Məhkəmə qərarları › İş №2(103)-2699/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2699/2024

27.05.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2699/2024 27.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X7 Xidməti cəlb olunmaqla, “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X7 Xidməti cəlb olunmaqla, “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-241/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. 20 oktyabr 2022-ci il tarixli, 1713 saylı əmək müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC (VÖEN:**********) ilə İddiaçı arasında sonuncunun Mexaniki təmir sahəsində tornaçı vəzifəsinə qəbul olunması, 21 oktyabr 2022-ci il tarixdən işə başlaması, işçiyə hər ay 660 (altı yüz altmış) manat əməkhaqqı ödənilməsi, gündə 8 saatdan, həftədə 40 saatdan çox olmayaraq işləməsi, 27 gün müddətinə əmək məzuniyyətinin verilməsi barədə müddətsiz əmək müqaviləsi bağlanmışdır.

2. "xxxx" ASC-nin 25 may 2023-cü il tarixli, 13-Ü saylı əmrinə əsasən Mexaniki təmir sahəsinin tornaçısı İddiaçı 200 (iki yüz) manat fərdi əlavəsinin ləğv edilməsi, xx.xx.2023-cü il tarixdən sonuncunun əmək haqqına hər ay 467 (dörd yüz altmış yeddi) manat fərdi əlavə edilməsi əmr edilmişdir.

3. "xxxx" ASC-nin 19 iyun 2023-cü il tarixli, 22-Ü saylı əmrinə əsasən Mexaniki təmir sahəsinin Tornaçısı İddiaçı 467 (dörd yüz altmış yeddi) manat fərdi əlavəsinin ləğv edilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 185-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən Mexaniki təmir sahəsinin Tornaçısı İddiaçı əmək funksiyasını yüksək peşəkarlıq səviyyəində yerinə yetirdiyinə, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqləndiyinə görə, aylıq əmək haqqına hər ay 1040 (min qırx) manat fərdi əlavə edilməsi əmr edilmişdir.

4. "xxxx" ASC-nin 24 iyul 2023-cü il tarixli, 369/k saylı əmrinin surətindən görünür ki, tornaçı İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi, 16 (on altı) təqvim gününə mütənasib olaraq son haqq-hesabın İddiaçı ödənilməsi əmr edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İşə məhkəmədə baxılarkən, X7 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.

7. İddiaçı 14 noyabr 2023-cü il və 11 dekabr 2023-cü il tarixlərdə məhkəməyə iddia ərizəsinə əlavələr təqdim edərək, ona dəymiş maddi və mənəvi ziyanın əvəzi qismində 35000 (otuz beş min) manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2022-ci ildə "xxxx" ASC ilə bağladığı əmək müqaviləsinə əsasən və 436/k nömrəli əmrinə əsasən Cəmiyyətin “Mexaniki Təmir sexinə” tornaçı vəzifəsinə işə qəbul edilmişdir. İşlədiyi 8 ay müddətində onun hər hansı bir nöqsanı olmamış, irad tutulmamış və ona tapşırılan işi 21 iyul 2023-cü ilə kimi bacarıqla və keyfiyyətlə yerinə yetirmişdir. O zaman onunla bağlanmış əmək müqaviləsinin surətini ona təqdim etməmişlər. Onun tələbləri dəfələrlə heç bir nəticə vermədiyi üçün sonradan işində problem yaranmasın deyə, o, işi ilə məşğul olmuşdur. Onu işə qəbul edəndə həftədə 41 saat iş rejimində işləyəcəyini bildirmələrinə baxmayaraq, əslində onu hər gün 10 saatlıq iş rejimində işlətmişlər. Buna baxmayaraq onun əmək haqqını əlavə iş saatlarına görə artırmamışlar. Ona görə o, bir müddətdən sonra əlavə işlədiyi iş saatlarına görə əmək haqqının ödənilməsini tələb etmişdir. Lakin onun tələbi cəmiyyətin rəhbərliyi tərəfindən pis qarşılanmış və rəhbərlik getdikcə onun işdən çıxarılması üçün tabeliyində olan şəxslərə tapşırıq vermişdir. Sonradan, yəni xx.xx.2023- cü il tarixində 369/k nömrəli əmrlə onu AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişlər. O, işdən çıxarılmasının səbəbini soruşduqda, ona heç bir məlumat verilməmiş və bildirilmişdir ki, rəhbərlik onunla işləmək istəmir. O zaman o, işdən azad olunması barədə əmrin surətini aldıqda məlum olmuşdur ki, guya onun barəsində “Mexaniki Təmir” sahəsinin işçiləri tərəfindən xx.xx.2023-cü il tarixində akt tərtib edilmiş, cəmiyyətin kadrlar şöbəsinin rəisi F.Hüseynovun xidməti məlumatı və mexaniki təmir sahəsinin rəisi E.Hüseynovun xx.xx.2023-cü il tarixli təqdimatı yazılmışdır. Ona görə, o, əsassız olaraq işdən azad edilməsi və işə bərpa edilməsi barədə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməsinə baxmayaraq, guya ona verilən cavab məktubu onun qeydiyyatda olduğu ünvana göndərilmişdir. Lakin onun ünvanına göndərilən cavabları o, ala bilməmişdir. Onunla cəmiyyət arasında əmək mübahisəsinin mediasiya qaydasında həll edilməsi üçün ilkin olaraq mediasiya təklifi göndərmiş, lakin cavabdeh onun təklifinə cavab verməmişdir. Ona görə də, mübahisənin həll edilməsi məqsədi ilə mediasiya şurasının 16 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Lakin cavabdeh - "xxxx" ASC mediasiya təşkilatına gəlməmişdir. 16 saylı Mediasiya təşkilatı MŞB/16-01640 nömrəli xx.xx.2023-cü il tarixində X1 X8 təqdim etmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh "xxxx" ASC-nin rəhbərliyi onun barəsində kompramat yaratmaq üçün Bakı şəhəri Nizami Rayon 23-cü Polis Bölməsinə müraciət edərək guya o, Tik-Tok sosial şəbəkəsində müəssiənin rəhbərliyinə qarşı və müəssisənin imicinə xələl gətirən çıxışlar etmiş və onun çıxışları müəssisədə nizam intizamı pozduğuna görə onu işdən azad etmişlər. Hesab edir ki, cavabdeh "xxxx" ASC-nin onu işdən azad etməsi barədə gətirilən dəlillər əsassız və Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin kobud pozuntusu ilə müşahidə olunduğundan cavabdehin xx.xx.2023-cü il tarixili 369/k nömrəli əmri etibarsız hesab edilməli, o, işə bərpa edilməli və məcburi boşdayanmaya görə ona əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Onun əmək funksiyasını yerinə yetirməməsi və tutduğu vəzifəyə uyğun olmaması ilə əlaqədar AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edərkən cəmiyyətin rəhbərliyi işdən azad edilməsini və onun nə zaman və hansı hərəkətinin cəmiyyətin fəaliyyətinə ziyan vurduğu əsaslandırılmalıdır. Lakin hazırda təqdim edilmiş əmrlərin surətindən görünür ki, belə əsaslandırma aparılmamışdır. Ona görə də onun işdən azad edilməsi barədə verilmiş əmr Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələbinin kobud şəkildə pozulması hesab olunur. İkincisi, əmək məcəlləsinə əsasən işçi işdən edilməsi barədə məsələ müzakirə edilərkən bu barədə onu dəvət etməli, ondan izahat almalı və işdən azad olunması barədə müəssisə daxili Həmkarlar İttifaqı Komitəsi fəaliyyət göstərirsə, təqdimat müzakirə olunmamışdan əvvəl ona bu barədə məlumat verilməli idi. Lakin onun işdən azad edilməsi sırf rəhbərliyin şəxsi təşəbbüsü ilə edilmiş və məsələyə münasibəti soruşulmamışdır. Onun işdən azad olunması üçün əsas olmuş təqdimatların hüququ əsası yoxdur. Belə ki, onun işdən azad olunması barədə təqdimatda göstərilən halların heç biri ona aid deyildir. O müəssisənin nüfuzunu aşağı sala biləcək hərəkətlər etməmişdir. O, sənətkardır və 40 il eyni sənət üzrə işləyir. Əgər o hər hansı bir qeyri-qanuni hərəkət etmiş olsaydı, o zaman Cəmiyyətin rəhbərliyi ondan bu barədə izahat tələb etmiş olardı. Lakin bu vaxta kimi ondan heç bir izahat alınmamışdır. İşdən azad etmə işdə nöqsanı olmuş şəxsə tətbiq edilən ən ağır cəzadır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra inzitamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən işçiyə əmək intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahat almalıdır. Bundan başqa Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakteri nəzərə almalıdır. Lakin onun işdən azad edilməsi barədə verilmiş Əmrdən müəyyən etmək olur ki, Cəmiyyətin rəhbərliyi onun işdən azad olunmasını hər hası bir sübutla əsaslandırmamış və bu barədə onun fikrini aydınlaşdırmamışdır. Cəmiyyət onun işdən azad edilməsi ilə əlaqədar əmr verərkən, onun maddi vəziyyətini, işə ehtiyacının olmasını, heç bir nöqsanının olmamasını nəzərə almamışdır. O işdən azad olunduğu halda onun işlədiyi sahədə yerinə yetirdiyi işi başqa işçiyə həvalə etməmişlər. Göstərilənlərə əsasən cavabdeh "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixində 369/k nömrəli Əmrinin etibarsız hesab edilməsi, onun işə bərpa edilməsi və məcburi iş buraxmaya görə ödənilməyən əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.

9. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-241/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X7 Xidməti cəlb olunmaqla, “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında əmək münasibətlərini tənzimləyən yazılı əmək müqaviləsi bağlanmış və İddiaçı ASC-də tornaçı vəzifəsinə işə qəbul edilmişdir. İşçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək kimi hüquqları olan “İşəgötürən”in “İşçi” ilə arasında olan həmin müqavilənin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş əsaslarla və qaydalara ciddi əməl olunmaqla, tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilməsi nəzərdə tutulmuşdur. Habelə, qeyd olunan əmək müqaviləsinin 5.1-ci bəndinə əsasən tərəflərindən biri digərinin istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurulduğu təqdirdə, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıması nəzərdə tutulmuşdur. Məhkəmə İddiaçı iddia tələbinin “əmrin ləğv edilməsi və işə bərpa edilməsi” hissəsini əsassız sayaraq qeyd edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu müddətdə iddiaçı tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, İddiaçı əmək vəzifələrini kobud şəkildə pozmuş, "xxxx" ASC-nin mexaniki təmir sahəsinin tornaçısı İddiaçı iş zamanı işçilər arasında müəssisənin rəhbərliyinə qarşı təbliğat aparıb, özünün heç kimə tabe olmadığını əsas gətirərək, hamının işi dayandıraraq “ayağa qalxmasını”, rəhbərlikdən onlara əlavə pul ödənilməsini tələb etmələrini müəssisənin digər işçilərinə israrla bildirmiş, lakin təkidlərinə baxmayaraq işçilərin ona tabe olmadığını gördükdən sonra isə işçilərin arasına qayıdaraq, artıq rəhbərliklə görüşdüyünü, ona əlavə pul verilməyəcəyi təqdirdə bütün sexin işçilərini ayağa qaldıracağı ilə hədələdiyini, sosial şəbəkələrdə müəssisəni biabır edəcəyini, bunun qarşılığında rəhbərliyin ondan qorxaraq əlavə pul müavinatı verdiyini qeyd etmişdir. Bununla bağlı, 19 iyul 2023-cü il tarixdə müəssisənin digər işçilərinin iştirakları ilə, müvafiq olaraq akt tərtib edilmiş, işçilərin hər biri öz imzaları ilə aktın doğruluğunu təsdiq etmişlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq, cavabdehin nümayəndəsi iddiaçının həmçinin, "xxxx" sosial şəbəkəsində müəssisənin nüfuzuna, qanunla qorunan mənafelərinə xələl gətirərək həqiqətə uyğun olmayan fikirlər səsləndirdiyini, bununla da müəssisənin maraqlarına kobud surətdə toxunduğu qeyd etmiş, iddiaçı isə həmin sosial şəbəkədə müəssisənin əleyhinə cavabdehin nümayəndəsinin bəhs etdiyi qaydada fikirlər səsləndirdiyini inkar etməmişdir. Bundan sonra, hər iki tərəfin qarşılıqlı şikayətləri əsasında Nizami RPİ-nin 23-cü PB-nin baş təhqiqatçısı tərəfindən müvafiq qaydada araşdırma aparılmış və toplanmış materialda cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, habelə iddiaçının X7 Xidmətinə müraciəti əsasında cavabdeh bütün zəruri sənədləri DƏMX-nə təqdim etmiş və müvafiq araşdırma aparılmışdır. Məhkəmə tərəfindən sözügedən araşdırma ilə bağlı toplanmış bütün materiallar DƏMX-dən sorğu əsasında tələb edilərək öyrənilmiş və işəgötürənin əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada hər hansı hüquq pozuntusuna yol verməklə əmək müqaviləsinə xitam verməsini təsdiq edə biləcək hər hansı hal aşkar edilmədiyi müəyyən olunmuşdur. Göründüyü kimi, tərəflər arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7- ci maddəsinin 2-1-ci hissəsinə müvafiq olaraq xx.xx.2022-ci il tarixdə yazılı formada əməkmüqaviləsi bağlanmış, tərəflər sözügedən müqavilə şərtlərini razılaşdırmışlar, o cümlədən tərəflərin hüquq və vəzifələri, əmək müqaviləsinə xitam verilməsi şərtləri və bunun hüquqi nəticələri müqavilədə əksini tapmışdır. Hazırkı İddiaçı isə müqavilə üzrə öhdəliklərini kobud surətdə pozmuş, sosial platformada müəssisənin nüfuzuna və qanunla qorunan mənafeyinə xələl gətirən ifadələr səsləndirmiş (hansı ki, məhkəmə iclasında da iddiaçı bu faktı inkar etməmişdir), bundan başqa işçilər arasında müxtəlif formalı təbliğatlar aparmaq surətilə müəssisədaxili qaydaları dəfələrlə pozduğuna görə müəssisə rəhbərliyi tərəfindən şifahi qaydada xəbərdarlıq edilmiş, sonuncu dəfə isə barəsində şiddətli töhmət elan edilmiş, lakin iddiaçı həmin əməllərinə davam etmiş və nəticədə cavabdeh "xxxx" ASC-nin sədrinin xx.xx.2023cü il tarixli əmri ilə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verilmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələbləri nəzərə alınmaqla, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbinin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyil, buna görə də iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə iddianın dəymiş mənəvi zərərin tələb edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçıya mənəvi zərərin dəyməsi sübuta yetirilmir, həmin tələb iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbindən törəmə tələbdir, tələb həmin hissədə rədd edildiyi halda, dəymiş mənəvi ziyanın ödənilməsi hissəsində də iddia tələbi rədd edilməlidir. Beləliklə, işəgötürən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında əmək münasibətlərini tənzimləyən yazılı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş və “işçi” işdən azad edilmişdir. Bu zaman “işəgötürən” tərəfindən əmək qanunvericiliyinin müvafiq tələblərinə əməl edilmişdir. Məhkəmə onu da qeyd etmişdir ki, sübut etmək yükü təkzib edənin üzərinə düşmüş cavabdeh qəbul edilmiş əmrin qanuni və əsaslı olması ilə bağlı halları sübut etmiş və bununla bağlı sübutlarını məhkəməyə təqdim edərək onların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmişdir. Məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X7 Xidməti cəlb olunmaqla, “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə, 7-ci maddəsinin 2-1-ci hissəsinə, 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə, 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinin 2-ci hissəsinə, 300-cü maddəsinin 1-ci hissəsinə, Mülki Məcəllənin 21.1, 21.2, 23-cü maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.2, 88, 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-241/2024 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətində göstərilmişdir ki, İddiaçı Cəbrayil oğlu xx.xx.2022-ci ildə "xxxx"ASC-lə bağladığı Əmək müqaviləsinə və 436/k nömrəli Əmrinə əssən Cəmiyyətin “Mexaniki Təmir sexinə” tornaçı peşəsinə işə qəbul edilib. İşlədiyi 8 ay müddətində onun hər hansı bir nöqsanı olmayıb, irad tutulmayıb və ona tapşırılan işi 21iyul 2023-cü ilə kimi bacarıqla və keyfiyyətlə yerinə yetirib. O zaman onunla bağlanmış Əmək Müqaviləsinin sürətini ona təqdim etməyiblər. Onun dəfələrlə tələbləri heç bir nəticə vermədiyi üçün sonradan işində problem yaranmasın deyə o işi ilə məşğul olub. O işə qəbul ediləndə həftədə 41 saat iş rejimində işləyəcəyini bildirməsinə baxmayaraq, əslində o hər gün 10 saatlıq iş rejimdə işləyib. Buna baxmayaraq onun əmək haqqını əlavə iş saatlarına görə artırılmamışdılar. Ona görə o bir müddətdən sonra əlavə işlədiyi iş saatlarına görə əmək haqqının ödənilməsini tələb edib. Lakin onun tələbi Cəmiyyətin rəhbərliyi tərəfindən pis qarşılamış və rəhbərlik getdikcə onu işdən çıxarılması üçün tabeliçiliyində olan şəxslərə tapşırıq vermişdir. Sonuncu iş günü 21 iyun 2023-cü il tarixində ona hər hansı bir xəbərdarlıq edilməmiş və yalnız iş günün sonunda Cəmiyyətin mühafizə xidmətinin işçisi ona “səhər işə gəlməyim, məni işə buraxmayacaqlar.” O bunun səbəbini soruşduqda, “rəhbərlik belə tapşırıq verib” demişlər. Bundan sonra ona qarşı haqqızlıqla əlaqədar “Tik- Tok”da qanuni hüquqlarının tapdanılmasını, 8 saat əvəzinə, 10 saat işlədildiyini, lakin əmək haqqını səkkiz saata görə verildiyini bildirib. Bunu o fakt sübut edir ki, müəssisənin hər bir tərəfinə video kamera quraşdırımış və onun saat neçədə işə gəlməyi və saat neçədə işdən çıxmağı kameralarda görünür. Bu faktın heç bir subuta ehtiyacı yoxdur. Onun “Tik-Tok ”da çıxışı ilə əlaqədar rəhbərlik onunla bir dəfə söhbət etmişlər ,“Tik-Tok”da yerləşdirilmiş çıxışını silməyi bildirmişlər və o da ona əməl edib. Daha sonra ona ərizə yazaraq işdən çıxmağını bildirmişlər . Ondan imtina etdikdən sonra, müəssiə rəhbərliyi onun barəsində əsassız sənədləşdirmələr tərtib elətdirmişdir. Onun barəsində əsassız sənədləşdirmələr onu müəssiəyə buraxılmadığından sonra olmasına baxmayaraq , saxtakarlıq edilərək köhnə tarixə sənədləşdirilmişdir. Bu əməllər qanunsuzdur. Sonradan, yəni xx.xx.2023-cü il tarixində 369/k N:li Əmrlə onu Azərbaycan Respubılikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişlər. O işdən çıxarılmağının səbəbini soruşduqda, ona heç bir məlumat verilməmişdir və bildirilmişdir ki, rəhbərlik onunla işləmək istəmir. O zaman o işdən azad olunmağı barədə Əmrin sürətini aldıqda məlum olmuşdur ki, güya onun barəsində “Mexaniki Təmir sahəsinin işçiləri tərəfindən xx.xx.2023-cü il tarixində Akt tərtib edilmiş, Cəmiyyətin Kadrlar şöbəsinin rəisi F.Hüseynovun Xidməti məlumatı və Mexaniki təmir sahəsinin rəisi E.Hüseynovun xx.xx.2023-cü il tarixli Təqdimatı” yazılmışdır. Ona görə o əsassız olaraq işdən azad edilməyi və işə bərpa edilməyi barədə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyinə baxmayaraq, güya ona verilən cavab məktubu onun qeydiyyatda olduğu ünvana göndərilmişdir. Lakin onun ünvanına göndərilən cavabları o ala bilməyib. Onunla Cəmiyyət arasında əmək mübahisəsinin həll edilməsi üçün Mediasiya qaydasında həll edilməsi üçün ilkin olaraq Mediasiya Təklifi göndərib, lakin cavabdeh onun təklifinə cavab verməmişdir. Ona görə də mübahisənin həll edilməsi məqsədi ilə Mediasiya Şürasının 16 saylı Mediasiya təşkilatına müraciət edib. Lakin cavabdeh - "xxxx"ASC mediasiya təşkilatına gəlməmişdir. 16 saylı Mediasiya Təşkilatı MŞB/16-01640 N:li xx.xx.2023-cü il tarixində X1 X8 təqdim etmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh -"xxxx" ASC-nin rəhbərliyi onun barəsində kompramat yaratmaq üçün Bakı şəhəri Nizami rayon 23-cü Polis Bölməsinə müraciət edərək güya “mənTik-Tok sosial şəbəkədə müəssiənin rəhbərliyinə qarşı və müəssiənin imicinə xələl gətirən çıxışlar edib və onun çıxışları müəssisədə nizam intizamı pozduğuna görə onu işdən azad etmişlər”. Hesab edir ki, cavabdeh "xxxx"ASC onun işdən azad edilməyi barədə gətirilən dəlillər əsassız və Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin kobud pozuntusu ilə müşahidə olunduğundan cavabdehin xx.xx.2023-cü il tarixili 369/k N:li Əmri etibarsız hesab edilməli, işə bərpa edilməlidir və məcburi boşdayanmaya görə ona əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Əvvəla, onun əmək funksiyasını yerinə yetirməməyi və tutduğu vəzifəyə uyğun olmamağı ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən azad edərkən Cəmiyyətinn rəhbərliyi işdən azad edilməyini və onun nə zaman və hansı hərəkətinin cəmiyyətin fəaliyyətinə ziyan vurduğunu əsaslandırmalı idi. Lakin hazırda təqdim edilmiş əmrlərin sürətindən görünür ki, belə əsaslandırma aparılmamışdır. Ona görə də onun işdən azad edilməyi barədə verilmiş Əmr Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç ” bəndinin tələbinin kobud şəkildə pozulması hesab olunur. İkincisi, əmək məcəlləsinə əsasən işçi işdən ediməyi barədə məsələ müzakirə edərkən bu barədə onu dəvət etməli, ondan izahat almalı və İşdən azad olunmağı barədə müəssisə daxili Həmkarlar İttifaqı Komitəsi fəaliyyət göstərirsə, təqdimat müzakirə olunmamışdan əvvəl ona bu barədə məlumat verilməli idi. Lakin onun işdən azad edilməyi sırf rəhbərliyin şəxsi təşəbbüsü ilə edilmiş və məsələyə münasibəti soruşulmamışdır. Onun işdən azad olunmağı üçün əsas olmuş təqdimatların hüququ əsası yoxdur. Belə ki, onun işdən azad olunmağı barədə təqdimatda göstərilən halların heç biri ona aid deyildir. O müəssisənin nüfuzunu aşağı sala biləcək hərəkətlər etməyib. O sənətkardır və 40 il eyni sənət üzrə işləyir. Əgər o hər hansı bir qeyri-qanuni hərəkət etmiş olsaydı , o zaman Cəmiyyətin rəhbərliyi ondan bu barədə izahat tələb etmiş olardı. Lakin bu vaxta kimi ondan heç bir izahat alınmamışdır. İşdən azad etmə işdə nöqsanı olmuş şəxsə tətbiq edilən ən ağır cəzadır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-cimaddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra inzitamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən işçiyə əmək intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahat almalıdır. Bundan başqa Əmək Məcəlləsinin 186-cımaddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakteri nəzərə almalıdır. Lakin onun işdən azad edilməyi barədə verilmiş Əmrdən müəyyən etmək olur ki, Cəmiyyətin rəhbərliyi onun işdən azad olunmağını hər hansı bir sübutla əsaslandırmamış və bu barədə onun fikrini aydınlaşdırmamışdır. “Cəmiyyət” onun işdən azad edilməyi ilə əlaqədar əmr verərkən , onun maddi vəziyyətini, işə ehtiyacının olmasını, heç bir nöqsanının olmamasını nəzərə almamışdır. O işdən azad olunduğu halda onun işlədiyi sahədə yerinə yetirdiyi işi başqa işçiyə həvalə etməmişdilər. Məhkəməyə təqdim edilmiş "xxxx"ASC-nin xx.xx.2023-cü il tarixli 22-Ü saylı Əmri ilə əmək vəzifələrini peşəkarlıqla yerinə yetirdiyi və müəssisə daxili əmək intizamına əməl etdiyi üçün onun əmək haqqı hər ay 1040 manat fərdi əlavə edilmişdir. Lakin 3 gündən sonra, xx.xx.2023-cü il tarixində güya o “işçilər arasında rəhbərliyə qarşı təbliğat apardığını, əlavə pul ödənişləri istədiyini bildirmiş, heç kimə tabe olmadığını deyib”. Həmin tarixdə güya o Əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrə səhlənkar yanaşdığını bildirməklə ona şiddətli töhmət verilmişdir. Göstərilən faktlar yalandır. Belə ki, xx.xx.2023-cü il tarixində ona heç bir xəbərdarlıq edilməmişdir. Necə ola bilər ki, xx.xx.2023-cü ildə ona mükafat verilir, əmək haqqı qaldırılır, lakin 3 gün sonra ona bildirirlər ki, o əmək intizamını pozub, onun barəsində akt tərtib edilmiş və əmr verilmiş və o həmin əmrlə tanış olmaqdan imtina edib. Bu saxtakarlıqdır. Onun işlədiyi müddətdə bir dəfə də olsun belə hal olmamışdır. Məhkəmə öz əsassız qətnaməsini onunla əsaslandırmışdır ki, guya Əmək müqaviləsini 5-ci bəndində müəssisənin istehsalat və kommersiya maraqlarına və qanunla qorunan mənafeyini pozmasını və əmək qanunvericiliyin pozulmasını göstərmişdir. İş üzrə məhkəmənin gəldiyi nəticə, əsassız və qanunsuzdur. Belə ki, onun müəssisəsinin hansı istesalat, kommersiya və digər qanunla qorunan hüqularının pozmağı barədə iş materiallarına heç bir sənəd təqdim edilməmişdir. Bu fakt onunla təsdiq edilir ki, onun barəsində 23-cü Polis Bölməsində aparılmış araşdırmada hər hansı qeyri-qanuni əməl etdiyi təsdiq edilmişdir. Lakin iş üzrə məhkəmə, əsassız mülahizələrə, cavabdehin xahişini nəzərə almaqla Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərini pozmaqla subyektiv qətnamə qəbul etmişdir. Məhkəmənin qanunsuz qətnaməsi onun Konstitusion hüquqlarını kobud pozmuşdur. Məhkəmə göstərilən normanın tələbini pozmuş və cavabdehdə heç bir araşdırma aparmadan onun işdən azad edilməyi barədə əsassız əmr vermişdir. Müəssisə onu işdən azad edərkən göstərilən qanunların tələblərini kobud pozmuşdur. İşəgötürən onu işdən azad edərkən onun 70-ci maddə ilə işdən azad olunmağının zəruriliyini əsaslandıra bilməmiş və mübahisənin məhkəmə araşdırılmasında göstərilən hallar aydınlaşdırılmamışdır.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 10 saat işlədiyini qeyd etsə də, bununla bağlı sübutları təqdim etməmişdir. Onlar iddiaçını qəbul etmişlər və bununla bağlı akt tərtib edilmişdir. İddiaçı tərəfindən "xxxx" səhifəsində müəssisəni və onun rəhbərini birabır edən, onun işgüzar nüfuzuna xələl gətirən ifadələr işlədilib və iddiaçı bu ifadələri məhz müəssisədə işləyərkən etmişdir. İddiaçı müəssisədə işçilərin qul kimi işlədildiyini ifadə etsə də, müəssisə xüsusi müəssisədir, metallurgiya sahəsi ilə bağlı və təhlükə mənbəyi olan müəssisədir. Videolar çəkib paylaşmaq, işgüzar nüfuza ziyan ifadələr işlətmək düzgün deyil. Onlar polis orqanlarına müraciət etmiş və tərəf polis orqanlarına dəvət edilmişdir.Polis şifahi xəbərdarlıqla araşdırmalar aparmışdır. İddiaçı şifahi xəbərdarlıq edilmişdir. Bundan sonra iddiaçının əmək haqqısını birdən birə 500 manat məbləğində qaldırmışlar. İddiaçı sahibkarın yanında olmuş, onunla şəkil çəkdirmiş, onu "xxxx"da paylaşmış və qeyd etmişdir ki, onu aldatmışlar. Sex rəisinin, Kadrlar Şöbəsinin təqdimatları var. Belə ki, iddiaçı işçilər arasında işi dayandırmaq barəsində təbliğat aparmışdır. Rəhbərlik yenə də təklif etmişdir ki, “gəlsin öz xoşu ilə getsin”. Onlar ilk olaraq onun izahatını istəmişlər. İddiaçı tərəfindən işləyə-işləyə bir neçə dəfə bu tipli mənfi paylaşımlar edilmişdir. Onlar qarşı tərəflə bir daha görüş keçirmişlər. Onlar təklif etmişlər ki, onun 1 aylıq əmək haqqımı ödəyə bilərlər ki, ona kömək olsun. İddiaçı sosial şəbəkələrdən bir çox paylaşımları silmişdir.

Proses iştirakçılarının izahatı

15. İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirir ki, o servisdə işləyirdi, 17 yaşından bu sahənin içindədir. Onun məktəbini qurtarıb. Servisdə işləyə-işləyə kadrlar şöbəsinə müraciət etmişdi, ona vakansiya olduqda özləri məlumat verəcəklərini bildirmişdilər. Bir müddət keçdikdən sonra ona zəng edərək iş olduğunu dedilər. O deyib ki, aylıq 800-900 manat əməkhaqqı alır, artıq əməkhaqqı verildiyi təqdirdə gələ bilər. Ondan nə qədər əməkhaqqı istədiyi soruşulanda 1000 manat verildiyi halda işə gələcəyini deyib. Kadrlar şöbəsindən Fazil müəllim ona 1000 manat əməkhaqqı verə biləcəyini dedi. Sənədləri hazırlayıb təqdim edib. Müqavilə bağlanılanda görüb ki, iş vaxtını saat səhər 9dan axşam 5-ə qeyd ediblər. Əslində iş vaxtı səhər 8 dən axşam 6 idi. Onun oğlu 44 günlük Vətən Müharibəsi qazisidir, bir oğlu talassemiya xəstəsidir. Yoldaşı da xəstədir, özü də əməliyyat keçirib. Müqavilədə 660 manat əmək haqqı qeyd edildiyini görüb, bunun niyə belə yazıldığını soruşanda qalan əmək haqqının ona sexdə veriləcəyini bildirdilər. Bir müddətdən sonra o, müqavilənin surətini istəyib və müqavilədə əmək haqqının göstərilməsini istəyib. Bir müddətdən sonra onu rəhbərlik çağırdı, o əmək haqqının artırılmasını istədiyini deyib. Ona əmək haqqını artıra bilinməyəcəyini dedi. O, sosial şəbəkədə video çəkib, amma heç kimi təhqir etməyib. O fikirləşib ki, "xxxx"da bir vəzifəli şəxs videonu görər və onunla məsələni həll etmək üçün çağırar. Sosial şəbəkədə qanunsuz işlətdiklərini, əmək haqqlarının 3 dəfə verildiyini, işə saat 8 də gəlib 6 da getdiyini (halbuki Əmək Məcəlləsinə əsasən 9 da gəlib 5-də qayıtmalı olduğumunu) bildirib. Hər dəfə işə gələndə imza atılır, işdən çıxanda Fazil müəllim tez çıxdığını bildirirdi, halbuki o 17:00-da çıxmalıydı. Nə qədər müraciət etsə də, onu işə bərpa etmədilər. Əmək kitabçasında olan maddənin götürülməsini, qeyri-qanuni işlədiyinin vaxtların əmək haqqısının verilməsi, ona dəymiş mənəvi zərərin ödənilməsi və işə bərpadır. O, işdən çıxanda mühafizədəki işçilər ona sabahdan işə gəlməməyini dedilər, onların zarafat etdiyini düşünüb. Növbəti gün gələndə onu işə buraxmadılar. Şiddətli töhmət almayıb. O işdən çıxarılandan 10 ya 15 gün sonra əmək kitabçanı alıb. İşlədiyi əlavə 2 saatın pulunu və ona ailəsinə dəymiş mənəvi zərəri istəyir. Onun sənəd götürməyi qeyri-mümkündür. Hamı bilir ki, şirkət rəhbərlərindən sənəd götürmək qeyri-mümkündür. Onun qeydiyyat vəsiqəsində imzası var, kameralar var. Sexin ondan başqa neçə işçisinin olduğunu dəqiq bilmir. O Fazil müəllimdən əmək müqaviləsini soruşduqda onunla söhbət etmək istədiyini bildirdi, istədiyi yerdə söhbət edə biləcəyini bildirdi. Biraz keçdikdən sonra Fazil müəllimin onu çağırdıqlarını bildirdilər. Amma, onu otağa getməyə qoymadılar. Nə istədiyini soruşulduqda əmək müqaviləni vermələrini istəyib. Ondan nə qədər pul istədiyi soruşuldu, həmin zaman səs yazısı yazılırmış. Bakı Şəhəri Nizami Rayon Məhkəməsində qarşı tərəf gəlmədi və sonda düzgün qərar verilmədi. O bir ilə yaxındır ki, işsizdir. Onun başqa gəlir yeri yoxdur. Əmək kitabçasında həmin maddə qeyd edilib deyə çarəsiz qalıb. O bu sənətlə məşğuldur, başqa sənət bilmir. Atası ona öyrədib. 17 yaşından bu sahədədir. Onlar 10-12 saat işləyib, əziyyətə dözüblər. Əmək Məcəlləsinə əsasən o bayram günlərində işləyəndə əməkhaqqı 2 qat çox yazılmalı idi, amma yazmadılar. Onun hər məsələni bildiyi üçün ona oyun qurdular. İşə bərpa, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi və əmək kitabçandan Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinin götürülməsi ilə bağlı qətnamə qəbul edilsin. O, işdən 18:00-da çıxanda ona dedilər ki, növbəti gündən işə gəlməsin. Qanunvericiliyin tələbinə əsasən işçini işdən çıxarmamışdan 1 ay əvvəl işçiyə məlumat verilməlidir və o, bir ay müddətində 1 gün icazə verilməlidir ki, işçi gedib iş axtarsın. Həmin yerdə bütün işçilər özlərinin tanışlarıdır, başqa işçi qəbul olan kimi onu çıxarırlar. ƏƏSMN-ə getdim orada da bir nəticə əldə edə bilməyib. "xxxx" sosial şəbəkəsində olan paylaşımlarla bağlı müraciət edib, silməyi bacarmadıqlarını bildiriblər. Paylaşımlarda deyib ki, əməkhaqqı 3 dəfəyə ödənilir, iş vaxtı saat 8-də başlayıb 6-da bitir. Müqavilədə iş vaxtı saat səhər 9-da başlayıb axşam 5-də bitməli idi. Paylaşımlarında əmək haqqının 3 dəfəyə verilməsini, iş vaxtının 8-dən 6-ya olduğunu və 2 dəqiqə tez çıxanda onu cərimələdiklərini bildirib. "xxxx" sosial şəbəkəsində dövlət qurumlarının videonu görməsi və məsələni həll etmək məqsədi ilə onu çağırması üçün paylaşımlar edib. Deyib ki, onların qanunsuz işlədirlər. O, kasıb adamdır, ailə saxlıyır. Sonradan görüb ki, onun paylaşımların mənasızdır. Heç bir töhmət almayıb. İşçilərlə də danışıb ki, heç bir yığıncaq olmayıb. İşçilərə deməyib ki, işi dayandırsınlar və yüksək əməkhaqqı tələb etsinlər. Ona şiddətli töhmət verilməyib, verildiyi halda onun bir surəti onda olardı. Ona şiddətli töhmət verilməsi barədə yığıncaq da keçirilməyib. Nizami Rayon Məhkəməsində töhmət aldığını və imzanın toplandığını bilib. 10-12 saat işlətdiklərini deyb. O həftənin 6 günü səhər 8-dən axşam 6-ya qədər işləyib, halbuki əmək müqaviləsində iş vaxtı 09:00dan 18:00-a qədər qeyd edilib. Bazar günləri işləməyib. Onun 2 dəfə çıxışı olub. Birinci müqavilənin surətini istəyib, vermədilər. Onun əməkhaqqısını 3 dəfəyə verirdilər. O onlara niyə belə elədiklərini soruşduqda qanunun belə olduğunu dedilər. Əmək haqqını vergidən yayınmaq üçün üç dəfəyə verirdilər. O, 650 manat pulu bankdan kart vasitəsi ilə çıxarırdı, qalan 300 manatdan artıq pulu iş yerində nəğd şəkildə verirdilər. Sonradan rəhbərlik işinə və uşağa görə o qədər pul verdi. "xxxx" paylaşında əmək haqqını vaxtında və birdəfəlik vermələrini istəmişdi. O, həmişə dövlət orqanında işləyib və əmək haqqını birdəfəlik veriblər. Həftəsonu işə çıxmayanda ya cərimə edəcəklərini, ya da işdən qovacaqlarını bildiriblər. Səsdə ona pul təklif edilib. "Whatssap" yazışmaları da var. Hal-hazırda onun gəliri yoxdur. Ailəsi ilə boşanmaq üzrədirlər, çünki, ailəsini saxlaya bilmir. O ailəsini dağıtmaq istəmir. Onu işdən qovdular, hazırda işçi axtarırlar. O buraxılmış əmək haqqının verilməsini, işə bərpa edilməyini xahiş edir.

16. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, araşdırma ilə bağlı bütün sənədlər həm məhkəməyə, həm də əmək müfəttişliyinə göndərilib. İddiaçı "xxxx" sosial şəbəkəsində ASC-nin insanları qul kimi işlətdiklərini, qanunsuzluq etdiklərini demişdir. "xxxx" sosial şəbəkəsi hər kəsə açıq olan bir platformadır. Tərəfin verdiyi izahatdan və birinci instansiya məhkəməsinin qətnaməsindən aydın olur ki, İddiaçıla bağlanılmış əmək müqaviləsi əsasında ASC-də fəaliyyət göstərib. İddiaçı əvvəl heç bir narazılığı olmayıb, sonradan narazılıq yaradıb. Bundan sonra özünü şəhid, qazi ailəsi kimi təqdim edib, rəhbərlik də bilməyərək qəbul edib. Sübuetmə yükü iddiaçının üzərindədir və iddiaçının heç bir sübutu yoxdur. Bir neçə dəfə sex sahə rəisi açıq şəkildə bildirib ki, iddiaçı işçilər arasında təxribat yaradıb ki, iş dayandırılsın. Rəhbrəlik iki dəfə onu bağışlayıb. İddiaçının rəhbərliklə şəkili var və onu da sosial şəbəkədə paylaşıb. Rəhbərlik də iki dəfə iddiaçının əmək haqqısının artırılması ilə bağlı göstəriş verib. Ondan sonra bir dəfə şiddətli töhmət verilib, töhməti qəbul etməyərək töhmətdən qaçıb,sonra bu hal aktlaşdırıldı. Aktı birinci instansiya məhkəməsinə təqdim edib. Tərəfin töhmət verilməsindən xəbəri olub, izahatlarda da var. Onlarda həmkarlar ittifaqı ləğv edilib. Əvvəl var idi, sonradan ləğv edildi. 23-cü Polis İdarəsinə müraciət edildikdə iddiaçı paylaşdıqlarını siləcəyini bildirib. Şiddətli töhmət verildikdən sonra yenə "xxxx" sosial şəbəkəsində ifşaedici məlumatlar paylaşıb. Birinci instansiya məhkəməsində barışıq təklif etdilər, razılaşmadı. Şiddətli töhmət, etdiyi təxribat xarakterli hərəkətlərə görə verilib.

17. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbini bildirməmişdir. Məhkəmə kollegiyası cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

18. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 186, 2-ci bənd. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Maddə 187, 1-ci bənd. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Maddə 300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

Apellyasiya baxışının hədləri

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – "xxxx" ASC-nin 24 iyul 2023-cü il tarixli, 369/k saylı əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinin təmin edilməməsi” hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir.

24. Belə ki, "xxxx" ASC-nin 24 iyul 2023-cü il tarixli, 369/k saylı əmrinin surətindən görünür ki, tornaçı İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi, 16 (on altı) təqvim gününə mütənasib olaraq son haqq-hesabın İddiaçı ödənilməsi əmr edilmişdir.

25. Məhkəmə kollegiyası hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Əmək Məcəlləsinin 71-ci maddəsinin tələblərinə əməl edilmədən işçi ilə əmək müqaviləsinə xitam verilmişdir.

26. Çünki, Əmək Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

27. Cəmiyyət tərəfindən işçinin işdən çıxarılması barədə əmrdə işçinin təqsirli hərəkətləri nəticəsində işəgötürənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirilməsi halı, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması əsaslandırılmamışdır.

28. Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbinə görə əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrdə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir.

29. Əmrin verilməsinə əsas olmuş 19 iyul 2023-cü il tarixli aktın surətindən görünür ki, "xxxx" ASC-nin Mexaniki təmir sahəsinin tornaçısı İddiaçı iş zamanı işçilər arasında Müəssisənin rəhbərliyinə qarşı təbliğat apararaq: “Gəlin hamımız bir nəfər kimi qalxaq ayağa, işi dayandıraq, rəhbərlikdən tələb edək ki, bizə əlavə pul ödəsin.” kimi fikirlər səsləndirmiş, habelə özünün heç kimə tabe olmaması, işçilərə də bunu tövsiyyə etməsi kimi məsləhət vermiş, təkidlərinə baxmayaraq işçilərin ona tabe olmadığını gördükdən sonra isə işçilərin arasına qayıdaraq, artıq rəhbərliklə görüşdüyünü, ona əlavə pul verilməyəcəyi təqdirdə bütün sexin işçilərini ayağa qaldıracağı ilə hədələdiyini, sosial şəbəkələrdə müəssisəni biabır edəcəyini, bunun qarşılığında rəhbərliyin ondan qorxaraq əlavə pul müavinatı verdiyini qeyd etmişdir. Göstərilənləri təsdiqləmək üçün müəssisənin mexaniki təmir sahəsinin işçiləri bu barədə müvafiq akt tərtib edərək, hər biri öz imzası ilə aktın doğruluğunu təsdiq etmişlər.

30. Əmrin verilməsinə əsas olmuş "xxxx" ASC-nin kadrlar şöbəsinin rəisi F.Ə.Hüseynov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli xidməti məlumatdan görünür ki, İddiaçı, F.Hüseynovun və müəssisənin nüfuzuna xələl gətirərək, müxtəlif sosial şəbəkələrdə onun haqqında düzgün olmayan məlumatlar yerləşdirmişdir.

31. Əmrin verilməsinə əsas olmuş "xxxx" ASC-nin mexaniki sexin rəisi X2 20 iyul 2023-cü il tarixli təqdimatından görünür ki, tornaçı İddiaçı sexin və müəssisənin şəklini telefonla çəkərək sosial şəbəkədə müxtəlif yerlərə və sexin işçilərinə göndərərək təxribat aparmışdır. Buna görə də İddiaçı haqqında tədbir görülməsi xahiş edilmişdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf iddiaçının sosial şəbəkədə çıxışına istinad etmişdir. Həmiş çıxışın surəti cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

33. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 9 avqust 2023-cü il tarixli qərardan müəyyən olunur ki, İddiaçı izahatında bildirmişdir ki, işdən çıxdıqdan sonra o, məcbur qalaraq orada əlavə işlədiyi saatların pulunun ona verilməsi üçün Tik Tok sosial şəbəkəsində bu mövzuda çıxışlar etmiş və ona əlavə saatların pulunun verilməsini rəhbərlikdən istəmişdir.

34. Məhkmə iclasında da iddiaçı izahatında təsdiq etmişdir ki, tik tok sosial şəbəkədə iş vaxtı saat 8-də başlayıb 6-da bitir. Müqavilədə iş vaxtı saat səhər 9-da başlayıb axşam 5də bitməli idi. Paylaşımlarında əmək haqqının 3 dəfəyə verilməsini, iş vaxtının 8-dən 6-ya olduğunu və 2 dəqiqə tez çıxanda onu cərimələdiklərini bildirib.

35. Məhkəmə kollegiyası qeyd edir ki, sosial şəbəkədə qeyd edilən mövzuda çıxışın edilməsinin məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə tədbir görülməsinin zəruliyi cavabdeh tərəfindən əsaslandırılmamışdır.

36. Bundan əlavə, apellasiya şikayətinin dəlili odur ki, ondan izahat alınmamışdır. O, işdən azad olunma barədə əmrdən sonra məlumatlı olmuşdur.

37. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf iddiaçının işdən azad edilməsinə əsas olmuş hallarla bağlı izahatın alınmasına dair sübut təqdim etməmişdir. İş materiallarında olan izahatdan görünür ki, izahat 25 iyul 2023-cü il tarixdə yazılmış və X5 təqdim edilmişdir.(i.v 147-148).

38. Göründüyü kimi işdə olan izahat işdən azad olunduqdan sonra işçinin X5 təqdim etdiyi izahatdır.

39. Apellyasiya şikayətinin digər dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Komitənin xx.xx.2022-ci il tarixli qərarı ilə X3 ləğv edildiyindən sonuncunun razılığı tələb olunmurdu.

40. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçi ilə əmək müqaviləsinə xitam verildiyi üçün iddiaçının "xxxx" ASC-nin 24 iyul 2023-cü il tarixli, 369/k saylı əmrinin ləğvi və işə bərpa məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi təmin olunmalıdır.

41. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “...Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürənin işçiyə münasibətdə tam maddi məsuliyyəti müəyyən edilmişdir.”

42. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-241/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən – "xxxx" ASC-nin 24 iyul 2023-cü il tarixli, 369/k saylı əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinin təmin edilməməsi” hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilərək "xxxx" ASC-nin 24 iyul 2023-cü il tarixli, 369/k saylı əmri ləğv edilməli, İddiaçı ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə "xxxx" ASC-də tornaçı vəzifəsinə bərpa edilməlidir.

43. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-241/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən – "xxxx" ASC-nin 24 iyul 2023-cü il tarixli, 369/k saylı əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinin təmin edilməməsi” hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. "xxxx" ASC-nin 24 iyul 2023-cü il tarixli, 369/k saylı əmri ləğv edilsin. İddiaçı ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə "xxxx" ASC-də mexaniki təmir sahəsinin tornaçısı vəzifəsinə bərpa edilsin. 50 manat məbləğində dövlət rüsumu cavabdehdən dövlət nəfinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar