Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2702/2023 20.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı (Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Mənzildən çıxarılma, mənzilin təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), Elşən Cələddin oğlu Kazımov və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(001)-2068/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Bakı şəhər Soveti Deputatlarının İcrayə Komitəsinin Yaşayış sahəsinin uçotu və bölüşdürülməsi idarəsinin 66038 nömrəli, xx.xx.1967-ci il tarixli orderinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, İsrafil Həşimov küçəsində yerləşən 6A saylı evin, 72 saylı mənzili yaşamaq üçün X5, X8, X3, X2 və İddiaçı istifadəsinə verilmişdir. 2.Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Laçın rayonu, Mişni kəndində pasport qeydiyyatında olmaqla həmin kənddə yaşamışlar. Həmin ərazilərin ermənilər tərəfindən işğalından sonra onlar 1992-ci ildə məcburi köçkün kimi Bakı şəhərinə gəlmişlər və Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, İsrafil Həşimov küçəsində yerləşən 6A saylı evin, 72 saylı mənzilində məskunlaşmışdılar. Cavabdeh2 ilə Cavabdeh6 birgə nikahından xx.xx.1998-ci il tarixdə Cavabdeh4 və xx.xx.2000-ci il tarixdə Cavabdeh5 doğulmuşdur. 3.İddiaçı cavabdehlərin qeyd olunan mənzildən çıxmadıqlarını bildirərək hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 1 ünvanında yerləşən 72 saylı mənzildən çıxarılması və həmin mənzilin iddiaçının faktiki sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, o cümlədən Cavabdeh6 da cavabdeh qismində müəyyən edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 1 ünvanında yerləşən 72 saylı mənzildən çıxarılması və həmin mənzilin iddiaçının faktiki sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 6.Cavabdeh2 məhkəmənin dəftərxanası vasitəsi ilə iddiaya qarşı etiraz təqdim edərək, bildirmişdir ki, Laçın rayonunun işğalı ilə əlaqədar o, ailə üzvləri ilə birlikdə 1992-ci il tarixdə Bakı şəhərinə gəlmişdir. Sığınacaq üçün yer axtaran zaman Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, İsrafil Həşimov küçəsində yerləşən 6A saylı evin bir blokunun qəzalı vəziyyətdə olduğunu və orada yaşayışın olmadığını müəyyən etdikdən sonra həmin ünvanda müvəqqəti məskunlaşmışdılar. Həmin binada 1991-ci ilin aprel ayında qaz partlayışı olmuş və binanın həmin bloku yaşayış üçün yararsız vəziyyətə düşmüş, binanın iki sakini isə partlayış nəticəsində ölmüşdür. Partlayışdan sonra həmin binada yaşayan şəxslər köçürülmüş və onlar evlə təmin edilmişlər. Onlar mübahisəli mənzilə gələn zaman mənzil dağılmış vəziyyətdə olmuş, mənzilin qapı və pəncərələri olmamışdır. Onlar şəxsi vəsaitləri hesabına mənzili təmir etdirmişlər və 1992-ci il tarixdən fasiləsiz olaraq həmin mənzildə yaşayırlar. 7.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim-Fuad Abdıyev) 26 iyul 2022-ci il tarixli, 2(001)-2068/2022 saylı qətnaməsi ilə (bundan sonra-məhkəmə) iddia təmin edilərək, cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 İddiaçı məxsus olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, İsrafil Həşimov küçəsində yerləşən 6A saylı evin 72 saylı mənzilindən çıxarılması, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, İsrafil Həşimov küçəsində yerləşən 6A saylı evin 72 saylı mənzilin İddiaçı istifadə və sahibliyinə qaytarılması qət edilmişdir. 8.Məhkəmə müəyyən etmişdir ki, Bakı şəhər Soveti Deputatlarının İcrayə Komitəsinin Yaşayış sahəsinin uçotu və bölüşdürülməsi idarəsinin 66038 nömrəli, xx.xx.1967-ci il tarixli orderinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, İsrafil Həşimov küçəsində yerləşən 6A saylı evin, 72 saylı mənzili yaşamaq üçün X5, X8, X3, X2 və İddiaçı istifadəsinə verilmişdir. X11, X12, X9 və X6 vəfat etmişdilər. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Laçın rayonu, Mişni kəndində pasport qeydiyyatında olmaqla həmin kənddə yaşamışdılar. Həmin ərazilərin ermənilər tərəfindən işğalından sonra onlar 1992-ci ildə məcburi köçkün kimi Bakı şəhərinə gəlmişlər və Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, İsrafil Həşimov küçəsində yerləşən 6A saylı evin, 72 saylı mənzilində məskunlaşmışdılar. Həmin vaxtdan da qeyd edilən mənzildə yaşayırlar. Cavabdeh2 ilə Cavabdeh6 birgə nikahındanxx.xx.1998-ci il tarixdə Cavabdeh4 və xx.xx.2000-ci il tarixdə Cavabdeh5 doğulmuşdur. Hazırda iddiaçı cavabdehlərin qanunsuz olaraq order əsasında ona məxsus mənzildə yaşadıqlarını, onların həmin mənzilə dair hər hansı hüquqlarının olmadığını iddia edir və onların bu mənzildən çıxarlmasını və mənzilin ona təhvil verilməsini tələb edir. Cavabdeh2 iddianı qəbul etmir, məlum hadisələrlə bağlı ailəsi ilə birlikdə yaşadığı Laçın rayonunu tərk etdikdən sonra Bakı şəhərinə gəldiyini, sığınacaq üçün yer axtaran zaman Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, İsrafil Həşimov küçəsində yerləşən 6A saylı evin bir blokunun qəzalı vəziyyətdə olduğunu, orada yaşayışın olmadığını müəyyən etdikdən sonra həmin ünvanda müvəqqəti məskunlaşdığını, həmin binada 1991-ci ilin aprel ayında qaz partlayışı olduğundan binanın həmin blokunun yaşayış üçün yararsız vəziyyətə düşdüyünü, partlayışdan sonra həmin binada yaşayan şəxslər köçürülərək, evlə təmin edildiklərini, mübahisəli mənzilin dağılmış, o cümlədən qapısız və pəncərəsiz vəziyyətdə olduğunu, mənzili şəxsi vəsaitləri hesabına təmir etdirdiklərini və 1992-ci il tarixdən fasiləsiz olaraq həmin mənzildə yaşadıqlarını bildirir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, İsrafil Həşimov küçəsində yerləşən 6A saylı evdə (binada) baş vermiş partlayış və yanğın nəticəsində zərər çəkmiş mənzil sahiblərinin, o cümlədən İddiaçı hər hansı başqa mənzillə təmin olunub-olunmaması barədə hər hansı məlumatın aşkar olunması mümkün olmamışdır. Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin xx.xx.2022ci il tarixli məktubuna əsasən Laçın rayonundan məcburi köçkünlər – Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ünvan 2 ünvanında müvəqqəti qeydiyatdadırlar və Komitənin faktiki yaşayış siyahısında da adları həmin ünvanda qeyd edilib. Bakı şəhəri İcra hakimiyyəti mənzil-kommunal Təsərrüfatı departamenti Binəqədi Rayon Mənzil-kommunal Təsərrüfatı Birliyinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən ünvan 4 ünvanında yerləşən yaşayış binasında 1991-ci il tarixdə baş vermiş partlayış və yanğın nəticəsində zərərçəkmiş mənzil sahiblərinin, o cümlədən X4 hər hansı başqa mənzillə təmin olunması barədə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin arxivində məlumat aşkar edilməmişdir. 9.Məhkəmənin qeyd etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, İsrafil Həşimov küçəsində yerləşən 6A saylı evin, 72 saylı mənzili Bakı şəhər Soveti Deputatlarının İcrayə Komitəsinin Yaşayış sahəsinin uçotu və bölüşdürülməsi idarəsinin 66038 nömrəli, xx.xx.1967-ci il tarixli orderinə əsasən yaşamaq üçün İddiaçı və bir sıra digər şəxslərin istifadəsinə verilmişdir. Orderdə adları göstərilən digər şəxslər artıq vəfat etmişdir. Bu baxımdan mənzil qeyd edilən sənəd üzrə məhz iddiaçıya məxsusdur və onun mənzilə münasibətdə mülkiyyət hüququnun əldə edilməsi üçün hüquqi gözləntisi var. Cavabdehlər iddiaçının ailə üzvü deyil, bu mənzilə iddiaçının və ya onun ailə üzvlərinin razılığı ilə köçməmişlər, mənzil üzrə onunla ümumi təsərrüfat aparmamışlar. Cavabdehlər faktiki olaraq mənzili özbaşına tutmaqla 1992-ci il tarixdən etibarən hər hansı hüquqi əsas olmadan orada yaşayırlar (Cavabdeh4 və Cavabdeh5 müvafiq olaraq 1998-ci və 2000-ci il təvəllüdlüdür və doğum tarixindən sonra hər hansı əsas olmadan yaşayırlar). Bu hal iddiaçıya məlum olduqdan sonra onların mənzildə müvəqqəti olaraq qalmasına etiraz etməməsi onların mənzilə münasibətdə hər hansı hüququnun yaranmasına əsas ola bilməz. Ən yaxşı nəticədə, cavabdehlər müvəqqəti sakin kimi qiymətləndirilə bilər və belə olan halda da onlar iddiaçının tələbi ilə mənzili dərhal boşaltmalıdırlar. İddiaçı da hazırda məhz bunu tələb edir. 10.Bununla belə, iddiaçı - İddiaçı order əsasında ona məxsus olan bu əmlaka öz istədiyi kimi sahib olmaqda, ondan istifadə etməkdə sərbəstdir. Həmin mənzildə hazırda cavabdehlər yaşayır, mənzil onların istifadə və sahibliyindədir. Cavabdehlərin bu mənzildə yaşamaq, ondan istifadə və ona sahiblik etmək üçün hər hansı hüquqi əsasının olması, o cümlədən onlarla iddiaçı arasında kirayə və sair müqavilənin bağlanması, başqa sözlə cavabdehlərin mübahisəli əmlakla hər hansı hüquqi bağlılığı müəyyən edilməmişdir. Cavabdehlərin iddiaçıya məxsus olan mənzildə məskunlaşması və məskunlaşmanın qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı nəticə etibarı ilə iddiaçının həmin mənzilə olan bütün hüquqlarının pozulmasına səbəb olur. İstifadə və sahiblik hüququnun olmasına baxmayaraq, iddiaçı hazırda qeyd edilən mənzilə sahiblik və ondan istifadə edə bilmir. Bu əmlak onun iradəsindən asılı olmayaraq istifadə və sahibliyindən çıxmışdır. 11.Məhkəmənin mövqeyinə görə cavabdehlərin hər hansı hüquqi əsas, o cümlədən iddiaçının iradəsinə zidd olaraq mübahisəli əmlakda yaşamaları iddiaçının order əsasında ona məxsus olan bu əmlaka istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu məhdudlaşdırmaqla, pozur. Bu səbəbdən iddiaçının həmin əmlaka olan hüquqlarının qorunması və bərpa edilməsi, o cümlədən cavabdehlərin onun hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehlərin həmin əmlakdan qanunsuz sahibliyinə və istifadəsinə son qoyulmalı və cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, İsrafil Həşimov küçəsində yerləşən 6A saylı evin, 72 saylı mənzildən çıxarılmalıdır. 12.Məhkəmə həmçinin, iddia tələbinin “mənzilin iddiaçının istifadə və sahibliyinə qaytarılması” hissəsi ilə bağlı qeyd etmişdir ki, bu tələb “mənzildən çıxarılma” tələbinə münasibətdə törəmə tələbdir və ilk tələbin təmin edilməsi hüquqi nəticə etibarı ilə iddiaçının həmin mənzilə olan bütün hüquqlarının bərpa edilməsinə səbəb olacaqdır. Belə ki, özbaşına tutduqları bu mənzildən çıxarılan (çıxan) cavabdehlər mənzili məhz iddiaçının istifadə və sahibliyinə qaytarmalıdır. Bu səbəbdən məhkəmə iddia tələbini bu hissədə də əsaslı hesab edərək belə qənaətə gəlmişdir ki, cavabdehlər mənzildən çıxarıldıqdan (çıxdıqdan) sonra mənzil iddiaçının istifadə və sahibliyinə qaytarılmalıdır. 13.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü; “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” 21 may 1999-cu il tarixli Qanun 5-ci maddəsinə: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli, 200 saylı Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydaları”nın 4-cü bəndinə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 157.2, 157.8-ci; 01 oktyabr 2009-cu il tarixədək qüvədə olan Mənzil Məcəlləsinin 48-ci maddəsinin 1-ci hissəsi, 53-cü maddəsinin 1və 3-cü hissəsi, 54-cü maddəsinin 1 və 3-cü hissəsi, 79-cü maddəsinə: “Loizidu Türkiyəyə qarşı” iş üzrə, “Akimova Azərbaycana qarşı” iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarlarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 14.Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 15.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, cavabdehlərin iddiaçıya məxsus yaşayış sahəsində heç bir hüquqi əsas olmadan istifadə etmələri ilə bağlı məhkəmənin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehlərin mübahisələndirilən yaşayış sahəsində yaşamalarına özlərinin razılıq verdiklərini bildirmişdir. Xüsusilə qeyd etməyi zəruri hesab edir ki, cavabdehlər mübahisələndirilən yaşayış sahəsindən istifadə etmələri həmçinin məlum hadisələrə görə dövlət tərəfindən təmin edilmişdir. Bu səbəbdən iddiaçının cavabdehlərə qarşı hazırkı iddia tələbi ilə çıxış etməyə subyektiv hüququ yoxdur. Digər tərəfdən cavabdehlər iddiaçının və mənzilə sahiblik hüququ olmuş olan digər şəxslərin razılığı ilə göstərilən mənzildən 30 il fasiləsiz istifadə etdikləri üçün onların yaşayış sahəsinə olan istifadə hüquqları itirilmədən və ya müvafiq kompensasiya ödənilmədən yaşayış sahəsindən çıxarılmaları qanunsuzdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 16.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 17.İş üzrə İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5, həmçinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinəməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər və üçüncü şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə tərəflərin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 18.Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 19.Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 20.Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 22.Maddə 152.5.Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 23.Maddə 157.2.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 24.Maddə 157.8.Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 25.Maddə 158.1.Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: -158.1.2. əmlakdan istifadə hüququ. 01 oktyabr 2009-cu il tarixədək qüvədə olan Mənzil Məcəlləsinin:
26. 48-ci maddəsinin 1-ci hissəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.
27. 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.
28. 53-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
29. 54-cü maddəsinin 1-ci maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir.
30. 54-cü maddəsinin 3-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
31. 79-cu maddəsinə əsasən yaşayış sahəsinin icarədarı və onunla yaşayan ailə üzvləri, qarşılıqlı razılığa əsasən, istifadələrində olan yaşayış sahəsində başqa vətəndaşlarla (müvəqqəti sakinlərlə) əsas icarədardan icarəyə götürmə müqaviləsi bağlamadan və sahədən istifadə haqqı almadan onların müvəqqəti yaşamasına icazə verə bilərlər. Müvəqqəti sakinlərin bir ay yarımdan artıq müddətə köçməsinə yalnız bu Məcəllənin 40-cı maddəsinin birinci hissəsində müəyyən olunmuş mənzil sahəsi normasına əməl etmək şərtilə yol verilir. Müvəqqəti sakinlər icarədarın və ya onunla yaşayan ailə üzvlərinin tələbi ilə yaşayış sahəsini dərhal boşaltmalıdırlar. Müvəqqəti sakinlər imtina etdikdə başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 32.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 33.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
34.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 35.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh2 aid iddianın təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 37.Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Bakı şəhər Soveti Deputatlarının İcrayə Komitəsinin Yaşayış sahəsinin uçotu və bölüşdürülməsi idarəsinin 66038 nömrəli, xx.xx.1967-ci il tarixli orderinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, İsrafil Həşimov küçəsində yerləşən 6A saylı evin, 72 saylı mənzili yaşamaq üçün X5, X8, X3, X2 və İddiaçı istifadəsinə verilmişdir. X11, X12, X9 və X6 vəfat etmişdilər. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Laçın rayonu, Mişni kəndində pasport qeydiyyatında olmaqla həmin kənddə yaşamışdılar. Həmin ərazilərin ermənilər tərəfindən işğalından sonra onlar 1992-ci ildə məcburi köçkün kimi Bakı şəhərinə gəlmişlər və Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, İsrafil Həşimov küçəsində yerləşən 6A saylı evin, 72 saylı mənzilində məskunlaşmışdılar. Həmin vaxtdan da qeyd edilən mənzildə yaşayırlar. Cavabdeh2 ilə Cavabdeh6 birgə nikahındanxx.xx.1998-ci il tarixdə Cavabdeh4 və xx.xx.2000-ci il tarixdə Cavabdeh5 doğulmuşdur. Hazırda iddiaçı cavabdehlərin qanunsuz olaraq order əsasında ona məxsus mənzildə yaşadıqlarını, onların həmin mənzilə dair hər hansı hüquqlarının olmadığını iddia edir və onların bu mənzildən çıxarlmasını və mənzilin ona təhvil verilməsini tələb edir. Cavabdeh2 iddianı qəbul etmir, məlum hadisələrlə bağlı ailəsi ilə birlikdə yaşadığı Laçın rayonunu tərk etdikdən sonra Bakı şəhərinə gəldiyini, sığınacaq üçün yer axtaran zaman Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, İsrafil Həşimov küçəsində yerləşən 6A saylı evin bir blokunun qəzalı vəziyyətdə olduğunu, orada yaşayışın olmadığını müəyyən etdikdən sonra həmin ünvanda müvəqqəti məskunlaşdığını, həmin binada 1991-ci ilin aprel ayında qaz partlayışı olduğundan binanın həmin blokunun yaşayış üçün yararsız vəziyyətə düşdüyünü, partlayışdan sonra həmin binada yaşayan şəxslər köçürülərək, evlə təmin edildiklərini, mübahisəli mənzilin dağılmış, o cümlədən qapısız və pəncərəsiz vəziyyətdə olduğunu, mənzili şəxsi vəsaitləri hesabına təmir etdirdiklərini və 1992-ci il tarixdən fasiləsiz olaraq həmin mənzildə yaşadıqlarını bildirir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, İsrafil Həşimov küçəsində yerləşən 6A saylı evdə (binada) baş vermiş partlayış və yanğın nəticəsində zərər çəkmiş mənzil sahiblərinin, o cümlədən İddiaçı hər hansı başqa mənzillə təmin olunub-olunmaması barədə hər hansı məlumatın aşkar olunması mümkün olmamışdır. Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən Laçın rayonundan məcburi köçkünlər – Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ünvan 2 ünvanında müvəqqəti qeydiyatdadırlar və Komitənin faktiki yaşayış siyahısında da adları həmin ünvanda qeyd edilib. Bakı şəhəri İcra hakimiyyəti mənzil-kommunal Təsərrüfatı departamenti Binəqədi Rayon Mənzilkommunal Təsərrüfatı Birliyinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən ünvan 4 ünvanında yerləşən yaşayış binasında 1991-ci il tarixdə baş vermiş partlayış və yanğın nəticəsində zərərçəkmiş mənzil sahiblərinin, o cümlədən X4 hər hansı başqa mənzillə təmin olunması barədə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin arxivində məlumat aşkar edilməmişdir. 38.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2023-cü il tarixli qərardadı ilə hazırki iş üzrə icraat, iddiaçı Cavabdeh2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı ünvan 5 ünvanında yerləşən 72 saylı mənzilə dair X11, X9, X12, X7 və İddiaçı adları qeyd olunmuş xx.xx.1967-ci il tarixli 66038 nömrəli orderin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənə kimi dayandırılmışdır. 39.İş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1790/2023 saylı, 19 yanvar 2023-cü il tarixli qərardadına əsasən iddiaçı Cavabdeh2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı ünvan 5 ünvanında yerləşən 72 saylı mənzilə dair X11, X9, X12, X7 və İddiaçı adları qeyd olunmuş xx.xx.1967-ci il tarixli 66038 nömrəli orderin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə iddia mümkun sayılmamışdır. 40.Daha sonra Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iş № 2-1(103)- 1600/2023 saylı, 01 mart 2023-cü il tarixli qərardadına əsasən Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1790/2023 saylı, 19 yanvar 2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 41.Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)1291/2023 saylı, 15 sentyabr 2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iş № 2-1(103)-1600/2023 saylı, 01 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Hazırda qeyd olunan qərarlar qanuni qüvvəyə minmişdir. 42.“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və X10 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. 43.Qanunun mənasından aydın müəyyən olunur ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına digər şəxslərin hüquqlarının və qanuni maraqlarının pozulmadığı halda yol verilir. 44.İş materiallarından göründüyü kimi Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, İsrafil Həşimov küçəsində yerləşən 6A saylı evin, 72 saylı mənzili Bakı şəhər Soveti Deputatlarının İcrayə Komitəsinin Yaşayış sahəsinin uçotu və bölüşdürülməsi idarəsinin 66038 nömrəli, xx.xx.1967-ci il tarixli orderinə əsasən yaşamaq üçün X5, X8, X3, X2 və İddiaçı istifadələrinə verilmişdir. Orderdə adları göstərilən digər şəxslər artıq vəfat etdiyindən iddiaçı mübahisələndirilən mənzilə münasibətdə sahiblik və istifadə hüquqlarına malik olmaqla mənzil cavabdehlərin sahiblik və istifadəsində olduğundan hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. 45.Yuxarıda da qeyd edildiyi kimi Bakı şəhər Soveti Deputatlarının İcrayə Komitəsinin Yaşayış sahəsinin uçotu və bölüşdürülməsi idarəsinin 66038 nömrəli, xx.xx.1967-ci il tarixli orderi inzibati icraat qaydasında mübahisələndirilsə də, iddia mümkün sayılmamışdır. 46.Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. 47.Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlatmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. 48.Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 iddiaçıya məxsus mənzilədə heç bir qanuni əsas olmadan məskunlaşmağı iddiaçının mülkiyyət hüquqlarını kobud surətdə pozduğundan, iddiaçının öz sahiblik və istifadə hüquqlarından istədiyi kimi istifadə etmək imkanından məhrum etdiyindən məhkəmə iddianın təmin edilməsi üzrə qanuni və əsaslı hüquqi nəticəyə gəlmişdir. 49.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 50.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 51.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 52.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 53.Qeyd olunan xüsusatları ümumiləşdirərək məhkəmə kollegiya hesab edir ki, Cavabdeh2 tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(001)-2068/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 54.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(001)-2068/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Elşən Kazımov
Fərrux Qasımov