Məhkəmə qərarları › İş №2(103)-2680/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2680/2020

05.03.2020 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2680/2020 05.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X8 və X9 ibarət tərkibdə, Gülnar İsgəndər qızı Salahovanın katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X5, Cavabdeh “xxxx” İKB ASC-nin nümayəndəsi X6 iştirakı ilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)- 4825/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, yetkinlik yaşına çatmayan X7 xeyrinə bağlanmış Bank Əmanət müqaviləsinin və həmin müqaviləyə aid digər sənədlərin onun qanuni nümayəndəsi olan İddiaçı verilməsi öhdəliyinin cavabdeh “xxxx” İKB ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, yetkinlik yaşına çatmayan X7 xeyrinə bağlanmış Bank Əmanət müqaviləsinin və həmin müqaviləyə aid digər sənədlərin onun qanuni nümayəndəsi olan İddiaçı verilməsi öhdəliyinin cavabdeh “xxxx” İKB ASC-nin üzərinə qoyulması, həmçinin əmanət məbləği kimi qoyulmuş 300 000 ABŞ dollarının və xx xxx 2015-ci ildən 2021-ci ilə kimi illik 11.7% dərəcəsi ilə hər ilə 35179,91 ABŞ dolları olmaqla 6 il üçün hesablanmış 211 079,46 ABŞ dollarının, həmçinin, maddi və mənəvi kompensasiya şəklində 500 000 ABŞ dolları, cəmi 1 511 079,46 ABŞ dolları məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxx 2019-cu il tarixdə cavabdeh “xxxx” İKB ASC-yə müraciət edərək, onun himayəsində olan yetkinlik yaşına çatmayan xx xxxxxx 2014-cü il təvəllüdlü qızı X7 xeyrinə qoyulmuş əmanətə dair məlumatın verilməsini xahiş etmişdir. Həmçinin, iddiaçı eyni məzmunlu sorğunu Azərbaycan Respublikası Maliyyə X4 ünvanlamışdır. Lakin, hazırki iddia ərizəsinə əlavə edilmiş poçt göndərişlərinin izləməsindən göründüyü kimi, sözügedən sorğu cavabdehə xx xxx 2019-cu il, 3-cü şəxsə isə - xx xxx 2019-cu il tarixdə çatdırılmış, lakin həmin müddətlərdən 30 iş günü keçməsinə baxmayaraq, iddiaçıya heç bir məlumat təqdim edilməmiş və sorğusu cavabsız saxlanılmışdır. İlkin olaraq qeyd edir ki, İddiaçı X14 ilə birgə nikahından xx.xx.2004-cü il təvəllüdlü X13 adlı uşağı anadan olmuşdur. Tərəflər arasında bağlanmış nikah Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1589/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsi ilə pozulmuş və həmin qətnamə ilə tərəflərin birgə nikahlarından olan xx.xx.2004-cü il təvəllüdlü X7 hazirki iş üzrə, İddiaçı yanında saxlanılması qət edilmişdir. Qeyd edilənlərə əsasən, məlum olur ki, yetkinlik yaşına çatmamış Əliya Əliyeva İddiaçı himayəsindədir və sonuncu mülki və ailə qanunvericiliyinin tələblərinə uyğun olaraq onun (Əliya Əliyeva) qanuni təmsilçisidir. Əlavə olaraq, qeyd etməyi zəruri hesab edirik ki, cavabdeh tərəfindən iddiaçıya müvafiq məlumatların verilməməsi onun və qanuni nümayəndəsi olduğu qızının konstitusion hüquqlarının (şəxsi toxunulmazlıq hüququ və məlumat azadlığı) pozuntusu ilə nəticələnir. İddia tələbinin artırılması onunla əsaslandırılır ki, iddiaçı xx.xx.2019-cu il tarixində onun qızın istifadəsində olan karta gələn sms-bildiriş nəticəsində hesabındakı balansın 35179.91 ABŞ dolları məbləğində olmasını aşkar etmişdir. İddiaçı dərhal cavabdeh banka müraciət etmiş və bankın əməkdaşı tərəfindən qeyri-rəsmi bildirilmişdir ki, həmin vəsait xx.xx.2016-cı il tarixində Əliyə Əliyevanın xeyrinə qoyulmuş 300000 ABŞ dolları məbləğindəki əmanətin illik faiz gəliridir və həmin əmanət Əliyə Əliyevanın yetkinlik yaşına catana kimi qoyulmuşdur. Mərkəzi Bankdan alınan statistik hesablara görə 2015-ci ildə fiziki şəxslərin depozitləri üzrə illik faiz dərəcələri ortalama 11.7% təşkil edir. Belə olan halda 300.000 ABŞ dolları əmanət məbləğin faiz gəliri 35179.91 ABŞ dolları təşkil edir. Lakin, Bank məlumat verməkdən yayınır. Bununla yanaşı, məhkəmə araşdırılması zamanı Əliya Əliyevanın adına olan 4173*******0971 nömrəli plastik karta edilən köcürmələri, o cümlədən digər bütün əməliyyatları əks etdirən hesabdan çıxarışın və həmin köcürmələrin, əməliyyatların açıqlamasının cavabdeh məhkəməyə təqdim etməmişdir. Həm cavabdeh Bank həm də Azərikard tərəfindən təqdim olunan məlumatların qarşılaşdırılması zamanı uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, 35179.91 ABŞ dolları vəsait Azərikard tərəfindən təqdim edilən məlumatlarda əks edilmiş, lakin bankın təqdim etdiyi hesabdan çıxarışda həmin vəsait aşkar edilməmişdir. Bank öz mövgeyini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixində hesaba həmin vəsait mədaxil edilmişdir. Lakin hesabdan çıxarışa nəzər yetirsək görünür ki, xx.xx.2019-cu il tarixində hesaba mədaxil kimi qeyd edilən məbləğ 35179.91 ABŞ dolları deyil, 39921 ABŞ dolları olmuşdur. Həmçinin Azərikard məlumatlarından görünür ki, 35179.91 ABŞ dollarındakı məbləğ xx.xx.2019-cu il tarixli balansı yox, xx.xx.2019-cu il tarixli balans təşkil edirdi. Bununla yanaşı xx.xx.2019-cu il tarixdə ümumiyyətlə, cavabdeh bankın təqdim etdiyi hesabdan çıxarışda öz əksini tapmamışdır. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)- 4825/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” İKB ASC-yə qarşı yetkinlik yaşına çatmayan X7 xeyrinə bağlanmış Bank Əmanət müqaviləsinin və həmin müqaviləyə aid digər sənədlərin onun qanuni nümayəndəsi olan İddiaçı verilməsi öhdəliyinin cavabdeh “xxxx” İKB ASC-nin üzərinə qoyulması, həmçinin əmanət məbləği kimi qoyulmuş 300.000 ABŞ dollarının xx.xx.2015-ciildən 2021-ci ilə kimi illik 11,7 dərəcəsi ilə hər ilə 35.179,91 ABŞ dolları olmaqla 6 il üçün hesablanmış 211.079,46 dollarının, həmçinin maddi və mənəvi kompensasiya şəklində 500.000 ABŞ dolları, cəmi 1.511.079,46 ABŞ dolları məbləğində vəsaitin cavabdehdən tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini cavabdehin xx xxxx 2019-cu il tarixli məktubu ilə əsaslandırmışdır. Həmin məktubda bildirilmişdir ki, "xxxx" İKB ASC-də X7 adına əmanət hesabı mövcud deyildir. Məhkəmə iddia tələbinə birtərəfli münasibət göstərərək, onlar tərəfindən irəli sürülən tələblərə münasibət bildirməmişdir. Cavabdeh onlar və məhkəmə tərəfindən verilən sorğulara “bank sirri” olduğunu əsas gətirməklə cavab verməmişdir. Məhkəmə tərəfindən “bank sirri” məhkəmə araşdırmasından və məhkəmənin səlahiyyətlərindən üstün tutulmuşdur. Cavabdehin hərəkətləri onun və qızının şəxsi və ailə həyatına hörmət hüququnun və onların mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X10 iddia tələbinə istinad etməklə apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxx” İKB ASC-nin nümayəndəsi X11 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, tərəflərin izahatlarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(009)-1589/2012 saylı qətnaməsinin surətindən görünür ki, X14 ilə İddiaçı arasında xx.xx.2003-cü il tarixdə Səadət sarayında bağlanmış nikahın pozulması və bununla bağlı aparılmış 1402 nömrəli nikah akt qeydinin ləğv edilməsi, tərəflərin birgə nikahlarından olan xx.xx.2004-cü il təvəllüdlü X7 qarşılıqlı razılaşmaya və faktiki vəziyyətə uyğun olaraq anası İddiaçı yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan Cavabdeh İKB-nın xx xxxx 2019-cu il tarixli məktubundan görünür ki, X2 adına əmanət hesabı mövcud deyil. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının xx xxxxxx 2019cu il tarixli məktubunda qeyd edilir: “Pul və maliyyə statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında” Təlimatın 1.3-cü bəndinə əsasən hesabatın tərtib olunmasında məqsəd Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən pul siyasətinin işlənməsində istifadə etmək üçün statistik vahidlərin depozit, kredit və qiymətli kağızlar bazarında əməliyyatlar üzrə fəaliyyəti, maliyyə bazarlarında faiz dərəcələri, bu əməliyyatların müxtəlif növləri, valyutası, iqtisadiyyatın sektorları və ölkənin regionları üzrə bölgüsü haqqında statistik məlumatların əldə edilməsidir. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən banklardan alınan statistik məlumatlar Mərkəzi Bankın öz funksiyalarının həyata keçirilməsi məqsədilə alınır. Digər tərəfdən, statistika sahəsində qüvvədə olan qanunveriliciyə əsasən rəsmi statistikanın aparılması üçün yığılan, işlənən və məlumatlar bazasına daxil edilən, birbaşa və ya dolayı yolla statistik vahidlərin tanınmasına və beləliklə də, ilkin məlumatların əldə edilməsinə imkan verən hüquqi və fiziki şəxslərin statistik məlumatları konfidensial sayılır və statistik sirr olaraq qanunla qorunur”. İş materiallarında olan AZ-İ 501924 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, X14 və İddiaçı xx xxxxxx 2004-cü il təvəllüdlü X7 valideynləridirlər. İş materiallarından göründüyü kimi Azərbaycan Respublikası Mərkəzi Bankının xx xxxxxxxx 2019-cu il tarixli məktubu əsasında İddiaçı cavabdeh “xxxx” İKB ASC-yə 3-cü şəxs Azərbaycan Respublikası X1rşı “müqavilə üzrə öhdəliyin icra edilməsi vəzifəsinin cavabdeh “xxxx” ASC-nin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə “xxxx” İKB ASC tərəfindən depozitlər və onlar üzrə faiz dərəcələri barədə qərarla bağlı bildiririk ki, bankların depozitləri barədə yalnız onların faiz dərəcələrinə dair məlumatlar Mərkəzi Banka təqdim edilir. Həmin məlumatlar statistik hesabatlar formasında əks etdirilir. Odur ki, qərarın icrasının təmin edilməsi məqsədilə 2015-ci ildən bu günə kimi fiziki şəxslərin depozitləri üzrə “xxxx” İKB ASC-nin faiz dərəcələri barədə Mərkəzi Banka daxil olan statistik hesabatlar üzrə məlumatlar məhkəməyə təqdim edilmişdir. İş materiallarından göründüyü kimi “Azəricard” LLC-nin xx xxxxxxxx 2019-cu il tarixli məktubu əsasında 2018-ci ilin mart ayından xx xxxxxxxx 2019-cu il tarixədək 4173..........0971 nömrəli kart vasitəsi ilə aparılmış əməliyyatlar üzrə toplanmış məlumat məhkəməyə təqdim edilmişdir. İş materiallarından göründüyü kimi Cavabdeh İKB ASC ilə X14 arasında Cavabdeh İKB ASC-nin plastik kartlarının əldə edilməsinə, istifadəsinə və Bank hesabının açılmasına dair müqavilə bağlanmışdır. İş materiallarında olan Cavabdeh İKB ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, tarix aralığı xx.xx.2010-xx.xx.2019 olmaqla X12 məbləği 108618,22 manatdır, dövrün sonuna qalıq isə 63893,13 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, “Cavabdeh Bank” İKB ASC tərəfindən 2015-ci ilin 2-ci, 3-cü, 4-cü və 2016-cı ilin 1-ci rübü üzrə təqdim edilmiş bəyannamələrdə şəxslərlə ödənilən faiz gəlirləri məbləğləri fərdi qaydada göstərilmədiyindən X7 gəlirinin vergiyə cəld edilməsi barədə məlumat verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür; 947.2-ci maddəsinə əsasən, istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir; 950-ci maddəsinə görə isə, banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Qərarında qeyd edilmişdir ki, “mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər.” Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı iş materiallarından Cavabdeh İKB ASC ilə X14 arasında Cavabdeh İKB ASC-nin plastik kartlarının əldə edilməsinə, istifadəsinə və Bank hesabının açılmasına dair müqavilə bağlandığı görünür. Lakin X2 adına əmanət hesabının mövcudluğu barədə hər hansı sübut məhkəməyə təqdim olunmamış və iddia tələbində göstərilən hallar işin faktiki halları və hüquqi əsaslarla təsdiqini tapmamışdır. Yəni iddiaçı iddia tələbinin dəlillərini sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin rədd olunmasına dair birinci instansiya məhkəməsinin mövqeyi düzgündür. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)- 4825/2019 nömrəli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar