Məhkəmə qərarları › İş №2(103)-2721/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2721/2020

01.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2721/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının vəkili-nümayəndəsi Vəkil, Cavabdehlər Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1064/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni sahibliyində və istifadəsində olan Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 2, ev 4, mənzil 26 ünvanında yerləşən yaşayış sahəsi ilə bağlı gəlini - Cavabdeh1, nəvəsi Cavabdeh2, nəvəsi X1, gəlini Cavabdeh4, nəvəsi Cavabdeh5, nəvəsi Cavabdeh6, keçmiş gəlini Cavabdeh8, nəvələri X4 və Cavabdeh9 istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, 1936-cı ildə anadan olmuş, artıq səksən iki yaşı vardır. 1957-ci ildə X5 ilə rəsmi nikahla ailə qurmuşdur. Birgə nikahdan Elxan, Elçin, Elşən, Elşad, Eyvaz adlarında 5 oğlan, Rəbiyyə adlı bir qız övladları doğulmuşdur. Əri xx xxxx 1988-ci il tarixdə vəfat etmişdir. Qeydiyatda olduğu ünvanda - ünvan 1 yerləşən 26 nömrəli mənzili Bakı şəhər keçmiş XDS-nin İcariyyə Komitəsinin xx xxxxxxx 1984-cü il tarixli 06/13 nömrəli sərəncamına əsasən mərhum əri və ailə üzvlərinin adına verilmiş xx xxxxxxx 1984-cü il tarixli, 204910 nömrəli order əsasında təsdiq edilmişdir. Həmin orderə ailə üzvlərindən Elxan daxil edilməmişdir. Çünki o, həmin vaxt hərbi xidmətdə olmuşdur. Birgə nikahdan olan övladları Rəbiyyə, Elçin, Elşən, Elşad və Eyvazın adları orderdə göstərilmişdir. Övladlarından Elçin 2009-cu ilin mart ayında, Elxan isə 2015-ci ilin iyun ayında vəfat etmişdir. Hal-hazırda qeydiyyatda olduğu mənzildə qızı Rəbiyyə və oğlu Eyvazla birlikdə yaşayırlar. Qızı boşanmışdır və dörd övladından yetikinlik yaşına çatmayan üçü ilə birlikdə onun mənzilində yaşayır, hazırki iş üzrə cavabdeh olan digər övladı Cavabdeh9 isə 2012-ci il tarixdən atasına məxsus evdə atası ilə birlikdə yaşamaqdadır. Eyvaz da ailəlidir və onun həyat yoldaşı da onlarla birlikdə yaşayır. Bir müddət bundan əvvəl mənzilin öz adına özəlləşdirilməsi üçün zəruri sənədləri toplamışdır. Mənzilin orderində adları çəkilən sağ övladlarının hamısı mənzilin onun adına özəlləşdirilməsinə razılıq vermişlər. Lakin sənədləri ilkin olaraq reyestr orqanına təqdim edərkən ona bildirmişlər ki, qeydiyyatda olanların da razılığı lazımdır. Lakin orderdə adları çəkilən övladlarının razılığı alınsa da, onların mənzildə yaşamayan, mənzildən istifadə etməyən ailə üzvləri özəlləşdirməyə razılıq verməkdən və yazılı ərizə tərtib edib notarial qaydada imza etdirməkdən imtina etmişlər. Hal-hazırda mülkiyyət hüquqlarını qeydiyyata aldıra bilmir. Hansı ki, bu hüquq 1993-cü il tarixli “Mənzillərin özəlləşdirilməsi” haqqında qanunla tanınmışdır. Lakin onlar uzun müddət ərzində məhz mənzildə qeydiyyatda olub burada yaşamayanların üzündən mənzili özəlləşdirə bilməmişlər. Hal-hazırda belə qərara gəlmişdir ki, mənzildən istifadə etməyən keçmiş ailə üzvlərinin istifadə hüquqlarına məhkəmə qaydasında xitam verilsin və mənzillə bağlı mülkiyyət hüququnu qeydiyyata alsın. Cavabdehlərdən hərəsinin özünün ev-eşikləri vardır. Onlardan bəziləri başqa ünvanlarda valideynləri ilə, bəziləri isə müstəil olaraq yaşayırlar. Cavabdeh1, Cavabdeh2, Soltanova Gülşən onun oğlu X7 ailə üzvləridirlər. Oğlu hal-hazırda mənzildə yaşamasa da o, mənzilin özəlləşdirilməsinə etiraz etmir, razılığını bildirən ərizə də yazıb təsdiqlətmişdir. Lakin ailə üzvləri mənzildə yaşamasalar da razılıq ərizəsi verməkdən imtina edirlər. Elşən hazırki işdə cavabdehlər olan arvadı Cavabdeh1, oğlan övladı Rövşən və qız övladı Gülşən ilə birlikdə 2010-cu ildə mənzildən könüllü olaraq çıxmış və Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 73, mənzil 66 ünvanında yerləşən özlərinə məxsus yaşayış sahəsinə koçmüşlər. Həmin zamandan indiyə kimi orada yaşayırlar. Elşənin qızı Gülşən bir neçə il bundan əvvəl ailə qurub ər evinə köçmüşdür, artıq 2-3 ildir ki, ər evində yaşayır. Onun toy mərasimində də iştirak etmişlər. Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 mərhum oğlu X8 ailə üzvləridirlər. Elxan 1964-cü ildə doğulmuş və 2015-ci ildə dünyasını dəyişmişdir. Elxan hələ sağlığında təxminən 2005-2007-ci illərdə Biləcəridə aldığı torpaq sahəsində fərdi ev tikmiş və ailəsi ilə birlikdə onun mənzilindən çıxaraq yeni evinə köçmüşdür. Onun ailə üzvləri həyat yoldaşı Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ibarət olmuşdur. Hal-hazırda ailə üzvləri Biləcəridəki fərdi həyət evində yaşayırlar. Cavabdehlər Cavabdeh8, Qocayeva Gülçin 2009-cu ildə vəfat etmiş mərhum oğlu X9 ailə üzvləridirlər. Ölümündən əvvəl oğlu xəstə olmuş, yataqda müalicə olunmuşdur. Sevinc isə xəstə ərinə baxmaqdan imtina etmiş və artıq 2008-ci ildə qızını da götürüb mənzildən çıxmışlar. 2008-ci ildə boşanma iddiası vermiş, 2009-cu ilin fevral ayının 5-də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 476/2009 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Sevinc və Gülçin 2008-ci ildən mənzildə yaşamır və mənzildən istifadə etmirlər. Cavabdeh9 qızı Soltanova Rəbiyyənin yetkinlik yaşına çatmış böyük övladıdır. Qızı Rəbiyyə 2014-cü ildə ərindən boşanaraq onun yanına qayıtmışdır. Hal-hazırda üç azyaşlı övladı ilə birlikdə onun mənzilində yaşayır. Onun 1993-cü ildə anadan olan böyük övladı Cavabdeh9 isə onların mənzildən çıxmış, ailə quraraq atası ilə birlikdə atasının Sulutəpə qəsəbəsində yerləşən həyət evində yaşayır. O da onun mənzilindən istifadə etmir. Cavabdehlər hazırda sözügedən mənzildə yaşamırlar və həmin mənzildən faktiki olaraq istifadə etmirlər. Belə bir halda, onların ona və ailə üzvlərinə məxsus yaşayış sahəsində formal olaraq qeydiyyatda qalmaları mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməyinə mane olur, bu hüquqlarından tam istifadə etmək və bu hüquqların üzərində sərəncam vermək imkanlarını məhdudlaşdırır, konstitusion hüquqlarının gerçəkləşməsinə maneələr yaradır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1064/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş,Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh8, X4, Cavabdeh9 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 2, ev 4, mənzil 26 ünvanından istifadə hüquqlarına xitam verilməsi,iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilmiş hissədə təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-8613/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birici instansiya məhkəməsin dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-7849/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-8613/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki,məhkəmə qeyd olunan nəticəyə gələrkən iş üzrə məhkəməyə təqdim etdiyi sübutları (adları çəkilən cavabdehlərin uzun müddətdir ki, mənzildə yaşamadığını təsdiqləyən qonşuların imzaladığı aktı, MKİS-in arayışını, şahid ifadələrini) nəzərə almamış, birtərəfli qaydada yalnız Cavabdeh4 izahatını əsas tutmuşdur. Halbuki, işin məhkəmədə araşdırılan hallarından aydın idi ki, Cavabdeh4 və oğlanları Cavabdeh5 və Cavabdeh6 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 2, ev 4, mənzil 26 ünvanında uzun müddətdir ki, yaşamırlar. Onlar 2015-ci ildə vəfat etmiş oğlu X8 ailə üzvləridir. Elxan hələ sağlığında təxminən 2005-2007-ci illərdə Biləcəridə aldığı torpaq sahəsində fərdi ev tikmiş və ailəsi ilə birlikdə mənzildən çıxaraq yeni evinə köçmüşdür. Həmin evdə uşaqların böyük toy məclisi, oğlunun yas mərasimi keçirilmişdir. Sonuncu dəfə mənzilin özəlləşdirilməsi ilə bağlı notarial qaydada razılığın alınması üçün qızı Rəbiyyə ilə həmin evə getmiş, Cavabdeh4 onları evin qapısında qarşılamışdır. Məhkəməyə tərəfindən təqdim edilmiş Bakı şəhər 113 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışda göstərilmişdir ki, Cavabdeh4 və oğlanları Cavabdeh5 və Cavabdeh6 qeyd olunan həmin ünvanda yaşamırlar. Qonşuları X12, X23 və X2 tərəfindən tərtib edilmiş akt da həmin şəxslərin qeyd olunan ünvanda yaşamadıqlarını və qeydiyyatlarının formal xarakter daşıdığını təsdiq etmişdir. Belə ki, məhkəmə Cavabdeh4 ziddiyyətli izahatını iş üzrə digər sübut və materiallarla qarşılaşdırmamış, nəticədə əsassız qətnamə qəbul etmiş, qətnamədə işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Cavabdeh4 özü məhkəməyə verdiyi izahatda bildirmişdir ki, guya 1991-ci ildə məhkəmənin qətnaməsi ilə ona həmin mənzildə otaq ayrılmışdır. Lakin bu faktı təsdiqləyən heç bir sənəd (qərar, qətnamə və s.) cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. İkincisi, Cavabdeh4 izahatında guya mənzildən məcburi qaydada çıxarılmasını bildirmişdir. Halbuki, oğlu Elxan hələ sağlığında özünün tikdirdiyi fərdi yaşayış evinə öz ailəsi ilə birlikdə çıxaraq yaşamağa başlamışdır. Əgər mənzildən məcburi çıxarılmışdısa, indiyə kimi nəyə görə öz hüquqlarını qorumaq, bərpa etmək üçün məhkəməyə müraciət etməməsini Cavabdeh4 əsaslandıra bilməmişdir. Məhkəmədə dindirilmiş şahidlər də bu faktı təsdiq etmişlər. Şahid X18 öz ifadəsində bildirmişdir ki, gəlinləri Cavabdeh4 normal şəraitli, 3 otaqlı evi var, 2005-ci ildən həmin yaşayış sahəsində yaşayır. Digər şahid X13 ifadəsində bildirmişdir ki, cavabdehlərin mübahisəli mənzildə yaşadıqlarını, gəlib-getdiklərini heç vaxt görməmişdir. Şahid qismində dindirilmiş X10 isə ifadəsində bildirmişdir ki, Cavabdeh4 hazırda yaşadığı evə məhkəmə mübahisəsi başlamamışdan əvvəl anası ilə birlikdə getmişdir. Həmin ev həyət evi idi. Hələ qardaşının sağlığında onun oğlunun kiçik toy məclisi də həmin həyət evində olmuşdur. Göründüyü kimi qeyd olunan və tərəfindən məhkəməyə təqdim olunan sübutları işə baxan hakim nəzərə almaq istəməmiş, üstəlik məhkəmə qətnaməsində iddiaçı tərəfin həmin cavabdehlərin daimi yaşamaq üçün başqa ünvana köçdüklərini qeyd etsə də, bunu təsdiq edən mötəbər sübutları guya məhkəməyə təqdim edə bilmədiyi göstərilmişdir. Təqdim etdiyi kifayət qədər sübutların məhkəmə tərəfindən hansı əsasla nəzərə alınmadığı aydın deyil. Hər bir halda məhkəmə bunları qiymətləndirməmiş və mötəbərliliyi məsələsinə toxunmamışdır. Deməli, həmin sübutlar məhkəməyə sərf etməmişdir. Cavabdeh4 15 ildən artıq bir müddətdə qeyd olunan mənzildən çıxaraq, başqa yaşayış sahəsinə köçməsi artıq onun həmin mənzilə istifadə hüququnu itirdiyini açıq-aşkar göstərir. Hazırki iş üzrə müəyyən edilmişdir ki, cavabdehlər uzun müddət həmin mənzildən istifadə etməmişlər və davamlı surətdə başqa yerdə yaşamışlar. Göründüyü kimi, cavabdehlərin onlara məxsus yaşayış sahəsi ilə heç bir əlaqələri, bağlılıqları yoxdur. Onların istifadə hüquqları formaldır, gerçək deyildir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəmə kollegiyasının iclasında gəlmədiklərindən və məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddiaçıya münasibətdə iddia tələbinin təmin edilməmiş hissəsində yoxlanılması təşkil edir. Digər tərəflər apellyasiya şikayəti vermədiklərindən qətnamə onlara münasibətdə yoxlanılmır. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı tərəf cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 daimi yaşamaq üçün başqa ünvana köçdüklərini qeyd etsə də, bunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, Cavabdeh4 izahatında onun və uşaqlarının məcburiyyət qarşısında qeydiyyatda və istifadə hüquqları mövcud olan mübahisəli yaşayış sahəsində yaşaya bilmədiklərini göstərmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 aid hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır, işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi təmin edilməyən hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bir sıra halları araşdırmamış və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx xxxxxxxx 2017-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, Cavabdeh2, Cavabdeh4, Cavabdeh8, Cavabdeh1, Cavabdeh9, X18, Cavabdeh7, X14, X11, X6, Cavabdeh6, Cavabdeh5, X10 ünvan 2 mənzil 26 ünvanında qeydiyyatdadırlar.Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfat Departamenti 2 saylı Xüsusi Təyinatlı MKTB 113 saylı MKİS-in xx xxxxxxx 2018-ci il tarixli, 75 saylı arayışından görünür ki, İddiaçı xx xxxx 1985-ci ildən, X18 xx xxxx 1992-ci ildən, X10 xx xxxxxx 1990-cı ildən, X19 xx xxxxxx 1991-ci ildən, Cavabdeh2 xx xxx 1995-ci ildən, Cavabdeh1 x xxxxxx 1993-cü ildən, Cavabdeh8 x xxxx 1997-ci ildən, Cavabdeh4 xx xxxxxxxx 1989-cu ildən, Cavabdeh7 xx xxxxxx 1999-cu ildən, Cavabdeh6 xx xxxxxx 2008-ci ildən, Cavabdeh5 xx xxxxxxxx 1993- cü ildən, X15 x xxxx 1993-cü ildən, Cavabdeh9 xx xxx 2011cı ildən, X14 xx xxxx 2002-ci ildən, X11 xx xxxx 2004-cü ildən, X6 xx xxxxxx 2008-ci ildənünvan 3 mənzil 26 ünvanında daimi qeydiyyatdadırlar. X12, X23 və X2 tərəfindən tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş xx xxxxxx 2019-cu il tarixli aktdan görünür ki, Cavabdeh4, X15, Cavabdeh5, Cavabdeh6, Qocayeva (Soltanova) Gülçin Elçin qızı, Qocayeva (Soltanova) Sevinc Zöhrab qızı, Cavabdeh9, Cavabdeh1, Cavabdeh2 ünvan 4 mənzil 26 ünvanından uzun müddətdir ki, köçmüşlər və hazırda həmin ünvanda formal qeydiyyatda olsalar da orada yaşamırlar. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfat Departamenti 2 saylı Xüsusi Təyinatlı MKTB 113 saylı MKİS-in xx xxxxxx 2019- cu il tarixli, 160 saylı arayışından görünür ki, qonşuların aktına əsasən Cavabdeh4, X15, Cavabdeh5, Cavabdeh6, Qocayeva (Soltanova) Gülçin Elçin qızı, Qocayeva (Soltanova) Sevinc Zöhrab qızı, Cavabdeh9, Cavabdeh1, Cavabdeh2 ünvan 6 mənzil 26 ünvanında qeydiyyatda olmalarına baxmayaraq orda yaşamırlar. Bundan başqa kollegiya tərəfindən yerində müayinə aparılarkən müəyyən olunmuşdur ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi girişi darvaza qapı ilə daş hasar ilə əhatələnmiş həyətin içərisində yerləşir. Fərdi yaşayış evinin 1-ci mərtəbəsi zirzəmi olmaqla 2 mərtəbədən ibarətdir. Evin zirzəmisi yaşayış üçün qənaətbəxş deyildir. Evin 2-ci mərtəbəsi isə zəif təmirlidir, əşyaları isə dağınıq vəziyyətdədir. Cavabdeh4 həyat yoldaşı, həmçinin İddiaçı oğlunu yas mərasimi həmin fərdi yaşayış evində keçirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında hüquq münasibətlər 2000-ci ilin sentyabrın 1-dən əvvəl yarandığını nəzərə alaraq iddia tələbi, xx.xx.1982-ci ildə qəbul olunmuş və xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmə-dikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Qeyd olunan Məcəllənin 87-ci maddəsinə əsasən kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun xx xxxxxxx 1992-ci il tarixli 2 №-li qərarına görə belə hallarda məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb, yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 mübahisə predmeti olan mənzildən 2009-cu ilədək çıxmaları və həmin mənzildə yaşamamaları iddiaçının, şahidlərin, eyni zamanda cavabdehlərin özününü izahatları ilə öz təsdiqini tapmışdır. Onlar mübahisə predmeti olan mənzildən 6 aydan artıq müddət ərzində yaşamadıqlarından, onların həmin mənzilə olan istifadə hüquqlarına xitam verilməlidir. Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)- 7849/2019 saylı qərarında qeyd olunan hallarla razılaşaraq qeyd edir ki, göstərilən cavabdehlərin, eləcə də iddiaçının ailə üzvü olmuş mərhum oğlu X20 vəfat etməmişdən əvvəl 2005-ci ildə ailəsi ilə mübahisəli mənzildən çıxıb getmişlər. İddiaçı müvafiq iddia tələbi irəli sürənə qədər keçən 14 il müddət ərzində cavabdehlər mənzildən istifadə etmək ehtiyaclarının olması və mənzilə buraxılmamaları əsası ilə həmin mənzilə köçürülmələri barədə məhkəmədə iddia qaldırmamışlar. İddiaçının izahatlarından da görünür ki, X20 hələ sağlığında təxminən 2005-2007-ci illərdə Biləcəridə aldığı torpaq sahəsində fərdi ev tikmiş və ailəsi ilə birlikdə mənzildən çıxaraq yeni evinə köçmüş, hətta həmin evdə uşaqların böyük toy məclisi, oğlunun yas mərasimi keçirilmişdir. Cavabdeh4 isə bu xüsusatla bağlı birinci instansiya məhkəməsində qeyd etmişdir ki, o, ailəsi ilə birlikdə çöldə qalmamaq üçün qızıllarını sataraq bacısı ilə birlikdə Binəqədi rayonu ərazisində özbaşına tikili tikərək, orada yaşamış, sonradan həmin ev uçduğuna görə kirayədə qalır. Göründüyü kimi Cavabdeh4 uzun müddət mübahisəli mənzildə yaşamamış və iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməyənədək, həmin mənzilə dair hüquqlarının bərpa olunması ilə bağlı hər-hansı dövlət orqanına müraciətlər etməmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh4 mübahisəli mənzilə dair onun və övladlarnın istifadə hüquqlarının müəyyən olunmasına dair qanuni qüvvəsini almış məhkəmə qərarı olmasına istinad etsə də, həmin qərarı nə birinci instaniya məhkəməsində, nə də apellyasiya baxışı zamanı təqdim etməmişdir. Bundan başqa Cavabdeh4 mübahisəli mənzili məcburiyyət qarşısında tərk etməsinə dair hər-hansı sübut təqdim etməmişdir. Əksinə iş materialları ilə sübut olunur ki, sonuncu həyat yoldaşının sağlığında mübahisəli mənzili tərk etmiş və Binəqədi rayonunda ev tikmiş və həmin evdə yaşamağa başlamışdır. Həmçinin kollegiya tərəfindən müəyyən edilmişdir ki, İddiaçı yaşadığı evdə cavabdehlərə məxsus əşyalar mövcud deyil. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə rədd edərkən səhv nəticəyə gəlmişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3cü maddələri). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 1064/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 2, ev 4, mənzil 26 ünvanından istifadə hüquqlarına xitam verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1064/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 2, ev 4, mənzil 26 ünvanından istifadə hüquqlarına xitam verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar