Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2692/2022 29.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-80/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Nəbiyeva (Şirəliyeva) Gülşən Müsavər qızına qarşı “mənzilin boşaldılması və mənzildən çıxarılma” tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və qızı Şirəliyeva Leyla Bəhruz qızının ona və ailəsinə məxsus olan, ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması, cavabdeh və qızına aid əşyaların və əmlakların mənzilindən çıxarmaqla mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu Ələddin Quliyev küç.,1130-cu məhəllədə inşa edilmiş 2 saylı binanın 14-cü mərtəbəsində yerləşən 4 (dörd) otaqdan ibarət olan 36 saylı mənzil ona və ailəsinə məxsusdur. Həmin mənzili o, xx.xx.2009-cu ildə "xxxx" MTK-nın sədri Həsənov Tahir Yusif oğlu ilə 131\R saylı müqavilə bağlamaqla və dəyərini tam ödəməklə əldə etmişdir. Həmin mənzilin əldə olunması üçün o, "xxxx" MTK-ya mənzilin hər bir kv. metri 600 (altı yüz) ABŞ dolları olmaqla, cəmi 104.400 ABŞ dolları məbləğində pul ödəmişdir. Qeydolunan mənzili o və ailəsi öz şəxsi vəsaitləri hesabına əldə etmişlər. Cavabdeh və ailəsi həmin mənzilin əldə olunması üçün hər hansı məbləğdə pul verməmiş və hər hansı vəsait xərcləməmişdir. Cavabdeh qardaşı Şirəliyev Bəhruz Asif oğlunun keçmiş arvadıdır. Qardaşı Bəhruz Şirəliyev cavabdehlə xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan onların 1 (bir) uşaqları - xx.xx.2013-cü ildə qızları Şirəliyeva Leyla Bəhruz qızı anadan olmuşdur. Qardaşı Bəhruz Şərəliyev cavabdehlə ailə həyatı quran zaman onların yaşamağa öz mənzilləri olmadığına görə kirayədə yaşamasınlar deyə o, həyat yoldaşının razılığı ilə ona və ailələrinə məxsus olan, Bakı şəhəri Xətai rayonu Ələddin Quliyev küç., 1130-cu məhəllədə inşa edilmiş 2 saylı binanın 14-cü mərtəbəsində yerləşən 4 (dörd) otaqdan ibarət olan 36 saylı mənzillərini müvəqqəti olaraq yaşamaq üçün onlara vermişlər. Mənzili qardaşı Bəhruz Şirəliyev və ailəsinə müvəqqəti yaşamaq üçün verməklə o, ailəsi ilə onlara bu şəkildə kömək etmək istəmişlər. Məqsədləri o olmuşdur ki, qardaşıgil başqalarının qapısında kirayədə yaşamasınlar, kirayəyə verdikləri pulu da yığıb özlərinə ev və ya mənzil alsınlar. Onların də köməkləri bu şəkildə dəysin. Lakin aradan keçən bu müddət ərzində onlar hələ də özlərinə ev ala bilməmişlər. Cavabdeh ilə qardaşı Bəhruz Şirəliyevin ailə münasibətləri son 3 (üç) ilə kimi, yəni 2016-cı ilin əvəllərinə kimi nisbətən normal olmuşdur. 2016-cı ildən başlayaraq cavabdehlə qardaşı Bəhruzun ailə münasibətləri pozulmağa başlamışdır. Səbəb isə cavabdehin qardaşı Bəhruzu eşitməməsi, ona bir ər kimi hörmət qoymaması, onu saymaması, yersiz iddialar irəli sürməsi, öz istədiyini və bildiyini etməsi və s. olmuşdur. Bu səbəbdən də tez-tez onların ailələrində mübahisələr, söz-söhbətlər və münaqişələr baş vermiş, ailə münasibətləri getdikcə kəskinləşmiş və ailə münasibətlərində ciddi soyuqluq yaranmışdır. Bu üç il ərzində həmişə qardaşı və ailəsi çox çalışmşlar ki, qardaşı və cavabdeh arasında ailə münasibətləri pozulmasın və ailələri dağılmasın. Ancaq cavabdehin ailə məsuliyyətini dərindən dərk etməməsi səbəbindən yaxşılığa doğru heç bir şey baş vennəmişdir. Onların bütün səylərinə baxmayaraq qardaşı Bəhruzun cavabdehlə olan ailə münasibətləri getdikcə daha da kəskinləşmiş və pisləşərək dözülməz həddə gəlib çatmışdır. Artıq bir yerdə yaşamaq mümkün olmadığına görə qardaşı Bəhruzla cavabdeh 2018-ci ilin sentyabr ayında faktiki olaraq ayrılmış və o vaxtdan müxtəlif ünvanlarda yaşamağa başlamışlar. Qardaşı Bəhruz başqa ünvanda, Cavabdeh isə qızları Leyla ilə əvvəlki kimi ona və ailəsinə məxsus, onlara müvəqqəti yaşamaq üçün verdikləri 36 saylı mənzildə qalaraq indiyə kimi orada yaşayırlar. Artıq cavabdehlə bir yerdə yaşamalarının mümkün olmadığını görən qardaşı Bəhruz nikahlarının ləğv olunması üçün Bakı şəhəri Nizami rayon məhkəməsinə ərizə ilə müraciət etmiş və Nizami rayon məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(007)-3875/2018 saylı qətnaməsi ilə onların nikahları ləğv edilmiş, qızları Lalə cavabdehin yanında saxlanılmışdır. O, indiyə kimi dəfələrlə cavabdehdən ona və ailəsinə məxsus olan ünvan 2 ünvanında yerləşən mənzillərini boşaltmağı və mənzildən çıxmasını tələb və xahiş etsə də, cavabdeh onu eşitmir, mənzillərindən çıxmır və çıxmaq istəmir. Cavabdeh qardaşı Bəhruz ondan boşandığına görə bu yolla onlardan qisas almaq istəyir. Cavabdeh ona və ailəsinə məxsus olan, müvəqqəti yaşamaq üçün ona və qardaşı Bəhruz Şirəliyevə verdiyikləri Bakı şəhəri Xətai rayonu Ələddin Quliyev küç.,1130-cu məhəllə,bina 2-də yerləşən 36 saylı mənzilində heç bir hüquq və aidiyyatı yoxdur. Mənzildə köçüb yaşamağa başlayandan indiyə kimi Cavabdeh və ailəsinin ona və ailəsinə ziyanlarından başqa heç bir xeyrləri dəyməmişdir. Belə ki, onlar mənzildə yaşadıqları vaxtdan indiyə kimi 36 saylı mənzilin bütün kommunal xərclərini və vergiləri də o və ailəsi ödəmişdir. Bu yolla da o və ailəsi onlara kömək etmək istəmişlər. Bütün bu qədər yaxşılığın əvəzini cavabdeh mənə və ailəmə bu gün belə verir. Bir daha qeyd edib bildirir ki, Cavabdeh Miisavər qızı ona və ailəsinə məxsus olan 36 saylı mənzili boşaldıb oradan çıxmamaqla onun və ailəsinin hüquqlarını və qanuni mənafeyini ciddi şəkildə pozur. Onun bu hərəkətləri tam qanunsuzluqdur. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Nəbiyeva Sənubər Əlifağa qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə "xxxx" MTK arasında Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 2-ci yaşayış binasının A blokunda, 14-cü mərtəbəsində, 172 kv.m, 4 otaqli, 36 saylı mənzilə dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 2-ci yaşayış binasının A blokunda, 14-cü mərtəbəsində, 172 kv.m, 4 otaqli, 36 saylı mənzilə dair Nəbiyeva Sənubər Əlifağa qızı ilə "xxxx" MTK arasında yeni müqavilə bağlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qızı Gülşən 2008-ci ildə Bəhruz Şirəliyev ilə nişanlanıb. Onların maddi durumları yaxşı idi. Lakin Bəhruz Şirəliyevin maddi durumu aşağı idi. Buna baxmayaraq, bir-birilərini üzun müddətdir tanıdıqlarına və sevdiklərinə görə qızının ürəyini qırmayıb Gülşəni həmin oğlana vermişlər. 2 il nişanlılıq müddətində oğlanın maddi durumu ev almağa uyğun olmadığı üçün qızına ev axtarmağa başlamışdır. Axtarışlar nəticəsində "xxxx" MTK-nı məsləhət görmüşlər. Həm qiymət baxımından uyğun olduğu üçün, həm də öz evinə yaxın ərazidə yerləşdiyi üçün o, "xxxx" MTK-dan ev almaq qərarına gəlmişdir. 104 000 (yüz dörd min) ABŞ dolları (45 000 əlbəəl olmaqla) banka pul ödəyərək evi almışdır. Ödəniş etdikdən sonra onlar müqaviləni hazırlamışlar. Həmin vaxt yanında Bəhruz Şirəliyev və onun bacısı İddiaçı da olub. Onun xəbəri olmadan Bəhruz Şirəliyev müqaviləyə öz bacısının adını yazdırmışdır. Müqaviləyə isə o özü imza atmışdır. Lakin, oradakı qarışıqlıq səbəbindən müqavilədə yazılan ada fikir verməmişdir. Aldığı evin təmirinə 70 000 (yetmiş min) manat xərcləmişdir. Evdə işləyən ustaların hamısı buna şahiddirlər. Bütün otaqlara televizor, kondisioner, mebel və italian qapılar qoymuşdur. Toydan sonra yoldaşı oğlana Volksvagen markalı avtomobil hədiyyə etdi. 3 il sonra daha bir Hyundai Grandeur markalı avtomobil hədiyyə etmişdir. Hal-hazırda avtomobil onun həyətindədir. Toylarından iki il sonra övladları olmadığı üçün Almaniyanın Köln şəhərində və Türkiyənin İstanbul şəhərində müalicə etdirmişdir. Bütün bu xərclərin hamısını onlar ödəmişlər. Bir müddət sonra onların bir qız övladı Leyla Şirəliyeva dünyaya gəlmişdir. Uşağın bir ayından sonra sağlamlığında problem olduğu üçün uşağı Almaniyaya əmiyyata aparmışlar. Əməliyyat xərcləri onlar tərəfindən ödənilmişdir. Evlilik müddəti ərzində qızı Vergilər Nazirliyində işləyirdi və maaşı oğlanın maaşından dörd qat üstün idi. Leyla Şirəliyeva iki yaş yarımından 600 manatlıq bağçaya gedib, indi də halhazırda 600 manatlıq məktəbdə təhsil alır. Bu günə qədər 14 000 (on dörd min) manat bağçaya, 4000 (dörd min) manat ödəniş olub. Bundan əlavə, qızının ailəsinin bütün maddi çətinliklərinin hamısını onlar ödəmişlər. Bəhruz Şirəliyev və ailəsinin heç bir maddi köməkliyi olmamışdır. Bir müddət sonra Bəhruz Şirəliyev işdən azad edilmişdir, 4 il heç bir yerdə işləməmişdir. Hər dəfə qızından və onlardan pul tələb edirdi. Qızı ona artıq yoruldum deyib pul vermədiyinə görə boşanma ərizəsi vermişdir. Boşanmadan sonra Bəhruz Şirəliyevin bacısı Aynur tərəfindən evə qarşı iddia qaldırılmışdır ki, guya ki, ev Aynurundur. Hansı ki, ev alınanda Aynur özü Əhmədlidə Kirayə yaşıyırdı. Həmin bu iddiadan sonra onlar öyrənmişilər ki, müqavilədə Aynurun adı qeyd olunub. Lakin müqavilədəki imza onundur və ev onun tərəfindən alınıb. Bunu evi satan şəxs və "xxxx" MTK da bilirlər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Nəbiyeva Sənubər Əlifağa qızı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək göstərmişdir ki, mübahisəli mənzil sahəsi tərəfimdən 104 400 ABŞ dolları və 45.000 AZN ödənilməklə "xxxx" MTK-dan alınmışdır. Müqavilədə və maliyyə arayışında yalnız 104 400 ABŞ dolları göstərilsə də, həmin məbləğdən başqa 45.000 AZN pulu o, əlbəəl ödəmişdir. Baxmayaraq ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyində müqavilədəki imzanın İddiaçı tərəfindən imzalanması göstərilmişdir, faktiki olaraq müqavilə onun tərəfindən imzalanmışdır, ən əsası isə müqavilədə göstərilmiş mənzilin dəyəri şəxsən onun tərəfindən ödənilmişdir. Məhkəməyə dəvət edilmiş şahidlərin ifadələri ilə həmin hallar tam təsdiq olunur. Təsəvvür edin ki, İddiaçı indiyədək ailəsi ilə kirayələrdə yaşadığı halda, onun qızına o cür bahalıqda, 4 otaqlı mənzil aldığını iddia edir. Hansı ki, bu, absurd bir haldır. Müqavilədəki imzanın onun tərəfindən edildiyini digər qaydada təsdiqləyə bilməsə də, mənzilin dəyər məbləğini ödədiyini, mənzilin təmirinə 70.000 manatdan artıq pul xərclədiyini və zəruri, bahalı mebel və digər zəruri əşyalarla təchiz etdiyini təsdiq edən mötəbər sübutlara malikdir. Bu sübutların bir qismi artıq məhkəmədə tədqiq olunmuşdur, bir qismi isə tərəfindən yenə də təqdim ediləcəkdir. 04 sentyabr 2009-cu il tarixli müqavilənin 2-ci bəndinə əsasən mənzilin qiyməti ümumi sahəsi ilə hesablanmaqla hər bir kv.m üçun 600 ABŞ dolları, cəmi 104 400 (bir yüz dörd min dörd yüz) ABŞ dolları müəyyən edilmişdir. MTK tərəfindən verilmiş 22 fevral 2019-cu il tarixli arayışda mənzilin dəyərinin ödənildiyi qeyd edilsə də, bu deyərin məhz İddiaçı tərəfindən ödənildiyi görünmür. Belə ki, bunun sadə bir izahı vardır ki, həmin pul onun tərəfindən ödənilmişdir. İddiaçı tərəfindən mənzilin dəyəri ödənilməmişdir və ödənilə də bilməzdi, buna onun və ailəsinin maddi imkanı heç cür yol vermirdi, qeyd etdiyi kimi onlar kirayədə yaşayan insan olmuşlar, mənzil alınan vaxt da kirayədə yaşamışlar. Mənzilin tam dəyəri və təmir xərcləri tərəfindən ödənilmiş, qızının cehizi kimi müvafiq ev əşyaları, avadanlıqları ilə təmin edilmişdir. Bütün bunlar isə məhkəmədə öz təsdiqini tapmışdır. Qızı Cavabdeh iddiası üzrə cavabdeh İddiaçı qardaşı Bəhruz Şirəliyevlə ailə münasibətləri pozulduğu üçün ayrıldıqdan sonar, Bəhruz Şirəliyev mənzili tərk edərək getmişdir, qızı ilə nəvəsi mənzildə yaşayırlar, buradan da görünür ki, Bəhruz Şirəliyev qısa vaxtda başa düşdü ki, mənzilin onunla və ya başqası (hətta bacısı İddiaçı) ilə əlaqəsi, bağlılığı yoxdur, mənzil artıq ona yad hesab olunacaq şəxsə - keçmiş qaynanası olan şəxsə, yəni ona məxsusdur, qızından ayrılıbsa mənzili də tərk etməlidir. Hesab edir ki, İddiaçı heç bir hüquqi əsas olmadan onun hesabına əmlak əldə etmiş, əsassız varlanmışdır, mənzilin tam dəyəri və təmir haqqı tərəfindən ödənildiyi halda müqavilənin onun adına bağlanmasına nail olmuş, onun əmlak itkisinin hesabına qanunsuz zənginləşmiş, varlanmışdır. Nə qədər ki, mənzil Aynur Şirəlıyevanın adına qeydiyyatdan keçmişdir, o, mənzilin ona məxsus olduğunu iddia edir, mənzili sahibinə qaytarmaq fikrində deyil, qızının və nəvəsinin mənzildən çıxarılmasını tələb edir, onda mənzilin dəyəri kimi ödədiyi pulları və təmirə çəkdiyi xərcin əvəzini ona ödəməlidir. Göstərilənlərə əsasən, 04 sentyabr 2009-cu il tarixli 131/R saylı müqavilənin predmeti olan Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 2-ci yaşayış binasının A blokunda, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 172 kv.m olan 4 otaqlı, 36 saylı mənzilinin dəyəri olan 104.400 ABŞ dolları və 45.000 AZN pul vəsaitinin onun tərəfindən ödənilməsinin, habelə mənzilin təmirinə 77.550 AZN pul sərf etməsinin hüquqi əsas olmadan İddiaçı əsassız varlanması sayılaraq, 104 400 ABŞ dolları pulun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə - Azərbaycan manatı ilə, 45.000 AZN pul məbləğinin və mənzilin alınmasından sonra təmir xərclərinə sərf etdiyi 77.550 AZN pul məbləğinin İddiaçı alınıb, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-80/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Şirəliyeva (Nəbiyeva) Gülşən Müsavər qızı və onunla birlikdə Şirəliyeva Leyla Bəhruz qızı ünvan 3 ünvanından onlara məxsus əşyaları ilə birlikdə çıxarılması, mənzil cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, müstəqil tələb irəli sürən 3-cü şəxs Nəbiyeva Sənubər Əlifağa qızının iddia tələbinin təmin edilməsi, İddiaçı 04 sentyabr 2009-cu il tarixli 131/R saylı müqavilənin predmeti olan Bakı şəhəri, Xətai rayonu Ələddin Quliyev küçəsi 1130-cu məhəllə, 2-ci yaşayış binasının A blokunda 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 172 kv.m olan 4 otaqlı 36 saylı mənzilin dəyəri olan 104.400 ABŞ dolları məhkəmə qətnaməsinin icra edildiyi günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, 45 000 manat pul vəsaitinin və mənzilin təmirinə çəkilmiş 77 550 manat məblğində pul vəsaitinin tutularaq Nəbiyeva Sənubər Əliağa qızına verilməsi, məhkəmə xərcləri qsimində ödənilmiş 10 manat dövlət rüsumunun İddiaçı, 30 manat dövlət rüsumunun Nəbiyeva Sənubər Əliağa qızına aid edilməsi, məhkəməxətşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində xərcin müstəqil tələb irəli sürən üçüncü şəxs Nəbiyeva Sənubər Əlifağa qızından, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat pul İddiaçı alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və müstəqil tələb irəli surən üçüncü şəxsin iddia ərizəsinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu ildə Cavabdeh, 3-cü şəxs Sənubər Nəbiyeva və onların vəkilləri 36 saylı mənzilin alınması ilə əlaqədar iddiaçı ilə "xxxx" MTK arasında bağlanmış və 3 (üç) vərəqdən ibarət olan xx.xx.2009-cu il tarixli, 131\R saylı müqavilənin hər üç vərəqindəki imzaların 3-cü şəxs Sənubər Nəbiyevaya məxsus olduğunu böyük səs-küylə və israrla məhkəməyə bildirərək həmin müqavilədəki imzaların kimə məxsus olmasını müəyyən etmək üçün məhkəmədən iş üzrə məhkəməxətşünaslıq ekspertizasının təyin olunmasını və rəyin alınmasını tələb etməyə başlamışlar. Məhkəmə-xətşünaslıq ekspertizasının rəyini əvvəlcədən alıb tanış olandan və həmin rəydə müqavilədəki imzaların 3-cü şəxs Sənubər Nəbiyevaya deyil, iddiaçıya aid olmasının yazılmasını görəndən sonra artıq yalanlarının keçmədiyini görüb xx.xx.2019-cu il saat 10:30-a təyin edilmiş məhkəmə prosesi başlayandan sonra ekspertiza rəyinə tərəflərin münasibətini öyrənmək üçün işə baxan hakim tərəflərə söz verən kimi Cavabdeh, 3-cii şəxs Sənubər Nəbiyeva və onların vəkilləri məhkəməyə birağızdan “biz onsuz da bilirdik ki, müqavilədəki imzalar İddiaçıdır” deməklə, məhkəməyə 3-cü şəxs Sənubər Nəbiyevanın adından “iddia tələbinin dəqiqləşməsi barədə” yazıb hazırladıqları ərizəni təqdim etmişlər. Həmin bu ərizəsi ilə 3-cü şəxs Sənubər Nəbiyeva iddiaçıya qarşı olan tələbini dəyişdirmiş və iddiaçıdan bu dəfə mübahisəli mənzilin özü tərəfindən alınması və onun təmirinin özü və ailəsi tərəfindən aparılmasını iddia edərək mübahisəli 36 saylı mənzilə görə 104.400 ABŞ dolları pulun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə, əlavə 45.000 manat məbləğində pul və mənzilin alınmasından sonra təmir xərclərinə sərf etdiyi 70.000 manat məbləğində pul tələb etməyə başlamışdır. Məhkəmə 3cü şəxs Sənubər Nəbiyevanın qanunsuz və əsassız iddia tələbini təmin etmək və əsaslandırmaq üçün faktları, tərəflərin və şahid ifadələrini saxtalaşdırmaq və təhrif etmək yolunu seçmiş, bunun üçün iddiaçının, şahidlər Şirəliyev Bəhruz Asif oğlunun, Məmmədova Sürəyya Hümmət qızının, Cavabdeh, 3-cü şəxs Sənubər Nəbiyevanın və onların məhkəməyə gətirdikləri şahidlər Balayeva Gülşən Məmməd qızının, Sadıxova Rəsmiyyə Şahbaz qızının, Mehdiyeva Rəfiqə Abduləli qızının, Atakişiyev Əlimurad Tofiq oğlunun, Bayramov Bayram Teyyub oğlunun verdikləri ifadələri öz şəxsi maraqları üzündən qəsdən 3-cü şəxs Sənubər Nəbiyevanın əsassız və qanunsuz iddia tələbinin təmin olunması üçün onun xeyrinə saxtalaşdırıb məhkəmə iclas protokollarına və daha sonra qətnaməyə yazmaqla çıxarmış olduğu qanunsuz və əsassız qətnaməsini əsaslandırmağa çalışmışdır. Məhkəmə qətnamə çıxaran zaman yalnız qarşı tərəfin məhkəmə prosesində söylədiyi, heç bir fakt və dəlillə sübut edə bilmədikləri və heç bir həqiqətə uyğun olmayan izahatlarını, tamam saxta, iddiaçıya qarşı şər və böhtan olan, heç bir mötəbər fakta və sübuta söykənməyən, yalnız ehtimal və mülahizələrdən ibarət olan saxta fikrilərini əsas götürmüşdür. Bakı şəhəri Nizami rayon məhkəməsində hazırkı mülki işə baxılan zaman tam şəkildə təsdiq və müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai rayonu Ələddin Quliyev küç., 1130-cu məhəllədə inşa edilmiş 2 saylı binanın 14-cü mərtəbəsində yerləşən 4 (dörd) otaqdan ibarət olan 36 saylı mənzil iddiaçı və ailəsinə məxsusdur. Həmin mənzili iddiaçı xx.xx.2009-cu ildə "xxxx" MTK-nın sədri Həsənov Tahir Yusif oğlu ilə 131 \R saylı müqavilə bağlamaqla və dəyərini öz ailəsinin şəxsi vəsaiti hesabına tam ödəməklə əldə etmiş və sonra da təmir etdirmişdir. Həmin mənzilin əldə olunması üçün iddiaçı "xxxx" MTK-ya mənzilin hər bir kv. metri üçün 600 (altı yüz) ABŞ dolları olmaqla, cəmi 104.400 ABŞ dolları məbləğində pul ödəmişdir. Mənzili alandan sonra da onu yenə ailəsinin şəxsi vəsaiti hesabına tam şəkildə təmir etdirmişdir. Cavabdeh, 3-cü şəxs Sənubər Nəbiyeva və ailəsi həmin mənzilin əldə olunması və təmiri üçün hər hansı məbləğdə pul verməmiş və vəsait xərcləməmişdir. Cavabdeh iddiaçının qardaşı Şirəliyev Bəhruz Asif oğlunun keçmiş arvadı olmuş, Bəhruz Şirəliyev cavabdehlə xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahdan onlarınl (bir) uşaqları - xx.xx.2013-cü ildə qızları Şirəliyeva Leyla Bəhruz qızı anadan olmuşdur. Bəhruz Şərəliyev cavabdehlə ailə həyatı quran zaman onların yaşamağa öz mənzilləri olmadığına görə kirayədə yaşamasınlar deyə iddiaçı həyat yoldaşının razılığı ilə iddiaçıya və ailəsinə məxsus olan, Bakı şəhəri Xətai rayonu Ələddin Quliyev küç.,1130-cu məhəllədə inşa edilmiş 2 saylı binanın 14-cü mərtəbəsində yerləşən 4 (dörd) otaqdan ibarət olan 36 saylı mənzilini müvəqqəti olaraq yaşamaq üçün onlara vermişdir. Mənzili Bəhruz Şirəliyev və ailəsinə müvəqqəti yaşamaq üçün verməklə iddiaçı ailəsi ilə onlara bu şəkildə kömək etmək istəmişdir. Bəhruzla cavabdeh 2018-ci ilin sentyabr ayında faktiki olaraq ayrılmış və o vaxtdan müxtəlif ünvanlarda yaşamağa başlamışlar. Bəhruz başqa ünvanda, Cavabdeh isə qızları Leyla ilə əvvəlki kimi iddiaçıya məxsus olan, onlara müvəqqəti yaşamaq üçün verilən 36 saylı mənzildə qalaraq indiyə kimi orada yaşamağa başlamışlar. Artıq cavabdehlə bir yerdə yaşamağın mümkün olmadığını görən Bəhruz nikahlarının ləğv olunması üçün Bakı şəhəri Nizami rayon məhkəməsinə ərizə ilə müraciət etmiş və Nizami rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)- 3875\2018 saylı qətnaməsi ilə onların nikahları ləğv edilmiş, qızları Leyla cavabdehin yanında saxlanılmışdır. Boşanandan sonra iddiaçı dəfələrlə cavabdehdən ona məxsus olan ünvan 4 ünvanında yerləşən mənzili boşaltmağı və mənzildən çıxmasını tələb və xahiş etsə də, cavabdeh mənzildən çıxmaq istəmir. Cavabdeh, 3-cü şəxs Sənubər Nəbiyevanın iddiaçıya məxsus olan, müvəqqəti yaşamaq üçün Cavabdeh və Bəhruz Şirəliyevə verilən 36 saylı mənzilə heç bir hüquq və aidiyyatları yoxdur. 3-cü şəxs Sənubər Nəbiyeva və ailəsi mübahisəli 36 saylı mənzilin alınmasına və təmirinə hər hansı bir məbləğdə pul verməmiş və xərcləməmişlər. 3-cü şəxs Sənubər Nəbiyevanın iddiaçıya qarşı irəli sürdüyü iddia tələbi tam qanunsuz və əsassız bir iddia tələbidir. Bakı şəhəri Nizami rayon məhkəməsində işə baxılan zaman mübahisəli mənzilin iddiaçıya məxsus olması və həmin mənzilin dəyərinin şəxsi vəsaiti hesabına tam şəkildə iddiaçı tərəfimdən ödənilməsi, 36 saylı mənzilin iddiaçının şəxsi vəsaiti hesabına təmir olunması, qarşı tərəfin həmin mübahisəli mənzilə heç bir hüququnun olmaması və həmin mənzilin alınmasına və təmirinə hər hansı məbləğdə pul xərcləməməsi iddiaçı ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2009-cu il tarixli 131/R saylı müqavilə ilə, müqaviləni bağlayıb 36 saylı mənzili aldığı zaman “Lalə‘'MTK-nın sədri olmuş Tahir Həsənov tərəfindən iddiaçıya verilmiş 04-75 saylı,xx.xx.2009-cu il tarixli arayışla, daha sonra Nizami rayon məhkəməsində işə baxılan zaman həmin məhkəməyə təqdim etmək üçün "xxxx" MTK-nın sədri B.H.Hüseynov tərəfindən mənə 2019-cu ildə verilmiş 01-A/02 saylı,xx.xx.2019-cu il tarixli və 01-A/03 saylı, xx.xx.2019-cu il tarixli arayışlarla, 2010-cu ildən 2019-cu ilə kimi 36 saylı mənzilin bütün kommunal xərclərinin iddiaçı tərəfindən ödənilməsi barədə məhkəməyə təqdim edilən sənədlərlə, iddiaçının, nümayəndə və vəkilinin,eyni zamanda şahid qismində dindirilmiş qardaşı Şirəliyev Bəhruz, Məmmədova Sürəyya Hümmət qızının verdiyi ifadələrlə, mülki iş üzrə alınmış məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə tam təsdiq olunmuşdur. Əgər həmin sənədlərə baxılarsa, iddiaçının dediklərim və yazdıqları tam olaraq bir daha öz təsdiqini tapacaqdır. Bakı şəhəri Nizami rayon məhkəməsində hazırkı mülki işə baxılan zaman 3-cü şəxs Sənubər Nəbiyevanın iddiaçıya qarşı verdiyi iddia ərizəsində və ona dəqiqləşmə ilə bağlı verdiyi ərizədə qeyd etdiyi fikirlərin, məhkəməyə onun, Cavabdeh və onların vəkilləri və nümayəndələrinin verdikləri izahatlarında, habelə onların məhkəməyə gətirdikləri yalançı şahidlərin mənzilin təmiri ilə bağlı səsləndirdikləri fikirlərin, faktların tam əsassız, iddiaçıya qarşı şər və böhtan, ağ yalan olmaqla heç bir həqiqətə uyğun olmayan, saxta fikirlər olması, mübahisəli mənzilin nə Cavabdeh və əri, yəni iddiaçının qardaşı Şirəliyev Bəhruz Asif oğluna, nə də 3-cü şəxs Nəbiyeva Sənubər Əlifağa qızı və onun ailəsinə heç bir aidiyyatının ol maması, onların həmin mənzilin alınması və təmiri üçün hər hansı məbləğdə pul verməməsi və vəsait xərcləməməsi, 3-cü şəxs Sənubər Nəbiyevanın və Cavabdeh həmin mənzili öz şəxsi vəsaitləri hesabına almaları və təmirinə 70.000 manat pul xərcləmələri barədə söylədiklərinin yalan olması təsdiq və müəyyən olunmuşdur. Ancaq bütün bunlara baxmayaraq işə baxan məhkəmə bütün bu faktların heç birini tam qanunsuz və əsassız olaraq nəzərə almamış, onlara heç bir əhəmiyyət verməmiş, qəsdən və bilərəkdən onlara düzgün hüquqi qiymət verməmiş, mübahisəli 36 saylı mənzilin iddiaçının şəxsi vəsaiti hesabına alınması və daha sonra tam şəkildə təmir olunması keçirilmiş məhkəmə proseslərində tam təsdiqini tapsa və sübuta yetsə də, nəticədə işə baxan məhkəmə işi qarşı tərəfin xeyrinə həll etmək üçün iş üzrə dindirilmiş şahid ifadələrini təhrif edib saxtalaşdırmaqla mübahisəli 36 saylı mənzilin alqı-satqısı ilə bağlı müqavilənin iddiaçı ilə "xxxx" MTK arasında bağlansa da, həmin mənzilin dəyərinin 3-cü şəxs Nəbiyeva Sənubər Olifağa qızı tərəfindən ödənilməsi kimi səhv və yalnış nəticəyə gələrək iş üzrə 2(007)-80/2020 saylı, xx.xx.2020-ci il tarixli qanunsuz və əsassız qətnaməni çıxarmışdır. İş üzrə çıxarılmış 2(007)-80/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnamənin qanunsuz və əsassız olmasını, işə baxan məhkəmənin fakt və sübutlara düzgün hüquqi qiymət verməməsini,çıxarılmış qətnamənin işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamasını təsdiq edən faktlardan biri də iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin olunması zamanı yol verilmiş nöqsanlar və alınmış məhkəmə tikinti-texniki ekspertizasının rəyinə məhkəmənin düzgün hüquqi qiymətin verilməməsidir. Belə ki, mübahisəli mənzildə təmir işlərinin aparılmasını hər iki tərəf və 3-cü şəxs Sənubər Nəbiyeva 2009-cu ildə aparıldığını desə də, işə baxan hakim xx.xx.2019-cu il tarixli məhkəmə tikinti-texniki ekspertizası təyin olunması haqqında qərardad çıxaran zaman ekspert qarşısına “mənzilin təmiri üçün görülmüş işlərin xərcinin hazırkı bazar qiymətlərinə uyğun olaraq nə qədər təşkil etməsinin müəyyən edilməsi” barədə sual qoymuşdur. İddiaçı buna etiraz əlaməti olaraq çıxarılmış qərardadın surətini alandan sonra məhkəməyə xx.xx.2019-cu il tarixli ərizə ilə müraciət etsə də, bunun heç bir xeyri olmamışdır. İşə baxan ekspert də qoyulan suallara uyğun olaraq təmir xərclərini müəyyən etmişdir. İkinci bir tərəfdən məhkəmə tərəfindən təyin olunmuş məhkəmə tikintitexniki ekspertizası üzrə ekspert Xəyyam İsgəndərov tərəfindən verilmiş 31752 saylı, xx.xx.2020-ci il tarixli rəy tam saxta bir rəydir. Belə ki, ekspert Xəyyam İsgəndərov mübahisəli 36 saylı mənzilin daxilində xx.xx.2009-cu il tarixli, 131 /R saylı müqavilənin 3cü bəndində nəzərdə tutulmuş təmir işlərindən başqa aparılmış təmir işlərini 2009-cu ilin bazar qiymətlərinə uyğun deyil, hal-hazırkı bazar qiymətlərinə uyğun qiymət normaları tətbiq edib hesablamaqla bərabər, digər tərəfdən ekspert rəyində ümumiyyətlə görülməmiş bir çox təmir işləri görülmüş işlər kimi qeyd olunmuş, görülmüş təmir işlərinin ölçü vahidi, miqdarı və qiyməti həddindən artıq şişirdilmiş, həddən çox göstərilmiş və qiymətləndirilmişdir. İddiaçı tərəfindən iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizanın təyin olunub rəyin alınmasının zəruri və vacib olması qeyd edilmiş və bu barədə məhkəməyə yazılı şəkildə vəsatət verilmişdir. Ancaq məhkəmə vəsatəti tam qanunsuz və əsassız olaraq təmin etməmişdir. Rəyə münasibət bildirən zaman iddiaçı tərəf rəylə bağlı tərtib edilmiş smetanın digər bəndləri ilə bərabər, smetanın 3-cü bəndində 82 kv.metr, hər kv.metrinin qiyməti 15 manat olmaqla 1230 manat məbləğində döşəmənin altının reyka ilə yığılması, döşəmə üçün taxtanın vurulması, daha sonra döşəmə üçün hər birinin qiyməti 20 manat olmaqla 85 ədəd taxtanın alınması və bunun ümumi qiymətinin 1700 manat pul etdiyini, qiyməti 60 manat olan 1 qutu kley PVA 50 kq və ümumi məbləği 320 metr olan 320 metr reykanın alınması ilə bağlı yazılanların yalan və heç bir həqiqətə uyğun olmamasını, ümumiyyətlə bu mal-materialın alınmamısım və bu işlərin heç birinin görülməməsini, döşəmənin altının sadəcə beton qatı olmasını, üstündən də birbaşa laminal vurulmasını, başqa heç bir işin görülməməsini, əgər yoxlanılarsa bütün bunların öz təsdiqini tapacağını, smetanın 6-cı bəndində 76 kv.metr kafel və metlağın vurulmasının hər bir kv metrinin qiyməti 10 manat kimi göstərilsə də və bunun ümumi qiyməti 760 manat etdiyi halda, ekspert Xəyyam İsgəndərovun bu işlərin ümumi məbləğini 760 manat göstərmək əvəzinə, səhvən 7600 manat kimi, yəni 10 dəfə artıq göstərməsini, smetanın 10-cu bəndində ekspertin kombi xəttinin çəkilməsinin (material ilə birlikdə) ümumi məbləğini 3000 manat kimi göstərməsinin səhv olmasını, bu işlərə birlikdə 1850 manat pul sərf edilməsini, İddiaçı həmin kombini 800 manata, radiatoru isə 360 manata almasını və mənzilə qoymasını, kombi aparatının aksesuarları ilə bağlı yazılanların tamam səhv və yalnış olmasını, mənzilə qoyulmuş kombi aparatının birbaşa cərəyana qoşulmasını, onun heç bir aksesuarının olmamasını, smetanm 21-ci bəndində 23 kv. metr, hər kv.metrinin qiyməti 110 manat olmaqla, ümumi məbləği 2530 manat olan plastik pəncərənin quraşdırılması barədə yazılanların yalan olmasını, mənzilə bütün plastik pəncərələri həmin binanı tikən “Lalə’' MTK-nın özü tərəfindən qoyulmasını və bu barədə müqavilədə açıqaşkar qeydin olmasını qeyd etsək də, qətnaməni çıxaran hakim bunların heç birini tam əsassız olaraq nəzərə almamışdır. Hakim smetanın 6-cı bəndində ekspert tərəfindən 760 manat əvəzinə, səhv olaraq 7600 manat kimi hesablanmış təmir xərci ilə bağlı rəqəmə də münasibət bildirməmiş, ekspert tərəfindən buraxılan səhvi düzəltməmiş və iddiaçıdan tutulması qət edilmiş 77.550 manatın tərkibinə 760 manat təmir xərci əvəzinə, 7600 manat məbləğində təmir xərcini hesablamaqla qətnamə çıxarmışdır. Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-80/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin 10-cu vərəqinin 4-cü abzasında yazılmış “məhkəmə qeyd edir ki, Bakı şəhəri Xətai rayonu Oləddin Quliyev kiiç.,1130cu məhəllədə inşa edilmiş 2 saylı binanın 14-cü mərtəbəsində yerrləşəh 4(dörd) otaqdan ibarət olan 36 saylı mənzilin alqı-satqısına dair müqavilə "xxxx" MTK ilə İddiaçı arasında bağlansa da, həmin mənzilin cəyəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs Nəbiyeva Sənubər Əlifağa qızı tərəfindən ödənilmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış şəxslərin verdikləri ifadələr, məhkəməyə bu qənaətə gəlməyə əsas vermişdir” barədə yazılanlar başdan-ayağa ağ yalan olmaqla heç bir həqiqətə uyğun olmayan fikirlərdir. Ona görə ki, istər iddiaçı tərəfindən, istərsə də qarşı tərəfdən məhkəməyə gəlib ifadələr verən şahidlər heç vaxt məhkəməyə bu məzmunda ifadələr verməmişdir. Sadəcə işə baxıb qətnamə çıxarmış məhkəmə belə saxta, yalan və heç bir həqiqətə uyğun olmayan ifadələri qanunsuz və əsassız qətnaməsinə daxil etməklə onu əsaslandırmağa çalışmışdır. Əgər həmin şahidlərin hər biri apellyasiya məhkəməsinə çağırılıb təkrar dindirilərsə, birinci instansiya məhkəməsinin qətnaməsində bu barədə yazılanların yalan olması tam müəyyən olunacaqdır. Belə ki, birinci instansiya məhkəməsində qarşı tərəfin məhkəməyə gətirdiyi və məhkəmə tərəfindən dindirilmiş şahidlərdən Balayeva Gülşən Məmməd qızı məhkəmədə ifadə verən zaman cavabdeh Gülşən Nəbiyevanı tanıdığını, onunla bir yerdə, hətta bir otaqda işlədiyini, mübahisəli 36 saylı mənzilin kimin tərəfindən alınması və pulunun kimin tərəfindən ödənilməsi, mənzilin hansı qiymətə alınması barədə məlumatının olmadığını, bunun şahidi olmadığını, sənədləşmədə iştirak etmədiyini, mənzilin alınmasına Sənubər Nəbiyevanın nə qədər pul verməsini deyə bilmədiyini, bu barədə məlumatının olmadığını, mənzildə təmir işlərinin kimin aparması barədə heç bir məlumatının olmadığını göstərmişdir. Məhkəmədə qarşı tərəfin şahidi qismində dindirilmiş Sadıxova Rəsmiyyə Şahbaz qızı 17-18 ildir ki, 3-cü şəxs Sənubər Nəbiyevanın evində ev qulluqçusu kimi işlədiyini, mübahisəli mənzilin alınmasında şəxsən iştirak etmədiyini, o prosesdə olmadığını, mübahisəli mənzilin dəyərinin kimin tərəfindən ödənilməsi barədə heç bir məlumatının olmadığını, 3- cü şəxs Sənubər Nəbiyevanın həmin mənzilin alınmasına pul verib-vermədiyini, hansı məbləğdə pul verdiyini, mübahisəli mənzilin təmirini kimin etdiyini, buna görə nə qədər pul sərf edildiyini bilmədiyini göstərmişdir. Qarşı tərəfin şahidi Mehdiveva Rəfiqə Abduləli qızı ifadə verən zaman Cavabdeh ev qulluqçusu olduğunu, mübahisəli 36 saylı mənzilin 3-cü şəxs Sənubər Nəbiyevaya məxsus olduğunu zənn etdiyini, ancaq bunu dəqiq bilmədiyini və bununla bağlı heç bir sənəd görmədiyini, mübahisəli 36 saylı mənzilin kimin pulu ilə alınması barədə heç bir məlumatının olmadığını, 3-cü şəxs Sənubər Nəbiyevanın və ya Cavabdeh həmin bu mənzilin alınmasına pul verib-verməməsi, nə qədər pul vermələrini bilmədiyini, bu barədə məlumatının olmadığını, mübahisəli mənzilin təmirini kimin etdiyini, buna görə nə qədər pul sərf etdiyini bilmədiyini göstərmişdir. Qarşı tərəfin şahidi kimi dindirilmiş Atakişiyev Tofiq Əlimurad oğlu ifadə verən zaman 3- cü şəxs Sənubər Nəbiycvanın əri Müsavər müəllimin yaşadığı evin memarı olduğunu, onu çoxdan tanıdığını, mübahisəli 36 saylı mənzilin kimin almasını, pulunu kimin verməsini, mənzilin neçəyə alınmasını bilmədiyini, bu barədə məlumatının olmadığını, mübahisəli 36 saylı mənzilin təmiri ilə bağlı tərtibatı özünün verdiyini, həmin mənzildə görülən təmir işləri ilə bağlı işçiləri də özünün tutduğunu, təmirə görə ona pulu Müsavər müəllimin verdiyini, təmir işlərinin 2009-cu ilin qışında başlanıb 2010- cu ildə başa çatdığını, təmir işləri aparılan zaman Bəhruz Şirəliyevanı da bir neçə dəfə həmin mənzildə gördüyünü göstərmişdir. Şahid Atakişiyev Əlimurad Tofiq oğlu eyni ifadəni vermişdir. Bu iki nəfər şahid mübahisəli 36 saylı mənzildə təmir işlərinin aparıldığını, təmir işlərinə görə pulu Müsavər müəllimin verildiyini göstərsələr də, ancaq verilən suallara cavab olaraq konkret olaraq mübahisəli 36 saylı mənzildə hansı təmir işləri gördüklərini və görüldüyünü deyə bilməmişlər. Bu da onların yalan danışdığını, öyrədilib məhkəməyə gətirilmiş yalançı şahidlər olmasını bir daha təsdiq edir. Məhkəmədə qarşı tərəfin şahidi qismində dindirilmiş Bayramov Bayram Teyyub oğlu 2009-cu ilin payızında və 2010-cu ilin qışında “Ramstorqun” arxasında yerləşən hündürmərtəbəli evin 10-cu mərtəbəsində (mübahisəli 36 saylı mənzilin yerləşdiyi 14-cü mərtəbədə yox) təmir işləri olaraq santexnik işləri gördüyünü, gördüyü işlərə görə ona təxminən 2000 manat pul verildiyini, gördüyü işlərə görə ona pulu Tofiq müəllim və Müsavər müəllimin verdiyini, mübahisəli 36 saylı mənzilin kimin tərəfindən və neçəyə alınmasını, həmin mənzilin kimə məxsus olmasını bilmədiyini və bu barədə heç bir məlumatının olmadığını göstərmişdir. İddiaçı tərəfindən məhkəmədə ifadə verən şahidlər Şirəliyev Bəhruz Asif oğlu və Məmmədova Sürəyya Hümmət qızı mübahisəli mənzilin iddiaçıya məxsus olduğunu, həmin mənzilin iddiaçının şəxsi vəsaiti hesabına alındığını və sonra təmir olunduğunu, cavabdeh Gülşən Şirənyevanın, 3-cü şəxs Səınubər Nəbiyevanın və ailəsinin mübahisəli 36 saylı mənzilin alınmasına və təmirinə hər hansı məbləğdə pul vermədiklərini və xərcləmədiklərini, bu barədə onların dediklərinin ağ yalan olduğunu, mübahisəli 36 saylı mənzilin onlara heç bir aidiyyatının olmadığını göstərmişlər. Qətnamədə iddiaçının adından “iddiaçının 36 saylı mənzilin təmirinə çəkilən xərci bilməməyi, evin oboyunu almamağı, ofisin harada yerləşməsini bilməməyi barədə” yazılanlar, Cavabdeh adından ayrılandan sonra evin Aynurun adına olduğunu öyrəndiyi, boşanmadan sonra işıq pulu ilə bağlı qəbz gələndə evin, yəni iddiaçının adına olmasını öyrənmələri, evin sənədləri onlarda olmadığı üçün bunu bilmədikləri, kommunal xərclərin pulunu ödəmək üçün yoldaşına verdiyi barədə yazılanlar, 3-cü şəxs Sənubər Nəbiyevanın adından "xxxx" MTK-ya zəng etmişdir, gedib ordan evlərə baxıb alsınlar, o, Bəhruz və Aynur getdilər evlərə baxmağa, Binanın komendantı Aydın müəllim onlara binanı göstərdi, Qiyməti danışdılar. 104.000 dollar kassaya verdi, 45.000 isə Tahir müəllimə verdi” yazılanlar,həmçinin şahid Şirəliyev Bəhruz Asif oğlunun adından“ evin necə alınmasından xəbərinin olmaması barədə yazılanlar, şahid Məmmədova Sürəyya Hümmət qızının adından yazılmış izahatda “təmiri Aynurgil başlamışdır, sonrasını o bilmir, o sonradan evə gedəndə ev təmirli idi” barədə yazılanlar, şahid Balayeva Gülşən Məmməd qızının adından yazılmış izahatda “lakin bir dəfə maşına Gülşəndən anasına zəng gəldi, Gülşən dedi ki, Bəhruz deyir ki, ya tütün çatdır evə, ya da evə gəlmə, anası da dedi ki. ‘mənim evimdir” barədə yazılanlar, şahid Sadıxova Rəsmiyyə Şahbaz qızının adından yazılmış izahatda “evdə müəyyən söz-söhbət oldu, eşitdim ki, Gülşəngilə alınan ev Aynur xanımın adına imiş, ev alman vaxt Sənubər xanım dedi ki, işini at, gəl pulları sayaq, 104.000 dollar və 45000 manat pul saydılar, 2-3 ay əvvəl eşitdilər ki, ev Aynur xanımın adınadır. Sənubər xanım da sevindiyindən qol çəkdiyi müqaviləyə baxmayıb, Təmiri də Gülşənin anası edib” barədə yazılanlar, şahid Mehdiyeva Rəfiqə Abduləli qızının adından yazılan izahatda “Bəhruzu heç vaxt işləyən görməmişdir. Həmişə evdə yatırdı. Evdə gördüklərinə əsasən deyə bilər ki, ev Sənubər xanımındır” barədə yazılanlar, şahid Bayramov Bayram Təyyub oğlunun adından yazılmış izahatda “Müsavər müəllimin evin sahibi olduğunu bilirdi, bir gün Müsavər müəllim ona işini bəyəndiyini, qızı üçün ev almasını, həmin evin santexnik işini onun görməsini istəməsini bildirməsi” barədə yazılanlar tamam ağ yalandır. Qeyd olunan fikirlər yuxarıda göstərilən şəxslər tərəfindən məhkəmə proseslərində heç vaxt səsləndirilməmiş və deyilməmişdir. Bu fikirləri və ifadələri işə baxan məhkəmə çıxarmış olduğu qanunsuz və əsassız qətnaməsini əsaslandırmaq üçün özündən uydurub yazmışdır. Əksinə Nizami rayon məhkəməsində işə baxılan zaman iddiaçı izahat verən zaman qeyd edib göstərmişdir ki, mənzili təmir edən zaman mənzilin zal otağına vurulmuş divar kağızını 60 manata, digər otaqlara vurulmuş divar kağızlarını isə 40 manatdan almaqla otaqlara vurdurmuşdur. 3-cü şəxs Sənubər Nəbiyeva xx.xx.2019-cu il saat 10:50yə təyin olunmuş məhkəmə prosesində iştirak edib izahat verən zaman məhkəməyə bildirmişdir ki, mübahisəli 36 saylı mənzili əri Müsavər müəllimin xəbəri olmadan almışdır. Bu faktı Elçin Sadıqov adlı şəxs də tam təsdiq edə bilər.Elçin Sadıqov Almaniyada işləyir. Hazırda da Almaniyadadır. Şahid Şirəliyev Bəhruz Asif oğlu məhkəmədə izahat verən zaman göstərmişdir ki, mübahisəli 36 saylı mənzil bacısı İddiaçı və ailəsinə məxsusdur. Həmin mənzili bacısı İddiaçı xx.xx.2009-cu ildə "xxxx" MTK-nın sədri Həsənov Tahir Yusif oğlu ilə 131\R saylı müqavilə bağlamaqla və dəyərini öz ailəsinin şəxsi vəsaiti hesabına tam ödəməklə əldə etmiş və sonra da təmir etdirmişdir. Həmin mənzilin alınmasında şəxsən iştirak etmişdir. Mübahisəli mənzilin əldə olunması üçün bacısı İddiaçı "xxxx" MTKya mənzilin hər bir kv. metri 600 (altı yüz) ABŞ dolları olmaqla, cəmi 104.400 ABŞ dolları məbləğində pul ödəmişdir. Cavabdeh, 3-cü şəxs Sənubər Nəbiyeva və ailəsi həmin mənzilin əldə olunması və təmiri üçün hər hansı məbləğdə pul verməmiş və hər hansı vəsait xərcləməmişdir. Cavabdeh onun keçmiş arvadı olmuş, Cavabdeh ilə xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahdan onların 1 (bir) uşaqları xx.xx.2013-cü ildə qızları Şirəliyeva Leyla Bəhruz qızı anadan olmuşdur. Cavabdehlə ailə həyatı quran zaman onların yaşamağa öz mənzilləri olmadığına görə kirayədə yaşamasınlar deyə bacısı İddiaçı həyat yoldaşının razılığı ilə əzlərinə məxsus olan 36 saylı mənzillərini müvəqqəti olaraq yaşamaq üçün onlara vermişdir. Cavabdehlə 36 saylı mənzilə köçüb yaşamağa başlayan zaman bacısı İddiaçı artıq həmin mənzili tam təmir etdirmişdir. Cavabdehnm, 3-cü şəxs Sənubər Nəbiyevanın mübahisəli mənzilin alınmasına 104.400 ABŞ dollan və 45000 manat pul vermələri və təmirinə 70.000 manat pul xərcləmələri barədə dedikləri tamam ağ yalandır. Bu barədə olan iddianı onlar Cavabdeh boşadığına görə ondan və bacısı İddiaçı qisas almaq üçün qaldırıblar. Nızami rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-3875\2018 saylı qətnaməsi ilə Cavabdeh ilə olan nikahlarının ləğv edilmişdir. Şahid Məmmədova Sürəyya Hümmət qızı məhkəmədə şahid kimi dindirilən zaman göstərmişdir ki, İddiaçı onun qardaşı arvadıdır, mübahisəli 36 saylı mənzili İddiaçı və qardaşı öz şəxsi vəsaitləri hesabına almış və sonra da təmir etmişdir. Həmin mənzilin alınmasına biz 104.400 ABŞ dolları məbləğində pul vermişik. Mübahisəli 36 saylı mənzilin alınması ilə bağlı müqavilə İddiaçı ilə "xxxx" MTK arasında bağlanınışdır. Mənzil 4 otaqdan ibarət olmaqla 14- cü mərtəbədə yerləşir. Mübahisəli 36 saylı mənzilin Cavabdeh, 3-cü şəxs Sənubər Nəbiyevaya heç bir aidiyyatları yoxdur. Həmin bu mənzilin alınmasına və təmirinə onlar hər hansı məbləğdə pul sərf etməmişlər. Onların bu barədə dedikləri tamam ağ yalandır. İddiaçı və qardaşı özlərinə məxsus olan 36 saylı mənzili ailə həyatı qurandan sonra yaşamağa evləri və mənzilləri olmadığına görə İddiaçınm qardaşı Bəhruz Şirəliyev və Cavabdeh müvəqqəti yaşamaq üçün vermişlər. 2019-cu ildə Bəhruz Şirəliyev arvadı, iş üzrə Cavabdeh məhkəmə yolu ilə boşanmışdır. Ancaq Cavabdeh 36 saylı mənzili indiyə kimi tərk etməyib, qızı ilə həmin mənzildə qalıb yaşayır. Dəfələrlə İddiaçı ona mənzili boşaltmağı desə də, Cavabdeh mənzildən çıxmır. Bakı şəhəri Nizami rayon məhkəməsinin iş № 2(007)-80/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası MPM-nin 217.1, 217.2, 217.3-cü maddələrinin tələblərinə və AR Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli, 4 saylı Qərarının 2.1, 2.2 və 2.4-cü maddələrinin tələblərinə zidd olduğundan qanuni və əsaslı sayıla bilməz. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 aprel 2021-ci il tarixli, 2(103)-3077/21 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-80/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-11/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3077/2021 nömrəli iş üzrə 02 aprel 2021-ci il tarixli qətnaməsi mənzilin dəyəri kimi 104.400 ABŞ dolları və 45 000 manat pul vəsaitinin tutulması barədə Nəbiyeva Sənubər Əlifağa qızının iddia tələbinə aid hissədə ləğv edilməsi və iş yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Nəbiyeva Sənubər Əlifağa qızı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında cavabdeh Nəbiyeva (Şirəliyeva) Gülşən Müsavər qızı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş İddiaçı, cavabdeh Nəbiyeva (Şirəliyeva) Gülşən Müsavər qızı və 3-cü şəxs "xxxx" MTK-nın nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiasının mənzilin dəyəri olan 104.400 ABŞ dolları və 45 000 manat pul vəsaitin tutulmasının təmin olunması hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-11/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qərarı ilə qətnamə məhz həmin hissədə ləğv edilmiş və baxılması üçün göndərilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-80/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsi “mənzilin dəyəri olan 104.400 ABŞ dolları və 45 000 manat pul vəsaitinin tutulması” hissəsində ləğv edilməli, həmin hissədə müstəqil tələb irəli sürən 3-cü şəxs Nəbiyeva Sənubər Əlifağa qızının iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan "xxxx" MTK-nın sədri tərəfindən verilmiş 22 fevral 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı, onunla "xxxx" MTK arasında bağlanmış 04 sentyabr 2009-cu il tarixli müqavilə üzrə Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 2-ci yaşayış binasının A blokunda, 14-cü mərtəbəsində, 36 saylı mənzilin dəyərini tam ödəmişdir. İş materiallarında olan "xxxx" MTK-nın sədri tərəfindən verilmiş 22 fevral 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 2-ci yaşayış binasının A blokunda, 14-cü mərtəbəsində, 36 saylı mənzil ona satılmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli 2(007)- 276/2019 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Şirəliyev Bəhruz Asif oğlu ilə Şirəliyeva (Nəbiyeva) Gülşən Müsavər qızı arasında Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində bağlanmış və 25 iyun 2010-cu il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 929 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 30 aprel 2013-cü il tarixdə doğulmuş Şirəliyeva Leyla Bəhruz qızı anası Şirəliyeva (Nəbiyeva) Gülşən Müsavər qızının yanında qalması, Şirəliyev Bəhruz Asif oğlundan 24 yanvar 2019-cu il tarixdən başlayaraq, 30 aprel 2013-cü il tarixdə doğulmuş Şirəliyeva Leyla Bəhruz qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160,0 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulub, Şirəliyeva (Nəbiyeva) Gülşən Müsavər qızına verilməsi qət edilmişdir. İş materiallarında olan İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış 04 sentyabr 2009cu il tarixli müqavilənin surətdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130- cu məhəllə, 2-ci yaşayış binasının A blokunda, 14-cü mərtəbəsində, 36 saylı mənzil İddiaçı satılmış, satış qiyməti isə 104 400 ABŞ dolları müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş xətşünaslıq ekspertizasının 12 iyul 2019-cu il tarixli rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş, mülki işin 88-90-cı vərəqələrində "xxxx" MTK ilə Şirəlıyeva Aynur Asif qızının adından olan 4 sentyabr 2009- cu il tarixli № 131/R nömrəli müqavilənin 1-ci və 2-ci vərəqələrinin aşağı sağ küncündəki imzalar və 3-cu vərəqəsində “ALİCİ İddiaçı” qrafasındakı imza - İddiaçı tərəfindən icra olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 14 avqust 2020-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 2-ci yaşayış binasının A blokunda, 14-cü mərtəbəsində, 36 saylı mənzilin daxilində 04 sentyabr 2009-cu il tarixli 131/R nömrəli müqavilənin 3-cü bəndində nəzərdə tutulmuş təmir işlərindən başqa təmir işləri aparılmış və aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 77550,0 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 2-ci yaşayış binasının A blokunda, 14-cü mərtəbəsində, 36 saylı mənzilə aid olan fotoşəkillər mülki işin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Beləliklə, əsassız varlanan o şəxs (varlanmış) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak, pul, qiymətli kağızlar, əmlak hüquqları və ya maddi fayda əldə etsin. Əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran əsas qanunda və ya müqavilədə nəzərdə tutulmamış olsun. Qanunda nəzərdə tutulmamış əsaslarla varlanmış şəxsin qanundan əmələ gələn öhdəlikləri, müqavilə əsası olmadan varlanmış şəxsin isə müqavilə öhdəlikləri yaranır. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 2-ci yaşayış binasının A blokunda, 14-cü mərtəbəsində, 36 saylı mənzilin alqısatqısına dair müqavilə "xxxx" MTK ilə İddiaçı arasında bağlanasa da, həmin mənzilin dəyəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Nəbiyeva Sənubər Əlifağa qızı tərəfindən ödənilmişdir. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, tərəflər çoxsaylı sübutlar təqdim etsələr də, məhkəmələr müvafiq sənədlərin və şahid ifadələrinin məzmununu qətnamədə əks etdirməklə kifayətlənmiş, dinlənilən şahidlərdən konkret olaraq hansı şəxslərin və hansı məlumatları ilə evin dəyərinin məhz üçüncü şəxs tərəfindən ödənildiyinin təsdiqləndiyini qeyd etməmiş, iddiaçının və üçüncü şəxsin dəvət etdiyi şahidlərin tərəflərin yaxınları olmaları səbəbilə verdikləri ifadələri mötəbərlilik baxımından qiymətləndirməmiş, hansı səbəbdən üçüncü şəxsin şahidlərinin ifadələrini üstün tutduqlarını əsaslandırmamış, mübahisəli hala dair iddiaçının təqdim etdiyi yazılı sənədləri niyə sübut kimi qəbul etmədiklərini göstərməmiş, gəldikləri nəticəyə üçün dinlənilmiş şahid ifadələrinin kifayətedilənliyinə münasibət bildirməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni yoxlanılan hissədə qanuni və əsaslı hesab etmir. Kollegiya ilkin olaraq qeyd edir ki, iddianın düzgün həlli üçün əvvəlcə tərəflər arasında mübahisəli hallar, habelə tələbin xarakteri nəzərə alınmaqla sübutetmə yükü düzgün müəyyən edilməli, sonra isə təqdim olunmuş sübutlar müvafiq qaydada araşdırılmalı və qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olubolmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Kollegiya sübutetmə yükünün məhz kimin üzərində olmasının müəyyənləşdirilməsinin zəruri olduğunu hesab edir. Belə ki, Sənubər Nəbiyeva iddiasında mənzilə görə 104.400 ABŞ dolları və 45 000 manat pul onun tərəfindən ödənildiyini, İddiaçı isə mənzilə yalnız 104.400 ABŞ dolları məhz onun tərəfindən ödənildiyini qeyd edir. Məlum olduğu kimi, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Hazırki, halda mənzilə dair 104.400 ABŞ dolları və 45 000 manat pulun məhz Sənubər Nəbiyeva tərəfindən ödənilməsini sübut etmək vəzifəsi sonuncunu üzərinə düşür. Mənzilin dəyəri kimi 104.400 ABŞ dollarının MTK-ya verilməsi müqavilə və maliyyə arayışı ilə təsdiqləndiyi halda, əlavə 45.000 manatın ödənilməsini Sənubər Nəbiyeva hər hansı mötəbər sübuta təsdiq ediq edə bilmir. Ona görə də, ona görə kollegiya hesab edir ki, mənzilin dəyəri məhz 104.400 ABŞ dolları götürülməlidir. Bu halda isə Sənubər Nəbiyevanın iddiası 45.000 manatın tutulması hissəsində əsassızdır və təmin edilə bilməz. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi də yuxarıda qeyd edilən qənaətini məhz şahid ifadələri ilə əsaslandırmışdır. Halbuki, MPM-nin 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Bu tələblərə birinci instansiya məhkəməsi tərəfindən riayət olunmamışdır. Belə ki, birinci instansiya məhkəməsində dindirilən şahidlərdən (Balayeva Gülşən Məmməd qızı, Mehdiyeva Rəfiqə Abduləli qızı, Atakişiyev Əlimurad Tofiq oğlu, Atakişiyev Tofiq Əlimurad oğlu və Bayramov Bayram Təyyub oğlu) ifadələrindən mübahisəli mənzilə görə ödənilən pulun Nəbiyeva Sənubər Əlifağa qızı tərəfindən ödənildiyini ümumiyyətlə qeyd etməmişlər. Şahid Sadıxova Rəsmiyyə Şahbas qızı isə yalnız 104 000 dollar və 45 000 manat pul saydığını qeyd etmiş, həmin pulun məhz mənzilə verildiyini görməmişdir. Təkrar apellyasiya icraatı zamanı iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Həsənov Samir Yəhya oğlunun ifadəsində qeyd etmişdir ki, “Zaminbank”da mühafizə-inkassator işləmişdir. Bir gün bankın yerləşədiyi binanın komendatı ona zəng vuraraq Sənubər xanımın yaxılaşacağını və mənzilə görə ödəniş edəcəyini bildirmi, o da Sənubər xanım ödəniş etmək üçün kassaya yönəltmişdir. Göründüyü kimi, şahid Həsənov Samir Yəhya oğlu da pulun ödənilməsini görməmiş, görmüş olsa belə hansı mənzilə görə ödənilməsində məlumatı olmamışdır. Kollegiya hesab edir ki, qeyd edilən şahidlərin ifadəsi iş materiallarında olan hər hansı sübutla təsdiq olunamdığından hazırki tələb üzrə iddia tələbinin təmin edilməsinə yönələn sübut kimi qiymətləndirilməsinə əsas ola bilməz. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri) İş materiallarından isə göründüyü kimi, iddiaçı tərəfindən iddia tələbinin əsasını təşkil edən əsaslı sübut məhkəməyə təqdim edilməmişdir. Bunun əksi isə yəni, mənzilin İddiaçı satılması və dəyərinin tam şəkildə onun tərəfindən ödənilməsinə dair "xxxx" MTK-nın xx.xx.2009-cu və xx.xx.2019-cu il tarixli arayışları mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, müstəqil tələb irəli sürən 3-cü şəxs Nəbiyeva Sənubər Əlifağa qızının iddia tələbi mənzilin dəyəri olan 104.400 ABŞ dolları və 45 000 manat pul vəsaitinin tutulması hissəsində əsassızdır və təmin edilmə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müstəqil tələb irəli sürən 3-cü şəxs Nəbiyeva Sənubər Əlifağa qızının iddia tələbinin mənzilin dəyəri olan 104.400 ABŞ dolları və 45 000 manat pul vəsaitinin tutulması hissəsində iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə həmin hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-80/2020 saylı, 28 oktyabr 2020ci il tarixli qətnaməsi “mənzilin dəyəri olan 104.400 ABŞ dolları və 45 000 manat pul vəsaitinin tutulması” hissəsində ləğv edilməli, həmin hissədə müstəqil tələb irəli sürən 3-cü şəxs Nəbiyeva Sənubər Əlifağa qızının iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-80/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsi “mənzilin dəyəri olan 104.400 ABŞ dolları və 45 000 manat pul vəsaitinin tutulması” hissəsində ləğv edilsin. Həmin hissədə müstəqil tələb irəli sürən 3-cü şəxs Nəbiyeva Sənubər Əlifağa qızının iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2692/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2692/2022
29.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver