Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-165/2023 18.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Elxan oğlunun katibliyi, İddiaçı və onun vəkili X8, Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh1 ASC-nin Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə, 3-cü şəxs 4 saylı Notariat Kontoruna qarşı «ipoteka predmetinin sahəsinin və sərhədlərinin müəyyən edilməsi və həmin sahələrin, sərhədlərinin və tikililərin natural qaydada bölünməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 ASC-nin Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə, 3-cü şəxs 4 saylı Notariat Kontoruna qarşı «ipoteka predmetinin sahəsinin və sərhədlərinin müəyyən edilməsi və həmin sahələrin, sərhədlərinin və tikililərin natural qaydada bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC ilə aralarında bağlanmış xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmetinin sahəsinin və sərhədlərinin müəyyən edilməsi və həmin sahələrin, sərhədlərinin və tikililərin natural qaydada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh1 ASC ilə aralarında bağlanmış xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən Əliyeva Mənsurə İsa qızının kredit öhdəliyinin təminatı kimi özünə məxsus olan ünvan 1 ünvanda yerləşən 0.0396 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 41 kv.m yaşayış sahəsi, 78.2 kv.m olan yardımçı sahəni, ümumilikdə ümumi sahəsi 119.2 kv.m sahədən ibarət tikililəri və həmin tikililərin altında yerləşən və tikiliyə aid olan fərdi yaşayış evini ipoteka ilə yüklü edilmişdir. Bundan sonra Mənsurə Əliyeva öz öhdəliyini təmin etmədiyindən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarına əsasən ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə tutma yönəldilmişdir. İpoteka ilə yüklü edilmiş fərdi yaşayış evi kimi həmin evin fəaliyyətini təmin etdiyi torpaq sahəsi və ipoteka ilə yüklü edilməyən tikililər ipoteka predmetini təşkil etmir və bununla bağlı onun Cavabdeh1 ASC ilə heç bir razılaşma və əlavə ipoteka müqaviləsi bağlanmamışdır. Fərdi yaşayış evinin və onun, yəni tikililərin altında yerləşən torpaq sahəsi ilə fərdi yaşayış evinin həyatyanı sahəsinin bir çıxışışla hüququn dövlət qeydiyyatına alınması həyatyanı torpaq sahəsinin, həmin torpaqda inşa edilmiş əlavə tikililərin və əlavə olaraq inşa eilmiş tikililər ipoteka predmetinin tərkibini və ünsürünü təşkil edə bilməz. İddia ərizəsinə əlavə edilmiş kredit müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi müqavilə tərəfləri arasında bağlanmış ipoteka müqaviləsinin tərkibini, predmetini təşkil etmişdir. Həmin evin üzərində sahiblik və istifadə hüququ isə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və onun altında yerləşən torpaq sahəsinə eyni həcmli hüquq əsasında Cavabdeh1 ASC tərəfindən əldə edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmetini ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi təşkil etmiş, onun fəaliyyətini təmin edən torpaq sahəsi ilə tikinti altında yerləşən torpaq sahəsinin ipoteka müqaviləsi üzrə hüquqi təsiri nəzərə alınmaqla 0.0396 ha torpaq sahəsi və bu torpaq sahəsində yerləşən əlavə tikililər Cavabdeh1 ASC-nin heç bir hüquqi ilə yüklənməmiş və yaxud məhdudlaşdırılmamışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən ünvan 1 ünvanda yerləşən sahələri müəyyən edilmiş tikililərdən ibarət olan əlavə tikili üzərində onun gözlənilən mülkiyyət hüququdur. Qeyd olunduğu kimi həyətyanı torpaq sahəsi, orada inşa edilmiş əlavə tikilinin və 0.0396 ha torpaq sahəsi iddiaçılar tərəfindən Cavabdeh1 ASC-nin Gəncə filialına ipotekaya qoyulmamış və iddiaçı ilə cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinə əsasən əlavə tikililəri və torpaq sahəsini ipotekaya qoymaqla iddiaçının iradəsi olmamışdır. İşin bu halı tərəflər arasında bağlanmış ipoteka müqaviləsi və iddia ərizəsinə əlavə edilmiş xx.xx.2004-cü il tarixli məktubu ilə ipoteka predmetinin dövlət qeydiyyatı ilə təsdiq olunur. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5 iddia tələdini qəbul etməyərək bildirmişdir ki, Cavabdeh1 ASC ilə aralarında bağlanmış xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən Əliyeva Mənsurə İsa qızının kredit öhdəliyinin təminatı kimi özünə məxsus olan ünvan 1 ünvanda yerləşən 0.0396 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 41 kv.m yaşayış sahəsi, 78.2 kv.m olan yardımçı sahəni, ümumilikdə ümumi sahəsi 119.2 kv.m sahədən ibarət tikililəri və həmin tikililərin altında yerləşən və tikiliyə aid olan fərdi yaşayış evini ipoteka ilə yüklü edilmişdir. Bundan sonra Mənsurə Əliyeva öz öhdəliyini təmin etmədiyindən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarına əsasən ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə tutma yönəldilmişdir. X7 saxlayana X12 X14 yekunları barədə xx.xx.2016-cı il tarixli 27/03 saylı protokolu hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinə əsasən ünvan 3 saylı fərdi yaşayış evi, 0.0396 ha torpaq sahəsində yerləşən tikili “A”-da 41.0 kvm iki yaşayış otaqları, 78.2 kvm köməkçi sahə, 47.7 kvm y/zirzəmi Cavabdeh1 ASC-nin adına qeydiyyata alınmışdır və bankın adına xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin və 3-cü şəxs 4 saylı Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin və 3-cü şəxs 4 saylı Notariat Kontorunun nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan İP2-310/7-USD xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsindən görürünür ki, 310/7-USD saylı xx.xx.2011-ci il tarixli kredit müqaviləsinin təminatı kimi İddiaçı məxsus ünvan 1-də mülkiyyətində olan 0.0396 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 41 kv.m yaşayış sahəsi, 78.2 kv.m olan yardımçı sahəni, ümumilikdə ümumi sahəsi 119.2 kv.m sahədən ibarət fərdi yaşayış evi ipoteka qoyulmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin **********50 saylı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Kirovabad şəhər Sovetinin Tikinti və memarlıq işləri şöbəsinin xx.xx.1956-ci il tarixli layihəsi və Kirovabad şəhər Yerli Təsərrüfat şöhəsi ilə notariat kontorunda bağlanmış xx.xx.1056-ci il tarixli xx-xx-2016 saylı müqaviləyə əsasən İddiaçı Musa oğluna fərdi yaşayış evinin tikintisi üçün 400.0 kim topaq sahəsi ayrılmışdır. İnşa edilmiş yaşayış evi xx.xx.1962-ci il tarixli fərdi yaşayış evinin istismara qəbulu aktına əsasən istismara qəbul edilmişdir. Kirovabad şəhər Baş memarı tərəfindən İddiaçı Musa oğluna ünvanı Nİizami küçəsi, 152 olan bu fərdi yaşayış evində mövcud olan 26.4 kv.m yaşayış otağı, 11.1 kv.m köməkçi sahəsi, 12.1 kv.m açıq eyvanı olan yaşayış evində əlavə 22.5 kv.m yaşayiş otağağının, 22.5 kv.m örtülü eyvanın tikintisi üçün xx.xx.1979-cu il tarixli layihə verilmişdir. X3 bu mülkə xx.xx.1989-cu il tarixli 3184 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 1 saylı notariat kontorunun xx.xx.1989-cu il tarixli 3- 1-726 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu əmlak X1 və Rüstəmov Rizvan Səttar oğlunun adlarına keçmişdir. Vərəsələrin adlarına xx.xx.1990-ci il tarixli 3184 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 2 saylı notariat kontorunun xx.xx.2007ci il tarixli 2V-1-159 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X1 bu əmlakda olan payı İddiaçı adına keçmişdir. İddiaçı 1/2 hissə və Rüstəmov Rizvan Səttar oğlunun 1/2 hissə adlarına bu mülkə xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. 2 saylı notariat kontorunun xx.xx.2011-ci il tarixli 4Ə-1-378 saylı bəxşeyiş müqavləsinə əsasən Rüstəmov Rizvan Səttar oğlu bu əmlakda olan payını İddiaçı bağışlamışdır. İddiaçı bu mülkə xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. DəmirBank ASC-nin xx.xx.2011-ci il tarixli 06-MS-11/366 saylı məktubunda və “4 şaylı notariat kontorunun xx.xx.2011-ci il tarixli 238 saylı məktubunda Cavabdeh1 ASC Gəncə filialı ilə Əliyeva Mənsurə İsa qızı arasında bağlanmış 310/7-USD saylı kredit müqaviləsi və İP1-310/7-USD saylı ipoteka müqaviləsinə əsasən ünvan 3 saylı fərdi yaşayış evinin ipoteka ilə yüklü edildiyi bildirilmişdir. İddiaçı xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli yüklülük çıxarışı verilmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(044)-62/2013 taylı qətnamə və icra vərəqəsinə əsasən Əliyeva Mənsurə İsa qızından Cavabdeh1 ASCin xeyrinə kredit müqaviləsi üzrə 118.414,57 ABŞ dolları, 855,27 dolları faiz, 65,79 dolları cərimə, cəmi 119.335,63 ABŞ dolları manat ekvivalentintə tutulması, tutmanı İddiaçı məxsus ünvan 3 saylı evinə və X10 məxsus Gəncə şəhəri, Yeni ünvan 2 ünvanlarda yaşayan şəxslərin çıxarılması, satıldıqdan sonra 1 ay müddətinə boşaldılması və hər iki əmlakların hərracdan satılaraq borcun ödənilməsinə yönəldilməsi, evlər satıldıqdan sonra satışdan əldə olunan vəsaitin qalan hissəsinin İddiaçı və X9 qaytarılması barədə qərar verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(104)-767/2013 saylı qətnaməsinə əsasən Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-62/2013 saylı qətnaməsi qismən ləğv edilmişdir. ünvan 3 saylı evin ilkin satış qiyməti 135 000 (yüz otuz beş min) manat, Yeni Gəncə qəsəbəsi, 3-cü mikrorayon, bina 1/2, 76 saylı mənzilin ikin satış qiyməti 35 000 (otuz beş min) manat müəyyən edilmişdir. Qətnamə ilk iddianı X9 məxsus Yeni Gəncə qəsəbəsi, 3-cü mikrorayon, bina 1/2, 76 saylı mənzilə yönəldilməsinə təmin edilmiş hissəsində ləğv edilmişdir. Əliyeva Mənsurə İsa qızından 119.335,63 ABŞ dolları kredit borcu tutulması, tutmanın ünvan 3 saylı evə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, satılaraq borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsaitin qalan hissəsinin İddiaçı və X9 qaytarılması hissəsində qətnamə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli 2(104)990/2014 saylı qətnaməsinə əsasən Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)62/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli 2(102)-1998/2015 saylı qərarına əsasən X6 və İddiaçı kassasiya şikayətləri təmin edilməmişdir. X7 saxlayana X12 X14 yekunları barədə xx.xx.2016-cı il tarixli 27/03 saylı protokolu və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinə əsasən ünvan 3 saylı fərdi yaşayış evi (0.0396 ha torpaq sahəsində yerləşən tikili “A”-da 41.0 kvm iki yaşayış otaqları, 78.2 kvm köməkçi sahə, 47.7 kvm y/zirzəmi) Cavabdeh1 ASC-nin adına qeydiyyata alınmışdır və bankın adına xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-3637/2018 saylı bildirişinə əsasən bu əmlak müvəqqəti nəzarətə götürülmüşdür. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-800/2016 saylı qətnaməsinə əsasən ünvan 3 ünvana dair "xxxx" MMC-nin xx.xx.2016-c il tarixli hərracın yekunları barədə 27/03 saylı protokolu etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarix 2(102)-2472/2020 saylı qərarına əsasən Gəncə Apellyasiya Məhkəməsi Müll Kollegiyasının hazırki iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədə saxlanılmışdır (xx.xx.2019-cu il tarixli qətnamənin nüsxəsi 3 saylı Gəncə Ərazi İdarəsin təhvil verilməmişdir). İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 10/700 saylı rəyindən görünür ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0,0396 ha torpaq sahəsinin üzərində inşa edilmiş 2 mərtəbəli, 2 otaqlı 41 kv.m yaşayış sahəsi, 78.2 kv.m olan yardımçı sahə, ümümi sahəsi 119,2 kv.m sahədən İbarət tikililər və həmin tikililərin altında yerləşən torpaq sahəsindən, ipoteka predmetindən kənar digər torpaq sahəsinin naturada ayrılaraq bölünməsi mümkündür. Bunun üçün tədqiq olunan yaşayış evinin qarşısında yerləşən torpaq sahəsindən 4,20 m enində 12,5m uzunluğunda gedişgəliş üçün torpaq sahəsi ayrılmalıdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0396 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 119.2 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Dəmirbank ASC-nin adına xx.xx.2016-cı il tarixdə **********29*10301 reyestr npmrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, işdə olan İP2-310/7-USD xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsindən görürünür ki, 310/7-USD saylı xx.xx.2011-ci il tarixli kredit müqaviləsinin təminatı kimi İddiaçı məxsus ünvan 1-də mülkiyyətində olan 0.0396 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 41 kv.m yaşayış sahəsi, 78.2 kv.m olan yardımçı sahəni, ümumilikdə ümumi sahəsi 119.2 kv.m sahədən ibarət fərdi yaşayış evi ipoteka qoyulmuşdur. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2013cü il tarixli 2(044)-62/2013 taylı qətnamə və icra vərəqəsinə əsasən Əliyeva Mənsurə İsa qızından Cavabdeh1 ASCin xeyrinə kredit müqaviləsi üzrə 118.414,57 ABŞ dolları, 855,27 dolları faiz, 65,79 dolları cərimə, cəmi 119.335,63 ABŞ dolları manat ekvivalentintə tutulması, tutmanı İddiaçı məxsus ünvan 3 saylı evinə və X10 məxsus Gəncə şəhəri, Yeni ünvan 2 ünvanlarda yaşayan şəxslərin çıxarılması, satıldıqdan sonra 1 ay müddətinə boşaldılması və hər iki əmlakların hərracdan satılaraq borcun ödənilməsinə yönəldilməsi, evlər satıldıqdan sonra satışdan əldə olunan vəsaitin qalan hissəsinin İddiaçı və X9 qaytarılması barədə qərar verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(104)-767/2013 saylı qətnaməsinə əsasən Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-62/2013 saylı qətnaməsi qismən ləğv edilmişdir. ünvan 3 saylı evin ilkin satış qiyməti 135 000 (yüz otuz beş min) manat, Yeni Gəncə qəsəbəsi, 3-cü mikrorayon, bina 1/2, 76 saylı mənzilin ikin satış qiyməti 35 000 (otuz beş min) manat müəyyən edilmişdir. Qətnamə ilk iddianı X9 məxsus Yeni Gəncə qəsəbəsi, 3-cü mikrorayon, bina 1/2, 76 saylı mənzilə yönəldilməsinə təmin edilmiş hissəsində ləğv edilmişdir. Əliyeva Mənsurə İsa qızından 119.335,63 ABŞ dolları kredit borcu tutulması, tutmanın ünvan 3 saylı evə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, satılaraq borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsaitin qalan hissəsinin İddiaçı və X9 qaytarılması hissəsində qətnamə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli 2(104)990/2014 saylı qətnaməsinə əsasən Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)62/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli 2(102)-1998/2015 saylı qərarına əsasən X6 və İddiaçı kassasiya şikayətləri təmin edilməmişdir. X7 saxlayana X12 X14 yekunları barədə xx.xx.2016-cı il tarixli 27/03 saylı protokolu və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinə əsasən ünvan 3 saylı fərdi yaşayış evi (0.0396 ha torpaq sahəsində yerləşən tikili “A”-da 41.0 kvm iki yaşayış otaqları, 78.2 kvm köməkçi sahə, 47.7 kvm y/zirzəmi) Cavabdeh1 ASC-nin adına qeydiyyata alınmışdır və bankın adına xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı mübahisəli fərdi yaşayış evi ipoteka qoyularkən evin yerləşdiyi torpaq sahəsinin ipoteka qoyulmadığını qeyd edərək Cavabdeh1 ASC ilə aralarında bağlanmış xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmetinin sahəsinin və sərhədlərinin müəyyən edilməsi və həmin sahələrin, sərhədlərinin və tikililərin natural qaydada bölünməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, işdə iştirak edən şəxslər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən 220-ci maddəsi əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsaən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasında razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsuslu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə göstərilən normaların tələbləri baxımından iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən halların dairəsinə uyğun olaraq müəyyən etdi ki, mübahisəli əşya ümumi paylı mülkiyyətdə olmalı, iddiaçı və cavabdeh paylı mülkiyyətin mülkiyyətçisi olmalı, paylı mülkiyyətin mülkiyyətçiləri əşyanın bölünməsi və ya ondan payın ayrılması haqda razılığa gələ bilməməli, əşyanın bölünməsi və ondan payın ayrılması ümumi əşyanın təyinatına tənasübsüz zərər vurmadan mümkün olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində göstərilən şərtlər əsasında həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin naturada bölgüsü mümkün deyildir. Belə ki, ünvan 1 ünvanında yerləşən 0,0396 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 119.2 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Dəmirbank ASC-nin adına qeydə alınmışdır. İddiaçı cavabdehlə çıxarışda qeyd edilmiş mlakdan başqa paylı mülkiyyətinin olmasını, həmçinin onunla qonşuluda başqa bir daşınma əmlakının olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçı ipoteka müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən 0,0396 ha torpaq sahəsinin ipoteka qoyulmadığını qeyd etsə də, iş materillarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0396 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə cavabdeh Dəmirbank ASC-nin adına qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Odur ki, məhkəmə hesab edir ki, nə qədər ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı Çıxarış əsasında aparılmış reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyib həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 341-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh1 ASC-nin Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə, 3-cü şəxs 4 saylı Notariat Kontoruna qarşı Cavabdeh1 ASC ilə aralarında bağlanmış xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmetinin sahəsinin və sərhədlərinin müəyyən edilməsi və həmin sahələrin, sərhədlərinin və tikililərin natural qaydada bölünməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-165/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-165/2023
18.12.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver