Məhkəmə qərarları › İş №2(103)-2681/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2681/2025

12.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2681/2025 12.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı işi üzrə Açar sözlər: (“işə bərpa və sair ") hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil1, cavabdeh “ MKT İstehsalat Kommersiya “ MMC-nin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı və əmək haqqının gecikdirilməsinə görə ödənc) tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-430/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı və əmək haqqının gecikdiirlməsinə görə ödənc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad edilməyinə dair Cavabdeh MMC-nin 155/k nömrəli, xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməyi, məcburi işburaxma dövrü üçün əmək haqqı məbləğinin, həmçinin əmək haqqı ödənilməsinin hər gecikdirilmiş günü üçün əmək haqqının bir faizi məbləğində ödəncin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-də xx.xx.2023-cü il tarixdən tərcüməçi kimi işləməyə başlamışdır. İşlədiyi dövr ərzində daim işinin öhdəsindən gəlmiş, cəmiyyətin müşahidə şurasının sədrinin və üzvlərdən birinin xarici vətəndaş olması səbəbindən rəhbərliyin bütün iclaslarında iştirak edəcək qədər etibarlı işçi olmuşdur. Vəzifə funksiyasına uyğun olaraq bütün sənədlərin, o cümlədən xarici şirkətlərlə bağlanacaq əhəmiyyətli müqavilələrin tərcüməsini həyata keçirmiş və verilən digər tapşırıqların öhdəsindən gəlmişdir. Cəmiyyətin icra orqanın rəhbərinin dəyişməsindən sonra yeni rəhbər tərəfindən hər hansı əsas göstərilmədən işdən azad olunmağı barədə ərizə yazmağı tələb olundu və bununla razılaşmayacağı təqdirdə ixtisarla işdən çıxaracağı bildirildi. Təzyiqlərə boyun əyməmiş və ərizə yazmaqdan imtina etmişdir. Bundan sonra isə yeni rəhbərin göstərişi ilə “formal ixtisar” görüntüsü yaradılmaqla işdən azad edilmişdir. Köməkçisi də, Elnur Əli hansı ki, o, işə yeni başlamış və sınaq müddətində olmuşdur, onlara yazdığı pretenziyadan sonra görüntü yaratmaq xətrinə güya ixtisarla işdən azad edildi və başqa vəzifəyə keçirilməklə faktiki tərcüməçi fəaliyyətinə, yəni öz vəzifə funksiylarının icrası ona həvalə edildi. İşdən azad edilməyinə dair cavabdehin 155/k nömrəli, xx.xx.2024-cü il tarixli əmri ləğv edilməli, işə bərpa edilməyi məcburi işburaxma dövrü üçün əmək haqqı məbləğinin, həmçinin hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətanmə qəbul edilməlidir. Əmr əsaslandırılmamışdır. Aydındır ki, qeyd edilən normada əsaslandırma dedikdə işçinin işdən azad olunma zərurətinin formal sözlərlə deyil, müəyyən sübutlarla və zəruri sənədlərlə əsaslandırmasından söhbət gedir. Çünki şübhəsizdir ki, işəgötürənin üzərinə bu vəzifəni qoymaqla qanunverciliyin hədəflədiyi zəif tərəfdə olan işçinin hakimiyyət təsirinə malik işəgötürəndən asılı vəziyyətdə olması səbəbindən onu qoruma altına almaqdır. Yəni qanunvercilik sui-istifadəni aradan qaldırmaq üçün işəgötürəndən işçinin işdən azad etməsini zəruri edən halları əsaslandırmasını tələb edir. İndiki halda isə böyük işçi qüvvəsinə malik olan cavabdeh yalnız 2 sözlə “strukturun formalaşması və optimizasiyası ilə əlaqədar” deməklə onu ixtisara salmış və güya bununla qanunla üzərinə qoyulmuş “əsalandırma” öhdəliyini icra etmişdir. Lakin bu formalaşmanın zəruriliyi, dəyişən hədəflərin mövcudluğu, 2 işçinin ixtisarı ilə hansı optimizasiyanın edilməsi kimi zərurəti, bunun cəmiyyətə verəcəyi fayda (qazanc) kimi məsələlər ümumiyyətlə qeyd edilməmişdir. Ümumiyyətlə onu qeyd edir ki, faktiki halda cəmiyyətin tərcüməçiyə xüsusilə ehtiyacı vardır. Çünki şirkət xarici şirkətlərə əlaqələrini genişlətmiş və bu əlaqələrin tərcüməçi olmadan qurulması ümumiyyətlə mümkünsüzdür. Bundan başqa Müşahidə Şurasının sədrinin və üzvlərdən birinin xarici vətəndaş olması və azərbaycan dilini bilməməsi tərcüməçi olmadan fəaliyyətin mümkünsüzlüyünü təsdiq edir. Yəni bu ştatın ümumiyyətlə ləğv edilməsi real deyil və bu “Formallıqdan” xəbər verir. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İşçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Misal üçün, bir müəssisədə 4 sürücü çalışır. Müəssisədə işlərin azalması ilə əlaqədar olaraq, işəgötürən hesab edir ki, azalan işləri iki sürücü də edə bilər. O zaman, 2 sürücü ixtisar olunacaqdır. Bu işçilərin sayının ixtisarı deməkdir. Ştatların ixtisarı dedikdə isə, konkret vəzifənin ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılması (eyni və ya oxşar funskiyaları həyata keçirən bütün işçilərin ixtisarı) başa düşülür. Misal üçün, müəssisənin mallarının daşınmasını başqa bir daşımacılıq ilə məşğul olan şirkətə tapşırırlar. Bu zaman, müəssisədə çalışan sürücülərə ehtiyac qalmır və sürücü ştatı ixtisar edilir. Bu ştatların ixtisarı olacaqdır. Göründüyü kimi, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv etmə imkanı kimi 2 əsas - ştatın ixtisarı və ya işçilərin sayının ixtisarı nəzərdə tutulmuş, “və ya” bağlayıcısından istifadə etməklə işəgötürənə dispozitiv seçim imkanı müəyyən edilmişdir. Bu halda işəgötürən yalnız birindən istifadə edə bilər ki, bu əmrdə xüsusi əsaslandırmalı və işçi hansı əsasla işdən azad olunmasını başa düşməlidir. İndiki halda isə işəgötürən formal olaraq qanunun normasına istinad etmiş, “Ştatın”, yoxsa “İşçilərin sayı”nın ixtisar edilməsini xüsusi qeyd etməmiş, bununla da göstərilən normaların tələblərini pozmuşdur. Məlumat üçün deyir ki, özü 3 dildə-ingilis, rus, türk dillərində mükəmməl bilir və həmin dillərdə şifahi və sinxron tərcüməçi fəaliyyətini həyata keçirmişdir. Digər tərcüməçi isə 2 dildə-ingilis, türk dillərində tərcüməçilik edirdi və şifahi və sinxron tərcüməçi fəaliyyətini həyata keçirməyi bacarmırdı. Bundan başqa özünün bu sahədə 15 ildən çox təcrübəsi var. Qeyd edilənlər cavabdehə məlum olmuşdur. O isə göstərilənləri nəzərə almayaraq anlaşılmaz mövqe ortaya qoymuş, ixtisarla onu və digər tərcüməçini işdən çıxarmış, sonradan onu başqa vəzifəyə işə qəbul etməklə faktiki tərcüməçi fəaliyyətinin icrasını ona tapşırmışdır. Bu isə hesab edir ki, göstərilən normanın tələblərinin pozulması hesab edilməli və əmrin ləğvi əsası kimi çıxış etməlidir. Digər işçi formal əsaslarla görüntü yaratmaq xətrinə ixtisar edilmişdir. Çünki həmin işçi onsuzda sınaq müddəti ilə işə qəbul edilmişdi. Məlum məsələdir ki, sınaq müddəti bitmədən onun işdən azad edilməsi mümkündü və bu halda cəmiyyət hər hansı maddi itki ilə qarşılaşmır. Buna rəğmən cəmiyyət ixtisarın zəruriliyi görünütüsü yaratmaq üçün onu da ixtisar etmiş, sonradan başqa vəzifəyə qəbul edərək faktiki tərcüməçi səlahiyyətinin icrasını ona tapşırmışdır. 2.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-430/2025 saylı işi üzrə xx.xx.2025-cü il tarixli qətanməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 35; Azərbaycan Respublikası Əmək Məcəlləsinin11-ci mddəsinin b və a bəndinə; 42-ci maddəsinin 1-ci hissəsinə; 68-ci maddənin 1-ci hissəsinə; 70-ci maddənin b bəndinə; 71-ci maddənin 1-ci hissəsinə; 77-ci maddənin 1-ci hissəsinə; 77-ci maddənin 4-cü hissəsinə; 78-ci maddənin 1-ci hissəsinə; 172-ci maddənin 5-ci hissəsinə, 300-cü maddəsinə; “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 124.2, 218.3; “ Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iş üzrə tərəflər arasında bağlanmış əmək müqaviləsinə cavabdehin mübahisələndirilən 155/k nömrəli, xx.xx.2024-cü il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən - işçi ştatının ixtisar edilməsi səbəbindən xitam verilmişdir. İşçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Bu hüquq Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin "xxxx" bəndində nəzərdə tutulub. Müəssisələrdə işçilərin sayının və ya ştatların ixtisarı müxtəlif səbəblərdən ola bilər: müəssisənin cari işləri daha az işçi ilə yerinə yetirə bilməsi, müəssisənin işinin azalması, fəaliyyət istiqamətinin dəyişməsi və nəticədə müəyyən qrup işçilərə ehtiyacın qalmaması və s. İxtisar həm işçilərin sayının ixtisarı, həm də ştatların ixtisarı formasında ola bilər. İşçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Ştatların ixtisarı dedikdə isə, konkret vəzifənin ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılması (eyni və ya oxşar funksiyaları həyata keçirən bütün işçilərin ixtisarı) başa düşülür. Hazırki iş üzrə ştat ixtisarının hansı zərurətdən irəli gəlməsi məsələsi Cavabdeh MMC-nin Müşahidə Şurasının protokolunda əsaslandırılmışdır. Belə ki, Cavabdeh MMC-nin Müşahidə Şurasının 01 iyul 2024-cü il tarixli 15/MS/24 saylı iclas protokolu ilə cəmiyyətin struktur vahidlərində zəruri sənədlərin tərcümə edilməsi ilə bağlı iş yükünün azaldığını, müvafiq şöbələrdə ingilis dilini bilən kifayət qədər mütəxəssislərin olduğunu nəzərə alaraq Cəmiyyətdə iqtisadi baxımdan səmərəliyi (optimallaşdırma) təmin etmək məqsədilə, ştat cədvəlində mövcud olan “Təcrüməçi” vəzifəsinin (ştatı) ixtisar edilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" MMC-də təcüməçi vəzifəsinə işə qəbul olunmuşdur. "xxxx" MMC-nin Baş ofisinin Müşahidə Şurasının 10 yanvar 2024-cü il tarixli 01MS2024 saylı protokolu ilə təsdiq olunmuş ştat cədvəlinə əsasən, qeyd olunan tarixdə cavabdeh şirkətdə 2 ədəd tərcüməçi ştatı olmaqla, cəmi 356 nəfər ştat vahidi olmuşdur (mülki iş v. 32). "xxxx" MMC-nin Baş ofisinin Müşahidə Şurasının protokolları ilə "xxxx" MMC-də ştat saylarında ixtisarlar aparılmış, "xxxx" MMC-nin Baş ofisinin Müşahidə Şurasının 01 oktyabr 2024-cü il tarixli 28/MS/2024 saylı protokolu ilə təsdiq olunmuş ştat cədvəlinə əsasən Baş ofisdə tərcüməçi ştatı olmamış, ümumilikdə 343 nəfər ştat vahidi olmuşdur (mülki iş v. 68). Müəssisədə çalışan digər işçilərlə bağlanmış əmək müqavilələrinə eyni əsasla xitam verilməsinə dair əmək müqaviləsi bildirişləri cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuşdur – X8 xx.xx.2024-cü il tarixdə, X3 xx.xx.2024-cü il tarixdə, X9 xx.xx.2024-cü il tarixdə X6 xx.xx.2024-cü il tarixdə, X4 xx.xx.2024-cü il tarixdə müəssisənin müvafiq əmrləri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad olunmuşdurlar. Məhkəmə sorğusuna əsasən xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən X14 verilmiş şəxslərin siyahısı məhkəməyə təqdim olunmuşdur. Müəyyən olunmuşdur ki, xx.xx.2024-xx.xx.2024-cü il müddəti ərzində müəssisənin işçisi olmuş müxtəlif vəzifələrdə (rəis, direktor müavini, baş usta, baş mühasib, mühasib, anbardar, mühəndis-texnoloq və s.) çalışan işçilərin əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Göründüyü kimi ştat vahidinin ixtisarı formal (yalnız iddiaçının işdən azad olması məqsədilə) xarakter daşımamış, “tərcüməçi” ştatı xx.xx.2024-cü il tarixdə ləğv olunmuş və iddiaçı işdən azad edildikdən sonra müəssisədə yenidən yaradılmamışdır. Bu müddət ərzində müəssisədə müxtəli ştat vahidləri azalmış, iddiaçı ilə yanaşı başqa şəxslərin də əmək müqavilələrinə eyni əsasla xitam verilmişdir. Hazırda iddia tələbi üzrə müəyyən olunmuş halların qanunvericiliklə müəyyən olunmuş tələblərlə uzlaşdırılması zamanı uyğunsuzluq aşkar olunmamışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatların ixtisar edilməsi əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı X14 verilməsində cavabdeh müəssisə tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. İşçi – iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Belə ki, qanunvericiliyə əsasən, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən bir ilədək (xx.xx.2023-xx.xx.2024) əmək stajı olan işçiyə azı iki təqvim həftəsi müddətində rəsmi xəbərdar edilməlidir. İşəgötürən işçinin razılığı ilə azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 mislini ödəməklə X14 verə bilər. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu ilə ünvanlanaraq, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən 2 təqvim həftəsi gözlənilməklə, orta aylıq əmək haqqının 1 misli miqdarında və ya 2 təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0.5 misli əlavə ödənilməklə müqavilə müddətinə xitam veriləcəyi bildirilmiş, bununla əlaqədar olaraq xəbərdarlıq müddətini gözləmək və ya xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0.5 misli əlavə ödənişi qəbul edərək işdən azad edilmək barəsində seçimini bildirməyi xahiş olunmuşdur. İşçi İddiaçı bildirişi qəbul etmiş və tanış olmuş, bildirişdə qeyd olunan xəbərdarlıq müddəti əvəzinə ona əmək qanunvericiliyi ilə müəyyən olunmuş məbləğdə ödənc verilməsi şərti ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilməsini xahiş etmişdir. Yuxarıda şərh edilənlərə əsasən, tərəflər arasında bağlanmış X14 verilərkən Cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş, hər hansı qanun pozuntusuna yol verilməmişdir. İddiaçının Cavabdeh 155/k nömrəli, xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi“ barədə tələbi əsaslı deyildir və bu səbəbdən məhkəmə tərəfindən təmin edilə bilməz. İddia tələbinin digər (işə bərpa, məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması və əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə ödənc) hissələri ilə bağlı qeyd edilməlidir ki, iddia tələbi bu hissələrdə də təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Göründüyü kimi qanunvericiliyə əsasən, işəgötürən əmək müqaviləsinin ləğv edilməsi əsaslarını pozaraq xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə iddia ərizəsində göstərilən halların X14 verilməsi barədə işəgötürənin mübahisələndirilən 155/K saylı 02 iyul 2024-cü il tarixli əmrinin ləğv edilməsi üçün əsas olmadığı qənaətinə gəlmişdir. Belə olan halda, iddiaçı barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə, məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması və əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə ödənc tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. 3.Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmiş hallar: - ******* saylı əmək kitabçasının surətinə əsasən, işçi xx.xx.2023-cü il tarixli 149/K saylı əmr ilə "xxxx" MMC-yə tərcüməçi vəzifəsinə qəbul edilmiş, xx.xx.2024-cü il tarixli 155/K saylı əmr ilə AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir ; - Cavabdeh MMC-nin Müşahidə Şurasının 01 iyul 2024-cü il tarixli 15/MS/24 saylı iclas protokoluna əsasən, cəmiyyətin struktur vahidlərində zəruri sənədlərin tərcümə edilməsi ilə bağlı iş yükünün azaldığını, müvafiq şöbələrdə ingilis dilini bilən kifayət qədər mütəxəssislərin olduğunu nəzərə alaraq Cəmiyyətdə iqtisadi baxımdan səmərəliyi (optimallaşdırma) təmin etmək məqsədilə, ştat cədvəlində mövcud olan “Təcrüməçi” vəzifəsinin (ştatı) ixtisar edilməsi qərara alınmışdır ; - İddiaçı ştat ixtisarı ilə əlaqədar X14 verilməsi barədə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubuna əsasən, xx.xx.2023- cü il tarixində "xxxx" MMC ilə arasında qarşılıqlı razılaşma əsasında əmək müqaviləsi bağlanmışdır. Qanunvericiliyə əsasən, əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən 2 təqvim həftəsi gözlənilməklə, orta aylıq əmək haqqının 1 misli miqdarında və ya 2 təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0.5 misli əlavə ödənilməklə müqavilə müddətinə xitam veriləcəkdir. Bununla əlaqədar olaraq xəbərdarlıq müddətini gözləmək və ya xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0.5 misli əlavə ödənişi qəbul edərək işdən azad edilmək bərəsində seçimini bildirməyi xahiş olunur. Hesablanmış son haqq-hesab məbləği əmək haqqı hesabına köçürüləcəkdir. Əmək kitabçasının təhvil alınması üçün həmin tarixdə cəmiyyətin İnsan Resursları Departamentina yaxınlaşması xahiş olunmuşdur ; - İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən, işçilərin ixtisarı ilə bağlı 02 İyul 2024-cü il tarixli bildirişi qəbul etmiş və tanış olmuşdur. Bununla bağlı, bildirişdə qeyd olunan xəbərdarlıq müddəti əvəzinə ona əmək qanunvericiliyi ilə müəyyən olunmuş məbləğdə ödənc verilməsi şərti ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilməsini xahiş etmişdir ;- Cavabdeh MMC-nin 155/K saylı 02 iyul 2024-cü il tarixli əmrinə əsasən, "xxxx" MMC-də yeni sturukturun formalaşması və optimizasiya ilə əlaqədar olaraq, tərcüməçi vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə 03 iyul 2024-cü il tarixindən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddənin "b" bəndinə əsasən (işçilərin sayı və ya ştatların ixtisar edilməsi) xitam verilməsi, ştat sayının ixtisar olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq, Cəmiyyət ilə işçi arasında bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdarlıq əvəzinə orta aylıq əmək haqqının 0,5 misli miqdarında kompensasiya ödənilməsi, eyni zamanda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin üçüncü hissəsini rəhbər tutaraq, Cəmiyyət ilə işçi arasında bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq orta aylıq əməkhaqqı miqdarında işdənçıxarma müavinəti ödənilməsi əmr edilmişdir. Əsas kimi yeni struktur və xəbərdarlıq müddəti əvəzinə kompensasiyanın ödənilməsinə dair işçinin ərizəsi göstərilmişdir ; - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 tərəfindən vəkil bürosuna ünvanlanmış 18 sentyabr 2024-cü il tarixli məktubuna əsasən, Cavabdeh MMC tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə İddiaçı əmək müqaviləsinə 3 iyul 2024-cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsi ilə bağlı məlumat daxil edilmişdir. Həmçinin Cavabdeh MMC tərəfindən İddiaçı ixtisar olunması ilə bağlı Agentliyə heç bir məlumat daxil olmamışdır ; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən vəkil bürosuna ünvanlanmış 30 avqust 2024-cü il tarixli məktubuna əsasən, Cavabdeh MMC-nin Müşahidə Şurasının üzvləri X12, X22, X10r ; - Cavabdeh MMC-nin Müşahidə Şurasının 02 sentyabr 2024-cü il tarixli 24/MS/24 saylı iclas protokolu ilə müəyyən olunur ki, protokola əlavə olunmuş siyahısı qeyd edilən vəzifələrin ixtisar edilməsi və istedadların idarə edilməsi üzrə menecer vəzifəsi üzrə əmək şəraitinin şərtlərinin dəyişdirilməsi qərara alınmışdır ; - Cavabdeh MMC-nin Müşahidə Şurasının 01 oktyabr 2024-cü il tarixli 28/MS/24 saylı iclas protokolunu əsasən, cəmiyyətin təşkilatı strukturunun təkmilləşdirilməsi məqsədilə protokola əlavə olunmuş yeni ştat cədvəlinin təsdiq edilməsi qərara alınmışdır ; - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 xidməti tərəfindən məhkəməyə ünvanlanmış 24 dekabr 2024-cü il tarixli 3-17-5/2-96341/2024 saylı məktubuna əsasən, Cavabdeh MMC tərəfindən “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş “administrativ assistent” vəzifəsi üzrə 1 (bir) əmək müqaviləsi bağlanılmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 430/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71, 78, 84; “ Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 18.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9; “ Məhkəmələr və hakimlər “ haqqında Azərbaycan Respublikası Qanununa istinadən qeyd edilmişdir ki, əmrin əsası kimi istinad edilmiş sənəd mövcud olmamışdır. Əmək Məcəlləsinin 84cü maddəsinə əsasən X14 verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda X14 verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Məhkəmənin hazırlıq iclası zamanı qarşı tərəfin nümayəndəsi əmrin əsası kimi istinad edilmiş“Yeni struktur”un mövcud olmadığını bildirmiş və sözügedən sənədi məhkəməyə təqdim etməkdən imtina etmişdir. b) İxtisar barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 hər hansı məlumat təqdim edilməmişdir. Qeyd edilənlərdən aydın olur ki, ixtisar real olmamış, tamamilə formal hərəkətlərlə müşahidə edilməklə, bilavasitə İddiaçı ixtisar görüntüsü ilə işdən azad edilməsinə hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3211/2023 saylı qərarının 74-cü bəndində qeyd edilmişdir ki, ..... İxtisar real olmalıdır. İxtisarın real olduğunu aşağıdakı sənədlərin məcmusu təsdiq edir:İxtisar edilmiş ştatlar çıxarılmaqla müəssisənin yeni ştat cədvəlinin təsdiq edilməsi və ya köhnə ştat cədvəlində müvafiq dəyişiklik edilməsi barədə əmr, işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənəd, Həmkarlar ittifaqının üzvü olan işçilərin ixtisarı zamanı müəssisənin həmkarlar təşkilatının əsaslandırılmış yazılı qərarı, İxtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən sənəd, işçiyə ixtisar olunacağı barədə əvvəlcədən məlumat verildiyini təsdiq edən işçinin imzası olan sənəd və ya xəbərdarlıq müddəti əvəzinə iki aylıq əmək haqqının ödənilməsi barədə işçinin yazılı razılığı və belə ödənişin edildiyini təsdiq edən sənəd, xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin hər iş həftəsində azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi barədə əmr (və ya digər rəsmi sənəd), ixtisar olunan hər bir işçinin X14 verilməsi barədə əmr. Göründüyü kimi,cavabdeh tərəfindən İddiaçı ixtisarı o qədər təcili və formal aparılmışdır ki, bu barədə əmrin əsası kimi ümumiyyətlə mövcud olmayan “yeni struktur”a istinad edilmiş, həmçinin bu barədə aidiyyəti dövlət orqanına məlumat belə verilməmişdir. Əmr əsaslandırılmamış, əsaslandırma “Saxta” protokol əsasında həyata keçirilmişdir. Zəif, işəgötürəndən aslı olan işçini işəgötürən keyfi və hər hansı əsaslandırması olmadan işdən çıxarmasın. İşəgötürən işçini işdən azad edərkən mütləq şəkildə yaranmış halı və ona əsas olan sübutları göstərməklə əsaslandırılmış qərar qəbu letməlidir. Təsadüfi deyil ki, Ali Məhkəmənin 2(102)-5498/2021 saylı işində və digər analoji işlərdə işəgötürənin ixtisarla işdən çıxarma zamanı səylə əmri əsaslandırmasını, bunun üçün maliyyə nəticələrini və digər əsasları ortaya qoymasını görmək mümkündür. Baxılan halda isəcavabdeh işçini işdən çıxarma əsaslarını ümumi sözlərlə əmrdə göstərmiş, lakin “formal” əsaslandırılmasını əmrlə deyil, işçiyə təqdim etmədiyi, məhkəmə prosesinin gedişində ortaya çıxardığı protokolla etmişdir. Həmin protokolda “tərcüməçi” vəzifəsinin ixtisar edilməsi onunla əsasəlandırılmışdır ki, guya sözügedən vəzifə üzrə iş yükü azadımışdır və müvafiq şöbədə ingilis dili bilən kifayət qədər mütəxəssis vardır, həmçinin bununla iqtisadi səmərəlik əldə ediləcəkdir. Qeyd edilənlərdən aydınolur ki, cavabdeh tərəfindən protokolda əsaslandırma tamamilə formal və ümumi sözlərdən istifadə edilməklə aparılmış, göstərilən halları təsdiq edən hər hansı sübut C. Paşayevə və ya məhkəməyə təqdim edilməmişdir. b) Əsaslandırma “saxta” protokol əsasında həyata keçirilmişdir. İş materillarına əlavəedilmiş göstərilən protokol qeyd edildiyi kimi “saxta”dır və cavabdeh tərəfindən ixtisara “hüquqi don” geyindirmək məqsədi ilə sonrandan hazırlanmışdır. Belə ki, cavabdehin təqdim etmiş olduğu “Protokolların reyestri” adlı “excel” faylına nəzər saldığda görünür ki, prokolların nömrələnmə ardıcıllığı ilə, tarixi arasında uyğunsuzluq mövcuddur. Bu isə heç şübhəsiz faylın mövqeyi saxtalıqla əsaslandırmaq üçün təcili və səriştəsiz hazırlanmasından qaynaqlanır. (Məsələn, 09/MS/24 nömrəsi xx.xx.2024-cü il tarixli protokola verilmiş, 10/MS/xx.xx.2024-cü il tarixli protokola verilmiş, 12/MS/24nömrəli xx.xx.2024-cü il tarixli protokola verilmiş, 15/MS/24 nömrəlixx.xx.2024-cü il tarixli protokola verilmiş, 17/MS/24 nömrəli xx.xx.2024-cüil tarixli protokola verilmiş, 19/MS/24 nömrəli xx.xx.2024-cü il tarixli protokola verilmiş, 21/MS/24 nömrəli xx.xx.2024-cü il tarixli protokola verilmişdir). O təxminən 10 aydır ki, sözügedən müəssisədə işləyir. Müəssisədə 2 tərcüməçi - O və həmin vaxt ay yarımlıq müddətdə işləyən digər tərcüməçi olmuşdur. O işdən azad edildikdən sonra işəgötürənə xəbərdarlıq yazaraq işdən azad edilməyinin qanunsuz olmasını onun diqqətinə çatdırmış və bu barədə məktubunu o xx.xx.2024-cü il tarixdə almışdır. (Qaimə məhkəməyə təqdim edilib) Bundan sonra cavabdeh təlaşa düşərək hərəkətlərinə “hüquqi don” geyindirmək məqsədi ilə digər tərcüməçini məktubu aldığı gündən 1 gün sonrakı tarixlə ixtisara salmış və onu başqa bir vəzifəyə təyin etmişdir. Guya digər tərüməçi ona xx.xx.2024-cü il tairxdə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə ixtisara salınmasını xahiş etmişdir. Bu sadəcə gülməlidi. Hərəkətlər açıq aşkar göstərir ki, o heç bir əsas olmadan işəgötürənin keyfi davranışları ilə işdən azad edilmişdir. Halbuki, o ona nisbətən peşəkar olmaqla daha uzun müddət həmin müəssisədə işləmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclası zamanı bildirmişdir ki, guya onlar digər tərcüməçini keçirdikləri vəzifənin əmək haqqısı az olduğundan onun bəyənməyəcəyini düşünərək ona təklif etməmişlər. Bu isə hesab edir ki, onun hüququnu pozan“gülməli” davranışdan başqa bir şey deyil. Məhkəmə isə qeyd etdiklərinə ümumiyyətlə münasibət bildirməmiş, sadəcə cavabdehin təqdim etmiş olduğu sənədlər əsasında formalaraşdırma aparmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

5. Cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə qarşı yazılı etirazını elektron məhkəmə informasiya sistemi vasitəsi ilə təqdim etmiş, etirazda qeyd edilmişdir ki, iddiaçı apelyasiya şikayətində əmrin əsası kimi qeyd olunmuş sənədin mövcud olmamasına istinad etmişdir. İddiaçının “yeni struktur”un mövcud olmaması barədə irəli sürdüyü arqument tamamilə əsassızdır. İddiaçı bu arqumentini Əmək Məcəlləsinin 84-cü maddəsi ilə əsaslandırmağa çalışıb. Burada qeyd olunub: “X14 verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda X14 verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir”. Bununla bağlı qeyd etmək lazımdır ki, işəgötürən tərəfindən X14 verilməsi üçün Əmək Məcəlləsinin 84-cü maddəsinə uyğun olan rəsmi sənədlər mövcuddur və məhkəməyə təqdim edilmişdir. Əgər belə sənədlər olmasa idi, ümumiyyətlə iddiaçının X14 verilməsi ilə bağlı Cavabdeh MMC-nin 155/k nömrəli, xx.xx.2024-cü il tarixli əmrdə həmin sənədlərə istinad olmazdı. Sadəcə Şirkətin yeni strukturu iddiaçıya təqdim edilməmişdir. Cavabdehin yeni strukturunun X14 verilmiş işçiyə təqdim edilməsi qanunvericilikdə nəzərdə tutulmamış və ümumiyyətlə belə bir sənədin iddiaçı tərəfindən tələb edilməsi tamamilə absurddur. Cavabdehin Müşahidə Şurasının 15/MS/24 saylı, 01 iyul 2024-cü il tarixli qərarına əsasən, Cəmiyyətin struktur vahidlərində zəruri sənədlərin tərcümə edilməsi ilə bağlı iş yükünün azaldığını, müvafiq şöbələrdə ingilis dilini bilən kifayət qədər mütəxəssislərin olduğunu nəzərə alaraq, eyni zamanda müəssisədə iqtisadi baxımdan səmərəliliyi (optimallaşdırma) təmin etmək məqsədilə ştat cədvəlində mövcud olan "Tərcüməçi" vəzifəsi (ştat) ixtisar edilmişdir. Müşahidə Şurasının "Tərcüməçi" vəzifəsinin (ştat) ixtisar edilməsinə dair 15/MS/24 saylı, 01 iyul 2024-cü il tarixli qərarı rəhbər tutularaq, AR Əmək Məcəlləsinin 77.1-ci bəndində nəzərdə tutulmuş qaydada ştatın ixtisar edilməsi ilə əlaqədar 02 iyul 2024-cü il tarixdə iddiaçıya rəsmi xəbərdarlıq edilmişdir. Bundan sonra, iddiaçının razılığı əsasında, ixtisar ilə bağlı xəbərdarlıq müddəti əvəzinə ona əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada kompensasiya verilmişdir. Eyni zamanda, tərəflər arasında mövcud olan əmək müqaviləsinə ştatın ixtisarı ilə bağlı xitam verilərkən, cavabdehə AR Əmək Məcəlləsinin 77.3-cü bəndinin tələblərinə görə müəyyən olunmuş əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilmişdir. Məhkəmənin diqqətinə xüsusi olaraq çatdırmaq istəyir ki, iddiaçı nə iddia ərizəsində, nə də apellyasiya şikayətində cavabdeh tərəfindən Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulan işçinin təminatları ilə bağlı öhdəliklərini pozmasını iddia etməmiş və cavabdeh tərəfindən Əmək Məcəlləsində işçinin təminatları ilə bağlı qeyd edilən maddədə göstərilən öhdəliklərini yerinə yetirməsini etiraf etmişdir. Cavabdeh təşkilat tərəfindən strukturun mütəmadi optimallaşdırılması işləri aparılır və iddiaçıya qarşı hər hansı ayrı-seçkilik həyata keçirilməmişdir. Belə ki, Nərimanov Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin 8-ci səhifəsinin 5-ci abzasında cavabdeh təşkilatda əvvəllər 356 nəfər işçi olduğu halda ixtisar nəticəsində 343 ştat vahidinin olması və məhkəməyə təqdim edilmiş sənədlərdə ixtisar edilmiş digər işçilərin də adları qətnamədə əksini tapmış və onların ixtisarla bağlı müvafiq sənədlərinin surətləri məhkəməyə təqdim edilmişdir. "xxxx" MMC-nin Müşahidə Şurasının 01 oktyabr 2024cü il tarixli Müşahidə Şurasının iclasında yeni ştat cədvəlinin təsdiq edilməsi qərara alınmışdır. 01 oktyabr 2024-cü il tarixli 28/MS/24 saylı iclas protokoluna əlavə edilmiş yeni ştat cədvəlinin təsdiq edilməsi ilə yeni struktur müəyyən olunmuşdur. Bu qərarda cəmiyyətin təşkilatı strukturunun təkmilləşdirilməsi məqsədilə müəssisədə aparılan struktur dəyişikliyi ilə əlaqədar yeni ştat cədvəli təsdiq edilmiş və bu cədvələ uyğun olaraq bəzi ştat vahidləri də ixtisar edilmişdir. İddiaçı Ali Məhkəmənin 2(102)-3211/2023 saylı qərarına istinad etmişdir və orada ixtisarın real olduğunu təsdiq edən sənədlərin məcmusuna Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verilməsini təsdiq edən sənədin də daxil olmasına əsaslanaraq həyata keçirilən ixtisarın real olmamasını irəli sürmüşdür. Qeyd etmək lazımdır ki, iddiaçının qeyd etdiyi Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-3211/2023 saylı işi ilə hazırki iş müqayisə edilə bilməz. Belə ki, qeyd edilən işdə ixtisarın əsası kimi «Yeni Azərbaycan Partiyası» sədrinin sərəncamına istinad edilmiş, lakin həmin sərəncam partiyanın yerli təşkilatlarında işçilərin vəzifə maaşlarının təsdiqi ilə bağlı olmuşdur. Sərəncamda işçilərin sayının və yaxud ştatların ixtisar edilməsi nəzərdə tutulmamışdır. Beləliklə Ali Məhkəmə işəgötürənin həmin sərəncama istinad edərək, ixtisarla bağlı prosedur başlamasını və bununla bağlı əmrlər tərtib etməsini, müvafiq olaraq həmkarlar ittifaqı təşkilatına təqdimat göndərməsini, işçiyə xəbərdarlıq edilməsini maddi hüquq normasının pozulması kimi qiymətləndirmişdir (həmin qərarın 65-68-ci bəndləri). Bundan əlavə, Ali Məhkəmənin qeyd edilən işində cavabdehin özlüyündə ixtisar aparması səlahiyyətinə malik olmaması, həmin səlahiyyətin yalnız partiyanın mərkəzi aparatına məxsus olması müəyyən edilmişdir. Bundan əlavə, xüsusi olaraq qeyd etmək lazımdır ki, Ali Məhkəmənin istinad edilən işində iddiaçı mübahisələndirilən əmrlə işdən azad edildikdən sonra “Yeni Azərbaycan Partiyası” Şirvan Şəhər Təşkilatı 06 iyul 2022-ci il tarixli əmrlə aparatın mühasibi vəzifəsinə (yəni iddiaçının tutmuş olduğu vəzifəyə) başqa işçi işə götürmüş və ona verilən əmək haqqı 2022-ci ilin ştat cədvəlinə əsasən müəyyən olunmuşdur (qərarın 22-ci bəndi). Hazırkı işdə isə cavabdeh tərəfindən aparılan ixtisar real olmuş, iddiaçının tutduğu “tərcüməçi” ştatı Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun şəkildə ixtisar edilmişdir. İşçilərlə bağlanmış əmək müqavilələrinə xitam verildikdə onların təminatları, eləcə də işəgötürənin yerinə yetirməli olduğu vəzifələr Əmək Məcəlləsində aydın şəkildə əks olunmuşdur. Məcəllədə müəyyən edilmiş qaydaların tələblərinə riayət edilməməsi işçinin vəzifəsinə bərpa edilməsi və təminatların həyata keçirilməsi barədə qətnamə qəbul edilməsinə əsas olur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Bundan başqa, qanunvericilikdə aidiyyəti orqana xəbər verməklə bağlı bir tələb mövcud olsa belə, bu fakt özlüyündə işdən çıxarmanın qanunsuzluğunu göstərmir. Bu tələb Məşğulluq haqqında Qanunda məşğulluğun təmin edilməsində işəgötürənlərin iştirakının təmin edilməsi adlı maddədə əks olunmuşdur. Bu norma işəgötürən və X5 arasında münasibətlərlə bağlı olaraq mövcuddur və işçiyə, işçinin işdən çıxarılması ilə bağlı qanun pozuntularına aidiyyəti yoxdur. Yalnız bu əsas işçinin X14 verilməsi barədə əmrin ləğv edilməsinə əsas ola bilməz. Məhkəmə mülki iş materiallarında olan digər sübutlarla birgə qiymət verərək ixtisarın qanuni və əsaslı olması qənaətinə gəlmiş və qanuni qərar qəbul etmişdir. Üstəlik, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 tərəfindən vəkil bürosuna ünvanlanmış 18 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh MMC tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə İddiaçı əmək müqaviləsinə 3 iyul 2024-cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsi ilə bağlı məlumat daxil edilmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı ixtisar olunması ilə bağlı Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına ayrıca məlumat verilməmişdir. Bu da X14 verilməsinin qanunsuz olmasını sübut edən fakt qismində çıxış etməyə əsas deyil. Beləliklə bu arqument tamamilə əsassızdır. İddiaçı “saxta” protokol tərtib edildiyini və ixtisarın onunla əsaslandırılması arqumentini təqdim etsə də bu arqumenti sübutlarla təsdiqləyə bilməmişdir. Cavabdeh protokolları “Protokolların reyestri” adlı “excel” faylında uyğunsuzluq olduğunu bildirmiş amma bu uyğunsuzluğun nədən ibarət olmasını aydın şəkildə ifadə bilməmişdir. Protokol qanunvericilikdə tələb olunan qaydada tərtib olunmuş və ümumi yığıncağın iştirakçıları tərəfindən imzalanmışdır. 5 Mülki-Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmə vəzifəsi iddiaçıya aiddir. İddiaçı bu arqumentini sübut edəcək hər hansı sübut təqdim etməmişdir. Odur ki, iddiaçının bu arqumenti də əsassızdır. İddiaçının, ixtisar həyata keçirilərkən peşəkarlıq səviyyəsinin nəzərə alınmadığı arqumentlərinə münasibətdə qeyd etmək lazımdır ki, işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir və işdə saxlanılma üstünlüyü hüququna sahib olan şəxslərin seçimi zamanı işəgötürənin mülahizə sərbəstliyi vardır. Əmək Məcəlləsinin 78-ci maddəsində qeyd olunmuşdur ki, “İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır”. Göründüyü kimi işçilərin peşəkarlığının müəyyən edilməsi səlahiyyəti işəgötürənə verilmişdir. Bunun üçün xüsusi bir sənədin tərtib olunması tələbi nəzərdə tutulmamışdır. Bu da sözügedən arqumentin əsassız olduğunu göstərir. Bundan başqa, nəzərə almaq lazımdır ki, şirkətdə ümumilikdə tərcüməçi ştatının ixtisarı həyata keçirildiyi üçün həmin ştat üzrə çalışan bütün işçilərin X14 verilib. Bu ştat üzrə saxlanılması nəzərdə tutulan işçilər olmadığı üçün işdə saxlanmağa üstünlüyü olan işçilərin müəyyən edilməsi məqsədilə işçilərin peşəkarlıq səviyyələrinin müqayisəli təhlilinin aparılması və bununla bağlı sənədləşmənin aparılmasına ehtiyac olmamışdır. Bunun əsasında iddiaçı ixtisarın real olmadığı arqumentini irəli sürüb amma işçilərin peşəkarlıq səviyyələrinin müqayisəli təhlilinin aparılmaması ixtisar prosedurunun reallığını və qanuniliyini şübhə altına ala bilməz. İddiaçının ixtisarın real olmaması ilə bağlı bütün arqumentlərinə qarşı olaraq həm də onu qeyd etmək lazımdır ki, müəssisədə iqtisadi baxımdan səmərəliliyi (optimallaşdırma) təmin etmək məqsədilə aparılan ixtisar sadəcə iddiaçını əhatə etməmişdir. Tərcüməçi vəzifəsində işləyən digər işçi - X20 ilə də əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam vermişdir. İddiaçı ilə X14 verilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada bütün tələblərə digər işçi X15 X14 verilərkən də riayət edilmişdir. Həmçinin məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən X14 verilmiş şəxslərin siyahısına görə müəyyən olunmuşdur ki, xx.xx.2024-xx.xx.2024-cü il müddəti ərzində müəssisənin işçisi olmuş müxtəlif vəzifələrdə (rəis, direktor müavini, baş usta, baş mühasib, mühasib, anbardar, mühəndis-texnoloq və s.) çalışan işçilərin əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Bu müddət ərzində müəssisədə müxtəlif ştat vahidləri azalmış, iddiaçı ilə yanaşı başqa şəxslərin də əmək müqavilələrinə eyni əsasla xitam verilmişdir. Həyata keçirilən ixtisarlar real olub, ixtisarlar formal (yalnız iddiaçının işdən azad olması məqsədilə) xarakter daşımamışdır. İxtisar edilən işçilərin heç 6 biri sonradan həmin işə bərpa edilməyib, yaxud ixtisar edilən vəzifələrə başqa işçilər işə götürülməmişdir. Tərcüməçi ştatına ehtiyac olmadığı üçün cavabdeh Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsində nəzərdə tutulan hüququna istinad edərək ləğv edib və iddiaçı işdən azad edildikdən sonra cavabdeh təşkilatda tərcüməçi ştatı təkrar yaradılmayıb. Beləliklə iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatların ixtisar edilməsi əsası ilə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Yuxarıda şərh edilənlər bir daha sübut edir ki, tərəflər arasında bağlanmış X14 verilərkən Cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş, hər hansı qanun pozuntusuna yol verilməmişdir. Əmək münasibətlərinə xitam verilməsi zamanı işəgötürənin iddiaçıya qarşı qərəzli münasibətdə olması halları aşkar edilməmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Şikayətin dəlilləri formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. İddiaçının apelyasiya şikayəti qanuni və əsaslı deyildir və bu səbəbdən hesab edirik ki, məhkəmə tərəfindən şikayət təmin edilməməlidir. Apellyasiya icraatı zamanı müəyyən edilən hallar:

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, ilk növədə cavabdeh təşkilatın əmrini əsaslanadırmadığını, daha doğrusu “fomal” əsaslandırma etdiyini,belə ki, əmrdə müvafiq şöbənin nədən ibarət olması, iş yükünün azalmasının nədə ifadə edilməsi, konkret say və rəqəmlər göstərilməli olduğu halda bunların heç birinə əməl edilmədiyini, digər tərəfdən qanunvericiliyin tələblərinə uyğun olaraq ixtisarla bağlı müvafiq dövlət orqanına məlumat verilmədiyini, əmrin əsası kimi istinad edilən sənədin göstərilmədiyini, sonradan birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin saxta protokol hazırlayaraq guya həmin protokola istinad etdiyini bildirdiklərini, belə ki, həmin protokolun sonradan geri tarixə tərtib edildiyini, cavabdehin təqdim etmiş olduğu “Protokolların reyestri” adlı “excel” faylına nəzər salınan zaman protokolların nömrələnmə ardıcıllığı ilə, tarixi arasında uyğunsuzluq mövcud olduğunu,digər tərəfdən iddiaçının öz peşəsini kifayət qədər yüksək səviyyədə bilməsinə baxmayaraq o işdən azad edilərkən əmək məcəlləsinin tələblərinə əsasən işdə qalmaqda üstünlük hüququnun müqayisəli analizinin aparılmadığını, birinci instansiya məhkəməsində icraat zamanı cavabdehdən işçiyə başqa vəzifəyə keçməsi ilə bağlı təklifin edilib-edilmədiyinin soruşulduğunu, cavabdehin nümayəndəsinin isə buna cavab olaraq məhkəməyə həmin vəzifənin iddiaçı tərəfindən bəyənilməyəcəyi ehtimal edilərək ona təklif edilmədiyini bildiridiyini, bu yanaşmanın da gülməli olduğunu,digər tərəfdən iddiaçı ilə cavabdeh təşkilatın rəhbəri arasında şəxsi münasibətlərlə bağlı mübahisə olduğunu və xüsusi ittiham qaydasında tərəflərin arasında barışığın əldə olunması ilə əlaqədar olaraq işə xitam verildiyini və həmin işin hazırkı mübahisəyə aidiyyatının olmadığını, iddiaçının işdən çıxarılması ilə bağlı bildirişlə tanış olub qəbul etməsini və xəbərdarlıq müddət əvəzinə əmək qanunvericiliyi ilə müəyyən edilmiş ödənişin ona verilməsini istəməsini, iddiaçının işdən çıxamasını razılıq veməsi kimi qiymətləndirilməməsi gərəkdiyini, belə ki, sadəcə olaraq onun onsuz da bu ştat ixtisar olacaq, boşuna vaxt itirəcəyinə pulunu alıb, sonra da həmin pula vəkillə müqavilə bağlayaraq və məhkəmədə iddia qaldırmaq niyyəti ilə hərəkət etdiyini, iddiaçının o bildirişi qəbul etməsinin hərəkətin qanuniliyini qəbul etməsi sayılmadığını, ərizədə” bildirişlə razıyam” ifadəsinin qeyd edilmədiyini bildirmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. 7.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini əsassız hesab etdiyini, əmrin tam qanuni şəkildə tərtib edildiyini, iddiaçı işdən çıxarıldıqdan sonra da tərcüməçi ştatını hər hansı bir şəxsin qəbul edilmədiyini, cavabdeh müəssisədə ümumiyyətlə tərcüməçi ştatının qalmadığını, müşahidə şurasının protokolu ilə işçilərin sayının ixtisarının müəyyən edildiyini, iddiaçının apellyasiya şikayətinin hər bir arqumnetinə qarşı əks arqumnetini apellyasiya şikayətinə etirazda qeyd etdiyini, etirazının izahat kimi nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı nümayəndəsinini dedikləri ilə razı olduğunu bildirmiş, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməsini xahiş etmişdir.

9. Məlumatlandırlması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 11.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 76, 77, 80-82, 88, 106.2, 217.4, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən və işə aidiyyəti olmayan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının işdən çıxarılması barədə əmrinin qanunvericiliyin tələblərinə zidd olması ilə bağlı hər hansı fakt aşkar edilməmişdir. İddiaçı əmrin əsaslandırılmadığını, formal olaraq tərtib edildiyini iddia etsə də qeyd edilməlidir ki, əmrin əsası olan bütün rəsmi sənədlər mövcuddur, iddiaçının apellyasiya şikayətinin dəlillərindən biri kimi istinadən etdiyi “ yeni strukturun “ iddiaçıya təqdim edilməməsi ilə bağlı arqumnetinə münasibətdə qeyd edilməlidir ki, bu sənədin iddiaçıya təqdim edilməsi ilə bağlı qayda qanunvericlikdə nəzərdə tutulmamışdır. Digər tərəfdən iddiaçı protokolun saxta olduğunu,sonradan tərtib edildiyini iddia etsə də, məhkəmə kollegiyası hesab edir ki, protokol qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir.Bundan əlavə iş materiallarında olan İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsi ilə müəyyən olunur ki, iddiaçı özü ərizə yazaraq ixtisarla razılaşmış, ərizə və .protokol mübahisələndirilmədiyindən tələbdən kənar müzakirə yolverilməzdir. İddiaçının apellyasiya şikayətinin digər dəlili olan ixtisar həyata keçirilərkən peşəkarlıq səviyyəsinin nəzərə alınmadığı arqumentlərinə münasibətdə qeyd etmək lazımdır ki, işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir və işdə saxlanılma üstünlüyü hüququna sahib olan şəxslərin seçimi zamanı işəgötürənin mülahizə sərbəstliyi vardır. Digər tərəfdən hazırkı mübahisə üzrə qeyd edilməlidir ki, ümumiyyətlə cavabdeh təşkilatda tərcüməşi ştatı ləğv edilmişdir və həmin ştat üzrə çalışan bütün işçilərin X14 verilmişdir. İddiaçının peşəsinə uyğun ştat mövcud deyildir ki, peşəkarlıq səviyyəsinə üstünlük verilsin. 12.Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 35. əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır .

13. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən:11. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır:b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək. 68. 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68.2. X14 verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü. 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:a) müəssisə ləğv edildikdə;b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;71.1 1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.77. 1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 77.2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.77.3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 77.4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla X14 verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində X14 verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. 78.1 Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.80.1 Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 80.3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. 83.1 Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.84.1 Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı;əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı;əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.84.2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.84.3. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.300.1 Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 48. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 15.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı oğunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-430/2025 saylı işi üzrə xx.xx.2025-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar