Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2653/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının vəkili Vəkil3 qızının iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli 2(004)- 2072/2021 saylı qiyabi qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC ilə arasında 10.02.2012-ci ildə bağlanmış müqavilə üzrə ona məxsus Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşa edilən 1 saylı yaşayış binasının 20-ci mərtəbəsində sağ tərəfdə yerləşən, ümumi sahəsi 102,3 kv.m olan, 3 otaqlı, 147 nömrəli mənzilin təhvil verilməsi öhdəliyinin MMC-nin üzərinə qoyulması və onun mülkiyyət hüququna yaradılmış məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, MMC ilə arasında 10 fevral 2012-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu, X17 küçəsində inşa edilən 1 saylı Yaşayış binasının 20-ci mərtəbəsində sağ tərəfdə yerləşən ümumi sahəsi 102,3 kv.m dən ibarət 3 otaqlı 147 nömrəli mənzilin alqı-satqısına dair müqavilə imzalanmış, müqaviləyə əsasən mənzilin dəyəri tam olaraq ödənilmiş və 10 fevral 2012-ci il tarixli maliyyə arayışı verilmişdir. Müavilənin 3.2-ci bəndinə əsasən bu müqavilənin 2.1-ci bəndində göstərilən tikintiquraşdırma işləri müqavilə bağlandıqdan sonra 24 ay müddətinə tamamlanır, alıcıya təhvil verilir. Bu günə qədər cavabdeh "xxxx" MMC müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edib, mənzili ona təhvil verməmişdir. Dəfələrlə edilmiş müraciətlərə isə cavabdeh şirkət tərəfindən heç bir əhəmiyyət verilmir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli 2(004)- 2072/2021 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" MMC ilə İddiaçı arasında 10.02.2012-ci ildə bağlanmış müqavilə üzrə İddiaçı məxsus Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşa edilən 1 saylı yaşayış binasının 20-ci mərtəbəsində sağ tərəfdə yerləşən, ümumi sahəsi 102,3 kv.m olan, 3 otaqlı, 147 nömrəli mənzilin təhvil verilməsi öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulması və İddiaçı mülkiyyət hüququna yaradılmış məhdudiyyətlərin aradan qaldırılması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs apelyasiya şikayəti verərək, qiyabi qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, mübahisəli mənzil ona məxsusdur, həmin mənzili 2009-cu ildə X8 "xxxx" MMC-dən almış və 29.11.2012-ci il tarixdə ona satmışdır. Həmin mənzilin sənədləşdirilməsi üçün MMC-yə müraciət etmişlər və həmin tarixli müqaviləyə əsasən mənzil onun adına rəsmiləşdirilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (nümayəndə) və işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs məhkəmə iclasına gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsivəkili apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, mübahisəli mənzil 12.02.2009-cu il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən X1, sonuncu isə 29.11.2012-ci il tarixli müqavilə əsasında mənzili Maraqlı şəxs satmışdır, müqavilə bağlanarkən mənzilin dəyəri tam ödənilmişdir. 2012-ci il tarixdən etibarən də mənzilin açarları Maraqlı şəxsdır, su və işıq sayğacı Saleh Rəsulovun adınadır. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. İş materiallarında olan "xxxx" MMC-nin təsisçisi X16 ilə İddiaçı arasında bağlanmış 10.02.2012-ci il tarixli 147 nömrəli alğı-satqı müqaviləsinin surətinə əsasən Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 20-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102,3 kv.m olan, 3 otaqlı mənzil 35000 manat müqabilində İddiaçı mülkiyyətinə verilmişdir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən bu müqavilənin 2.1-ci bəndində göstərilən tikinti-quraşdırma işlərini müqavilə bağlandıqdan sonra 24 ay müddətinə tamamlayır alıcıya təhvil verilir. "xxxx" MMC-nin təsisçisi X16 tərəfindən verilmiş 10.02.2012-ci il tarixli 133141 nömrəli kassa mədaxil orderinə əsasən İddiaçı tərəfindən "xxxx" MMC-yə ev almaq üçün 35000 manat məbləğində pul ödənilmişdir. "xxxx" MMC-nin təsisçisi X16 tərəfindən verilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş 10.02.2012-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı "xxxx" MMC ilə bağlanmış 10.02.2012-ci il tarixli,147 nömrəli alğı-satqı müqaviləsi üzrə Bakı şəhəri, Yeni Yasamal, Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasının 20-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102,3 kv.m olan 3 otaqlı mənzil üçün şirkətə borcu yoxdur. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi qənaətinə gələrək, göstərmişdir ki, cavabdeh "xxxx" MMC öhdəliklərini pozaraq 24 ay ərzində müqavilə ilə müəyyən edilmiş mənzili iddiaçıya təhvil verməmişdir. Apelyator Maraqlı şəxs mübahisəli mənzilin MMC tərəfindən 12.02.2009-cu il tarixli müqaviləyə əsasən X2 (müqavilənin surəti apelyasiya baxışı zamanı təqdim edilmişdir) və 29.11.2012-ci il tarixli müqavilə əsasında sonuncu tərəfindən ona satıldığını göstərmişdir. 12.02.2009-cu il tarixli müqavilənin surətindən görünür ki, MMC-nin direktoru X11 tərəfindən alıcı X6 mübahisəli mənzil dəyəri 51200 manat müəyyən edilməklə satılmışdır. Eyni tarixli maliyyə arayışından görünür ki, X9 mənzilin dəyərini tamamilə ödəmiş, heç bir borcu yoxdur. 29.11.2012-ci il tarixli müqavilənin surətindən görünür ki, MMC-nin direktoru X11 tərəfindən alıcı Maraqlı şəxs mübahisəli mənzil dəyəri 51200 manat müəyyən edilməklə satılmışdır. 29.05.2014-cü il tarixli maliyyə arayışından görünür ki, Maraqlı şəxs mənzilin dəyərini tamamilə ödəmiş, heç bir borcu yoxdur. "xxxx" MMC tərəfindən verilmiş 22.12.2021-ci il tarixli arayışda göstərilmişdir ki, X8 həqiqətən MMC-nin Yeni Yasamal yaşayış massivində inşa etdiyi 1 saylı binanın sağ tərəfdən 20-ci mərtəbəsində yerləşən 147 nömrəli 102.4 kv.m olan 3 otaqlı mənzili 2009cu ildə şirkətdən almışdır. Sonra həmin mənzil X8 tərəfindən 29.11.2012-ci ildə Maraqlı şəxs satmışdır və həmin mənzilin sənədləşdirilməsi üçün "xxxx" şirkətinə müraciət etmişdir. "xxxx" Şirkəti isə binanın sağ tərəfdən 20-ci mərtəbəsində yerləşən 147 nömrəli mənzili Maraqlı şəxs adına rəsmiləşdirmişdir. Kollegiya tərəfindən ünvanlanmış sorğuya Bakı Ağır Cinayətlər Məhkəməsinin 20.05.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Cavabdeh təsisçisi olmuş X16, X4, X12, Cavabdeh direktoru vəzifəsində işləmiş X7 barəsində olan cinayət işi vardır və hazırda məhkəmə araşdırması davam edir. Həmin cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində keçir, Maraqlı şəxs və X8 həmin iş üzrə zərərçəkmiş şəxs və ya şahid qismində keçmir. Maraqlı şəxs oğlu X5 həmin iş üzrə şahid qismində keçir. Məktubda qeyd edilən 102,4 m2 sahəsi olan 147 nömrəli mənzillə bağlı Cavabdeh təsisçisi olmuş X10 ittiham verilmişdir ki, 16 may 2013-cü il tarixdən sonra müraciət edən İddiaçı yalandan bildirib, həmin mənzili ona 35.000 manata sata biləcəyinə inandırıb 102,3 m2 sahəsi olan mənzil ümumiyyətlə olmadığı halda məzmununa Bakı şəhəri ərazisində istintaqla dəqiq müəyyən olunmayan ünvanda tamah niyyəti ilə bilə-bilə həmin mərtəbədə 102,3 m2 sahəsi olan mənzilin 10 fevral 2012-ci il tarixdə guya İddiaçı satılmasına dair bilə-bilə yalan məlumat daxil etməklə eyni tarixli 147 nömrəli müqaviləni və mənzilin dəyərinin ödənilməsinə dair eyni tarixli maliyyə arayışını, eləcə də, mənzilin dəyəri olan 35.000 manat məbləğində pul vəsaitinin qəbul edilməsi haqqında eyni tarixli 133141 nömrəli kassa mədaxil orderini, bundan başqa, həmin mərtəbədə yerləşməklə 102,4 m2 sahəsi olan 147 nömrəli mənzilin İddiaçı təhvil verilməsinə dair arayışı hazırlayıb həmin sənədlərin mətnində olan “təsisçi: Qədirov A.Ə.”, “Meqa-Siti Holdinq MMC-nin təsisçisi: Qədirov A.Ə.” və “rəhbər” yazılarının qarşısında imzalayıb istintaqla müəyyən edilməyən şəraitdə saxtalaşdırmaqla hazırladıqları qeyd edilən dairəvi möhürlə təsdiq edib, həmin saxta rəsmi sənədləri 16 may 2013-cü il tarixdən sonrakı istintaqla müəyyən edilməyən tarixdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən ünvanda İddiaçı verib, mənzilin satılması adı ilə həmin vaxt sonuncudan 35.000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etmiş, öz qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə İddiaçı məxsus əmlakı ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və təkrarən vəzifə saxtakarlığı etmişdir. Göründüyü kimi istintaqla müəyyən edilmişdir ki, MMC-nin təsisçisi olmuş X3 Səməndər Vüqar oğlunu aldatmaqla, mənzilin satılması adı ilə sonuncudan 35000 manat məbləğində pul almış və saxta müqavilə və maliyyə arayışı vermişdir. Həmin cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Müəyyən edilir ki, İddiaçı Vüsal oğlu ilə MMC arasında mənzilə dair hər hansı əqd bağlanmamışdır, 147 nömrəli mənzilə dair 10.02.2012-ci l tarixli müqavilə isə əhəmiyyətsiz əqd olmaqla etibarsızdır. Həmin əqd etibarsız olduğu üçün onun hazırki iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4). «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2021-ci il tarixli qərarında isə göstərilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.» Göründüyü kimi, hər hansı əqdə əsaslanaraq verilmiş tələb üzrə ilk növbədə həmin əqdin etibarlılıq şərtləri yoxlanılmalıdır, çünki iddiaçının həmin tələb üzrə subyektiv hüquqa malik olub-olmaması birbaşa istinad etdiyi əqdin etibarlığından asılıdır. Baxılan iş üzrə müəyyən edilmişdir ki, İddiaçı Vüsal oğlu ilə MMC arasında mənzilə dair bağlanmış 10 fevral 2012-ci il tarixli müqavilə əhəmiyyətsiz əqd olmaqla etibarsızdır və heç bir hüquqi qüvvəsi olmamışdır. İddiaçı Vüsal oğlu tərəfindən mənzilə iddialı olmaq üçün əsas verən etibarlı əqd (müqavilə) mövcud deyildir. Belə olan halda onun tərəfindən mənzilin təhvil verilməsinin tələb edilməsi yolverilməzdir. Bu isə o deməkdir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün başlıca şərt olan subyektiv hüquqa malik olmamışdır. Ona görə də məhkəmənin qətnaməsi ləğv edilməlidir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış İddiaçı Vüsal oğlu verdiyi pulu tələb edə bilər. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 388, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2072/2021 saylı iş üzrə 16 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi və s. tələbinə dair” iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2653/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2653/2022
25.05.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver