Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2708/2025 26.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı işi üzrə Açar sözlər: (“pul”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-47/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, "Grand Plaza” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X4 arasında bağlanmış xx.xx.2017 - ci il tarixli, 004 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu X10, ev 59, mənzil 5 ünvanında yerləşən ümumi sahəsi 70,6 kv.m olan (faktiki 84,22 kv.m) olan yaşayış sahəsini sökülmək üçün "Grand Plaza” MMC-yə təhvil verməyi, bunun müqabilində tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş ümumi sahəsi 101,064 kv.m olan mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Təxminən üç il sonra "Grand Plaza” MMC sözügedən yaşayış binasında 101,064 kv.m mənzilin mövcud olmadığını bildirmişdir. Bu səbəbdən tərəflər ilkin razılaşmada nəzərdə tutulmuş mənzilin sahəsindən artıq olar hər kvadrat metr üçün 1500 manat ödəməklə, 124.5 kv.m təmirli mənzilin vətəndaşa verilməsi ilə bağlı yuxarıda qeyd edilən müqaviləyə dair xx.xx.2020-ci il tarixli əlavə razılaşma imzalamışlar. Əlavə razılaşmanın şərtlərinə görə həmin mənzilə əlavə ediləcək 23.436 kv.m sahə üçün 35 154 manat (23.436 x 1500 manat= 35154 manat) vəsaitin ödənilməsi nəzərdə tutulmuş və K.İslamzadə tərəfindən həmin məbləğ "Grand Plaza” MMC-ə tam ödənilmişdir. Hazırda sözügedən mənzilin təhvil prosesi başlamışdır. Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Layihə - Smeta Bürosu tərəfindən Nəsimi rayonu, X10, 59 saylı binanın yerində inşa edilmiş, yeni yaşayış kompleksində vətəndaş X3 verilmiş mənzilin mövcud vəziyyətinə dair təqdim edilmiş eskiz layihədən görünür ki həmin mənzilin ümumi sahəsi 104.55 kv.mdir. Qeyd edilənlərdən məlum olur ki, Cavabdeh MMC tərəfindən K.İslamzadəyə təqdim edilməsi nəzərdə tutulan mənzilin sahəsi tərəflər arasındakı ilkin razılaşmada nəzərdə tutulmuş ölçüdən cəmi 3.486 kv.m (104.55 - 101.064 = 3.486 kv.m) çox olmuşdur. Bu isə vətəndaşdan 29 925 manat (23.436 - 3.486 = 19.95 kv.m, 19.95 x 1500 = 29 925 manat) əlavə pul vəsaiti almasını təsdiq edir. Tərəflər arasında bağlanmış müqavilədən və həmin müqaviləyə dair 1 saylı Əlavədən belə nəticəyə gəlmək olur ki, cavabdeh iddiaçıya məhz 124.5 kv.m. ölçüdə sahə təhvil vermişdir. Eyni zamanda, müqavilə üzrə iddiaçının (sifarişçinin) üzərinə mənzilin sahəsini ölçməklə təhvil alması barədə vəzifə (öhdəlik) qoyulmamışdır. Bu baxımdan iddiaçı (sifarişçi) mənzilin ümumi sahəsini 124.5 kv. m. kimi qəbul etmişdir. Lakin mənzil təhvil alınarkən sonra həmin mənzilə dair Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Layihə - Smeta Bürosu tərəfindən təqdim edilmiş eskiz layihədən mənzilin 104.55 kv.m ölçüdə olduğu məlum olmuşdur. Qeyd edək ki, yüksəkmərtəbəli binaların tikintisi sahəsində ixtisaslaşan və hər bir kv.m. sahənin dəyərini müəyyən edən cavabdeh mənzilin ümumi sahəsinin 124.5 kv.m. olmadığından məlumatlı olmağa borclu idi. Bu da cavabdehin (podratçının) bu qüsuru bilərəkdən gizlətməsi qənaətinə gəlməyə əsas verir. Belə ki, iddiaçı mənzili müqavilə və həmin müqaviləyə dair 1 saylı Əlavəyə uyğun olaraq, 124.5 kvm. olaraq qəbul etmiş, lakin mənzilin faktiki sahəsi 104.55 kv.m olmuşdur. Hüquqi nəticə etibarı ilə iddiaçı onun istifadə və sahibliyinə verilməmiş, habelə mülkiyyət hüququ tanınmamış sahə üçün də ödəniş etmişdir. Beləliklə cavabdeh qeyd edilən podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya müqavilə üzrə (1 saylı Əlavə) müəyyən edilmiş sahədə mənzil təhvil verməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, təhvil verilməmiş sahənin dəyərini iddiaçıya qaytarmalıdır.
2. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-47/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh "Grand Plaza” MTK-dan 21150 manat pul və ödənilmiş 180 manat dövlət rüsumunun 153 manat hissəsinin tutularaq İddiaçı xeyrinə ödənilməsi,iddia tələbinin qalan hissədə təmin edilməməsi ,aparılmış ekspertizalar üzrə 150 manat məbləğində ekspertiza xərcinin cavabdeh "Grand Plaza” MTKdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 752.1, 752.2, 763.1, 587.1; Mülki Prosessual Məcəllənin 77.1, 119.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyini nəzərə alır. Odur ki, mübahisə üzrə mənzilin sahəsi müvafiq azaltma əmsalları tətbiq olunmaqla müəyyən edilən sahə əsas götürülərək həll edilməlidir. Müqavilə üzrə mənzilin yardımçı, balkon sahələri və sxemə uyğun divaraltı sahə nəzərə alınmaqla 110.4 kv.m. olması əsas götürülərək Podratçı tərəfindən müqavilə öhdəliklərinin pozulması xüsusatı müəyyən edilir. Belə ki, müqavilə üzrə təhvil verilməli olan mənzil sahəsi 124.5 kv.m. olmalı olduğu halda, təhvil verilmiş mənzil sahəsi 14.1 kv.m. az sahə təşkil edir. Deməli, müqavilə üzrə iddiaçı tərəfindən 21150 manat (14.1 kv.m. x 1500 manat) artıq pul ödənilmişdir. Müqavilə üzrə təhvil verilmiş mənzil qüsurludur. Belə ki, mənzilin sahəsinin müqavilədə göstərilən sahədən az olması mənzilin (əşyanın) qüsuru sayılır. Alqı-satqı zamanı “qüsurlu əşya vermə” dedikdə alqı-satqı müqaviləsinin predmetinin müqaviləyə uyğun gəlməməsi başa düşülür. Alqı-satqıya aid olan bu qayda podrata da şamil olunur, çünki podratçının özünün əldə etdiyi materiallardan hazırladığı əvəz edilən əşyanı sifarişçiyə verməsinə alqı-satqı qaydaları tətbiq edilir (MM maddə 752.2). Əşya qüsurlu olduqda alıcı öz seçimi əsasında tələb edə bilər: 1) alış qiymətinin mütənasib olaraq azaldılmasını; 2) qüsurların əvəzsiz aradan qaldırılmasını; 3) qüsurların aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini (MM maddə 587.1). Mübahisə “müqavilə azadlığı” prinsipinin şərtləri çərçivəsində mübahisə həll edilməlidir. Məhkəmə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Göstərilən halların heç biri tərəflər arasındaki müqavilə üzrə mövcud deyildir. məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "Grand Plaza” MTK- dan 21150 (iyirmi bir min yüz əlli) manat pul və ödənilmiş 180 manat dövlət rüsumunun 153 (yüz əlli üç) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - xx.xx.2017-ci il tarixli 004 nömrəli Pordat müqaviləsinə əsasən müəyyən edilir ki, müqavilə tərəfləri sifarişçi İddiaçı və podratçı Cavabdeh MMC-dir. Müqavilənin 1.1.2-ci bəndinə əsasən, podratçı Cavabdeh MMC sifarişçi İddiaçı 101,064 kv.m. təmirli mənzili təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin Müqaviləyə edilmiş xx.xx.2020-ci il tarixli Əlavəyə əsasən müəyyən edilir ki, podratçı Cavabdeh MMC sifarişçi İddiaçı 124.5 kv.m. təmirli mənzili təhvil verməyi, sifarişçi isə podratçıya 35154 manat pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə və Əlavəyə əsasən müvafiq mənzilin sahəsinin hesablanma qaydası göstərilməmişdir; - ödəniş qəbzinə əsasən müəyyən edilir ki, müqavilə öhdəlikləri üzrə sifarişçi tərəfindən 35154 manat pul podratçıya ödənilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli 10/1165 nömrəli rəyinə əsasən müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 004 nömrəli müqavilə və həmin müqaviləyə 1 saylı Əlavə üzrə mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəmov küçəsində "Grand Plaza” MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli binada yerləşən mənzilin yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun divaraltı sahələri nəzərə alınmaqla ümumi sahəsi 110.4 kv.m., həmin sahələr nəzərə alınmadıqda isə 104.55 kv.m. təşkil edir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/8841 nömrəli rəyinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəmov küçəsində "Grand Plaza” MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli binada yerləşən mənzilin yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun divaraltı sahələri nəzərə alınmaqla ümumi sahəsi 110.4 kv.m həmin sahələr nəzərə alınmadıqda isə 104.55 kv.m təşkil edir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-47/2025 saylı qərarının tamamilə ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətdə Məhkəmə Ekspertizası Fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə istinadən qeyd edilmişdir ki, İddiaçı Cavabdeh MTK-ya qarş “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 004 nömrəli müqaviləyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, X10, ev 59, mənzil 5 ünvanında yerləşən ümumi sahəsi 70,6 kv.m olan (faktiki 84,22 kv.m) olan yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bununmüqabilində tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş ümumi sahəsi 101,064 kv.m olan mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Təxminən üç il sonra Cavabdeh MMC sözügedən yaşayış binasında 101,064 kv.m mənzilin mövcud olmadığını bildirmişdir. Bu səbəbdən tərəflər ilkin razılaşmada nəzərdə tutulmuş mənzilin sahəsindən artıq olar hər kvadrat metr üçün 1500 manat ödəməklə, 124.5 kv.m təmirli mənzilin vətəndaşa verilməsi ilə bağlı yuxarıda qeyd edilən müqaviləyə dair xx.xx.2020-ci il tarixli əlavə razılaşma imzalamışlar. Əlavə razılaşmanın şərtlərinə görə həmin mənzilə əlavə ediləcək 23.436 kv.m sahə üçün 35 154 manat (23.436 x 1500 manat= 35154 manat) vəsaitin ödənilməsi nəzərdə tutulmuş və K.İslamzadə tərəfindən həmin məbləğ Cavabdeh MMC-ə tam ödənilmişdir. Hazırda sözügedən mənzilin təhvil prosesi başlamışdır. Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Layihə - Smeta Bürosu tərəfindən Nəsimi rayonu, X10, 59 saylı binanın yerində inşa edilmiş, yeni yaşayış kompleksində vətəndaş X3 verilmiş mənzilin mövcud vəziyyətinə dair təqdim edilmiş eskiz layihədən görünür ki, həmin mənzilin ümumi sahəsi 104.55 kv.mdir. Qeyd edilənlərdən məlum olur ki, Cavabdeh MMC tərəfindən K.İslamzadəyə təqdim edilməsi nəzərdə tutulan mənzilin sahəsi tərəflər arasındakı ilkin razılaşmada nəzərdə tutulmuş ölçüdən cəmi 3.486 kv.m (104.55 - 101.064 = 3.486 kv.m) çox olmuşdur. Bu isə vətəndaşdan 29 925 manat (23.436 - 3.486 = 19.95 kv.m, 19.95 x 1500 = 29 925 manat) əlavə pul vəsaiti almasını təsdiq edir. Tərəflər arasında bağlanmış müqavilədən və həmin müqaviləyə dair 1 saylı Əlavədən belə nəticəyə gəlmək olur ki, cavabdeh iddiaçıya məhz 124.5 kv.m. ölçüdə sahə təhvil vermişdir. Bundan əlavə, iş materiallarında olan ekspertizanın keçirilməsi ilə bağlı vəsatətlərinə əsasən qəbul edilmiş e-2(004)-911/2024 saylı xx.xx.2024-cü il tarixli Qərardadda ekspertiza qarşısında fərqli suallar (Bakı şəhəri, Nəsimi rayonu, X10 ev 59 ünvanında yerləşən binada Grand Plaza tərəfindən iddiaçıya təhvil verilmiş mənzilin ümumi sahəsi, müvafiq azalma əmsalları tətbiq olunmadan, bayır və ara divarların altı nəzərə alınmadan nə qədər təşkil edir və Bakı şəhəri, Nəsimi rayonu, X10 ev 59 ünvanında yerləşən binada Grand Plaza tərəfindən iddiaçıya təhvil verilmiş mənzilin divarlarının, arakəsmələrin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi nə qədərdir) qoyulmasına baxmayaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/8841 nömrəli rəyində ekspert tərəfindən həmin suallara tam və əhatəli cavab verilməmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/1165 nömrəli rəyində verdiyi cavablar təkrarlanmışdır. Apellyasiya icraatı zamanı müəyyən edilən hallar
5. Məhkəmə kollegiyası tərəfindən mübahisəli mənzildə ekspertin və tərəflərin iştirakı ilə yerində müayinə aparılmışdır.
6. Yerində müayinə zamanı ekspert X5 bildirmişdir ki, AR Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə istinadən ekspert rəyində iki rəqəm verilmişdir, birində divaraltı sahələr nəzərə alınmayıb, digərində isə sxemə uyğun olaraq divaraltı sahələr nəzərə alınıb. Qeyd etmişdir ki, çöl divarlar ümumiyyətlə rəydə nəzərə alınmayıb, çöl divarlar o zaman nəzərə alınır ki, bununla bağlı hakim ekspert qarşısında sual qoysun, burda isə elə bir sual qoyulmayıb. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, tədqiqat zamanı eskiz layihə ekspertə təqdim edilməyib. Cavabdehin nümayəndəsi Nümayəndə ümumi sahənin müqavilədə qeyd edilən sahə ilə eynilik təşkil etdiyini bildirmiş, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, müqavilədə layihə üzrə sözü qeyd edilməsə də, ümumi sahə qeyd edilmişdir və bu da sahənin layihə üzrə müəyyən edildiyini ehtiva edir. İddiaçı İslam X1 edənin sualına cavab olaraq müqavilə bağlayarkən ona mənzilin sahəsinin içdən-içə hesablanmaqla təhvil veriləcəyini bildirdiklərini qeyd etmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətini əsassız hesab etdiklərini qeyd etmiş, iş üzrə iki dəfə ekspertiza aparıldığını və mənzilin sahəsinin müqavilədə nəzərdə tutulan sahədən az olduğunun müəyyən edildiyini bildirmiş və şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
8. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərədə tutulan tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə (hər iki tərəf şikayət verdiyindən tam) yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdən keçirilməlidir: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
11. Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə əsasən: Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına əsasən: 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 2 4 . İİİ. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. 29-İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 7 1 . İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. 8 0 . Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.
12. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 20 mart 1952-ci il Əlavə protokolunun tələblərinə əsasən: 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 4.2. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları sırasına daxildir. 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1. podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 763.1. əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 587.1-ci maddəsinə əsasən, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2.əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi.
14. Şəhərsalma və Tikinti Məcəllsinin 59.2-ci və 59.3-cü maddələrinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Qeyd olunmalıdır ki, istinad olunan bu maddələr, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şəkildə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını tənzimləyən normalardır.
15. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.8-ci bəndinə əsasən, mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır.
16. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası qeyd edilənlərə və Mülki Prosesual Məcəllənin 76-82, 106, 119, 217, 385-390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlillər öz təsdiqini tapmır və sübuta yetirilmir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillər ümumi səciyyə daşımaqla maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsini, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasını, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və ya qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsini müəyyən etmir.
17. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2017-ci il tarixli 004 nömrəli Pordat müqaviləsinə və Müqaviləyə edilmiş xx.xx.2020-ci il tarixli Əlavəyə əsasən müəyyən edilir ki, podratçı Cavabdeh MMC sifarişçi İddiaçı 124.5 kv.m. təmirli mənzili təhvil verməyi, sifarişçi isə podratçıya 35154 manat pul vəsaitini ödəməyi öhdəsinə götürmüş, Müqavilə öhdəlikləri üzrə sifarişçi tərəfindən 35154 manat pul ödənilmiş,lakin cavabdeh müqavilə şərtlərini pozaraq, müəyyən edilən sahədən daha az sahəli mənzili təhvil vermişdir. Sonuncu ekspert rəyindən müəyyən edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəmov küçəsində "Grand Plaza” MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli binada yerləşən mənzilin yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun divaraltı sahələri nəzərə alınmaqla ümumi sahəsi 110.4 kv.m., həmin sahələr nəzərə alınmadıqda isə 104.55 kv.m. təşkil edir.
18. Məhkəmə kollegiyası ekspert rəyinə münasibət bildirərək hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutların müəyyən edilməməsini, eləcə də ekspert rəylərinin hər ikisinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasını nəzərə alır. Beləliklə də, məhkəmə hesab edir ki, işin araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından qeyd edilən rəyləri hazırkı mübahisənin həll edilməsi üçün və işə baxılması üçün əsas sübut kimi qiymətləndirir. Belə ki, həmin rəylərdə ekspertiza qarşısında qoyulmuş suallara verilmiş cavablar qeyri-müəyyən xarakter daşımamaqla faktiki real vəziyyəti olduğu kimi əks etdirmişdir.
19. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh öhdəliyini pozmaqla mənzili iddiaçıya müqavilədə nəzərdə tutulan ölçüdə onun mülkiyyətinə gözləntisi olan gələcək əmlakından məhrum olmasında ifadə olunur. Yəni, iddiaçı ölçüsü 124.5 kv.m olan mənzil əldə edəcəyini gözlədiyi halda, ona daha az ölçüdə mənzil verilmiş, bununla da mənzillərin ölçülərinin azaldılması nisbətində iddiaçıdan artıq pul vəsaiti alınmaqla ödəliklərinin icra edilməməsi (qüsurlu icra edilməsi) nəticəsində dəymiş zərərin əvəzini ödəməyə borcludur.
20. Beləliklə,məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. Kollegiya məhkəmə xərcləri üzrə hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları onları ödəyən şəxsə aid edilməlidir.
22. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-47/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.