Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-272/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı “İddiaçıBank” QSC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-165/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “İddiaçıBank” QSC cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdеhlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 müştərək qaydada iddiaçı “xxxxxxxxxx” QSC-nin хеyrinə 26R000004703 saylı krеdit razılaşması üzrə 15210.33 ABŞ Dolları krеdit bоrcu, 9455.91 ABŞ Dolları faiz bоrcu, 9903.95 ABŞ Dolları cərimə olmaqla, cəmi 34570.19 ABŞ Dolları, 026R********** saylı krеdit razılaşması üzrə 94409.22 ABŞ Dolları krеdit bоrcu, 36367.35 ABŞ Dolları faiz bоrcu, 38743.77 ABŞ Dolları cərimə olmaqla, cəmi 169520.34 ABŞ Dolları, 026R********** saylı krеdit razılaşması üzrə 23739.62 ABŞ Dolları krеdit bоrcu, 9108.56 ABŞ Dolları faiz bоrcu, 10846.22 ABŞ Dolları cərimə olmaqla, cəmi 43694.4 ABŞ Dolları, 3 (üç) kredit razılaşması üzrə ümumilikdə cəmi 247784 (iki yüz qırx yeddi min yeddi yüz səksən dörd) ABŞ Dolları 93 sent (dörd) sent məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 80 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh5 mülkiyyətində olan İsmayıllı şəhəri, H.Əliyev prospekti 107 saylı evin 8 saylı mənzilinə, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi 21B saylı evin 30 saylı mənzilinə, Cavabdeh1 mülkiyyətində olan İsmayıllı şəhəri, Cavanşir küçəsi 15 ünvanındakı qeyri-yaşayış binasına, Cavabdeh4 və Cavabdeh3 mülkiyyətində olan İsmayıllı şəhəri, M.Orucov küçəsində yerləşən 5 saylı fərdi yaşayış evinə (0.06 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması və onların satışından əldə olunan vəsait hesabına “İddiaçıBank” QSC-yə borcun ödənilməsi, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 müştərək qaydada tutulması, Cavabdeh5 mülkiyyətində olan İsmayıllı şəhəri, H.Əliyev prospekti 107 saylı evin 8 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh5 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onun mənzildən çıxarılması, mənzilin bоşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi 21B saylı evin 30 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay sonra Cavabdeh5 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onun mənzildən çıxarılması, mənzilin bоşaldılması və hərracın nəticləri üzrə alıcıya təhvil verilməsi, Cavabdeh1 mülkiyyətində olan İsmayıllı şəhəri, Cavanşir küçəsi 15 ünvanındakı qeyriyaşayış binasına tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay sonra qeyri-yaşayış sahəsinin bоşaldılması və “İddiaçıBank” QSC-yə təhvil verilməsi, Cavabdeh4 və Cavabdeh3 mülkiyyətində olan İsmayıllı şəhəri, M.Orucov küçəsi 5 ünvanında olan 0.06 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay sonra Cavabdeh4 və Cavabdeh3 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin əmlakdan çıxarılması, əmlakın bоşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-165/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 müştərək qaydada xx.xx.2014-cü il tarixli 26R000004703 saylı kredit razılaşması üzrə 15210 (on beş min iki yüz on) ABŞ Dolları 33 (otuz üç) sent əsas kredit borcu, 9455 (doqquz min dörd yüz əlli beş) ABŞ Dolları 91 (doxsan bir) sent faiz borcu, 1000 (min) ABŞ Dolları cərimə borcu, cəmi 25666 (iyirmi beş min altı yüz altmış altı) ABŞ Dolları 24 (iyirmi dörd) sent məbləğində pulun, xx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşması üzrə 94409 (doxsan dörd min dörd yüz doqquz) ABŞ Dolları 22 (iyirmi iki) sent əsas kredit borcu, 36367 (otuz altı min üç yüz altmış yeddi) ABŞ Dolları 35 (otuz beş) sent faiz borcu, 10000 (on min) ABŞ Dolları cərimə borcu, cəmi 140776 (yüz qırx min yeddi yüz yetmiş altı) ABŞ Dolları 57 (əlli yeddi) sent məbləğində pulun, xx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşması üzrə 23739 (iyirmi üç min yeddi yüz otuz doqquz) ABŞ Dolları 62 (altmış iki) sent əsas kredit borcu, 9108 (doqquz min yüz səkkiz) ABŞ Dolları 56 (əlli altı) sent faiz borcu, 2000 (iki min) ABŞ Dolları cərimə borcu, cəmi 34848 (otuz dörd min səkkiz yüz qırx səkkiz) ABŞ Dolları 18 (on səkkiz) sent məbləğində pulun, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun və 80 (səksən) manat xidmət haqqının əvəzi olmaqla, cəmi 201290 (iki yüz bir min iki yüz doxsan) ABŞ dolları 99 (doxsan doqquz) sent (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 150 (bir yüz əlli) manat məbləğində pulun alınaraq iddiaçı “İddiaçıBank” QSC-yə ödənilməsi, tutmanın ipoteka qoyulmuş Cavabdeh5 mülkiyyətindəki İsmayıllı şəhəri, H.Əliyev prospekti 107 saylı 4 mərtəbəli binanın 1-ci girişində 4-cü mərtəbəsində yerləşən 71.4 m2 ümumi 48.13 m2 yaşayış sahəsindən ibarət binanın 8 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 37.000 (otuz yeddi min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, tutmanın ipoteka qoyulmuş Cavabdeh5 mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 21B nömrəli 5 mərtəbəli binada 42.47 m2 ümumi, 30.46 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı 30 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın ilkinsatış qiyməti 55.000 (əlli beş min) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması, tutmanın ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətindəki İsmayıllı şəhəri, Cavanşir küçəsi 15 ünvanındakı qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 140.000 (yüz qırx min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, tutmanın ipoteka qoyulmuş Cavabdeh4 və Cavabdeh3 birgə mülkiyyətindəki İsmayıllı şəhəri, M.Orucov küçəsində yerləşən 5 nömrəli fərdi yaşayış evinə (0.06 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 35.000 (otuz beş min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, satışlardan əldə olunmuş vəsait hesabına cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 iddiaçı “İddiaçıBank” QSC-yə olan kredit borclarının ödənilməsi, əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğu halda isə artıq qalan pul vəsaitinin müvafiq olaraq cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qaytarılması, hərracdan əldə olunacaq vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutulması, ipoteka predmetlərinin satıldıqdan bir ay sonra boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdehlər apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə “İddiaçıbank” QSC ilə Cavabdeh1 Volodiya oğlu, Cavabdeh4 və Cavabdeh3, Cavabdeh2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 26S000000866 və 26S000000867, xx.xx.2013-cü il tarixli 26S000001958 və 26S000001957 saylı zaminlik müqavilələrinə xitam verilməsini, iş üzrə “İddiaçıbank” QSC ilə Cavabdeh4 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 026M**********01 saylı ipoteka müqaviləsinə, Cavabdeh5 ilə bağlanmış xx.xx.2011-ci il tarixli 26M000000125 saylı və xx.xx.2011-ci il tarixli 026M00000124 saylı ipoteka müqavilələrinə, Cavabdeh5 və Cavabdeh1 ilə bağlanmış xx.xx.2011-ci il tarixli 26M000000155 saylı ipoteka müqavilələrinə xitam verilməsini, qətnamədə əmlaklara qoyulmuş qiymətlərin əsassız və qeyri-obyektiv hesab edilməsini, iddia tələbinin 133359.17 (yüz otuz üç min üç yüz əlli doqquz dollar on yeddi sent) ABŞ dolları məbləğində təmin edilməsini, iddianın qalan hissədə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qiymətləndirici tərəfindən əmlaka qoyulmuş qiymətlər qeyri-obyektivdir və reallığı ümumiyyətlə əks etdirmir. Məhkəmə prosesində şifahi vəsatət verərək məhkəmədən mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etsələr də bu vəsatətləri təmin olunmamışdır. Bir iş üzrə 10 ədəd kredit müqaviləsi və ona edilmiş dəyişikliklər olduğu, dəfələrlə ödəniş planı və müvafiq olaraq faiz dərəcələri dəyişdirildiyi, iddia məbləğinin 274 784 ABŞ dolları olduğu halda məhkəmə bu sahədə xüsusi biliyi olan şəxslərin rəyi olmadan istəsə də iddia tələbinin düzgün hesablanmasını müəyyən edə bilməzdi. Bu isə öz növbəsində məhkəmənin çıxardığı qərarda göstərilən yekun məbləği şübhə altına alır. Digər tərəfdən faktiki olaraq bəllidir ki, müqavilə üzrə öhdəlikləri öz xoşları ilə deyil, Mərkəzi Bankın qəbul etdiyi devalivasiya qərarı ilə əlaqədar icra edə bilməmişlər. Əgər müqavilənin icra olunmaması onların təqsirləri üzündən baş verməmişdirsə, hesab edirlər ki, məhkəmə qətnaməsi ilə təyin olunmuş yüksək məbləğdə cərimə də qanunsuzdur və onların düşdüyü ağır vəziyyəti daha da ağırlaşdırmaqdan başqa bir məqsəd daşımır. Bütün təminat müqavilələri xx xxxxxxxx 2011-ci il tarixli 26L000000476 saylı xredit xətti müqaviləsinə bağlanmışdır. Müqavilədən də göründüyü kimi kredit xətti müqaviləsində veriləcək kreditlərin faiz dərəcələri qeyd olunmamışdır. İmzalanmış bəzi ödəniş planlarında zaminlərin və ipoteka qoyanların ödəniş planları ilə razı olduqları qeyd olunsa da həmin planlarda qeyd olunmuş faiz dərəcələri çaşdırıcı formada yazılaraq cavabdehlərdə çaşqınlıq yaratmağa yönəldilmişdir. Belə ki, ödəniş planında aşağı faiz dərəcəsi yazılmaqla həmin faizin illik yaxud aylıq olması dəqiq göstərilməmişdir. Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarında məhkəmə tərəfindən qeyd olunur ki, “Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ipoteka müqaviləsinin bağlanması üçün də kredit xətti müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsinin mühüm şərtlərinə dəyişiklik edildikdə ipoteka müqaviləsində də müvafiq düzəlişlər edilməlidir. Belə ki, “İpoteka haqqında” qanunun 14-cü maddəsində qeyd olunur ki, ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı aparılmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apelyasiya baxışının hədlərini qətnamənin borcun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi və ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İş materiallarının birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, “İddiaçıBank” QSC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2011-cü il tarixli 26L000000476 saylı kredit xətti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh5 120 ay müddətinə 500000 ABŞ Dolları məbləğində kredit xətti açılmış, “İddiaçıBank” QSC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 26R000004703 saylı kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh5 aylıq 1.5 faizlə 36 ay müddətinə 55000 ABŞ dolları məbləğində kredit verilmiş, “İddiaçıBank” QSC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh5 aylıq 1.3333 faizlə 36 ay müddətinə 132000 ABŞ dolları məbləğində kredit verilmiş, “İddiaçıBank” QSC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh5 aylıq 1.3333 faizlə 36 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit verilmiş, zaminlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 borclu Cavabdeh5 bank qarşısında kredit müqavilələri üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşımaları barədə öz üzərlərinə öhdəliklər götürmüşlər, “İddiaçıBank” QSC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh5 məxsus olan İsmayıllı şəhəri H.Əliyev prospekti 107 saylı 4 mərtəbəli binanın 1-ci girişində 4-cü mərtəbəsində yerləşən 71.4 m2 ümumi 48.13 m2 yaşayış sahəsindən ibarət binanın 8 saylı mənzil Bank qarşısında ipoteka ilə yüklü edilmiş, “İddiaçıBank” QSC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 26M000000124 saylı ipoteka müqaviləsinə əsasən tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh5 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 21B nömrəli 5 mərtəbəli binada 42.47 m2 ümumi, 30.46 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı 30 nömrəli mənzil Bank qarşısında ipoteka ilə yüklü edilmiş, “İddiaçıBank” QSC ilə Cavabdeh5 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus olan İsmayıllı şəhəri, Cavanşir küçəsi 15 ünvanındakı qeyri-yaşayış binası Bank qarşısında ipoteka ilə yüklü edilmiş, “İddiaçıBank” QSC ilə Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 026M**********01 saylı ipoteka müqaviləsinə əsasən tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh4 və Cavabdeh3 birgə mülkiyyətində olan İsmayıllı şəhəri M.Orucov küçəsində yerləşən 5 nömrəli fərdi yaşayış evi (0.06 ha torpaq sahəsi ilə birlikdə) Bank qarşısında ipoteka ilə yüklü edilmiş, cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər. Cavabdehlər apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən tutulan borc məbləğini, borc məbləğinin həmçinin zaminlərdən tutulmasını, tutulan borc məbləğlərinin ipoteka qoyulmuş əmlaklara yönəldilməsini, ipoteka qoyulmuş əmlakların ilkin satış qiymətlərinin qeyri-obyektiv olmasını mübahisələndirmişlər. Apelyasiya baxışı zamanı məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2020-ci il tarixli, 2(103)- 7451/2019 saylı ekspert rəyinə əsasən xx.xx.2014-cü il tarixli 26R000004703 saylı kredit razılaşması üzrə əsas borc 23.420,22 ABŞ dolları, faiz borcu 4419,97 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşması üzrə əsas borc 95.072,02 ABŞ dolları, faiz borcu 19.850,23 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşması üzrə əsas borc 23.435,94 ABŞ dolları, faiz borcu 5284,95 ABŞ dolları müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Kollegiya qeyd edir ki, xx.xx.2014-cü il tarixli, 26R000004703 saylı kredit razılaşması üzrə iddiaçı tərəfindən 9455,91 ABŞ dolları faiz borcu tələb edilməsinə baxmayaraq ekspert tərəfindən 4419,97 ABŞ dolları faiz borcunun, xx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşması üzrə iddiaçı tərəfindən 36367,35 ABŞ dolları faiz borcu tələb edilməsinə baxmayaraq ekspert tərəfindən 19.850,23 ABŞ dolları faiz borcunun, xx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşması üzrə iddiaçı tərəfindən 23739,62 ABŞ dolları əsas borc, 9108,56 ABŞ dolları faiz borcu tələb edilməsinə baxmayaraq ekspert tərəfindən 23435,94 ABŞ dolları əsas borc, 5284,95 ABŞ dolları faiz borcu olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 467 və 739-cu maddələrinə əsasən xx.xx.2014-cü il tarixli, 26R000004703 saylı və xx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşmaları üzrə əsas borcun və hər üç müqavilə üzrə dəbbə pulunun tutulması hissələrində əsaslı nəticəyə gəlsə də, digər məbləğlərin tutulması hissəsində əsaslı nəticəyə gəlməmişdir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası rəyinə əsasən tərəflər arasında olan kredit razılaşması üzrə müqavilə müddətinin sonuna əsas və faiz borcu məbləğləri yuxarıda qeyd edilən kimi olmuşdur. Ekspert rəyi ilə müəyyən edilən xx.xx.2014-cü il tarixli, 26R000004703 saylı və xx.xx.2015ci il tarixli 026R********** saylı kredit razılaşmaları üzrə əsas borcun məbləği iddiaçının iddia tələbində qeyd olunan əsas borcun məbləğindən yüksək olduğundan və məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən həmin hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalı, birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2014-cü il tarixli, 26R000004703 saylı və xx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşmaları faiz borcunun, xx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşması üzrə isə həm əsas, həm də faiz borcunun, bundan asılı olaraq cəmi borcların tutulması hissələrində dəyişdirilməli və ekspert rəyi ilə müəyyən edilən məbləğlər əsas götürülməlidir. Belə ki, xx.xx.2014-cü il tarixli, 26R000004703 saylı kredit razılaşması üzrə faiz borcunun məbləği 4419,97 ABŞ dolları və bundan asılı olaraq cəmi borcun məbləği 20630,3 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşması üzrə faiz borcun məbləği 19.850,23 ABŞ dolları və bundan asılı olaraq cəmi borcun məbləği 124259,45 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşması üzrə əsas borcun məbləği 23435,94 ABŞ dolları, faiz borcun məbləği 5284,95 ABŞ dolları və bundan asılı olaraq cəmi borcun məbləği 30720,89 ABŞ dolları, hər üç müqavilə üzrə cəmi borc məbləği 175610,64 ABŞ dolları müəyyən edilməlidir. Kollegiya eyni zamanda qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun məbləği mütənasib həddədək azaldılmışdır. Cavabdehlər həmçinin ipoteka predmetlərinin ilkin satış qiymətlərinin aşağı olduğunu bildirirlər. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş və ipoteka ilə yüklü edilmiş bütün əmlaklar üzrə qiymətləndirmə rəyi tərtib edilmişdir. Qiymətləndirmə rəyləri kifayət qədər aydın və müfəssəl tərtib edilməklə yanaşı, həmin rəylərin mötəbərliyini şübhə altına alacaq hər hansı sübut cavabdehlər tərəfindən təqdim edilməmiş, apelyasiya baxışı zamanı ipoteka predmetlərinin yenidən qiymətləndirilməsinin aparılması zərurəti müəyyən edilməmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya şikayətinin zaminlik və ipoteka müqavilələrinə xitam verilməsi hissələrinə münasibətdə kollegiya qeyd edir ki, cavabdehlər tərəfindən hər hansı iddia tələbi irəli sürülmədiyindən müqavilələrə xitam verilməsi məsələsinə baxılması mümkünsüzdür. Bununla belə kollegiya borc tələbinin bütün cavabdehlərdən tutulmasını (əsas borcludan və zaminlərdən) və ipoteka predmetlərinin ikisinin digər cavabdehlərin mülkiyyətlərində olmasını nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 295, 317.1, 319.1, 319.6, “İpoteka haqqında” qanunun 33. 34.1, 39.1, 39.3.3, 59.3 və 59.4-cü maddələrinə istinad edərək borc məbləğlərinin həmçinin zaminlərdən tutulması və ipoteka predmetlərinə yönəldilməsi hissələrində də əsaslı nəticəyə gəlmişdir. Kollegiya həmçinin qeyd edir ki, zaminlər (eyni zamanda ipoteka qoyanlar) kredit sazişləri və kredit sazişlərinə əlavələrlə tanış olmuş və bunu imzaları ilə təsdiq etmişlər. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2014-cü il tarixli, 26R000004703 saylı və xx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşmaları faiz borcunun, bundan asılı olaraq cəmi borcların, xx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşması üzrə isə həm əsas, həm də faiz borcunun, bundan asılı olaraq cəmi borcun tutulması, həmçinin hər üç müqavilə üzrə cəmi borcun tutulması hissələrində dəyişdirilməli, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 manat cavabdehlərdən tutularaq Məhkəmə ekspertizası mərkəzinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 385.1.1, 392-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-165/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi, xx.xx.2014-cü il tarixli, 26R000004703 saylı və xx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşmaları faiz borcunun, bundan asılı olaraq cəmi borcların, xx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşması üzrə isə həm əsas, həm də faiz borcunun, bundan asılı olaraq cəmi borcun, həmçinin hər üç müqavilə üzrə cəmi borcun tutulması hissələrində dəyişdirilsin. xx.xx.2014-cü il tarixli, 26R000004703 saylı kredit razılaşması üzrə faiz borcunun məbləği 4419,97 ABŞ dolları və bundan asılı olaraq cəmi borcun məbləği 20630,3 ABŞ dolları, xx.xx.2015ci il tarixli 026R********** saylı kredit razılaşması üzrə faiz borcun məbləği 19.850,23 ABŞ dolları və bundan asılı olaraq cəmi borcun məbləği 124259,45 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşması üzrə əsas borcun məbləği 23435,94 ABŞ dolları, faiz borcun məbləği 5284,95 ABŞ dolları və bundan asılı olaraq cəmi borcun məbləği 30720,89 ABŞ dolları, hər üç müqavilə üzrə cəmi borc məbləği 175610,64 ABŞ dolları müəyyən eilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 145 manat tutularaq Məhkəmə ekspertizası mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-272/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-272/2020
18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver