Məhkəmə qərarları › İş №2(103)-2654/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2654/2021

15.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2654/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “inşa olunmaqda olan tikintinin sökülməsi, əmlakın əvvəlki vəziyyətinə gətirilməsi, mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4433/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “inşa olunmaqda olan tikintinin sökülməsi, əmlakın əvvəlki vəziyyətinə gətirilməsi, mənəvi ziyanın ödənilməsi” tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 saylı binanın və Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 32 saylı binanın yerləşdiyi yerdə inşa olunmaqda olan tikintinin sökülməsi; Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 saylı evin 7 nömrəli mənzilin, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 saylı evin 2 nömrəli mənzilin və Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 32 saylı evin 4 nömrəli mənzilin Cavabdeh hesabına əvvəlki vəziyyətdə bərpa edilməsi; Cavabdehndən mənəvi zərərə görə 200000 (iki yüz min) manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilmsəi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı məhkəməyə iddianın təmin tədbiri barədə ərizə təqdim edərək, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 saylı binanın və Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 32 saylı binanın yerləşdiyi yerdə tikinti işlərinin aparılmasının Cavabdehnə və qeyrilərinə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Cavabdeh ona heç bir kompensasiya vermədən, razılığı alınmadan, ondan xəbərsiz mülkiyyətində olan mənzillərin yerləşdiyi binaları sökərək yerində hündürmərtəbəli yaşayış evlərinin tikintisinə başlamışdır. Hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 saylı binanın və Bakı şəhəri. Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 32 saylı binanın yerləşdiyi yerdə inşa olunan tikintinin davam etdirilməsi, hazırkı iddia tələbi üzrə qəbul ediləcək məhkəmə qətnaməsinin icrasını qeyri-mümkün edəcəkdir. Ona görə də həmin tikinti işlərinin dayandırılması vacibdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4433/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessualhüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Bu mənada nəzərə almaq lazımdır ki, iddiaçının iddiası üzrə qəbul ediləcək (iddianın təmin edilməsi halında) qətnamənin icra edilməsinin çətinliyini və ya mümkünsüzlüyünü təsdiq edən halların mövcudluğuna dair sübutlar təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmə tədbirinə dair ərizəni təmin etməməkdə haqlı olmuşdur. Xüsusilə nəzərə allınmalıdır ki, hazırda iddiaçının təmin tədbirinin görülməsinə dair iddiası iddia tələbinə və cavabdehin qanunla qorunan hüquqlarına qeyri-mütənasibdir. olunmalıdır ki, Cavabdeh MMC-yə Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 saylı binanın və Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 32 saylı binanın yerləşdiyi yerdə tikinti işlərinin aparılmasının qadağan edilməsi onun fəaliyyətinin çətinləşməsinə, eləcə də hüquqi şəxs kimi bazar münasibətlərində digər şəxslər qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilməməsinə, bunun nəticəsində də ona maddi ziyan dəyməsinə səbəb ola bilər ki, bu da ədalət mühakiməsi baxımından yolverilməzdir. O cümlədən, ərizə mübahisəli ərazidə “digər şəxslərin tikinti işlərini aparmasının qadağan edilməsi” hissəsində də əsassızdır. Belə ki, təmin tədbiri barədə ərizənin qeyd olunan məsələ ilə əlaqədar tətbiq olunması xahiş olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Şikayət təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4433/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar