Məhkəmə qərarları › İş №2(103)-2668/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2668/2022

03.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2668/2022 03.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair ilk, ilkin iddia üzrə Cavabdeh2 ilkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı əmlakın miras əmlak sayılması və miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3835/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçılar və onların vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum ataları X1 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsində yerləşən ümumi sahəsi 61,6 kv.m olan 2 otaqlı 27 saylı evin, 15 saylı mənzili və “Qaz 2705” yük markalı **-MB-*** dövlət qeydiyyat nişanlı, “Zaz Slavuta 110307" markalı 90- LD-194 dövlət qeydiyyat nişanlı və “Ford Transit” yük markalı **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrindən ibarət miras əmlakın iddiaçılar tərəfindən faktiki qəbul edilməsi və qanun üzrə vərəsə kimi paylarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh2 ilkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı əmlakın miras əmlak sayılması və miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2 mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 11 kv.m olan 1 otaqlı 15 saylı mənzilin 1/2 hissəsi, "QAZ-2705 yük” markalı **-MB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, “ZAS Slavuta 110307" markalı **- LD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “Ford Tranzit yük” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi miras əmlak kimi sayılması barədə, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 11 kv.m. olan 1 otaqlı 15 saylı mənzilin 4/5 hissəsinə, “QAZ-2705 yük” markalı **-MB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 2/5 hissəsinə, “ZAS Slavuta 110307” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 4/5 hissəsinə, “Ford Tranzit yük” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 4/5 hissəsinə vərəsə kimi payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3835/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia və qarşılıqlı iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 11 kv.m. olan 1 otaqlı 15 saylı mənzilin 1/2 hissəsi, “ZAS Slavuta 110307” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsi, “Ford Tranzit yük” markalı **-OF- *** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinə və “QAZ- 2705 yük" markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilə X4, Cavabdeh2, İddiaçı1, İddiaçı2 və İddiaçı3 bərabər paylarla miras əmlaka pay hüquqlarının tanınması, qalan hissədə iddiaların təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar və onların vəkili Nümayəndə apellyasiya şikayəti verərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3835/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar və onların vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3835/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçılar və onların vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti 19.12.2021-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəmənin elektron informasiya sisteminə daxil edilmişdir. Lakin apellyasiya şikayəti yeni qüvvəyə minmiş MPM-nin normalarının tələblərinə cavab vermir. Belə ki, oktyabrın 1-dən qüvvəyə minmiş MPM-nin 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). MPM-ə 2 saylı Əlavəsinə əsasən apellyasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Lakin, apellyatorlar tərəfindən verilmiş apellyasiya şikayətində mübahisələndirilən qətnamədə düzgün tətbiq edilmədiyi iddia edilən maddi hüquq normaları ilə prosessual hüquq normaları eynidir. Belə olduğu təqdirdə isə, şikayətdə prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyi və pozuntuların nədən ibarət olduğuna dair mövqe aydın şəkildə göstərilməmişdir. Odur ki, MPM-nin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-nin 366.1-ci və 366.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3835/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçılar və onların vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar