Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2661/2022 30.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Cavabdeh1, Cavabdeh3 MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC və Bakı şəhəri 6 saylı Notariat ofisinə qarşı “müqavilələrin və çıxarışların etibarsız hesab edilməsi” tələbinə dairmülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6760/2021 saylı, 10 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh1, Cavabdeh3 MMC və Bakı şəhəri 6 saylı Notariat ofisinə qarşı “müqavilələrin və çıxarışların etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" MMC ilə Cavabdeh1 arasında 26.07.2011-ci il tarixdə bağlanmış 167 saylı müqavilənin, 19.09.2020-ci il tarixli, ********** reyestr nömrəli çıxarışın, 13.10.2020-ci il tarixli, 4Ə-1072 saylı daşınmaz əmlakın bağışlama müqaviləsinin, 19.10.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi və Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi 1156-cı məhəllə 100 nömrəli mənzilin (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi 38 saylı evin 22-ci mərtəbə 2 saylı mənzilin) ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 16.03.2018-ci il tarixli 420 nömrəli müqaviləyə əsasən, Cavabdeh3 MMC-nin icraçı direktoru X3 ilə X4 arasında 11.01.2008ci il tarixdə bağlanmış müqavilə sonuncunun razılıq ərizəsinə görə ləğv edilmiş və satıcı "xxxx" MMC ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 22-ci mərtəbəsində ümumi tikinti sahəsi 226,6 kv.m-dən ibarət olan 5 otaqlı 100 saylı mənzili ona təhvil verməyi öhdəsinə götürmüş, mənzilin dəyəri 147290 manat pul onun tərəfindən əvvəlki payçı Kamilə Xudiyevaya ödənilmişdir. Xətai Rayon Məhkəməsinin 24.12.2019-cu il tarixli, 2(011)-7288/2019 saylı qətnaməsi ilə Cavabdeh3 MMC tərəfindən ünvan 2 ünvanında inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226, 6 kv.m-dən ibarət 5 otaqlı, 100 saylı mənzilinin Cavabdeh1 təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən icra mərhələsində xəbər tutmuş, daha sonra isə, bilmişdir ki. Cavabdeh1 ilə Cavabdeh3 arasında ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 22-ci mərtəbəsində ümumi tikinti sahəsi 226,6 kv.m-dən ibarət olan 5 otaqlı 100 saylı mənzilə dair 26.07.2011ci il tarixli müqavilə bağlanmışdır. Maraqlısı budur ki, mübahisəli mənzilə dair ilk müqavilə “Sahil-D Kompani’’ MMC ilə Kamilə Xudiyeva arasında 11.01.2008-ci il tarixdə bağlanmış, o da, həmin mənzili K.Xudiyevadan almışdır. Cavabdeh1 ilə “Sahil-D Kompani" MMC arasında isə müqavilə 26.07.2011-ci il tarixdə bağlanmışdır. Deməli eyni mənzilə dair iki müqavilə mövcud olsa da, Kamilə Xudiyeva ilə Cavabdeh3 MMC arasında bağlanmış müqavilə daha əvvəl bağlandığı üçün etibarlı hesab edilməli, Cavabdeh1 ilə Cavabdeh3 MMC arasında 26.07.2011-ci il tarixdə bağlanmış müqavilə isə etibarsız hesab edilməlidir. Xətai Rayon Məhkəməsinin 2(011)-6760/2021 saylı, 10 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən iddiaçının nümayəndəsi-vəkili onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 MMC-nin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər proses iştirakçıları məhkəmə iclasına gəlməmişlər, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddia rədd olunmuş, qətnaməni də iddiaçı mübahisələndirmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində Kollegiya izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Xətai Rayon Məhkəməsinin 24.12.2019-cu il tarixli, qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh “Sahil-D Kompani" MMC-yə qarşı “mənzilin təhvil verilməsi tələbinə dair” iddiası təmin olunmuş, cavabdeh tərəfindən ünvan 3 ünvanda şa edilən 1 saylı yaşayış binasının tikinthsahəsi 226.6 kv.m-dən ibarət 5 otaqlı, 100 saylı mənzilin iddiaçıya təhvil verilməsi qət edilmişdir. İşin birinci instansiya məhkəməsində baxışı zamanı müəyyən edilmiş hallarına əsasən, iddiaçı ilə cavabdeh arasında 26.07.2011-ci il tarixdə 167 saylı müqavilə bağlanmışdır. Müqavilənin predmetinə görə cavabdeh Bak şəhəri, F.Bayramov küçəsi 1156 ünvanda inşa edilən 1 saylı yaşayış binanın tikinti sahəsi 226.6 kv.m-dən ibarət 5 otaqlı, 100 №- li mənzili alıcıya təhvi verməyi öhdəsinə götürmüş, mənzilin dəyəri - 90640 manat pul iddiaçı tərəfindən əvvəlki payçı X2 ödənilmişdir. Cavabdeh tərəfindən 26.07.2011-ci il tarixdə verilmiş maliyyə arayışına əsasən mənzilin pay dəyəri iddiaçı tərəfindən tam ödənilib və onun cavabdehə borcu yoxdur. Tərəflər arasında müqavilənin bağlanması və mənzilin dəyərinin ödənilməsi ilə bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı etiraz daxil olmamış, habelə cavabdehin direktoru əvvəlki məhkəmə iclaslarında iştirak edərkən də bu halı mübahisələndirməmişdir. 13.10.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 19.09.2020-ci il tarixli, ********** reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi 1156-cı məhəllə, 100 saylı mənzili (yeni qaydalarla: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 38, M22, m 2) oğlu Cavabdeh2 bağışlamışdır. Müqavilə Bakı şəhəri 6 saylı dövlət notariat ofisinin notariusu X5 tərəfindən təsdiq edilmiş və reyestrdə 4Ə-1072 nömrə ilə qeyd edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi 1156-cı məhəllə, 100 saylı mənzil (yeni qaydalarla: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 38, M22, m 2) Cavabdeh2 adına 19.10.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alımışdır. Apelyasiya şikayətinə münasibətdə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu Maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26.07.2021-ci il tarixli, 2(103)- 2582/2021 saylı qətnaməsindən görünür ki, Xətai Rayon Məhkəməsinin 24.12.2019-cu il tarixli, 2(011)-7288/2019 saylı qətnaməsindən qətnamə ilə hüquq və vəziəflərinə toxunan şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İşin apellyasiya baxışı zamanı müəyyən edilmiş hallarına əsasən, həm iddiaçı, həm də qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs cavabdeh “Sahil-D Kompani" MMC-yə məxsus olmuş eyni mənzilə iddia etsə və hər ikisi həmin mənzilə dair onlar arasında bağlanmış müqavilələri və mənzilin dəyərinin ödənilməsi barədə MMC-nin verdiyi maliyyə sənədini məhkəməyə təqdim etsələr də, qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxsin mübahisəli mənzilə dair bağlanmış müqaviləsi qanuni və etibarlı sayıla bilməz. Çünki, İddiaçılə MMC arasında 16.03.2018-ci il tarixdə bağlanmış müqavilədə mübahisəli mənzilin MMC ilə X4 arasında 11.01.2008-ci ildə bağlanmış müqavilənin öz razılıq ərizəsinə görə ləğv edilərək “alıcı" İddiaçı ilə bağlandığı göstərilsə də, Kamilə Xudiyeva ilə olan müqavilədəki tarixin iddiaçı (Cavabdeh1) ilə bağlanmış müqavilədən tarixdən əvvəl olması hələ həmin müqavilənin də etibarlı olmasına dəlalət etmir. Belə ki, Kamil Xudiyeva ilə olan müqavilənin etibarlı müqavilə və məhz mübahisə predmeti olan mənzilə dair iddiaçı ilə bağlanmış müqavilədən əvvəl bağlanması mötəbər sübutlarla təsdiq olunmalıdır, laki olunmamışdır. Əksinə, MMCnin nümayəndəsinin apellyasiya baxışı zamanı verdiyi izahatında bəlli olur ki, mübahisəli mənzil qanuni əsaslarla iddiaçıya məxsusdur. İddiaçılə bağladığı müqaviləni təzyiq altında imzalamışdır. Lakin, sonradan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırma zamanı da mübahisəli mənzilin iddiçıya məxsus olduğu təsdiq olunduğundan və binadakı mənzillərə dair tərtib olunan siyahıda həmin mənzili iddiaçıya aid olduğu göstərilmişdir. Siyahı əsasındada mənzillərin qanuni sahiblərinə çıxarışlar verilmişdir. Ona görə də, İddiaçılə MMC arasında 16.03.2018-ci il tarixdə bağlanmış müqavilədə mübahisəli mənzilə dair guya MMC ilə X4 arasında 11.01.2008-ci ildə müqavilə bağlanması inandırıcı və ağlabatan olmadığından həm 11.01.2008-ci il, həm də 16.03.2018-ci il tarixli müqavilələr etibarlı sayıla bilməz. Qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs şikayətində mübahisəli mənzilir onun tərəfindən təmir edildiyini və əlavə xərclər çəkdiyini göstərsə də, bununla bağlı tərəflər arasında olan münasibətlərə bu barədə hansısa iddia tələbi olmadığından hazırki işin çərçivəsində hüquq qiymət verilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06.10.2021-ci il tarixli, 2(103)-6011/2021 saylı qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26.07.2021-ci il tarixli, 2(103)-2582/2021 saylı qətnaməsindən qətnamə ilə hüquq və vəziəflərinə toxunan şəxs İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının iş üzrə gəldiyi nəticədən görünür ki, mübahisəli mənzilə dair iddiaçının oğlu Cavabdeh2 mülkiyyət hüququ artıq 19.10.2020-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və sonuncu həmin mənzilin tam mülkiyyətçisidir. Mübahisəli mənzil də daxil olmaqla həmin binada bir neçə mənzil tikinti materiallarının əvəzi olaraq Gürcüstan Respublikası vətəndaşı olan X7 verildiyindən, sonuncunun xahişinə əsasən mübahisəli mənzillə bağlı müvəqqəti olaraq iddiaçı ilə müqavilə bağlanması, iddiaçının nə Azər Xəlilova, nə də MMC-yə heç bir vəsait ödəməməsi həqiqi olsa belə, bu hal İddiaçı şikayətinin əsaslı olduğuna və mübahisəli mənzilin ona aid olduğuna dəlalət etmir. Çünki, mübahisəli mənzilin tikinti materiallarının əvəzində ona verildiyini Azər Xəlilov, mənzilə görə pul vəsaitinin nə ona, nə də MMC-yə verilməməsini yenə də o və MMC mübahisələndirə bilər. Bunun İddiaçı heç bir aidiyyəti yoxdur və onun şikayətinin əsaslılığına qətnamənin ləğvinə səbəb olacaq dərəcədə heç bir əhəmiyyətli təsiri ola bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, İddiaçılə MMC arasında 16.03.2018-ci il tarixdə bağlanmış müqavilədə mübahisəli mənzilin MMC ilə X4 arasında 11.01.2008-ci ildə bağlanmış müqavilənin öz razılıq ərizəsinə görə ləğv edilərək “alıcı” İddiaçı ilə bağlandığı göstərilsə də, Kamilə Xudiyeva ilə olan müqavilədəki tarixin iddiaçı ilə bağlanmış müqavilədəki tarixdən əvvəl olması hələ həmin müqavilənin də etibarlı olmasına dəlalət etmir. Belə ki, Kamilə Xudiyeva ilə olan müqavilənin etibarlı müqavilə və məhz mübahisə predmeti olan mənzilə dair iddiaçı ilə bağlanmış müqavilədən əvvəl bağlanması mötəbər sübutlarla təsdiq olunmalıdır, lakin olunmamışdır. Əksinə, MMC-nin nümayəndəsinin apellyasiya baxışı zamanı verdiyi izahatı əsasında müəyyən olunmuşdur ki, mübahisəli mənzil qanuni əsaslarla iddiaçıya məxsusdur. İddiaçılə bağladığı müqaviləni təzyiq altında imzalamışdır. Lakin sonradan Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş idarəsində aparılan araşdırma zamanı da mübahisəli mənzilin iddiçıya məxsus olduğu təsdiq olunduğundan və binadakı mənzillərə dair tərtib olunan siyahıda həmin mənzilin iddiaçıya aid olduğu göstərilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin maddi hüquq normalarının pozulması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, kassator müqavilənin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021 -ci il tarixli Qərarının və Mülki Məcəllənin 337-ci maddəsinin tələblərinə əsasən etibarsız olduğunu qeyd etməyə çalışsa da, yalnız həmin Qərar və maddəni göstərməklə kifayətlənmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində maddi hüquq normasının pozulmasının nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə istinad edərək belə qənaətə gəlmişdir ki, Cavabdeh1 ilə Cavabdeh3 MMC arasında sonuncu tərəfindən ünvan 3 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226.6 kv.m-dən ibarət 5 otaqlı, 100 saylı mənzilə dair bağlanmış 26.07.2011-ci il tarixdə 167 saylı müqavilənin etibarlılığını təsbit edən qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur, bununla da, iddiaçının həmin müqaviləni və onun əsasında mübahisəli mənzilə dair verilmiş hüquq müəyyənedici sənədləri başqa bir əsasla mübahisələndirməsi üçün subyektiv hüquqa malik deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə Cavabdeh1 ilə Cavabdeh3 MMC arasında bağlanmış müqavilənin qanuniliyi artıq təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallar hazırkı məhkəmə üçün məcburi olmaqla yanaşı, həmin qətnamədə müəyyən edilmiş faktlar yenidən sübut edilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” 13.02.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 25.03.2004-cü il tarixli qərarında göstərilmişdir ki, işə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş hallar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları və tələbləri baxımından açıq-aşkar əsaslandırılmamışdır. Bu qənaətə gələrkən kollegiya, tədqiq olunmuş sübutlara əsasən gəldiyi daxili inamını da rəhbər tutaraq həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6760/2021 saylı, 10 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxslərin özlərinə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-2661/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2661/2022
30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver