir ki, tərəflərin məhkəmə iclasında verdiyi izahatlarla və iş materialları ilə təsdiq olunan hal iddiaçının övladı Cavabdeh1 övladları ilə birlikdə 2010-cu ildən (iddiaçının ərinin vəfatından sonra) mübahisəli mənzildə yaşaması və mənzilə dair xərcləri (kommunal və sair) çəkməsindən ibarətdir. İddiaçı hazırda həmin cavabdehlərlə şəxsi münasibətlərinin yaxşı olmaması səbəbindən onların istifadə hüququna xitam verilməklə, mənzildən çıxarılmaları tələbi ilə məhkəməyə müraciət etmişdir. Hal-hazırda İddiaçı Cavabdeh1 və onun övladlarının mübahisəli mənzildən istifadə hüququnun itirilməsini tələb etsə də, cavabdehin başqa yaşayış yerinin olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eyni zamanda kompensasiya təklif etməmişdir. Hesab edir ki, məhkəmənin bu hissədə qəbul etdiyi qərar qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ xüsusilə xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Lakin hal–hazırki işdə cavabdehlər Cavabdeh6, X6 və Cavabdeh1 yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh3 hüquqazidd hərəkətləri nəticəsində evin mülkiyyətçisi olan iddiaçı – İddiaçı 2024-cü ilin may ayından etibarən öz mənzilindən çıxıb getmişdir. Bu da faktiki olaraq mülkiyyətçinin mülkiyyət hüquqlarının açıq – aşkar surətdə pozulmasıdır. Ona görə də şəxsin mülkiyyət hüquqlarının bərpası üçün cavabdehlərin həmin mənzildən istifadə hüququna xitam verilməlidir. İddiaçı cavabdehlərə dəfələrlə kirayə verdiyi evlərdən birində yaşamağı bildirməsi barədə məhkəməyə məlumat versə də, məhkəmə bu halı nəzərdən keçirməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, Cavabdeh1 onun doğma qızıdır. Cavabdehlər onunla birlikdə mənzil almamışlar. Mənzil ona orderə əsasən verilmiş, müəllimə olaraq özəlləşmə hüququndan istifadə etmişdir. Həmin vaxt uşaqları yaş hədlərinə görə özəlləşmədə iştirak etməmişlər. Cavabdehin özünə məxsus 3 evi vardır. Həmin evləri o, qaynının, onun uşaqlarının, baldızının uşaqlarının adına keçirib. Həmin evlərin harada yerləşməsi ona məlum deyil, lakin bilir ki, kirayə verilir 300 manat kirayə haqqı alınır. Mənzilə istifadə hüquqlarına görə o, cavabdehlərə 10.000 manat təklif edə bilər. Onun cavabdehin istədiyini verməyə imkanı yoxdur. 2010-cu ildən onlar bir yerdə yaşayırlar. O, cavabdehin və uşaqlarının qulluğunda dayanmışdır. Mənzildə işlədilən kommunal xərclərə görə daim cavabdeh tərəfindən ona irad tutulmuşdur. Cavabdeh kirayə verdiyi mənzillərindən birini boşaldıb yaşaya bilər. Mənzildə ona məxsus olan bütün əşyalar çölə atılmışdır. Kompensasiya olaraq cavabdehə 10.000 manat təklif etsə də, razılaşmamışdır. O, onkoloji xəstədir, 420 manat pensiya alır. Artıq məbləğə gücü çatmır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq izahatında göstərmişdir ki, iddiaçı kompensasiya təklif etməklə cavabdehin mənzilə dair istifadə hüququnun olmasını təsdiq edir. Hesab edir ki, burda tələbdə predmet dəyişikliyi baş verir. Apellyasiya məhkəməsində predmet dəyişikliyinə yol verilmədiyindən kompensasiya tələbi predmetdə olmadığından hesab edir ki, qəbul edilməməlidir. İddiaçının apellyasiya şikayətində maddi və prosessual hüquqların pozulması ilə əlaqədar heç nə göstərilməyib, yəni əsaslandırma aprılmayıb. Sadəcə Azərbaycan Respublikası Konstitusiyasının maddələrinə istinad edilib və göstərilib ki, iddiaçı müəyyən hədələrə, təhqirlərə məruz qaldığından evini tərk edib rayonda yaşamağa məcbur qoyulub. Bu da onun hüquqlarının pozulması ilə nəticələnib. Onalar tələb etsələr də bu halı təsdiq edən heç bir sübut birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. İddiaçı özü yay aylarında rayonda olan evində yaşayır. İddiaçıda mənzilinin açarı var, o, istədiyi vaxt mənzilinə gəlib-gedir. Cavabdeh tərəfindən iddiaçının mənzilə gəlib-getməsi ilə bağlı hansısa məhdudiyyət də yoxdur. İddiaçı tərəf MM-in 228-ci maddəsinin tələblərinə istinad edib, notarial qaydada təsdiq olunmuş razılığın tələb olunmasını qeyd edir. Lakin Flora 1989-cu ildən mənzildə qeydiyyatdadır. Orda doğulub və yaşayır. 1990-cı mənzilə əvvəlcə özü, sonra da uşaqları qeydiyyata düşüblər. Tərəflər arasındakı mübahisə köhnə qanununvericiliyin tələblərinə əsasən həll edilməlidir. Həmin qanunvericiliyə əsasən istifadə hüququ hansısa şərtdən asılı edilməyib. İddiaçının özü də izahatında bildirir ki, cavabdehlər onun mənzilində yaşayıblar. Bu barədə şahid ifadələri, qonşuların tərtib etdikləri akt məhkəməyə təqdim edilib. İddiaçı etiraf etdiyi üçün birinci instansiya məhkəməsində şahidlərin dindirilməsinə ehtiyac qalmadı. Bundan başqa Mənzil- Təsərrüfat Kommunal Təsərrüfat Birliyinin arayışı da cavabdeh Floranın mənzildə yaşamasını təsdiq edir. Floranı orada tanıyırlar, o, anasının adından kommunal xidmət xərclərini ödəyir. Floranın uşaqları da həmin ünvan üzrə poliklinikada qeydiyyatdadır. Uşaqların 25, 21 və 15 yaşları var. Uşaqlar orda məktəbə gediblər. Doğulduqları vaxtdan mənzildən istifadə ediblər. Bütün bunlara görə hesab edir ki, 228.2-ci maddənin tələbləri cavabdehlərə tətbiq oluna bilməz, tərəflər arasında olan münasibətlərə köhnə qanunvericilik tətbiq olunmalıdır. Çünki sözügedən maddə 2000-ci ildən sonra yaranan hüquq münasibətlərinə tətbiq olunur, cavabdeh isə 1989-cu ildən mənzildə qeydiyyatdadır. Cavabdehin hal-hazırda mənzili yoxdur, kirayə qalmağa yerləri yoxdur. Onun mənzilə ehtiyacı var. Mənzildən istifadə hüququna xitam verilməsi onun vəziyyətinin pisləşməsinə səbəb olur, ona görə də hesab edir ki, mənzildən istifadə hüquqları saxlanılmalıdır. Halhazırda da iddiaçı tərəf cavabdehin istifadə hüquqlarını etiraf edir, bunu ona kompensasiya təklifi ilə təsdiq edir. İddiaçı kompensasiya tələbi ilə birinci instansiyasında iddia qaldıra bilərdi. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayəti ilə razılaşmayaraq izahatında göstərmişdir ki, təklif olunan 10.000 manat kompensasiya ilə razı deyildir. O, pul deyil, Əhmədli qəsəbəsində 1 otaqlı ev istəyir. Yaşadığı mənzil 9-cu mərtəbədə yerləşməklə 4 otaqlıdır. Mənzilin qiyməti təxminən 150.000 manat olar. Onun özünə məxsus evi yoxdur. Anasının çağırışına əsasən onlar anasına məxsus mənzildə yaşayırlar. Onalar ailədə üç bacı bir qardaşdırlar. 1999-cu ildə ailə qurduqdan sonra onlar Biləcəri qəsəbəsində qaynına məxsus mənzildə yaşamışlar. Qardaşı vəfat etdikdən sonra onlar mütəmadi olaraq mübahisəli mənzildə yaşayırlar. Atası 2010-cu ildə vəfat etdikdən sonra isə onlar mənzilə köçərək daimi olaraq orada yaşamağa başlamışlar. Mənzil həmişə anasının adında olmuşdur. Mənzil erməninin adına olmuş, sonra nənəsinin evi ilə dəyişdirilmiş, mənzil orderə əsasən anasına verilmişdir. Anası müəllimə olduğuna görə mənzili 1990-1991-ci illərdə özəlləşdirmişdir. Həmin vaxt onun 16-17 yaşı olmuşdur. Onun əri avtomobil biznesi ilə məşğul olduğundan çox vaxt Almaniyada olmuş, ona görə də onlar öz evlərində deyil, daha çox anasının mənzilində qalmışlar. 2010-cu ildən etibarən isə daimi olaraq mənzilə köçərək orada yaşayırlar. Onun böyük oğlu universiteti bitirib, hərbi xidmətdən yeni qayıdıb, ortancıl oğlu universitet bitirib, indi magistratura imtahanına hazırlaşır. Kiçik oğlu isə liseydə təhsil alır. O, özü 28 ildir müəllimə işləyir. Əri sağ olsaydı o, anasından heç nə istəməz, mənzildən çıxıb gedərdi. Hazırda onunla yaşayan böyük oğlu Cavabdeh6 mülkiyyətində Masazır qəsəbəsində sahəsi 34 kv.m. olan mənzili var. Oğlu nişanlıdır, mənzildə hazırda təmir işləri aparılır. Mənzil oğlu universitetə daxil olarkən, təxminən 2018-ci ildə alınmış, bir otaqlı mənzildə məişət əşyaları vardır. Digər oğlu Aydının adına mənzil yoxdur. Onun oğlanları günü 40 manata sürücülük edirlər. Ona təklif olunan 10.000 manatla razı deyil, onlar 3 nəfər olmaqla 10.000 manatla nə edə bilərlər. Məhkəmə iclasları övladlarının psixologiyasına pis təsir edəcəyindən onlar məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə kollegiaysının iclasında Cavabdeh4 izahatında göstərmişdir ki, əvvəllər bacısı ilə anası arasında heç bir problem olmamış, sadəcə bir dəfə anası ona müraciət edib kiçik nəvəsinin onu incitməsini, demişdir. O, bu barədə Floraya deyəcəyini bildirmişdir. O, Floranın oğlanlarının adına ev olduğunu bilir, lakin dəqiq bilmir kimin mənzili var. Mənzili atası almışdır. Floranın iki oğlunun evinin olması ona Floranın sözlərindən məlumdur. Floranın özünün evi yoxdur. Floranın özü də, uşaqları da hal-hazırda onun anasının evində yaşayırlar. Anası kiçik bacılarının evi olmadığından ona köməklik edilməsini deyir, Flora imkanın olmamasını bildirir, anasının mənzildən çıxması təklifinə isə ona 100.000 manat verilməsi təklifini irəli sürür. Onlar üç bacı olduqlarından mənzilin onların arasında bölünməli olmasını hesab edir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 rəsmi qaydada məlumat verilmiş, lakin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ.Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ İ.Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Qərarı 1.2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli Qərarı 1.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. 2.Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. 3.Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia tələbi qismən təmin edildiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirilsə də, apellyasiya şikayətinin məzmununa əsasən birinci instansiya məhkəməsinin qətnaməsi faktiki olaraq iddia tələblərinin təmin edilməyən hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı faktiki olaraq mübahisələndirilən hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlin, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddia tələbinin Cavabdeh6 qarşı təmin edilməyən hissəsində ləğv edilərək, yeni qətnamə qəbul edilərək iddia tələbi bu hissədə təmin edilməlidir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, 1993-cü ildən İddiaçı şəxsi mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Nəsrəddin Tusi küçəsi 18 saylı evin 35 saylı (yeni qaydalarla: AZ 1129, Bakı şəhəri Xətai rayonu Tusi küçəsi 190, M9, m1) mənzilində 1974cü il təvəllüdlü Cavabdeh1 1999-cu ildək daimi olaraq, mülkiyyətçinin ailə üzvü (qızı) kimi yaşamış, 1999-cu ildə nikaha daxil olaraq başqa ünvana köçsədə istifadə hüququ olan mənzilə gəlib-getmiş, 2010-cu ildən hal-hazıradək Cavabdeh1 mənzilin mülkiyyətçisinin razılığı ilə himayəsində olan üç övladı 2000-ci il təvəllüdlü Cavabdeh6, 2004-cü il təvəllüdlü Cavabdeh3 və 2010-cu il təvəllüdlü X6 ilə birlikdə mənzildə daimi olaraq yaşayır, mülkiyyətçi ilə birgə təsərrüfat aparır, mənzilin saxlanılmasında, kommunal xidmət haqlarının ödənilməsində iştirak edir. İddiaçı cavabdehlərin özlərinə məxsus yaşayış sahələrinin olması səbəbindən onlara kompensasiya verilmədən mənzilinə olan istifadə hüquqlarına xitam verilməsini və mənzildən çıxarılmalarını tələb etsə də, tədqiq olunan sübutlardan müəyyən olunur ki, cavabdehlərdən yalnız, Cavabdeh6 mülkiyyətində ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi vardır və bu mənzilə dair onun mülkiyyət hüququ xx.xx.2025-ci il tarixdə qeydə alınmışdır. Kollegiya qeyd edir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Tədqiq olunan sübutlardan və yuxarıda istinad olunan maddi hüquq normalarının tələblərindən müəyyən olunur ki, Cavabdeh1 Bakı şəhəri Xətai rayonu Nəsrəddin Tusi küçəsi 18 saylı evin 35 saylı mənzilinə (yeni qaydalarla: AZ 1129, Bakı şəhəri Xətai rayonu Tusi küçəsi 190, M9, m1) xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə, sonuncunun övladları olan 2000-ci il təvəllüdlü Cavabdeh6, 2004-cü il təvəllüdlü Cavabdeh3 və 2010-cu il təvəllüdlü X3 isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələblərinə əsasən yaranmışdır. («Azərbaycan Respublikası bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli Qanunu ilə MM-ə 228.5-ci maddə əlavə edilmişdir (14 dekabr 2005-ci il tarixdən qüvvəyə minib)). MM-in 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin maddənin mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Qeyd olunan maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: -yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; -yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Kollegiya eyni zamanda qeyd edir ki, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Tədqiq olunan sübutlardan görünür ki, cavabdehlərdən Əhmədov X5 rayonu Masazır kəndi İstiqlaliyyət küçəsi 55 saylı evin 30 saylı mənzilini əldə etməklə hazırda yaşadığı mənzilə şəxsi ehtiyacı aradan qalxmışdır. Ona görə də iddiaçının bu cavabdehə qarşı olan tələbləri qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi isə bu cavabdehə qarşı iddia tələblərini təmin etməməklə maddi hüquq normalarının tələblərini pozmuş, nəticədə bu cavabdehə münasibətdə düzgün olmayan qərar qəbul etmişdir. Ona görə də iddiaçının apellyasiya şikayətinin dəlilləri bu cavabdehə münasibətdə əsaslıdır və təmin edilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin cavabdehlər Cavabdeh1 (himayəsində olan yetkinlik yaşına çatmayan X6 ilə birlikdə), Cavabdeh3 qarşı olan iddia tələbləri ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, bu cavabdehlərin Bakı şəhəri Xətai rayonu Nəsrəddin Tusi küçəsi 18 saylı evin 35 saylı mənzilinə (yeni qaydalarla: AZ 1129, Bakı şəhəri Xətai rayonu Tusi küçəsi 190, M9, m1) yaranmış istifadə hüquqlarına xitam verilməsinə əsas ola biləcək sübutlar məhkəməyə təqdim edilmədiyindən, mənzilə istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadığı halda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən, yalnız bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilməsi mümkün olduğundan iddiaçının apellyasiya şikayətinin dəlilləri bu cavabdehlərə hissədə əsassızdır, ona görə də təmin edilə bilməz. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-615/2025 nömrəli qətnaməsi qismən, iddia tələblərinin Cavabdeh6 qarşı təmin edilməyən hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbləri Cavabdeh6 qarşı hissədə təmin edilsin. Cavabdeh6 Bakı şəhəri Xətai rayonu Nəsrəddin Tusi küçəsi 18 saylı evin 35 saylı mənzilinə (yeni qaydalarla: AZ 1129, Bakı şəhəri Xətai rayonu Tusi küçəsi 190, M9, m1) istifadə hüququna xitam verilsin. Cavabdeh6 Bakı şəhəri Xətai rayonu Nəsrəddin Tusi küçəsi 18 saylı evin 35 saylı mənzilindən (yeni qaydalarla: AZ 1129, Bakı şəhəri Xətai rayonu Tusi küçəsi 190, M9, m1) çıxarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2650/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2650/2025
17.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver