Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2701/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər –Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mövlayev Azər Aydın oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər X2, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinə qarşı “torpağın sərhəd koordinatları ilə ayrılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər X1, Cavabdeh3 birgə apellyasiya şikayətini nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Buzovna qəsəbəsi, Dənizkənarı massivi, xx xxxxxxxx 1990-cı il tarixli qərarla Bakı şəhəri X4 Sərəncamı ilə Buzovna massivi DSK-5 qeydiyyat ünvanına aid olmayan, anasından qalan miras 0,12 ha torpaq sahəsinə bitişik əlavə 0,07 ha torpaq və üzərində onun sahibliyində olan 600 kv.m sahəli 3 mərtəbəli fərdi evdən Cavabdeh2 ilə Cavabdeh3 tərəfindən məcburi miras pay almaq tələbləri iş icraatı vaxtı subyektiv hüquqlarla öz təsdiqini tapmayacağı təqdirdə, məcburi miras payın fərdi evə aid olmaması ilə iki torpaq sahəsi arasında torpaqların sərhəd koordinatlarının təsdiqi ilə ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən cavabdehlər X3 və Cavabdeh3 birgə apellyasiya şikayəti vermişlər. Mülki işin materiallarını və apellyasiya şikayətini araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki işin materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarında olan (səhifə 82) xəbarnamədən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsini Cavabdeh2 xx xxxxxxx 2020-ci il tarixdə rəsmi qaydada qəbul etmişdir. Həmçinin, iş materiallarında olan (səhifə 92) məhkəmə qəbzindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsini Cavabdeh3 xx xxxxxx 2020-ci il tarixdə rəsmi qaydada qəbul etmişdir. Cavabdehlər tərəfindən birgə apellyasiya şikayəti xx xxxxxx 2020-ci il tarixdə, yəni apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətdən müvafiq olaraq Cavabdeh2 münasibətdə 1 ay yarımdan çox, Cavabdeh3 münasibətdə iki həftəyə yaxın müddət keçdikdən sonra verilmişdir.Həmçinin, cavabdeh tərəfindən apellyasiya şikayətinə, şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilərək, buraxılmış müddətin bərpa edilməsinə dair ərizə də əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 363.1 və 363.1.3-cü maddələrinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə şikayət birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır; 366.2-ci maddəsinə görə isə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Bundan başqa cavabdehlər Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Bundan başqa cavabdehlər Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-müəyyəndir və şikayətdə yeni tələb qoyulmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən (bundan sonra – MPM) apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi göstərilməlidir (361.1.4). Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir (364). Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər (366.2). -cü Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır (372.4). Məhkəmə kollegiyası sadalanan prosessual hüquq normalarının təhlili nəticəsində belə qənaətə gəlir ki, MPM-in 361.1.4-cü maddəsində nəzərdə tutulan “şikayəti verən şəxsin tələbi” anlayışı şikayətdə ifadə olunan hər hansı tələbi deyil, birinci instansiya məhkəməsinin qəbul etdiyi aktın dəyişdirilməsinə və ya ləğv edilməsinə yönəlmiş, mülki iş üzrə apellyasiya icraatı çərçivəsində qanuna müvafiq qərar qəbul etməyə imkan verən tələbi nəzərdə tutur. Qanunvericilikdə müəyyən edilmiş hallar istisna olmaqla tərəf apellyasiya şikayətində mahiyyətcə yeni tələbi əks etdirən və birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər irəli sürə bilməz. İş materiallarından da göründüyü kimi iddiaçı cavabdehlərdən “torpağın sərhəd koordinatları ilə ayrılması” tələbi ilə birinci instansiya məhkəməsinə müraciət etmiş və iddia təmin edilməmişdir. Cavabdehlər isə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin aktının ləğv olunmasına və ya dəyişdirilməsinə yönəlmiş xahişini ifadə etməmiş, iddiaçı və cavabdehlərə miras əmlakın qurğunun yerləşdiyi yer üzrə Xəzər Rayon Məkəməsinə müraciət etməkləri tövsiyyə olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Odur ki, cavabdehlər tərəfindən apellyasiya şikayəti prosessual qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən, ötürülmüş müddətin bərpası ilə bağlı ərizə verilmədiyindən, həmçinin, qanunla nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu müəyyən edilmiş qaydada ödənilmədiyindən və şikayət qeyri-müəyyən olduğundan cavabdehlərin birgə apelyasiya şikayəti qeyri-mümkün hesab edilməli, qətnamədən verilən apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər X2, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinə qarşı “torpağın sərhəd koordinatları ilə ayrılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər X1, Cavabdeh3 birgə apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin materialları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-2701/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2701/2021
25.01.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver