Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2691/2021 05.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndəsi X2, Cavabdeh Əli oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(003)-35/2020 saylı qətnaməsindən Cavabdeh Əli oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 İxtisaslaşdırılmış Mədə-Bağırsaq Sanatoriyası, İddiaçı2, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Cavabdeh Əli oğluna qarşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı1 İxtisaslaşdırılmış Mədə- Bağırsaq Sanatoriyasının daimi və qanuni istifadəsində olan Cavabdeh Əli oğlu tərəfindən zəbt edilmiş torpaq sahəsində qanunsuz inşa edilmiş hasarın onun hesabına sökülməsi, sahənin əvvəlki vəziyyətə gətirilməsi, ərazinin boşaldılması və məhkəmə xərclərinin cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(003)-35/2020 saylı qətnaməsi ilə İddiaçı1 İxtisaslaşdırılmış Mədə-Bağırsaq Sanatoriyasının daimi və qanuni istifadəsində olan Cavabdeh Əli oğlu tərəfindən zəbt edilmiş torpaq sahəsində qanunsuz inşa edilmiş hasarın onun hesabına sökülməsi, sahənin əvvəlki vəziyyətə gətirilməsi, ərazinin boşaldılması, Cavabdeh Əli oğlundan ödənilmiş dövlət rüsumu üzrə 30 manat tutularaq İddiaçı1 İxtisaslaşdırılmış Mədə-Bağırsaq sanatoriyasına verilməsi, ekspert xərci üzrə 50,00 (əlli) manat alınıb X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən Cavabdeh Əli oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi hazırda qeydiyyatda olduğu və faktiki yaşadığı evinə bitişik sahədir. Həmin ev dövlət balansındadır. Bakı şəhəri Əzizbəyov(indiki Xəzər) rayon İcra Hakimiyyəti Başçısının 1479 saylı xx.xx.2000-ci il tarixli Sərəncamı ilə istifadəsində olan yaşayış sahəsinə əlavə otaq tikintisinə icazə vermişdir. Bu fakt onu təstiq edir ki, yaşadığı evi əhətə edən torpaq sahəsi dövlət torpaqlarına aiddir və tərəfindən öz istifadəsinə götürdüyü torpağın hamısı iddiaçıların istifadəsinə verilmiş torpaq deyildir. Məhkəmə prosesində tələb etmişdi ki, idiaçılara məxsus torpağın sərhədləri müəyyən edilsin, çünki dəqiqləşməli idi ki, öz istifadəsinə götürdüyü torpaq sahəsi hansı istiqamətdən iddiaçılara ayrilmış torpaq sahəyə aiddir. Keçirilirmiş məhkəmə-torpaqşunaslıq ekspertizası ilə iddiaçılarının istifadəsinə ayrılmış torpaq sahəsinin sərhədləri müəyyən edilməmişdir.Sadəcə heç bir məsuliyət daşımayan mütəxəssis tərəfindən torpağın şəkili cəkilıb və göstərilib ki, mübahisəli torpaq iddiçılara ayrılmış torpaq sahəsinin daxilində yerləşir.Yəni ekspert rəyi heç bir məsuliyət daşımayan mütəxəssisin rəyi ilə əsaslanıb. Onda belə çıxır ki, yaşadığı ev də iddiçılara ayrılmış torpaq sahəsinin daxilində yerləşir. Bəli bilir ki, istifadəyə götürdüyü torpağın bir hissəsi onlara məxsusdur, lakın hamısı yox. Ona görə də iddiçılara ayrılmış torpaq sahəsinin sərhədlərini müəyyən etməyini istəmiş , lakin məhkəmə buna nail olmamışdır. İşə birtərəfli yanaşaraq hazırki qətnaməni çıxarmışdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil bildirdi ki, cavabdehin yaşadığı ev dövlət balansında yerləşir. Onlar ekspert rəyindən narazıdırlar. Ekspert rəyində heç bir məsuliyyət daşımayan mütəxəssisin rəyinə əsaslanır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 bildirdi ki, akta əsasən 31 metr uzunluqda, 26 metr eni olan torpaq sahəsi zəbt olunub. Əslində qətnamədə yazılandan daha çox sahədir, lakin onlar yenə də cavabdehə güzəşt edir və rayon məhkəməsinin qətnaməsində göstərilənlə razıdırlar və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edirlər. İşə baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər proses iştirakçıları nümayəndələrinin iştirakını təmin etməmişlər. Apellyasiya instansiyası məhkəməsi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdə olan xx xxxx 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən: 1. Mübahisəli 522,7 kv.metr torpaq sahəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına aid JN-1054 (kod********) nömrəli X3 Hüququna dair Dövlət Aktında qeyd edilmiş 16,09 hektarlıq (İddiaçı1 İxtisaslaşdırılmış Mədə-Bağırsaq Sanatoriyasına ayrılmış) torpaq sahəsinin daxilində yerləşir. 2. xx xxxxxx 1960-cı il tarixli torpaq sahəsinin naturada ayrılması haqqında akta əlavə edilmiş cizgi nişanlarının, xx xxxx 2004-cü il tarixdə torpağın X5 dair Dövlət Aktında qeyd göstərilmiş cizginin koordinatları ilə üst-üstə düşür. Məhkəmə Ekspertiza Mərkəzindən alınmış xx xxxxxx 2020-ci il tarixli 10/1776 №-li ekspert rəyində mütəxəssis rəyinə istinad olunaraq, mübahisəli 522,7 kv.metr torpaq sahəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına aid JN-1054 (kod ********) nömrəli X3 Hüququna dair Dövlət Aktında qeyd edilmiş 16,09 hektarlıq (İddiaçı1 İxtisaslaşdırılmış Mədə-Bağırsaq Sanatoriyasına ayrılmış) torpaq sahəsinin daxilində yerləşdiyi, həmçinin, xx xxxxxx 1960-cı il tarixli torpaq sahəsinin naturada ayrılması haqqında akta əlavə edilmiş cizgi nişanlarının, xx xxxx 2004cü il tarixdə torpağın X5 dair Dövlət Aktında qeyd göstərilmiş cizginin koordinatları ilə üst-üstə düşdüyü göstərilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1959-cu il tarixli 05/820 saylı sərəncamına əsasən, mədə-bağırsaq sanatoriyasının tikintisi üçün Əzizbəyov rayonu Mərdəkan qəsəbəsində 26 hektar torpaq sahəsi ayrılmışdır. Həmin sahə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının adına qeydə alınaraq, X3 hüququna dair JN-1054 (kod ********) saylı xx xxxx 2004-cü il tarixli Dövlət Aktı verilmişdir. İddiaçı tərəf daimi və qanuni istifadələrində olan cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsində qanunsuz inşa edilmiş hasarın cavabdehin hesabına sökülməsi, sahənin əvvəlki vəziyyətə gətirilməsi, ərazinin boşaldılması və məhkəmə xərclərinin cavabdehə aid edilməsini tələb etmişdir. Yanaşı yoxlanılmış xx xxxx 2020-ci il tarixli mütəxəssis və xx xxxxxx 2020-ci il tarixli 10/1776 №-li ekspert rəyləri ilə cavabdehin tikinti apardığı, mübahisəli 522,7 kv.metr torpaq sahəsinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına aid JN-1054 (kod********) nömrəli X3 Hüququna dair Dövlət Aktında qeyd edilmiş 16,09 hektarlıq (İddiaçı1 İxtisaslaşdırılmış Mədə- Bağırsaq Sanatoriyasına ayrılmış) torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə rəyləri vermiş mütəxəssis və ekspertin mühəndislik sahəsində xüsusi biliklərinin olduğunu nəzərə alaraq, rəylərlə razılaşır və cavabdehin sahibliyində olan mübahisəli 522,7 kv.metr torpaq sahəsinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının adına qeydə alınmış 16,09 hektar (İddiaçı1 İxtisaslaşdırılmış MədəBağırsaq Sanatoriyasına ayrılmış) torpaq sahəsinə aid olduğu nəticəsinə gəlir. Cavabdeh torpaq sahəsinin qanuni istifadəsində olduğuna dair sübutu təqdim etməmişdir. Məhkəmə, qeyd edilənlərə əsasən JN-1054 (kod********) nömrəli X3 Hüququna dair Dövlət Aktında qeyd edilmiş 16,09 hektar torpaq sahəsinin 522,7 kv.metr hissəsinin cavabdeh tərəfindən zəbt edildiyinə dair iddiaçıların dəlilini işin hallarına uyğun sayır. Məhkəmə, eyni zamanda zəbt olunmuş torpaq sahəsində aparılmasını nəzərə alaraq, tikintinin özbaşına olduğu nəticəsinə gəlir. Beləliklə, iş üzrə olan sübutlarla müəyyən edilir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına aid JN-1054 (kod********) nömrəli X3 Hüququna dair Dövlət Aktında qeyd edilmiş 16,09 hektar (İddiaçı1 İxtisaslaşdırılmış Mədə-Bağırsaq Sanatoriyasına ayrılmış) torpaq sahəsinin 522,7 kv.metr hissəsi cavabdeh tərəfindən zəbt edilərək özbaşına tikinti aparılmışdır. Torpaq Məcəlləsinin 22.1-ci maddəsinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, mübahisəli 522,7 kv.metr torpaq sahəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına aid JN-1054 (kod ********) nömrəli X3 Hüququna dair Dövlət Aktında qeyd edilmiş 16,09 hektarlıq (İddiaçı1 İxtisaslaşdırılmış Mədə-Bağırsaq Sanatoriyasına ayrılmış) torpaq sahəsinin daxilində yerləşdiyi, həmçinin, xx xxxxxx 1960-cı il tarixli torpaq sahəsinin naturada ayrılması haqqında akta əlavə edilmiş cizgi nişanlarının, xx xxxx 2004-cü il tarixdə torpağın X5 dair Dövlət Aktında qeyd göstərilmiş cizginin koordinatları ilə üst-üstə düşdüyü iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə təsdiq olunmuşdur. Bu hal iş materialları ilə də təsdiq olunur və işin mübahisəsiz halına çevrilmişdir. İkincisi, mübahisəli torpaq sahəsində tikilinin aparılmasına icazə verən hər hansı bir hüquqmüəyyənedici sənədin olmaması da, hazırkı iddianın rədd edilməsi üçün deyil, təmin olunması üçün əsasdır. Birinci instansiya məhkəməsi bu halı da nəzərə almışdır. Üçüncüsü, apellyasiya baxışı zamanı müəyyən edilmiş hallarla birinci instansiya məhkəməsinin qətnamədə gəldiyi qənaət ziddiyyət təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibəti üzrə düz nəticəyə gəlmişdir. Çünki, mübahisəli torpaq sahəsinin qanunla müəyyən edilmiş qaydada iddiaçıya ayrılmış dövlət torpaqları kateqoriyasına aid olması, özü-özlüyündə iddiaçının hüquqlarını və qanunla qorunan mənafeyi pozduğundan belə bir iddia qaldırmaq üçün subyektiv hüququ olmuşdur. Göründüyü kimi, bu məsələlər, birinci instansiya məhkəməsi tərəfindən araşdırılmaqla düzgün olan yekun nəticəyə gəlinmişdir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilmiş dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh Əli oğlunun apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(003)- 35/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi alındığı tarixdən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2691/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2691/2021
05.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver