Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2695/2022 14.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdaifə Nazirliyinin Sosial Xidmətlər Agentliyinə qarşı "işə bərpa, əmək haqqı və son haqq hesab" tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1146/2022 saylı işi üzrə 01.02.2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdaifə Nazirliyinin Sosial Xidmətlər Agentliyinə qarşı "işə bərpa, əmək haqqı və son haqq hesab" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 12.08.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürən tərəfindən verilmiş 18.11.2021-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa edilməyi və almadığı əmək haqqının, məzuniyyət haqlarının ödənilməsi, əmək müqaviləsinin müddətinin Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinə əsasən müddətsiz bağlanmış hesab edilməsi, mediyasiya sessiyasının aparılması üçün ödənilmiş 50 manat pulun cavabdehən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1146/2021 saylı işi üzrə 01.02.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardadda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 31.1, 35, 36, 149, 151.1 , 152.1.3, 152-ci maddələrinə istinadən qeyd edilmişdir ki, istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddia ərizəsi verilərkən onun formasına və məzmununa və ərazi aidiyyətinə dair qanunla müəyyən edilmiş zəruri tələblərə riayət olunması iddianın məhkəmədə baxılmasının mümkünlüyü baxımından mühüm şərtlərdən biridir, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən və iş materiallarından göründüyü kimi, cavabdeh “Sosial Xidmətlər Agentliyi” Publik Hüquqi şəxsinin hüquqi ünvanı ünvan 1ırki mübahisənin iddia icraatı qaydasında baxıldığını, işə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmasının mümkün olmadığı müəyyən olunur. İddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir, aidiyyət qaydalarının pozulmasına yol verilmir. İddiaçı şikayət vermiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1146/2022 saylı işi üzrə 01.02.2022-ci il tarixli qərardadını ləğv edib, iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, o,1-ci qrup gözdən əlildir, 2 körpə uşaq anasıdır, və gözləri görmədiyi üçün başqa iş tağmağı mümkün deyil, işə bərpa edilməyi onun üçün vacib, həyati məsələdir, iddia ərizəsində, cavabdehin Bakı şəhəri, ünvan 2 ünvanı kimi Bakı şəhəri, Nərimanov rayonu Ziya Bünyadov prospekti 1965, «Çinar Park» biznes mərkəzini göstərmişdir. İddia ərizəsinə əlavə etdiyi və cavabdehin ona ünvanladığı son cavab məktublarında (gerbli blankda) da onun ünvanının Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965, «Çinar Park» biznes mərkəzi olduğu göstərilmişdir. İddia ərizəsinə cavabdehin hüquqi ünvanı ilə bağlı hər hansi sənəd (hüquqi şəxslərin reyestrindən çıxarış, əsasnamə və s.) əlavə etməmişdir. Məhkəmənin istinad etdiyi MPM-nin 35.1-ci maddəsi ərazi aidiyyəti ilə bağlı ümumi qayda olsa da, 35.2-ci maddəsində hüquq şəxslərlə bağlı xüsusi qayda müəyyən edilmişdir. Digər tərəfdən 35.1-ci maddədə göstərilmir ki, iddia ərizələri mütləq qaydada cavabdehin rəsmi qeydə alındığı ünvana görə verilməlidir, maddədə bu qaydanın qanunda başqa hal nəzərdə tutulmadıqda mümkün olduğu göstərilmişdir. Hüquqi şəxslərlə bağlı isə qanunda başqa hal nəzərdə tutulmuşdur. 35.2-ci maddəyə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Mülki Məcəllənin 51-ci maddəsinə əsasən hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. Göründüyü kimi hüquqi şəxsə qarşı verilən iddialar üzrə bu qayda imperativdir və MPM-nin 36-cı maddəsindən fərqli olaraq iddiaçıya seçim hüququ verilmir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1146/2022 saylı, 18.02.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. (İddiaçı nümayəndəsi Vəkil işə tərəflərin iştirakı ilə baxılması barədə vəsatət versə də kollegiya müraciəti əsassız hesab edərək işə təyin edilmiş yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir). Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 33-35, 149-152, 386, 388, 396-398-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Kollegiya hesab edir ki, ərazi aidiyyətinin müəyyən edilməsi mülki prosessual qanunvericiliyinin tələbləri ilə müəyyən edilir, açıq resurslardan cavabdehin hüquqi şəxs olaraq ünvanının olduğu yerə görə Bakı şəhəri Nərimanov rayonuna aidiyyəti müəyyən edilmir. İddiaçı tərəfindən qanunvericiliyin fərqli təfsir edilməsi (dispozitiv immkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir, habelə bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin bu hüquqdan sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1146/2022 saylı işi üzrə 01.02.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-2695/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2695/2022
14.03.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver