Məhkəmə qərarları › İş №2(103)-2664/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2664/2022

11.04.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2664/2022 11.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2953/2021 saylı, 23.12.2021-ci il tarixli qətnaməsindən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 məxsus və İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmış “Mitsibishi Outlander” markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 7916,53 manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 01.07.2012-ci il tarixində idarə etdiyi “VAZ” 21154” markalı, ** NG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə “Mitsubishi Outlander" markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş verimiş yol-nəqliyyat hadisəsində "xxxx" Sığorta Şirkəti ASC-də könüllü sığortalı olan “Mitsubishi Outlander” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobillə maddi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsində avtomobilə dəymiş ziyanla bağlı "xxxx" Firması tərəfindən avtomobilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, bu qəza nəticəsində avtomobilin sahibinə 12978 manat ziyan dəymişdir. MİP-110022-U16 saylı Sığorta Müqaviləsinə və MİP-1809/2012 saylı Sığorta aktına əsasən Atəşgah Sığortan Şirkəti ASC tərəfindən baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı sığortalıya 12878 manat sığota ödənişi həyata keçirilmişdir. Cavabdeh məxsus olan “VAZ” 21154 markalı, ** NG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığortasının olduğu "xxxx" ASC-yə tərəflərindən ərizə ilə müraciət olunmuş və "xxxx" ASC tərəfindən qeyd olunan sığorta hadisəsinə görə dəymiş zərərələ bağlı 4961,47 manat İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilmişdir. AR DİN Baş Dövlət Yol Polis idarəsi tərəfindən tərtib olunan X6 986504 nömrəli protokola əsasən, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və barəsində protokol tərtib olunmuşdur. Qeyd olunan yolnəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Nərimanov Rayon Məhkəməsinin “X6 qərarı” ilə təsdiq edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli olduğu üçün ona qarşı subroqasiya hüquqları yaranmışdır. Qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində sığortalanmış avtomobilə vurulmuş zərərin sığorta ödənişi miqdarında məbləğin yerdə qalan əvəzi, yəni 7916,53 manat məbləği qanunvericliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehdən alınaraq iddiaçının xeyirinə tutulmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2953/2021 saylı, 23.12.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının rədd edilməsi, aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri İddiaçı Sığorta Şirkəti ASC-dən tutularaq, 100 (bir yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı Sığorta Şirkəti ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2953/2021 saylı, 23.12.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini, həmçinin də apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15.40 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 01.07.2012-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “VAZ 21154” markalı, ** NG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə İddiaçı sığorta Şirkəti ASC-də könüllü sığorta müqaviləsi ilə sığortalanmış avtomobil toqquşmuş və nəticədə sonuncuya maddi ziyan dəymişdir. "xxxx" MMC tərəfindən tərtib olunan qüsur aktına uyğun olaraq “Mitsubishi Outlander” markalı ** BR *** qeydiyyat nişanlı avtomobilə 12.978 manat ziyan dəyməsi müəyyən olunmuşdur. "xxxx" Sığorta Şirkəti ASC tərəfindən sığortalanmış avtomobilə dəyən zərərlə bağlı 100 manat franşizə çıxılmaqla 12.878 manat sığorta ödənişi həyata keçirilmişdir. “VAZ 21154” markalı, ** NG *** dövlət qeydiyyat nişanlı avtomaş “AZSİĞORTA" Şirkətində icbari sığorta şəhadəstnaməsi ilə Sığortalandığı üçün tərəflərindən ödənilmiş 12.878 manat sığorta ödənişinin 5000 manatı "xxxx" Şirkətindən tələb olunmuşdur. Dəymiş zərərin 4961.47 manat pulu "xxxx" Şirkəti tərəfindən ödənmişdir. Nərimanov rayon Məhkəməsinin 23.12.2021-ci il tarixli, 2(005)-2953/2021 saylı qətnaməsi ilə iddia tələbləri rədd edilmişdir. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, "xxxx" Sığorta Şirkəti ASC-nin 06.09.2012-ci il tarixli, 1809/2012 saylı Sığorta Aktİ MİP- 1-dən görünür ki, 01.07.2012-ci il tarixli baş vermiş yol-nəqliyyat hadisəsi zamanı "Mitsubishi Outlander" markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 12.878 manat məbləğində müəyyən edilmişdir. 23.12.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən qeyd olunan sığorta hadisəsinə görə dəymiş zərərələ bağlı 4961.47 manat "xxxx" Sığorta Şirkəti ASC-yə ödənilmişdir. DYP 986504 saylı intibati X5 surətindən görünür ki, X4 01.07.2012-ci il tarixində idarə etdiyi "VAZ" 21154" markalı, ** NG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə "Mitsubishi Outlander" markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. "xxxx" MMC-nin 27.08.2012-ci il tarixli qüsur aktının surətindən görünür ki, "Mitsubishi Outlander" markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyəri ümumilikdə 12.978 manat taşkil etmişdir. 13.09.2012-ci il tarixli, 2656 saylı Kassa məxaric orderinin surətindən görünür ki, X3 MiP-1 1809/2012 saylı sığorta aktına əsasən 12.878 manat sığorta ödənişi edilmişdir. Azərbaycan Respubükas Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəilənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən astlı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qəran çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Belə olan halda, məhkəmə hesab edir ki, “Atəşgah" Sığorta şirkəti ASC subroqsiya tələbinin təmin edilməsi barədə iddiası üzrə müddət keçdiyi üçün iddia təmin edilməmişdir. Hesab edirlər ki, Məhkəmə Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinə istinad etməklə prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq həyata kiçirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Nərimanov rayon Məhkəməsi iddia tələbini rədd edən zaman isə 3 illik iddia müddətini tətbiq etmişdir. Qanunvericiliyin tələbindən isə görünür ki, 3 illik iddia müddəti müqavilə tələbləri üzrə nəzərdə tutulmuşdur. Halbuki, hazırki mülki iş üzrə iddia tələbi müqavilə ilə bağlı deyil, subroqasiya hüququ qaydasında pul tələbidir. Nərimanov rayon Məhkəməsi tərəfindən mülki iş araşdırılan zaman iddiaçının təqdim etdiyi sübutlara mötəbər sübutlar kimi yanaşılmamış, mülki iş tam obyektiv və dəqiq araşdırılmamışdır. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən Apellyasiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası MM-nin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmçinin 9.3-cü maddəsinə görə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə Kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəllillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC-nin 06.09.2012-ci il tarixli, 1809/2012 saylı Sığorta Aktı MİP-1-dən görünür ki, 01.07.2012-ci il tarixli baş vermiş yolnəqliyyat hadisəsi zamanı “Mitsubishi Outlander” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 12878 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 23.12.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən qeyd olunan sığorta hadisəsinə görə dəymiş zərərələ bağlı 4961,47 manat İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilmişdir. İş materiallarında olan DYP 986504 saylı İntibati X5 surətindən görünür ki, Cavabdeh 01.07.2012-ci il tarixində idarə etdiyi “VAZ” 21154” markalı, ** NG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə “Mitsubishi Outlander" markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 27.08.2012-ci il tarixli qüsur aktının surətindən görünür ki, “Mitsubishi Outlander" markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri və ehtiyat hissələrinin dəyəri ümumilikdə 12978 manat təşkil etmişdir. İş materiallarında olan 13.09.2012-ci il tarixli, 2656 saylı Kassa məxaric orderin surətindən görünür ki, X3 MİP-1 1809/2012 saylı sığorta aktına əsasən 12878 manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan 28.04.2021-ci il tarixli DİN-in BPQMİ-nin MAPS arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 28.12.2020-ci il tarixdə Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, qeyd olunan zərər məbləğini 10 gün müddət ərzində şirkətə ödənilmədiyi təqdirdə müvafiq iddia ərizəsi ilə Məhkəmə orqanına müraciət ediləcəyi xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15.11.2021-ci il tarixli, 9/7258-8/2564 saylı ekspert rəyindən görünür ki, "xxxx" avtomobillərə texniki xidmət stansiyasının 27.08.2012-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Mitsubishi Outlander” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 10859 manat müəyyən edilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MMnin 373-cü maddəsinə istinad etməklə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Nərimanov rayon Məhkəməsi iddia tələbini rədd edən zaman isə 3 illik iddia müddətini tətbiq etmişdir. Qanunvericiliyin tələbindən isə görünür ki, 3 illik iddia müddəti müqavilə tələbləri üzrə nəzərdə tutulmuşdur. Halbuki, hazırki mülki iş üzrə iddia tələbi müqavilə ilə bağlı deyil, subroqasiya hüququ qaydasında pul tələbidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində təsbit olunmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi hazırkı halda iş üzrə tərəflər arasında hər hansı bir müqavilə olmamışdır və öhdəlik sığorta müqaviləsindən deyil, vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gəlmişdir ki, bu cür iddialara da Mülki Məcəlləsinin 373.1-ci maddəsi ilə müəyyən edilən ümumi iddia müddəti şamil edilir. Bu səbəbdən də iddiaçının hazırkı tələbi üzrə iddia müddəti 3 il deyil, ümumi iddia müddəti 10 illik tətbiq olunmalıdır. Buna baxmayaraq Nərimanov rayon Məhkəməsi qanunu səhv təfsir edərək iş üzrə düzgün olmayan nəticəyə gəlmiş, cavabdehin ərizəsini əsas tutaraq iddianı təmin etməmişdir. Lakin məhkəmə tərəfindən iddiaçının təqdim etdiyi sübutlar düzgün qiymətləndirilməmişdir və tətbiq edilməli olan norma tətbiq edilməyərək səhv norma tətbiq edilmişdir. Nəticə etibarı ilə düzgün olmayan qətnamə çıxarılmışdır. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öndəsinə qoyula bilər. Qanunvericiliyin tələblərindən aydın olur ki, məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsinə dair ərizəni təmin etməməli idi. Əksinə subroqasiya qaydasında verilmiş iddia tələbinə subroqasiya tələbinin təmin edilməsi prizmasından yanaşmalı idi. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın rədd olunması nəticəsinə gəlməkdə haqlı olmamışdır. Lakin, məhkəmə Kollegiyası onu da qeyd edir ki, iddiaçı 13 sentyabr 2012-ci ildə onun tərəfindən 12878 manat sığorta ödənişi edilməsinə istinad edərək, Azsığorta” ASC tərəfindən ödənilmiş 4961,47 manat çıxılmaqla yerdə qalan 7916,53 manat sığorta ödənişi məbləğini hazırkı iddiasında tələb etsə də, Kollegiya iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15.11.2021-ci il tarixli, 9/7258-8/2564 saylı ekspert rəyini işdə olan digər sübutlarla yanaşı qiymətləndirərək hesab edir ki, 27.08.2012-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Mitsubishi Outlander” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 10859 manat müəyyən edildiyindən, iş materiallarında olan 23.12.2020-ci il tarixli ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən qeyd olunan sığorta hadisəsinə görə dəymiş zərərələ bağlı 4961,47 manat İddiaçı Sığorta Şirkəti ASCyə ödənildiyindən, iddia 5.897,53 manat (10859 manat-4961,47 manat=5.897,53 manat) həcmində zərər məbləğinin ödənilməsi hissəsinə əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Mülki Prosessual Məcəlləsinin:88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2953/2021 saylı, 23.12.2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, X3 məxsus və İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmış “Mitsubishi Outlander” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 5897.53 AZN (beş min səkkiz yüz doxsan yeddi manat əlli üç qəpik) sığorta ödənişi məbləği və 30.40 AZN dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, Kollegiya hesab edir ki, MPM-in 119-cu maddəsinə əsasən aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri Cavabdeh tutularaq, 100 (bir yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2953/2021 saylı, 23.dekabr 2021ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. X3 məxsus və İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmış “Mitsubishi Outlander” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 5897.53 AZN (beş min səkkiz yüz doxsan yeddi manat əlli üç qəpik) sığorta ödəniş məbləği və 30.40 AZN dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. İddia qalan hissədə təmin olunmasın.. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri Cavabdeh tutularaq, 100 (bir yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar