Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2684/2025 12.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi X34, İddiaçılar İddiaçı1, X64 qızının, İddiaçı3 nümayəndəsi-vəkili Nümayəndə1 Maarif oğlunun, Cavabdeh1 nümayəndəsi-vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh1 qarşı “miras əmlakda payların müəyyən edilməsi” barədə birinci iddia üzrə; iddiaçı Cavabdeh1 cavabdeh 5 saylı Bakı “Asan Xidmət Mərkəzi” Notariat Ofisinə qarşı (üçüncü şəxslər Cavabdeh3, İddiaçı1, İddiaçı2, İddiaçı3 cəlb edilməklə) “payın müəyyən olunması” barədə birləşdirilmiş iddia ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-5064/2024 saylı qətnaməsindən iddiaçılar tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Cavabdeh3 Hacı oğlu (iddiaçıların babaları) ilə X40 (iddiaçıların nənələri) nikah münasibətlərində olmuşlar və bu nikah münasibətlədindən 7 övladları–X41, X42, Cavabdeh1, X48, X49, X35, X50 anadan olmuşlar. Cavabdeh3 Hacı oğlu xx.xx.1980-ci il tarixdə, X40 xx.xx.2023-cü il tarixdə ölmüşlər. Onların birgə nikahdan anadan olmuş uşaqlarından Cavabdeh1 başqa, digərləri müxtəlif vaxtlarda (X41 1960, X42 1992, X48 2012, X49 2008, X35 2014, X50 iş materialları ilə müəyyən edilməmişdir) ölmüşlər. Cavabdeh3 Hacı oğlunun ölümündən sonra onun vərəsələri olaraq arvadı X26 və qızı Cavabdeh1 23 sentyabr 2022-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir və şahətnamə ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin ünvanda yerləşən 0,0336 ha torpaq sahəsinin hər birinə münasibətdə 1/2 hissəsində miras payları müəyyən edilmişdir. Birinci iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 ölən şəxslərin (Cavabdeh3 Hacı oğlu ilə X18) xx.xx.1992-ci ildə ölmüş övladı X11 olan nəvələri, birləşdirilmiş iş üzrə iddiaçı tərəfindən üçüncü şəxs kimi cəlb edilmiş Cavabdeh3 isə qeyd edilən şəxslərin xx.xx.2008-ci il tarixdə ölmüş övladı X19 olan nəvəsidir. Məhkəmənin cəlb etdiyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs X51 (2004-cü il təvəllüdlü) qeyd olunan şəxslərin xx.xx.2012-ci ildə ölmüş övladı Salman Salmanovdan olan nəvəsidir. Hazırda tərəflər miras əmlaka dair paylarının müəyyən olunmasını xahiş edirlər. Birinci instansiya məhkəməsində icraat: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh1 qarşı “miras əmlakda payların müəyyən edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, xx.xx.1980-ci il tarixdə ölmüş Cavabdeh3 Hacı oğlunun mülkiyyətində olmuş və miras əmlaka daxil olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsində birgə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 ayrı-ayrılıqda paylarının müəyyən edilməsi, xx.xx.2023-cü il tarixdə ölmüş miras qoyan X18 mülkiyyətində olmuş və miras əmlaka daxil olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsində birgə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 ayrı-ayrılıqda paylarının müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, miras qoyanlar Cavabdeh3 Hacı oğlu və X40 ər-arvad olmuşlar, Cavabdeh3 xx.xx.1980-ci il tarixdə Bakı şəhərində ölmüş, Şəfiqə Salmanova isə xx.xx.2023-cü il tarixdə Xızı rayonunda ölmüşdür. Miras qoyanlar Cavabdeh3 Hacı oğlu və X18 nikahından 7 uşaq doğulmuşdur. Hal hazırda sadəcə Cavabdeh1 sağdır, digərləri ölmüşlər. Birgə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 miras qoyanların nəvələridir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrı çıxarışından görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci tarixdə Cavabdeh3 Hacı oğlunun adına rəsmiləşdirilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci tarixdə 1/2 hissədə X18 adına, 1/2 hissədə Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Birgə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 doğulduqları gündən bu günədək ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadırlar. Birgə iddiaçılar nənələri öldükdən sonra vərəsəlik işinin açılması və miras əmlakı qəbul etmələri üçün notariat ofisinə müraciət etmişlər. 5 saylı Bakı “Asan Xidmət Mərkəzi”ndə notariat ofisinin məktubundan görünür ki, vərəsələr arasında mübahisə olduğu üçün vərəsəlik işi notarial qaydada öz həllini tapmamışdır. Həmçinin Nizami Rayon Məhkəməsinə verilmiş iddia ərizəsindən sonra birgə iddiaçılara məlum olmuşdur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsini Cavabdeh1 qanunsuz olaraq öz adına rəsmiləşdirmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 nümayəndəsi-vəkili Nümayəndə1 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 3 saylı Bakı “Asan Xidmət Mərkəzi”nin Notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin Cavabdeh1 aid hissədə etibarsız hesab edilməsi, xx.xx.2022-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, xx.xx.1980-ci il tarixdə ölmüş miras qoyan Cavabdeh3 Hacı oğlunun mülkiyyətində olmuş və miras əmlaka daxil olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində 1/2 hissəsində birgə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 ayrı-ayrılıqda paylarının müəyyən edilməsi, 14 oktyabr 2023-cü il tarixdə ölmüş miras qoyan X18 mülkiyyətində olmuş və miras əmlaka daxil olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsində birgə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 ayrı-ayrılıqda paylarının müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 nümayəndəsi-vəkili Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 3 saylı Bakı “Asan Xidmət Mərkəzi”nin Notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin Cavabdeh1 aid hissədə etibarsız hesab edilməsi, xx.xx.2022-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, xx.xx.1980-ci il tarixdə ölmüş miras qoyan Cavabdeh3 Hacı oğlunun və 14 oktyabr 2023-cü il tarixdə ölmüş miras qoyan X18 ümumi birgə mülkiyyətində olmuş və miras əmlaka daxil olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində vərəsələr İddiaçı1, İddiaçı3, İddiaçı2 ayrı-ayrılıqda paylarının müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 cavabdeh 5 saylı Bakı “Asan Xidmət Mərkəzi” Notariat Ofisinə qarşı (üçüncü şəxslər Cavabdeh3, İddiaçı1, İddiaçı2, İddiaçı3 cəlb edilməklə) “payın müəyyən olunması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası xx.xx.2023-cü il tarixdə vəfat etmiş ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 128,10 kv.metr olan fərdi yaşayış evi və evin yerləşdiyi 0.0336 ha torpaq sahəsinin 1/2 hissəsinin üzərində tam payda Cavabdeh1 payının müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 128,10 kv.metr olan fərdi yaşayış evi və evin yerləşdiyi 0,0336 ha torpaq sahəsinin 1/2 hissədə mərhum X4nın, 1/2 hissədə isə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X4 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra anasından miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 128.10 kv.metr olan fərdi yaşayış evi və evin yerləşdiyi 0,0336 ha torpaq sahəsinin 1/2 hissəsi miras əmlak kimi qalmışdır. Anasından miras qalmış əmlakı qanun üzrə birinci növbəli vərəsə olaraq qəbul etmək üçün 5 saylı Bakı “Asan Xidmət Mərkəzi” Notariat Ofisinə müraciət etmişdir. Notariat ofisində vərəsəlik işi açılmış, lakin 6 ay tamam olan müddətinədək notarius tərəfindən ona miras qalmış əmlaka dair tam payda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. 5 saylı Bakı “Asan Xidmət Mərkəzi”ndə Notariat Ofisi tərəfindən xx.xx.2024-cü il tarixli 880 saylı məktubda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum X18 vərəsəlik işinin açılması ilə əlaqədar xx.xx.2024-cü il tarixdə 5 saylı “Asan Xidmət Mərkəzi”nin Notariat Ofisində müraciətə baxılmışdır. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Bu baxımdan, mərhumun vəfatı ilə əlaqədar onun birinci növbə üzrə vərəsəsi vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində müraciət etdiyi üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Notariat ofisinə ərizə ilə müraciət etmiş şəxslərdən biri Cavabdeh3 mərhum qardaşı X27 oğludur. Digər şəxslər İddiaçı2, İddiaçı3 və İddiaçı1 mərhum qardaşı X20 övladlarıdır. Lakin qardaşları hər biri, eləcə də X49 və X42 anasından əvvəl vəfat etdiyindən, onlar qanun üzrə birinci növbəli vərəsə kimi pay almaq hüququnu itirmişlər. Qardaşlarının ölüm haqqında şəhadətnamələrindən, eləcə də doğum haqqında şəhadətnamələrdən aydın olur ki, hər biri miras qoyan rəhmətə gedən zaman sağ olmadığından, MM-nin 1159-cu maddəsinin tələblərinə uyğun olaraq bərabər pay hüquqlu vərəsə hesab edilmirlər. Eyni zamanda, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli 2-1409/2004 saylı qətnaməsi ilə İddiaçı2, İddiaçı3 və İddiaçı1 anası X21 cavabdeh X12 və qeyrilərinə qarşı “yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia təmin olunaraq, ünvan 5 ünvanda yaşayış və yardımçı sahələrdən, eləcə də həyətyanı torpaq sahəsindən istifadə qaydaları müəyyən edilmiş, həmin evin həyətində girişdən sol tərəfdəki tikilidə yerləşən 16.0 kv.metr və 15.0 kv.metr olan yaşayış otaqları, sahəsi 12.0 kv.metr olan giriş və sahəsi 12.0 kv.metr olan mətbəx üç uşağı ilə birlikdə X3 istifadəsinə verilmiş, torpaq sahəsindən istifadə qaydası müəyyən edilmiş, ünvan 5 ünvanda qalan yaşayış və yardımçı sahələri, eləcə də həyətyanı torpaq sahəsi birgə istifadədə saxlanılmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli 2-1409/2004 saylı qətnaməsində göstərilmiş İddiaçı2, İddiaçı3 və İddiaçı1 anası X3 3 uşağı ilə birlikdə yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilmiş fərdi yaşayış evi, hal-hazırda anasından miras qalmış mübahisəli evdir. Evin ünvanı dəyişdirildiyindən, hal-hazırda ünvan ünvan 6 səbəbdən, hesab edir ki, anasının sağlığında hazırda iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş şəxslərə yaşayış sahəsi ilə təmin etmiş, məhz miras əmlakın yerləşdiyi hissədə özlərinə məxsus tikililəri vardır. Həmin tikililər də 0.0336 ha hissədə yerləşir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011) 5064/2024 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh1 qarşı "miras əmlakda payların müəyyən edilməsi" barədə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı1, İddiaçı2, İddiaçı3 hər birinin ayrı-ayrılıqda mərhum X13 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin ünvanda yerləşən 0.0336 ha torpaq sahəsinin 1/18 hissəsi üzərində miras payları müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh1 cavabdeh 5 saylı Bakı “Asan Xidmət Mərkəzi” Notariat Ofisinə qarşı (üçüncü şəxslər Cavabdeh3, İddiaçı1, İddiaçı2, İddiaçı3 cəlb edilməklə) "vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi" tələbi barədə iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh1 mərhum X13 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin ünvanda yerləşən 0.0336 ha torpaq sahəsinin 2/3 hissəsi üzərində miras payı müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qeyd olunan paylara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin verilməsi 5 saylı Bakı “Asan Xidmət Mərkəzi”ndə Notariat Ofisinə həvalə edilməsi, mərhum X13 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin ünvanda yerləşən 0.0336 ha torpaq sahəsinin 1/6 hissəsi üzərində Cavabdeh3 miras payının müəyyən edilməsi nəzərə alınması və iş üzrə ödənilmiş dövlət rüsumları müvafiq olaraq rüsumu ödəmiş tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 müvafiq olaraq 1991, 1988, 1987-ci il tarixdə anadan olmuşlar. Onların atası X42 xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ataları S.Salmanova (xx.xx.1980-ci il tarixdə vəfat etmiş sonuncunun atası Cavabdeh3 Hacı oğlundan) çatmalı olan payı irsi transmissiya qaydasında almalıdırlar. Lakin, miras qoyan Cavabdeh3 Hacı oğlunun vəfat etdiyi zaman oğlu S.Salmanov sağ olduğundan, irsi transmissiya ilə bağlı qeyd edilmiş iddia tələbləri təmin edilə bilməz. Belə ki, vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). İşdən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 atası S.Salmanov öz atası Cavabdeh3 vəfatından 10 ildən çox müddət sonra vəfat etmişdir. Buna görə də xx.xx.1980-ci il tarixdə vəfat etmiş Cavabdeh3 Hacı oğlundan qalmış miras əmlaka dair İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia tələbləri və bu tələblərlə bağlı: “3 saylı Bakı “Asan Xidmət Mərkəzi”nin Notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin Cavabdeh1 aid hissədə etibarsız hesab edilməsi, xx.xx.2022-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, xx.xx.1980-ci il tarixdə ölmüş miras qoyan Cavabdeh3 Hacı oğlunun mülkiyyətində olmuş və miras əmlaka daxil olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə birgə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 ayrı-ayrılıqda paylarının müəyyən edilməsi” barədə iddia tələbləri təmin edilməli deyil. Birinci iş üzrə digər iddia tələbləri, yəni “14 oktyabr 2023-cü il tarixdə ölmüş miras qoyan X18 mülkiyyətində olmuş və miras əmlaka daxil olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə birgə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 ayrı-ayrılıqda paylarının müəyyən edilməsi” barədə iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, işdən görünür ki, X18 vəfat etdiyi zaman iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 atası S.Salmanov sağ olmamışdır və sonuncunun miras əmlakı irsi transmissiya qaydasında İddiaçı1, İddiaçı2 və İddiaçı3 ataları S.Salmanova keçməlidir. X18 mirasının açılması tarixi qeyd olunan qərarın qəbul edilməsinədək olan dövrə təsadüf etdiyindən, Mülki Məcəllənin 1246-cı maddəsinin (vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir) qüvvəsi Ş.Salmanovanın miras əmlakına şamil edilməlidir. Bununla əlaqədar olaraq məhkəmə qeyd etmişdir ki, proses iştirakçıları olan iddiaçılar: İddiaçı1, İddiaçı3, İddiaçı2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Eyvaz X6mış mirasın qəbulu üçün xx.xx.2024-cü il tarixdə notariat orqanına müraciət etdiklərindən, sonuncuların miras tələbi əsaslı hesab edilməlidir. Buna görə də X18 miras kütləsinə daxil olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin ünvanda yerləşən 0.0336 ha torpaq sahəsinin 1/2 hissəsi sözügedən vərəsələr arasında paylarına mütənasib olaraq bölüşdürülməlidir. Mübahisəli sahə birgə nikah dövründə əldə olunduğuna görə Şəfiqə Salmanovanın payının 1/2 hissədən artıq olaraq nəzərə alınmalı olması və bununla da iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 paylarının artırılmalı olması ilə bağlı sonuncuların iddia dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 mərhum nənələri Ş.Salmanovanın adından onun nikahı dövründə qazanılmış əmlakı (onun artırılmasını) tələb etməyə subyektiv hüquqları olmadığından, sözügedən dəlillər əsaslı hesab edilə bilməz. Bununla da əksi sübut olunmadığından, Şəfiqə Salmanovanın payı mübahisəli sahənin 1/2 hissəsi kimi nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən Ş.Salmanovanın vərəsələrinin dairəsinə qızı Cavabdeh1, oğlu Sərməst Salmanovun payını bərabər şəkildə almalı olan övladları: İddiaçı1, İddiaçı3, İddiaçı2 və oğlu Məclun Salmanovun övladı Cavabdeh3 daxildir. Bununla da, mübahisəli miras əmlakın üzərində vərəsələr İddiaçı1, İddiaçı3, İddiaçı2 hər birinin 1/18 payı (Ş.Salmanovaya 1/2 hissədə məxsus əmlakın sonuncunun üç övladı: İradəxanım, Sərməst, Məclun arasında bölünməsindən sonra Sərməst adlı övladına düşəcək pay 3 yerə bölündükdə birinci iddia üzrə iddiaçıların hər birinə 1/18 pay), Cavabdeh3 müvafiq olaraq 1/6 payı müəyyən edilməlidir (Ş.Salmanovaya məxsus 1/2 əmlakın sonuncunun üç övladı: İradəxanım, Sərməst, Məclun arasında bölünməsindən sonra Məclun adlı övladına düşəcək pay). Cavabdeh1 mübahisəli əmlakın 1/2 hissəsi üzərində mülkiyyət hüququ mövcud olduğundan, Şəfiqə Salmanovadan qalan 1/2 hissədə miras payın bölüşdürülməsi nəticəsində sonuncunun payı 2/3 hissədə müəyyən edilməlidir. (1/2 + (1/2:3)) Cavabdeh3 birləşdirilmiş iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla, onun tərəfindən mirasın qəbuluna dair notariat orqanına ərizə verildiyindən, bölgünün nəticəsi olaraq sonuncunun payı müəyyən edilməli və qətnamənin nəticə hissəsində göstərilməlidir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 mübahisəli ünvanda qeydiyyatda olmaqla, həmin əmlakı faktiki qəbul etdiklərinə dair iddia dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, qeyd edilmiş iddiaçıların təqdim etdiyi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 66 saylı MKİS-nin 1040 nömrəli xx.xx.2024-cü il tarixli arayışının surətində İddiaçı1, İddiaçı2, İddiaçı3 Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsi (Qubkin küçəsi), 27A saylı evdə xx.xx.1992-ci ildən qeydiyyatda olmaqları qeyd edilsə də, eyni qurumun iş materiallarında olan xx.xx.2022-ci il tarixdə verilmiş 1940 saylı və xx.xx.2024-cü il tarixli, 881 saylı arayışları ilə müəyyən edilir ki, Ş.Salmanovanın ünvan üzrə ailə tərkibi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 deyil, Cavabdeh1 ibarət olmuşdur. (Cavabdeh3 vəfatından sonrakı dövr nəzərdə tutulur). Məhkəmə qeyd etmişdir ki, yaşayış yeri üzrə qeydiyyatın mövcudluğu (qeydiyyatda olanlar X40, X43, X61, X52, X21, X44, İddiaçı1, X22, X62, İddiaçı3) birmənalı olaraq mirasın faktiki qəbul edilmiş olması anlamına gəlmir. Göründüyü kimi, mübahisəli miras əmlakın Cavabdeh3 vərəsəsi Sərməst Salmanov tərəfindən 1980-ci ildə, sonuncunun övladları İddiaçı1, İddiaçı2, İddiaçı3 tərəflərindən isə Sərməst Salmanovun vəfatı ilə əlaqədar 1992-ci ildə faktiki qəbulu iş materialları ilə öz təsdiqini tapmır. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 cavabdeh 5 saylı Bakı “Asan Xidmət Mərkəzi” Notariat Ofisinə qarşı (üçüncü şəxslər Cavabdeh3, İddiaçı1, İddiaçı2, İddiaçı3 cəlb edilməklə) mərhum anası xx.xx.2023-cü il tarixdə vəfat etmiş Bakı şəhəri Xətai rayonu, Qubkin küçəsi ev 27A ünvanında yerləşən ümumi sahəsi 128,10 kv.metr olan fərdi yaşayış evi və evin yerləşdiyi 0.0336 ha torpaq sahəsinin 1/2 hissəsinin üzərində onun payının müəyyən edilməsi barədə iddia tələbləri yuxarıda sadalanmış əsaslara görə qismən təmin edilməli, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə vəfat etmiş Şəfiqə Salmanovadan qalmış Bakı şəhəri Xətai rayonu, Qubkin küçəsi ev 27A ünvanında yerləşən ümumi sahəsi 128,10 kv.metr olan fərdi yaşayış evi və evin yerləşdiyi 0.0336 ha torpaq sahəsinin 2/3 hissəsinə miras payı müəyyən edilməlidir, buna dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi cavabdeh 5 saylı Bakı “Asan Xidmət Mərkəzi” Notariat Ofisinə həvalə edilməlidir. Digər hissədə onun iddia tələbləri təmin edilməməlidir. Qeyd olunan qətnamədən iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 tərəfindən ayrıayrılıqda apellyasiya şikayətləri verilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Əsasları eyni olan apellyasiya şikayətlərində qeyd edilmişdir ki, Eyvaz Salmamov vəfat edərkən Sərməst Salmanov tərəfindən vərəsəlik şəhadətnaməsinin almamasını atasından qalmış mirası qəbul etməməsini ifadə etmir, iş üzrə sənədlərdən (qətnamədən,arayışlardan) görünür ki, Sərməst Salmanov daima Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsi (Qubkin küçəsi), 27A saylı evdə yaşamış, nikaha daxil olarkən həmin evdə olmuş, uşaqları həmin evdə yaşamışdır. Birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh3 və Sərməst Salmanovun 2000-ci ildən əvvəl vəfat etmələrini nəzərə almamış, qətnaməni sadəcə 1 sentyabr 2000-ci ildə qüvvəyə minən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsaslandırmışdır. Birinci instansiyası məhkəməsi Cavabdeh3 birinci növbəli vərəsəsi olan Sərməst Salmanov, həmçinin Sərməst Salmanovun birinci növbəli vərəsələri İddiaçı1, İddiaçı2, İddiaçı3 mərhum Cavabdeh3 miras qalmış evə faktiki surətdə idarə etməyə başlamaqla və ya ona yiyələnməklə mirası qəbul edib etməməsini, mirasın həmin hissəsinə vərəsəlik açılarkən və ya vərəsəlik açıldıqdan sonra orada yaşayıb yaşamamasını, mirasın qorunub saxlanılmasında, eləcə də idarə olunmasında və sair formada iştirak edibetməməsini aydınlaşdırmadan, eyni zamanda qəbul edilmiş mirasın vərəsəliyin açıldığı vaxtdan vərəsəyə məxsus olmasını və mülki qanunvericilikdə mirasdan pay almaq hüququnun irsi transmissiya qaydasında vərəsəyə keçməsinə yol verilməsini nəzərə almadan, birinci iddia üzrə iddiaçılara münasibətdə babalarından miras qalmış evin qəbul etməmələri barədə səhv nəticəyə gəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli qərarlarında göstərilmişdir ki, faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Qətnamənin 12-ci səhifəsinin 4,5,6-cı abzaslarında göstərilmişdir ki, …. iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 mübahisəli ünvanda qeydiyyatda olmaqla, həmin əmlakı faktiki qəbul etdiklərinə dair iddia dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, qeyd edilmiş iddiaçıların təqdim etdiyi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 66 saylı MKİS-nin 1040 nömrəli xx.xx.2024-cü il tarixli arayışının surətində İddiaçı1, İddiaçı2 və İddiaçı3 Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsi (Qubkin küçəsi), 27A saylı evdə xx.xx.1992-ci ildən qeydiyyatda olmaqları qeyd edilsə də, eyni qurumun iş materiallarında olan xx.xx.2022-ci il tarixdə verilmiş 1940 saylı və xx.xx.2024-cü il tarixli, 881 saylı arayışları ilə müəyyən edilir ki, Ş.Salmanovanın ünvan üzrə ailə tərkibi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 deyil, Cavabdeh1 ibarət olmuşdur. (Cavabdeh3 vəfatından sonrakı dövr nəzərdə tutulur). Qanuni qüvvəyə minmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-1409/2004 saylı xx.xx.2004-cü il tarixli qətnaməsinin surətindən görünür ki, birinci iddia üzrə iddiaçıların valideynləri Havaxanım Salmanova ilə Sərməst Salmanov xx.xx.1986-cü il tarixdə rəsmi nikaha daxil, həmin tarixdən də ailəsi ilə birlikdə Bakı şəhəri, N.Şükürov küçəsindəki 27A saylı evdə yaşamışdır. Nəticə olaraq bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Lakin birinci instansiya məhkəməsinə qeyd olunanlara diqqət etməmiş, səhv nəticəyə gəlmişdir. Qətnamənin nəticə hissəsində “qeyd olunan paylara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin verilməsi 5 saylı Bakı “Asan Xidmət Mərkəzi”ndə Notariat Ofisinə həvalə edilməsi” qət edilmişdir. Halbuki, birinci iddia üzrə, həmçinin birləşdirilmiş iş üzrə iddia tələblərində miras paylara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin verilməsi 5 saylı Bakı “Asan Xidmət Mərkəzi”ndə Notariat Ofisinə həvalə edilməsinə dair iddia tələbi olmamışdır. Buna baxmayaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblərdən kənara çıxaraq həmin hissədə qətnamə çıxartmışdır. Məhkəmə qaydasında miras payların müəyyən edilməsi müvafiq dövlət orqanları tərəfindən daşınmaz əmlaka dair çıxarışın verilməsi üçün kifayətdir. 3 saylı Bakı “Asan Xidmət Mərkəzi”ndə fəaliyyət göstərən notariat ofisi tərəfindən göndərilmiş vərəsəlik işindən görünür ki, 23 sentyabr 2022-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamə ilə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh1 və X18 1/2 miras payları müəyyən edilmişdir. Həmçinin vərəsəlik işindən görünür ki, Cavabdeh1 tərəfindən notariat ofisinə yazılmış xx.xx.2022ci il tarixli ərizədə digər vərəsələr gizlədilmişdir. Cavabdeh1 ərizədə göstərilmişdir ki, özündən başqa vərəsə sadəcə X28r. Sərməst Salmanovun övladları İddiaçı1, İddiaçı3, İddiaçı2 vərəsələr kimi mirası faktiki olaraq qəbul etməklə miras evdə qeydiyyatda olmaqla yaşamışlar, miras əmlaklara faktiki olaraq yiyələnmişlər, miras əmlaklara sahiblik etmişlər, miras əmlakları idarə etmişlər, mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mirası faktiki olaraq qəbul etmişdirlər. Baxılan işdə birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, göstərilən maddi və prosessual hüquq normalarına uyğun bir araşdırma aparmamış, irəli sürülmüş dəlillərə lazımi şəkildə qiymət verməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırmamışdır. Bu isə öz növbəsində birinci iddia üzrə iddiaçıların Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit olunmuş hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Qətnamənin 10-cu səhifəsinin 6-cı abzasında göstərilmişdir ki, “lakin, miras qoyan Cavabdeh3 Hacı oğlunun vəfat etdiyi zaman oğlu S.Salmanov sağ olduğundan, irsi transmissiya ilə bağlı qeyd edilmiş iddia tələbləri təmin edilə bilməz. Belə ki, vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə,mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir.(irsi transmissiya). İşdən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 atası S.Salmanov öz atası Cavabdeh3 vəfatından 10 ildən çox müddət sonra vəfat etmişdir”. Qətnamənin 12-ci səhifəsinin 6-cı abzasında göstərilmişdir ki, “Göründüyü kimi, mübahisəli miras əmlakın Cavabdeh3 vərəsəsi Sərməst Salmanov tərəfindən 1980-ci ildə, sonuncunun övladları İddiaçı1, İddiaçı2, İddiaçı3 tərəflərindən isə Sərməst Salmanovun vəfatı ilə əlaqədar 1992-ci ildə faktiki qəbulu iş materialları ilə öz təsdiqini tapmır”. Halbuki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2- 1409/2004 saylı xx.xx.2004-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Sərməst Salmanov nikaha daxil olduqdan vəfat etdiyi günədək arvadı və övladları ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. Bundan başqa Sərməst Salmanov 1992-ci il vəfat etdiyi tarixdə övladları İddiaçı1 1 yaşında, İddiaçı2 4 yaşında, İddiaçı3 5 yaşında olmuş, həmçinin həmin tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin çıxarışı olmamışdır. Yuxarıda qeyd olunanlar göstərir ki, Sərməst Salmanov və onun övladları miras əmlakı faktiki qəbul etmişdirlər. Birinci instansiya məhkəməsi tərəfindən 3 saylı Bakı “Asan Xidmət Mərkəzi”nin Notariat ofisi tərəfindən 2022-ci ildə açılmış vərəsəlik işi tam araşdırılmamış, tərəflərindən mübahisələndirilən hissəyə hüquqi qiymət verilməmişdir. Həmin vərəsəlik işi üzrə qeydiyyatda olan digər vərəsələr gizlədirilmiş, digər vərəsələrə məlumat verilməmişdir. Necə ola bilər ki, Cavabdeh1 atasının ölümdən 42 il sonra notariat orqanı tərəfindən vərəsə olaraq qəbul edilmiş, lakin Sərməst Salmanovun övladları vərəsə kimi qəbul edilməmişdir. Notariat orqanı tərəfindən Cavabdeh3 ölümdən 42 il sonra vərəsəlik işi açılması, vərəsələrin dairəsi müəyyən edilmədən, miras əmlaka daxil olan fərdi yaşayış evində qeydiyyatda olan şəxslər müəyyən edilmədən şəhadətnamə verilməsi qanunvericiliyin tələblərinə ziddir. Göstərilənlərə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5064/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin-iddianın təmin edilməyən hissəsində, həmçinin “Cavabdeh1 mərhum X13 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin ünvanda yerləşən 0.0336 ha torpaq sahəsinin 2/3 hissəsi üzərində miras payı müəyyən edilməsi” hissəsində, “qeyd olunan paylara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin verilməsi 5 saylı Bakı “Asan Xidmət Mərkəzi”ndə Notariat Ofisinə həvalə edilməsi” hissəsində qismən ləğv edərək, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçıların nümayəndəsi-vəkili Nümayəndə1 tərəfindən apellyasiya şikayətinə əlavə təqdim edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-5064/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini iddianın təmin edilməyən hissəsində, həmçinin “Cavabdeh1 mərhum X13 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin ünvanda yerləşən 0.0336 ha torpaq sahəsinin 2/3 hissəsi üzərində miras payı müəyyən edilməsi” hissəsində, mərhum X13 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin ünvanda yerləşən 0.0336 ha torpaq sahəsinin 1/6 hissəsi üzərində Cavabdeh3 miras payının müəyyən edilməsi nəzərə alınsın” hissəsində, həmçinin “qeyd olunan paylara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin verilməsi 5 saylı Bakı “Asan Xidmət Mərkəzi”ndə Notariat Ofisinə həvalə edilməsi” hissəsində qismən ləğv edilərək, iddianın tam təmin edilərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin ünvanda yerləşən 0.0336 ha torpaq sahəsinin üzərində iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 hər birinin ayrı-ayrılıqda 4/27 miras payı müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 qızının, X7, İddiaçı3 nümayəndəsivəkili Nümayəndə1 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən Cavabdeh1 Eyvaz qızının nümayəndəsi-vəkili Nümayəndə2 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: Köhnə redaksiya xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (köhnə redaksiyada): - 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənlər) 1-ci növbəli vərəsələr hesab olunurlar. - 552-ci maddəsinin İ hissəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Həmin normanın İİ hissəsinə əsasən vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də, vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Sözügedən normanın İİİ hissəsinə əsasən bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən 6 ay müddətində edilməlidir. - 555-ci maddəsinin İ hissəsinə əsasən vərəsə digər vərəsələrin gəlməsini gözləmədən, miras əmlakına sahiblik etməyə və ya onu idarə etməyə başlaya bilər. Yeni redaksiya: 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılır: birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1244-cü maddəsinə görə mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. 1268.2-ci maddəsinə görə əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə qüvvədən düşmüş hesab edilmişdir). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1 ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarı. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən iddiaçılar tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh1 qarşı “miras əmlakda payların müəyyən edilməsi barədə” iddia tələbi tam təmin edilməli, həmçinin iddiaçı Cavabdeh1 cavabdeh 5 saylı Bakı “Asan Xidmət Mərkəzi” Notariat Ofisinə qarşı (üçüncü şəxslər Cavabdeh3, İddiaçı1, İddiaçı2, İddiaçı3 cəlb edilməklə) “payın müəyyən edilməsi” barədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh3 xx.xx.1957-ci ildə Xətai rayon qeydiyyat şöbəsində Salmanova (Dadaşova) Fatma Alibaxış qızı ilə nikaha daxil olmuşdur. Həmin nikah pozulmadan Cavabdeh3 xx.xx.1957-ci ildə Sabunçu rayon qeydiyyat şöbəsində Salmanova (Qurbanova) Şəfiqə Əbdül qızı ilə nikah bağlamış və bu nikahdan xx.xx.1958-ci ildə Rəfiqə Salmanova (ölüm tarixi xx.xx.1959-cu il), xx.xx.1960-cı ildə Salman Salmanov (ölüm tarixi xx.xx.2012-ci il), xx.xx.1962-ci ildə Comərt Salmanov, xx.xx.1964-cü ildə Ağamədəd Salmanov (ölüm tarixi xx.xx.2014-cü il), xx.xx.1971 -ci ildə İradəxanım Salmanova və xx.xx.1974-cü ildə Məclun Salmanov (ölüm tarixi xx.xx.2008-ci il) adlı övladları doğulmuşdur. S.Salmanovun xx.xx.1990-cı ildə Xətai rayon qeydiyyat şöbəsində xx.xx.1963-cü il təvəllüdlü X36 ilə bağlanmış nikahının pozulması xx.xx.2002ci ildə adıçəkilən qurumda qeydə alınmışdır. S.Salmanovun xx.xx.1968-ci il təvəllüdlü X37 ilə faktiki nikah münasibətindən doğulmuş xx.xx.2004-cü il təvəllüdlü Samirə Salmanovanın doğumu və atalığının müəyyən edilməsi Sabunçu rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. A.Salmanovun xx.xx.1989-cu ildə Xətai rayon qeydiyyat şöbəsində xx.xx.1961-ci il təvəllüdlü X38 ilə nikahı dövlət qeydiyyatına alınmışdır. Cavabdeh1 (Salmanova) xx.xx.1992-ci ildə Xızı rayon qeydiyyat şöbəsində xx.xx.1960cı il təvəllüdlü X53 ilə nikaha daxil olmuş və həmin nikahdan xx.xx.1990-cı ildə Gülər Əkbərova, xx.xx.1991-ci ildə Gülarə Əkbərova, xx.xx.1993-cü ildə Sevda Əkbərova və xx.xx.1994-cü ildə Ülviyyə Əkbərova adlı övladları doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, F.Dadaşova xx.xx.1957-ci ildə Xətai rayon qeydiyyat şöbəsində Cavabdeh3 Hacı oğlu ilə nikaha daxil olmuşdur. Həmin nikah pozulmadan F.Dadaşova xx.xx.1960-cı ildə Nərimanov rayon qeydiyyat şöbəsində 1931-ci il təvəllüdlü X25 ilə nikah bağlamış və bu nikaha xx.xx.1960-cı ildə sonuncunun ölümü ilə xitam verilmişdir. F.Dadaşova xx.xx.1964-cü ildə Nərimanov rayon qeydiyyat şöbəsində 1930-cu il təvəllüdlü X45 ilə nikaha daxil olmuş və bu nikaha xx.xx.1981-ci ildə sonuncunun ölümü ilə xitam verilmişdir. Arxiv sənədləri öyrənilərkən Sərməst Salmanovun xx.xx.1959-cu ildə tərtib olunmuş doğumu haqqında akt qeydi aşkar edilmiş və atasının Cavabdeh3 Hacı oğlu, anasının isə X46 olduğu məlum olmuşdur. “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə hazıradək daxil edilmiş məlumatlar öyrənilərkən F.Dadaşovanın övladları haqqında hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, atası Cavabdeh3 Hacı oğluna məxsus olan ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul edir və ona qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. İş materiallarında olan X40 tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, əri Cavabdeh3 Hacı oğluna məxsus olan ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul edir və ona qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0336 ha torpaq sahəsi və 128,10 kv.metr daşınmaz əmlak xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh3 Hacı oğluna məxsus olmuşdur. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.1980-ci ildə vəfat etmiş Cavabdeh3 Hacı oğlunun miras əmlakı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin ünvanda yerləşən 0,0336 ha torpaq sahəsindən ibarətdir və onun vərəsələri arvadı X40 və qızı Cavabdeh1dır. Vərəsələrin hər biri miras əmlakdan 1/2 hissədə pay almışdırlar. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0336 ha torpaq sahəsi və 128,10 kv.metr daşınmaz əmlak xüsusi mülkiyyət hüququ əsasında hər birinin 1/2 hissədə payı olmaqla X26 və Cavabdeh1 məxsusdur. İş materiallarında olan 5 saylı Bakı “Asan Xidmət Mərkəzi”ndə Notariat Ofisinin iddiaçılar İddiaçı1 Sərməst qızı, İddiaçı2, İddiaçı3 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, 14 oktyabr 2023-cü il tarixdə vəfat etmiş mərhum X18 vərəsəlik işi ilə bağlı qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə 5 saylı “Asan xidmət Mərkəzi”nin notariat ofisinə olan müraciətə baxılmışdır. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 167 saylı qərarı ilə təsdiq edilmiş Təlimatın 16-cı bəndinə əsasən, təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə etmək üçün məhkəməyə müraciət etmək arzusunda olan digər əlaqədar şəxsin xahişi ilə notariat hərəkətinin aparılması on gün müddətində təxirə salınmalıdır. Bu müddətdə məhkəmədən təsdiq edilməli olan hüquq və ya akt barəsində əlaqədar şəxsdən ərizə daxil olduğu haqqında məlumat alınmazsa, artıq notariat hərəkətinin aparılmasının dayandırılmasına yol verilmir. Təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə edən digər əlaqədar şəxsdən ərizə alınması haqqında məhkəmədən məlumat gəldikdə notariat hərəkətlərinin aparılması məhkəmədə iş həll edilənədək dayandırılmalıdır. Bununla əlaqədar olaraq, xx.xx.2024-cü il tarixdə Cavabdeh1 5 saylı Bakı “Asan Xidmət Mərkəzi”ndə notariat ofisinə ərizə ilə müraciət edərək işin dayandırılması üçün məhkəməyə müraciət edəcəyini bildirdiyindən müraciətin təmin etmək mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-1409/2004 saylı xx.xx.2004-cü il tarixli qiyabi qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, N.Şükürov küçəsindəki 27 “a” saylı evdə yaşayış və yardımçı sahələrdən, eləcə də həyətyanı torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi, həmin evin həyətinə girişdən sol tərəfdəki tikilidə yerləşən yaşayış sahəsi 16.0 kv.metr və 15.0 kv.metr olan yaşayış otaqları, sahəsi 12.0 kv.metr olan giriş və sahəsi 12.0 kv.metr olan mətbəxin üç uşağı ilə birlikdə X3 istifadəsinə verilməsi, X3 istifadəsinə verilmiş otaqlara giriş qapısının açıldığı divar boyunca, həmin evin həyətinə giriş qapılarının açıldığı divara perpendikulyar arakəsmə qoyulmaqla, həyətdəki qaraj, hamam və ayaqyolunun X3 istifadəsində saxlanılmaqla, Bakı şəhəri, N.Şükürov küçəsindəki 27 “a” saylı evin həyətyanı torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi, Bakı şəhəri, N.Şükürov küçəsindəki 27 “a” saylı evin qalan yaşayış və yardım sahələri, eləcə də həyətyanı torpaq sahəsinin X8, X29, X9, X14, X15 və X30 birgə istifadəsində saxlanılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 66 saylı MKİS-nin 1040 nömrəli xx.xx.2024-cü il tarixli arayışının surətindən görünür ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsi (Qubkin küçəsi), 27a saylı evdə qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 66 saylı MKİS-nin 1940 nömrəli xx.xx.2024-cü il tarixli arayışının surətindən görünür ki, mərhum Cavabdeh3 Hacı oğlunun ailə tərkibi: həyat yoldaşı Şəfiqə Salmanova və qızı Cavabdeh1 ibarətdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 66 saylı MKİS-nin 881 nömrəli xx.xx.2024-cü il tarixli arayışının surətindən görünür ki, mərhum X23 ailə tərkibi qızı Cavabdeh1 ibarətdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, anası X31 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin ünvanda yerləşən 0,0336 ha torpaq sahəsindən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh3, İddiaçı1, İddiaçı2, İddiaçı3 tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizələrdən görünür ki, onlar nənələri X31 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin ünvanda yerləşən 0,0336 ha torpaq sahəsindən onlara çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdirlər. İş materiallarında olan xx.xx.1959-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X42 Bakı şəhərində anadan olmuşdur, valideynləri qrafasında atası Cavabdeh3 Hacı oğlu, X4dır. İş materiallarında olan xx.xx.1986-cı il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X42 ilə X24 xx.xx.1986-cı il tarixdə nikaha daxil olmuşlar, nikaha daxil olduqdan sonra arvada “Salmanova” soyadı verilmişdir. İş materiallarında olan xx.xx.1991-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü X2 rayonu, Fındığan kəndində anadan olmuşdur, valideynləri qrafasında atası X42, anası X10r. İş materiallarında olan xx.xx.2010-cu il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X63 ilə X39 xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuşlar, nikaha daxil olduqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. İş materiallarında olan 11 fevral 1987-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü X32 Bakı şəhərində anadan olmuşdur, valideynləri qrafasında atası X42, anası X10r. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X54 ilə X32 xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuşlar, nikaha daxil olduqdan sonra arvada “Bədəlova” soyadı verilmişdir. İş materiallarında olan xx.xx.1988-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü X33 Bakı şəhərində anadan olmuşdur, valideynləri qrafasında atası X42, anası X10r. İş materiallarında olan xx.xx.2009-cu il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X55 ilə X33 xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuşlar, nikaha daxil olduqdan sonra arvada “Sultanova” soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə təkrar verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X16 Bakı şəhərində anadan olmuşdur, valideynləri qrafasında atası Cavabdeh3 Hacı oğlu, X4dır. İş materiallarında olan xx.xx.1992-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X53 ilə X16 xx.xx.1992-ci il tarixdə nikaha daxil olmuşlar, nikaha daxil olduqdan sonra arvada “Əkbərova” soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2008-ci il tarixdə verilmiş Xətai rayon VVADQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin verilməsinə dair arayışın surətindən görünür ki, Cavabdeh3 Hacı oğlu xx.xx.1980-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X40 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.1992-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X42 xx.xx.1992-ci il tarixdə ölmüşdür. İş materiallarında olan “Elektron notariat” avtomatlaşdırılmış İnformasiya Sistemi vasitəsilə “Vətəndaşlıq Vəziyyəti aktları” AQİS-dən çıxarışdan görünür ki, X48 xx.xx.1960-cı il tarixdə anadan olmuş və xx.xx.2012-ci il tarixdə ölmüşdür, atası Cavabdeh3 Hacı oğlu, X4dır. İş materiallarında olan “Elektron notariat” avtomatlaşdırılmış İnformasiya Sistemi vasitəsilə “Vətəndaşlıq Vəziyyəti aktları” AQİS-dən çıxarışdan görünür ki, X49 xx.xx.1974-cü il tarixdə anadan olmuş və xx.xx.2008-ci il tarixdə ölmüşdür. İş materiallarında olan “Elektron notariat” avtomatlaşdırılmış İnformasiya Sistemi vasitəsilə “Vətəndaşlıq Vəziyyəti aktları” AQİS-dən çıxarışdan görünür ki, X35 xx.xx.1964-cü il tarixdə anadan olmuş və xx.xx.2014-cü il tarixdə ölmüşdür. İş materiallarında olan “Elektron notariat” avtomatlaşdırılmış İnformasiya Sistemi vasitəsilə “Vətəndaşlıq Vəziyyəti aktları” AQİS-dən çıxarışdan görünür ki, X56 xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 2023-cü ilin noyabr ayına aid ******* saylı arayışın surətindən görünür ki, ünvan 3 ünvanında X40, X43, X61, X52, X21, X44, İddiaçı1, X22, X62, İddiaçı3, İddiaçı2 qeydiyyatdadırlar. Məhkəmə Kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiyası məhkəməsi Cavabdeh3 birinci növbəli vərəsəsi olan Sərməst Salmanov, həmçinin Sərməst Salmanovun birinci növbəli vərəsələri İddiaçı1, İddiaçı2, İddiaçı3 mərhum Cavabdeh3 miras qalmış evə faktiki surətdə idarə etməyə başlamaqla və ya ona yiyələnməklə mirası qəbul edib etməməsini, mirasın həmin hissəsinə vərəsəlik açılarkən və ya vərəsəlik açıldıqdan sonra orada yaşayıb yaşamamasını, mirasın qorunub saxlanılmasında, eləcə də idarə olunmasında və sair formada iştirak edib-etməməsini aydınlaşdırmadan, eyni zamanda qəbul edilmiş mirasın vərəsəliyin açıldığı vaxtdan vərəsəyə məxsus olmasını və mülki qanunvericilikdə mirasdan pay almaq hüququnun irsi transmissiya qaydasında vərəsəyə keçməsinə yol verilməsini nəzərə almadan, ilk iddia üzrə iddiaçılara münasibətdə babalarından miras qalmış evin qəbul etməmələri barədə səhv nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh3 vəfat edərkən Sərməst Salmanov tərəfindən vərəsəlik şəhadətnaməsinin almamasını atasından qalmış mirası qəbul etməməsini ifadə etmir. Belə ki, iş materiallarından görünür ki, miras əmlaka dair 2022-ci ildə Cavabdeh3 adına müvafiq çıxarış alınmasına baxmayaraq, çıxarış verilən əmlak məhz Sərmət Salmanovun atasından qalmış əmlak olmuşdur. Başqa sözlə, həm Sərməst Salmanovun, həm də atasının yaşadıqları əmlaka dair texniki pasportları olduğundan gözlənilən mülkiyyət hüquqları mövcud olmuşdur. Buna görə onların yaşadıqları əmlak özbaşına tikili olmadığı üçün müvafiq orqan da bu əmlakı 1980-cı ildə vəfat edən Cavabdeh3 adına 2022-ci ildə xüsusi mülkiyyət kimi qeydiyyata almışdır. İş materiallarından görünür ki, Sərməst Salmanov atasının ölümündən sonra daim Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsi (Qubkin küçəsi), 27A saylı evdə yaşamış, (nikaha daxil olarkən də) uşaqları da həmin evdə doğulub yaşamışlar. Bundan başqa, 3 saylı Bakı “Asan Xidmət Mərkəzi”ndə fəaliyyət göstərən notariat ofisi tərəfindən göndərilmiş vərəsəlik işindən görünür ki, 23 sentyabr 2022-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamə ilə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh1 və X18 1/2 miras payları müəyyən edilmişdir. Həmçinin vərəsəlik işindən görünür ki, Cavabdeh1 tərəfindən notariat ofisinə yazılmış xx.xx.2022-ci il tarixli ərizədə digər vərəsələr gizlədilmişdir. Cavabdeh1 ərizədə göstərmişdir ki, özündən başqa vərəsə sadəcə X28r. Halbuki, Sərməst Salmanovun övladları İddiaçı1, İddiaçı3, İddiaçı2 vərəsələr kimi mirası faktiki olaraq qəbul etməklə miras evdə qeydiyyatda olmaqla yaşamışlar, miras əmlaklara faktiki olaraq yiyələnmişlər, miras əmlaklara sahiblik etmişlər, miras əmlakları idarə etmişlər, mirası qəbulunu şəksiz nümayiş etdirməklə mirası faktiki olaraq qəbul etmişdirlər. Məhkəmə Kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi-vəkili göstərmişdir ki, qarşı tərəf miras əmlakda qeydiyyatda olsalar da, faktiki olaraq həmin ünvanda yerləşən mirasa daxil olmayan digər əmlaklarda yaşayırlar. Ona görə də mirası faktiki olaraq qəbul edilmiş sayılmırlar. Kollegiya bu dəlillərlə bağlı qeyd edir ki, hələ 2004-cü ildə miras əmlakın yerləşdiyi ünvan üzrə istifadə qaydalarının müəyyən edilməsinə dair məhkəmə qətnaməsindən aydın görünür ki, yaşayış və yardımçı sahələrdən, eləcə də həyətyanı torpaq sahəsindən istifadə qaydaları eyni ünvan, yəni Şükürov (Qubkin) küçəsi, 27A ünvanı göstərilmişdir. Belə olan halda həmin ünvanda yerləşən bütün tikililər miras əmlak kimi qiymətləndirilir. Həmçinin kollegiya qeyd edir ki, cavabdeh tərəf iddiaçı tərəfin miras əmlaka daxil olmayan digər ünvanlarda faktiki yaşamalarına dair sübutlar da təqdim etməmişdir. Əksinə, Cavabdeh1 iddiasında özü məhkəmənin nəzərinə çatdırmaqla vurğulamışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli 2- 1409/2004 saylı qətnaməsində göstərilmiş İddiaçı2, İddiaçı3 və İddiaçı1 anası X3 3 uşağı ilə birlikdə yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilmiş fərdi yaşayış evi, hal-hazırda anasından miras qalmış mübahisəli evdir. Evin ünvanı dəyişdirildiyindən, hal-hazırda ünvan ünvan 6 səbəbdən, hesab edir ki, anasının sağlığında hazırda iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş şəxslərə yaşayış sahəsi ilə təmin etmiş, məhz miras əmlakın yerləşdiyi hissədə özlərinə məxsus tikililəri vardır. Həmin tikililər də 0.0336 ha hissədə yerləşir. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin bu mövqeyi ilə iddiaçı tərəfin məhz miras əmlaka daxil olan evlərdə yaşamaları təsdiq edilir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun araşdırma aparmamış, irəli sürülmüş dəlillərə lazımi şəkildə qiymət verməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırmamışdır. Bundan başqa birinci instansiya məhkəməsi qeyd etmişdir ki, miras qoyan Cavabdeh3 Hacı oğlunun vəfat etdiyi zaman oğlu S.Salmanov sağ olduğundan, irsi transmissiya ilə bağlı qeyd edilmiş iddia tələbləri təmin edilə bilməz. Belə ki, vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). İşdən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 atası S.Salmanov öz atası Cavabdeh3 vəfatından 12 ildən sonra vəfat etmişdir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, mübahisəli miras əmlakın Cavabdeh3 vərəsəsi Sərməst Salmanov tərəfindən 1980-ci ildə, sonuncunun övladları İddiaçı1, İddiaçı2, İddiaçı3 tərəflərindən isə Sərməst Salmanovun vəfatı ilə əlaqədar 1992-ci ildə faktiki qəbulu iş materialları ilə öz təsdiqini tapmır. Halbuki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2- 1409/2004 saylı xx.xx.2004-cü il tarixli qiyabi qətnaməsinin surətindən görünür ki, Sərməst Salmanov nikaha daxil olduqdan vəfat etdiyi günədək arvadı və övladları ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. Bundan başqa Sərməst Salmanov 1992-ci il vəfat etdiyi tarixdə övladları İddiaçı1 1 yaşında, İddiaçı2 4 yaşında, İddiaçı3 5 yaşında olmuş, həmçinin həmin tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin çıxarışı olmamışdır. Göründüyü kimi Sərməst Salmanov atasından, onun övladları isə onun özündən sonra miras əmlakı faktiki qəbul etmişdirlər. Bununla yanaşı birinci instansiya məhkəməsi tərəfindən 3 saylı Bakı “Asan Xidmət Mərkəzi”nin Notariat ofisi tərəfindən 2022-ci ildə açılmış vərəsəlik işi tam araşdırılmamış, mübahisələndirilən hissəyə hüquqi qiymət verilməmişdir. Belə ki, həmin vərəsəlik işindən görünür ki, digər vərəsələrə (qeydiyyatda olan və faktiki yaşayan) məlumat verilməmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, Notariat orqanı tərəfindən Cavabdeh3 ölümdən 42 il sonra vərəsəlik işinin açılması, vərəsələrin dairəsi müəyyən edilmədən, miras əmlaka daxil olan fərdi yaşayış evində qeydiyyatda olan və yaşayan şəxslər müəyyən edilmədən şəhadətnamə verilməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur. Bundan başqa birinci instansiya məhkəməsi paylara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin verilməsinin 5 saylı Bakı “Asan Xidmət Mərkəzi”ndə Notariat Ofisinə həvalə edilməsi barədə nəticəyə gəlməklə iddia tələbindən kənara çıxmışdır. Belə ki, iş üzrə iddianın adı vərəsəlik şəhadətnaməsinin verilməsi kimi göstərilsə də, xahiş edirəm hissəsində tərəflərin belə bir tələbi olmamış, konkret olaraq payın müəyyən olunması tələb edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi işdə iştirak edən şəxslərin verdiyi tələblərdən kənara çıxaraq həmin hissədə qətnamə çıxartmışdır. Həmçinin belə bir tələb olmuş olsa idi belə, formalaşmış məhkəmə təcrübəsinə əsasən notariusun verdiyi vərəsəlik şəhadətnaməsi (orada əks olunan pay nisbəti, vərəsələrin dairəsi və s.) ilə razılaşmayan vərəsə məhkəmədə iddia qaldıraraq özünün vərəsəlik payının müəyyən edilməsini və mülkiyyət hüququnun tanınmasını tələb etdikdə, məhkəmə, mübahisəli münasibətlərlə bağlı notariusun verdiyi şəhadətnamələrin əsaslılığını öz xidməti vəzifəsinə görə yoxlayır. Çünki mülkiyyət, o cümlədən, vərəsələlik hüququnun müdafiəsinə dair tələblərə baxılarkən (bu cür tələblər müxtəlif məzmunda və ya variantlarda irəli sürülə bilər: məsələn, vərəsəlik payının müəyyən ediləsi və (və ya) əşyanın qaytarılması, əşyaya dair cavabdehin adına dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və s.) mübahisəli hüquq münasibətinin və ya qeydiyyatın əsasında dayanan sənədlərin (şəhadətamələr və s.) qanuniliyi, yaxud əqdlərin (müqavilə və s.) etibarlılığı tələbdən asılı olmayaraq yoxlanılır. Bu yoxlama nəticəsində məhkəmə təsbit etdiyi hüquqi vəziyyəti nəzərə alaraq irəli sürülmüş tələbləri yekun olaraq həll edir. Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qaydasında miras payların müəyyən edilməsi müvafiq dövlət orqanları tərəfindən daşınmaz əmlaka dair çıxarışın verilməsi üçün kifayətdir. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh1 qarşı “miras əmlakda payların müəyyən edilməsi” tələbi əsaslı olmuşdur. İddiaçı Cavabdeh1 cavabdeh 5 saylı Bakı “Asan Xidmət Mərkəzi” Notariat Ofisinə qarşı (üçüncü şəxslər Cavabdeh3, İddiaçı1, İddiaçı2, İddiaçı3 cəlb edilməklə) “payın müəyyən edilməsi” tələbi isə qismən əsaslı olmuşdur. Məhkəmə Kollegiyası miras əmlakda payların müəyyən edilməsi ilə bağlı qeyd edir ki, əvvəla Şəfiqə Salmanovanın xx.xx.2023-cü ildə vəfatından sonra vərəsələrdən olan X17 Samirə Salman qızı miras əmlakı faktiki qəbul etməmiş, miras qoyanlar Cavabdeh3 Hacı oğlunun və X13 mirasından pay tələb etməmişdir. Məhkəmə Kollegiyası bu qənaətə gələrkən vərəsəlik işinin 2023-cü ilin oktyabrında açılmasını, məhkəməyə iddia ilə 2024-cü ilin may ayında müraciət olunmasını və Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarını nəzərə almışdır. Cavabdeh3 Məcnun oğlu sadəcə X18 mirasından pay tələb etmiş (yəni nənənin payı), Cavabdeh3 Hacı oğlunun (yəni babadan) mirasından pay faktiki qəbul etməmiş və tələb etməmişdir. İddiaçı1, İddiaçı2, İddiaçı3 doğulduqları gündən mübahisəli evdə qeydiyyatda olmaqla və yaşamaqla mirası faktiki qəbul etməklə Cavabdeh3 Hacı oğlunun və X18 mirasından pay tələb etmişdirlər. X42 atası Cavabdeh3 sonra, anası Şəfiqə Salmanovadan isə əvvəl ölmüşdür. Cavabdeh3 Hacı oğlunun vərəsəsi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin ünvanda yerləşən 0.0336 ha torpaq sahəsi birgə mülkiyyətdə olmuş, lakin Şəfiqə Salmanova sağlığında ərindən miras qalmış hissəyə mülkiyyət hüququ haqqında şəhadətnamə istəməmişdir (almamışdır). Həmçinin kollegiya qeyd edir ki, hazırda Şəfiqə Salmanovanın adına 2022-ci ildə verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi mübahisələndirilməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, iddia 3 saylı Bakı “Asan Xidmət Mərkəzi”nin Notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin Cavabdeh1 aid hissədə etibarsız hesab edilməsi, xx.xx.2022-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi hissələrində əsaslıdır. Məhkəmə Kollegiyası hesab edir ki, göstərilənlərə əsasən miras əmlak tam pay üzərindən bölünməlidir. Həmçinin, iddiaçıların anası Havaxanım Salmanova mərhum əri Sərməst Salmanovun mirasından pay tələb etmədiyi üçün həmin paylar Sərməst Salmanovun qızları arasında bərabər bölünür. Belə olan halda: Cavabdeh3 (babanın) vərəsələri - miras payı 1/2 hissədə olmaqla:
1. Qızı Cavabdeh1 1/4
2. Ölmüş oğlu Sərməst Salmanovun vərəsələri 1/4 2.1. Qızı İddiaçı1 1/12 2.2. Qızı İddiaçı2 1/12 2.3. Qızı İddiaçı3 1/12.
X1 vərəsələri - miras payı 1/2 hissədə olmaqla:
1. Qızı Cavabdeh1 1/6;
2. Ölmüş oğlu Sərməst Salmanovun vərəsələri 1/6; 2.1. Qızı İddiaçı1 1/18; 2.2. Qızı İddiaçı2 1/18; 2.3. Şəfiqə Sultanova 1/18; 2.4 Cavabdeh3,1/6
Nəticə olaraq Məhkəmə Kollegiyası hesab edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin ünvanda yerləşən 0.0336 ha torpaq sahəsinin üzərində aşağıdakı miras payları olmalıdır: Cavabdeh1 payı 1/4 (atadan)+ 1/6(anadan) = 5/12 (15/36); İddiaçı1 1/12 (babadan + 1/18 (nənədən) = 5/36 İddiaçı2 1/12 (babadan + 1/18 (nənədən) = 5/36 Şəfiqə Sultanovanın 1/12(babadan + 1/18 (nənədən)= 5/36 Cavabdeh3, (nənədən) 6/36
Məhkəmə Kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçılar tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilməlidir. Belə ki, iddiaçılar apellyasiya şikayətlərində iddialarında tələb kimi qoyduqları payın müəyyən edilməsini konkretləşdirərək öz paylarını 4/27 hissədə olmalarını göstərərək iddilarını bu qaydada təmin olunmasını xahiş etmişlər. Lakin kollegiya hesab edir ki, onlar tələblərində paylarının müəyyən edilməsini konkret göstərməmiş və araşdırma zamanı da onların miras əmlakda paylarının 4/27 hissədə olmaları təsdiqini tapmamışdır. Buna görə də kollegiya hesab edir ki, iddiaçılar tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh1 qarşı “miras əmlakda payların müəyyən edilməsi” iddia tələbi təmin edilməli, həmçinin iddiaçı Cavabdeh1 cavabdeh 5 saylı Bakı “Asan Xidmət Mərkəzi” Notariat Ofisinə qarşı (üçüncü şəxslər Cavabdeh3, İddiaçı1, İddiaçı2, İddiaçı3 cəlb edilməklə) “payın müəyyən edilməsi” barədə iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, iddia ərizələrinin və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları, tərəflərin özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011) 5064/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh1 qarşı "miras əmlakda payların müəyyən edilməsi" barədə iddia tələbi tam təmin edilsin. İddiaçı Cavabdeh1 cavabdeh 5 saylı Bakı “Asan Xidmət Mərkəzi” Notariat Ofisinə qarşı (üçüncü şəxslər Cavabdeh3, İddiaçı1, İddiaçı2, İddiaçı3 cəlb edilməklə) "payın müəyyən olunması" tələbi barədə iddia ərizəsi qismən təmin edilsin. 3 saylı Bakı “Asan Xidmət Mərkəzi”nin Notariat ofisi tərəfindən verilmiş xx.xx.2022cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” Cavabdeh1 aid hissədə etibarsız hesab edilsin. xx.xx.2022-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin ünvanda yerləşən 0.0336 ha torpaq sahəsinin üzərində Cavabdeh1 payı 15/36; İddiaçı1 5/36; İddiaçı2 5/36; Şəfiqə Sultanovanın 5/36 və Cavabdeh3 6\36 miras payları müəyyən edilsin. İddiaçı Cavabdeh1 iddiası digər hissədə təmin edilməsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə