Məhkəmə qərarları › İş №2(103)-2669/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2669/2023

17.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2669/2023 17.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Nəbiyeva (Şirəliyeva) Gülşən Müsavər qızına qarşı mənzilin boşaldılması və mənzildən çıxarılma tələbinə dair iddiası; Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Nəbiyeva Sənubər Əlifağa qızının İddiaçı qarşı pul tələbinə dair iddiası barədə mülki iş (Açar sözlər: əsassız varlanma, əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi, sübutetmə yükü) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və X7 ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Nəbiyeva Sənubər Əlifağa qızının və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-80/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış 04 sentyabr 2009-cu il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 2-ci yaşayış binasının A blokunda, 14-cü mərtəbəsində, 36 saylı mənzil İddiaçı satılmış, satış qiyməti isə 104.400 ABŞ dolları müəyyən edilmişdir.

2. İddiaçı qardaşı X24 ilə Şirəliyeva (Nəbiyeva) Gülşən Müsavər qızı 25 iyun 2010-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikah dövründə sözügedən mənzildə yaşamışlar. Tərəflər 2018-ci ildən faktiki ayrılmaqla, X24 həmin evi tərk etmiş, Şirəliyeva (Nəbiyeva) Gülşən Müsavər qızı isə həmin evdə yaşamağa davam etmişdir.

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli qətnaməsi ilə X24 ilə Şirəliyeva (Nəbiyeva) Gülşən Müsavər qızı arasında bağlanmış nikah pozulmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı cavabdeh Nəbiyeva (Şirəliyeva) Gülşən Müsavər qızına qarşı “mənzilin boşaldılması və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və qızı X8 ona və ailəsinə məxsus olan, ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması, cavabdeh və qızına aid əşyaların və əmlakların mənzilindən çıxarmaqla mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiada göstərilir ki, Bakı şəhəri, Xətai rayonu Ələddin Quliyev küç.,1130-cu məhəllədə inşa edilmiş 2 saylı binanın 14-cü mərtəbəsində yerləşən 4 (dörd) otaqdan ibarət olan 36 saylı mənzil ona və ailəsinə məxsusdur. Həmin mənzili o, xx.xx.2009-cu ildə "xxxx" MTK-nın sədri X35 ilə 131\R saylı müqavilə bağlamaqla və dəyərini tam ödəməklə əldə etmişdir. Həmin mənzilin əldə olunması üçün o, "xxxx" MTK-ya mənzilin hər bir kv. metri 600 (altı yüz) ABŞ dolları olmaqla, cəmi 104.400 ABŞ dolları məbləğində pul ödəmişdir. Qeyd olunan mənzili o və ailəsi öz şəxsi vəsaitləri hesabına əldə etmişlər. Cavabdeh və ailəsi həmin mənzilin əldə olunması üçün hər hansı məbləğdə pul verməmiş və hər hansı vəsait xərcləməmişdir. Cavabdeh qardaşı X1 arvadıdır. X30 cavabdehlə xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan onların 1 (bir) uşaqları - xx.xx.2013-cü ildə qızları X18 anadan olmuşdur. X31 cavabdehlə ailə həyatı quran zaman onların yaşamağa öz mənzilləri olmadığına görə kirayədə yaşamasınlar deyə o, həyat yoldaşının razılığı ilə ona və ailələrinə məxsus olan, Bakı şəhəri Xətai rayonu Ələddin Quliyev küç., 1130-cu məhəllədə inşa edilmiş 2 saylı binanın 14-cü mərtəbəsində yerləşən 4 (dörd) otaqdan ibarət olan 36 saylı mənzillərini müvəqqəti olaraq yaşamaq üçün onlara vermişlər. Mənzili X30 və ailəsinə müvəqqəti yaşamaq üçün verməklə o, ailəsi ilə onlara bu şəkildə kömək etmək istəmişlər. Məqsədləri o olmuşdur ki, qardaşıgil başqalarının qapısında kirayədə yaşamasınlar, kirayəyə verdikləri pulu da yığıb özlərinə ev və ya mənzil alsınlar. Onların də köməkləri bu şəkildə dəysin. Lakin aradan keçən bu müddət ərzində onlar hələ də özlərinə ev ala bilməmişlər. Cavabdeh ilə X30in ailə münasibətləri son 3 (üç) ilə kimi, yəni 2016-cı ilin əvvəllərinə kimi nisbətən normal olmuşdur. 2016-cı ildən başlayaraq cavabdehlə qardaşı Bəhruzun ailə münasibətləri pozulmağa başlamışdır. Səbəb isə cavabdehin qardaşı Bəhruzu eşitməməsi, ona bir ər kimi hörmət qoymaması, onu saymaması, yersiz iddialar irəli sürməsi, öz istədiyini və bildiyini etməsi və s. olmuşdur. Bu səbəbdən də tez-tez onların ailələrində mübahisələr, söz-söhbətlər və münaqişələr baş vermiş, ailə münasibətləri getdikcə kəskinləşmiş və ailə münasibətlərində ciddi soyuqluq yaranmışdır. Bu üç il ərzində həmişə qardaşı və ailəsi çox çalışmşlar ki, qardaşı və cavabdeh arasında ailə münasibətləri pozulmasın və ailələri dağılmasın. Ancaq cavabdehin ailə məsuliyyətini dərindən dərk etməməsi səbəbindən yaxşılığa doğru heç bir şey baş verməmişdir. Onların bütün səylərinə baxmayaraq qardaşı Bəhruzun cavabdehlə olan ailə münasibətləri getdikcə daha da kəskinləşmiş və pisləşərək dözülməz həddə gəlib çatmışdır. Artıq bir yerdə yaşamaq mümkün olmadığına görə qardaşı Bəhruzla cavabdeh 2018-ci ilin sentyabr ayında faktiki olaraq ayrılmış və o vaxtdan müxtəlif ünvanlarda yaşamağa başlamışlar. Qardaşı Bəhruz başqa ünvanda, Cavabdeh isə qızları Leyla ilə əvvəlki kimi ona və ailəsinə məxsus, onlara müvəqqəti yaşamaq üçün verdikləri 36 saylı mənzildə qalaraq indiyə kimi orada yaşayırlar. Artıq cavabdehlə bir yerdə yaşamalarının mümkün olmadığını görən qardaşı Bəhruz nikahlarının ləğv olunması üçün Bakı şəhəri Nizami rayon məhkəməsinə ərizə ilə müraciət etmiş və Nizami rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-3875/2018 saylı qətnaməsi ilə onların nikahları ləğv edilmiş, qızları Lalə cavabdehin yanında saxlanılmışdır. O, indiyə kimi dəfələrlə cavabdehdən ona və ailəsinə məxsus olan ünvan 2 ünvanında yerləşən mənzillərini boşaltmağı və mənzildən çıxmasını tələb və xahiş etsə də, cavabdeh onu eşitmir, mənzillərindən çıxmır və çıxmaq istəmir. Cavabdeh qardaşı Bəhruz ondan boşandığına görə bu yolla onlardan qisas almaq istəyir. Cavabdeh ona və ailəsinə məxsus olan, müvəqqəti yaşamaq üçün ona və X30ə verdiyikləri Bakı şəhəri Xətai rayonu Ələddin Quliyev küç.,1130-cu məhəllə,bina 2-də yerləşən 36 saylı mənzilində heç bir hüquq və aidiyyəti yoxdur. Mənzildə köçüb yaşamağa başlayandan indiyə kimi Cavabdeh və ailəsinin ona və ailəsinə ziyanlarından başqa heç bir xeyrləri dəyməmişdir. Belə ki, onlar mənzildə yaşadıqları vaxtdan indiyə kimi 36 saylı mənzilin bütün kommunal xərclərini və vergiləri də o və ailəsi ödəmişdir. Bu yolla da o və ailəsi onlara kömək etmək istəmişlər. Bütün bu qədər yaxşılığın əvəzini cavabdeh ona və ailəsinə bu gün belə verir. Bir daha qeyd edib bildirir ki, Cavabdeh Miisavər qızı ona və ailəsinə məxsus olan 36 saylı mənzili boşaldıb oradan çıxmamaqla onun və ailəsinin hüquqlarını və qanuni mənafeyini ciddi şəkildə pozur. Onun bu hərəkətləri tam qanunsuzluqdur. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Nəbiyeva Sənubər Əlifağa qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə "xxxx" MTK arasında Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 2-ci yaşayış binasının A blokunda, 14-cü mərtəbəsində, 172 kv.m, 4 otaqli, 36 saylı mənzilə dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 2-ci yaşayış binasının A blokunda, 14-cü mərtəbəsində, 172 kv.m, 4 otaqli, 36 saylı mənzilə dair Nəbiyeva Sənubər Əlifağa qızı ilə "xxxx" MTK arasında yeni müqavilə bağlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Üçüncü şəxs tələbini onunla əsaslandırmışdır ki, qızı Gülşən 2008-ci ildə Bəhruz Şirəliyev ilə nişanlanıb. Onların maddi durumları yaxşı idi. X32 maddi durumu aşağı idi. Buna baxmayaraq, bir-birilərini üzun müddətdir tanıdıqlarına və sevdiklərinə görə qızının ürəyini qırmayıb Gülşəni həmin oğlana vermişlər. 2 il nişanlılıq müddətində oğlanın maddi durumu ev almağa uyğun olmadığı üçün qızına ev axtarmağa başlamışdır. Axtarışlar nəticəsində "xxxx" MTK-nı məsləhət görmüşlər. Həm qiymət baxımından uyğun olduğu üçün, həm də öz evinə yaxın ərazidə yerləşdiyi üçün o, "xxxx" MTK-dan ev almaq qərarına gəlmişdir. 104 000 (yüz dörd min) ABŞ dolları (45 000 əlbəəl olmaqla) banka pul ödəyərək evi almışdır. Ödəniş etdikdən sonra onlar müqaviləni hazırlamışlar. Həmin vaxt yanında Bəhruz Şirəliyev və onun bacısı İddiaçı da olub. Onun xəbəri olmadan Bəhruz Şirəliyev müqaviləyə öz bacısının adını yazdırmışdır. Müqaviləyə isə o, özü imza atmışdır. Lakin oradakı qarışıqlıq səbəbindən müqavilədə yazılan ada fikir verməmişdir. Aldığı evin təmirinə 70 000 (yetmiş min) manat xərcləmişdir. Evdə işləyən ustaların hamısı buna şahiddirlər. Bütün otaqlara televizor, kondisioner, mebel və italian qapılar qoymuşdur. Toydan sonra yoldaşı oğlana Volksvagen markalı avtomobil hədiyyə etdi. 3 il sonra daha bir Hyundai Grandeur markalı avtomobil hədiyyə etmişdir. Hal-hazırda avtomobil onun həyətindədir. Toylarından iki il sonra övladları olmadığı üçün Almaniyanın Köln şəhərində və Türkiyənin İstanbul şəhərində müalicə etdirmişdir. Bütün bu xərclərin hamısını onlar ödəmişlər. Bir müddət sonra onların bir qız övladı Leyla Şirəliyeva dünyaya gəlmişdir. Uşağın bir ayından sonra sağlamlığında problem olduğu üçün uşağı Almaniyaya əmiyyata aparmışlar. Əməliyyat xərcləri onlar tərəfindən ödənilmişdir. Evlilik müddəti ərzində qızı Vergilər Nazirliyində işləyirdi və maaşı oğlanın maaşından dörd qat üstün idi. Leyla Şirəliyeva iki yaş yarımından 600 manatlıq bağçaya gedib, indi də hal-hazırda 600 manatlıq məktəbdə təhsil alır. Bu günə qədər 14 000 (on dörd min) manat bağçaya, 4000 (dörd min) manat ödəniş olub. Bundan əlavə, qızının ailəsinin bütün maddi çətinliklərinin hamısını onlar ödəmişlər. Bəhruz Şirəliyev və ailəsinin heç bir maddi köməkliyi olmamışdır. Bir müddət sonra Bəhruz Şirəliyev işdən azad edilmişdir, 4 il heç bir yerdə işləməmişdir. Hər dəfə qızından və onlardan pul tələb edirdi. Qızı ona artıq yoruldum deyib pul vermədiyinə görə boşanma ərizəsi vermişdir. Boşanmadan sonra Bəhruz Şirəliyevin bacısı Aynur tərəfindən evə qarşı iddia qaldırılmışdır ki, guya ki, ev Aynurundur. Hansı ki, ev alınanda Aynur özü Əhmədlidə Kirayə yaşıyırdı. Həmin bu iddiadan sonra onlar öyrənmişilər ki, müqavilədə Aynurun adı qeyd olunub. Lakin müqavilədəki imza onundur və ev onun tərəfindən alınıb. Bunu evi satan şəxs və "xxxx" MTK da bilirlər.

8. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Nəbiyeva Sənubər Əlifağa qızı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək göstərmişdir ki, mübahisəli mənzil sahəsi tərəfindən 104 400 ABŞ dolları və 45.000 AZN ödənilməklə "xxxx" MTK-dan alınmışdır. Müqavilədə və maliyyə arayışında yalnız 104 400 ABŞ dolları göstərilsə də, həmin məbləğdən başqa 45.000 AZN pulu o, əlbəəl ödəmişdir. Baxmayaraq ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyində müqavilədəki imzanın İddiaçı tərəfindən imzalanması göstərilmişdir, faktiki olaraq müqavilə onun tərəfindən imzalanmışdır, ən əsası isə müqavilədə göstərilmiş mənzilin dəyəri şəxsən onun tərəfindən ödənilmişdir. Məhkəməyə dəvət edilmiş şahidlərin ifadələri ilə həmin hallar tam təsdiq olunur. Təsəvvür edin ki, İddiaçı indiyədək ailəsi ilə kirayələrdə yaşadığı halda, onun qızına o cür bahalıqda, 4 otaqlı mənzil aldığını iddia edir. Hansı ki, bu, absurd bir haldır. Müqavilədəki imzanın onun tərəfindən edildiyini digər qaydada təsdiqləyə bilməsə də, mənzilin dəyər məbləğini ödədiyini, mənzilin təmirinə 70.000 manatdan artıq pul xərclədiyini və zəruri, bahalı mebel və digər zəruri əşyalarla təchiz etdiyini təsdiq edən mötəbər sübutlara malikdir. Bu sübutların bir qismi artıq məhkəmədə tədqiq olunmuşdur, bir qismi isə tərəfindən yenə də təqdim ediləcəkdir. 04 sentyabr 2009- cu il tarixli müqavilənin 2-ci bəndinə əsasən mənzilin qiyməti ümumi sahəsi ilə hesablanmaqla hər bir kv.m üçun 600 ABŞ dolları, cəmi 104 400 (bir yüz dörd min dörd yüz) ABŞ dolları müəyyən edilmişdir. MTK tərəfindən verilmiş 22 fevral 2019-cu il tarixli arayışda mənzilin dəyərinin ödənildiyi qeyd edilsə də, bu dəyərin məhz İddiaçı tərəfindən ödənildiyi görünmür. Belə ki, bunun sadə bir izahı vardır ki, həmin pul onun tərəfindən ödənilmişdir. İddiaçı tərəfindən mənzilin dəyəri ödənilməmişdir və ödənilə də bilməzdi, buna onun və ailəsinin maddi imkanı heç cür yol vermirdi, qeyd etdiyi kimi onlar kirayədə yaşayan insan olmuşlar, mənzil alınan vaxt da kirayədə yaşamışlar. Mənzilin tam dəyəri və təmir xərcləri tərəfindən ödənilmiş, qızının cehizi kimi müvafiq ev əşyaları, avadanlıqları ilə təmin edilmişdir. Bütün bunlar isə məhkəmədə öz təsdiqini tapmışdır. Qızı Cavabdeh iddiası üzrə cavabdeh İddiaçı X30lə ailə münasibətləri pozulduğu üçün ayrıldıqdan sonar, Bəhruz Şirəliyev mənzili tərk edərək getmişdir, qızı ilə nəvəsi mənzildə yaşayırlar, buradan da görünür ki, Bəhruz Şirəliyev qısa vaxtda başa düşdü ki, mənzilin onunla və ya başqası (hətta bacısı İddiaçı) ilə əlaqəsi, bağlılığı yoxdur, mənzil artıq ona yad hesab olunacaq şəxsə - keçmiş qaynanası olan şəxsə, yəni ona məxsusdur, qızından ayrılıbsa mənzili də tərk etməlidir. Hesab edir ki, İddiaçı heç bir hüquqi əsas olmadan onun hesabına əmlak əldə etmiş, əsassız varlanmışdır, mənzilin tam dəyəri və təmir haqqı tərəfindən ödənildiyi halda müqavilənin onun adına bağlanmasına nail olmuş, onun əmlak itkisinin hesabına qanunsuz zənginləşmiş, varlanmışdır. Nə qədər ki, mənzil Aynur Şirəlıyevanın adına qeydiyyatdan keçmişdir, o, mənzilin ona məxsus olduğunu iddia edir, mənzili sahibinə qaytarmaq fikrində deyil, qızının və nəvəsinin mənzildən çıxarılmasını tələb edir, onda mənzilin dəyəri kimi ödədiyi pulları və təmirə çəkdiyi xərcin əvəzini ona ödəməlidir. Göstərilənlərə əsasən, 04 sentyabr 2009-cu il tarixli 131/R saylı müqavilənin predmeti olan Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 2-ci yaşayış binasının A blokunda, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 172 kv.m olan 4 otaqlı, 36 saylı mənzilinin dəyəri olan 104.400 ABŞ dolları və 45.000 AZN pul vəsaitinin onun tərəfindən ödənilməsinin, habelə mənzilin təmirinə 77.550 AZN pul sərf etməsinin hüquqi əsas olmadan İddiaçı əsassız varlanması sayılaraq, 104 400 ABŞ dolları pulun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə - Azərbaycan manatı ilə, 45.000 AZN pul məbləğinin və mənzilin alınmasından sonra təmir xərclərinə sərf etdiyi 77.550 AZN pul məbləğinin İddiaçı alınıb, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-80/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddia tələbinin qismən təmin edilərək, Şirəliyeva (Nəbiyeva) Gülşən Müsavər qızı və onunla birlikdə X8 ünvan 3 ünvanından onlara məxsus əşyaları ilə birlikdə çıxarılması, mənzilin cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi; müstəqil tələb irəli sürən 3-cü şəxs Nəbiyeva Sənubər Əlifağa qızının iddia tələbinin təmin edilərək İddiaçı 04 sentyabr 2009-cu il tarixli 131/R saylı müqavilənin predmeti olan Bakı şəhəri, Xətai rayonu Ələddin Quliyev küçəsi 1130-cu məhəllə, 2-ci yaşayış binasının A blokunda 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 172 kv.m olan 4 otaqlı 36 saylı mənzilin dəyəri olan 104.400 ABŞ dollarının məhkəmə qətnaməsinin icra edildiyi günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, 45 000 manat pul vəsaiti və mənzilin təmirinə çəkilmiş 77 550 manat məbləğində pul vəsaitinin tutularaq X10 verilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi üçüncü şəxsin iddiası üzrə mövqeyini Mülki Məcəllənin 1091-ci və 1092- ci maddələrinə istinad edərək belə əsaslandırmışdır ki, mübahisə predmeti olan mənzilin dəyəri Nəbiyeva Sənubər Əlifağa qızı tərəfindən ödənilmişdir. Məhkəmə iclasına şahid qismində çağrılmış şəxslərin verdikləri ifadələr, məhkəməyə bu qənaətə gəlməyə əsas vermişdir. Bundan başqa, şahid ifadələri ilə o da müəyyən olunmuşdur ki, evin təmiri cavabdehin valideynləri tərəfindən aparılmış və bütün təmir xərclərini də cavabdehin valideynləri ödəmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh Nəbiyeva (Şirəliyeva) Gülşən Müsavər qızının həmin mənzildə müvəqqəti yaşamaq üçün qaldığını bildiyi halda, onun valideynləri tərəfindən mənzilin təmirinə 77.550 manat pul xərclənməsi, eyni zamanda mənzilə pərdələrin, karnizlərin, çilçırağın, kondisionerlərin quraşdırılması, daimi istifadə üçün nəzərdə tutulan qapıların dəyişdirilməsi, mətbəx mebelinin sifariş edilərək mətbəxdə quraşdırılması hallarını onun həmin mənzilə müvəqqəti yaşamaq üçün köçməsini ağlabatan hesab etmir. İddiaçı da bildirdiyinə görə, mənzildəki bütün əşyalar cavabdeh Gülşən Nəbiyevaya məxsus olmuşdur. Məhkəmə hesab etmişdir ki, mənzilin alqı-satqısına dair müqavilə "xxxx" MTK ilə İddiaçı arasında bağlansa da, həmin mənzilin dəyərinin Nəbiyeva Sənubər Əlifağa qızı tərəfindən ödənilməsi, o cümlədən mənzilin təmirinə çəkilən xərclərin onun tərəfindən qarşılanması öz təsdiqini tapır.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7, 1091.1, 1091.2, 1092.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia ərizəsinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) 02 aprel 2021-ci il tarixli, 2(103)- 3077/21 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının təmin edilməsində şahid ifadələrinə əsaslanmaqda haqlı olmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 62.1-ci maddəsinə görə, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahidlərin ifadələri əsasında müəyyən olunur ki, ev İddiaçı adına olsa da, mənzilin alınması və təmir edilməsi müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən həyata keçirilmişdir. Mənzilin təmirinə sərf olunan xərclərin müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və tikinti-təmir işlərinin ümumi məbləğinin 77.555 manat olması müəyyən edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27, 1092.1, 1092.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2, 387.1-ci maddələri ilə əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

16. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməklə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-11/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər Z.Ə.Əliyev (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və İ.R.Xələfov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 aprel 2021-ci il tarixli qətnaməsi mənzilin dəyəri kimi 104.400 ABŞ dolları və 45.000 manat pul vəsaitinin tutulması barədə Nəbiyeva Sənubər Əlifağa qızının iddia tələbinə aid hissədə ləğv edilməsi və iş yeni apellyasiya baxışına göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

18. Kassasiya instansiyası məhkəməsinin qərarı onunla əsaslandırılmışdır ki, mənzilin 04 sentyabr 2009-cu il tarixli müqavilə əsasında "xxxx" MTK tərəfindən İddiaçı satılması və dəyərinin tam ödənilməsi həmin MTK-nın xx.xx.2009-cu və xx.xx.2019-cu il tarixli arayışları ilə təsdiqlənir. Eyni zamanda Sənubər Nəbiyeva həmin mənzilə dair irəli sürdüyü iddianı pul tələbinə dəyişdirdiyi üçün hazırkı işdə daşınmaz əşyaya dair tərəflər arasında mübahisə yoxdur. Belə olan halda, məhkəmə tərkibi bu qənaətə gəlmişdir ki, əşyanın aid olduğu İddiaçı, həmin mənzilin təmirinə çəkilmiş xərclər hesabına əsassız varlanmışdır. Təmir xərclərinin İddiaçı tərəfindən deyil, orada faktiki yaşayan Cavabdeh anası Sənubər Nəbiyeva tərəfindən çəkilməsinə dair dindirilmiş çoxsaylı şahid ifadələri məhkəmələr tərəfindən mötəbər sübut kimi qiymətləndirilmiş və həmin sübutlarla yaxşılaşdırmaların üçüncü şəxsin vəsaiti hesabına aparıldığı qənaətinə gəlinmişdir. Bununla yanaşı, Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 14 avqust 2020-ci il tarixli rəylə mənzildə aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 77.550 manat məbləğində olması müəyyən edilmişdir. Beləliklə, məhkəmələr İddiaçı aid mənzilin dəyərinin 77.550 manata edilmiş təmir hesabına artmasını, bununla sonuncunun varlanmasını, lakin həmin xərclərin çəkilməsinə səbəb olan əsasın sonradan aradan qalxmasını (Cavabdeh ilə Bəhruz Şirəliyev arasında olan nikahın pozulmasını) nəzərə almaqla, Mülki Məcəllənin 1091.2-ci maddəsində göstərilən əsassız varlanma qaydaları çərçivəsində qeyd edilən məbləğdə pulu İddiaçı Sənubər Nəbiyevanın xeyrinə tutmuşlar. Həmin normaya görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Odur ki, məhkəmə hesab etmişdir ki, üçüncü şəxs Sənubər Nəbiyevanın iddiası üzrə mənzilin təmirinə çəkilmiş 77.550 manat məbləğində pul vəsaitinin tutulması hissəsində kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Bununla belə məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmələr mənzilin dəyəri kimi tələb olunan 104.400 ABŞ dolları və 45 000 manat pul vəsaitinin İddiaçı tutulması hissəsində hüquq normalarını düzgün tətbiq etməmişlər. Həmin iddianın düzgün həlli üçün əvvəlcə tərəflər arasında mübahisəli hallar, habelə tələbin xarakteri nəzərə alınmaqla sübutetmə yükü düzgün müəyyən edilməli, sonra isə təqdim olunmuş sübutlar müvafiq qaydada araşdırılmalı və qiymətləndirilməlidir. Hazırkı işdə mənzilin alınması üçün ödənilən pul vəsaitinin tutulmasını Sənubər Nəbiyeva tələb etdiyi üçün həmin vəsaiti özünün verməsini sübuta yetirmək vəzifəsi ona aiddir. Buna baxmayaraq məhkəmələr həmin iddia üzrə mübahisəli hal(lar)ın nədən ibarət olduğunu, sübutetmə yükünü kimin daşıdığını və hansı konkret sübutlarla təsdiqləndiyini lazımi şəkildə əsaslandıra bilməmişlər. Tərəflər çoxsaylı sübutlar təqdim etsələr də, məhkəmələr müvafiq sənədlərin və şahid ifadələrinin məzmununu qətnamədə əks etdirməklə kifayətlənmiş, dinlənilən şahidlərdən konkret olaraq hansı şəxslərin və hansı məlumatları ilə evin dəyərinin məhz üçüncü şəxs tərəfindən ödənildiyinin təsdiqləndiyini qeyd etməmiş, iddiaçının və üçüncü şəxsin dəvət etdiyi şahidlərin tərəflərin yaxınları olmaları səbəbilə verdikləri ifadələri mötəbərlilik baxımından qiymətləndirməmiş, hansı səbəbdən üçüncü şəxsin şahidlərinin ifadələrini üstün tutduqlarını əsaslandırmamış, mübahisəli hala dair iddiaçının təqdim etdiyi yazılı sənədləri niyə sübut kimi qəbul etmədiklərini göstərməmiş, gəldikləri nəticə üçün dinlənilmiş şahid ifadələrinin kifayətedilənliyinə münasibət bildirməmişlər. Bundan əlavə, mənzilin dəyəri kimi 104.400 ABŞ dollarının MTK-ya verilməsi müqavilə və maliyyə arayışı ilə təsdiqləndiyi halda, 45.000 manatın ödənilməsi iddiasının hansı mötəbər sübuta söykəndiyi ümumiyyətlə əsaslandırılmamışdır.

d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və F.Talışinski) 29 iyun 2022-ci il tarixli, 2(103)-2692/22 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə mənzilin dəyəri olan 104.400 ABŞ dolları və 45 000 manat pul vəsaitinin tutulması hissəsində ləğv edilmiş, həmin hissədə müstəqil tələb irəli sürən üçüncü şəxs Nəbiyeva Sənubər Əlifağa qızının iddia tələbi rədd edilmişdir.

20. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etmişdir ki, iddianın düzgün həlli üçün əvvəlcə tərəflər arasında mübahisəli hallar, habelə tələbin xarakteri nəzərə alınmaqla sübutetmə yükü düzgün müəyyən edilməli, sonra isə təqdim olunmuş sübutlar müvafiq qaydada araşdırılmalı və qiymətləndirilməlidir. Belə ki, Sənubər Nəbiyeva iddiasında mənzilə görə 104.400 ABŞ dolları və 45 000 manat pulun onun tərəfindən ödənildiyini, İddiaçı isə mənzilə yalnız 104.400 ABŞ dolları məhz onun tərəfindən ödənildiyini bildirmişdir. Mənzilin dəyəri kimi 104.400 ABŞ dollarının MTK-ya verilməsi müqavilə və maliyyə arayışı ilə təsdiqləndiyi halda, əlavə 45.000 manatın ödənilməsini Sənubər Nəbiyeva hər hansı mötəbər sübutla təsdiq ediq edə bilməmişdir. Bu səbəbdən, kollegiya hesab etmişdir ki, mənzilin dəyəri məhz 104.400 ABŞ dolları götürülməlidir. Bu halda isə Sənubər Nəbiyevanın iddiası 45.000 manatın tutulması hissəsində əsassızdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi də qənaətini məhz şahid ifadələri ilə əsaslandırmışdır. Halbuki, MPM-in 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Belə ki, birinci instansiya məhkəməsində dindirilən şahidlərdən (X21, X11, X12, X13 və X22) ifadələrindən mübahisəli mənzilə görə ödənilən pulun Nəbiyeva Sənubər Əlifağa qızı tərəfindən ödənildiyini ümumiyyətlə qeyd etməmişlər. X2 isə yalnız 104.000 ABŞ dolları və 45.000 manat pul saydığını qeyd etmiş, həmin pulun məhz mənzilə verildiyini görməmişdir. Təkrar apellyasiya icraatı zamanı iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X23 ifadəsində qeyd etmişdir ki, “Zaminbank”da mühafizə-inkassator işləmişdir. Bir gün bankın yerləşədiyi binanın komendatı ona zəng vuraraq Sənubər xanımın yaxınlaşacağını və mənzilə görə ödəniş edəcəyini bildirmiş, o, da Sənubər xanımı ödəniş etmək üçün kassaya yönəltmişdir. Göründüyü kimi, şahid X36 da pulun ödənilməsini görməmiş, görmüş olsa belə hansı mənzilə görə ödənilməsində məlumatı olmamışdır. Kollegiya hesab etmişdir ki, qeyd edilən şahidlərin ifadəsi iş materiallarında olan hər hansı sübutla təsdiq olunmadığından hazırki tələb üzrə iddia tələbinin təmin edilməsinə yönələn sübut kimi qiymətləndirilməsinə əsas ola bilməz. İş materiallarından isə göründüyü kimi, iddiaçı tərəfindən iddia tələbinin əsasını təşkil edən əsaslı sübut məhkəməyə təqdim edilməmişdir. Bunun əksi isə yəni, mənzilin İddiaçı satılması və dəyərinin tam şəkildə onun tərəfindən ödənilməsinə dair "xxxx" MTK-nın xx.xx.2009-cu və xx.xx.2019-cu il tarixli arayışları mövcuddur. Beləliklə, məhkəmə hesab etmişdir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

21. Üçüncü şəxs Nəbiyeva Sənubər Əlifağa qızı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 5670/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər X19 (məruzəçi), X25 və X9 ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2692/2022 saylı, 29 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.

23. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, baxılan iş üzrə üçüncü şəxsin iddia tələbi əsassız varlanma nəticəsində əldə edilənlərin qaytarılması ilə bağlıdır. Tələbin qanuni əsasını Mülki Məcəllənin 1091, 1092 və 1093-cü maddələri təşkil edir. Qeyd edilən normaların birlikdə dispozitiv şərtlərinin mövcud olması üçün cavabdehin (varlanmış şəxsin) iddiaçının (məhrum olan şəxsin) hesabına əmlak əldə etməsi, yəni varlanması, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və müqavilə əsasının olmaması və ya sonralar aradan qalxmış əsasa söykənməsi müəyyən edilməlidir. Üçüncü şəxs iddiaçı tərəfindən əldə edilmiş mənzilin dəyərinin onun vəsaiti hesabına ödənildiyini, həmin mənzilin qızının ailə qurduqdan sonra yaşaması üçün alındığını, qızının ailə qurduğu şəxsin, yəni iddiaçının qardaşının mənzil almaq üçün kifayət qədər maddi imkanının olmadığını, bununla belə onun çalışdığı dövlət qurumunda mənzil növbəsinə götürüldüyünü, buna görə də mənzilin ailə quracaq şəxslərdən birinin adına rəsmiləşdirilməsinin sonradan dövlət tərəfindən mənzillə təmin edilməsinə maneə yaratmaması üçün mənzilə dair alqı-satqı müqaviləsində alıcı qismində iddiaçının göstərildiyini, mənzilin alınmasında və təmirində iddiaçının hər hansı bir vəsait xərcləmədiyini bildirir. İş üzrə kassasiya instansiya məhkəməsinin əvvəlki qərarında qeyd edildiyi kimi, üçüncü şəxsin mənzilə dair tələbi olmadığından mənzillə bağlı mübahisə yoxdur, mübahisə mənzilin dəyərinin ödənilməsi üçün verilmiş pul vəsaiti ilə bağlıdır. Həmin mənzil yeni tikilən binalarda yerləşməklə, 172 kv.m-dən ibarət olan 4 otaqlı mənzildir və 04 sentyabr 2009-cu il tarixli alqı-satqı müqaviləsində dəyəri 104.400 ABŞ dolları göstərilmişdir. İş üzrə alınmış ekspert rəyi ilə mənzilin təmirinə 77.550 manat xərc çəkildiyi müəyyən edilmişdir. İddiaçı sözügedən mənzilin əldə edildiyi dövrdə ailəsi ilə birlikdə dostlarına məxsus evdə yaşamış, sonradan baldızına məxsus evə köçmüşdür. O, iddia ərizəsində ərinin razılığını alaraq qardaşının ailəsinə onlara kömək məqsədilə həmin mənzili müvəqqəti yaşamaları üçün verdiyini göstərmişdir. İddiaçı aşağı instansiya məhkəmələrində məhkəmə iclaslarında verdiyi ilkin izahatlarda mənzilin təmir xərclərinin əri tərəfindən qarşılandığını bildirərək, cavabdehin valideynlərinin bu xərclərdə iştirak etdiyini kəsinliklə inkar etmişdir. İş üzrə əvvəlki kassasiya baxışında məhkəmə kollegiyası aşağı instansiya məhkəməsinin qətnaməsinin mənzilin təmirinə çəkilmiş 77.550 manat xərcin iddiaçıdan üçüncü şəxsin xeyrinə tutulması hissəsi ilə razılaşmış, təmir xərclərinin iddiaçı tərəfindən deyil, üçüncü şəxs tərəfindən çəkilməsinə dair dindiirlmiş çoxsaylı şahid ifadələrinin mötəbər sübut kimi qiymətləndirilməsi və həmin sübutlarla yaxşılaşdırmaların üçüncü şəxsin vəsaiti hesabına aparılması barədə gəlinən qənaəti qanuni və əsaslı hesab etmişdir. Bununla belə, kassasiya instansiya məhkəməsi mənzilin dəyəri kimi ödənilmiş pul məbləğinin iddiaçıdan üçüncü şəxsin xeyrinə tutulması hissəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv etmiş, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün işi apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası vurğulayır ki, dispozitivlik və çəkişmə prinsiplərinə ciddi riayət etmək şərtilə, Mülki Prosessual Məcəllənin 14.1 və 184.1-ci maddələrinə əsasən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq və bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etmək, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə tərəfləri xəbərdar etmək, işin və mübahisənin vəziyyətini müzakirə etmək, hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etmək, habelə MPM-in 167-ci maddəsinə əsasən işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri etmək hakimin vəzifəsidir. İşə yenidən baxan apellyasiya məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmadan iddianın rədd edilməsi barədə gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia tələbinin əsasını təşkil edən əsaslı sübut məhkəməyə təqdim edilməmiş, bunun əksi isə yəni, mənzilin İddiaçı satılması və dəyərinin tam şəkildə onun tərəfindən ödənilməsinə dair "xxxx" MTK-nın 08 sentyabr 2009-cu və 22 fevral 2019-cu il tarixli arayışları mövcuddur. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin istinad etdiyi müvafiq arayışlara münasibətdə qeyd edir ki, həmin arayışlar alqı-satqı müqaviləsi üzrə mənzilin dəyərinin tam ödənildiyini əks etdirən sənədlərdir ki, müqavilə üzrə alıcının üzərinə götürdüyü öhdəliklərin icra edildiyini, mənzilə görə MTK-ya borcun olmadığını təsdiq edir. Bununla belə, həmin sənədlər özü-özlüyündə X29 Şirəliyevaya qarşı əsassız varlanma nəticəsində əldə edilənlərin qaytarılması tələbinin təmin edilməsini istisna edən sübut kimi qiymətləndirilə bilməz. Mülki Prosessual Məcəllənin 76-cı maddəsi ilə sübutların dairəsi müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə şahidlərin ifadələri sübut hesab edilir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar barədə bilavasitə xəbərdar olduğu və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. Mülki Prosessual Məcəllənin 194.1-ci maddəsinə əsasən, sədrlik edən şahidi dindirməzdən əvvəl onun şəxsiyyətini müəyyən edib, hüquq və vəzifələrini izah edir, ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadələr verməyə görə məsuliyyəti barədə ona xəbərdarlıq edir. Şahidin vəzifələrinin və məsuliyyətinin ona izah edilməsi haqqında şahiddən iltizam alınır. İltizam məhkəmə iclasının protokoluna əlavə edilir. Yuxarıda da qeyd edildiyi kimi, Mülki Prosessual Məcəlləsinin 184-cü maddəsi ilə işin və mübahisənin vəziyyətinin müzakirə edilməsi, işdə iştirak edən şəxslərin vəsatətlərinin həlli əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə işə baxılması ilə əlaqədar olan məsələlərə dair işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur. Apellyasiya instansiya məhkəməsi üçüncü şəxs tərəfindən şahidin dindirilməsi barədə verilmiş vəsatəti ümumiyyətlə əsaslandırmadan rədd etmişdir. Bundan başqa, işdən mübahisəsiz qaydada görünür ki, mənzil 04 sentyabr 2009-cu il tarixdə əldə edilmiş, bu isə tərəflərin qohumluq münasibətləri yaranmamışdan, yəni rəsmi nikah bağlanmamışdan bir müddət əvvələ, nikahın bağlanılmasına hazırlıq dövrünə təsadüf edir. İddiaçı da etiraf etdiyi kimi, mənzil məhz Sənubər Nəbiyeva tərəfindən seçilmiş, mənzilin alınması da məhz onun iştirakı ilə baş tutmuşdur. Göstərilənlə bərabər, apellyasiya baxışı zamanı Sənubər Nəbiyeva izahatında mənzilin dəyərini təşkil edən pul vəsaitini bankda ödədiyini, bununla bağlı çoxsaylı sənədləri imzaladığını bildirmişdir. Sənubər Nəbiyevanın vəsatəti əsasında şahid qismində dindirilmiş həmin bankda inkassator işləmiş Samir Həsənov ifadəsində Sənubər Nəbiyevanın mənzilə görə banka pul ödədiyini bildirmişdir. Bu ifadəni qiymətləndirən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qeyd edilən şahid ifadəsində ödənilən pulun məhz mübahisə predmeti olan mənzilə görə ödənildiyini görmədiyini göstərdiyindən həmin ifadə 3-cü şəxsin iddiasının təmin edilməsi üçün əsas olan sübut kimi qəbul edilə bilməz. Halbuki, şahid S.Həsənovun bu məzmunda ifadə verməsi o zaman nəzərə alınmaya bilərdi ki, 3-cü şəxs mübahisə predmeti olan mənzilin yerləşdiyi binada bir neçə mənzilin alınması üçün vəsait ödəyərdi. İş materiallarında isə 3-cü şəxsin mübahisə predmeti olan mənzildən başqa həmin mənzilin aid olduğu binadan digər bir mənzil əldə etməsi sübut edilmir. Digər tərəfdən, mənzildə aparılan əsaslı yaxşılaşdırmalar mənzili təmir edən şəxslərin mənzildən müvəqqəti istifadə deyil, daimi istifadə gözləntilərinin olduğunu, mənzilə öz əmlakları kimi sahiblik etdiklərini nümayiş etdirən hərəkətləri kimi qiymətləndirilə biləcəyi halda, apellyasiya məhkəməsi tərəfindən bu istiqamətdə ümumiyyətlə araşdırma aparılmamışdır. Göstərilən xüsusatlar apellyasiya instansiyası məhkəməsi tərəfindən məntiqi ardıcıllıqla qiymətləndirilməmiş, iş üzrə həlledici əhəmiyyət kəsb edən məqamlar lazımınca araşdırılmamış, yaranmış qeyri-müəyyənlik faktiki olaraq tələb irəli sürmüş şəxsin ziyanına həll edilmiş, iş üzrə sübutlar MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirilməmiş, mübahisə üzrə dəyərləndirmə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətlərinə, qanunvericiliyin tələblərinə uyğun olmamış, nəticə etibarilə qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, təkrar apelyasiya baxışı zamanı mübahisə ilə bağlı həm işin faktiki vəziyyəti əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməklə, həm də müəyyən olunmuş işin hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməklə əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

24. Hazırki apellyasiya baxışının predmeti olan İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və müstəqil tələb irəli surən üçüncü şəxsin iddia ərizəsinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

25. Apellyasiya şikayətində göstərilir ki, xx.xx.2019-cu ildə Cavabdeh, 3-cü şəxs Sənubər Nəbiyeva və onların vəkilləri 36 saylı mənzilin alınması ilə əlaqədar iddiaçı ilə "xxxx" MTK arasında bağlanmış və 3 (üç) vərəqdən ibarət olan xx.xx.2009-cu il tarixli, 131\R saylı müqavilənin hər üç vərəqindəki imzaların 3-cü şəxs Sənubər Nəbiyevaya məxsus olduğunu böyük səs-küylə və israrla məhkəməyə bildirərək həmin müqavilədəki imzaların kimə məxsus olmasını müəyyən etmək üçün məhkəmədən iş üzrə məhkəməxətşünaslıq ekspertizasının təyin olunmasını və rəyin alınmasını tələb etməyə başlamışlar. Məhkəmə-xətşünaslıq ekspertizasının rəyini əvvəlcədən alıb tanış olandan və həmin rəydə müqavilədəki imzaların 3-cü şəxs Sənubər Nəbiyevaya deyil, iddiaçıya aid olmasının yazılmasını görəndən sonra artıq yalanlarının keçmədiyini görüb xx.xx.2019-cu il saat 10:30-a təyin edilmiş məhkəmə prosesi başlayandan sonra ekspertiza rəyinə tərəflərin münasibətini öyrənmək üçün işə baxan hakim tərəflərə söz verən kimi Cavabdeh, 3-cü şəxs Sənubər Nəbiyeva və onların vəkilləri məhkəməyə birağızdan “biz onsuz da bilirdik ki, müqavilədəki imzalar İddiaçıdır” deməklə, məhkəməyə 3-cü şəxs Sənubər Nəbiyevanın adından “iddia tələbinin dəqiqləşməsi barədə” yazıb hazırladıqları ərizəni təqdim etmişlər. Həmin bu ərizəsi ilə 3-cü şəxs Sənubər Nəbiyeva iddiaçıya qarşı olan tələbini dəyişdirmiş və iddiaçıdan bu dəfə mübahisəli mənzilin özü tərəfindən alınması və onun təmirinin özü və ailəsi tərəfindən aparılmasını iddia edərək mübahisəli 36 saylı mənzilə görə 104.400 ABŞ dolları pulun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə, əlavə 45.000 manat məbləğində pul və mənzilin alınmasından sonra təmir xərclərinə sərf etdiyi 70.000 manat məbləğində pul tələb etməyə başlamışdır. Məhkəmə 3-cü şəxs Sənubər Nəbiyevanın qanunsuz və əsassız iddia tələbini təmin etmək və əsaslandırmaq üçün faktları, tərəflərin və şahid ifadələrini saxtalaşdırmaq və təhrif etmək yolunu seçmiş, bunun üçün iddiaçının, şahidlər X16, X5, Cavabdeh, 3-cü şəxs Sənubər Nəbiyevanın və onların məhkəməyə gətirdikləri şahidlər X14, X6, X3, X4, X15 verdikləri ifadələri öz şəxsi maraqları üzündən qəsdən 3-cü şəxs Sənubər Nəbiyevanın əsassız və qanunsuz iddia tələbinin təmin olunması üçün onun xeyrinə saxtalaşdırıb məhkəmə iclas protokollarına və daha sonra qətnaməyə yazmaqla çıxarmış olduğu qanunsuz və əsassız qətnaməsini əsaslandırmağa çalışmışdır. Məhkəmə qətnamə çıxaran zaman yalnız qarşı tərəfin məhkəmə prosesində söylədiyi, heç bir fakt və dəlillə sübut edə bilmədikləri və heç bir həqiqətə uyğun olmayan izahatlarını, tamam saxta, iddiaçıya qarşı şər və böhtan olan, heç bir mötəbər fakta və sübuta söykənməyən, yalnız ehtimal və mülahizələrdən ibarət olan saxta fikrilərini əsas götürmüşdür. Bakı şəhəri Nizami rayon məhkəməsində hazırkı mülki işə baxılan zaman tam şəkildə təsdiq və müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai rayonu Ələddin Quliyev küç., 1130-cu məhəllədə inşa edilmiş 2 saylı binanın 14-cü mərtəbəsində yerləşən 4 (dörd) otaqdan ibarət olan 36 saylı mənzil iddiaçı və ailəsinə məxsusdur. Həmin mənzili iddiaçı xx.xx.2009-cu ildə "xxxx" MTK-nın sədri X35 ilə 131 \R saylı müqavilə bağlamaqla və dəyərini öz ailəsinin şəxsi vəsaiti hesabına tam ödəməklə əldə etmiş və sonra da təmir etdirmişdir. Həmin mənzilin əldə olunması üçün iddiaçı "xxxx" MTK-ya mənzilin hər bir kv. metri üçün 600 (altı yüz) ABŞ dolları olmaqla, cəmi 104.400 ABŞ dolları məbləğində pul ödəmişdir. Mənzili alandan sonra da onu yenə ailəsinin şəxsi vəsaiti hesabına tam şəkildə təmir etdirmişdir. Cavabdeh, 3-cü şəxs Sənubər Nəbiyeva və ailəsi həmin mənzilin əldə olunması və təmiri üçün hər hansı məbləğdə pul verməmiş və vəsait xərcləməmişdir. Bəhruz Şərəliyev cavabdehlə ailə həyatı quran zaman onların yaşamağa öz mənzilləri olmadığına görə kirayədə yaşamasınlar deyə iddiaçı həyat yoldaşının razılığı ilə iddiaçıya və ailəsinə məxsus olan mənzili müvəqqəti olaraq yaşamaq üçün onlara vermişdir. Mənzili Bəhruz Şirəliyev və ailəsinə müvəqqəti yaşamaq üçün verməklə iddiaçı ailəsi ilə onlara bu şəkildə kömək etmək istəmişdir. Bəhruzla cavabdeh 2018-ci ilin sentyabr ayında faktiki olaraq ayrılmış və o vaxtdan müxtəlif ünvanlarda yaşamağa başlamışlar. Bəhruz başqa ünvanda, Cavabdeh isə qızları Leyla ilə əvvəlki kimi iddiaçıya məxsus olan, onlara müvəqqəti yaşamaq üçün verilən 36 saylı mənzildə qalaraq indiyə kimi orada yaşamağa başlamışlar. Artıq cavabdehlə bir yerdə yaşamağın mümkün olmadığını görən Bəhruz nikahlarının ləğv olunması üçün Bakı şəhəri Nizami rayon məhkəməsinə ərizə ilə müraciət etmiş və Nizami rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)- 3875\2018 saylı qətnaməsi ilə onların nikahları ləğv edilmiş, qızları Leyla cavabdehin yanında saxlanılmışdır. Boşanandan sonra iddiaçı dəfələrlə cavabdehdən ona məxsus olan ünvan 4 ünvanında yerləşən mənzili boşaltmağı və mənzildən çıxmasını tələb və xahiş etsə də, cavabdeh mənzildən çıxmaq istəmir. Cavabdeh, 3-cü şəxs Sənubər Nəbiyevanın iddiaçıya məxsus olan, müvəqqəti yaşamaq üçün Cavabdeh və Bəhruz Şirəliyevə verilən 36 saylı mənzilə heç bir hüquq və aidiyyətləri yoxdur. 3-cü şəxs Sənubər Nəbiyeva və ailəsi mübahisəli 36 saylı mənzilin alınmasına və təmirinə hər hansı bir məbləğdə pul verməmiş və xərcləməmişlər. 3-cü şəxs Sənubər Nəbiyevanın iddiaçıya qarşı irəli sürdüyü iddia tələbi tam qanunsuz və əsassız bir iddia tələbidir. Bakı şəhəri Nizami rayon məhkəməsində işə baxılan zaman mübahisəli mənzilin iddiaçıya məxsus olması və həmin mənzilin dəyərinin şəxsi vəsaiti hesabına tam şəkildə iddiaçı tərəfindən ödənilməsi, 36 saylı mənzilin iddiaçının şəxsi vəsaiti hesabına təmir olunması, qarşı tərəfin həmin mübahisəli mənzilə heç bir hüququnun olmaması və həmin mənzilin alınmasına və təmirinə hər hansı məbləğdə pul xərcləməməsi iddiaçı ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2009-cu il tarixli 131/R saylı müqavilə ilə, müqaviləni bağlayıb 36 saylı mənzili aldığı zaman “Lalə‘'MTK-nın sədri olmuş Tahir Həsənov tərəfindən iddiaçıya verilmiş 04-75 saylı,xx.xx.2009-cu il tarixli arayışla, daha sonra Nizami rayon məhkəməsində işə baxılan zaman həmin məhkəməyə təqdim etmək üçün "xxxx" MTK-nın sədri B.H.Hüseynov tərəfindən mənə 2019-cu ildə verilmiş 01-A/02 saylı,xx.xx.2019-cu il tarixli və 01-A/03 saylı, xx.xx.2019-cu il tarixli arayışlarla, 2010-cu ildən 2019-cu ilə kimi 36 saylı mənzilin bütün kommunal xərclərinin iddiaçı tərəfindən ödənilməsi barədə məhkəməyə təqdim edilən sənədlərlə, iddiaçının, nümayəndə və vəkilinin, eyni zamanda şahid qismində dindirilmiş qardaşı Şirəliyev Bəhruz, X5 verdiyi ifadələrlə, mülki iş üzrə alınmış məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə tam təsdiq olunmuşdur. Əgər həmin sənədlərə baxılarsa, iddiaçının dediklərim və yazdıqları tam olaraq bir daha öz təsdiqini tapacaqdır. Bakı şəhəri Nizami rayon məhkəməsində hazırkı mülki işə baxılan zaman 3-cü şəxs Sənubər Nəbiyevanın iddiaçıya qarşı verdiyi iddia ərizəsində və ona dəqiqləşmə ilə bağlı verdiyi ərizədə qeyd etdiyi fikirlərin, məhkəməyə onun, Cavabdeh və onların vəkilləri və nümayəndələrinin verdikləri izahatlarında, habelə onların məhkəməyə gətirdikləri yalançı şahidlərin mənzilin təmiri ilə bağlı səsləndirdikləri fikirlərin, faktların tam əsassız, iddiaçıya qarşı şər və böhtan, ağ yalan olmaqla heç bir həqiqətə uyğun olmayan, saxta fikirlər olması, mübahisəli mənzilin nə Cavabdeh və əri, yəni iddiaçının qardaşı X20, nə də 3-cü şəxs Nəbiyeva Sənubər Əlifağa qızı və onun ailəsinə heç bir aidiyyətinin olmaması, onların həmin mənzilin alınması və təmiri üçün hər hansı məbləğdə pul verməməsi və vəsait xərcləməməsi, 3-cü şəxs Sənubər Nəbiyevanın və Cavabdeh həmin mənzili öz şəxsi vəsaitləri hesabına almaları və təmirinə 70.000 manat pul xərcləmələri barədə söylədiklərinin yalan olması təsdiq və müəyyən olunmuşdur. Ancaq bütün bunlara baxmayaraq işə baxan məhkəmə bütün bu faktların heç birini tam qanunsuz və əsassız olaraq nəzərə almamış, onlara heç bir əhəmiyyət verməmiş, qəsdən və bilərəkdən onlara düzgün hüquqi qiymət verməmiş, mübahisəli 36 saylı mənzilin iddiaçının şəxsi vəsaiti hesabına alınması və daha sonra tam şəkildə təmir olunması keçirilmiş məhkəmə proseslərində tam təsdiqini tapsa və sübuta yetsə də, nəticədə işə baxan məhkəmə işi qarşı tərəfin xeyrinə həll etmək üçün iş üzrə dindirilmiş şahid ifadələrini təhrif edib saxtalaşdırmaqla mübahisəli 36 saylı mənzilin alqısatqısı ilə bağlı müqavilənin iddiaçı ilə "xxxx" MTK arasında bağlansa da, həmin mənzilin dəyərinin 3-cü şəxs Nəbiyeva Sənubər Əlifağa qızı tərəfindən ödənilməsi kimi səhv və yalnış nəticəyə gələrək qanunsuz və əsassız qətnaməni çıxarmışdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

26. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

27. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Nəbiyeva Sənubər Əlifağa qızı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

28. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh Nəbiyeva (Şirəliyeva) Gülşən Müsavər qızı və müstəqil tələb irəli sürən üçüncü şəxsin tələbi üzrə üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" MTKnın nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdeh Nəbiyeva (Şirəliyeva) Gülşən Müsavər qızının və üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" MTK-nın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri:

31. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər hazırki apellyasiya icraatının predmeti olan mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

32. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

34. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini, qətnamənin bir hissəsi- müstəqil tələb irəli sürən üçüncü şəxs Nəbiyeva Sənubərin iddiasının təmin edildiyi yəni hazırki apellyasiya icraatının predmetini təşkil edən mənzilin dəyəri olan 104.400 ABŞ dolları və 45 000 manat pul vəsaitinin tutulması hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd edilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

35. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

36. Əvvəla, hazırki apellyasiya icraatının predmeti olan, müstəqil tələb irəli sürən üçüncü şəxs Sənubər Nəbiyevanın iddiasının təmin edildiyi, yəni mənzilin dəyəri olan 104.400 ABŞ dolları və 45 000 manat pul vəsaitinin tutulması hissəsində faktiki əsası (faktiki hallar) tələbin həmin hissədə də qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin həmin hissədə də iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

37. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşdə, hazırki apellyasiya icraatının predmeti olan, müstəqil tələb irəli sürən üçüncü şəxs Sənubər Nəbiyevanın iddiasının təmin edildiyi, yəni mənzilin dəyəri olan 104.400 ABŞ dolları və 45 000 manat pul vəsaitinin tutulması hissəsində qanuni əsası kimi Mülki Məcəllənin yuxarıda qeyd olunan normaları nəzərdən keçirilə bilər. Müstəqil tələb irəli sürən iddiaçının iddiasının bu hissəsi ilə bağlı faktiki hallar həmin normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığı üçün bu hissədə də iddia haqlı sayılırdı.

38. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Sonuncu dəfə kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulubpozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan qəti göstərişlər verilmişdir.

39. Müstəqil tələb irəli sürən üçüncü şəxs iddiaçı tərəfindən əldə edilmiş mənzilin dəyərinin onun vəsaiti hesabına ödənildiyini, həmin mənzilin qızının ailə qurduqdan sonra yaşaması üçün alındığını, qızının ailə qurduğu şəxsin, yəni iddiaçının qardaşının mənzil almaq üçün kifayət qədər maddi imkanının olmadığını, bununla belə onun çalışdığı dövlət qurumunda mənzil növbəsinə götürüldüyünü, buna görə də mənzilin ailə quracaq şəxslərdən birinin adına rəsmiləşdirilməsinin sonradan dövlət tərəfindən mənzillə təmin edilməsinə maneə yaratmaması üçün mənzilə dair alqı-satqı müqaviləsində alıcı qismində iddiaçının göstərildiyini, mənzilin alınmasında və təmirində iddiaçının hər hansı bir vəsait xərcləmədiyini göstərib buna dair sübutlarını məhkəməyə təqdim etmişdir. Buna baxmayaraq, üçüncü şəxsin mənzilə dair tələbi olmadığından mənzillə bağlı mübahisə yoxdur, mübahisəli hal mənzilin dəyərinin ödənilməsi üçün verilmiş pul vəsaiti ilə bağlıdır. Mübahisəli mənzil yeni tikilən binalarda yerləşməklə, 172 kv.m-dən ibarət olan 4 otaqlı mənzildir və 04 sentyabr 2009-cu il tarixli alqı-satqı müqaviləsində dəyəri 104.400 ABŞ dolları göstərilmişdir.

40. Mənzilin təmirinə 77.550 manat xərc çəkildiyi müəyyən edilmişdir. İddiaçı məhkəmə iclaslarında verdiyi ilkin izahatlarda mənzilin təmir xərclərinin əri tərəfindən qarşılandığını bildirərək, cavabdehin valideynlərinin bu xərclərdə iştirak etdiyini inkar etsə də, artıq qətnamənin mənzilin təmirinə çəkilmiş 77.550 manat xərcin iddiaçıdan üçüncü şəxsin xeyrinə tutulması hissəsi qanuni qüvvəsini almışdır. Başqa sözlə, təmir xərclərinin iddiaçı tərəfindən deyil, üçüncü şəxs tərəfindən çəkilməsinə dair dindirlmiş çoxsaylı şahid ifadələrinin mötəbər sübut kimi qiymətləndirilməsi və həmin sübutlarla yaxşılaşdırmaların üçüncü şəxsin vəsaiti hesabına aparılması barədə gəlinən qənaət kassasiya instansiyası məhkəməsi də qanuni və əsaslı hesab etmişdir.

41. Bununla belə, kassasiya instansiya məhkəməsi mənzilin dəyəri kimi ödənilmiş pul məbləğinin iddiaçıdan üçüncü şəxsin xeyrinə tutulması hissəsində birinci dəfə işə baxan apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmamış, qətnaməni ləğv edərək mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün işi apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. İkinci dəfə işə baxan apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə qətnaməni ləğv edərək həmin hissədə iddianı rədd etsə də, ikinci dəfə işə baxan kassasiya instansiyası məhkəməsi də həmin mövqe ilə razılaşmamış, apellyasiya instansiyası məhkəməsinin sonuncu qətnaməsini də ləğv edərək işi yenidən apellyasiya baxışına qaytarmışdır. Əlbətdə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İddiaçı tərəfindən iddia tələbinin əsasını təşkil edən əsaslı sübut məhkəməyə təqdim edilməmişdi. Yəni, mənzilin İddiaçı satılması və dəyərinin tam şəkildə onun tərəfindən ödənilməsinə dair "xxxx" MTK-nın 08 sentyabr 2009-cu və 22 fevral 2019-cu il tarixli arayışlar mövcud olsa da, həmin arayışlar alqı-satqı müqaviləsi üzrə mənzilin dəyərinin tam ödənildiyini əks etdirən sənədlərdir ki, müqavilə üzrə alıcının üzərinə götürdüyü öhdəliklərin icra edildiyini, mənzilə görə MTK-ya borcun olmadığını təsdiq edir. Buna baxmayaraq, həmin sənədlər özü-özlüyündə X29 Şirəliyevaya qarşı əsassız varlanma nəticəsində əldə edilənlərin qaytarılması tələbinin təmin edilməsini istisna edən sübut kimi qiymətləndirilə bilməz.

42. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar barədə bilavasitə xəbərdar olduğu və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. Kasssasiya instansiya məhkəməsinin məcburi göstərişi ilə əlaqədar dindirilmiş şahidin ifadəsi ilə də müstəqil tləb irəli sürən üçüncü şəxsin iddiasının əsaslı olduğu bir daha öz təsdiqini tapdı. İşin mübahisəsiz halıdır ki, mübahisəli mənzil 04 sentyabr 2009-cu il tarixdə əldə edilmiş, bu isə tərəflərin qohumluq münasibətləri yaranmamışdan, yəni rəsmi nikah bağlanmamışdan bir müddət əvvələ, nikahın bağlanılmasına hazırlıq dövrünə təsadüf edir. İddiaçı da etiraf etdiyi kimi, mənzil məhz Sənubər Nəbiyeva tərəfindən seçilmiş, mənzilin alınması da məhz onun iştirakı ilə baş tutmuşdur. Sənubər Nəbiyeva izahatında mənzilin dəyərini təşkil edən pul vəsaitini bankda ödədiyini, bununla bağlı çoxsaylı sənədləri imzaladığını bildirmişdir. Sənubər Nəbiyevanın vəsatəti əsasında şahid qismində dindirilmiş həmin bankda inkassator işləmiş Samir Həsənov ifadəsində Sənubər Nəbiyevanın mənzilə görə banka pul ödədiyini bildirmişdir. Şahid ifadəsində ödənilən pulun məhz mübahisə predmeti olan mənzilə görə ödənildiyini görmədiyini göstərsə də həmin ifadə 3-cü şəxsin iddiasının təmin edilməməsi üçün əsas olan sübut kimi qəbul edilə bilməz. Çünki, şahid S.Həsənovun bu məzmunda ifadə verməsi o zaman nəzərə alınmaya bilərdi ki, 3-cü şəxs mübahisə predmeti olan mənzilin yerləşdiyi binada bir neçə mənzilin alınması üçün vəsait ödəyərdi. İşdə isə 3-cü şəxsin mübahisə predmeti olan mənzildən başqa həmin mənzilin aid olduğu binadan digər bir mənzil əldə etməsi sübut edilmir. Digər tərəfdən, mənzildə aparılan əsaslı yaxşılaşdırmalar mənzili təmir edən şəxslərin mənzildən müvəqqəti istifadə deyil, daimi istifadə gözləntilərinin olduğunu, mənzilə öz əmlakları kimi sahiblik etdiklərini nümayiş etdirən hərəkətləri kimi qiymətləndirilməlidir.

43. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda daşınmaz əşyaların alqı-satqısı, əsassız varlanma, hüquqdan sui-istifadə etməyin qadağan olunması institutlarının da yaranmasına da zərurət və əsas olmazdı.

44. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-80/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən, yəni hazırki apellyasiya icraatının predmeti olan, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının təmin edildiyi - mənzilin dəyəri olan 104.400 ABŞ dolları və 45 000 manat pul vəsaitinin tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

45. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-80/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən, yəni hazırki apellyasiya icraatının predmeti olan, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının təmin edildiyi- mənzilin dəyəri olan 104.400 ABŞ dolları və 45 000 manat pul vəsaitinin tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar