Məhkəmə qərarları › İş №2(103)-2718/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2718/2022

16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2718/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3038/2021 saylı 25 yanvar 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3038/2021 saylı iş üzrə qəbul etdiyi 02.11.2021-ci il qətnamə ilə iddiaçı "xxxx"MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin olunmuşdur. Cavabdeh məhkəməyə apellyasiya şikayəti vermiş, və 13.01.2022-ci il tarixdə isə buraxılmış müddətin bərpa olunmasına dair ərizə ilə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamə ədalətsiz və əsassız olduğundan həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Sonradan ona məlum olmuşdur ki, guya 02.11.2021-ci il tarixli qətnamənin ona 15.11.2021-ci il tarixdə təqdim olunması barədə poçt qəbzi vardır. Bildirir ki,o, 09.01.2022-ci il tarixində qətnamə ona rəsmi qaydada təqdim olunmuş, 10.01.2022-ci il tarixdə ondan apellyasiya şikayəti vermişdir. Odur ki, qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3038/2021 saylı 25 yanvar 2022-ci il tarixli qərardadı ilə ərizə təmin olunmamış və apellyasiya şikayəti cavabdehə geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan borclu Cavabdeh şikayət verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3038/2021 saylı 10 fevral 2022-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3038/2021 saylı 25 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xəbərnaməli qəbzdən görünür ki, Cavabdeh 15.11.2021-ci il tarixdə qətnaməni şəxsən rəsmi qaydada almışdır. Buna baxmayaraq 11.01.2022-ci il tarixdə məhkəməyə apellyasiya şikayəti vermiş, 13.01.2022-ci il tarixdə isə buraxılmış müddətin bərpa olunmasına dair ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddət buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, müddətin bərpasına dair ərizəyə Cavabdeh müddətin üzürlü səbəblərdən buraxılmasını təsdiq edən hər hansı sübut əlavə edtmədiyindən birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq ərizə rədd edilmişdir. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə göstərilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3038/2021 saylı 25 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3038/2021 saylı 25 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar