Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2665/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı vəkili Vəkil1, Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2125/2020 saylı, 04 dekabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhər 46 saylı notariat ofisinə və Cavabdeh1 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, X2 miras qalmış Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi ünvanında yerləşən 11 nömrəli evə olan 1/8 hissədə payın iddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1977-ci ildə Həsən-zadə Mənsur Fətulla oğlu ilə nikaha daxil olmuş və bu günə qədər Bakı şəhəri, Səbail rayonu, 1ci Qəsr döngəsi, ev 11 ünvanında qeydiyyatdadır, orada yaşamışdır və yaşamaqda davam edir. Həmin ünvana köçdüyü gündən bu günə qədər qeyd edilən evdə qaynatasından, qaynanasından, ərindən, özündən və uşaqlarından başqa heç kim yaşamamış və hazırda yaşamır. 2015-ci ildə Cavabdeh1 oğlu Həsənov Murad Nahid oğlu Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, ev 11 ünvanına köçürülməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Səbail Rayon Məhkəməsinin 2(009)-170/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3017/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikasnın Ali Məhkəməsinin 2(102)- 4678/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarına əsasən Həsənov Murad Nahid oğlunun iddiası rədd edilmişdir. Bundan sonra o, Həsənov Murad Nahid oğlu və Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, ev 11 ünvanından qeydiyyatından çıxarılması vəzifəsinin Səbail rayon Polis İdarəsinin üzərinə vəzifə kimi qoyulması haqqında iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)-454/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Həsənov Murad Nahid oğlu və Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, ev 11 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin Səbail rayon Polis İdarəsinin üzərinə vəzifə kimi qoyulması qərara alınmışdır. Həmin qərardan Həsənov Murad Nahid oğlu apelyasiya şikayəti vermiş, apelyasiya şikayətinə baxılan zaman Cavabdeh1 cavabdeh Bakı şəhəri 46 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 müraciət edərək atası X2 miras qalmış Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi ünvanında yerləşən 11 nömrəli evə olan 1/8 hissədə pay üçün ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bakı şəhəri 46 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 isə yalnız Cavabdeh1 mübahisəli evdə qeydiyyatda olmasını əsas götürərək onun müraciəti əsasında X5 adına vərəsəlik işi açmışdır. Miras qoyan X6 xx.xx.2006-cı ildə ölmüşdür. Onun vərəsələrindən heç kim ondan miras qalmış əmlakı qəbul etməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddət ərzində notariat ofisinə ərizə ilə müraciət etməmiş və ondan miras qalmış əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamamışdır. Yalnız onun ölümündən on iki il keçdikdən sonra aralarında yaranmış məhkəmə mübahisəsində xeyrinə qərar çıxmayacağını görən Cavabdeh1 notariat ofisinə mirasın qəbulu ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin miras qoyan X5 doğma əmisi oğlu olan əri Həsən-zadə Mənsur Fətulla oğlu mübahisəli evdə fasiləsiz olaraq yaşamaqla, həmin əmlaka sahiblik, ondan istifadə və onu idarə etməklə əmisi oğlu X2 qalmış mirası faktiki olaraq qəbul etmişdir. Əri Həsən-zadə Mənsur Fətulla oğlu faktiki olaraq qəbul etdiyi miras əmlaka dair hüquqlarını rəsmiləşdirməyə imkan tapdan ölmüş, o, isə ərinin qanun üzrə vərəsəsi olaraq onun faktiki qəbul etdiyi, əmisi oğlu X1 miras qalmış Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi ünvanında yerləşən 11 nömrəli evin 1/8 hissəsini də qəbul etmişdir. Qeyd edilən məhkəmə qətnamələri ilə Cavabdeh1 da qeyd edilən ünvanda yaşamadığı müəyyən edilmiş, həmçinin həmin məhkəmə qətnamələri ilə qeyd edilən ünvanda qaynatasından, qaynanasından, ərindən, özündən və uşaqlarından başqa heç kimin yaşamadığı faktı da müəyyən edilmişdir. Bu səbəbdən də hesab edir ki, Cavabdeh1 atası X2 miras qalmış mübahisəli evə olan 1/8 hissədə payın miras kimi qəbul edilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddətdə notariusa müraciət etmədiyi və faktiki olaraq mirası qəbul etmədiyi üçün Bakı şəhəri 46 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 X6 üçün vərəsəlik işi açması qeyri-qanuni və əsassızdır. Həmçinin Bakı şəhəri 46 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 mirası faktiki qəbul etmiş şəxs kimi ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməkdən imtina edərək hazırki məsələnin mübahisəli olmasını əsas göstərərək məhkəməyə müraciət etməyi tövsiyyə etməsi də əsassızdır. Cavabdehin imtinası onun hüquqlarını pozur. Buna görə də o, mirasın faktiki qəbulu faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2125/2020 saylı, 04 dekabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, X2 miras qalmış Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi ünvanında yerləşən 11 nömrəli evin 1/8 hissəsinin İddiaçı tərəfindən tnasmissiya qaydasında qəbul edilməsi faktının müəyyən edilməsi və onun həmin əmlaka vərəsəlik hüquqlarının tanınması, qətnamə Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi ünvanında yerləşən 11 nömrəli evin X13 adına olan 1/8 hissəsinə dair İddiaçı adına 5-ci növbəli vərəsə kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsas olduğu qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2125/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsini əsassız və qanunsuz hesab edir. Belə ki, məhkəmə ona heç bir bildiriş vermədən iştirakımnı təmin etmədən iclas keçirmiş, faktiki olaraq hüquqlarını məhkəmədə müfaiə etməkdən məhrum etmişdir. İş üzrə qüvvədə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə (bu qərar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir) birmənalı şəkildə onun miras qoyanın oğlu olmağı baxımından birinci sıradan vərəsə olmağı müəyyən edilmiş və təsdiq edilmiş faktdır. Eyni zamanda Ali Məhkəmənin müəyyən etdiyi digər hal isə iddiaçının həyat yoldaşının miras qoyanın 5-ci sıradan olan vərəsə olması faktıdır. İşə baxan Səbail Rayon Məhkəməsi birinci sıradan olan vərəsə ilə beşinci sıradan olan vərəsəyə qədər bütün vərəsələri müəyyən etməli olduğu halda bir proses keçirməklə bütün halları sanki müəyyən etmişdir. Bundan başqa Ali Məhkəmənin qüvvədə olan qərarı ilə müəyyən edilmişdir ki, hazırki iş üzrə cavabdeh kimi qeyd edilən onun mirası qəbul etməsinə mane olan şəxs məhz iddiaçıdır və iddiaçının hərəkətləri ilə faktiki olaraq vərəsələrin hüquqları pozulmuşdur. Məhkəmə cavabdehin oğlu ilə bağlı qətnamələrə istinad edir, lakin qeyd edilən qətnamələrin cavabdehə heç bir aidiyyatı yoxdur və onlara istinad edilməsi tamamilə əsassızdır. Eyni zamanda məhkəmə irsi transmissiyanı əsas gətirir, lakin bu zaman məhkəmə unudur ki, iddiaçı 5-ci sıradan olan vərəsənin həyat yoldaışır, iddia tələbi isə başqa bir miras qoyana aiddir, yəni iddiaçı ilk əvvəl mübahisəli əmlakın (miras kütləsinə daxil olan payın) onun həyat yoldaşı tərəfindən qəbul edilməsini sübut etməlidir. Məhz bundan sonra o hazırki iddia tələbi ilə məhkəməyə müraciət edə bilər ki, mən həyat yoldaımdan miras qalmış əmlaka dair vərəsəyəm. Hazırda iddiaçı ona və həyat yoldaşına heç bir aidiyyatı olmayan əmlaka dair vərəsəlik hüququ ilə bağlı məhkəməyə müraciət edir və hansısa faktın müəyyən edilməsini məhkəmədən xahiş edir. Göründüyü kimi işin halları məhkəməni maraqlandırmamışdır. Eyni zamanda məhkəmə MM-nin 1159.1.1 və 1160.1-ci maddələrinin tələblərini də pozmuşdur. Məhkəmənin hazırki qətnaməsi mərhumla heç bir qohumluğu olmayan bir şəxsin qanunsuz olaraq zəbt etmiş olduğu əmlakın vərəsəlik yolu ilə qanuniləşdirməsinə şərait yaradır və birmənalı olaraq Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələri ilə təsbit edilmiş mülkiyyət hüquqlarının pozulmasına dəlalət edir. İddiaçının iddia vermək üçün subyektiv hüquq yoxdur. İddiaçı məhkəmədə bildirmişdir ki, X4 miras qalmış əmlakı onlar qəbul etmişlər. Lakin bu halın təsdiq üçün nədənsə heç bir orqana müraciət edilməmişdir. Eyni zamanda iddiaçı öz həyat yoldaşının qəbul etmədiyi əmlaka dair vərəsə olmasını əsasladırmağa cəhd göstərməkdədir. Halbuki miras qoyanın birinci növbədə vərəsəsi qeyd edilən əmlakı atası rəhmətə gedəndən dərhal sonra faktiki qəbul etmiş, miras əmlak açılan zaman həmin evdə qeydiyyatda olmaqla istifadə hüquqlarına malik olmuşdur. Evə dair öz hüquqlarını həyata keçirmək istədikdə iddiaçının qanunsuz hərəkətləri ilə qarşılaşmış və nəticədə məhkəmələrə müraciət etməli olmuşdur. İddiaçı hazırda qeyd edilən əmlakın 1/8 hissəsinin mülkiyyətçisi olsa da, məhkəmədə də etiraf etmişdir ki, faktiki olaraq qeyd edilən ünvanda olan bütöv evi qanunsuz olaraq mənimsəmişdir və hazırda sənədləşmə işi aparmaq niyyətindədir. Onun mübahisəli evə dair istifadə hüquqları olduğu halda və miras əmlakı faktiki qəbul etmiş olduğu halda, İddiaçı həmin mənzili zəbt etmiş, miras əmlakı qəbul etmək üçün süni şəkildə maneələr yaradaraq həmin mənzili qanunsuz olaraq məniməsəməyə çalışmışdır. Məhkəmə yuxarıda göstərilən halları və maddi hüquq normalarını nəzərə almamaq üçün, iddiaçının subyektiv hüququqnun olmadığını bildiyi halda, qısa müddətdə tələsik keçirilmiş məhkəmə iclasında qətnamə qəbul etməsi işin məhkəmədə həqiqətən də ədalətsiz baxılmasına işarədir və bu cür qətnamə qəbul edilməsi çox ciddi prosessual pozuntudur. Apelyasiya şikayətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2125/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil2 cavabdehin verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, verilmiş apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi və apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2125/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında İddiaçı vəkili Vəkil1 Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2125/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, Cavabdeh1, üçüncü şəxslər X19, X10 və X14 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Cavabdeh Bakı şəhəri 46 saylı notariat ofisinin notariusu Cavabdeh2 məhkəməyə məktubla müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh1 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Cavabdeh1 apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Bakı şəhəri Səadət Sarayı tərəfindən xx xxxxxxx 1977-ci il tarixdə verilmiş İ-ЖГ № 472151 saylı nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş kserosurətdən görünür ki, Həsən-zadə Mənsur Fətulla oğlu ilə X24 arasında nikah bağlanılmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1977-ci ildə oktyabr ayının 12 günü 4285 №-li akt qeydi icra edilmişdir. Nikah bağlandıqdan sonra ərə Həsən-zadə, arvada Həsən-zadə soyadı verilmişdir. İş matеriallarında olan, Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, Həsən-zadə Mənsur Fətulla oğlu xx xxxxxx 2014-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2014-cü ilin dekabr ayının 26 günündə 563 № ilə qeyd edilmişdir. İş matеriallarında olan, Bakı şəhəri 46 saylı notariat kontoru tərəfindən verilmiş Reyestrdə 2V/42 № ilə qeyd edilmiş xx xxxx 2015-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, xx xxxxxx 2014-cü ildə vəfat etmiş Həsən-zadə Mənsur Fətulla oğlunun vərəsəsi - ünvan 2 ünvanında qeydiyyatda olan arvadı İddiaçı qzı miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras AC № 007124 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2010 olan “Chevrolet Aveo” minik markalı, 90XS750 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş matеriallarında olan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-170/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qətnamənin kserosurətindən görünür ki, iddiaçı Həsənov Murad Nahid oğlunun cavabdehlər Həsən-zadə Mənsur Fətulla oğlu, İddiaçı, Həsən-zadə Rüfət Mənsur oğlu və Həsən-zadə Könül Mənsur qızının qarşı “Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr Döngəsi, 11 saylı evə köçürülmə” tələbinə dair iddiası təmin edilməmişdir. İş matеriallarında olan, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4678/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qərarının kserosurətindən görünür ki, iddiaçı Həsənov Murad Nahid oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3017/2015 saylı, xx xxx 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı Həsənov Murad Nahid oğlunun cavabdehlər Həsən-zadə Mənsur Fətulla oğlu, İddiaçı, Həsən-zadə Rüfət Mənsur oğlu və Həsən-zadə Könül Mənsur qızına qarşı “Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr Döngəsi, 11 saylı evə köçürülmə” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxx 2015-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətinaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş matеriallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsində yerləşən 11 saylı evi paylı mülkiyyət hüququ üzrə 1/8 hissəsi X11, 1/8 hissəsi X5, 1/8 hissəsi, 1/8 hissəsi Quliyeva Şərabani xanımın, 4/8 hissəsi X8, xx.xx.2017-ci il tarixdən 1/8 hissəsi İddiaçı mülkiyyətindədir. İş matеriallarında olan, Bakı şəhəri 46 saylı notariat ofisi tərəfindən İddiaçı nümayəndəsi Vəkil1 ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixdə atası X2 miras qalmış Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, ev 11 ünvanında yerləşən fərdi yaşayış evinin 1/8 hissəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 46 saylı notariat ofisinə ərizə ilə müraciət etmişdir. Həmin ərizə əsasında X5 adına vərəsəlik işi açılmışdır (vərəsəlik işinin açılmasına əsas Cavabdeh1 miras açılan gündən göstərilən ünvanda pasport qeydiyyatında olmasıdır). Müraciət edənlərin ərizələrindən belə aydın olur ki, X2 miras qalmış Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, ev 11 ünvanında yerləşən fərdi yaşayış evinin 1/8 hissəsinə dair mübahisə vardır. Qeyd edilən səbəbdən S.Həsənzadəyə irsi transmissiya üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyil. İş matеriallarında olan, 2K“H”-241 №-li, xx xxxxxx 1982-ci il tarixli vərəsəlik işindən görünür ki, X15 və X7 miras qoyan X16 nəvələridir (X20 nəvələri - X15 və X7 ata xətti üzrə babalarıdır), Həsənov Məlik-Məmməd Ağa oğlu və X21 doğma qardaşdılar. Bibirinci instansiya məhkəməsi belə nəticəyə glmişdir ki, miras qoyan X3 miras qalmış əmlakın onun birinci növbəli vərəsələri tərəfindən nə formal üsulla, nə də ki, qeyriformal üsulla qəbul edilməsi müəyyən edilmədiyindən, əksinə həmin əmlakda miras açılan vaxtdan iddiaçının və onun ailəsinin yaşaması və həmin əmlakı idarə etməsi müəyyən edildiyindən, iddiaçı həmin əmlaka vərəsəlik hüquqlarının tanınmasını tələb etməkdə tam haqlı hesab edilməlidir. Belə ki, iddiaçı miras qoyana münasibətdə vərəsə hesab edilməsə də, onun həyat yoldaşı miras qoyanın əmisi oğlu olmuşdur. İddiaçı isə həyat yoldaşına münasibətdə onun birinci növbəli vərəsəsi hesab olunur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) miras qoyanın birinci növbəli vərəsələri hesab olunur. Həmin Məcəllənin 1159.5-ci maddəsinə əsasən beşinci növbədə vərəsələr - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları sayılırlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının həyat yoldaşı Həsən-zadə Mənsur Fətulla oğlu xx xxxxxx 2014-cü ildə vəfat etmiş və vəfat edən vaxta qədər mübahisəli miras əmlakda yaşamışdır. Miras qoyan Nadir Həsənov xx.xx.2006-ci il tarixdə vəfat edən vaxt iddiaçının həyat yoldaşı əmisi oğlu X3 miras qalmış əmlakı faktiki qəbul etmiş və həmin əmlakı idarə etmişdir. X34-zadə əmisi oğlu Nadir Həsənovdan miras qalmış əmlakı qeyri-formal üsulla (faktiki) qəbul etsə də, onu öz adına rəsmiləşdirməmiş vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçının həyat yoldaşı miras açıldıqdan sonra orada yaşasa da və mirası faktiki qəbul etsə də, həmin əmlakı öz adına rəsmiləşdirməmiş, yəni faktiki olaraq miras əmlakı qəbul etməmiş vəfat etmişdir. Belə olan halda miras qoyan - Nadir Həsənovdan qalmış miras əmlakı almaq hüququ İddiaçı keçmişdir. Miras qoyanın ölümündən sonra mübahisəli əmlak iddiaçıdan başqa heç bir növbə vərəsə tərəfindən nə formal, nə qeyri-formal üsulla qəbul edilməmişdir və həmin əmlak miras qoyanın ölümündən sonra yalnız iddiaçının ailəsinin idarəçiliyindən olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü madəsinə əsasən: 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının miras əmlakı transmissiya qaydasında qəbul etdiyi iş üzrə təqdim edilmiş sübutlarla öz təsdiqini tapdığı üçün, onun həmin əmlakı qəbul edilməsi faktı müəyyən edilməli və həmin əmlaka vərəsəlik hüquqları tanınmalı olduğu nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki Cavabdeh1 apelyasiya şikayətində qeyd etdikləri hallarla bağlı hər hansı mötəbər sübutu apelyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında iştirak edərək bunu təsdiq edən hər hansı bir mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllnin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Bundan başqa Cavabdeh1 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Odur ki, məhkəmə kоllegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh1 apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2125/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, Cavabdeh1 apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2125/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2665/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2665/2021
09.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver