Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2690/2021 22.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi, X1, Bakı şəhəri 9 saylı Notariat Ofisi və Bakı şəhəri 50 saylı Notariat Ofisinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatların ləğv edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının ebarnamə üzrə nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ: Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(003)-298/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi, X1, Bakı şəhəri 9 saylı Notariat Ofisi və Bakı şəhəri 50 saylı Notariat Ofisinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatların ləğv edilməsi və s.” tələbinə dair iddiası təmin edilməmişdir. İş üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-184/2019 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermişdir. Məhkəmə kollegiya iş materiallarını və şikayəti nəzərdən keçirib hesab edir ki, hazırkı mülki işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayət geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayəti onun nümayəndəsi və vəkili Nümayəndə1 imzalamışdır. Mülki işin materiallarının 15-ci səhifələrində olan 24.09. 2017-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı ona aid olan mülki, cinayət və iqtisadi-inzibati işlərin aparılması və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətlərin edilməsi hüququnun Nümayəndə1 verilməsi səlahiyyəti vermişdir. Həmin etibarnamə 3 (üç) il müddətinə, yəni xx.xx.2020-ci il tarixinədək etibarlıdır. Lakin qətnamədən verilmiş şikayəti xx xxxxxx 2021-ci il tarixində Nümayəndə1 tərəfindən imzalanmış, elə həmin tarixdə də şikayət Xəzər rayon Məhkəməsinin dəfətərxanasından qeydiyyatdan keçmişdir. Göründüyü kimi apellyaisiya şikayəti etibarnamənin müddəti bitdikdə sonra tərtib edilmiş və Nərimanov rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2.-ci maddəsinə əsasən Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə görə: 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər; 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır; 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363.1.1, 363.3, 366, 400 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Hazırki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının ebarnamə üzrə nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2690/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2690/2021
22.01.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver