Məhkəmə qərarları › İş №2(103)-2665/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2665/2022

07.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2665/2022 07.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2564/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 Əfrasiyab oğluna və Cavabdeh1 qarşı “mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onun Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, 9 saylı evin, 21 saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında ümumi sahəsi 43,51 kv.m. olan iki otaqlı mənzildə qeydiyyatdadır, həmin mənzil xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. 2019-cu ilin avqust ayında mənzil qonşusu Cavabdeh2 və oğlu Cavabdeh1 tərəfindən ələ keçirildi. Ona birbaşa dedilər ki, sözügedən mənzil qanuni olaraq onların adına yazılıb və geri qaytarılmasını istəməyini məsləhət görməyiblər. Mənzilin ələ keçirilməsinə əlavə, mənzildən bütün əmlakı, əmanətləri, habelə bu mənzilə aid sənədlərinin oğurlandığını aşkar etmişdi. Bununla əlaqədar olaraq, 2019-cu ilin oktyabr ayında Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə müraciət emiş, orada polis kapitanı Emin Quliyev onu qəbul etmiş və oğurlanma faktı ilə bağlı protokol tərtib etmiş, lakin nüsxəsini ona verməmişdir. Beləliklə, istintaq orqanı şikayətinə mahiyyəti üzrə baxmamış, əməliyyat-axtarış tədbirləri həyata keçirməmiş, mənzil üçün sənədlər tələb etməmiş və yazılı müraciətinə lazımi cavab verməmişdi. Mənzil üçün satış nüsxəsini almaq üçün “ASAN xidmət” müraciət etmiş, lakin mühəndis mənzilə girib onu yoxlamaq istəyəndə içəri buraxılmamış, odur ki, sənədin dublikatını ala bilməmişdir. Qonşusu Cavabdeh2 və oğlu Cavabdeh1 mənzildə onun razılığı olmadan təmir işləri aparmış, onların dediklərinə görə, təmir 10 min manata başa gəlmişdir. Yuxarıda göstərilən şəxslərin qanunsuz hərəkətləri ilə əlaqədar olaraq evsiz həyat tərzi keçirir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2564/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh2 Əfrasiyab oğlunun və Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, 9 saylı evin, 21 saylı mənzilindən çıxarılmaları, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, 9 sayli evin, 21 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2564/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qətnamə qanunsuz və əsassızdır. 2019-cu ilin avqust ayında iddiaçı özü ona və digər cavabdeh atası Ramizlə ünsiyyətə girərək mənzili satmaq istədiyini bildirmiş, ona mənzili almaq üçün pullarının yetərli olmamasını, hissə-hissə ödəməklə mənzili ala biləcəklərini bildirmişlər. Mübahisəli mənzil İddiaçı tərəfindən 60.000 manata qiymətləndirilmiş, mənzlinin müvəqqəti olaraq iddiaçının mülkiyyətində qalmaqda davam etməklə, həmin mənzili tərk edəcəyi, mənzilin onlar tərəfindən təmizlənəcəyi, ilkin olaraq iddiaçıya 5000 manat pul verilməklə mənzili tam təmir etdikdən sonra çəkilmiş xərcləri ümumi qiymətdən çıxılaraq qalan məbləği iddiaçıya ödədikdən sonra mənzili adına rəsmiləşdirəcəyi barədə razılığa gəlmiş, razılaşdığı kimi iddiaçıya 5000 manat nəğd pul ödədikdən sonra, mənzili təmizləyib təmir etdirmişlər. Lakin, mənzilin təmirini başa çatdırdıqdan sonra İddiaçı peşman olduğunu, mənzlin qiymətini bahalaşdırdığını bildirdikdə aralarında bununla bağlı narazılıqlar yarandığından ondan verdikləri 5000 manat nəğd pulu və mənzilin təmiri ilə bağlı xərclərini istəslərdə də iddiaçı bundan imtina etmişdi. Beləliklə, iddiaçı ilə aralarında olan razılaşmaya əməl etsələr də, iddiaçı öz öhdəliyini yerinə yetirməmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2564/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın baxılmamış saxlanılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən iddiaçı Şəlalə Tağıyevanın iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin 12 aprel 2022-ci il tarixdə keşirilmiş iclasında, Cavabdeh2 Əfrasiyab oğlu Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2564/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2564/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh1 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsində yerləşən, 9 saylı evin, 21 saylı mənzili İddiaçı məxsusdur, lakin hazırda həmin ünvanda cavabdehlər Cavabdeh2 Əfrasiyab oğlu və Cavabdeh1 yaşayır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 Əfrasiyab oğlu və Cavabdeh1 mübahisəli mənzildən çıxarılmalı, iddiaçı həmin mənzilə köçürülməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası İddiaçı izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Seriya MH № 090960 saylı Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Baki şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsindəki 9 №-li yaşayış evinin, 21 saylı mənzili tam payda İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə Reyestr kitabında 04.07.1997-ci il tarixdə 30/123221 nömrəli qeydiyyat aparılmışdır.(İ.vər. 53) İş materiallarında olan, 021 nömrəli şəxsi hesab vəsiqəsinin surətindən görünür ki, İddiaçı 03.03.1988-ci il tarixdə Baki şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsindəki, 9 saylı evin 43,54 km sahəsi olan, 2 otaqdan ibarət 21 saylı mənzilində qeydiyyata alınmışdır.(İ.vər. 9) İş materiallarında olan, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommünal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı MKTB-nin 25 saylı MKİS tərəfindən verilmiş 179 saylı,09.09.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Baki şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, 9 saylı evin, 21 saylı mənzildə qeydiyyatdadır. MH 090960 saylı 01.07.1997-ci il tarixli çıxarışa əsasən mənzil İddiaçı məxsusdur.(İ.vər. 10) İş materiallarında olan, Bakı şəhəri, Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 11 fevral 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, araşdırma zamanı X2 ərizə və izahatlarında göstərdiyi xüsussatlar yoxlanılmış və müəyyən edilmişdir ki, X3 məxsus yaşayış olmayan və baxımsız vəziyyətdə qalmış ünvan 1 ünvana onun qonşusu Cavabdeh1 tərəfindən qanunsuz daxil olma faktı aşkar edilməmişdir. Tərəflər arasında rəsmi də olmasa, şifahi danışıq olmuşdur ki, X4 mənzili qonşusu Cavabdeh1 satacaq. Həmin mənzildən göstərilən məbləğdə pulların və ya qızıl-zinyət əşyalarının oğurlanması faktını sübuta yetirmək üçün isə kifayət qədər sübutlar olmamışdır. Bundan başqa X2 sözügedən mənzili qonşusu Cavabdeh1 almaq barədə olan tələbinin məhkəmə səlahiyyətlərinə aid olmasını nəzərə alaraq, yəni cinayət işinin başlanmasına əsasın olmadığını nəzərə alaraq material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı tələbi ilə əlaqədar mülki mübahisələrin həlli üçün Azərbaycan Respublikası MPM-nin 25-ci maddəsinə əsasən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır.(İ.vər. 23 - 25) Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. “Mançini İtaliyaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçinin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı Qərarında Məhkəmə qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzil Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Seriya MH № 090960 saylı Qeydiyyat vəsiqəsinə əsasən İddiaçı xüsusi mülkiyyətindədir, lakin iddiaçı həmin mənzilə cavabdehlər Cavabdeh2 Əfrasiyab oğlu və Cavabdeh1 tərəfindən buraxılmır. Hazırda isə İddiaçı başqa yaşayış sahəsi olmamaqla xüsusi mülkiyyətində olduğu həmin evə köçürülməsi barədə tələblə çıxış etməsini birinci instansiya məhkəməsi qanuni və əsaslı hesab etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası Cavabdeh1 apelyasiya şikayətinin dəyərini hissəhissə ödəməklə mənzili iddiaçıdan ala biləcəkləri barədə razılaşdıqlarını, ilkin olaraq iddiaçıya 5000 manat pul verilməklə mənzili tam təmir etdikdən sonra çəkilmiş xərcləri ümumi qiymətdən çıxılaraq qalan məbləği iddiaçıya ödədikdən sonra mənzili adına rəsmiləşdirəcəyi barədə razılığa gəlməsi, razılaşdığı kimi iddiaçıya 5000 manat nəğd pul ödədikdən sonra, mənzili təmizləyib təmir etdirməsi, lakin, mənzilin təmirini başa çatdırdıqdan sonra İddiaçı peşman olduğunu, mənzlin qiymətini bahalaşdırdığını bildirdikdə aralarında bununla bağlı narazılıqlar yarandığından ondan verdikləri 5000 manat nəğd pulu və mənzilin təmiri ilə bağlı xərclərini istəslərdə də iddiaçının bundan imtina etməsi, birinci nstansiya məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, sübutların tam və obyektiv qiymətləndirməməsi, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməsi barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh apelyasiya şikayətində qeyd edilənləri təsdiq edən sübutları apelyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında iştirak edərək bunu əsaslandıran hər hansı bir mötəbər sübutu məhkəmə kollegiyasına təqdim еtməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası Cavabdeh1 apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2564/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, Cavabdeh1 apеlyasiya şikayəti isə təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2564/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar