Məhkəmə qərarları › İş №2(103)-2710/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2710/2024

02.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2710/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli 2(004)-4638/2020 saylı qərardadından Cavabdeh nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4638/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh ünvan 1, 7 saylı mənzil üzərində istifadə hüququnun itirilmiş hesab edilməsi qət edilmişdir. Daha sonra Cavabdeh nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4638/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4638/2020 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4638/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin geri qaytarılması qərara alınmışdır. Daha sonra Cavabdeh nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə yenidən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4638/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4638/2020 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4638/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin təmin olunmaması, apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4638/2020 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4638/2020 saylı xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət müddət ötürüldüyündən geri qaytarılmışdır. Həmin qərardaddan xx.xx.2024-cü il tarixdə Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən yenidən şikayət verilmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin şikayət qeyri-mümkün hesab edilmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4638/2020 saylı xx.xx.2024-cü il tarixli qərardadından yenidən şikayət vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4638/2020 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4638/2020 saylı xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş təkrar şikayət yenidən müddət ötürüldüyündən geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixdə Cavabdeh nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4638/2020 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, göstərilən qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsi qanunvericiliyin göstərilən riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarının tam və hərtərəfli aydınlaşdırmamış, işdəki subutları müqatisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayaq nəticəyə gəlmişdir, qərardad maddı hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, hazırki mübahisəyə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. Həmin Məcəllənin 123-cu maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvlən onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Qeyd edilən Məcəllənin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla birgə təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Məhkəmə cavabdehin mübahisəli mənzildə yaşamaması səbəblərini araşdıraraq hesab edır ki, cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. Ona görə ki, işin materialları ilə mübahisəsiz şəkildə təsdiq olunur ki, cavabdeh mübahisəli mənzildən köçüb getmiş, ailə üzvü sırasından çıxmış və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə əlaqəsini kəsmişdir. Odur ki, cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4638/2020 saylı, 13 mart 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə, müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Belə ki, iş materiallarından göründüyü kimi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4638/2020 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4638/2020 saylı xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət müddət ötürüldüyündən geri qaytarılmışdır. Həmin qərardaddan xx.xx.2024-cü il tarixdə Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən yenidən şikayət verilmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin şikayət qeyri mümkün hesab edilmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh nümayəndəsi və vəkili Vəkil Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4638/2020 saylı xx.xx.2024-cü il tarixli qərardadından yenidən şikayət vermişdir “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4638/2020 saylı xx.xx.2024-cü il tarixli qərardadı Cavabdeh nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Buna baxmayaraq, həmin qərardaddan Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə təkrarən apellyasiya şikayəti daxil olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə apelyasiya şikayəti verməklə, apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Bundan başqa qeyd edilməlidir ki, şikayəti verən cavabdeh tərəfindən şikayətə prosessual müddətin bərpa olunması barədə vəsatət də əlavə edilməmiş, bununla da prosessual müddətin ötürülmüş olmasının üzrlü səbəbdən baş verdiyinə və digər bu kimi hallara qiymət vermək mümkün olmamışdır. Şikayətdə göstərilənlərlə əlaqədar isə qeyd edilməlidir ki, cavabdeh qanunvericilik normalarını sadalamaqla kifayətlənmiş, şikayət verilməsi müddətinin ötürülməsi səbəbini və ya ötürülmədiyini əsaslandırmamış, maddi hüquq normalarına istinad etməklə mübahisələndirmək niyyətində olduğu qətnamənin əsassız olduğunu göstərmişdir. Halbuki, hazırda məhkəmə baxışının predmetini təşkil edən məsələ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4638/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin əsaslı olub-olmaması deyil, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-4638/2020 saylı qərardadının ləğvi üçün əsasların mövcudluğunun yoxlanılmasından ibarətdir. Bu istiqamətdə araşdırma isə, şikayətdə sadalanan qanunvericilik normalarına əsasən həyata keçirilmir. Hazırki məsələ ilə əlaqədar isə məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə aktlarından şikayətin verilməsi mülki prosessual qanunvericiliklə dəqiq tənzimləndiyindən, həmin müddətlərə riayət edilməsi proses iştirakçılarını intizamlandırmaqla yanaşı, mülki prosesin təməl prinsiplərindən olan “hüquqi müəyyənlik” prinsipindən irəli gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). Beləliklə yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4638/2020 saylı 29 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar