Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2674/2023 17.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh, X6, X21, Bakı şəhəri 24 saylı Notariat Ofisinə, 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: «vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlanma müqavilələrinin etibarsızlığı, qeydiyyatın və reyestr çıxarışlarının ləğvi, qanun üzrə vərəsə kimi tanınma və miras payının müəyyən olunması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi və vəkili Vəkil1, cavabdehlər Cavabdeh, X5, X14, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-783/2023 saylı, 17 yanvar 2023cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü tarixli sərəncamına əsasən, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi ünvanında yerləşən 600 kv.m torpaq sahəsində inşa edilmiş bir mərtəbəli, yarımzirzəmili, mansardlı, yarımzirzəmidə köməkçi sahələr (201 kv.m), 1-ci mərtəbədə zal (39.8 kv.m), beş yaşayış otağı (82,1 kv.m), eyvan (11,9 kv.m), mansardda 3 köməkçi otaq - (172,7 kv.m), mansarddan (42,8 kv.m) ibarət fərdi yaşayış evinin X8 adına hüquqi qeydiyyata alınması qərara alınmışdır.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(008)-9731/2015 saylı qərardadı ilə iddiaçı X15 cavabdeh X12 qarşı pul tələbinə dair iddiası üzrə tərəflər arasında bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilmiş və iş üzrə icraata xitam verilmişdir. Barışıq sazişinin şərtlərinə görə X16 mübahisə predmeti və sonradan miras əmlak olacaq evi nəvəsi(iddiaçının oğlu) X22 aid olmasını bildirərək, nəvəsinin yetkinlik yaşına çatdıqdan sonra evin yalnız nəvəsi Həsənə məxsus olacağını və nəvəsi Həsənin 18 yaşına çatanadək həmin evi notariat kontorunda nəvəsi X22 bağışlamağı və ya vəsiyyət etməyi öhdəsinə götürmüş, cavabdeh X16 tərəfindən sözügedən ev nəvəsi Həsənin 18 yaşına çatana qədər bağışlamadığı və vəsiyyət etmədiyi təqdirdə iddia ərizəsində göstərilən məbləğ (267.907 manat) cavabdehdən tutulub iddiaçıya verilməlidir. Tərəflər arasında qarşılıqlı razılaşma olduğundan iddiaçı X27 cavabdeh X12 qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia tələbindən imtina etmişdir. Həmin qərardaddan X28 tərəfindən verilmiş şikayət, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)- 9731/2015 saylı qərardadı ilə təmin edilmiş və sözügedən qərardad ləğv edilərək iş üzrə icraat təzələnmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-9731/2015 saylı qərardadından həmin iş üzrə iddiaçı X15 verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-10474/2021 saylı qərardadı ilə təmin edilməmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(008)-289/2021 saylı qərardadına əsasən, məhkəmənin xx.xx.2015-ci il tarixli, 2(008)-9731/2015 saylı qərardadına izah verilməsi barədə X15 ərizəsi həmin qərardadın ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi səbəbindən təmin edilməmişdir.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-8891/2021 saylı qətnaməsinə əsasən, iddiaçı X15 X9 hüquqi varisləri X21 və Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilərək onlardan 267.907 manatın tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-2209/2022 saylı qətnaməsinə əsasən, X14 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-8891/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-4240/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-2209/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)1354/2021 saylı qətnaməsinə əsasən, iddiaçı X15 cavabdeh X21 qarşı vərəsəlik payının müəyyən edilməsi barədə iddiası subyektiv hüququnun olmaması əsası ilə rədd edilmişdir. Həmin qətnamədən iddiaçı X27 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-1770/2022 saylı qətnaməsinə əsasən təmin edilməmiş və Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-1354/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Miras qoyan X16, xx.xx.1937-ci ildə doğulmuş, xx.xx.2019-cu ildə ölmüşdür. O, 28 fevral 1969cu ildə X28 ilə nikah bağlamış və ölənədək nikahda olmuşdur. Birgə nikahdan 02 fevral 1969-cu il təvəllüdlü İbrahimova(Bağırova) Zeynəb Həsən qızı və xx xxxx 1972-ci il təvəllüdlü İbrahimova(Məmmədova)İlhamə Həsən qızı adlı övladları olmuşdur. İbrahimova(Bağırova) Zeynəb Həsən qızı ilə X27 15 noyabr 2000-ci ildə nikah bağlayıb. Birgə nikahdan xx xxx 2001-ci il təvəllüdlü İddiaçı3, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı2 və İddiaçı1 və xx.xx.2007-ci il təvəllüdlü X29 adlı övladları vardır. İbrahimova(Bağırova) Zeynəb Həsən qızı 20 sentyabr 2010-cu ildə ölmüşdür. İbrahimova(Məmmədova)İlhamə Həsən qızı ilə X10 07 may 2004-cü ildə nikah bağlamış, onların da 26 noyabr 2004-cü il təvəllüdlü X19 və xx.xx.2008-ci il təvəllüdlü X13 adlı övladları vardır.
6. Mübahisə predmeti olan ünvan 2 4G saylı fərdi yaşayış evi (miras əmlak) ilk dəfə 17 noyabr 2020-ci ildə daşınmaz əmlakın Dövlət reyestrində X9 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Həmin fərdi yaşayış evinə (miras əmlaka) Bakı şəhəri 24 saylı Notariat Ofisində qızı Cavabdeh və arvadı X21 ½ hissədə pay olmaqla xx.xx.2022-ci il tarixli, 2V-121 reyestr №li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh özünə düşən payı X21 xx.xx.2020-ci il tarixli, 3M-189 reyestr №li miras payının bağışlanmasına dair müqavilə əsasında bağışlamış və miras əmlak X14 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmış və reyestrdən çıxarış verilmişdir.
7. 4 saylı Bakı “ASAN xidmət” mərkəzindəki notariat ofisində X28 ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 4Ə-764 reyestr №-li bağışlanma müqaviləsi bağlanmış və həmin müqavilə əsasında mübahisəli fərdi yaşayış evinə dair Cavabdeh adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatı aparılmış və reyetsrdən çıxarış verilmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində mübahisəli fərdi yaşayış evinə dair Cavabdeh ilə X11 arasında xx.xx.2022-ci il tarixli, 4Ə-798 reyestr №-li bağışlanma müqaviləsi bağlanmış və bu müqavilə əsasında ev X5 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmış və reyetsrdən çıxarış verilmiş, bügünədək sonuncunun mülkiyyətindədir.
Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlanma müqavilələrinin etibarsızlığı, reyestr çıxarışlarının ləğvi, qanun üzrə vərəsə kimi tanınma və miras payının müəyyən olunması tələblərinə dair iddia ərizəsi, iddia tələbinin həcminin artırılmasına dair ərizələr ilə məhkəməyə müraciət edərək, yekun olaraq məhkəmədən miras qoyan X7 miras qalmış ünvan 2 4G saylı evlə (miras əmlak) bağlı Bakı şəhəri 24 saylı notariat ofisində qızı Cavabdeh və arvadı X21 1/2 pay olmaqla verilmiş xx.xx.2022-ci il tarixli, 2V-121 reyestr №li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin notariat ofisində verilmiş miras əmlakdan Cavabdeh düşən payın X21 miras payın bağışlanmasına dair xx.xx.2020-ci il tarixli, 3M-189 reyestr №li miras payının bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında miras əmlaka dair X14 adına qeydə alınmış ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli dövlət qeydiyyatının və reyestrdən çıxarışın ləğv olunması, 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində miras əmlaka dair X28 ilə Cavabdeh arasında daşınmaz əmlakın bağışlanmasına dair xx.xx.2022-ci il tarixli, 4Ə- 764 reyestr №-li bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında miras əmlaka dair Cavabdeh adına qeydə alınmış ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli dövlət qeydiyyatının və reyetsrdən çıxarışın ləğv olunması, 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində miras əmlaka dair Cavabdeh tərəfindən X6 daşınmaz əmlakın bağışlanmasına dair xx.xx.2022-ci il tarixli, 4Ə-798 reyestr №-li bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında miras əmlaka dair X5 adına qeydə alınmış ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli dövlət qeydiyyatının və reyetsrdən çıxarışın ləğv olunması, İddiaçı2, İddiaçı1nnı, İddiaçı3 və yetkinlik yaşına çatmayan qardaşları xx.xx.2007-ci il təvəllüdlü X17 qanun üzrə vərəsələr kimi tanınmaları və babaları X7 miras qalmış miras əmlak üzrə onların və cavabdehlər Cavabdeh, X14 hər birinə 1/6 hissədə paylarının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
9. İddiada göstərilir ki, ünvan 1 ünvanında yerləşən ev iddiaçıların mərhum babaları X9 adına olmuşdur. Onun vəfatından sonra həmin evlə bağlı iddiaçıların vərəsəlik hüquqları tanınmamışdır. Sonradan onlara məlum olmuşdur ki, həmin əmlak çıxarışla Cavabdeh adına rəsmiləşdirilmişdir. Həmin əmlak Cavabdeh tam mülkiyyətinə verilən zaman vərəsə kimi onların hüquqları nəzərə alınmamışdır. Anaları vəfat etdiyindən, qeyd olunan daşınmaz əmlaka digər vərəsələr kimi onların da hüququ nəzərə alınmalı idi. Miras əmlak iddiaçıların ataları Gündüz Bağırovun vəsaiti hesabına 267.907 manata tikilmişdir. Həmin evlə bağlı xx.xx.2015-ci il tarixdə ata və babaları arasında barışıq sazişi bağlanmış və Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(008)-9731/15 saylı qərardadı ilə barışıq sazişi təsdiq olunmuşdur. Barışıq sazişinə əsasən, babaları həmin tikilən evin nəvəsi Həsənə bağışlayacağını öhdəsinə götürmüşdür. Lakin baba sağlığında öz öhdəliyini yerinə yetirməmiş və vəfatından sonra nənə və xala iddiaçıların xəbəri olmadan sözügedən miras əmlakı öz adlarına keçirib, onlara pay verməmişlər. İddiaçıların ataları xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 24 saylı Notariat kontoruna ərizə yazaraq vərəsə kimi tanınmalarını xahiş etmiş və bununla bağlı sənədləri notariusa təqdim etmişdir. Həmçinin ataları onların adından miras əmlakdan payın verilməsi barədə iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Lakin subyektiv hüququ olmadığından iddiası təmin edilməmişdir. Ona görə də, hazırda onlar məhkəməyə müraciət etmişlər. Lakin vərəsə olduqlarını bilə-bilə Bakı şəhəri 24 saylı notariat ofisinin xüsusi notariusu Zərifə Nəcəfli miras əmlak üzrə onlara pay verməmişdir. Halbuki onlara aid sənədlər notariat işində mövcuddur. Notariusun hərəkətləri qanunsuz olduğundan, tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və nəticələri ləğv olunmalıdır. Məhkəmənin gedişatı zamanı onlara məlum olmuşdur ki, iş üzrə cavabdeh X28 babalarından miras əmlakı tələm-tələsik qızı Cavabdeh xx.xx.2022-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində bağışlamış, daha sonra Cavabdeh tələsik həmin evi xx.xx.2022-ci il tarixli 4 saylı “ASAN xidmət” mərkəzində notariat ofisində əri X6 bağışlamışdır. Seyfətdin Məmmədov həmin əmlaka dair xx.xx.2022-ci il tarixdə çıxarış almış və hal-hazırda mülkiyyətindədir. İddia ərizəsində adını qeyd etməsələr də, iddiaçılar xx.xx.2007-ci il tarixdə doğulmuş kiçik qardaşları X22 miras əmlakdan payın verilməsini xahiş edirlər.
10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-783/2023 saylı, 17 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Həqiqət Mahmudova) iddia tələbi rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə mövqeyi ondan ibarət olmuşdur ki,... mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən 4G saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X12 məxsus olmuşdur. Onun xx.xx.2019-cu il tarixdə ölümündən sonra xx.xx.2022-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən arvadı X28 və qızı Cavabdeh qanun üzrə vərəsələri qismində tanınmış və sözügedən evdən hər birinin ½ irs alması müəyyən edilmişdir. Sonradan xx.xx.2022-ci il tarixdə Cavabdeh həmin evdən ona məxsus payı anası X21 hədiyyə etmiş, o, isə xx.xx.2022-ci il tarixdə evi Cavabdeh, sonuncu isə xx.xx.2022-ci il tarixdə X6 hədiyyə etmişdir. İddiaçıların anaları X25 xx.xx.2010-cu il tarixdə ölmüşdür. Bundan əlavə, iddiaçıların atası X27 babaları X12 qarşı pul tələbinə dair iddia qaldırmış, lakin xx.xx.2015ci il tarixdə, X1 evi nəvəsi Həsən 18 yaşına çatanadək ona bağışlamağı və ya vəsiyyət etməyi öhdəsinə götürməsi, bağışlamadığı və vəsiyyət etmədiyi təqdirdə isə iddia ərizəsində göstərilən məbləğdə 267.907 manat məbləğində pulun tutulub iddiaçıya verilməsi məzmununda barışıq sazişi bağlamışlar və bu, Sabunçu Rayon Məhkəməsinin həmin tarixli, 2(008)-9731/2015 saylı qərardadı ilə təsdiq edilmiş, bu əsasla iş üzrə icraata xitam verilmişdir. Sonradan həmin qərardaddan mərhum H.İbrahimovun arvadı X28 tərəfindən verilmiş şikayətə əsasən xx.xx.2021-ci il tarixdə həmin iş üzrə icraat təzələnmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(008)-8891/2021 saylı qətnaməsi ilə X15 pul tələbinə cavabdeh X9 hüquqi varisləri X28 və Cavabdeh münasibətdə mahiyyəti üzrə baxılmış və iddia təmin edilərək onlardan 267.907 manat məbləğində pulun G.Bağırovun xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilmədiyindən (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-2209/2022 saylı qətnaməsi), apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilmədiyindən (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-4240/2022 nömrəli qərarı) Sabunçu Rayon Məhkəməsinin sözügedən qətnaməsi qanuni qüvvəyə minmişdir. Bundan başqa, X15 cavabdeh X21 qarşı vərəsəlik payının müəyyən edilməsi tələbinə dair iddiası Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-1354/2021 saylı qətnaməsinə əsasən, subyektiv hüququnun olmaması səbəbindən rədd edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-1770/2022 saylı qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Hazırda isə İddiaçı1, İddiaçı2 və İddiaçı3 babaları X7 miras qalmış əmlaka dair aparılmış hüquqi hərəkətlərin və onların nəticələrinin etibarsız hesab olunması barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi bir neçə hissədən ibarət olduğundan, məhkəmə əvvəlcə, iddianın xx.xx.2022-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsinə hüquqi qiymət verməyi zəruri hesab edir. ...İşin mübahisəsiz olan aşkar halı ondan ibarətdir ki, miras qalmış ünvan 2 ünvanında yerləşən 4G saylı fərdi yaşayış evi X12 xüsusi mülkiyyət hüququ əsasında məxsus olmuş, onun xx.xx.2019-cu il tarixdə ölümü ilə miras açılmış və miras qoyanın arvadı X28 və qızı Cavabdeh onun qanun üzrə vərəsələri kimi tanınmışlar. Miras qoyanın digər qızı X25 xx.xx.2010-cü il tarixdə vəfat etdiyindən, hazırda sonuncunun övladları analarına çatası miras paydan 1/6 hissədə paylarının müəyyən edilməsini xahiş edirlər. Lakin məhkəmə tədqiq etdiyi mövcud iş materiallarını, tələbin faktiki və hüquqi əsaslarını nəzərdən keçirib belə qənaətə gəlir ki, iddiaçılar qanunvericiliklə müəyyən edilmiş müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu həyata keçirməməklə həmin hüququ itirmiş, eləcə də onlar tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti gecikdirmə səbəbi kimi üzrlü hallara istinad etməmiş, eləcə də buna dair hər hansı təsdiqedici sübut məhkəməyə təqdim etməmişlər. Çünki, iş üzrə iddiaçıların atası X27 və cavabdehlər X28 və Cavabdeh arasında mövcud olmuş müvafiq məhkəmə çəkişmələri məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçılar babaları X9 ölümündən məlumatlı olmuşlar. ...İşin aşkar halından məhkəməyə o da məlumdur ki, iddiaçıların atası Gündüz X4 qarşı vərəsəlik payının müəyyən edilməsi tələbi ilə xx.xx.2020-ci il tarixdə məhkəmədə iddia qaldırmasına baxmayaraq, iddiaçılar hazırkı tələblə yalnız xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişlər. Halbuki, miras açılanda xx.xx.2001-ci il təvəllüdlü İddiaçı3 yetkinlik yaşına çatmış, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı1 və İddiaçı2 isə 16 yaşda olmaqla yetkinlik yaşına çatmasalar belə, mülki prosessual qanunvericilik bütün fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna təminat vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.3-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Həmin Məcəllənin 72.1 və 72.4-cü maddələrinə əsasən, fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. Qanuni nümayəndələr, qanunla nəzərdə tutulan məhdudiyyətlərlə yerinə yetirilmə hüququ təmsil edənə aid olan bütün prosessual hərəkətləri təmsil edilən adından yerinə yetirirlər. Məhkəmə eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda göstərilən Qərarını nəzərə alaraq, hesab edir ki, mirasın faktiki qəbulu əmlaka faktiki sahiblikdən savayı, əmlakı faktiki idarə etməyə yönələn hərəkətlərlə də müəyyən edilir. İddiaçılar miras əmlakı faktiki qəbul etmədiyi kimi, həmin əmlakı faktiki idarə etməyə yönələn hərəkətlərlə də qəbul etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişlər. Göstərilənlərə əsasən, məhkəmə xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar müəyyən etmir və hesab edir ki, qeyd olunan əsaslara görə, iddia bu hissədə təmin edilə bilməz. Habelə, iddia tələbi həcminin artırılması barədə ərizədə göstərilən digər tələblər, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə hissə ilə əlaqəli olduğundan, məhkəmə hesab edir ki, iddia göstərilən hissələrdə də rədd edilməlidir.
Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri
12.İddiaçılar birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş edərək şikayətində göstəriblər ki, məhkəmə qanunsuz və əsassız qətnamə qəbul etməsinə baxmayaraq, işdə olan iddiaçıların sübutunu (ərizəni) gizlədərək nə qətnamənin müəyyən etdi hissəsində qeyd etməmiş, nədəki, həmin sübuta qiymət verməmişdir. Həmin sübut ataları Bağırov Gündüzün xx.xx.2020-ci il tarixdə Bakı şəhər 24 saylı Notariat ofisində mirasın qəbulu ilə bağlı yazdığı ərizədir. Həmin ərizədə ataları notariusa yazaraq bildirmişdir ki, miras qoyanın bir qızı da vardır, vəfat etmiş X25, habelə üç nəvəsini qeyd etməklə ərizəyə ölüm haqqında şəhadətnaməni, nikah haqqında şəhadətnaməni və iddiaçıların doğum haqqında şəhadətnamələrini təqdim etmişdir. Ataları notariusa ərizə yazıb xx.xx.2020-ci il tarixdə, həmin dövrdə vərəsəlik işi açılmışdı, cavabdehlərə isə vərəsəlik hüququ haqqında şəhadətnamə xx.xx.2022-ci ildə 18 aydan sonra gizlincə verilmişdir. Ataları tərəfindən mirasın qəbulu ilə bağlı yazdığı ərizə notariat işinin içində məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə həmin ərizə ilə bağlı qətnamədə bir cümlə də olsun yazmamışdır. Halbuki həmin ərizə ilə bağlı məhkəmədə araşdırma aparılmış, ərizə məhkəmə iclasında elan olunmuşdur. Məhkəmənin həmin ərizəyə əhəmiyyət verməməyi və həmin ərizəyə qiymət verməməyi başa düşülən deyil. Gündüz Bağırov Bakı şəhər 24 saylı Notariat ofisinə ərizə yazaraq miras qoyanın digər vərəsələrinin də olmasını, onlardan birinin vəfat etməsini, digər iki uşağın isə yetkinlik yaşına çatmaması barədə məlumat vermişdir. Notarius həmin sənədləri aldıqdan sonra miras əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi halda şəhadətnamədə iddiaçıların da payının qeyd olunacağını və vaxtı çatanda onları çağıracağını bildirmişdir. Lakin notarius onlara heç bir xəbər vermədən gizlincə xx.xx.2022ci ildə cavabdehlərin adına şəhadətnamə vermiş, onların payını verməmişdir. Halbuki notariat işinin içərisində atalarının kitabdan qeydiyyatdan keçmiş ərizəsi vardır. Notarius qanunsuz olaraq onları miras əmlakdan məhrum etmişdir. İddiaçıların atası özü üçün miras əmlakdan pay verilməsi barədə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, lakin onun subyektiv hüququ olmadığından ərizəsi təmin olunmamışdır. Belə olan halda onlar sözügedən iddia ilə məhkəməyə müraciət etmişlər. Lakin iddia ərizəsi məhkəməyə hazırlanan zaman məlum olmuşdur ki, miras əmlakla bağlı cavadehlərin adına qanunsuz vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, sonra isə tələm-tələsik 7 gün ərzində miras əmlak xalalarının ərinin adına keçirilmişdir. Mirasın qəbulu üçün müddət ötürülməmişdir, əgər müddəti ötürmüş olsaydı, notarius onlara imtina məktubu verərdi və notarius tərəflər arasında mübahisə olduğu üçün notariat işi aparmaqdan imtina etməli idi və bu işə məhkəmədə baxılacağını bildirməli idi. Lakin notarius öz vəzifə səlahiyyətlərindən kənara çıxaraq miras qoyanın digər vərəsələrinin də olduğunu bilə-bilə qəsdən onlara pay ayırmamışdır. Miras əmlak barəsində mübahisə olduğu üçün notariusun digər vərəsələrə şəhadətnamə vermək hüququ yoxdur. İddiaçılar miras paydan imtina etməmişlər. Ataları notariusa müraciət edən zaman Nigar və Ülkərin 17 yaşı var idi. Onlar məhdud fəaliyyət qabiliyyətli olmuşlar. Onların yerinə qanuni nümayəndə kimi ataları notariusa ərizə yazmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.3.-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Həmin Məcəllənin 72.4-cü maddəsinə əsasən Qanuni nümayəndələr, qanunla nəzərdə tutulan məhdudiyyətlərlə yerinə yetirilmə hüququ təmsil edənə aid olan bütün prosessual hərəkətləri təmsil edilən adından yerinə yetirirlər. Onlar öz səlahiyyətlərini bildirən sənədi məhkəməyə təqdim edirlər. Notarius vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1317, 1318-ci maddələrinin tələblərini, habelə “Notariat haqqında” Azərbaycan Respublikası Qanun 55, 56, 59, 60-cı maddələrini kobud surətdə pozmuşdur. Notarius iddiaçıları vərəsə kimi rəsmi qaydada tanımış və bunu rəsmi qaydada onlara bildirmiş və özü də bunu bilmişdir, onların sənədlərini də rəsmi qəbul etmişdir. Notarius habelə onların vərəsə olmağını onların nənəsindən və xalasından da soruşmuşdur. Mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Ona görə də, məhkəmənin qanunsuz və əsassız qətnaməsi yuxarıda sadalanan dəlillərə əsasən ləğv edilməlidir.
b) Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
13. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
14. Məhkəmə iclasında cavabdehlər Cavabdeh, X11, X28, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını xahiş etdilər.
15. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər Bakı şəhəri 24 saylı Notariat Ofisi, 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasında iştirak etmir, ünvan 3 ünvanlayaraq məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə həmin cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1 və 1159.1.1.Qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1244. Mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyəti şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. Maddə 1245.Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Maddə 1256.Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəblər olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Maddə 1268.2. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. Maddə 1317.1. Mirasın qəbul edilməsinə qədər mirasın açıldığı yerdəki notariat orqanı, zərurət olarsa, mirasın qorunması üçün tədbirlər görür.Həmin qayda vərəsənin məlum olmadığı və ya onun mirası qəbul edib etməməsinin bilinmədiyi hala da şamil edilir. Maddə 1318. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.
17. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
Maddə 31. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
18.”Notariat haqqında” Qanun:
Maddə 55. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir.Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Maddə 57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Maddə 58.Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Notarius yetkinlik yaşına çatmamış və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədi ilə vərəsənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Maddə 59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
20. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır.
21. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
23. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
24. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
25. İddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi iddianı tam rədd etməklə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
26. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Mülki Məcəllənin və “Notariat haqqında” Qanunun yuxarıda qeyd olunan maddələrinin dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılırdı.
27. Əvvəla, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalnız tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları tam təmin yaxud rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir.
28. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddiaçıların iddia ərizəsinin nəticə hissəsində tələbin bir neçə hissəyə bölünməsi iddiaların yalnız bu qaydada tam rədd olunması üçün əsas ola bilməzdi. Çünki, məhkəmə özü də iddiaçıların tələblərinin faktiki əsasını, əslində həqiqi niyyətlərinin və istəklərinin nə olduğunu müəyyənləşdirə bilərdi. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. Mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. 29.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarında qeyd olundu ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.2-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli vərəsənin miras əmlakdan imtinası ilə bağlı məhkəməyə müraciət edilməsinə həmin Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddəti şamil edilir. Bu qərarda formalaşan hüquqi mövqeyə görə,... mirasın qəbul edilməsi, habelə mirasdan imtina ilə əlaqədar müddətlərin axımı vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. ...Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici orqan tərəfindən Mülki Məcəllənin mirasın qəbulu və mirasdan imtina ilə əlaqədar normalarının bu Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi məqsədəmüvafiq olardı. Müraciətdə qaldırılan fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin mirasdan imtina etməsi ilə əlaqədar məsələyə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici göstərilən şəxslər tərəfindən miras əmlakdan imtina edilməsinin xüsusi formasını müəyyənləşdirərək, bu halda imtinanın yalnız məhkəmə qərarı əsasında mümkünlüyünü təsbit etmişdir (Mülki Məcəllənin 1268.2ci maddəsi). Mülki Məcəllənin 33-cü maddəsinə uyğun olaraq, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Himayəçilər isə himayəçilikdə olan fiziki şəxslərin müstəqil surətdə bağlamağa ixtiyarı çatmadığı əqdlərin bağlanmasına razılıq verirlər. Himayəçilər himayədə olanlara öz hüquqlarını həyata keçirməkdə və vəzifələrini icra etməkdə kömək göstərir, habelə onları üçüncü şəxslərin sui-istifadəsindən qoruyurlar. Birtərəfli əqd olaraq miras əmlakdan imtinanın da yalnız məhkəmənin icazəsi ilə mümkünlüyünü müəyyənləşdirərkən qanunverici məhz fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin mənafelərinin qorunması, qəyyum və himayəçilər tərəfindən yol verilə biləcək sui-istifadə hallarının qarşısının alınması düşüncəsindən çıxış etmişdir. Nəzərə alınmalıdır ki, fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin mirasdan imtinası hallarına da Mülki Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddətləri ilə bağlı məhdudiyyət şamil olunur.
30. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır(MPM. mad. 217.2). Miras qoyan X16 xx.xx.2019-cu ildə ölmüşdür. Demək qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin dövrdə 01 sentyabr 2000-ci ildən qüvvəyə minən Mülki Məcəllə qüvvədə olmuşdur. Hazırdada qüvvədə olan Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən isə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
31. Qeyd olunduğu kimi miras payı tələb edən iddiaçılardan ikisi və onların yetkinlik yaşına çatmayan qardaşları mirasın açıldığı vaxt yetkinlik yaşına çatmamışlar, yəni məhdud fəaliyyət qabiliyyətli olmuşlar. Miras qoyan Həsən İbrahimov xx.xx.2019-cu ildə ölsə də mübahisəli miras əmlak onun adına ilk dəfə xx.xx.2020-ci ildə mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətində göstərir ki,... iddiaçılar qanunvericiliklə müəyyən edilmiş müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu həyata keçirməməklə həmin hüququ itirmiş, eləcə də onlar tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti gecikdirmə səbəbi kimi üzrlü hallara istinad etməmiş, eləcə də buna dair hər hansı təsdiqedici sübut məhkəməyə təqdim etməmişlər. Çünki, iş üzrə iddiaçıların atası X27 və cavabdehlər X28 və Cavabdeh arasında mövcud olmuş müvafiq məhkəmə çəkişmələri məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçılar babaları X9 ölümündən məlumatlı olmuşlar. Məhkəmənin bu mövqeyi açıq-aşkar əsassız olmaqla, həm də başadüşülən olmamışdır. Çünki, işə əlavə edilmiş notariat işində olan iddiaçıların atası Gündüz Bağırov xx.xx.2020-ci il tarixli 24 saylı Notariat Ofisinə yazdığı ərizədə(bax.i.v.113) hazırki iddiaçıların da vərəsə olmaları barədə məlumat verərək müvafiq sənədləri təqdim etmiş və cavabdehlərin vərəsəliklə bağlı müraciətlərinin dayandırılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin bu ərizəni görməməsi mümkünsüz olduğundan, demək, gəlinən qənaəti də əsaslı və ədalətli sayıla bilməz. Çünki, mərhum analarına çatası miras payı tələb edən 4 iddiaçıdan üçü miras açılan vaxt məhdud fəaliyyət qabiliyyətli olmuşlarsa, onlar qanunvericiliklə müəyyən edilmiş müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu hansı qaydada həyata keçirməli idilər ki, həmin hüququ da itirməmiş olsunlar, eləcə də onlar tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti gecikdirmə səbəbi kimi hansı üzrlü hallara istinad etməli yaxud buna dair hansı təsdiqedici sübut məhkəməyə təqdim etməli idilər. Əlbətdə ki, bu ritorik sual olsa da məhkəmə iddianın rədd etmək üçün o cür dəlillərdən istifadə etsə də qeyd olunan “sualların” cavabını da qənaətində göstərməli idi, ancaq göstərməmişdir. 32.Əksinə iddiaçıların atası ilə cavabdehlər arasında mövcud olan və davam edən çoxsaylı məhkəmə mübahisələri ilə əlaqədar iddiaçıların miras qoyanın ölümündən məlumatlı olmaları və qanuni nümayəndələri olan ataları vasitəsilə miras payı tələb etmələri məhkəməyə açıq-aşkar bəlli idi. İddiaçıların atası Gündüz X3 qarşı vərəsəlik payının müəyyən edilməsi tələbi ilə xx.xx.2020-ci il tarixdə məhkəmədə iddia qaldırması, iddiaçıların isə hazırkı tələblə yalnız xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmələri hazırki iddianın əsassızlığına deyil, əksinə əsaslılığına dəlalət edən hallar sayılır. Çünki, iddiaçıların atası da mahiyyət etibarı ilə özü üçün deyil, məhz miras qoyanın övladı olmuş, mərhum arvadı Zeynəb İbrahimovaya(Bağırovaya) qanun üzrə vərəsəlik qaydasında çatacaq payın övladlarına(hazırki iddiaçılara) verilməsi üçün həmin iddianı qaldırmışdır. Lakin həmin iddia sırf prosessual məsələyə, yəni Gündüz Bağırovun övladlarının deyil, özünün adından iddia qaldırdığına görə rədd edilmişdir. Bu faktın özü də iddiaçıların, o cümlədən həmin vaxt və bu gün də məhdud fəaliyyt qabiliyyəti olanların mirasın qəbulu müddətini ötürmədiyinə dəlalət edir. Ona görə də bir iddiaçıdan başqa digər iddiaçıların mirasın açıldığı vaxt yetkinlik yaşına çatmamaları özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada hazırda məhkəmə müdafiəsindən istifadə etmək hüququna əksinə təminat verir.
33. Bununla yanaşı, iddiaçıların ataları Bağırov Gündüz xx.xx.2020-ci il tarixdə Bakı şəhər 24 saylı Notariat Ofisində iddiaçılara çatacaq mirasın qəbulu ilə bağlı ərizə yazsa da həmin dövrdə vərəsəlik işi açılmışdı, cavabdehlərə isə vərəsəlik hüququ haqqında şəhadətnamə xx.xx.2022-ci ildə, yəni 18 aydan sonra iddiaçılar nəzərə almadan verilmişdir. Ancaq məhkəmə həmin ərizəyə qətnamədə hər hansı bir formada münasibət bildirməmişdir. Halbuki həmin ərizə ilə bağlı məhkəmədə araşdırma aparılmış yaxud aparılmalı idi, ərizə sübut kimi tədqiq edilməli idi. Lakin məhkəmənin həmin ərizəyə əhəmiyyət verməməsi yaxud həmin ərizəyə hüquqi qiymət verməməsi başadüşülən olmamışdır. Çünki, notarius həmin ərizəni qəbul edib notariat işinə əlavə edibsə, demək, iddiaçıların da vərəsəlik payını müəyyən etməli idi. Ancaq notarius həmin sənədləri aldıqdan sonra miras əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamədə iddiaçıların payını müəyyən etməmiş, yalnız xx.xx.2022-ci ildə cavabdehlərin adına şəhadətnamə vermiş və sonradan da qanunsuz əməllərini davam etdirmişdir. Məhkəmə isə notariusun bu hərəkətlərinə əhəmiyyət verməyərək onun səhvini davam etdirmiş və bu əməllərinə haqq qazandırmağa çalışmışdır. Çünki, miras əmlak barəsində mübahisə olduğu üçün notariusun digər vərəsələrə şəhadətnamə verib iddiaçıları bundan məhrum etmək hüququ yox idi. Birindən başqa digər iddiaçılar məhdud fəaliyyət qabiliyyətli olduğundan onların mirasdan imtinasına məhkəmənin icazəsi ilə yol verilir. Ona görə mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.
34. Göstərilənlərlə yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarlar).
35. Yalnız nikah müddətində və ər-arvadın ümumi gəlirləri əsasında əldə etdikləri əmlak(əmlak hüquqları) onların ümumi birgə mülkiyyəti sayılır. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyəti hesab olunur (AM. m.34.1).
36. Ailə Məcəlləsinin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər(arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Yəni, Günəş İbrahimovanın işləməmsi, evdar qadın olması belə onu ümumi əmlak üzərində mülkiyyət hüququndan məhrum etmir. Əksinə qanunverici bu cür hallarda ərin yaxud arvadın ümumi əmlak üzərində hüquqlarının olduğunu xüsusiləşdirərək müəyyən etmişdir.
37. Belə ki, ümumi mülkiyyətdə olan əmlakda(əmlak hüquqlarında) hər bir ümumi mülkiyyətçinin müəyyən payı olur. Bəzi hallarda payın miqdarı əvvəlcədən bəlli olur, bəzi hallarda isə olmur. Payı əvvəlcədən bəlli ümumi mülkiyyət paylı, məlum olmayan ümumi mülkiyyət isə birgə mülkiyyət hesab edilir. Göründüyü kimi, mülkiyyətin hər iki növündə iştirakçılar müəyyən paya malik olurlar. Lakin ümumi paylı mülkiyyətdə payın miqdarı əvvəlcədən müəyyən edildiyi halda, birgə mülkiyyətdə bu əmlakın bölgüsü və ya payın ayrılması zamanı müəyyən edilir. Hazırki iş üzrə mübahisə predmeti olan fərdi yaşayış evi üzərində miras qoyanın mülkiyyət hüququ onun ölümündən sonra daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınsa da onun arvadı cavabdeh Günəş İbrahimova da həmin evin üzərində mülkiyyət hüququ əldə etmişdir. Bu qənaəti Gündüz Bağırovun miras qoyanın hüquqi varisləri kimi Günəş İbrahimovaya və Cavabdeh qarşı olan pul tələbi üzrə onlardan 267907 manatın tutulmasına dair qanuni qüvvəyə minmiş qətnamənin mövcudluğu da təsdiq etmiş olur. Başqa sözlə Günəş İbrahimovadan qeyd olunan məbləğ tutulduğu üçün miras əmlak olan mübahisəli fərdi yaşayış evi mirasqoyanla onun birgə nikah dövründə əldə edilən əmlak statusu əldə etmiş olur. Ona görə də, Günəş İbrahimovanın fərdi yaşayış evi üzərində birgə nikah dövründə əldə edildiyi üçün ½ hissədə payının, 1/6 hissədə isə qanun üzrə vərəsəlik qaydasında payının, cəmi 4/6 hissədə payı müəyyən edilməlidir. Düzdü, iddiaçılar miras əmlak üzərində cavabdehlər də nəzərə alınmaqla hər birinin 1/6 hissədə payının tanınmasını tələb edirlər. Lakin onlar miras əmlakdan yalnız mərhum analarına çatacaq miras əmlak üzrə vərəsəlik payını tələb edə bilərlər. Çünki, miras qoyanın 3 nəfər birinci dərəcəli vərəsəli vardır. Onlardan biri isə miras qoyanın arvadı Günəş İbrahimova olduğundan miras əmlak olan fərdi yaşayış evi üzərində onun ½ hissədə ümumi mülkiyyt hüququnun olması da nəzərə alınmalıdır. Deməli, iddiaçıların miras əmlak üzərində vərəsəlik payı yalnız 1/6 hissədə, Cavabdeh da 1/6 hissədə, Günəş İbrahimovanın isə 4/6 hissədə müəyyən edilməlidir.
38. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, mübahisəli fərdi yaşayış evi üzrəində iddiaçıların, eləcədə miras qoyanın digər vərəsələrinin paylarının dəqiq və düzgün müəyyən edilməsi məqsədilə, eləcə də bu payların gələcəkdə daşınmaz əmlakın Dövlət reyestrində hüquqların qeydiyyatı zamanı anlaşılmazlığın və ziddiyyətin yaranmaması üçün hazırki işdə müəyyən edilməsi qətiyyən iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz. Çünki, fərdi yaşayış evi ilə bağlı iddiaçıların iddiasının bu qaydada təmin olunması, qanun üzrə birinci dərəcəli vərəsə kimi Günəş İbrahimova və Cavabdeh da miras payının müəyyən edilməsini tələb edir. Əks yanaşma gələcəkdə yeni və lüzumsuz iddiaların ortaya çıxmasına şərait yaratmış olardı. 39.Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, iddiaçıların atası Gündüz Bağırovun cavabdehlər Günəş İbrahimova və Cavabdeh miras əmlak olan fərdi yaşayış evinin tikintisinə görə çəkdiyi xərcin əvəzində 267907 manatın alınaraq ona ödənilməsinə dair qanuni qüvvədə olan məhkəmə aktlarının mövcudluğu iddiaçıların hazırki iddia irəli sürmələrinə və bu iddianın qismən təmin edilməsinə qətiyyən maneə deyildir. Çünki, bu iddiaların predmeti və əsası fərqli olmuşdur. Təbii ki, gələcəkdə məhkəmə aktları arasında ziddiyyət yarada biləcək halların baş verəcəyi düşünülə bilər. Bu halların baş verəcəyi real görünsə belə qətnamələrin icra mərhələsində qarşılıqlı güzəştlər nəticəsində (məsələn Gündüz Bağırovun cavabdehlərdən miras qoyanın hüquqi varisi kimi qətnamə üzrə qət edilən məbləğin bir hissəsindən, yəni iddiaçılara miras payı üzrə çatacaq əmlakın dəyərinə mütənasib imtina etmək yaxud cavabdehlərdən qətnamə ilə tutulan məbləğin miras evdəki paylarına yönəltmək və.s)bu məsələlər həll edilə bilər.
40. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdehlər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda vərəsəlik münasibətlərinin, hüquqdan pis niyyətlə sui-istifadə etmənin qadağan edilməsi institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
41. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki; apellyasiya şikayəti qismən təmin edilməli; Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-783/2023 saylı, 17 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia qismən təmin edilməli; X2 miras qalmış ünvan 2ndəki 4G saylı evə (miras əmlaka) Bakı şəhəri 24 saylı Notariat Ofisində qızı Cavabdeh və arvadı X21 ½ hissədə pay olmaqla verilmiş xx.xx.2022ci il tarixli, 2V-121 reyestr №li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Cavabdeh düşən payın X21 miras payın bağışlanmasına dair xx.xx.2020-ci il tarixli, 3M- 189 reyestr №li miras payının bağışlanmasına dair müqavilə etibarsız hesab edilməli, miras əmlaka dair X14 adına qeydə alınmış ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli dövlət qeydiyyatı və reyestrdən çıxarış ləğv olunmalı; 4 saylı Bakı “ASAN xidmət” mərkəzindəki notariat ofisində miras əmlaka dair X28 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 4Ə-764 reyestr №-li bağışlanma müqaviləsi etibarsız hesab edilməli və həmin müqavilə əsasında Cavabdeh adına qeydə alınmış ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli dövlət qeydiyyatı və reyetsrdən çıxarış ləğv olunmalı; 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində miras əmlaka dair Cavabdeh ilə X11 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 4Ə-798 reyestr №-li bağışlanma müqaviləsi etibarsız hesab edilməli və həmin müqavilə əsasında miras əmlaka dair X5 adına qeydə alınmış ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli dövlət qeydiyyatı və reyetsrdən çıxarış ləğv olunmalı; X2 miras qalmış ünvan 2ndəki 4G saylı fərdi yaşayış evinə (miras əmlaka) İddiaçı2, İddiaçı1, İddiaçı3 və yetkinlik yaşına çatmayan qardaşları xx.xx.2007-ci il təvəllüdlü X22, anaları, xx.xx.2010-cu ildə ölmüş mərhum X18 qanun üzrə vərəsəlik qaydasında çatası paya görə 1/6 hissədə; X21 4/6 hissədə, Cavabdeh 1/6 hissədə vərəsəlik hüququ tanınmalı və payları müəyyən edilməli, həmin hissələrdə vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsi Bakı şəhəri 24 saylı Notariat Ofisinə həvalə edilməli; iddianın qalan hissəsi təmin edilməməlidir.
42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 386, 387, 388, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-783/2023 saylı, 17 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. X2 miras qalmış ünvan 2ndəki 4G saylı evə (bundan sonr miras əmlaka) Bakı şəhəri 24 saylı Notariat Ofisində qızı Cavabdeh və arvadı X21 ½ hissədə pay olmaqla verilmiş xx.xx.2022-ci il tarixli, 2V-121 reyestr №li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Cavabdeh düşən payın X21 bağışlanmasına dair xx.xx.2020-ci il tarixli, 3M-189 reyestr №li müqavilə etibarsız hesab edilsin, həmin müqavilə əsasında X14 adına qeydə alınmış ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli dövlət qeydiyyatı və reyestrdən çıxarış ləğv olunsun. 4 saylı Bakı “ASAN xidmət” mərkəzindəki notariat ofisində miras əmlaka dair X28 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 4Ə-764 reyestr №-li bağışlanma müqaviləsi etibarsız hesab edilsin və həmin müqavilə əsasında Cavabdeh adına qeydə alınmış ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli dövlət qeydiyyatı və reyetsrdən çıxarış ləğv olunsun. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində miras əmlaka dair Cavabdeh ilə X11 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 4Ə-798 reyestr №-li bağışlanma müqaviləsi etibarsız hesab edilsin və həmin müqavilə əsasında X5 adına qeydə alınmış ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli dövlət qeydiyyatı və reyetsrdən çıxarış ləğv olunsun. X2 miras qalmış ünvan 2ndəki 4G saylı fərdi yaşayış evinə (miras əmlaka) İddiaçı2, İddiaçı1, İddiaçı3 və yetkinlik yaşına çatmayan qardaşları xx.xx.2007-ci il təvəllüdlü X22, anaları, xx.xx.2010-cu ildə ölmüş mərhum X18 qanun üzrə vərəsəlik qaydasında çatası paya görə 1/6 hissədə; X21 4/6 hissədə, Cavabdeh 1/6 hissədə vərəsəlik hüququ tanınsın və payları müəyyən edilsin, həmin hissələrdə vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsi Bakı şəhəri 24 saylı Notariat Ofisinə həvalə edilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.