Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2658/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(002)- 2204/20 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, iddiaçıların dörd övladı (xx.xx.2005-ci il təvəllüdlü X2, xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2010-cü il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X3) ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massiv, 118 saylı evə köçürülmələri barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim F.Hüseynov, iş № 2(002)-2204/20) iddia təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 azyaşlı uşaqları xx.xx.2005-ci il təvəllüdlü X2, xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2010-cü il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massiv, 118 saylı evə köçürülmələri qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, ünvan 1 ünvanda yerləşən mübahisəli evin dəyərinin iddiaçılara düşəcək hissəsinin müəyyənləşdirilməsi, tərəflərin paylarının kompensasiya şəklində ödənilməklə iddiaçıların ünvan 2 ünvanda olan hüquqlarına xitam verilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər ər-arvad olmaqla onların yaxın qohumlarıdır (qardaşı və onun həyat yoldaşıdır). Mübahisə predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massiv, ev 118 onun ata evidir. Həmin evə dair atasının adına texniki pasport verilmiş, lakin çıxarış alınmamışdır, atası 2017-ci ildə vəfat etmişdir. Özü həmin evdə anadan olub böyümüş, uzun müddət ailəsi ilə birgə orada yaşamışdır. Ailəsi özü, həyat yoldaşı və biri əlil olan dörd uşaqdan ibarətdir. Həm özü, həm də uşaqları həmin evdə qeydiyyatdadırlar. Cavabdehlər 2013-cü ildən onlara həmin evdə yaşamağa imkan vermirlər. Məcburiyyət qarşısında qalaraq böyük ailə tərkibi ilə müxtəlif ünvanlarda kirayəçi kimi yaşayır. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışda göstərilən şəxslərdən Cavabdeh1 başqa heç kəs orada yaşamır və onların evə köçürülməsi ilə bağlı mübahisə yaratmır. Birlikdə həmin evdə yaşadıqları dövrdə cavabdehlər beş otaqlı evdə yaşamış, onun ailəsi isə ayrıca damda yaşamışdır. O, dəfələrlə qeydiyyatda olduğu evə köçmək istəsə də, cavabdehlər buna maneə yaratmış, nə onu, nə də ailə üzvlərini evə buraxmamışlar. Onun ailəsinin, o cümlədən biri əlil olan azyaşlı uşaqlarının həmin evdən başqa yaşayış yeri yoxdur, bu səbəbdən mübahisəli evə köçmək istəyirlər, cavabdehlərin buna maneçilik törətməsi onların hüquqlarının və mənafelərinin pozulmasına gətirib çıxarır. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir və hazırda iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, İddiaçı1 onun doğma qardaşıdır. Ev həqiqətən atasına məxsus olmuş, həmin evə dair atasının adına texniki pasport verilmiş, lakin çıxarış alınmamışdır, atası 2017-ci ildə vəfat etmişdir. Texniki pasportun əsli iddiaçıda olduğundan, evi tam sənədləşdirə bilməmişlər. Hazırda evdə özü, digər cavabdeh olan həyat yoldaşı və uşaqları yaşayır. Gülağa və onun biri əlil olan dörd uşağı həmin evdə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Gülağa da onun kimi uşaqlıqdan həmin evdə yaşamış, lakin təxminən 15 il əvvəl ayrıca ev tikərək orada bir müddət yaşamış, sonradan onu satıb 2013-cü ildə evə qayıdaraq ailəsi birgə onlarla birlikdə yaşamışdır. Evin beş otaqdan ibarət hissəsində özü və ailəsi olmuş, Gülağa isə ayrıca damda yaşamışdır. Lakin bir neçə il birlikdə yaşadıqdan sonra Gülağanın daimi dava-dalaş salması və yola gedə bilməməsi səbəbindən Gülağa öz ailəsi ilə birlikdə evdən çıxmışdır. Yalnız 1-2 ay əvvəl Gülağa evə qayitmaq istədiyini bildirmiş, lakin o, buna qəti etiraz etmişdir. O, Gülağaya qardaş kimi qəsəbədə ayrıca ev tikməsinə və yaşayış yeri ilə təmin olunmasına kömək edəcəyini təklif etmiş, lakin Gülağa onunla razılaşmamışdır. Gülağa ilə yola gedə bilmədiklərinə görə iddia tələbinə etiraz edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2020-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı1 Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massiv, 118 saylı evdə qeydiyyatdadır. Həmin mənzildə həmçinin onun uşaqları X2, X5, X6, X3, habelə Cavabdeh1 və digər şəxslər qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massiv, 118 saylı evə dair 1991-ci il tarixli texniki pasportun surətindən görünür ki, evin sahibi X1r. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətində qətnamənin ləğv olunması, ünvan 1 ünvanda yerləşən mübahisəli evin dəyərinin iddiaçılara düşəcək hissəsinin müəyyənləşdirilməsi, tərəflərin paylarının kompensasiya şəklində ödənilməklə iddiaçıların ünvan 2 ünvanda olan hüquqlarına xitam verilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hələ birinci instansiya məhkəməsində işin araşdırılması zamanı iddiaçılardan biri – İddiaçı1 məhkəmədə izahat verərkən özü də etiraf etmişdir ki, əvvəllər onun və digər qohum-qardaşlarının köməkliyi ilə Bakı şəh, Qaradağ rayonu, Qobustan qəsəbəsində ona fərdi ev tikilərək yaşaması üçün verilmişdir. İddiaçı1 bir müddət orada yaşadıqdan sonra öz şəxsi ehtiyacları üçün həmin mülkü sataraq yenidən onun evinə köçürülməsi iddiasını qaldırır. Birinci instansiya məhkəməsinə ona qarşı qaldırılmış iddiaya öz etirazını bildirməklə yanaşı mübahisəli evin dəyərinin müəyyən edilərək müştərək bölgüyə əsasən iddiaçıya düşəcək məbləği ona ödəməklə onun və ailə üzvlərinin mənzildə olan hüquqlarına xitam verilməsini məhkəmədən xahiş etsə də, birinci instansiya məhkəməsi bu tələb və təklifə öz fikrini bildirməmişdir. Sədrlik edən tərəfindən tərəflər arasında münaqişəli münasibətlər, iddiaçıların onunla bir evdə yaşamalarının mümkünsüzlüyü, əvvəllər onlarla birgə yaşadığı zaman dəfələrlə səbəbsiz yerə içkili vəziyyətdə dava-dalaş salmasına əhəmiyyət vermədən qəbul edilmiş mövcud qətnamə icra olunarsa gələcəkdə baş verə biləcək hər hansı bədbəxt hadisələrə və faciənin baş verməsinə rəvac vermiş olacaq. İddiaçıların mübahisəli evdə pasport qeydiyyatında olmalarını nəzərə alaraq onun tərəfindən kompensasiya ödəməklə hüquqlarına xitam verilməsi mübahisənin ən ədalətli həlli olardı. İddiaçı1 məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, İddiaçı1 izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Qaradağ Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, mübahisə predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massiv, 118 saylı ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Mənzilin texniki pasportunda onun sahibinin X4, yəni İddiaçı1 və Cavabdeh1 ataları olduğu qeyd edilmişdir. Həmin mənzildə cavabdehlərlə yanaşı iddiaçı və uşaqları da qeydiyyatdadırlar. İddiaçıların tələbi mübahisəli mənzilə köçürülmə barədədir. Cavabdehlər buna etiraz etmişlər. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci, Mənzil Məcəlləsinin 53-cü və s. maddələri ilə əsaslandıraraq qeyd etmişdir ki, mübahisəli evin hüquqmüəyyənedici sənədi olmasa da, həmin ev tərəflərin atasının və özlərinin faktiki yaşayış yeri olmuş, iddiaçı öz uşaqları ilə birgə mübahisəli evdə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Həmçinin, cavabdeh tərəf həmin evdə yaşayış yeri üzrə qeydiyyatdadır və onun mübahisəli evə dair hər hansı hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçı tərəfin başqa yaşayış yeri olmadığından, cavabdeh tərəfin iddiaya etirazı əsaslı hesab oluna bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilməsindən daha çox, yeni iddia tələbləri irəli sürülmüş, sonda qətnamənin ləğvi ilə yanaşı yeni tələblərin təmin olunması xahiş edilmişdir. Apellyasiya şikayətində qoyulmuş tələblərin məzmunundan aydın olur ki, cavabdeh iddiaçının mübahisəli mənzilə hüququ olduğunu qəbul edir, lakin iddiaçının və ailə üzvlərinin həmin mənzildə yaşamalarını istəmir və kompensasiya verilməklə onların istifadə hüquqlarına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin şikayətdə göstərdiyi tələblər birinci instansiya məhkəməsində irəli sürülməmiş və məhkəmə baxışının predmeti olmamışdır. Ona görə də cavabdehin diqqətinə çatdırılır ki, o, həmin tələblərlə bağlı birinci instansiya məhkəməsində ümumi qaydada iddia qaldıra bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-2658/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2658/2021
10.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver