Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2667/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İlk İddiaçı nümayəndəsi X2, Qarşılıqlı iddiaçı Cavabdeh iştirakı ilə, İlk iddiaçı İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi, icarə münasibətlərinə xitam verilməsi və icarə obyektindən çıxarılma tələbinə dair ilk, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı sahibkarlıq obyektinin müqavilədə göstərilən son müddətə qədər qanunsuz istifadədən alınıb təhvil verilməsi və s. tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(009)-112/20 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İlk İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi, icarə münasibətlərinə xitam verilməsi və icarə obyektindən çıxarılma tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqiləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayonu Əlibəyov Qardaşları, 33 ünvanında yerləşən fərdi yaşayış evinin icarəyə verilməsinə dair xx xxxxxx 2016-cı il tarixində Bakı şəhəri 2 saylı Notariat kontorunda 3M-191 reyestr nömrəsi ilə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi, Cavabdeh mübahisəli icarə obyektindən çıxarılması, xx xxxxx 2018-ci il tarixdən xx xxxx 2019-cu il tarixinədək olan müddətdə icarə müqaviləsi üzrə cavabdeh tərəfindən ödənilməli olan 36400 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 36430 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı və X1 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçılə onun arasında Bakı şəhəri 2 saylı Notariat ofisində xx.xx.2016-cı il tarixdə bağlanmış, 3M-191 reyestr nömrəsi ilə qeydə alınmış icarə müqaviləsi əsasında icarəyə götürdüyü ünvan 2 ünvanında yerləşən, onun qanuni istifadəsində olmuş və onun böyük məbləğdə xərc çəkib “Bayıl İnn” mehmanxanası kimi işlətdiyi fərdi yaşayış evinin müqavilədə göstərilən son müddətə qədər işlətməyi üçün cavabdehlərin qanunsuz istifadəsindən alınıb ona təhvil verilməsi və mülkiyyətdən istifadə hüququnun bərpa edilməsi, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Ə.İddiaçı tərəfindən öz qanunsuz hərəkətləri ilə ona vurduqları maddi ziyanın---60000 manat pulun və onun qanuni sahibkarlıq fəaliyyətini davam etdirə bilmədiyinə və 02 ay 20 gün müddətində xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək işsiz qaldığına görə məhrum olduğu qazancın məbləğinin---21000 manat pulun və ödədiyi 30 manat dövlət rüsumunun, cəmi 81030 manat pulun onlardan alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(009)-112/20 saylı qərardadı ilə iş üzrə icraata X1 aid hissədə xitam verilmiş və Cavabdeh ayrıca iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(009)-112/20 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında qarşılıqlı iddiaçı şikayətin təmin edilməsini, ilk iddiaçının nümayəndəsi isə şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(009)-112/20 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Həmin Məcəllənin 156.1.1-ci maddəsinə əsasən qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə, hakim qarşılıqlı iddianı qəbul edir. Bundan əlavə, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli Qərarında qeyd olunur ki, qarşılıqlı iddia irəli sürmək hüququna yalnız ilkin iddia üzrə cavabdeh malikdir. Qarşılıqlı iddia yalnız ilkin iddianı irəli sürmüş şəxsə - iddiaçıya qarşı irəli sürülə bilər. Qarşılıqlı iddia prosesdə müəyyən marağı olan üçüncü şəxsə, prokurora və ya dövlət orqanına qarşı irəli sürülə bilməz. Əgər işdə bir neçə cavabdeh çıxış edirsə qarşılıqlı iddianın cavabdehlərdən biri və ya bir neçəsi (müştərək qarşılıqlı iddia) tərəfindən irəli sürülməsi mümkündür. Beləliklə, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia tələbini ilkin iddianı irəli sürmüş şəxslə yanaşı X1 qarşı irəli sürdüyünə görə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi X1 qarşı hissədə mülki işin icraatına xitam verməkdə haqlı olmuşdur. Şikayətin dəlillərinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə göstərilən hallar yuxarıda qeyd olunanlara əsasən qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155, 156, 261, 398-400, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh şikayəti təmin edilməsin. Mülki işin icraatına hissəvi xitam verilməsi haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(009)-112/20 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2667/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2667/2021
03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver