Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2706/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmmədi Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı “məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa tələbi”nə dair Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)-2312/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən birgə verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə YY Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 2016-cı ildən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qusar Dölvət X37 direktoru vəzifəsində işləyir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2020-ci il tarixli 207K saylı əmri ilə onunla bağlanmaşı əmək müqaviləsinə xitam verilmişdir. Buna əsas kimi əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və əmək vəzifələri kobud şəkildə pozması göstərilmişdir. O, indiyədək işində heç bir nöqsanlara yol verməmişdir, əmək vəzifələrini heç bir şəkildə pozmamışdır, barəsində heç bir intizam tənbehi tətbiq edilməmişdir. Kənd Təsərrüfatı Nazirliyinin hansı səbəbə görə belə bir qənaətə gəlməsi ona məlum deyildir. Bu barədə o, açıqlama verilməsini xahiş etsə də, onun müraciəti cavabsız qalmışdır. Onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunması üçün heç bir əsas yoxdur, o, işinə laqeyd münasibət göstərməmişdir, əksinə namusla və vicdanla yanaşmış, əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirmiş, əmək vəzifələrini heç bir şəkildə pozmamışdır. Ona görə də onun həmin hərəkətinin əmək vəzifələrini kobud şəkildə pozması kimi qiymətləndirilməsi qanunsuz, əsassız və ədalətsizdir. Hesab edir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən onun əmək müqaviləsinə Əmək Məcəlləsinin tələbləri pozulmaqla xitam verildiyindən, həmin Nazirliyin onun işdən azad edilməsi barədə xx.xx.2020-ci il tarixli 207K saylı əmri ləğv edilməli, o, tutduğu direktor vəzifəsinə bərpa olunmalıdır. Bundan başqa, məcburi işburaxma müddəti üçün ona əmək haqqı ödənilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin onun işdən azad edilməsi barədə xx.xx.2020-ci il tarixli, 207K saylı əmrinin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün ona əmək haqqı ödənilməklə onun Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qusar Dövlət X37 direktoru vəzifəsi üzrə işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, o, 2016-cı ildən Azərbaycan Respublikası Kənd Təsərrufatı Nazirliyinin Qusar Dövlət X37 direktoru vəzifəsində işləyir. Rayonda kifayət qədər nüfuzu var. Hər bir fermer özü aldığı subsidiyanın hesabını ona verməlidir. Rayonda monitorinq aparılmış və bunu yoxlayıb. Azərbaycan Respublikası Kənd Təsərrufatı Nazirliyinin xx xxxxxxxx 2020-ci il tarixli 207K saylı əmri ilə onunla bağlınılmış əmək müqavləsinə xitam verilmişdir. Buna əsas kimi əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini və əmək vəzifələrini kobud şəkildə pozmasını göstərilmişdir. Onu çağırdılar Nazirliyə və bildirmişlər ki, “ərizə yazın, Nazirlik sizinlə işləmək istəmir”. Monitorinqin nəticəsini ona göndəriblər. O, qeyd olunan nöqsanlara görə cavabdeh şəxs deyil. O, indiyədək işində heç bir nöqsanlara yol verməmişdir, əmək vəzifələrini heç bir şəkildə pozmamışdır, barəsində heç bir intizam tənbehi tətbiq edilməmişdir. Kənd Təsərrufatı Nazirliyinin hansı səbəbə görə belə bir qənaətə gəlməsi ona məlum deyildir. O, 2015-ci ildən orada işləyir, aktda olan səhvlər bu ilindir. Operatorlar onların işçiləridir, sənədlər yoxlandıqdan sonra operator tərəfindən göndərilir. Operator həmin sənədləri yoxlamalıdır, onun isə öhdəliyi CPS-lə fermerin götürdüyü subsidiyanı yoxlasın. Subsidiya almaq üçün elektron qaydada daxil olan ərizə və məlumatlarda şübhəli məqamlar olarsa, operator yoxlayaraq buna aydınlıq gətirir. Ümumiyyətlə isə çarpaz qaydada yoxlamalar həyata keçirilir. Cavabdehin nümayəndəsi məhkəmədə guya onlar tərəfindən çarpaz yoxlamaların aparılmaması barədə izahat vermişdir. Hazırda işləmədiyi üçün çarpaz yoxlamaların nəticələrini əks etdirən hesabatların hamısını məhkəməyə təqdim edə bilmir. Lakin əlində olan bir neçə belə hesabatı məhkəməyə təqdim edir və cavabdehin bununla bağlı dediklərinin düzgün olmamasını bildirir. 17 min müraciətin yalnız 14 mininə müsbət cavab verilmiş və aparılan yoxlamalar nəticəsində düzgün olmayan məlumatlar aşkar edilməmişdir. Monitorinqin nəticəsini heç kim şübhəyə almır. Hər bir şəxsin öz məsuliyyəti var ki, işə vaxtında başlasın, qaydalara riayət etsin və s. Hər bir operator yanında bir şəxs olmalıdır ki, çarpaz şəkildə şübhə olanda gedib yerində yoxlasın. Bunu aşkar etmək direktora aid deyil. Onlar monitorinqin nəticəsindən narazı deyillər. İşin proseduru budur. Direktorun hər bir işçiyə görə məsuliyyəti yoxdur. Subsidiya almaqla bağlı 17min subyektin 3 mininin müraciətinə uyğunsuzluqla bağlı rədd cavabı verilmişdir. Operator daxil olan sənədləri vizual yoxlamalı, seçmə şəklində, doğruluğuna şübhə yarandıqda mərkəzin müvafiq texniki işçiləri vasitəsi ilə məlumatları yerində yoxlamalıdır. Qaydalara görə aqrar kredit subyekti subsidiya almaq üçün yanlış məlumat verdiyi aşkar olduqda növbəti illərdə həmin şəxsə subsidiyanın verilməsi kəsirlə olmalı, ya da imtina olunmalıdır. Göründüyü kimi qaydaların prinsipi və məzmununda bu proses zamanı yanlışıqların baş verməsi ehtimal edilir və baş verdikdə buna konkret reaksiya verilməsi qaydası nəzərdə tutulur. Proses zamanı cavabdeh tərəf subsidiya ayırma prosesində vəzifələrin səlahiyyət hədlərini aydın şəkildə açıqlaya bilməmişdir. İntizam tənbehinin ən son həddi işdən azad olunmalıdır. Bu öhdəliklərin yerinə yetirilməməsi, vəzifələrin kobud şəkildə pozulması kimi hallarda tətbiq olunmalıdır. Hazırki halda isə belə sərt intizam məsuliyyətinin tətbiq edilməsinə lüzum yox idi. Digər tərəfdən Əmək Məcəlləsinin tələblərinə əsasən işçinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunduğu təqdirdə Həmkarlar Təşkilatının razılığının alınması tələb olunur. Lakin belə bir razılıq alınmamış və bu hal işə bərpa əsaslardan biri kimi müəyyən edilmişdir. Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)-2312/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin İddiaçı işdən azad olunması barədə xx.xx.2020ci il tarixli 207 K saylı əmrinin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün İddiaçı əmək haqqı ödənilməklə onun, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qusar Dövlət X37 direktoru vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verən cavabdehin nümayəndəsi onun ləğv edilməsini və iddia tələblərinin təmin olunmamasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə xx xxx 2016-cı ildə işə qəbul olanda əmək müqaviləsi baglanılıb. Qusar rayon Kənd Təsərrufatı İdarəsinin struktur bölmələrinin fəaliyyətini əlaqələndirmək və onların fəaliyyətinə nəzarəti həyata keçirmək İddiaçı əmək funksiyaları kimi muəyyən edilmişdir və həmin müqaviləni iddiaçı şəxsən imzalamışdır. Pandemiya dövrundə butun əməkdaşların sərbəst hərəkət etməyə icazələri olub. 17 hektar bağ sahəsi olub və iddiaçı hər birinə seçmə üsülu ilə nəzarət etməsini bildirmişdir. Lakin onların əməkdaşları tərəfindən 3 gün müddətində aparılan yoxlama əsasında 12 fakt üzrə nöqsan aşkara çıxarılmışdır ki, bu monitoriq nəticəsində 247.185 manat məbləğində subsidiyanın artıq ödənilməsi müəyyən edilmişdir. Elşad müəllim işdən çıxandan sonra da monitorinqlər keçirilir, monitorinqin nəticəsindən asılı olaraq müvafiq orqanlara da müraciət olunacağı nəzərdə tutulur. Aşkara çıxarılan nöqsanlardan iddiaçının necə xəbəri olmayıb. Bütün aşkara çıxarılan nöqsanlara Elşad müəllim cavabdehdir. Növbəti yoxlamalar da aparılır və tədbir də görüləcək. Cavabdehin nümayəndəsi həmçinin göstərmişdir ki, operatorlar barəsində tədbir görülməsi üçün qurumun rəhbərliyinə göstəriş verilmişdir. Eyni zamanda iddiaçının işdən azad olunması zamanı həmkarların razılığının alınması tələb olunmur. Ona görə də belə bir razılıq alınmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, bununla belə məhkəməyə teleqram ünvanlayaraq səhhətiylə bağlı məhkəməiclasında iştirak edə bilmədiyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin məhkəməyə göstərdikləri barədə sübut göndərmədiyindən kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməməlidir. İş üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi ilə İddiaçı arasında bağlanılmış 1221 saylı, xx.xx.2016-cı il tarixli əmək müqaviləsinin (kontaktın) kserosurətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qusar Rayon Kənd Təsərrüfat İdarəsinin rəis vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsinin 2-ci maddəsinə əsasən müqavilə xx.xx.2016-cı il tarixdən 3 ay müddətinə bağlanmış, müqavilənin müddəti başa çatdıqdan sonra bir həftə ərzində tərəflərdən biri digər tərəfi xəbərdarlıq etməklə onu poza bilər. Əgər tərəflərdən heç biri, bu müqasiləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsinin müddəti daha üç ay uzadılır. Həmin müqavilənin 3.1-ci maddəsinin “a” bəndinə əsasən İddiaçı əmək funksiyası kimi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Qusar rayon Kənd Təsərrüfatı İdarəsinin struktur bölmələrinin fəaliyyətini əlaqələndirmək və onların fəaliyyətinə ümumi nəzarəti həyata keçirmək olmuşdur. İş üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli 04Q nömrəli qərarından görünür ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi dövlət aqrar inkişaf mərkəzlərinin Əsasnaməsi təsdiq edilmişdir. Əsasnamənin 5.2-ci bəndinə əsasən, DAİM-nin (dövlət aqrar inkişaf mərkəzlərinin) fəaliyyətinə Nazir tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən direktor rəhbərlik edir. Həmin Əsasnamənin 5.6.1-ci bəndinə əsasən DAİM-nin direktoru fəaliyyəti təşkil edir və ona rəhbərlik edir. İş üzrə Kənd Təsərrüfat Nazirliyinin Daxili nəzarət və audit şöbəsi, Audit sektorunun baş məsləhətçisi Ramin Əhmədov, Nazirliyin Daxili nəzarət və audit şöbəsi, Audit sektorunun məsləhətçisi Vüsal Kərimov, Qusar Dövlət X37 direktoru İddiaçı, Aqrar Kredit və X20 və Uçot şöbəsinin, Daxili nəzarət və monitoriq sektorunun baş məsləhətçisi Orxan Cabbarov, Qusar Dövlət X37 Bitkiçilik sektorunun aparıcı məsləhətçisi Şamxal Nurmətov tərəfindən tərtib edilmiş: - xx.xx.2020-ci il tarixli aktın kserosurətindən görünür ki, 2020-ci ildə dövlət büdcəsinin vəsaiti hesabına yardım almaq üçün X38 İnformasiya Sistemində (EKTİS-də) vətəndaş X10 (“xxxx” MMC) Həzrə kəndində ümumilikdə 115,39 ha-da alma və Girik kəndində ümumilikdə 85,79 ha-da alma bağlarının 2019-cu ildə salındığı və intensiv bağ olması ilə bağlı bəyan edilmiş torpaq sahələrinə baxış keçirilmiş və Girik kəndində bağın olmadığını, Həzrə kəndində isə cəmi 56,7 ha intensiv bağ olduğu müəyyən edilmişdir. Mövcud olan alma bağının əkin ilinin dəqiqləşdirilməsi üçün müvafiq koordinatlar götürülmüşdür; - xx.xx.2020-ci il tarixli aktın kserosurətindən görünür ki, 2020-ci ildə dövlət büdcəsinin vəsaiti hesabına yardım almaq üçün X38 İnformasiya Sistemində (EKTİS-də) vətəndaş X11 Qullar kəndində ümumilikdə 19,67 ha-da qoz və Yeni Tahircal kəndində ümumilikdə 26,63 ha-da qoz bağlarının 2019-cu ildə salındığı və intensiv bağ olması ilə bağlı bəyan edilmiş torpan sahələrinə baxış keçirilmiş və Qullar kəndində cəmi 17 ha intensiv bağ, Yeni Tahircal kəndində isə bağın olmadığı müəyyən edilmişdir. Mövcud olan qoz bağının əkin ilinin dəqiqləşdirilməsi üçün müvafiq koordinatlar götürülmüşdür; - xx.xx.2020-ci il tarixli aktın kserosurətindən görünür ki, 2020-ci ildə dövlət büdcəsinin vəsaiti hesabına yardım almaq üçün X38 İnformasiya Sistemində (EKTİS-də) vətəndaş X42 və X31 (“xxxx” MMC) Qalacıq kəndində ümumilikdə 11 ha, Yeni Həyat kəndində 18,52 ha və Aşağı Ləgər kəndində 75 ha bağlarının (alma, armud,heyva, gavalı, şaftalı, gilas) 2019cu ildə salındığı və intensiv bağ olması ilə bağlı bəyan edilmiş torpan sahələrinə baxış keçirilmiş və Qalacıq, Yeni Həyat kəndlərində mövcud olan bağların intensiv bağ olmasına baxmayaraq 2017-2018-ci illərdə salındığı, Aşağı Ləgər kəndində mövcud olan bağlardan 14 ha alma, 5 ha armud, 9 ha şaftalı bağının intensiv olmasına baxmayaraq 2017-2018-ci illərdə salındığı müəyyən edilmişdir. Bəyan edilmiş bağların əkin ərazisinin və əkin ilinin dəqiqləşdirilməsi üçün müvafiq koordinatlar götürülmüşdür; - xx.xx.2020-ci il tarixli aktın kserosurətindən görünür ki, 2020-ci ildə dövlət büdcəsinin vəsaiti hesabına yardım almaq üçün X38 İnformasiya Sistemində (EKTİS-də) vətəndaş X14 Yeni Həyat kəndində ümumilikdə 15,87 ha bağın (gilas, gavalı,heyva, qaysı) 2019-cu ildə salındığı və intensiv bağ olması ilə bağlı bəyan edilmiş torpan sahələrinə baxış keçirilmiş və 15,87 ha-da intensiv bağın olmasına baxmayaraq əkin ilinin 2016-2017-ci illərdə olduğu müəyyən edilmişdir. Mövcud olan bağların sahələrinin dəqiqləşdirilməsi üçün müvafiq koordinatlar götürülmüşdür; - xx.xx.2020-ci il tarixli aktın kserosurətindən görünür ki, 2020-ci ildə dövlət büdcəsinin vəsaiti hesabına yardım almaq üçün X38 İnformasiya Sistemində (EKTİS-də) vətəndaş X27 (“xxxx” MMC) Caqar kəndində ümumilikdə 44,24 ha bağın (gilas, şaftalı, alma, armud) 2019-cu ildə salındığı və intensiv bağ olması ilə bağlı bəyan edilmiş torpan sahələrinə baxış keçirilmiş və 44.24 ha-da intensiv bağın olmasına baxmayaraq əkin ilinin 2013-2017-ci illərdə olduğu müəyyən edilmişir. Mövcud olan bağların əkin sahələrinin dəqiqləşdirilməsi üçün müvafiq koordinatlar götürülmüşdür; - xx.xx.2020-ci il tarixli aktın kserosurətindən görünür ki, 2020-ci ildə dövlət büdcəsinin vəsaiti hesabına yardım almaq üçün X38 İnformasiya Sistemində (EKTİS-də) vətəndaş X9 (“xxxx” MMC) Cadar kəndində ümumilikdə 22,7 ha bağın (gilas, alma) 2019-cu ildə salındığı və intensiv bağ olması ilə bağlı bəyan edilmiş torpan sahələrinə baxış keçirilmiş və 20 ha-da intensiv bağ (alma) olmasına baxmayaraq əkin ilinin 2016-2017-ci illərdə olduğu müəyyən edilmişdir. Mövcud olan bağların sahələrinin dəqiqləşdirilməsi üçün müvafiq koordinatlar götürülmüşdü; - xx.xx.2020-ci il tarixli aktın kserosurətindən görünür ki, 2020-ci ildə dövlət büdcəsinin vəsaiti hesabına yardım almaq üçün X38 İnformasiya Sistemində (EKTİS-də) vətəndaş X28 (“xxxx” MMC) Düztahir kəndində ümumilikdə 97,33 ha bağın (gilas, şaftalı,alma, gavalı, xurma, heyva və ərik) və Çiləgir kəndində ümumilikdə 10,75 ha bağın (heyva və armud) 2019-cu ildə salındığı və intensiv bağ olması ilə bağlı bəyan edilmiş torpaq sahələrinə baxış keçirilmişdir. Mövcud olan bağların əkin ilinin və əkin sahələrinin dəqiqləşdirilməsi üçün müvafiq koordinatlar götürülmüşdür; - xx.xx.2020-ci il tarixli aktın kserosurətindən görünür ki, 2020-ci ildə dövlət büdcəsinin vəsaiti hesabına yardım almaq üçün X38 İnformasiya Sistemində (EKTİS-də) vətəndaş X27 (“xxxx” MMC) Caqar kəndində ümumilikdə 44,24 ha bağın (gilas, şaftalı, alma, armud) 2019-cu ildə salındığı və intensiv bağ olması ilə bağlı bəyan edilmiş torpan sahələrinə baxış keçirilmiş və 44.24 ha-da intensiv bağın olmasına baxmayaraq əkin ilinin 2013-2017-ci illərdə olduğu müəyyən edilmişdir. Mövcud olan bağların əkin sahələrinin dəqiqləşdirilməsi üçün müvafiq koordinatlar götürülmüşdür. İş üzrə Kənd Təsərrüfat Nazirliyinin Daxili nəzarət və audit şöbəsi, Audit sektorunun baş məsləhətçisi Ramin Əhmədov, Nazirliyin Daxili nəzarət və audit şöbəsi, Audit sektorunun məsləhətçisi Vüsal Kərimov, Qusar Dövlət X37 direktoru İddiaçı, Aqrar Kredit və X20 və Uçot şöbəsinin, Daxili nəzarət və monitoriq sektorunun baş məsləhətçisi Orxan Cabbarov,Qusar Dövlət X37 Bitkiçilik sektorunun aparıcı məsləhətçisi Şamxal Nurmətov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktın kserosurətindən görünür ki, 2020-ci ildə dövlət büdcəsinin vəsaiti hesabına yardım almış fermerlərin X35 İnformasiya Sistemində (EKTİS) bəyan etdikləri əkinlərin və təsdiq edilmiş torpaq sahələrinin monitorinqi zamanı aşağıdakı nöqsanlar aşkar edilmişdir:
1. X1 EKTİS-də keçirdiyi 2 ha torpaq sahəsinin(RX 0958055) 2 hektarında əkin aparıldığı bəyan edilmiş, sənədləri təsdiq olunduqdan sonra dövlət büdcəsinin vəsaiti hesabına yardım hesablanmışdır. Həmin torpaq sahəsinin məqsədli istifadə növünü “sahibkarlıq” olsa da, DAİM-in əməkdaşları tərəfindən təsdiq edilmişdir.
2. X3 EKTİS-də qeydiyyatdan keçirdiyi 10,1 ha torpaq sahəsinin (RX 1083097) 10,1 hektarında əkin aparıldığı bəyan edilmiş, sənədləri təsdiq olunduqdan sonra dövlət büdcəsinin vəsaiti hesabına yardım hesablanmışdır. Həmin torpaq sahəsinin məqsədli istifadə növünü “Digər” olsa da, DAİM-in əməkdaşları tərəfindən təsdiq edilmişdir.
3. X4 EKTİS-də qeydiyyatdan keçirdiyi 3,4 ha torpaq sahəsinin (**********) 3,4 hektarında 1,7 ha torpaq sahəsinin (**********) 1,7 hektarında, 0,8 ha torpaq sahəsinin (RX 1285756) 0,8 hektarında əkin aparıldığı bəyan edilmiş, sənədləri təsdiq olunduqdan sonra dövlət büdcəsinin vəsaiti hesabına yardım hesablanmışdır. Həmin torpaq sahəsinin məqsədli istifadə növünü “Digər” olsa da, DAİM-nin əməkdaşları tərəfindən təsdiq edilmişdir.
4. X4 EKTİS-də qeydiyyatdan keçirdiyi 9,3 ha torpaq sahəsinin (RX 1182919) 9,3 hektarında 3,5 ha torpaq sahəsinin (RX 0789697) 3,5 hektarında əkin aparıldığı bəyan edilmiş, sənədləri təsdiq olunduqdan sonra dövlət büdcəsinin vəsaiti hesabına yardım hesablanmışdır. Həmin torpaq sahələrinin məqsədli istifadə növü “Kənd təsərrüfat Məhsullarının İstehsalı” olsa da, müvafiq arayış alınmadan DAİM-in əməkdaşları tərəfindən təsdiq edilmişdir.
5. X57 Mənsimovun EKTİS-də qeydiyyatdan keçirdiyi 1,44 ha torpaq sahəsinin (**********) 1,44 hektarında, 5,95 ha torpaq sahəsinin (**********) 5,95 hektarında əkin aparıldığı həyan edilmiş, sənədləri təsdiq olunduqdan sonra dövlət büdcəsinin vəsaiti hesabına yardım hesablanmışdır. Həmin torpaq sahəsinin məqsədli istifadə növü “Digər” olsa da, DAİM-in əməkdaşları tərəfindən təsdiq edilmişdir.
6. Vətəndaş Şöhrət Malik oğlu Məmmədovun EKTİS-də qeydiyyatdan keçirdiyi 4,5 ha torpaq sahəsinin (**********) 4,5 hektarında 4,1 ha torpaq sahəsinin (**********) 4,1 hektarında əkin aparıldığı bəyan edilmiş, sənədləri təsdiq olunduqdan sonra dövlət büdcəsinin vəsaiti hesabına yardım hesablanmışdır. Həmin torpaq sahəsinin məqsədli istifadə növü “Digər” olsa da DAİM-in əməkdaşları tərəfindən təsdiq edilmişdir.
7. X2 EKTİS-də qeydiyyatdan keçirdiyi 10 ha torpaq sahəsinin (RX 0080534) 10 hektarında əkin aparıldığı bəyan edilmiş, sənədləri təsdiq olunduqdan sonra dövlət büdcəsinin vəsaiti hesabına yardım hesablanmışdır. Həmin torpaq sahəsinin məqsədli istifadə növü “Örüş otlaq” olsa da, DAİM-in əməkdaşları tərəfindən təsdiq edilmişdir.
8. X5 EKTİS-də qeydiyyatdan keçirdiyi 10 ha torpaq sahəsinin (RX 1323658) 10 hektarında əkin aparıldığı bəyan edilmiş, sənədləri təsdiq olunduqdan sonra dövlət büdcəsinin vəsaiti hesabına yardım hesablanmışdır. Həmin torpaq sahəsinin məqsədli istifadə növü “X13 İstehsalı” olsa da müvafiq arayış alınmadan DAİM-in əməkdaşları tərəfindən təsdiq edilmişdir.
9. Vətəndaş Rüfət Şövkət oğlu Məcidovun EKTİS-də qeydiyyatdan keçirdiyi 5 ha torpaq sahəsinin (RX 1084322) 5 hektarında əkin aparıldığı bəyan edilmiş, sənədləri təsdiq olunduqdan sonra dövlət büdcəsinin vəsaiti hesabına yardım hesablanmışdır. Həmin torpaq sahəsinin məqsədli istifadə növü “X21 İstehsalı” olsa da müvafiq arayış alınmadan DAİMnin əməkdaşları tərəfindən təsdiq edilmişdir.
10. X8 EKTİS-də qeydiyyatdan keçirdiyi 3,3 ha torpaq sahəsinin (JN 0830) 3,3 hektarında əkin aparıldığı bəyan edilmiş, sənədləri təsdiq olunduqdan sonra dövlət büdcəsinin vəsaiti hesabına yardım hesablanmışdır. Həmin torpaq sahəsinin məqsədli istifadə növü “və sair sahələr” olsa da müvafiq arayış alınmadan DAİM-nin əməkdaşları tərəfindən təsdiq edilmişdir.
11. X6 EKTİS-də qeydiyyatdan keçirdiyi 2,5 ha torpaq sahəsinin (RX 1147443) 2,5 hektarında əkin aparıldığı bəyan edilmiş, sənədləri təsdiq olunduqdan sonra dövlət büdcəsinin vəsaiti hesabına yardım hesablanmışdır. Həmin torpaq sahəsinin məqsədli istifadə növü ”X13 İstehsalı” olsa da müvafiqarayış alınmadan DAİM-nin əməkdaşları tərəfindən təsdiq edilmişdir.
12. Qeyd edilən pozuntular barədə müvafiq izahat alnmışdır. İş üzrə üzrə Azərbaycan Respublikası Kənd Təsərüfatı Nazirliyinin xx.xx.2020-ci il tarixli 207 K saylı əmrin kserosurətindən görünür ki, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə və əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Qusar Dövlət X37 direktoru İddiaçı xx.xx.2020-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Qusar Dövlət X37 direktoru vəzifəsinin icrası müvəqqəti olaraq həmin mərkəzin direktor müavini - Maliyyə-təsərrüfat seektorunun müdiri X18 həvalə edilmişdir. Qusar Dövlət X37 direktoru vəzifəsini müvəqqəti icra edən A.M.Şalbuzova əmrin 1-ci bəndi ilə əlaqədar müəyyən olunmuş qaydada təhvil-təslim işlərinin aparılmasını və İddiaçı son-haqq hesabın ödənilməsini təmin etməsi, A.M.Şalbuzova Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq həvalə olunmuş vəzifə üzrə nəzərdə tutulmuş əmək haqqının 50%-i həcmində əlavə əmək haqqının ödənilməsinin təmin etməsi tapşırılmışdır. Əsas: Daxili nəzarət və audit şöbəsinin müdiri Fuad Mayılovun xx.xx.2020-ci il tarixli 06/H0-19 hesabatı və A.M.Şalbuzovun razılıq ərizəsidir. Aşağıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edilmədiyi qənaətinə gəlməkdə haqlı olmamışdr. Belə ki, işin müəyyən olunmuş hallarına görə iddiaçı xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qusar Rayon Kənd Təsərrüfat İdarəsinin rəis vəzifəsinə təyin edilmişdir. İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin 3.1-ci maddəsinin “a” bəndinə əsasən İddiaçı əmək funksiyası kimi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Qusar rayon Kənd Təsərrüfatı İdarəsinin struktur bölmələrinin fəaliyyətini əlaqələndirmək və onların fəaliyyətinə ümumi nəzarəti həyata keçirmək olmuşdur. Azərbaycan Respublikası Kənd Təsərüfatı Nazirliyinin xx.xx.2020-ci il tarixli 207 K saylı əmri ilə iddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə və əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Qusar Dövlət X37 direktoru vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Daxili nəzarət və audit şöbəsinin müdiri Fuad Mayılovun xx.xx.2020ci il tarixli 06/H0-19 hesabatı və A.M.Şalbuzovun razılıq ərizəsi göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətldəndirən halları dəqiq şəkildə müəyyən edir. Bu hallardan bir neçəsi işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması və ya əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsidir. Yəni işçinin əmək vəzifələrinin kobud şəkildə pozması maddi ziyanın vurulması ilə nəticələnməlidir. Mülki qanunvericiliyə əsasən maddi ziyanın vurulması real olmalı və mötəbər sübutlarla təsdiq olunmalıdır. Yuxarıda göstərildiyi kimi, cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktda, həmçinin həmin aktın tərtib edilməsi üçün əsas olmuş digər aktlarda aparılmış monitoringin nəticələri sənədləşdirilmiş və həmin aktlarda nöqsanlar göstərilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək Nazirliyin Daxili nəzarət və audit şöbəsinin Audit sektorunun baş məsləhətçisi X30 və həmin şöbənin Daxili nəzarət sektorunun məsləhətçisi X12 iştirakı ilə Qusar Dövlət X41 (bundan sonra - DAİM) subsidiyanın verilməsinin monitorinqi aparılmışdır. Aparılmış monitorinq nəticəsində məlum olmuşdur ki, Qusar DAİM-də EKTİS-dən qeydiyyatdan keçərək 2020-ci ildə dövət büdcəsinin vəsaiti hesabına yardım almış fermerlərin seçmə üsulla sənədləri, bəyan edilmiş əkin sahələri və DAİM tərəfindən aparılmış monitorinqlərin nəticələrinin yoxlanılması zamanı faktiki əkin sahələri ilə bəyan edilmiş sahələr arasında olan uyğunsuzluq nəticəsində 219985 manat, əkin təyinatı olmayan torpaq sahələrinə 27200 manat olmaqla ümumilikdə 247185 manat məbləğində subsidiyanın artıq ödənilməsi aşkar olunmuşdur. İşin müəyyən edilmiş hallarına əsasən, EKTlS-də 2019-cu ilin intensiv bağı kımı bəyan edilmiş sahələrində monitorinq zamanı bəzi bağların əkin ilinin düzgün göstərilmədiyi və daha öncəki illərdə salındığı, bəzi sahələrdə ümumiyyətlə bağ olmadığı, bəzi bağların isə faktiki əkin sahəsinin bəyan edilmiş əkin sahəsindən az olduğu müəyyən edilmişdir. Qeydiyyatdan keçirilmiş sənədlərin ƏMDK-dan inteqrasiya yolu ilə daxil olan məlumatlar əsasında təsdiq edildiyi qeyd olunmasına baxmayaraq, bır çox sənədin ƏMDK-dan inteqrasiya olunmadığı müəyyən edilmişdir. Bir çox torpaq sənədlərinin məqsədli istifadə növünün müəyyən edilməsində müvafiq arayış tələb olunsa da torpaq sənədləri DAİM-in əməkdaşları tərəfindən arayış alınmadan təsdiq edilmişdir. Bəzi torpaqların məqsədli istifadə növünün “Öruş”, “və sair əkinlər”, “Sahibkarlıq” və “digər” təyinatlı olmalarına baxmayaraq, sənədlər DAİM-in əməkdşları tərəfindən təsdiq edilmişdir. DAİM tərəfindən EKTİS-dən daxil olmuş adlı siyahıdan əlavə digər bəyan edilmiş əkin sahələrində monitorinqlərin keçirilmədiyi müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, X19 bağlanmış xx xxx 2016-cı il tarixli 1221 nömrəli əmək müqaviləsinin 3.1-ci maddəsinin “a” bəndinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qusar Rayon Kənd Təsərrüfatı İdarəsinin (hazırda Qusar DAİM) struktur bölmələrinin fəaliyyətini əlaqələndirmək və onların fəaliyyətinə ümumi nəzarəti həyata keçirmək Əlimuradovun əmək funksiyaları kimi müəyyən edilmişdir və həmin müqaviləni iddiaçı şəxsən imzalamışdır. Birinci instansiya məhkəməsinin əmək müqaviləsinə xitam verilərkən həmkarlar təşkilatının razılığının alınmaması ilə bağlı mövqeyinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya baxışı zamanı iddiaçının cavabdeh müəssisədə həmkarlar ittifaqına üzv olduğu və iddiaçıdan müvafiq üzvlük haqqının tutulmadığı müəyyən olunmamışdır. Həmçinin qeyd edilməlidir ki, “Həmkarlar ittifaqları haqqında’’ Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən həmkarlar ittifaqları istehsal və ya qeyriistehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. Qanunun bu maddəsindən də aydın olur ki, həmkarlar ittifaqları işəgötürənə münasibətdə işçilər tərəfindən onların qanuni mənafelərinin müdafiəsi məqsədilə yaradılır, həmin ittifaqlarda birləşmək hüququ isə işçilərə aiddir. Eyni zamanda anlayışdan da aydın olduğu kimi işəgötürən həmin müəssisədə təşkil edilmiş həmkarlar ittifaqının üzvü ola bilməz. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 oktyabr tarixli 761 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturu təsdiq edilmişdir. Həmin Sərəncama əsasən DAİM Nazirliyin strukturuna daxil olan qurumlardan biridir. Eyni zamanda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.5ci maddəsinə uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyinin dövlət aqrar inkişaf mərkəzləri 4cü kateqoriya dövlət orqanı sayılır və həmin Qanunun 11.1 6.4-cı maddəsinə əsasən Mərkəzin direktoru vəzifəsi dövlət qulluğunda inzibati vəzifələrin beşinci təsnifatına aid olmaqla həmin dövlət orqanının rəhbəri hesab olunur. Qeyd olunanlardan aydın olur ki, Qusar DAİM Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan dövlət orqanı olmaqla yanaşı onun direktoru həmin dövlət orqanının rəhbəridir. Belə ki, həmin orqanın əsasnaməsində də direktora işəgötürənə aid olan bütün səlahiyyətlər verilmişdir. Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən həmin Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Yuxarıda qeyd olunanlara əsasən qanunvericilikdə şəxsin əmək müqaviləsinə xitam verilərkən razılıq alınması yalnız müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqını nəzərdə tutmuşdur. İddiaçı X34 isə həmin müəssisədə işəgötürən kimi çıxış etdiyindən qanunvericiliyə uyğun olaraq həmin müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqının üzvü deyil. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, X17 əmək müqaviləsinə xitam verilməsi zamanı cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdır. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)-2312/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı “məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa tələbi”nə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov