Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2684/2022 18.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı1 nümayəndəsi X3 və cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "MVVL Verus Praedium” MTK-ya qarşı «zərər» tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-30/2021 saylı işi üzrə 16.04.2021-ci il -ci il tarixli qətnaməsindən cavabdeh MVVL Verus Praedium” MTK və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "MVVL Verus Praedium” MTK-ya qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0121 ha torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsinin cavabdehin hesabına əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 600000 manat dəymiş ziyan, 60000 manat məbləğində illik 5 % ilə hesablanmış borc və 20000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Birinci instaniya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki; RX seriyalı ******* nömrəli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 186,9 kv.m olan fərdi yaşayış evi İddiaçı2 xüsusi mülkiyyəti kimi 04.09.2018-ci il tarixdə qeydiyyata alınmış; 12.02.2019-cu il tarixli bağışlanma müqaviləsinə istinadən, İddiaçı2 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 186,9 kv.m olan fərdi yaşayış evini və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,0121 ha olan torpaq sahəsini hədiyyə alan İddiaçı1 bağışlamışdır; 12.01.2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən İddiaçı1 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 3-də yerləşən 1 mərtəbəli qeyriyaşayış binasını X4 mülkiyyətinə vermiş; RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 3-də yerləşən qeyri-yaşayış binası X4 xüsusi mülkiyyəti kimi 16.01.2018-ci il tarixdə qeydiyyata alınmışdır; RX seriyalı ******* nömrəli çıxarışa istinadən, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 1 və 3-də yerləşən ümumi sahəsi 0,1086 ha olan torpaq sahəsi icarə hüququ ilə 49 il müddətinə "xxxx" MTK-nın xeyrinə yüklü edilmişdir; 12.02.2020-ci il ci il tarixli Alqı-satqı müqaviləsinin surətinə əsasən, İddiaçı1 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi ünvanında yerləşən 0,0121 ha sahəsi olan torpaq sahəsini X4 mülkiyyətinə vermiş, torpaq sahəsi X4 xüsusi mülkiyyəti kimi 20.02.2020-ci il tarixdə qeydiyyata alınmışdır; "MVVL Verus Praedium” MTK tərəfindən Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinə ünvanlanmış məktubda X5 tərəfindən MTK-ya vurulmuş 324608,50 manat ziyanın tam ödənildiyini göstərmişdir( iş.l.cild.səh.7, 8, 57-64);DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə 31.03.2021-ci il tarixli müvafiq sorğu göndərmiş və həmin idarənin iş materiallarında olan **********54 nömrəli 14.04.2021-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər kiiçəsi ev 56C saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi haqqında məlumat idarənin arxivində aşkar edilməmişdir( iş.l l.cild.səh.120). Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-30/2021 saylı, 16.04.2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 249000 manat məbləğində dəymiş ziyan, 24900 manat məbləğində gecikdirilmiş vaxt üçün illik 5 % ilə hesablanmış pul vəsaiti və iddianın qaldırılması üçün ödənilmiş 30 AZN dövlət rüsumunun 15 manat hissəsi cavabdeh "MVVL Verus Praedium” MTK-dan alınıb İddiaçı1 ödənilməsi, 08.02.2021-ci il ci il tarixli ƏEM/F 68-150/21 saylı ekspertiza tədqiqatının dəyəri olan 250 manat məbləğində pul vəsaitinin 125 manat hissəsi iddiaçılardan, 125 manat hissəsi isə cavabdehdən tutulub "xxxx" MMC-in hesabına ödənilməsi qət edilmişdir. Qətnamədə Mülki Prosesual Məcəllənin 14.2, 77.1, 119, 217.4; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152.1, 445.7, 449.3, 1096.1, 1096.2, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.12.2014-cü il tarixli,"Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarına, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, barəsində mübahisələndirilən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 186,9 kv.m olan fərdi yaşayış evi bağışlanma müqaviləsi ilə İddiaçı2 tərəfindən İddiaçı1 hədiyyə edildiyindən və həmin müqavilə hazırki vaxtadək qüvvədə olduğundan İddiaçı1 sözügedən əmlak barəsində gözlənilən mülkiyyət hüququ vardır. Bu səbəbdən hazırki iddia tələbi üzrə İddiaçı1 məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yaranmışdır. Məhkəmə iddia tələbinin iddiaçıya məxsus fərdi yaşayış evinin sökülməsinə görə cavabdehdən 60000 manat məbləğində ziyanın tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. İddiaçı1 tərəfindən cavabdeh MTK-nın təsisçisinə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,0121 ha olan torpaq sahəsi satılmış və bundan sonra sözügedən əmlak cavabdehin xüsusi mülkiyyətinə keçmişdir. Cavabdeh məhkəməyə ünvanladığı 06.10.2020-ci il tarixli ərizədə sözügedən torpaq sahəsi üzərində ümumi sahəsi 186,9 kv.m olan fərdi yaşayış evinin mövcud olmadığını qeyd etsə də, iş materiallarında olan RX seriyalı ******* nömrəli çıxarışın surətindən və iş materiallarında olan fotoşəkillərin surətindən görünür ki, sözügedən fərdi yaşayış evi ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,0121 ha olan torpaq sahəsinin üzərində mövcud olmuşdur. Beləliklə, cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evini qanunsuz olaraq sökərək ona ziyan vurmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin ƏEM/F 68-150/21 saylı, 08 fevral 2021-ci il tarixli ekspert rəyində, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,0121 ha torpaq sahəsində yerləşən 186,9 kv.m sahəsi olan 3 mərtəbədən ibarət olan fərdi yaşayış evinin 2021-ci il üçün bazar dəyərinin 249000 manat olduğu göstərilmişdir. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,0121 ha torpaq sahəsində yerləşən 186,9 kv.m sahəsi olan 3 mərtəbədən ibarət olan fərdi yaşayış evi cavabdeh tərəfindən qanunsuz söküldüyünə görə həmin əmlakın dəyərini təşkil edən 249000 manat məbləğində iddiaçıya dəymiş zərər "MVVL Verus Praedium” MTK-dan tutulub İddiaçı1 ödənilməlidir. Hesablanmış 5% məbləğində 60000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsinə münasibətdə iddia tələbi bu hissədə qismən təmin edilməli, 249000 pul vəsatinin 2 il üçün illik 5 % ilə hesablanmış 24900 manat məbləğində pul vəsaiti "MVVL Verus Praedium” MTK-dan tutulub İddiaçı1 ödənilməlidir. İddia tələbinin 20000 manat məbləğində mənəvi zərərin cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə yuxarıda sadalananları və işin hallarını əsas götürərək hesab etmişdir ki, iddiaçı cavabdeh tərəfindən aldadılmaqla mənəvi sarsıntı keçirdiyini bildirsə də, hansı mənəvi sarsıntı və ya fiziki iztirab keçirdiyi barədə məhkəməyə əsaslı bir sübut təqdim edə bilməmişdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia tələbi qismən təmin olunduğu halda, hazırkı iş üzrə çəkilmiş xərclər (dövlət rüsumu və ekspert tədqiqatının dəyəri) yarı hissələrdə tərəflərə aid edilməlidir. İddiaçı1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-30/2021 saylı, 16.04.2021-ci il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sökülmüş əmlak 186.9 kv.m sahədən ibarətdir. Həmin əmlak sökülən günədək qeyri yaşayış sahəsi kimi (stomatoloji klinika) fəaliyyət göstərmişdir. Bildiyiniz kimi stomatoloji klinikanın fəaliyyət göstərməsi üçün bütün lazımı şərait yaradılmalıdır. Səbail rayonunda tam təmirli 186.9 kv.m sahədən ibarət qeyri yaşayış sahəsinin dəyərinin 249000 manat kimi müəyyən edilməsi reallığı əks etdirmir. Ekspert tərəfindən qoyulmuş qiymət heç təmirsiz obyektin dəyərini özündə əks etdirmir. Məhz bu səbəbdən məhkəmənin ekspert rəyinə istinad edərək belə bir qətnamə qəbul etməsi mülkiyyət hüquqlarlarının pozulması ilə nəticələnmişdir. Mənəvi ziyanla bağlı isə artıq iki ildən çoxdur məhkəmə prosesi davam edir, hər dəfə məhkəmə prosesi zamanı keçirdiyi stres əsəb səhhətində ciddi narahatçılığa səbəb olmuşdur. Cavabdeh2 MTK apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-30/2021 saylı, 16.04.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh MVVL Verus Praedium” MTK tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin vəsatəti təmin edilərək məhkəmə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə 31.03.2021-ci il tarixli müvafiq sorğu göndərmiş və həmin idarənin iş materiallarında olan **********54 nömrəli 14.04.2021-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər kiiçəsi ev 56C saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi haqqında məlumat idarənin arxivində aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi məhkəmə iclasında tədqiq olunmuş mübahisəli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olmamasını sübut edən sənədi ümumiyyətlə qiymətləndirməmiş, son nəticədə əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Bu və digər faktlar bununla yanaşı iş materiallarında olan Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqinin ********* nömrəli cinayət işi üzrə 17.08.2019-cu il tarixli qərarında da əksini tapmışdır. Eyni zamanda diqqətə layiq hal ondan ibarətdir ki, iddiaçının mübahisə etdiyi ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin əvəzinə cavabdeh MTK-nın təsisçisi X9 tərəfindən alğı-satqı müqaviləsi ilə İddiaçı1 85000 manat pul ödənildiyindən əlavə, "xxxx" MTK-da olan ümumi məbləği 196100 manat təşkil edən 2 otaqdan ibarət, sahəsi 106 kv.m olan 148 saylı mənzili və həmin kooperativdəki payı İddiaçı1ın xeyrinə imtina etməklə qaytarmışdır.Tərəflər arasında yaranmış mübahisənin mahiyyətindən və sonrakı davranışlarından tam təsdiq olunur ki, cavabdeh tərəfindən iddiaçıya deyil, məhz iddiaçı tərəfindən cavabdehə ziyan vurulmuşdur. Lakin iddiaçı iddia ərizəsində işin bu hallarını göstərməmiş və iddia ərizəsində elə təsəvvür yaratmaq istəmişdir ki, guya MTK qanunsuz olaraq tikintini sökmüşdür. Bütün bunlar barəsində cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsinə etirazda qeyd edilməsinə və cavabdehin nümayəndəsinin məhkəmə çıxışında bildirməsinə baxmayaraq birinci instansiya məhkəməsi qeyd edilən işin hallarını nəinki qətnamədə göstərməmiş, hətta məhkəməyə sübut kimi təqdim edilən prokurorluğun qərarına ümumiyyətlə qiymət verməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6355/2021 nömrəli iş üzrə 09.07.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh MVVL Verus Praedium” MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-30/2021 saylı, 16.04.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmiş, İddiaçı1 tərəfindən verilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-30/2021 saylı, 16.04.2021-ci il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi barədə apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6355/2021 nömrəli iş üzrə 09.07.2021-ci il tarixli qətnaməsindən İddiaçı1 kassasiya şikayəti vermiş və Ali Məhkəmənin 2(102)-6255/2021 saylı işi üzrə 21.12.2021-ci il tarixli qərarı ilə, İddiaçı1 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.07.2021-ci il tarixli, 2(103)-6355/2021 saylı qətnaməsi ləğv edilməsi və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Qərarda Mülki Prosessual Məcəllənin 14, 81, 407.2, 416, 417, 418; Mülki Məcəllənin 14, 21, 139.1, 140, 146.1, 146.2 -ci maddələrinə istinadən qeyd edilmişdir ki, iş materillarından göründüyü kimi iddia tələbi Badamdar qəsəbəsi, Neftçilər küçəsi, ev 56C ünvanında yerləşən evin cavabdeh tərəfindən sökülməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədədir.Tərəflər arasında bağlanmış Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 3-də yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasının alğı-satqısı barədə 12.01.2018-ci il tarixli müqavilə üzrə X10 tərəfindən ödənilmiş 102900 manat, habelə X8 qəsəbəsi, T.Məmmədov küçəsi 2 ünvanda yerləşən 3 mərtəbəli evin təmir olunmasına çəkdiyi 41942,40 manat və Badamdar sahəsi 2-ci yaşayış massivində F.Nağıyevə məxsus torpaq sahəsində 3 mərtəbəli binanın inşasına sərf etdiyi 179766,1 manat olmaqla - cəmi 324608,5 manat pul X6 2019-cu ildə qaytarılmışdır.Həmin zərərin 140000 manatı pul şəklində qaytarılmış, qalan 184608,5 manat pulun əvəzində "Rahat Məkan” MTK-nın inşa etdiyi, Yasamal rayonu, B.Səfəroğlu küçəsi, 539-cu məhəllədəki binanın 4-cü blokunda, 9cu mərtəbəsində yerləşən 148 nömrəli mənzildən və MTK-dakı payından Namiq Mirzəyevin xeyrinə imtina edimişdir. Həmin mənzilin qiyməti qarşılıqlı razılıq əsasında 196100 manat müəyyən edilmiş, eyni zamanda yaranan 11500 manat fərq Namik Mirzəyev tərəfindən Fərhad Nağıyevə ödənilmişdir. 12 yanvar 2018-ci il tarixli alğı-satqımüqaviləsi ləğv edilməsi barədə 11 fevral 2020-ci il tarixli saziş bağlanmışdır. Həmçinin sonradan Namiq Mirzəyev "Rahat Məkan” MTK-nın inşa etdiyi, Yasamal rayonu, B.Səfəroğlu küçəsi, 539-cu məhəllədəki binanın 4-cü blokunda, 9-cu mərtəbəsində yerləşən 148 nömrəli mənzili Fərhad Nağıyevə qaytarmışdır. Bundan başqa 12.02.2020-ci il tarixli alğı-satqı müqaviləsi əsasında İddiaçı1 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi ünvanında yerləşən 0,0121 ha sahəsi olan torpaq sahəsini 85000 manata X1. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən ona əsaslanmışdır ki, Baki şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, ev 56C saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi haqqında məlumatın idarənin arxivində aşkar edilməməsi barədə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********54 nömrəli 14.04.2021-ci il tarixli sorğuya cavab məktubuna birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməmiş və sübut kimi qiymətləndirilməmişdir. Baki şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, ev 56C saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi haqqında məlumat idarənin arxivində aşkar edilmədiyi halda, fərdi yaşayış evininin cavabdeh tərəfindən sökülərək iddiaçıya maddi ziyan vurması barədə iddiası əsassızdır, iş üzrə daşınmaz əmlakın mövcudluğu barədə məlumat aşkar edilmədiyindən, həmçinin İddiaçı1 12.02.2020-ci il tarixli alğı-satqı müqaviləsi ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi ünvanında yerləşən 0,0121 ha sahəsi olan torpaq sahəsini X4 mülkiyyətinə verdiyindən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi ünvanında yerləşən 0,0121 ha sahəsi olan torpaq sahəsi X4 xüsusi mülkiyyəti kimi 20.02.2020-ci il tarixdə qeydiyyata alındığından cavabdeh tərəfindən iddiaçıya maddi və mənəvi ziyan vurulması faktı sübuta yetirilməmiş hesab edilməli və iddia rədd edilməlidir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin əsaslandırması ilə razılaşmır. Çünki, mülki işin 1 -ci cildinin 7-ci səhifəsində olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 0,0121 ha torpaq sahəsi və sahəsi 186,9 kv.m. olan fərdi yaşayış evi İddiaçı2 xüsusi mülkiyyəti kimi 04.09.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.Mülki işin 8-ci səhifəsində olan, Bakı şəhəri 53 saylı notariat ofisində təsdiqlənmiş 12.02.2019-cu il tarixli bağışlanma müqaviləsindən görünür ki, İddiaçı2 özünün mülkiyyətində olan Badamdar qəsəbəsi, Neftçilər küçəsi, ev 56 C ünvanında yerləşən 0,0121 ha torpaq sahəsi və sahəsi 186,9 kv.m. olan fərdi yaşayış evini İddiaçı1 bağışlamışdır. Həmin vaxt satıcının mülkiyyət hüququnu təsdiq edən sənəd kimi əsas götürülmüş daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışda, satılan evin və torpaq sahəsinin üzərində İddiaçı2 mülkiyyət hüququnun qeydiyyat tarixi 04.09.2018-ci il tarixi qeyd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi göstərilən maddi hüquq normalarını tətbiq etməli olduğu halda, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********54 nömrəli 14.04.2021-ci il tarixli sorğuya cavab məktubunu əsas tutmaqla səhv nəticəyə gəlmiş, iddianı rədd etmişdir. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, tələblərinin hüquqi əsasının cavabdeh MTK tərəfindən ona məxsus Bakı şəhəri, Səbail ray., Badamdar qəs., Neftçilər küç. 56 C yerləşən fərdi yaşayış evinin qanunsuz olaraq sökülməsi olduğunu, cavabdeh MTK-nın sahibləri ilə qonşu olduqlarını, onları uzun müddətdir tanıdığını, əvvəl aralarında şifahi olaraq “centlmen” sazişi - razılıq olduğunu, Badamdar qəs., T.Məmmədov 3 və Badamdar qəsəbəsi, Neftçilər küç, 56 C- bu ərazilərin iki qonşu ərazi olduğunu, MTK-ya Bakı şəhəri, Səbail ray., Badamdar qəs., Tofiq Məmmədov küç.3 ünvanında yerləşən qeyri-yaşayış binasını satdığını, iddia tələblərinin Badamdar qəs., Neftçilər küç. 56 C ilə əlaqədar olduğunu və həmin ərazidə olan torpaq sahəsinin həm texniki pasportunun, həm çıxarışının olduğunu,cavabdeh MTK ilə aralarındakı razılığa əsasən, MTK tərəfindən onun üçün başqa bir ərazidə yeni bir fərdi yaşayış evi tikmək və ona məxsus klinikanı təmir etməklə əlaqədar razılığa gəldiklərini, tikinti işləri başa çatdıqdan sonra MTK tərəfindən ona 140000 manat dəyərindən xərc çəkilməsi ilə bağlı smeta təqdim olunduğunu, onun tərəfindən cəlb olunmuş mütəxəssisin isə çəkilmiş xərcin 80000 manat təşkil etdiyini bildirdiyini, beləliklə MTK tərəfindən aldadıldığını, buna görə qarşı tərəflə münasibətlərin pozulduğunu və belə olan halda sazişi pozacağını, çəkdikləri xərcləri qaytarmaq şərti ilə binanı onlara satmayacağını, Badamdar qəs., Tofiq Məmmədov küç.3 ünvanında yerləşən qeyri-yaşayış binasına görə ödənilmiş 100000-i qaytacağını və həmin ərazinin də geri verilməsini istədiyini qarşı tərəfə bildirdikdən sonra cavabdehin gecə ilə ona məxsus binanı sökdüyünü, əşyalarını oğurladıqlarını, söküntünün alği-satqı olduqdan 10 ay sonra baş verdiyini və üçmərtəbəli fərdi yaşayış evinin qanunsuz olaraq söküldüyü üçün polisə müraciət etdiyini, cinayət işinin açıldığını,cinayət işi üzrə vurulmuş ziyanla əlaqədar ziyanı ödəməyə məcbur edildiyini, cinayət işi üzrə icraatın qanunsuz söküntü hissəsində dayandırıldığını, hələki şikayət vermədiyini bildirmiş və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, MTK-nın pilot layihə çərçivəsində hündürmərtəbəli binanın tikintisi ilə məşğul olduğunu və Bakı şəhəri, Səbail ray., Badamdar qəs., Tofiq Məmmədov küç.3 ünvanında iddiaçıya məxsus torpaq sahəsinin mövcud olduğunu, həmin torpaq sahəsindəki 3 mərtəbəli qeyri-yaşayış binasının 1-ci mərtəbəsini cavabdeh MTKnın təsisçisi Mirzəyev Namiqin alğı-satqı müqaviləsi bağlayaraq iddiaçıdan aldığını, həmin qeyri yaşayış binasının 2 və 3-cü mərtəbələrinin dövlət qeydiyyatı olmadığını, iddiaçının alğı-satqı edərkən binanın yalnız 1-ci mərtəbəsinə dair çıxarışının olduğunu MTK-ya bildirdiyini, MTK-nın məqsədinin binanı almaq və orada ev tikmək olduğunu, bunun üçün də iddiaçı ilə razılığa gəldiklərini, razılıqla bağlı hər hansı bir ümümi müqavilənin olmadığını, şifahi razılığa gəldiklərini, razılığa əsasən iddiaçı üçün yeni üçmərtəbəli fərdi yaşayış evinin tikildiyini, təmir işlərinin həyata keçirildiyini, alğı-satqıdan sonra cavabdeh MTK-ın binanı sökdüyünü və yerində tikinti işləri aparmağa başlamaq istədiyi ərəfədə iddiaçının onlara yaxınlaşıb satdığı əmlakın bu olmadığını, əmlakın başqa ünvanda yerləşdiyini bildirdiyini, onlara “mən sizə bina yox, sənəd satmışam“ dediyini və mübahisənin belə başladığını cinayət işinin materialları ilə iddiaçının cavabdeh MTK-ya 384000 manat ziyan vurduğunun öz təsdiqini tapdığını, vurulmuş ziyanın bir qisminin pul, bir qisminin əmlak şəklində iddiaçının nümayəndəsi Fərhad Nağıyev tərəfindən qarşılandığını, ziyan ödənildiyi üçün cinayət işinə qismən xitam verildiyini, bundan sonra iddiaçı tərəfin məhkəməyə müraciət etdiyini, ona məxsus fərdi yaşayış evinin söküldüyünü və ona vurulmuş ziyanın ödənilməsini tələb etdiyini, buna baxmayaraq mübahisə edilən əmlakın yerləşdiyi torpaq sahəsinin alğı- satqı edilərək iddiaçı tərəfindən MTK-nın təsisçisi Mirzəyev Namiqə satıldığını, mübahisəli əmlakın çıxarışının əslinin iddiaçı tərəfindən məhkəməyə təqdim olunmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi qətnaməsinin əsaslılığını kassasiya yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 60, 71; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 139, 146, 152-166, 385-388, 560, 1091-1097; Torpaq Məcəlləsinin 55; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 372, 385-390, 420-ci maddələrinə istinadən tam və hərtərəfli araşdırma aparıb, apellyasiya şikayəti ilə əlaqəli şəkildə nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilərək iddia ərizəsi üzrə düzgün olmayan nətcə hasil olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsi müvafiq olaraq iddiaçı tərəfindən dəfələrlə dəyişdirilmiş iddia ərizəsinin əsasını tam müəyyən etməməklə qəti olaraq səhv qənaətə gəlmişdir. Halbuki, işin araşdırılan hallarından tərəflərin birgə razılıq və qarşılıqlı etibar əsasında hərəkət etdikləri, lakin razılıqların rəsmi qaydada sənədləşdirilmədikləri müəyyən edilmişdir. Tərəflər bu razılıqları bildirsələr də və işdə olan sənədlərdən iddiaçılar tərəfindən əmlakların alğı-satqısının həyata keçirilməsi bu münasibətlərin mövcudluğunu təsdiq etsə də, iddia ərizəsində və prosessual ziddiyyətlərlə verilən iddia üzrə iddiaçıların tələblərinin əsasları işin halları ilə uzlaşmamış, iddia edilən əsaslarla müəyyən edilən əsaslar tam fərqli rakursda müəyyən edilmiş, bununla sübuta yetirilməyən dəlillərin irəli sürüldüyü aşkar edilmişdir. Qeyd edilənlərdən əlavə, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 14.04.2021-ci il tarixli cavab məktubu ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər kiiçəsi ev 56C saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi haqqında məlumatın idarənin arxivində aşkar edilməməsi və digər müəyyən edilməli hallara dair və kassasiya instansiyası məhkəməsinin göstərişlərinə müvafiq olaraq tərəflərə, o cümlədən iddiaçıya mülahizə və əlavə sübutların təqdim edilməsi üçün vaxt verilsə də, hər hansı bir əlavə mülahizə, sübut və ya vəsatət kollegiyaya təqdim edilməmişdir. Beləliklə, kassasiya instansiya məhkəməsinin mülki kollegiyasının qərarında əks edilmiş əsaslar üzrə aparılmış əlavə araşdırma tərəflər arasında işgüzar münasibətlərin olduğunu müəyyən etmiş olsa da, sübut edilməsi digər vasitələrlə mümkün olmayan müqavilə-maliyyə mühasibat sənədləri və ya öhdəlikləri müəyyən edən digər yazılı sübutlar məhkəmə kollegiyasının araşdırılmasına təqdim edilməmişdir. Tərəflər arasında maliyyə dövriyyəsi üzrə münasibətlərin mövcudluğu öz təsdiqini tapsa da, son olaraq cavadehin idiaçılara borcu və onun miqdarını təsdiq edən sübutlar mötəbərlik baxımından müəyyən edilməmişdir. Bundan əlavə diqqətə çatdırılmalıdır ki, iddiaçıların vahid tələb formasında verdikləri iddia ərizələri üzrə qəbul edilmiş məhkəmə aktından bir iddiaçı şikayət vermiş, digəri şikayət verməmiş, hər bir iddiaçının cavabdehə olan tələbləri üzrə dəqiqləşmə aparılmamış, bunlar da öz növbəsində prosessual uyğunsuzluq yaratmışdır. Diqqətə çatdırılmalıdır ki, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının səlahiyyətləri və işə baxılma hədləri, prosessual qanunvericiliyə və qüvvəsini almış kassasiya instansiyası məhkəməsinin mülki kollegiyasının qərarının göstərişlərinə müvafiq, faktiki olaraq, iddia edilən yeni tələblərə qiymət verilməsini mümkünsüz edir. Təkrar apellyasiya icraatı zamanı kassasiya instansiya məhkəməsinin göstərişlərinə müvafiq prosessual hərəkətlər aparılaraq ətraflı araşdırma aparılmış və mötəbərliyi şübhə doğurmayan sübutedici əsasların müəyyən edilməməsi qənaəti formalaşmışdır. Bununla belə izah edilməlidir ki, araşdırılması aparılan cinayət işi və ya sübutlarla müəyyən edilməsi mümkün olan digər tələblər həddində tərəflər arasında mümkün mübahisələr üzrə onların məhkəmə müdafiə hüquqları istisna edilmir. Qeyd edilənlərə əsasən, məhkəmə aktının sübutedici əsasları müəyyən edilmədiyindən müvafiq olaraq iddiaçının apellyasiya şikayəti rədd, cavabdehin apellyasiya şikayəti isə təmin edilməli, qətnamə düzgün olmayan təfsir əsasları üzrə ləğv edilməli və iddianın sübuta yetirilməməsi əsası ilə rədd edilməlidir. Tələb olmadığından iddia və apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsümu - məhkəmə xərci önları ödəyən şəxslərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı1 tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh MVVL Verus Praedium” MTK tərəfindən verilən apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-30/2021 saylı işi üzrə, 16.04.2021-ci il -ci il tarixli qətnaməsi iddia tələbinin təmin edildiyi hissədə ləğv edilsin, həmin hissədə iddia tələbi rədd edilsin, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 250 (əlli) manat məbləğdə pul vəsaiti iddiaçılar İddiaçı2 və İddiaçı1 tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2684/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2684/2022
18.04.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver