Məhkəmə qərarları › İş №2(103)-2689/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2689/2024

03.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2689/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Xammal və X1 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi, Cavabdeh2 QSC və Binəqədi Rayon İcra Şöbəsinə qarşı “hərracın yekunlarının etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki işin apellyasiya baxışından çıxarılması məsələsinə baxaraq müəyyən etdi: Həmin iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 QSC apellyasiya şikayəti verib, apellyasiya şikayəti mülki işlə Bakı Apellyasiya Məhkəməsinə göndərilib və xx.xx.2024-cü il tarixli qərardadla iş üzrə apellyasiya mümkün sayılıb. İş üzrə apellyasiyanın mümkün sayılması barədə qərardadı ləğv edilməli və iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, xx.xx.2024-cü ildə Nərimanov Rayon Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək bildirmişdir ki, digər tərəf - İddiaçı da qətnamədən apellyasiya şikayəti verib, apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin Nərimanov RM-nə göndərilməsi xahiş olunur. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə görə, apellyasiya şikayəti icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadı ləğv edilərək iş apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qərara aldı: Hazırkı iş üzrə apellyasiyanın mümkünlüyü barədə xx.xx.2024-cü il tarixli qərardad ləğv edilsin və iş apellyasiya baxışından çıxarılaraq Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar