Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(103)-2665/2025 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh İsmayıl oğlunun apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Quliyev) iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh İsmayıl oğluna qarşı mənzilin boşaldılaraq təhvil verilməsi barədə iddia tələbinin təmin edilərək ünvan 1 ünvanında yerləşən ** nömrəli mənzilin cavabdeh Cavabdeh İsmayıl oğlu tərəfindən boşaldılması, bütün əşyaları çıxarılmaqla boşaldılmış vəziyyətdə iddiaçı İddiaçı ASC-yə təhvil verilməsi; cavabdeh Cavabdeh İsmayıl oğlundan dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh Cavabdeh İsmayıl oğlu (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia tələbinin təmin olunmamasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2025-ci il tarixli qərardadı ilə cavabdeh Cavabdeh İsmayıl oğlunun nümayəndəsi və vəkili Vəkil vəsatəti təmin edilmiş və hazırki mülki işin icraatı iddiaçı Cavabdeh İsmayıl oğlunun cavabdeh “xxxx” MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olmuş *(***)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-****/**** saylı, ## #### 2026-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İsmayıl oğlunun Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilmiş və mülki iş üzrə apellyasiya icraatına xitam verilmişdir. Qərardad qanuni qüvvəsini almışdır. Bundan sonra, hazırki mülki iş üzrə icraat təzələnmişdir. Mülki iş üzrə elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilən cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş ərizədə apellyasiya şikayətindən imtina etməsi nəzərə alınaraq qaytarılması xahiş edilib. İddiaçı İddiaçı ASC tərəfindən təqdim edilmiş ərizədə isə cavabdehin apellyasiya şikayətindən imtinasının qəbul edilib iş üzrə apellyasiya icraatına xitam verilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh Cavabdeh İsmayıl oğlunun apellyasiya şikayətindən imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 369, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı : Cavabdeh Cavabdeh İsmayıl oğlu tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə mülki iş üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2665/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2665/2025
27.07.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver