Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2703/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X5 və Cavabdeh nümayəndəsi X3 və vəkili X2 iştiarkları ilə, iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Cavabdeh qarşı “ərazinin bərpa edilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4736/2020 saylı mülki iş üzrə iddianı təmin etmə tədbirinə dair xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə “məktəbin stadion tərəfində yerləşən hasarın sökülərək əvvəlki yerində bərpa edilməsi, inşa edilən tikilinin sökülməsi və həmin ərazinin məktəbin istifadəsinə qaytarılması” öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş eyni zamanda, iddianı təmin etmə tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtarana kimi ünvan 1 ünvanında yerləşən torpaq sahəsində (məktəbin ərazisində) tikinti işlərinin aparılmasının Cavabdeh qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4736/2020 saylı işi üzrə xx xxxxxx 2020-ci il tarixli, qərardadı ilə ərizə təmin edilərək, hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsində (məktəbin ərazisində) tikinti işlərinin aparılması Cavabdeh qadağan edilməsi, qərardadın dərhal icra edilməsi, qərardadın icrasının Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardadda Mülki Prosesual Məcəllənin 157.1, 157.2, 158.1.1, 158.1.2, 158.1.3, 160.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddianı təmin tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Bu mənada, iddianı təmin tədbirləri öz təbiətləri etibarilə qaçılmaz olaraq proses iştirakçılarından birinin hüquqlarına toxuna, onların həyata keçirilməsində müəyyən məhdudiyyətlər yarada bilər. Belə hallar, bu institutun bilavasitə mahiyyətindən irəli gəlir. Ona görə də, iddianı təmin tədbirlərindən verilmiş dəlilinə istinad özlüyündə kifayət deyildir. Belə dəlil məhkəmə tərəfindən mütənasiblik prinsipi baxımından ciddi şəkildə qiymətləndirilməlidir. Qüvvədə olan Mülki Prosessual Məcəllənin şübhəsiz üstünlüklərindən biri məhz iddianı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasibliyi prinsipinin tətbiq edilməsidir.Göründüyü kimi, mülki prosessual qanunvericilik qəbul ediləcək məhkəmə aktlarının gələcəkdə icrasını təmin edən müvafiq tədbirlərin görülməsinin mümkünlüyünü nəzərdə tutur. Belə tədbirlər sırasında iddianı təmin etmə tədbirləri xüsusi yer tutur. İddianın təmin edilməsi institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm elementlərindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış etməklə, qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Mülki işdən göründüyü kimi, iddianı təmin etmə tədbiri barədə ərizə mübahisələndirilən icra qeydləri üzrə həyata keçirilən icra hərəkətlərinin dayandırılması barədədir . Cavabdeh xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4736/2020 saylı işi üzrə xx xxxxxx 2020-ci il tarixli, qərardadından şikayət verərək, müvafiq qərardadın ləğv edilməsi və iddianı təmin etmə tədbirinə dair ərizənin təmin edilməməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayətdə Mülki Məcəllənin 152.1, 157.2; Mülki Prosesual Məcəllənin 88, 218.1, 357.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Nərimanov Rayonu 34 saylı məktəbin direktoru və 1 saylı X7 rəisi tərəfindən təsdiq edilmiş Baxış Aktına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Hüququ Şöbəsinin müvafiq göstərişinə əsasən, Nərimanov Rayonu 34 saylı məktəbin direktoru R. Hacıyev, 1 saylı X7 rəisi R. Əkbərov, mühəndis N. Quliyev, Polis sahə müvəkkili İ. Əlizadə, iş icraçısı. S. Kərimov və 34 saylı məktəbin nümayəndəsinin iştirakı ilə, Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsi 38 saylı binanın sakinlərinin ərizələrinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsi 25 yerləşən mövcud ticarət obyektinin və 8 qarajın mövcud vəziyyətinin şəklini çəkməklə yuxarıda göstərilən obtektlərin yerləşdiyi ərazi ölçülərini (yəni uzunluq və enini) göstərməklə gələçəkdə məktəb ərazisinə müdaxilə olunmamasını nəzərə alınmaqla imza edənlər mövcud vəziyyətin ölçülərini təsdiq etmişlər. Bundan başqa, 1 saylı X7 rəisi R. Əkbərovun xx xxxxxx 2005-ci il tarixli, 41 saylı müraciətinə əsasən, 1 saylı X7 rəisi R. Əkbərov Bakı şəhər İcra Hakimiyyətinin Başçısı H. Abutalıbova və Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edərək bildirir ki, Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsi 25 də, 760 saylı məhəllədə bir ticarət obyekti və arxa hissəsində sıra nömrəsi mühasibatlıqda qeydiyyatda olan 26, 27, 28, 29, 29 a, 30, 50, 48, 31, 31 a nömrəli qarajlar ayrı-ayrı şəxslərə hüquqi sənədlərlə məxsus olmuşdur. Həmin ticarət obyektləri və qarajlar 1 saylı X8 məxsus olmuşdur. Həmin ticarət obyektlərin və qarajların Nərimanov Rayonu 34 saylı məktəbin ərazisinə heç bir aidiyyəti yoxdur. Bundan başqa, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimmiyətinin xx xxxxxxx 2017-cı il tarixli, 395 saylı sərəncamına əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsi 21 nömrəli evin, 215 saylı mənzilində qeydiyyatda olan vətəndaş Cavabdeh ərizə ilə Nərimanov Rayon İcra Hakimmiyətinə müraciət edərək ünvan 1 nömrəli binanın yaxınlığında yerləşən fərdi yaşayış evinin təqdim olunmuş lahiyyəyə uyğun, mövcud vəziyyətdə öz adına sənədləşdirilməsinə icazə verilməsini xahiş etmiş və ünvan 1 nömrəli binanın yaxınlığında yerləşən fərdi yaşayış evinin təqdim olunmuş lahiyyəyə uyğun, mövcud vəziyyətdə Cavabdeh adına sənədləşdirilməsinə icazə verilmişdir. Bundan başqa, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimmiyətinin Başçısının müavinin 18 mart'2020-ci il tarixli, 1/203 saylı məktubuna əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi sorğu ilə Bakı şəhəri Nərimanov Rayon İcra Hakimmiyətinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsi 21 nömrəli evin, 215 saylı mənzilində qeydiyyatda olan vətəndaş Cavabdeh ünvan 1 nömrəli binanın yaxınlığında yerləşən fərdi yaşayış evinə dair hüquqularının dövlət qeydiyyatına alınması dair miinasibat bildirilməsini xahiş etmiş və həmin sorğuya cavab olaraq Cavabdeh ünvan 1 nömrəli binanın yaxınlığında yerləşən fərdi yaşayış evinə dair hüququların dövlət qeydiyyatına . alınmasının müsbət həllinə köməklik göstərilməsi bildirilmişdir. Bundan başqa, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimmiyətinin Başçısının müavinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin rəisinə ünvanladıği xx xxxx 2020-ci il tarixli, 1/415 saylı cavab məktubuna əsasən müəyyən edilmişdir ki, ünvan 2 ünvanda yerləşən 34 nömrəli tam orta məktəbin ərazisində tikinti işləri aparılarkən məktəbin direktoru tərəfindən həmin işlərin aparılmasına əsas olan Bakı şəhəri Nərimanov Rayon İcra Hakimmiyətinin xx xxxxxx 2009-cu il tarixli, 384 saylı sərəncamın ləgv edilməsi ilə əlaqədar müraciət edilmiş, həmin müraciət araşdırılarkən 34 nömrəli tam orta məktəbin həyətyanı sahəsinin zəbt olub-olmaması məsələsi 2005-2020-ci illər ərzində ayrı-ayrı qurumların nümayəndələri, o cümlədən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Hüququ Şöbəsinin müvafiq göstərişinə əsasən Nərimanov Rayonu 34 saylı məktəbin direktoru, Bakı şəhər üzrə Təhsil idarəsinin, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarının, ərazi baxımından 1 saylı X7 rəhbərliyinin, Polis Sahə müvəkkilinin və sair məsul şəxslərin iştirakı ilə yaradılmış Kommisiyalar tərəfindən dəfələrlə araşdırılmış, nəticə etibarı ilə 34 nömrəli tam orta məktəbin həyətyanı sahəsinin zəbt və müdaxilə olunma halları aşkar edilməmişdir. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixli, Bakı şəhər üzrə Təhsil idarəsinin məslhətçisi Quliyev Məhəmmədəli, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin baş məsləhətçisi Məmmədov Qafar və Nərimanov Rayonu 34 saylı məktəbin direktor vəzifəsini müvvəqəti icra edən Fərman Mehdiyev tərəflərindən tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş AKT araşdırılarkən müəyyən edilmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Nərimanov Rayonu 34 saylı məktəbin ərazisi ölçülmüşdür, mövcüd olan ərazi 1 hektar 8 sotdur və məktəb ərazisində zəbt olunma halları aşkarlanmamışdır. Bundan başqa, Bakı şəhər İcra Hakimiyyətinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin rəisinə ünvanladıği xx xxxxxxx 2020-ci il tarixli, 7-2481/4 saylı cavab məktubuna əsasən müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən 34 nömrəli tam orta məktəbin ərazisində tikinti işləri aparılarkən məktəbin direktoru tərəfimdən həmin işlərin aparılmasına əsas olan Bakı şəhəri Nərimanov Rayon İcra Hakimmiyətinin xx xxxxxx 2009-cıı il tarixli, 384 saylı sərəncamın ləgv edilməsi ilə əlaqədar müraciət edilmiş, həmin müraciət araşdırılarkən 34 nömrəli tam orta məktəbin həyətyanı sahəsinin zəbt olub-olmaması məsələsi 2005-2020-c.i illər ərzində ayrı-ayrı qurumların nümayəndələri, o cümlədən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Hüququ Şöbəsinin müvafiq göstərişinə əsasən Nərimanov Rayonu 34 saylı məktəbin direktoru, Bakı şəhər üzrə Təhsil idarəsinin, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarının, ərazi baxımından 1 saylı X7 rəhbərliyinin, Polis Sahə müvəkkilinin və sair məsul şəxslərin iştirakı ilə yaradılmış Kommisiyalar tərəfimdən dəfələrlə araşdırılmış, nəticə etibarı ilə 34 nömrəli tam orta məktəbin həyətyanı sahəsinin zəbt və müdaxilə olunma halları aşkar edilməmişdir . Bakı Apellyasiya Məhkəməsinin 2(005)-1106/2021 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Cavabdeh mülki kollegiyada araşdırma ərəfəsində apellyasiya şikayətinə əlavə verərərk bildirmişdir ki, 1.Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli xx-xx-1237/16 saylı mövcud mübahisə ilə bağlı olan müraciətinə cavab məktubunda bildirilir ki, məsələ ilə bağlı daha əvvəl ƏMDX- nin müraciətinə əsasən Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 01/83 saylı məktubunda xx.xx.2009-cu il tarixli, 384 saylı Sərəncam əsasında inşa edilmiş fərdi yaşayış evinin Sarabski küçəsi, 58 ünvanında yerləşdiyi qeyd edilmişdir. Eyni zamanda bildirilmişdir ki, Kaveroçkin küçəsi, 27 ünvanında inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi ərazidə əvvəllər ayn-ayrı vətəndaşlara məxsus olmuş fərdi qarajları və qeyri-yaşayış sahələrini alqı-satqı yolu ilə əldə etmiş vətəndaş Cavabdeh tərəfindən sökülərək yerində 2004-cü ildə fərdi yaşayış evi inşa edilmiş, evin istismarına icazə aktı müvafiq dövlət orqanı tərəfindən tərtib edilmişdir. Zəbt edilməsi halın aşkar edilməməsi xüsusilə vurğulanmışdır. 2.Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti Başçısının Bakı şəhəri İcra Hakimiyyəti Başçısına ünvanlanan xx.xx.2020-ci il tarixli 01/83 saylı məktubunda qeyd olunur ki, Cavabdeh məxsus fərdi yaşayış evlərin yaxınlığında yerləşən 34 Ns-li tam orta məktəbin həyatyanı sahəsinin zəbt olunub-olunmaması məsələsi 2005- 2020-ci illər ərzində ayrı-ayrı dövlət qurumlarının nümayəndələri o cümlədən Təhsil Nazirliyinin hüquq şöbəsinin göstərisinə əsasən həmin—məktəbin rəhbərliyinin, Bakı şəhəri Təhsil İdarəsinin və Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə Ərazi İdarəsinin əməkdaşlarının, ərazi baxımından cavabdeh olan 1 saylı Abşeron rayon Evlər İdarəsi rəhbərliyinin, Polis sahə müvəkkilinin və sair məsul şəxslərin iştirakı ilə yaradılmış komissiyalar tərəfindən dəfələrlə araşdırılmış, nəticə etibarı ilə məktəb ərazisində zəbt və müdaxilə hallan aşkar edilməmişdir. 3.Azərbaycan Respublikasının Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli, **********9 saylı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ünvanlanmış məktubunda deyilir : “qeyd edilən fərdi yaşayış evi Nərimanov rayonu 34 saylı tam orta məktəbin ərazisinə baxış keçirilmiş və məktəbin faktiki vəziyyətdə mövcud daş hasarının daxilindəki torpaq sahəsinin zəbt edilməsi faktı aşkar edilməmişdir.” 4.Bakı şəhəri X9 Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli müraciətindən və ayrıca olaraq 34 saylı məktəbinin rəhbərliyinin Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli 05 saylı müraciətindən görünür ki, 34 saylı məktəbinin texniki pasportunun tərtib edilməsi xahiş olunur. Bu müraciətlər ən azı xx.xx.2020-ci il tarixinə qədər 34 saylı məktəbinin texniki pasportunun mövcud olmamasını açıq aşkar dəlalət etməktədir. Beləliklə iş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş “texniki pasport’' və ya “müfəssəl plan” adlandırılan sənədin hər hansı hüquqi qüvvəsi yoxdur, ola da bilməz. 5.Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti Başçının Müavinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli 1/445 saylı məktubundan görünür ki, cavabdehə məxsus fərdi yaşayış evlər iddiaçının qanunsuz mübahisələndirildiyi ərazilərdə tamamilə qanuna uyğun olaraq tikilmişdir. 34 saylı məktəbin ərazisində zəbt və müdaxilə halları aşkar edilmədiyinə dair məktubda xüsusilə vurğulanmaqdadır. 6.Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti Başçının Müavinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli 1/203 saylı məktubundan görünür ki, Cavabdeh qızma məxsus Kaveroçkin 27 ünvanında yerləşən fərdi yaşayış evi Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti Başçının xx.xx.2017-ci il tarixli 395 saylı Sərəncam əsasında inşa edilmiş və onun istismarına icazə aktı tərtib edilmişdir. xx.xx.2020-ci il tarixində Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin, Bakı şəhəri Təhsil İdarəsinin nümayəndələri və Nərimanov rayonu 34 saylı məktəbinin rəhbərliyinin iştirakı ilə tərtib edilmiş Aktdan görünür ki, həmin tarixdə 34 saylı məktəbin ərazisi ölçülmüş, məktəbin ərazisində zəbt olunma halları aşkarlanmamışdır.8.Azərbaycan Respublikası Müdafiə Nazirliyi 1 saylı Abşeron rayon Evlər İdarəsinin Bakı şəhər İcra Hakimiyyəti başçısına ünvanlanan xx.xx.2005-ci il tarixli 41 saylı məktubundan da görünür ki, iddiaçının qanunsuz mübahisələndirdiyi ərazilərin 34 saylı məktəbə hər hansı aidiyyatı yoxdur. Sözügedən ərazilərin Azərbaycan Respublikası Müdafiə Nazirliyi 1 saylı Abşeron rayon Evlər İdarəsinin mühasibatlığında qeydiyyatdan keçməsi xüsusilə vurğulanır. xx.xx.2005-ci il tarixdə tərtib edilmiş, Təhsil Nazirliyinin hüquq şöbəsinin göstərişinə əsasən 34 saylı məktəbin Direktorunun, Bakı şəhəri Təhsil İdarəsinin və Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə Ərazi İdarəsinin əməkdaşlarının, ərazi baxımından cavabdeh olan 1 saylı Abşeron rayon Evlər İdarəsi rəhbərliyinin, Polis sahə müvəkkilinin və sair məsul şəxslərin iştirakı ilə yaradılmış komissiyanın Baxış Aktı ilə qarajların və qeyri-yaşayış sahələrinin yerləşdiyi ərazi Kaveroçkin küçəsi istiqamətində 61 metrə, Sarabski küçəsi istiqamətində 39 metrə olduğu və 34 saylı məktəbinin ərazisinin mövcud vəziyyəti təsdiq edilmişdir. 10.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Rəis Müavini Elçin Yusubovun Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli **********82 saylı məktubunda qeyd olunur ki, Kaveroçkin küçəsi, 27 ünvanında inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi ərazidə əvvəllər ayrı-ayrı vətəndaşlara məxsus olmuş fərdi qarajları və qeyri-yaşayış sahələrini alqı-satqı yolu ilə əldə etmiş vətəndaş Cavabdeh tərəfindən sökülərək yerində 2004-cü ildə fərdi yaşayış evi inşa edilmiş, evin istismarına icazə aktı müvafiq dövlət orqanı tərəfindən tərtib edilmişdir. Zəbt edilməsi halın aşkar edilməməsi xüsusilə vurğulanmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, əlavə sənədlərin surətlərini məhkəməyə təqdim edərək, məktəbin ərazisinin Bakı şəhəri üzrə ümumitəhsil məktəbləri üzrə göstəricilərə əsasən rəsmi olaraq 1 hektar 8 sot olduğunu, həmin əraziyə baxış keçirildiyini bu zaman müdaxilə olunmadığının müəyyən edildiyini, apellyasiya icraatı zamanı təqdim edilmiş texniki pasportla razı olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili X6 apellyasiya şikayətini müdafiə edərək, 2005-ci ildən həmin ərazinin cavabdehin mülkiyyətində olduğunu, baxış keçirilb akt tərtib edildiyini, aktda müdaxilə olmadığının müəyyən edildiyini, tkilinin çoxdan aparıldığını və sadəcə yağışdan qorunmaq üçün kümün bağlanmalı olduğunu, əsasız olduğundan qərardadın ləğv edilməli olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyərək, keçən ilin iyun ayında məktəb ərazisinə müdaxilə olunması ilə bağlı Təhsil Nazirliyinə məlumat daxil olduğunu, texniki pasporta əsasən məktəb ərazisinin müəyyən edildiyini, mübahisə edilən ərazi ilə bağlı cavabdehin adına icra hakimiyyətinin sərəncamının olmasından xəbərsiz olduqlarını, həmin ünvanda yerləşən cavabdehə məxsus hazır mülklə deyil yarımtikiliyə dair mübahisələrinin olmasını bildirmiş və texniiki pasportun surətini təqdim etmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb Azərbaycan Respublikası Konstitusiyasının 24(İİİ), 80, “X10 haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 63-67 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 14, 15, 77, 88, 157-164, 236, 371, 372, 386, 388; 397.2, 398-ci maddələrinə əsasən hesab edir ki, qərardad ləğv edilməli, bu və ya digər növdə iddia təmini tədbirinin mümkünlüyünün müzakirəsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Qeyd edilməlidir ki, mülki prosessual qanunvericilik heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını ehtiva edir. Diqqətə çatdırılmalıdır ki, gələcəkdə iddia tələbinin təmin edilmədiyi təqdirdə şəxsin və digər şəxslərin hüquqlarının məhdudlaşmasına səbəb olan hallardır və bu şəxslərin dairəsi müəyyən edilməlidir. Qeyd edilənlər nəzərə alınmaqla birinci instansiya məhkəməsi işin hallarını müvafiq araşdırmaqla ərizədə (şikayətdə) tələb edilən təminat tədbirlərinin (onun icrası) mümkünlüyünü müəyyən etməli, mülki icraatın vəzifələrinə zidd sui-istifadəyə və özbaşınalığa şəraitin yaranmasını istisna edən iddianı təmini tədbirin həyata keçirilməsi üçün ilk növbədə buna yönəlik mübahisə predmetinin statusunu sübut edən ilkin sənədlər tədqiq etməlidir. Birinci instansiya məhkəməsi rəsmi sübutlara (sənədlərə) istinad etmədən ümumi mülahizələrlə əsaslandırmağa cəhd etdiyi qərardadında qeyd etmişdir ki, “iddianı təmin tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır,....iddianı təmin tədbirlərindən verilmiş dəlilinə istinad özlüyündə kifayət deyildir. Belə dəlil məhkəmə tərəfindən mütənasiblik prinsipi baxımından ciddi şəkildə qiymətləndirilməlidir...... Qüvvədə olan Mülki Prosessual Məcəllənin şübhəsiz üstünlüklərindən biri məhz iddianı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasibliyi prinsipinin tətbiq edilməsidir... iddianı təmin etmə tədbiri barədə ərizə mübahisələndirilən icra qeydləri üzrə həyata keçirilən icra hərəkətlərinin dayandırılması barədədir....” . Qeyd edilən ziddiyyətli ibarələrlə işin faaktiki halları arasında olan uyğunsuzluq məhz məhkəmənin özü tərəfindən qeyd edilən iddianın əsaslılığı prezumpsiyasını müəyyən etmir. Belə ki, iddia verilməmişdən öncə iddiaçının müraciəti əsasında inzibati icraat çərçivəsində müvafiq səlahiyyətli təşkilatlarda araşdırmaların aparılmasına dair işdə kifayət qədər sənədlərə diqqət verilmədən və iddiaçı tərəfindən ehtimallara istinad edilən bir məktub əsasında qərardad qəbul edillmiş, iddiaçı tərəfindən təqdim edilən dəlili mütənasiblik prinsipi baxımından qiymətləndirilməmiş, iddia təmini tədbirinin müəyyən edilməsi zamanı iddia predmeti üzrə mübahisə edilən predmetin, əmlakın və ya hüququn (tərəflərə münasibətdə) statusu, ünvanı (yerləşdiyi ərazi) dəqiq müəyyən edilməyərək, iddiaçı tərəfindən irəli sürülmüş tələbə münasibətdə tətbiq edilməsi müzakirə edilməmişdir. Halbuki, iddiaçı məktəbə məxsusluğuna aid hüququn mövcudluğunu və mübahisəli əraziyə aidiyyətini ehtimal edən texniki pasportun kseronüsxəsini mülki kollegiyada araşdırma zamanı təqdim etmişdir. Ona görə, tərəflərin təqdim etdikləri dəlillər üzrə ilkin subutların aidiyyəti, mübahisəli ərazinin statusu və dəqiq ünvanı müzakirə edilməklə (qiymətləndirməklə) iddianın təmini barədə iddiaçının ərizəsi əhatəli araşdırılaraq əsaslandırılmış (məhkəmənin gəldiyi nəticələrin səbəbləri və rəhbər tutduğu qanunlara istinad edilməklə) qərardad qəbul edilməlidır. Belə ki, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Hazırki mübahisə üzrə, apellyasiya icraatı zamanı (təqdim edilməsi mümkünsüzlüyü əsaslandırılmadan) əlavə şikayət, sübut və sənədlərin təqdim edilməsinə (prosessual qanunvericiliyə müvafiq apellyasiya instansiyası tərəfindən qiymət verilməsi mümkün olmadığından) səlahiyyət həddində birinci instansiya məhkəməsi tərəfindən qiymət verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397- 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4736/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin və iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddianın təmini tədbiri ərizəsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. .
Məhkəmə qərarları › İş №2(103)-2703/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2703/2021
08.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver